AZƏrbaycanda



Yüklə 2,01 Mb.
Pdf görüntüsü
səhifə18/23
tarix18.01.2017
ölçüsü2,01 Mb.
#5809
1   ...   15   16   17   18   19   20   21   22   23

 
 
 
 
Əbdülxalıq Cənnəti 
 
(1855-1931) 
 
Tərcümeyi-halı 
 
Əbdülxalıq Qafarzadə  Cənnəti 1855-ci ildə Bakıda anadan 
olmuşdur. Ata babası  məşhur Bakı xanı  Həsənqulu xanın  əmiri-
şikari (ovçu başı) olan Səfərəlinin oğludur. Cənnəti 9 yaşında dərsə 
getmiş, iki il yarım xüsusi müəllim yanında oxumuşdur. 12 yaşında 
daş yonan kimi fəhləliyə başlamış, sonra nökərçilik etmiş, xırda 
alver ilə məşğul olmuş və nəhayət, ara həkimliyi və əttarlıq etmişdir. 
18 yaşında  şeir deməyə başlamışdır. Qazandığını kitaba vermiş, 
müstəsna bir həvəslə mütaliəyə girişmişdir. Cənnəti gündüzlər 
fəhləlik edər, gecələr ürəfa məclislərində  ədəbiyyat söhbətlərində 
iştirak edirıniş. O, bir neçə  dəfə  şairlər məclisində  şeirləşmədə 
üstünlük qazanmışdır.  İti hafızəsi sayəsində uzun bir qəsidəni üç 
dəfə oxuyar və başdan ayağa əzbər deyər, yazarmış. Əvvəllər Vasif, 
Əttar, Həccarzadə, Daşkəsən oğlu təxəllüslərini qəbul etmişdir. 
Sonralar bağ  və bostana, gülüstana həris olduğundan təxəllüsünü 
dəyişib "Cənnəti" etmişdir. Dostlarından olan bir ruhani ona rast 
gəldikdə zarafat ilə soruşmuşdur: 
 
- Nə yazırsan ay cəhənnəmi? 
 
Şair bu suala bədahətən şeir ilə cavab vermişdir: 
 
  

 
293
- Mən nə anəstəm ki, cəmi pişva danəd məra, 
Nə əz onhayəm ki, bəziba əsas ranəd məra. 
Dusti hərgəh bəşuxi duzəxi guyəd çe bak, 
Hatifi-ğeybi dəmadəm Cənnəti xanəd məra. 
 
Tərcüməsi: 
 
- Mən hamının pişva bildiyi adam deyiləm, 
Bəzilərinin qabağına düşüb otarılası (qədər də) 
avam deyiləm.  
Bir dost zarafatyana mənə Cəhənnəmi deyirsə, 
nə eybi var,  
Hatifdən gələn səs hər zaman məni Cənnəti 
çağırır. 
 
Cənnəti bir dəfə Hacı Seyid Əzim  Şirvaninin iştirak etdiyi 
məclisdə imiş. Müəyyən bir mövzuda yeddi şair  şeirləşirmiş. 
Cənnəti hamısına üstün gəlmişdir. Hacı Seyid Əzim bir ustad kimi 
Cənnətinin əsərini bəyənmiş və demişdir: 
"Təəccüb edirəm ki, bunlar hamısı  məşhur ikən siz nə üçün 
gümnam qalmısınız?" Cənnəti bu suala da çox gözəl cavab 
vermişdir: 
"- Kiminin şöhrəti olur, kiminin hünəri!" 
Cənnəti sağlamlığı, azadlığı hər şeydən üstün tutardı. Çox övladı 
öldüyündən (10 uşağı ölmüşdür) müsibətdən  əsəb xəstəliyinə 
tutulmuşdur. 
Gənclikdə  qəzəllər, mərsiyə  və sinəzənlər yazmışdır. Heç bir 
vəzifə  və  mənsəb sahibinə  tərif, qəsidə yazmamışdır. Ancaq sadə, 
səlis üslub sahibi olmuşdur. 
Cənnəti məşhur Cənubi Azərbaycan tərəqqipərvər ziyalı  və 
yazıçılarından Mirzə  Əbdürrəhim Talıbov ilə yaxın dost olmuşdur. 
17 il onunla yaxin əlaqə saxlamış, məktublaşmış,  əsər mübadiləsi 
etmişdir. Cənnəti də Talıbov kimi tərəqqipərvərlik yolunda çox cəfa 
çəkmişdir. O, Bakıda 
 
  

 
294
üsuli-cədid məktəbi binasını qoyanlardan olmuşdur. Lakin bu iş 
üstündə mollalar onu təkfır etmiş, məktəb skamyalarını küçəyə 
töküb yandırmışlar. Şair 1931-ci ildə Bakıda vəfat etmişdir. 
1905-ci il inqilabından sonra Bakıda geniş  və müntəzəm nəşr 
olunan Azərbaycan mətbuatında  ən fəal çalışan  şairlərdən biri də 
Cənnəti olmuşdur. Fəhlə  qəzeti "Təka-müf"də (1906) onun 
hürriyyətpərəst  şeirləri çap olunurdu. "Dirilik"də, "İrşad"da iştirak 
etmişdir. Müxtəlif mövzularda bir çox əsərləri vardır. Dini mövzuda 
yazılmış "Mühəssəna-ti-şəriyyə" adlı risaləsi, bir nəsihətnaməsi 
("Yənbuil-hik-mət"), "Təhvili-ovzan" adlı  qəvaidi-ədəbiyə kitabı, 
əxlaq elminə dair üçcildlik əsəri, altı min beytlik bir divanı, "Əlsəfər 
filhəzər" adlı bir romanı vardır. Bu əsərlərin çoxu əlyazmasıdır. Bir 
qismi isə natamam qalmışdır. 
Cənnətinin həm fars, həm də Azərbaycan dilində  rəvan təbi 
olmuşdur.  İctimai mövzuda olan "Hürriyyət", qələm tərifinə aid 
"Libas"  şeirləri, qoşa qafiyəli qəzəli, ölümü təsvir edən fars qəzəli 
məşhurdur. 
Ə.Cənnətinin ən yaxşı əsərləri vətənpərəst mövzuda yazılmışdır. 
"Ey vətəndaşlar!", "Gözümdə bir görünür şah ilə  gədayi vətən", 
"Vətən təranəsi" belə şeirlərdir. 
 
Ə.Cənnətinin şeiri 
 
Ə.Cənnəti Seyid Əzim  Şirvani məktəbinə  mənsub  şairlərdəndir. 
Onun uzun və maraqlı  həyat və yaradıcılıq yolu vardır. Yoxsul bir 
daşyonan ailəsindən çıxan şair dini və ya dünyəvi elmləri öyrənmək 
üçün müntəzəm davamlı  təhsil görməmişdir. O, nə oxumuş, nə 
bilmişsə, özü dediyi kimi "ürəfa məclislərinin", xeyirxah 
yoldaşlarının sayəsində öyrənmişdir. 
 
  

 
295
Cənnətinin yaradıcılığını iki dövrə bölmək olar: 
1. 1905-ci il inqilabına qədər olan dövr. 
2.1905-ci il inqilabından sovet hakimiyyəti illərinə  qədər olan 
dövr. 
Birinci dövrdə  şair, Sabir, Hadi və bir sıra köhnə  məktəbdə 
oxumuş  şairlər kimi qəzəl və  mərsiyə  ədəbiyyatı yolunu davam 
etdirmişdir. Cənnəti bu zaman yazmaqdan çox oxumağa, 
yaratmaqdan çox öyrənməyə  əhəmiyyət verirdi. Nizami, Xaqani, 
Füzuli, Sədi, Rumi, Cami kimi şairlərin əsərlərini alovlu bir həvəslə 
oxuyur,  əruz, divan qaydalarını  ən cüzi təfsilatına qədər öyrənirdi. 
Hətta qədim  ədəbiyyata o qədər mükəmməl aşina olmuşdur ki, 
böyük bir "Qəvaidi-ədəbiyyə" kitabı da yazmışdır.  Şübhəsiz ki, 
sxolastikanı, divan ədəbiyyatını  məktəbdə müntəzəm öyrənməmiş 
bir adamın belə bir iqdam etməsi cəsarət istərdi. Cənnətiyə bu 
cəsarəti verən davamlı  və inadlı mütaliəsi idi. Həmin mütaliə 
sayəsində  şair klassik şeirin bütün şəkillərini,  əruzun bəhrlərini, 
xüsusiyyətlərini yaxşı öyrənmişdi. 
Cənnətinin hünəri yalnız bundan ibarət deyildi. O, şeirə olan eşq 
və  həvəsi sayəsində  tərəqqi etmiş, müəyyənləşmiş incə bir zövq 
sahibi idi. O, ilk gündən sənət əsərini adi yazıdan, Bədii təfəkkürü 
soyuq mühakimədən seçməyi bacarırdı. Oxuduğu  şəriət, hədis 
kitabları, inandığı dini ədəbiyyat  şeirin incə  və  həssas sənətkarlıq 
zövqünə mane ola bilməmişdi. Bəzən ən dini bir mövzunu işlədikdə 
də  Cənnəti öz yoldaşlarından seçilirdi. Onun fars dilində yazdığı, 
ölümü təsvir edən "mövtnamə" ruhlu qəzəli  şairin sənətkarlığı 
haqqında kifayət qədər təsəvvür verir: 
 
Çün rişteyi-cani-mən zi tən bebridənd,  
Əz surəti-mən musahiban tərsidənd.  
Göftənd bə in dust ilaçi bekünim,  
Dəfmi-məni zar cümlə vacib didənd. 
 
  

 
296
Bər duş kəşidənd məra canibi qəbr,  
Bər xaki-siyəh süpürdə bərgərdidənd.  
Bəd əz nəfəsi çənd nəkireyin aməd,  
Əz məzhəbü etiqadi-mən porsidənd.  
Mən qisseyi-muyət bə miyan avərdəm,  
Çün sünbüli-tər hərdü bəhəm lərzidənd.   
Yek ləhzə əz in qissə pərişan kəştənd,  
Vongəh cəsədi-zari-məra buyidənd.  
Çün buyi-məhəbbət şənidəənd əz mən.  
İn sinəyi-səd çaki-məra busidənd.  
Göftəndbə ustadi-tu rəhmət Vasif
1
  
Ba iczi təmam hər du bərgərdidənd
2
 
Tərcüməsi: 
 
Elə ki, mənim ruhumu canımdan aldılar, 
Mənim simamdan həmsöhbətlərim qorxdular. 
Dedilər bu dosta bir çarə qılaq, 
Mən yazığın çarəsini dəfnimdə gördülər. 
Məni çiyinlərində məzarə tərəf apardılar, 
Məni qara torpağa tapşırıb, qayıtdılar. 
Bir neçə andan sonra inkir-minkir gəldi, 
Mənim dinimi və imanımı soruşdular. 
Mən muyəm dastanını danışdım, 
Hər ikisi sünbül kimi əsdilər. 
Bir an bu nağıldan pərişan oldular, 
Sonra mənim yazıq cəsədimi iylədilər. 
Məndən məhəbbət qoxusunu duydular. 
Mənim yüz yaralı sinəmi öpdülər, 
Dedilər min rəhmət sənin müəllimin Vasifə, 
Hər ikisi geri qayıtdılar. 
 
                                                 
1
  
Vasif - müəllifin təxəllüslərindən biridir. 
2
  Qəzəlin  əsli Nizami adına  Ədəbiyyat  İnstitutunun elmi işçilərindən Novruz 
Ağayevdədir.  
 
 

 
297
 
Bu qəzəldə  məhəbbət ölümə, mövhumata, dini ehkama qalib 
gəlir, ölümün gətirdiyi dəhşət,  əzab, naumidlik, acizlik eşqin 
əbədiliyi qarşısında heç olur. Eşq insan üçün ən yüksək,  ən 
müqəddəs ruhani keyfiyyətdir. Hətta dini haqq-hesaba gələn Tanrı 
məmurları - inkir-minkir də  şairin məhəbbət dastanını  eşidib 
mütəəssir olurlar: 
 
Mən qisseyi-muyət bə miyan avərdəm,  
Çün sünbüli-tər hərdu bəhəm lərzidənd! 
 
Belə kamal sahibinin, saf və səmimi məhəbbət sahibinin önündə 
Tanrı məmurları heyrət edir və titrəyirlər. 
Şair bu mətləbi böyük incəlik, ustalıq ilə  təsvir etmişdir.  İnkir-
minkir ölüdən haqq-hesab, günah-savab əməlləri, ömrün nə ilə, nə 
yolla keçdiyini soruşurlar.  Şair isə  nə savabdan, nə günahdan 
danışır. O, başına gələn eşq macərasını nəql edir. Ömrünün ancaq bu 
yolla keçdiyini həzin bir dil ilə söyləyir.  Şair dünyadan bu 
macəradan başqa heç nə  gətirməmişdir. Onun ömür, etiqad, əməl 
sərınayəsi həmin bu eşqdir. Doğrudur, bu qəzəldə  vəsf olunan 
məhəbbətə dini rəng, sufi məzmun vermək olur. Burada ilahi 
məhəbbətdən də söhbət getdiyini güman etmək olar. Ancaq məsələ 
bu məhəbbətin dini, ya dünyəviliyində deyildir. Məharət bu 
məhəbbətin Bədii ifadəsində, bu ifadənin sənətkarlığında, 
incəliyində və zərifliyindədir. Bu əhvalatı təsvir edən qəzəldir. Leyli 
məzarını axtaran Məcnun haqqında Vaqifin farsca yazdığı 
məsnəvisinə oxşayır. Ancaq burada daha dəhşətli, ümumi, ədəbi 
hadisə incəlik, Bədiiyyət dili ilə təsvir edilmişdir. Qəzəlin dili, ifadə 
vasitələri, qafıyələri də məzmununa münasib, gözəl və aydındır. 
Cənnəti yaradıcılığının bu dövründə dini-əxlaqi mövzularda çox 
şeir və nəsr yazmışdır. Bu əsərlər arasında seçilən, 
 
  

 
298
ictimai məzmun cəhətdən müəllifmə üstünlük və  şöhrət verəni çox 
azdır. 
Cənnətinin  əsl qüvvətli  şairlik fəaliyyəti yaradıcılığının ikinci 
dövründə, 1905-ci il inqilabından sonra başlanmışdır. Bu zaman o, 
əlli yaşlı, dünyagörmüş, zəngin hadisələr yaşamış qocaman şair idi. 
Cənnətinin o qədər rəvan və səlis təbi var idi ki, istədiyi zaman bir 
gündə bir neçə  şeir deyirdi. Bu cəhətdən Cənnəti, Hadi üslubuna 
yaxın bir şair idi. 
O da Hadi kimi romantikdir, hadisələrin  şəxsi, dəruni 
güzgüsündə  əks olunmuş lövhəsini verir. Bu dərunlikdə  Cənnəti 
lirikadan, qəlbdən çox, xarici aləmə, xəyala meyl edir. O, daxili 
hiss-həyəcanlarını hüzn, kədər, həsrət ilə yox, ümid, inam, mətanət, 
qələbə  eşqi ilə verir. Cənnəti romantikasında sızıltı yox, gurultu 
vardır. 
Bu gurultu zahiri, süni deyildir. Bu şeirin  əzəməti, qüvvətli və 
səmimi bir hissin səsidir. Müasirlik, yenilik, mübarizə hissi şairin bu 
dövr yaradıcılığına ən xas əlamətlərdəndir. O, xitabət kürsülərindən 
danışan, minlərcə kütlələrə müraciət edən qüvvətli bir natiq kimi 
səslənir. O, öz oxucusunu mübarizəyə, vətən və mədəniyyət uğrunda 
mücadiləyə çağırır: 
 
Dəyişmiş dövrünü bu çərxi-gərdan, ey vətəndaşlar!  
Çevirıniş səflıeyi-tarixi dövran, ey vətəndaşlar!  
Həmiyyət vəqtidir, hümmət zamanı, mövsimi-qeyrət,  
Çevirınəz düşmənə dal mərdi-meydan,ey vətəndaşlar!
1
 
 
Vətənpərvərlik Cənnətinin  şeirlərində xüsusi bir qüvvət və 
səmiyyətlə tərənnüm olunur. O, Avropa mədəniyyətini, əsrin bütün 
yeniliklərini öz vətəninə gətirmək istəyir. Bu yolda ciddi-cəhd edən 
adamların hamısını alqışlayır. 
Səttarxan haqqında ədəbiyyatımızda çox əsərlər, xüsusilə şeirlər 
yazılmışdır. Sabirin, Səhhətin, Hadinin, Qəmküsarın  
                                                 
1    "Dirilik". 1914,№ 7. 
 

 
299
şerləri sırasında Cənnətinin də bir şeri seçilir. Cənnəti Səttarxanı 
xalq və millət qəhrəmanı kimi tərənnüm edir, onun xidmətlərini 
sayır.  Şair, qəhrəmanın ölümünə heyfslənir, azadlıq ideyası ilə bu 
adın həmişəlik yaşayacağına inanır. Cənnətinin "Səttarxanın ruhi-
pür fütuhinə" yazdığı şer sadəliyi və oynaq ahəngi ilə də seçilir: 
 
Əhsən olsun sənə namusi-vətən hifzi üçün,  
Can qoyarkən şərəfin etdi zaman, Səttarxan...  
Afərinlən sənə, ehya elədin millətini,  
Eylədin mürdələri sahibi-can, Səttarxan!
1
 
 
Cənnəti bilavasitə  Vətən haqqında yazdığı  şeirlərdə özünün ana 
torpağına olan məhəbbətini izhar edir, vətən övladım elmə, 
mədəniyyətə çağırır, vətəndaşların  şərəf və izzətini də bu yolda 
çalışmaqda görür: 
 
Gözümdə bir görünür şah ilə gədayi-vətən,  
Yeganədir mənə kim olsa aşineyi-vətən...  
Başını ərşə yetirınəzmi fəxr ilə daim,  
Hər ol igit ki, ola hamili-livayi-vətən.  
Vətən bizə anadır, çünki biz ona oğuluq,  
Dolub ürəgimizə qan kimi vilayi-vətən...  
Vətən, vətən və vətən! Baği-arizuyi-rical,  
Qülubi-mürdəyə canbəxşdir həvayi-vətən.
2
 
 
Vətənpərvərlik Cənnətidə  fəaliyyətsiz, müşahidəçi, sadə 
tərənnümdən ibarət deyildir. Şair bu məhəbbət və sevgi hissini 
dərhal mübarizə, hərəkət, iş ilə bağlayır.  Şair həqiqi vətənpərəst o 
adama deyir ki, bu yolda canını  əsirgəməsin. Vətənin gözəl 
nemətləri, bağı-bostanı, gülü-gülzarı, zəngin sərvəti olduğu kimi 
düşmənləri, yağıları da vardır. Vətənə qarşı duran 
qara qüvvələr "əhrimənlər" ilə mübarizə və bu yolda "həm can ilə, 
dil ilə, pul ilə, həm qələm ilə" fədakarlıq göstərənlər öz 
                                                 
1 "İqbal", 1914, № 603. 
2 Yenə orada, № 568. 
 

 
300
vətənpərəstliklərini isbat etmiş olurlar. Şair "Vətən təranəsi" adlı 
şeirində igidliyi, fədakarlığı, cəsarəti tərənnüm edir. Vətəni müdafıə 
məqamında "tüklərimizin hər biri xəncər kimi olmalıdır", "iynəgözü 
boyda" belə torpağımızdan düşmənə verilməməlidir - deyir. 
 
Hümmət ediniz, düşməni tərk eyləyəlim ta,  
Ətfal kimi qaçmayalım məskənimizdən.  
Namusi-vətən hifzi üçün bəzl edəlim can,  
Ta vizrüvəbalı götürək gərdənimizdən...  
Rüstəm kimi bir tiri - düpeygər edib icad,  
Bak etməyəlim, düşməni-ruyin tənimizdən.
1
 
 
Cənnətinin torpaq təəssübü mövzusunda iki şeiri vardır. Bakıda 
neft sənayesinin inkişafı ilə  əlaqədar olaraq yalnız Rusiya deyil, 
Almaniya, İngiltərə və sair Avropa kapitalistləri qazanc iştahası ilə 
Bakıya gəlirdilər. Onlar hər  şeydən  əvvəl burada yer almaq, buruq 
qoydurmaq, kök salmaq, beləliklə yavaş-yavaş  təsir dairələrini 
artırmaq niyyətində idilər. 
Cənnəti torpaq haqqında yazdığı şeirlərində xarici kapitalistlərin 
bu meylinə qarşı çıxır, yalnız öz mənfəətini düşünən, pula susayan 
yerlilərini məzəmmət edir. "Əşar" sərlövhəli  şeirində torpağın 
müqəddəsliyini, feyzini, bərəkətini tərənnüm etdikdən sonra üzünü 
öz vətəndaşlarına, torpaq sahiblərinə tutub deyir: 
 
Torpağa xor baxma, gözətlə rəhi-ədəb,  
Bu xaki-pakdır sənə, ey xacə ümmü-əb...  
Gahi əta qılır sənə ənvai-meyvəcat,  
Armudü tut, almavu əncir ilə ənəb... 
 
 
 
Hətta ölən zamanda basar bağrına səni,  
Guya ki əhli-eşq qucar yari-nuşləb...  
Kim yer satırsa, irzini, namusunu satır.  
                                                 
1"İqbal", 1914, № 495 
 

 
301
İstər tataru türk ola, ya fars, ya ərəb.
1
 
 
Şair yer satanı vətən xaini, binamus adlandırır. 
Cənnəti kapitalistlərin torpağa, vətənə yabançı  təsir gətirdiyini, 
xalqı, camaatı soymağa gəldiyini göstərməklə öz vətəndaşlarını 
sayıq olmağa çalışır. "Torpaq" adlı uzun tərci-bəndində insanın ta 
uşaqlıqdan necə torpağa bağlı olduğu, onunda pərvəriş tapması 
göstərilir: 
 
Bicamı çocuq daima torpaq ilə oynar?  
Torpaq tanımaqdır kişinin əqlinə səyyar.  
Bu oynamağın gizlicə bir hikməti vardır,  
Gər bilməlisən guş elə, ta eyləyim izhar.  
Həm mənşəyini, məlcəini tifl ikən anlar,  
Torpaqdan əgər qaldırasan şur ilə ağlar.  
Bu şivəni, fəryadı əbəs qılmayır uşşaq;  
Torpaq satanın çeşminə olsun qara torpaq.
2
 
 
Bu mövzu və məsələyə belə qatı vətənpərəst münasibət o zaman 
təzə məsələ idi. Qəzet və məcmuələrdə şairin bu şeirlərinə səs verən, 
bu ruhu intişar edən az idisə, bunun səbəbi bəllidir. Burjua 
mətbuatının çoxu maddi qidasını, köməyini torpaq, mülk 
ticarətçilərindən, sahibkarlardan alırdı. Yerli sahibkarların çoxunda 
vətən və torpaq təəssübü  əvəzinə qazanc, sərmayə artırmaq hissi 
şiddətli idi. Onlar pula sitayiş edirdilər. Bu yolda xarici kapitalistlər 
ilə  əlbir idilər. Cənnəti belə  mənfəətpərəst, biqeyrət varlıların 
xasiyyətnaməsini aşağıdakı misralarda verir: 
 
                                                 
1 "İqbal", 1914, №585. 
2 Yenə orada, № 595 
 

 
302
Səhər çayım, nahar nanu pənir, axşama bozbaşım,  
Dəxi dərdim nədir aya?Az aşım, ağrımaz başım.  
Nə düşmüşdür mənə el qayğısın, millət qəmin çəkmək,  
Mənim qarnım gərək tox, ac, susuz can versə qardaşım!
1
 
 
Şairin mənzərələr təsvir edən, təbii gözəllikləri düzgün və xoş bir 
dil ilə  vəsf edən "Bahariyyəsi", maarifin, qələmin, sözün tərifmə 
həsr olunmuş qüvvətli şeirləri vardır. Cənnəti mürəttiblər haqqındakı 
təsviri və  tənqidi  şeirində  mətbəə  fəhlələrinin xidmətini, hünərini 
göstərməklə, sahibkarların onlara olan qayğısızlığını da qeyd edir. 
Şair çox düzgün yazır ki, cüzi bir səhv üçün "min tənə və tüğyan" 
görən çapçıların hünəri heç zaman təhsin edilməz. Burada fəhlənin 
əməyinə və istedadına qiymət verməyən zalim və kütbaş "ərbab"lar 
tənqid olunur. 
Cənnəti köhnə  şeir məktəbində yetişib, sənətkarlıq mayasını da 
oradan tutduğu üçün şəkil, üslub, ifadə  cəhətdən klassik şeirdən 
uzaqlaşa bilməmişdir. Dilində ərəb və fars tərkibləri çoxdur. 
Lakin yeni mövzular şairin bu cəhətdən də yeniləşməsinə kömək 
etmişdir. O, şeirinin xalqa çatması üçün sadəliyə artıq fikir verirdi. 
Bacardıqca üslubunu müasir şeirin tələblərinə uyğunlaşdırırdı. O 
zamankı romantiklər arasında Cənnəti sadə yazanlardan sayılır. 
Hadiyə nisbətən onun şeiri daha sadədir. 
Cənnəti ömrünün axırına döğru xəstəlik və qocalıq ucundan az 
yazır. Sovet dövründə "Söz", "Yeni əlifba", "Dəmir" və s. haqqında 
kiçik şeirlər yazmaqla kifayətlənmişdir. 
 
 
 
 
  
                                                 
1    "İqbal", 1914,№ 575. 
 

 
303
 
 
Abdulla bəy 
Divanbəyoğlu 
 
(1883-1936) 
 
Abdulla bəy Divanbəyoğlu 1883-cü ildə Qazax qəzasının 
Əzizbəyli (keçmiş Hüseynbəyli) kəndində yoxsullaşmış  bəy 
ailəsində anadan olmuşdur. Kiçik yaşlarından (1895-ci il) yetim 
qalmış, ilk təhsilini Qazax ibtidai məktəbində aldıqdan sonra dövlət 
hesabına Qori darülmüəllimininə daxil olmuş, 1903-cü ildə oranı 
bitirmişdir.  Əvvəllər rustatar, sonra isə Bakı edadi məktəblərində 
müəllimlik etmişdir. Divanbəyoğlu Azərbaycan Nəşri-maarif 
cəmiyyətinin üzvü olub, 1905-ci ildə bir sıra başqa müəllimlərlə 
bərabər bu cəmiyyətin düzəltdiyi ibtidai təhsil kurslarında 
müəllimlik etmişdir. 1910-1912-ci illərdə Bakıda ikiillik pedaqoji 
müəllimlər məktəbində dərs demişdir. 
Maarif sahəsindəki işlə yanaşı Divanbəyoğlu  ədəbi fəaliyyətini 
də davam etdirmiş, "Can yanğısı" romanını, "Dan ulduzu" və 
"Cəng" adlı hekayələrini yazmışdır. 
Musavat hakimiyyəti zamanı xarici işlər nəzarətinin yazı-tərcümə 
hissəsində, Azərbaycan sovetləşəndən sonra isə xarici işlər 
Komissarlığında, eyni zamanda "Xalq maarifı" jurnalında xidmət 
etmişdir. 
1925-ci ildə Divanbeyoğlu Azərbaycan Dövlət Universitetinin 
tarix fakültəsini bitirmişdir. 
 
  

 
304
1920-26-cı illərdə Bakı Xalq Maarif şöbəsində  təlimatçı olmuş, 
pedaqoji məktəblərdə müdirlik etmişdir. 
Uzun müddət (1923-1929) Azərbaycan Dövlət arxivində müdir 
olmuş və "Azərbaycanı Öyrənən Cəmiyyət" təşkil olunan gündən bu 
cəmiyyətdə elmi iş aparmışdır. Onun Azərbaycan tarixinə aid bir 
sıra tədqiqi məqalələri "Azərbaycanı Öyrənən Cəmiyyətin xəbərləri" 
jurnalında çap olunmuşdur. Divanbəyoğlu 1929-cu ildə Azərbaycan 
Dövlət Elmi-Tədqiqat  İnstiturunda tarix-etnoqrafıya  şöbəsi rəyasət 
heyətinin üzvü seçilmiş, Azərbaycan xəritəsinin yaranmasına 
rəhbərlik etmişdir. 
1930-cu ildən başlayaraq, Divanbəyoğlu Elmlər Akademiyasının 
Azərbaycan şöbəsində elmi işçi sifəti ilə çalışmış, Azərbaycan Neft 
İnstitutunda dərs demişdir. A.Divanbəyoğlu 1936-cu ildə Bakıda 
vəfat etmişdir. 
Abdulla bəy Divanbəyoğlu az yazan, səliqəli yazan 
yazıçılardandır. O da, Səhhət kimi, Qərb  ədəbiyyatını sevmiş, 
mütaliə etmişdir. Rusca mükəmməl, davamlı  təhsil gördüyündən 
əsərlərinin çoxunu rusca yazmışdır. Üslubunda rus dilinin, rus ifadə 
xüsusiyyətlərinin təsiri aydın görünür. Divanbəyoğlu  ədəbi 
yaradıcılığa 1904-cü ildən "Duman" adlı hekayə ilə başlamışdır.
1
 
Əlimizdə ancaq əsərin bir hissəsi, natamam bir dəftər vardır. 
Əsərdə bir mülkədar ailəsi Rüstəm bəy və  oğlu Həmid bəyin 
təsərrüfatçılığı, malikanəni idarə etmələri təsvir olunur. 
Məişət, adi həyat səhnələri ilə yanaşı, Həmid bəyin öz bibisi qızı 
Səyyarə xanıma sevgisi verilir. Müəllif qəribə bir üsul götürmüşdür. 
Ən sevincli və  fərəhli vəziyyətlər və  ən kədərli vəziyyətlər eyni 
zamanda, bir-biri ilə çarpazlaşmış  şəkildə verilir. Hətta bu zidd 
əhvali-ruhiyyələr, eyni zamanda, bir ailədə, bir şəxsin başında 
cəmlənir. Qəlb bu hadisələri 
 
 
 
elə  təbii və elə  səmimi yaşayır ki, biz bunların heç birinə  şübhə 
etmirik. 
                                                 
1  Əlyazması Nizami adına Ədəbiyyat İnstitutunun əlyazmaları şöbəsindədir. 
 

 
305
Evdə matəmdir. Həmid bəyin anası  Sədəd (Səadət) xanım 
ölmüşdür. Ev gələnlərlə doludur. Həmid bəyin bibisi təziyəyə gəlib, 
gənc qızı Səyyarə xanımı da özü ilə gətirmişdir. Heç kəs Həmid bəyi 
ovuta bilmir. Səyyarə xanım dayısı  oğlunun ağlamasına dözmür. 
Qolundan yapışıb başqa otağa aparır, taxt üstündə əyləşdirir, dəsmal 
ilə onun göz yaşını silir. Gənc, gözəl Səyyarənin hərarətli  əlləri 
Həmid bəyin əlinə toxunduqca, incə, zərif, mehriban səsi eşidildikdə 
Həmid bəyin vəziyyəti dəyişir. Qızın ərkyanə və cəsarətli nəvazişləri 
Həmid bəyin qəmlərini dağıdır: "Səyyarə xanımın qoşa dağ kimi 
duran döşləri dərya ləpəsi təki çalxalanırdı. Onun şam əlləri hərdən 
bir Həmid bəyin əllərini büxtiyar sıxırdı. Can alan gözləri yaşlar ilə 
doldu, amma uzun kipriklər qoymadılar axmağa, Həmid bəyin ürəyi 
sıxılırdı, qanı qaynayırdı. 
" - Səyyarə, dünya mənim üçün ikibaşlı əjdaha olubdur. Qəzadan 
mənimki dönübdür, çərxim tərsinə dolanır. Qurt təzə almanı içindən 
oyan kimi, qəm və qüssə mənim ömrümü yeyir. Fələkdən mənə bir 
xoş gün doğar-doğmaz bilmirəm. Doğsa o gün sənsən...".
1
 
Yavaş-yavaş alovlanan məhəbbət müsibətə, matəmə qalib gəlir. 
Əvvəl özünü "fəlakətdə", bədbəxt sayan, hər  şeyin  əziz ana ilə 
getdiyini, bitdiyini güman edən Həmid bəy daxilən, qəlbən qüvvət 
kəsb edir. Məhəbbət - Səyyarə onu həyata, gələcəyə, işə daha 
möhkəm bağlayır. 
"İlan" hekayəsi kəndistan məişətindən alınmışdır. Müsəlman 
ailələrində hökm sürən köhnə adət və etiqadlar bəzən dəhşətli və 
bəzən gülünc nəticələrə səbəb olur. Guya ilanın yeddi yoldaşı olur. 
Kim birini öldürsə, qalan altı ilan qatili izləyəcək, fürsət tapıb onu 
sancacaqdır. Odur ki, bir ilan öldürən,  
                                                 
1  "Dəbistan", 1906, № 7. 
 

 
306
ya ilanın başqa yoldaşlarını da öldürməli, yaxud ömrü boyu 
qorunmalı, ehtiyat etməlidir. Bəzən bu "ehtiyat" o qədər qüvvətli 
olur ki, insanın xasiyyətinə keçir, cəsur, igid bir adam, puç etiqad 
ucundan vasvası, qorxaq, səksəkəli bir adam halına düşür. 
Divanbəyoğlunun bu əsəri mövzu etibarilə Hötenin "Ərdo Məlik" 
əsərinə çox oxşayır.
1
 Burada təsvir olunan ata xasiyyətcə  "İlan" 
hekayəsində Əhmədin anası Huri xanıma oxşayır. Hekayədə Kazım 
adlı bir nökər təsvir olunur. Kazım savadsız, elmsiz, yüksək mühit 
və zövqdən uzaq bir iş adamıdır. Ancaq həyat, iş, məişətin özü 
Kazımı Aslan bəydən də, Huri xanımdan da ayıq, həqiqətçi etmişdir. 
Heç kəs onu bu etiqada inandıra bilmir. O, xanımının uşağını xilas 
etmək üçün ilanı öldürmüşdür və  hər zaman, harada olur-olsun, 
gördüyü ilanı öldürür. Kazım çox sadə  və doğru düşünür.  İlan 
zəhərli, ziyankar canlıdır. Hər kəsin vəzifəsi ilanı öldürınəkdir. Huri 
xanım isə ilan öləndən sonra həyəcan keçirir. İlanın yoldaşlarının 
"intiqam" alacağını güman edir. Kazım xanımının etiqadına gülür: 
"-Vallah xanım, ömrümdə yüzdən artıq qızıl ilan, qara ilan 
öldürmüşəm... Bax, yenə  səlamətəm. Öldürəndə  məni çalıb 
öldürəcəklər... Huri xanım: 
- Səbəb bu ki, Əhməd səbəb olmasa, sən də öldürməzdin. 
-  İlan miravoy sudya deyil ki, səbəb axtara. Bir də  mən ilanı 
səbəbsiz, rast gələndə öldürürəm. Heç çomağı olardan əsirgəmirəm. 
İlanın ağına da lənət, qarasına da. Hamısı bir kafirdir. Səbəbin 
istəsələr bu da mənim səbəbim...". 
Bu bir neçə kəlmədə xanımın, xüsusilə Kazımın xasiyyəti aydın 
olur. 
 
 
 
 
                                                 
1    Bax: A.Səhhət. Məğrib günəşləri, Bakı, 1912, II hissə, səh.13. 
 

 
307
Bu hekayə  ədibin birinci əsərinə nisbətən yığcam, müxtəsər 
yazılmışdır və müəyyən əxlaqi bir mövzunu yaxşı əks etdirir. 
Ədibin  əlyazmaları içərisində  "Ərdoy dərəsi"
1
 adlı bir böyük 
hekayənin natamam surəti vardır. Bu hekayənin başlanğıcı əfsanəvi 
üslubdadır. Hekayədə bir dərəyə "Ərdoy" adı verilməsinin tarixçəsi 
söylənir. Ancaq bu sadəcə üsul, qurulmuş  fənddir.  Əsas məsələ 
köçərilərin, dağ  kəndlilərinin həyatının təsviridir.  Əsərin nə zaman 
yazıldığı  məlum deyildir. Ancaq bu hekayə üsbul və  məfkurə 
etibarilə "Can yanğısı"na daha yaxındır. Deməli,  ədibin 
yaradıcılığının ikinci, romantik dövrünə aiddir. Dilican yaylağı, 
buraya gələn çobanlar, ilxıları dağın saf, sağlam təbiəti, kəndin təbii 
gözəllikləri  əsərdə başlıca yer tutur. Hekayənin qəhrəmanı 
Köçərioğlu Köçərlidir. O, şəhərdən, gurultudan bezmişdir: 
"Ömrümün bu yayını göy dağlar belində, soyuq bulaqlar üstündə, 
çobanlar arasında, mələr mal-qoyun içində keçirmək istəyirəm. 
Könül dumanlı dağları,  şehli otlan, göy gurultularını, göz 
qamaşdıran  şimşəkləri arzu edir. Könlüm havalanıb məni oraya 
aparır". 
Kənd, təbiət qucağı  zəngin,  əlvan, tərifli sifətlərlə verilir. Bu 
həyat qəhrəmanın  ən böyük arzusudur. O bu həyatı "məhliqalara" 
belə  dəyişməz. Qanadlanmış könlü orada, ancaq orada rahatlıq və 
təsəlli tapır. 
A.Divanbəyoğlunun  ən mükəmməl və qüvvətli  əsəri "Can 
yanğısı" adlı romandır.
2
 Bu əsər quruluşu, təhkiyə üsülu etibarilə, 
həm köhnə  tərcümə  əsərləri olan dini məzmunlu "Xavərnamə", 
"Muxtarnamə", "Həmzənamə", "Rüstəm Söhrab"lardan, həm də 
yeni yazılmış bir sıra aşiqanə roman- 
                                                 
1 Əlyazması Nizami adına Ədəbiyyat İnstitutunun əlyazmaları şöbəsindədir. 
2 Can yanğısı, Bakı, 1914. 
 

 
308
lardan
1
  fərqlənir.  Əsər dərin və odlu məhəbbətin, səmimi bir eşqin 
sərgüzəştinə həsr olunmuşdur. 
Əhvalat 30 il səhralarda, dağlarda sərgərdan gəzən bir fələkzədə 
dərvişin, cəmyyətdən kənar romantik bir simanın dilindən söylənir. 
O, təbiətin qoynunda görüb sevdiyi və oradaca itirdiyi gözəl 
Ruqiyyənin macərasını yanıqlı bir dil ilə danışır. Ancaq dərviş 
yalnız aşiq deyildir. O eyni zamanda, özünə görə bir mütəfəkkir, 
həssas və  ağıllı adamdır. O özünün də, Ruqiyyənin də faciəsini 
ictimai quruluşda görür: "Ruqiyyə, elə fikir etmə ki, başqa yerdə 
adamlar ölüm, zillətdən qeyri özgə bir şey bilirlər. Siz burada allahın 
qoltuğunda, dağların başında hər kəs özünə  şah kimi dolandığı 
halda, orada (yəni  şəhərlərdə - M.C.) varlı, yoxsullar bir-birinə 
dolaşaraq  əhalinin bir hissəsini edib sultan, o biri hissəsini qul, 
möhtac... Bundan zülm törəyir. Bu səbəbə adam adamı canavar olub 
yeyir...".
2
 
"Can yanğısı" bir çox cəhətdən dövrü üçün xarakter əsərdir. 
Buradan Viktor Hüqo romantizminin, xüsusilə J.J.Russo 
baxışlarının təsiri açıq görünməkdədir. Burada ictimai mühit çirkablı 
bir adam kimi, təmiz adamların qatili kimi təsvir olunur. Şəhər, 
texnika, mədəniyyət, müasir ictimai əlaqələr pislənir. Bunlara qarşı 
kənd iddilliyası, saf təbiət, ibtidai əkinçilik, maldarlıq həyatı, köhnə 
kənd idealizə olunur. Kənd şəhərə, keçmiş indiyə, təbiət texnikaya, 
xəyal həqiqətə, arzu vəziyyətə qarşı qoyulur. Ruqiyyənin ailəsi və 
kəndi parlaq və yüksək bir nümunə kimi görünür. Ruqiyyə, 
müəllifın fıkrincə, bu gözəl aləmin timsalıdır. "Mədəni" insan isə bu 
pak məxluğu zədələyir, pozur, öz pis əxlaqı ilə  məhv edir. 
Ruqiyyənin  
                                                 
1 "Solğun çiçəklər" (Ə.Səbri), "Eşq və həvəs" (Səbribəyzadə), "Xoşbaxtlar" (İbrahimbəy 
Musabəyov), "Bədbəxt milyonçu" (M.S.Ordubadi) və s... 
2 A.Divanbəyoğlu. Can yanğısı, Bakı, 1914, səh.24. 
 

 
309
atası  şəhərdə bir gün qalandan sonra deyir: "Belə yerdə partlaram. 
Mən gedəcəyəm. Qara meşə qabağımda, göy dağ başımın üstündə 
olmasa, qara naxırın, ağ sürünün mələrtisini, göyün şaqqıltısını, 
gurultusunu eşitməsəm, mən dolana bilmərəm. Bunlarsız dolanına 
mənə haram olar... Burada mən yata bilmərəm. Niyə? O yanda 
malın göyşəməsi, ilxının oxrantısı qulağıma gəlmir. Necə qalım? 
Başım üstündə yarpaq-yarpaq ilə danışırmı? Ayaqlarım altında otlar 
xışıldayırmı?".
1
 
Əsərdə bu meyl ilə yeni, "mədəni" cəmiyyətdə yaranan duyğular 
qarşı-qarşıya gəlir. Əhmədlə Ruqiyyə, şəhərli ilə köçəri ailə arasında 
təsadüfən yaranan məhəbbət birliyi, ünsiyyət fənaya uğrayır. 
Ruqiyyəni dəlicəsinə sevən, onun üçün canından keçən  Əhməd, 
məqsədinə nail olandan sonra, köçəri həyatı ilə, dağlar, sular, oba 
həyatı ilə  təmin olunmur. O, şəhərə qayıtmaq istəyir.  Əhmədin 
məhəbbəti vətən sevgisi ilə vuruşmağa başlayır. Əhmədi bikef görən 
Ruqiyyə səbəbini soruşur. Əhməd gizlətmək istəyir: 
" - Dərdim böyükdür, sən çəkə bilməzsən. 
- Sən ilə bərabər birə on olsa da taqətim var. 
- Böylə dərd üçün yaranmayıbsan, əzizim. 
- Yox, özgə dərdin olsaydı deyərdin. Sən məni daha sevmirsən, - 
deyib əlləri ilə üzünü örtüb ağladı, barmaqlarının arasından mərmər 
arasından su tökülən kimi yaş axdı. Ürək verib Ruqiyyəni kiritdim. 
- Ruqiyyə, - dedim, vətənim yadıma düşübdür...". 
Əhməddə  vətən hissi get-gedə qüvvətlənir, Ruqiyyənin 
məhəbbətini arxa plana keçirir. Ruqiyyə buna heyrət edib soruşur ki, 
vətəndə kimin vardır? Əhməd cavabında deyir ki, vətənə məni çəkən 
heç kimim yoxdur. Məni çəkən oranın 
 
 
 
 
"havası, suyu, dağları, daşları, torpağı, ömrümün ibtidası... nə bilim 
nədir. Anlamıram... Mən gedəcəyəm, Ruqiyyə"
1

                                                 
1   A.Divanbəyoğlu. Can yanğısı, Bakı, 1914, səh. 26.
 
1  A.Divanbəyoğlu. Can yanğısı, Bakı, 1914, səh.19. 
 

 
310
Bu cavab qəhrəmanın qəlbində dərin kök salmış böyük duyğunu 
- vətən məhəbbətini və bu məhəbbətin qalib gəldiyini göstərən son 
və  qəti hökmdür. Əsərdə başdan-başa bir "yanğı", bir aləm, ürək 
çırpıntısı hiss olunur. Ruqiyyə savadsız kəndli, köçəri olsa da, pak, 
dərin məhəbbətli bir qızdır. 
Əhmədin - şəhərdən gələn bir adamın Ruqiyyənin ailəsinə 
gətirdiyi bu tale bütün köçəriləri əsəbiləşdirir, hamısı deyir: 
"Bu adam gələn yollara niyə daşlar döşənmədi?". Ruqiyyədən 
çəkinməsəydilər, oğlanı tikə-tikə doğrardılar". "Nə qədər olsa, yenə 
Ruqiyyənin əridir" deyirdilər. 
"Can yanğısı"nda inkişaf etməkdə olan sənaye kapitalizmi 
şəhərinin istismar, riya, ikiüzlülük kimi çirkin xüsusiyyətləri küskün 
bir gəncin zövqü, görüşləri dairəsindən tənqidə tutulur. Biz Ruqiyyə 
və Əhməd kimi saf qəlbli, sadə və səmimi insani duyğularla yaşayan 
gənclərin həyatı ilə qismən məhdud dairədə tanış oluruq. Onların 
məhəbbətinə mane olan əngəllərə  qəzəblənirik.  Əhməddəki vətən 
məhəbbətinin daha da dərinləşəcəyinə, qalib gələcəyinə, qəhrəmanın 
sadə etirazçıdan, küskün və mərdümkiriz bir aşiqdən fəal və mübariz 
bir vətəndaşa çevriləcəyinə inanırıq. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Yüklə 2,01 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin