AZƏrbaycanda



Yüklə 2,01 Mb.
Pdf görüntüsü
səhifə15/23
tarix18.01.2017
ölçüsü2,01 Mb.
#5809
1   ...   11   12   13   14   15   16   17   18   ...   23

M.Hadidə siyasi lirika, 
vətənpərvər romantika 
 
Azərbaycan  ədəbiyyatı heç bir zaman mövzuca məhdud 
olmamışdır. Eşq-məhəbbət, mey-məclis, gül-bülbül bütün klassik 
şeirdə  tərənnüm olunan əsas mövzular sayılsa da, Azərbaycan 
şeiri bu motivlər dairəsi ilə kifayətlənməmişdir. Böyük Nizami, 
"Leyli və  Məcnun" kimi ölməz məhəbbət dastanı ilə yanaşı 
"Bəhramnamə", yaxud "Həfti peykər", "İsgəndərnamə" kimi 
dövlət dastanlarını yaratmışdır.  Şair bu əsərlərində  bədii 
ədəbiyyatı  vətənə  və dövlətə, xalqa və  cəmiyyətə xidmət işinə 
səfərbər etmişdir. Bəhramın  ədalət və xalq səadəti uğrunda 
çarpışma səhnələrinin təsiri ilə yanaşı və müvafiq olaraq şair lirik 
ricətlərlə, haşiyələrlə dövlət adamının, xalq işinin böyük 
məsuliyyətini göstərmişdir. Siyasi lirika sonrakı  şairlərin heç 
birində Nizamidə olduğu qədər qüvvətli deyildir. Nəsimi və 
Füzulidə zahidə qarşı mübarizə mövzularında ictimai məsələlərə 
ötəri əl atırsa da, bilavasitə siyasət burada görünmür. Vaqif 30 il 
vəzirlik vəzifəsində çalışsa da, şahidi olduğu və olmadığı siyasi 
hadisələrdən bir sətir də yazmamışdır. Seyid Əzimdə  cəmiyyəti 
mədəniyyətə, yeniliyə çağırış varsa da, bu ictimai vəzifələr, 
məhəbbət lirikası səviyyəsinə, qəzəl yüksəkliyinə qalxmır. 
M.Hadidə siyasət məsələsi ayrı cür qoyulur. M.Hadi elə bir 
şairdir ki, lirikasının bütün qüvvəsini bilavasitə ictimai inkişaf, 
siyasi həyat məsələlərinə  sərf etmişdir. "Firdövsi-ilhamat" 
kitabında olan məktəbə çağırış  şeirlərini müstəsna tutsaq, 
M.Hadinin ümumi, mücərrəd mənada cəmiyyət quruluşundan 
danışmayan bir dənə  şeiri yoxdur. Bu xüsusiyyət  şairin bir 
tərəfdən şeirə, ədəbiyyata baxışı ilə, digər tərəfdən onun ictimai 
görüşləri ilə bağlıdır. Hadi bəzəkli söz şairi, incə  və intim 
duyğular  şairi deyildir, böyük ictimai mövzular şairidir.  Şairin 

 
245
zəmanəsi də belə bir zəmanə idi. Heç bir dövrdə Azərbaycan 
ədəbiyyatı XX əsrdə olduğu qədər qüvvətli siyasi hadisələrlə, 
kütləvi hərəkatla, xalq həyatı ilə  səslənməmişdir. Bu dövrdə 
müasir, fəal  şeir,  əsasən, günün zəruri ictimai məsələləri ilə 
məşğul idi. Hadi kimi həssas şairlər xalqın da, vətənin də, sənətin 
də, sənətkarın da taleyini bu hadisələrdə, dəniz kimi təlatümə 
gələn coşğun həyatda görürdülər. 
Hadinin şeirlərində mübarizə ruhunun, süngü itiliyinin səbəbi 
də bundan ibarətdir. "Bariqeyi-inqilab" adlı şeirində Hadi vətənin 
inkişafına, tərəqqisinə mane olan düşmənlərə hücum çəkərək 
xüsusi bir hiddət və qəzəblə deyir: 
 
Ey sətreyi-siyəh, çəkil, ümmid parlasın,  
Seylabi-nur dadlı sədasilə çağlasın,  
Ənzarımız həqiqəti görsün, qucaqlasın,  
Ədayi-elm, aləmi-irfanı anlasın,  
Nazəndeyi-mə aliyi-millət nişanlasın,  
Gülsün rüxi-təməddünümüz, vəhşət ağlasın.
1
 
 
"Rüxi-təməddünü" güldürən, "vəhşəti" nifrətlə yad edən şairin 
ümidləri, sevincləri də, nifrət bəslədiyi "vəhşət" obyektləri də 
mücərrəd, qeyri-müəyyən haldadır. 
Hadinin şeirlərindəki coşğun hiss ümumi məzmunda olsa da, 
hər şeydən əvvəl, vətənpərvərlik hissidir. O, vətənini  
                                                 
1
 M.Hadi. Eşqi-möhtəşəm, yaxud ana qucağı, Bakı, 1914, səh.37. 
 

 
246
gördüyü vəziyyətdə görmək istəmir, arzuladığı  vəziyyətdə 
görmək istəyir. O, vətənini gəzdiyi, öyrəndiyi yerlərlə müqayisə 
edir, müasir dünyanın ən mədəni və ən qabaqcıl ölkələri arasında 
görmək istəyir. O, donuq və sönük bir həyat keçirən ölkəni, 
"hərəkətgahi-cahanda" görünməyən xalqı ölü sayır, diri saymır: 
 
Bir qövm ki, donmuş hərəkətgahi-cahanda,  
Durmuş demək iştə o həyatın hərəkatı.  
Donmaq da ölüm, hər hərəkət bir dirilikdir,  
Ərbabi-məmatin donar əlbət mələkatu  
Sabitqədəm olmaz bu cidəlgahda şair,  
Bir qövm ki, yoxdur rəhi-əzmində səbatı.
1
 
 
Hadi burada öz xalqını siyasət səhnəsində, hazırkı 
mübarizələrin ön cərgəsində görmək istəyir, hər bir hərəkətsizliyi 
ölümlə müqayisə edir. Hadi bütün şeirləri ilə xalqımızın o 
zamankı taleyinə  ağlayır, vətəndaşların hərəkətə, fəaliyyətə, 
mədəniyyətə, mübarizəyə çağırır. Bu çağırışlarında  şair bəzən 
keçmişin ağır və üzücü işgəncələrindən doğan kədərlə, bəzən 
gələcəyə  bəslədiyi böyük ümidlə ilhamlanır, zehnində  hər iki 
aləmin yaşayıb çarpışdığını etiraf edir. "Qarışıq xəyallar" adlı 
şeirində yazır: 
 
Sərbəstdi bu gün zülmünü icradə məzalim,  
Ərbabi-ədalət hanı? - Mənfalar içində...  
Mən bir diriyəm, etdi məni dəfn təsadüf  
Zində görünən bir sürü mövtalər içində...  
İmzasını qoymuş miləl övraqi-həyatə  
Yox millətimin xətti bu imzalər içində,  
İç, iç, nə qədər istər isən qanımı, zalim,  
Bir gün görərəm qanını səhbalər içində
2

 
  
                                                 
1
 
M.Hadi. Eşqi-möhtəşəm, yaxud ana qucağı, Bakı, 1914, səh.43.
 
2
 
Yenə orada, səh.31.
 

 
247
Şair böyük bir ürək ağrısı ilə  zəmanəsinin acı  həqiqətini 
söyləyir. O, zalimlərin  əl-qol açıb, hər bir zülm və  işgəncə 
"icrasına sərbəst" olduqlarını,  ədalətin və  ədalətpərəstlərin isə 
"mənfalərdə", sürgün və  həbslərdə çürüməsini zehninə  sığışdıra 
bilmir. Çünki çar zülmü, burjua-mülkədar quruluşu bəşərin bütün 
gözəl hisslərini təqib və  məhv etməkdə idi. Köhnə quruluş  nə 
qədər çirkin və haqsız olsa da, o zaman güclü idi. Ona görə  də 
Hadi özünün və xalqının halına ağlayır, özünü duyan, düşünən 
bir simanı bir sürü mənəvi ölülər içərisində görür. Özünün ən 
müqəddəs çağırışlarına da səs verən görünür. 
 
Dağa dersəm, eşidir, sonra verir əksi-səda,  
Daşa dönmüşlərə əks eyləmədi fəryadım! 
 
Dünyanın qabaqcıl xalqlarına, mütərəqqi hərəkata meyl edən 
şair öz xalqının avamlıqda, cəhalətdə qaldığını dərin vətəndaşlıq 
kədəri ilə söyləyir. Hadi xalqının doğma oğlu kimi istərdi ki, 
"övrəqi-həyatda" öz millətinin "imzasını" görsün. Bu, Hadinin 
böyük arzusudur. Ancaq şair bunun yalnız bir arzu olduğuna 
qane deyildir. Şair yəqin edir ki, bu arzu həqiqət olacaqdır. O, 
həmin bu inamla tam bir yəqinliklə düşmənə üz tutaraq, qəzəb və 
nifrətini söyləyir: 
 
Bir gün görərəm qanını səhbalar içində. 
 
Hadinin mütləqiyyətə qarşı nifrət və etirazları həmişə ümumi, 
mücərrəd rəngdə deyildir. O, bəzən Sabir kimi, müəyyən bir 
düşməndən yapışır, xalqın başına gətirilən fəlakətləri sayır, 
düşməni yeri-yurdu ilə, müqəssirini ad və familiyası ilə  bərabər 
göstərir. Bu yerdə  şairin təranələri bir xalq hökmü, bir ittiham 
sənədi kimi səslənir. O zaman məşrutəyə,  

 
248
xalq hərəkatına tutduğu divanla məşhur olan və bütün Şərqdə 
lənətlənən Məhəmmədəli  şaha Hadi də nifrətlər yağdırmışdır. 
Şair istibdadın qılıncı zoruna şahlıq edən və xalqların haqq deyən 
ağızlarını daş ilə susduran şahı odlu qəzəblə yad edir. O, "şənü 
şövkət", "cahü cəlal ilə" gözü tutulan padşahın bir gün cəzasına 
çatacağını ümid edir, "intiqam səbahının" həqiqət olacağını 
gözləyir. 
 
Gül, bu gün zülmündə ənzari-ədalət ağlasın.  
Müntəzir ol intiqamın rədvər fərdasına.  
Qafil olma, millətin nahəq qanından qıl həzər,  
Tacu-təxtin qərq olur axirdə qan dəryasına! 
 
Hadinin arzuladığı "intiqam səbahı" doğdu.  Şairin özünə  də, 
öz sabah işığını görmək müyəssər oldu. 
M.Hadi zalimin zülmündən dad etdiyi qədər camaatın 
avamlığından da fəryad edir. O, çox gözəl bilir ki, cəhalət və 
nadanlıqla səadət və azadlıq heç bir zaman tutmaz. Xalq ayılmalı, 
öz hüququnu anlamalı, dost-düşmənini tanımalıdır. Bunun üçün 
savad, məktəb, maarif, elm şərtdir. Bu mövzuda "Məkatib", 
"Fünun və maarif', "Lövheyi-təsviri-maarif', "Qələmə", "Tərəqqi-
sənaye" və s. şeirlərini yazmışdır. Bu əsərlərində  şairbəzən 
mücərrəd  şəkildə olsa da, mədəniyyəti təbliğ edir, cəhalətin 
faciəli nəticələrini sayır. 
     Həmin  şeirlərin özündə  də başlıca mövzu vətən və  vətənin 
tərəqqisidir. Hadi bütün ilham qüdrəti ilə müstəqil  şairdir. O, 
T.Fikrətə cavab şəklində yazdığı "Nasıl yüksəlməli?"  şeirində 
sənət üçün, inkişaf üçün sərbəstliyin, azadlığın zərurətini aydın 
göstərir. 
 
Yüksəlməli, fəqət nə ilə, ey böyük ədib?  
Ey bağını xəzən görərək susmuş əndəlib,   
Hürriyyətin qanadları lazımdır uçmağa,  
Yüksəkdən enməyən əbədi yarı qucmağa, 
 

 
249
Yüksəlməyə təməddünün əflaki-pakinə,  
İrmək gərək isə səhəri-tabnakinə,  
Sərbəst pərlər istəyir ol aləmi-bülənd,  
Bizlərsə hər cəhətdən, əvət, bəndidər kəmənd.
1
 
 
Burada şair yalnız vətəninin düşmüş olduğu fəlakətli vəziyyəti 
göstərməklə kifayətlənmir, eyni zamanda, çıxış yolunun, 
qurtuluşun mədəniyyətdə, maarifdə olduğunu göstərir. 
Eyni ruhu şairin müasiri Abbas Səhhətdə  də görmək olar. 
Ancaq Hadinin azadlıq, qurtuluş, tərəqqi həsrətləri onu ruhdan 
salmır, onun qol-qanadını qırmır, ona alovlu və inamlı bir ümid 
verir: 
 
Əgər zülmətpəsəndan hərbcuyi-ixtilaf olsa,  
Nə qəm, əhli-vifayəm, tiği-rəxşanın zəbanımdır. 
 
Hadi mürtəce qüvvələrlə mübarizəyə çıxmağa hazırdır. Onun 
odlu misraları parlaq qılınclarıdır.  Şair qalib olmaq üçün, 
qurtuluş üçün yeganə yolu mübarizə, çarpışma yolunu tutur. 
Hadiyə görə  gələcəyi qazanmaq, öz arzularına qovuşmaq 
istəyirsənsə, şəxsən mübarizəyə, döyüşə atıl: 
 
Müsəmməmsə xəyalında əgər amali-istiqbal,  
Atıl meydanə şiranə, mühibanə xuruş eylə...  
Burax bu qiyli-qali-biməali, əhli-məna ol,  
Çiraği-həqqi rovşən qıl, xurafatı xəmuş eylə. 
 
Hadidə  vətən məfhumu dövrün bir çox müasir şairlərinə 
nisbətən daha aydın  əks olunmuşdur. Məlumdur ki, o zaman 
islamçılıq təsiri sayəsində ziyalıların bir qismi "müsəlman 
dünyasından", "aləmi-islamdan" bəhs edirdilər. 
 
  
                                                 
1
 
M.Hadi. Şikufeyi-hikmət, Bakı, 1914, səh.3.
 

 
250
Vətəninə və vətəndaşlarına aid heç bir yazını soyuqqanlılıqla 
yaza bilməyən  şair, yaralı bir quş kimi çırpınaraq, həyəcanını 
gizlədə bilmir. "Qafqaza aid" adlı  məqaləsində deyilir: "Əlimə 
qələm alıb bir şey qaralıyacaq olursam, dərdimizin 
kəsrətindənmi, qilləti-bizaətimdənmi, kapitanını itirmiş, qəzaya 
uğramış bir səfmə kimi kəndimi bir bəhri-xuruşanın səthi-
bipayanında hiss edirəm. Naxudasız gəminin hövləngizi-məhabət 
olan dəryada halı necə olursa, mənim halım da əmvaci-xuruşani-
əfkar arası da ona müqayisə edilə bilər. Bu sahibsiz səfinə tərzi-
hərəkatında intizamdan azadə qaldığı kimi, mənim də tərzi-üslüb 
və ifadəm, intizam və mükəmməliyyətdən varəstə qalır..."
1
 
"Qafqaza aid" adlı  məqalənin axırında  şair  şeyxlərin və 
ağaların daşürəkli, insani hisslərdən məhrum olduğunu söyləyir, 
onları  cəsarətlə  vətən düşmənləri adlandırır. Hadi qışın girməsi, 
yoxsul kəndlilərin  əzab və iztirablarının artması ilə  kədərlənir. 
Buna qarşı kəndin və kəndlilərin qanını soran həyasız şeyxin kef 
çəkdiyi təsvir edilir: 
"Şeyxi-cavanbəxt isə qış ilə mübarizə edəcək vasiteyi-səadəti 
bilaqüsur yerli-yerində hazır, kəndisi qar kimi qaqumi kürklər 
içində, isti evlər dərunində kefinə  məşğuldur.  İstər  şaxta afaqa 
cəhənnəm saçsın, həzrət  şeyx bir cənnəti-fırdövs içində yaşayır. 
Nə cəhalın səfidfam olmasından, nə də rəiyyətlərin ailə yanında 
üzüqara bulunmasından xəbəri vardır.  Şeyxin xanəsində çal 
oynasın, vur partlasın, bir gurultudur gedir. Damiiğfala düşənlər 
isə  şayani-mərhəmət bir halda, nə yeyəcək, nə isinəcək bir şey 
mövcuddur. Həpsi quş yavrusu kimi tir-tir titrəyirlər, 
ağlayırlar...".
2
 
Deməli, Hadi şeyxləri, "ağaları", mülkədarların və sahibkarları 
yox, əmək adamlarını, ömrü əziyyətdə, səfalətdə ke- 
 
                                                 
1
 
M.Hadi. Qafqaza aid, "Füyuzat", 1907, JVs 26
 
2
 
Yenə orada


 
251
çən kəndliləri, yoxsulları öz vətəninin həqiqi sahibləri hesab edir. 
Bunlar üçün, bunların səadətləri üçün çalışır. 
M.Hadinin yaradıcılığında vətənpərvərlik və  tərəqqi arzusu 
mühüm yer tutur: "Nəğmeyi-əhraranə", "Amali-tərəqqi", 
"Vətən", "Facieyi-həyatımızdan bir pərdə", "Vətənin nidası", 
"Tövsiyeyi-mürf', "İranın hürriyyət qəhrəmanlarına" şeirləri belə 
əsərlərdir. 
Bu əsərlərində şair vətən məhəbbətini tərənnüm edir. İnsanın 
vətən yolundakı  fədakarlıqlarını, vətənpərəstliyini hər bir 
vətəndaş üçün yüksək mənəvi keyfiyyət olduğunu söyləyir: 
 
Dünyada əməlimiz fəqət əmari-vətəndir,  
Vicdanımızın sevdiyi didari-vətəndir! 
 
Hadnin fıkrincə, hər bir kəskin mənəvi böyüklüyü, ya kiçikliyi 
onun xalqına, vətəninə xidməti ilə ölçülür. Vətənin hər hansı 
cəhətdən olur-olsun, geriliyində hər bir vətəndaş məsuldur. Buna 
görə Hadi, öz vətənində hökm sürməkdə olan zülm və istibdadı 
ən böyük düşmən sayır, xalqı bunlarla mübarizəyə çağırır. O, 
vətəndaşları ayıltmaq, onların ürəyində  vətən eşqi çirağını 
yandırmaq, hamının diqqətini vətənin abadlığına, səadətinə 
istiqamətləndirmək istəyir. Bu şeirlərində  şair, çağırışla, xitabla 
yanaşı, dərin bir həsrət, ictimai bir kədər ifadə edir. 
"Müxatibim Şirvandır" qeydi ilə yazdığı "Ah, kimsəsiz vətən" 
sərlövhəli  şeirində  şair təkcə  Şirvanın yox, bütün Azərbaycanın 
düşdüyü vəziyyəti təsvir etmişdir. Abbas Səhhətin "Ölü şəhər", 
M.Ə.Sabirin "Çocuq" şeirlərində, Ə.Haqvərdiyevin "Dəccalabad" 
hekayəsində göstərilən mənzərələr qismən bu şeirdə  də vardır. 
Şair gördüyü, müşahidə etdiyi cəhalət, nadanlıq, mərhumiyyət 
mənzərələrini odlu təəssüflə qələmə almışdır: 
 

 
252
Ey zindələr məzarı olan aşiyan, ah...  
Afaqın üzrə durmada bir pərdeyi-siyah,  
Məsdud qaldı bizlərə şəhrahi-intibah,  
Qalma zülmdə, açıl ey sübhi-inşirah.  
Ey cənnəti-məarifi viran olan vətən,  
Ey zülmətin dəmninə qəltan olan vətən!
1
 
 
Bu  şeir vətənpərvərlər dilindən deyilən bir növhədir. Ancaq 
şair bunu növhə kimi göz yaşı ilə bitirmir. Hadi, başqa şeirlərində 
olduğu kimi, xüsusilə  vətən haqqındakı  şeirlərində  gələcəyə 
böyük ümid bəsləyir. O, inanır ki, vətənin gələcəyi səadətə, 
inkişafa doğrudur. O, Azərbaycan üzərinə doğmalı olan azadlıq 
günəşini hiss edir, buna şübhə edənlərə gülür. Bu səadət 
sabahının açılmaqda olan dan yerini şair xəyalı ilə  təsvir edir. 
Növhəsini gələcəyə yönəlmiş parlaq bir ümidlə bitirir: 
 
Ey fitrətə müariz olan əhli-iştibah, 
Siz sönsəniz, sönün, sönəməz nuri-intibah. 
Afaqi-kainata doğar şöleyi-sabah, 
Gül ey cəmali-həqq ki, giilsün rüxi-fəlah
2

 
Hadi, vətən deyə birinci növbədə doğma Şirvanı, Azərbaycanı 
nəzərdə tutmuşdur. "Füyuzaf'ın 14-cü nömrəsində  "Şirvan 
xatiratı" və "Eşqi-möhtəşəm" kitabındakı "Yadi-vətən"  şeirində 
Şirvanın parlaq keçmişini, yüksək mədəniyyət dövrlərini 
xatırlayaraq kədərlənir: 
 
Ey səhnəsi başdan-başa bir məkəsi-övham,  
Keçmişdə, əya cənnəti-hirriyyəti-ilham! 
 
* * * 
  
 
                                                 
1
 
M.Hadi. Eşqi-möhtəşəm, yaxud ana qucağı, Bakı, 1914, səh.41.
 
2
 
Yenə orada, səh.48.
 

 
253
Afaqın idi sanihənin çöhrənuması,  
Ey aləmi-şeirü ədibin şanlı səması! 
 
*   *   * 
 
Şairlərin eylərdi fəsahətlə təranə, 
Ey məhdi-müqəddəs olan azadəsəranə! 
 
*  *  * 
Mazidə adın əncüməni-nur ikən, ey şəhr,  
Bilməm nədən oldun sonu zülmətlərə məşhər?
1
 
 
Eyni həsrət və  təəssüf hissini şairin "Füyuzatda" yazdığı 
Qafqaza aid bir məqaləsində görürük. Şair burada keçmiş 
Qobustan (Şirvanın bir hissəsi) mahalının xarabazara dönməsini, 
camaatın acınacaqlı  həyat və  məişətini geniş  təsvir edərək, çox 
yerdə göz yaşı tökür. Hissini şeirlərlə ifadə edir, xalqın qanını 
soran müftəxorlara lənətlər yağdırır: "Bu mahalda tanıdığım bir 
şəxsin yüzlərcə dəvəyə, minlərcə qoyuna, yüzlərcə vərst  əraziyə 
malik olduğunu yalnız mən deyil, bütün Şirvan  əhli bilir... 
Bundan  əlavə banklarda külliyyətli parası bulunduğu da qabili-
inkar həqiqətlərdən deyil. Bunlar haradan qazanılmış, hankı 
dəfaindən istehsal edilmişdir?"
2
 
Hadidə  vətən düşmənlərinə nifrət hissi də  kəskindir.  Şair 
özünün azad fikirli, sərbəst xəyallı, açıq zehinli bir adam 
olduğunu iftixarla deyir: 
 
Könül istər ki, olsun dəhr sülhabadi-ünsiyyət,  
Məni sövq eyləyən bu fikrə, fikri-alişanımdır,  
Bəşər ixvani-tinət, həp vətəndir aləmi-imkan,  
Bu hissiyyati-qüdsiyyə səfabəxşi-rəvanımdır. 
                                                 
1
 
M.Hadi. Eşqi-möhtəşəm, yaxud ana qucağı, Bakı, 1914, səh.44.
 
2
 
M.Hadi. Qafqaza aid, "Füyuzat", 1907, № 26. 
 

 
254
Hadi romantikdir. Ancaq şair romantizmi bir məktəb kimi alıb 
onun  ənənələrini izləməmişdir.  Əksinə, xəyalının, ilhamının 
bütün gücünü ictimai arzularının tərənnümünə  sərf etmişdir. 
Şairin romantikasını  təcəssüm etdirən xarakter əsərlərindən biri 
də "Bərabərlik aləmindən məktublar"dır. Bu Azərbaycan şeirində 
xüsusi səciyyəli yeni bir əsərdir. Əgər Abbas Səhhət şair ilə şeir 
pərisini danışdıraraq nicatı ucalmaqda, göylərdə, bu fani 
həyatdan uzaqlaşmaqda görürsə,  əgər  Şaiq "İdeal və insanlıq" - 
deyə iki bir-birinə  aşiq, lakin qovuşmaz məxluqu təsvir edir, 
adamların  İblisin  şərindən sağınmağa çağırırsa,  əgər  Əli bəy 
Hüseynzadə: 
 
Ucundadır dilimin həqiqətin böyüyü,  
Nə qoydular deyəyim və kəsdilər dilimi... 
 
şikayəti ilə  zəmanədən üz döndərirsə, M.Hadi müasir 
cəmiyyətin faciəli həyatına, insanların səfalətinə, cəhalət, istibdad 
hökmranlığına qarşı xəyalən yaratdığı yeni və yüksək bir ictimai 
aləmi qoyur. Şair təsəvvüründə yeni xoşbəxtlər dünyası yaradır. 
Bu elə bir romantik dünyadır ki, bütün insanlar həm hüquq, həm 
zəka, həm həyat şəraitinə bərabərdirlər: 
 
İzzətli bəradər, sana bu iş ola məlum:  
Yox burda hökumət, nə də hakim, nə də məhkum.  
Bu üç sözü məhv eyləmişik cümlə lüğətdən,  
Azadəsərik indi bu üç danə sifətdən.
1
 
 
Burada nə hakim, nə məhkum, nə ağa, nə nökər var. Bu şəhər 
vahid bir vücud, vətəndir. Hamı belə bir vətənə xidmət 
 
                                                 
1
 
M.Hadi. Firdövsi-ilhamat, Bakı, 1908, səh.210. 
 

 
255
edir. Bu şəhərdə olan bir adam yaşayışlarının məna və 
məzmununu belə izah edir: 
 
Biz üzvlərik, işlərik əndami-vətəndə,  
Təndir vətən, əsabü üruqiz bu bədəndə.  
Hər bir damarın cismdə bir xidməti vardır,  
İbqayi-həyat etməyə bir qeyrəti vardır...  
Həp işləyirik, ruh alırıq cismi-vətəndən,  
Zənbur nasıl şəhd alır əzhari-çəməndən.  
Asayişi-xəlqə edirik can ilə xidmət,  
Biz də sürürük xəlqlə ləzzətli məişət.
1
 
 
Hadi  şeirindəki və romantikasındakı ziddiyyətləri elə bu 
nümunələrdə  də görmək çətin deyildir. Şairin istibdada, zülmə 
nifrəti, istismar dünyasının tezliklə  məhv olacağına inamı  nə 
qədər güclü, həqiqi və həyatı idisə, gələcək cəmiyyət quruluşu və 
yeni həyatın mənzərələri haqqındakı  təsəvvürü o qədər dumanlı 
və dolaşıq idi. Şair bu şəhərdə bütün insanların hər yerdən təcrid 
olunmuş, hər  şeylə  təmin edilmiş müstəqil bir aləmdə 
yaşadıqlarını elə  xəyali  şəkildə  təsvir edir ki, buna inanmaq 
çətindir. Belə bir cəmiyyəti və ya şəhəri dünyada düşünmək 
mümkün deyildir. Belə bir şəhərin nə maddi imkanları, nə 
istehsal vasitə və münasibətləri, nə də xarici aləmlə labüd əlaqəsi 
haqqında  şairin, demək olar ki, konkret bir təsəvvürü yoxdur. 
Buna görə də şeir mücərrəd və xəyali çıxmışdır. 
Hadi bu xoşbəxt cəmiyyətə, mədəniyyət ölkəsinə bir ideal 
kimi, öz şirin xəyallarının məhsulu olan gələcəyin həqiqəti kimi 
baxır, vətənini yüksək mədəniyyət səviyyəsində, vətəndaşlarını 
xoşbəxt görmək istəyirdi. O, hansı bir hissləsə belə bir günün, 
belə bir zamanın gələcəyinə inanırdı.  İnanırdı ki, Azərbaycanda 
kök salan cəhalət və zülmət uzun sürməyəcək, 
 
                                                 
1
 
M.Hadi. Firdövsi-ilhamat, Bakı, 1908, səh.213.
 

 
256
tez sönəcək.  İnanırdı ki, istiqbalımız parlaqdır. Buna görə  də 
Hadi öz həsrət və arzularını  vətəndaşlarına səmimi bir dillə 
söyləyir. Bu gün, ya sabah istibdadın məlun heykəlinin 
devriləcəyini, insanların azadlığa çıxacağını xəbər verirdi: 
 
Açar firdövsi-hürriyyət, füyuzabad olur aləm,  
Gülər sübhi-həqiqət, mədəlat mötad olur aləm,  
Şüaati-müsavatilə səhni-dad olur aləm,  
Kəməndi-eşqi-insaniyyətə münqad olur aləm,  
Sirurabadi-hürriyyət gəlir, dilşad olur aləm,  
Bu istibdad əlindən qurtarır, azad olur aləm
1

 
Böyük Sabirin: 
 
Bəzək, bəzək ki, deyirlər, cəvahirat deyil,  
Cəvahirat bu gün zinəti-həyat deyil... 
 
(deyən çağırışına müvafiq olaraq M.Hadi da yeni tərbiyə 
məsələsini irəli sürür. 
Bu təsəvvürlər  şairi nə  qədər sevindirir, qanadlandırırsa, 
özünün belə bir feyzə nail ola bilməyəcəyini hiss etdikdə o qədər 
də kədərləndirir. 
Şair, deyəsən, hiss etmişdir ki, qurtuluş, azadlıq səhəri 
yaxındırsa da, ona qismət olmayacaqdır.  Şair duymuşdur ki, 
ürəyini yandıran həsrətlər, təəssüflər, arzularla dünyadan 
köçəcəkdir. Buna görə, sanki vəsiyyət edərək, deyirdi: 
 
Ey ol vaxtı görən məsud, unutma, bizləri yad et,  
Bu yolda həsrət ilə can vərən əhbabı tədad et,  
Məzarım üzrə gəl, dur, qəmli-qəmli, ağla, fəryad et,  
Oxu bu şeiri qəbrimdə ələttəkrar övrat et! 
 
                                                 
1
 
M.Hadi. Firdövsi-ilhamat, Bakı, 1908, səh.173.
 

 
257
Dur, ey zindani-nisyanda yatan, azad olub aləm,  
Sürurabadi-hürriyyət gəlib, dilşad olub aləm
1

 
Hadi də müasiri və yerlisi Sabir kimi, Təbriz inqilabına, Səttar 
xanın qəhrəman azadlıq mübarizəsinə sevinc və iftixarla 
yanaşırdı.  Şair bu mövzuya həsr etdiyi şeirlərinin birində  İran 
kəndlisinin, rəiyyətin istibdad yükü altında ikiqat olduğunu 
göstərir, başqa bir şeirində isə kin və qəzəb hissi ilə İran şahına 
nifrətlə xitab edirdi: 
 
Səhneyi-İranı döndərdin bəla səhrasına,  
Müntəzir ol intiqamın rədvər fərdasına:  
Qafil olma, millətin nahaq qanından qıl həzər,  
Tacü təxtin qərq olur axırda qan dəryasına.
2
 
 
Hadi zəmanəsinin bütün ictimai mübahisələrinə, mədəni-tarixi 
məsələlərinə, əsasən mütərəqqi cəbhədən yanaşmışdır. Məlumdur 
ki, XX əsrin  əvvəllərində Azərbaycanda hicab məsələsi kəskin 
mübahisə doğurmuşdur. Nəinki axundlar, seyidlər, hətta Avropa 
qiyafəli bir sıra ziyalılar, qələm sahiblərinin bəzisi də dini 
təəssübü, müsəlman baxışını, çadranı müdafiə edirdi. Məhəmməd 
Hadi qadın məsələsinə xüsusi əsər həsr etmişdir. "Ümməhati-
həyat" (deyə analara etdiyi xitablarında onların müqəddəs tərbiyə 
vəzifəsindən, övlad böyütmənin vətən işi olduğundan bəhs edir. 
Zəmanə bəzəyinin mərifətdən, bilikdən ibarət olduğunu göstərir, 
mədəni ölkələrdə qadınlar ilə kişilərin bərabər hüquqlu olduğunu 
söyləyir və buna qibtə edir. 
 
                                                 
1
 
M.Hadi. Firdövsi-ilhamat, Bakı, 1908, səh.169.
 
2
 
Yenə orada, səh.180.
 

 
258
"Örtük" deyən şairlərə cavab olaraq Hadi yazır: 
 
Mən istəməm bu örtünü, ey şair, istəməm! 
Neçin! Ya:  
"Örtü " - bunu yağdı ki, Qərb oldu möhtəşəm, 
Pürfeyzü pürziya. 
 Lazımsa örtü, biz nədən aya güşadəyiz? 
Məqul bir cavab:  
Xilqətdən anlaşıldı ki, azadəzadəyiz,
1
 
Doğulduq ki, biniqab. 
 
Bu etirazında  şair təbii həyat məntiqinə  əsaslanır. Örtük 
lazımsa, kişilər nə üçün örtünməsin. Kişi də, qadın da bərabər 
yarandığı kimi, bərabər hüquqlu yaşamalıdırlar. Qadınları 
örtünməyə  məcbur edən qanunlar, yaxud dinlər təbiətə, 
cəmiyyətə zidd hökmlər verir. Qadın məhkumiyyəti,  şairin 
fikrincə,  Şərqin  ən köhnə, zərərli  ənənələrindən biridir. Onun 
mədəniyyət və tərəqqidən geridə qalmasına mühüm bir səbəb də 
budur. 
 
Yüklə 2,01 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin