AZƏrbaycanda


M.Hadi mütəfəkkir şairdir



Yüklə 2,01 Mb.
Pdf görüntüsü
səhifə16/23
tarix18.01.2017
ölçüsü2,01 Mb.
#5809
1   ...   12   13   14   15   16   17   18   19   ...   23

M.Hadi mütəfəkkir şairdir 
 
Hadinin son dövr yaradıcılığında fəlsəfə və fəlsəfi şeirlər hər 
şeydən artıq diqqəti çəkir. Hadi mütəfəkkir  şairdir. Hadi özü 
müstəqil, maraqlı bir fıkir aləmidir. XX əsr Azərbaycan şeirində 
fikirləşmənin, həm də ümumiləşdirici, kainatın və varlığın 
mənasını axtaran bir fikirləşmənin tərəfdarı olan Hadi şeirdə 
yalnız hiss deyil, ən çox fikir axtarırdı. O, dayaz əsərdən qaçırdı. 
Mövzularının çoxundan görürük ki, şair dərin düşüncələrə  qərq 
olmuşdur. Ən kiçik məsələlər onu düşünməyə  çağırır.  Xüsusilə  
mürəkkəb  ictimai  hadisələr, 
 
                                                 
1
  M.Hadi. Eşqi-möhtəşəm, yaxud ana qucağı, Bakı, 1914, səh.17. 
 

 
259
çarpışmalar və mübarizələrlə dolu olan yeni, XX əsr  şairin 
qarşısında, bir məktəbli qarşısında Yer kürəsi duran kimi 
dururdu. M.Hadinin "Kitabi-həyat", "Mənaziri-təbiət", "Dünya 
saheyi-qəmdir", "Təraneyi-qəmpərvaranə", "Bukayi-təbiət", 
"İnsanların tarixi faciələri", "Tövsiyeyi-mürğ" və s. əsərləri 
başdan-ayağa fəlsəfi məzmundadır. Həyatın, yaranışın və 
dünyanın mənasını axtaran şeirlər onun bu dövr yaradıcılığı üçün 
çox səciyyəvidir: 
 
Cəhanə gəlmədən məqsəd nədir insanə, bilməm ki?  
Həqiqətmi bu xilqət, yoxsa bir əfsanə, bilməm ki? 
 
Bu suallarla şair, oxucunu fıkir aləminə çağırır. Bu elə bir 
sualdır ki, fıkirləşmək qabiliyyəti olan bütün adamlar bunu 
düşünmüş, düşünür və düşünəcəklər. Hadi bu sualı quru sözlə 
soruşmamışdır, yaşayışın bütün parlaq və qaranlıq cəhətlərini 
saymağa, insan həyatını  bəlalar, fəlakətlər,  əzablarla bağlı 
olmasının, böyük arzuların həmişə cavabsız qalmasının və köhnə 
dünyada alçaq adamların həmişə üstün mövqe tutmasının 
səbəbini aramağa səy etmişdir: 
 
Cünunpərvərlərin fikri olub alimpəsəndanə,  
Neçin məyubdur rəyi-fəlatunanə, bilməm ki? 
 
* * * 
Olubdur müstəbidan calisi-övrəngi-istiğna,  
Neçin zillət nəsib olmuşdur əhraranə, bilməm ki? 
 
*  *   * 
Olub arayişi-baği-səadət cəhlpərvərlər, 
Neçin arif yaşar dünyadə bədbəxtanə, bilməm ki?
1
 
     
                                                 
1
 
M.Hadi. Firdövsi-ilhamat, Bakı, 1908, səh.34. 
 

 
260
  
Yaradıcılığının son dövründə Hadi şeirində təfəkkür meyli çox 
güclənmişdi. Ehtimal etmək lazımdır ki, o, müharibə meydanında 
gördüyü faciələrdən, Stavropolda rast gəldiyi hərb 
fələkzadələrinin halından, Birinci Dünya müharibəsinin törətdiyi 
ümumi və müdhiş  təxribatdan son dərəcə  bərk təsirlənmişdi. 
Müharibənin son illərində şairin öz həyatı da yaxşı keçmirdi. Nə 
qədər maddi ağırlıq və  çətinlik çəksə  də, mənəvi  əzabları daha 
artıq idi. Daha onun yaradıcılığında gənclik illərinə  məxsus 
"rindanə", "bariqəli"  şeirlərə rast gəlmirik. 1918-ci ildən 
başlayaraq xırda-xırda fəsillər  şəklində, ümumi bir sərlövhə 
altında yazdığı  məşhur "Əlvahi-intibah, yaxud insanların tarixi 
faciələri"  əsəri bu dövrün məhsuludur. Adından da görünür ki, 
bu, dərin təsirlənmiş  təfəkkür sahibinin məhsuludur və  fəlsəfi-
lirik poema ruhunda yeni, orijinal bir əsərdir. 
M.Hadi incə ruhlu, həssas bir şair kimi müasir mübarizələrin, 
bəşər tarixinin mürəkkəb mənzərəsini göz önünə  gətirməyə 
çalışır. Sonra böyük bir mütəfəkkir, insanpərvər kimi bu mənzərə 
ətrafında düşünür və kədərlənir. 
Hadidə qüssə, kədər axtaranlar ancaq mənalı, ictimai, böyük 
bəşəri kədər tapa bilərlər. Hadinin fikrincə, insanların böyük və 
tarixi bir faciəsi vardır ki, bütün böyük adamları düşündürmüş və 
düşündürməkdədir. 
Heç kəsin əlac tapmadığı bu tarixi faciə, şairin fikrincə, nədən 
ibarətdir? 
"İnsanların tarixi faciəsi"  əvvəla ondan ibarətdir ki, insan 
məxluqatın  əşrəfidir, bütün yaranmışların tacı,  əzəlidir. Eyni 
zamanda, indiki cəmiyyətdə insan məxluqatın  ən alçağına,  ən 
qəddarına çevrilmişdir. Çünki insanın iradəsi və  əli ilə törənən 
dəhşət və  fəlakətləri dünyada heç bir vəhşi,  şər qüvvə törədə 
bilməz. Nə ağ div, nə şeytan, nə sel, nə zəlzələ, nə vul- 

 
261
kan, nə tufan bəşəriyyəti o kökə sala bilməzdi ki, insanların 
törətdiyi birinci imperialist müharibəsi saldı. 
Bu faciə ikinci tərəfdən ondan ibarətdir ki, insan Yer üzündə 
hər bir məxluqatdan güclüdür. O, ən vəhşi, yırtıcı heyvanları 
özünə tabe etmişdir. Böyük çayları  kəhər at kimi cilovlayıb 
məcrasını  dəyişmişdir.  Ən böyük dağları  dəlmiş,  ən uzaq 
məsafələri qısaltmış, göyləri belə  fəth etmişdir. Təbiətin ağla 
gəlməz sirlərini kəşf etmişdir və etməkdədir. Bu qüdrət və qüvvət 
sahibi olan insan, insan oğlu öz səyini, bacarığını kainatın 
axıracan kəşf edilib mənimsənilməsinə, təbii sərvətlərə tamamilə 
yiyələnməyə, suyun, Günəş şüasının, havanın, torpağın mümkün 
faydalarının inkişafına sərf etmək əvəzinə ictimai mücadilələrlə, 
bir-birini didməklə  məşğuldur.  Şairin fikrincə, bəşəriyyət bu 
mücadilələr içində  də çaşıb qalmışdır. Tarix boyu insanlar ən 
yaxşı, böyük simalar yetirdiyi vaxtlarda da qanlı  qırğınlardan 
xilas ola bilməmişlər, hətta buna əsaslı bir təşəbbüs də 
etməmişlər. 
Bu faciə üçüncü tərəfdən ondan ibarətdir ki, insanlar nə qədər 
gözəl hisslər, müqəddəs fikirlər deyir-desin, yazır-yazsın, hələki, 
arzu olaraq qalır, həqiqət olmur: 
 
Səadət bir əməl, amma şəqavətlər həqiqətdir,  
Məsərrət ani bir şeydir, məlalətlər həqiqətdir,  
Məhəbbətlər müvəqqətdir, ədavətlər həqiqətdir,  
Ədalət nerdə, lakin zülmü vəhşətlər həqiqətdir,  
Hüququn namı var dünyada, qüvvətlər həqiqətdir,  
Hanı hürriyyət aləmdə, əsarətlər həqiqətdir,  
Qaçan bir kölgədir rahət, məşəqqətlər həqiqətdir,  
Bəlalar, dərdlər çoxdur, fəlakətlər həqiqətdir,  
Bütün əsarımız qanlı, cinayətlər həqiqətdir,  
Budur, tarix-meydanda, hekayətlər həqiqətdir!  
Bəni-adəmdə hər gündə şərarətlər həqiqətdir,  
Cahan bir ərzi-matəmdir, müsibətlər həqiqətdir, 
 

 
262
Cəhənnəm var bu dünyada, əziyyətlər həqiqətdir,  
Məişət aləmində rəncu zəhmətlər həqiqətdir,  
Bəşər şakidir ömründən, şikayətlər həqiqətdir,  
Nə yapsın bəxtsiz insan ki, möhnətlər həqiqətdir?!  
Kədərlər, qüssələr, qəmlər, səfalətlər həqiqətdir.  
Bəni-adəmdə hər gündə bu surətlər həqiqətdir: 
 
*  *  * 
 
Baxışlar kölgəli, üzlər biitün naşad şəklində,  
Bu matəmgahı kim görmüş sururabad şəklində
1
 
 
Bu faciə, nəhayət, ondan ibarətdir ki, bəşəriyyətin maddi və 
mənəvi məhsulunun mühüm qismi bir ovuc qəddar tüfeylilər 
tərəfindən qəsb olunmuşdur. Onlar həyatın bütün nemətlərindən 
eninə-uzununa, geninə-boluna istifadə edir, xoşbəxt və firavan 
yaşayırlar,  əksəriyyət xalqın çox hissəsi, özü də bu maddi 
nemətləri istehsal edən, yaradan hissəsi həmişəlik olaraq bu 
nemətlərdən məhrum edilmişdir. 
Aydındır ki, şairi düşündürən kiçik və ötəri məsələlər deyildir. 
O öz zəmanəsində xalqının və bütün zəhmət adamlarının ağır 
vəziyyətini görür, bunu qeyri-qanuni, qeyri-təbii və  ağlasığmaz 
bir dəhşət kimi göstərirdi. Fəlsəfi əsərlərində də şairin bəşəqi hiss 
ilə çırpınan qəlbini görmək mümkündür. 
Əlbəttə, Hadi siyasi hadisələrin mahiyyətinə, cəmiyyətin 
daxili quruluşuna, siniflər mübarizəsinə, ictimai inkişaf 
qanunlarına lazımınca bələd deyildi. Ona görə  də saydığı 
hadisələrin, yaşadığı mülkədar-burjua cəmiyyətində gördüyü 
haqsızlıqların kökünü, səbəbini göstərə bilmirdi. 
 
 
 
                                                 
1
 
M.Hadi. Əlvahi-intibah, yaxud insanların tarixi faciələri, Bakı, 1918, səh.56. 
 

 
263
M.Hadidə azadlıq fikirləri 
 
Hadi yaradıcılığının  əsas mövzularından biri azadlığın, 
hürriyyətin tərənnümüdür. Bu mövzu ilk fəaliyyət günlərindən 
ömrünün axırına qədər  şairi düşündürmüşdür.  Əvvəllər "Firdövsi-
ilhamat"ı yazan zamanlar, Hadidə azadlıq məsələsi çox hərarətlə, 
coşğun hiss ilə bağlı verilirdi. Şairdə sönməyən bir mübarizə, 
gənclik ehtirası görünürdü. Bu ehtiras onu ruhlandırır, 
qanadlandırırdı.  Şair romantik aləmdən, xəyaldan çıxaraq qurtuluş 
məfkurəsinə yanaşırdı. Məsələ müəyyən ictimai zəmindən yox, 
ümumi miqyasdan, hətta bütün aləm, kainat miqyasından almırdı. 
İctimai həyatda hər bir zəhmətkeşin möhtac olduğu həyati azadlıq, 
əmək və  hərəkət azadlığı, söz, vicdan, məslək azadlığı  tərənnüm 
olunurdu. 
Şairin bu zamankı  şeirlərində bir nəfər də konkret şəxsiyyət 
tərənnüm olunmur, ictimai həyatdan çox təbiət səhnələri verilir. 
Məsələn, "Bülbül", "Ulduzlara", "Lövheyi-bahar", "Təsviri-bədae", 
"Tövsiyeyi-mürğ", "Bir lövheyi-cəmal", "Axşam tənəzzöhləri" belə 
şeirlərdir. Bu əsərlərdə azadlığın feyzi, onun bir səadət olduğu 
söylənir. Bahar, quşların azadlıq simvolu olan səma, ulduzlar, 
nəhayətsiz üfüqlər, kainatın gözəlliyi vəsf olunur. 
Şair kainatın, yaranışın binasında azadlıq görür. Azadlığı təbiətin 
ən böyük, ən həqiqi mənası hesab edir. Bu geniş və fəzilətli aləmə 
nisbətən insanın həyatı şairə kədər gətirir. Qəlb, insanın şüuru, təbii 
meylləri, sərbəstlik, zənginlik sevən fikir və  xəyalı  məhdud 
çərçivələrə  sığmır.  Şair "Ruhulqüdsi-təbiətim", ("Təbimə" - 
olmalıdır - M.C.) adlı  şeirində öz təbinə, ruhuna xitabla bu 
məhdudluqdan şikayət edir: 
 
Ey təbi-vəsilim, səni sığdırmayır aləm, 
San kim qəfəs olmuş sənə bu aləmi-muzləm. 
 

 
264
 Ey ruhi-büləndim, sənə məhduddur əkvan,  
Əndamina naqis biçilib kisveyi-imkan.
1
 
 
Şair bəzən təbiətdə yalnız təbiətin yox, cəmiyyətin də  mənasını 
axtarır. Ruhunu aləmlərin seyrinə göndərir, insanlar arasında 
gördüyü, barışa bilmədiyi hadisələrin göylərdə, "yuxarılarda" nə 
halda olduğunu mənalı-mənalı soruşur: oralardamı "matəmgahi-
qəmdir?", "o saf havalar da fasid olmuş?" 
 
Çıx, çıx səyəran et, dəvəran et, cəvəlan et,  
Vüsətli bir aləm bulub onda təyəran et...  
Gəz, gör də nasıldır bu əvalim, bu səmalər,  
Şayani-tənəffüsmü o göylərdə həvalər?  
Aya, o cahanlardamı matəmgəhi-həvalər?  
Bu ərz kimi saheyi-qəm, səhni-ələmdir?  
Ol yerdə hüquqi-bəşərə varını rəayət,  
Məzlumlu edirlərmi o yerlərdə himayət?
2
 
 
Əlbəttə, nə ruh, nə  də  şairin uçan, qanadlanan ilham quşu bu 
suallara cavab gətirınir. Çünki bunların cavabı göylərdə, "ulduzlar 
aləmində" deyildir. 
Buna görədir ki, şair cahan müharibəsindən başlayaraq 
yaradıcılığının son dövrlərinə  qədər bu mücərrədliyin, ümumiliyin, 
kainatçılığın faydalı  nəticələr gətirınədiyini hiss etmiş, müəyyən 
dərəcə bundan çəkinmişdir.  Şair diqqətini  ən çox cəmiyyət 
hadisələrinə, bunların səbəblərinə, mahiyyətinə, parlaq və kölgəli 
tərəflərinin aydınlaşdırılmasına vermək istəmiş, həmişə dad və 
fəryad etdiyi cəhalət və nadanlığın nədən törəndiyini göstərməyə səy 
etmişdir. 
"İqbal" qəzetinin 1914-cü il nömrələrində  şairin  şeirləri ilə 
yanaşı, ictimai inkişaf məsələlərinə, xüsusilə təcəddüd
                                                 
1
 M.Hadi. Firdövsi-ilhamat, Bakı, 1908, səh.204. 
2
 Yenə orada. 
 

 
265
inqilab və hürriyyətə dair bir sıra məqalələri nəşr olunmuşdur. Bu 
məqalələr Hadinin ictimai görüşlərinin inkişaf və  dəyişməsini 
göstərmək üçün maraqlıdır. Hadi burada daha göylərə, "cəbərut 
aləminə", yaxud "quşların tövsiyəsinə" müraciət etmir, çox sayıq, 
elmi-siyasi mülahizələr söyləyir.  Şair ziddiyyətini aça bilmədiyi 
müasir burjua mədəniyyətinin nədən, necə yarandığını  və  nə kimi 
çətin mərhələlər keçməli olduğunu göstərməyə çalışır. 
Hadi indi nəinki mücərrəd yazmır, hətta mücərrəd yazan və 
danışan, müqəddəs kəlmələrin arxasında gizlənən ziyalıları danlayır, 
təcəddüd, inqilab və hürriyyət kimi gözəl kəlmələrin yerli-yersiz, 
"çox işlənə-işlənə" necə hörmətdən düşdüyünə, quru və məzmunsuz 
ibarəyə çevrildiyinə  qəzəblənir. Bu kəlmələri  əzbərləyən və 
bunlardan  şirin-şirin danışan bir çox "müsəlmanlar" bu məsələni 
anlamırdılar. Deməli, yenilik, hürriyyət söz deyil, hərəkətdir, nitq 
deyil, işdir. Bəs bir sıra müsəlman ziyalıları niyə anlamırlar? Bunun 
səbəbləri var. Hadi burada ictimai xəstəliklərdən, xalqın geridə, 
avamlıqda qalmasına bais olan düşmənlərdən, xainlərdən, yalançı 
"rəhbər"lərdən, pul düşkünlərindən danışır. Bu mülahizələr çox 
aydın, müəyyən, müstəqil, həm də həqiqidir. 
Şairin düşüncələrindəki bu inkişaf şeirində, bədii yaradıcılığında 
da özünü göstərir. O, mədəniyyət günəşinə müraciət edərək soruşur: 
 
Niçin bu Şərqimizə yağmayır gözəl nurun?
1
 
 
Belə suallardan şair ötə bilmir. Bir axşam qəmlərini dağıtmaq 
üçün seyrə  çıxır. Bir kora rast gəlir. Bu "canlı  səfalət"  şairi 
düşündürür. Şair daha da kədərlənir. Bu hadisə münasibətilə  
                                                 
1
 
M.Hadi. "Əzhari-əfkar", "İqbal", 1914, № 536. Şair bu şerinə belə qeyd verir: "İnsan 
mədəniyyəti-hazirə ilə şərqi müqayisə edərkən belə bir "niçin" qarşısında qalır.
 
 

 
266
yazdığı "Asi şerlər"ində sirlərinə heyranlıq yox, üsyan ifadə edir: 
 
Ey üqdəsi açılmayan əsrari-kainat,  
Ey anlaşılmayan əzəli validi-həyat!  
Qayən nədir, anlamadım kainatdan,  
Qəsdin nədir bu gözləri ölmüş həyatdan?!  
Lazımsa gər həyat bu "canlı zülam " üçün,  
Bir "cift işıq"gərək ki, bu dünyaməqam üçün,  
Ta görsün onlar ilə təriqi-məişəti,  
Qərq eyləsin nəzərləri nur ilə zülməti
1

 
M.Hadinin şeirlərində hiss-həyəcandan çox mühakimə üstündür. 
Burada fəlsəfı düşüncələr, dərin elmi suallar hesabına hissin 
zəiflədiyini və ümumiyyətlə  şeirin bir qədər soyuq təhlil yoluna 
düşdüyünü görmək olar. İctimai hadisələr, adi insanlar, həyatın 
girdabında çırpman bədbəxt, talesiz adamlar şairi yaradıcılığı boyu 
məşğul edir. Şair bunlara acımaqla qalmır, həm də "kainata" üsyan 
edir. Aydın görünür ki, şair canlı, həqiqi insanların həyat və 
taleyindən yazır. Ayrı-ayrı hadisələrdən, ayrı-ayrı  şəxsiyyətlərin 
vəziyyətindən ümumi, ictimai-fıkri nəticə  çıxarır. Qadınların 
həyatından yazdığı  şeirlərdə  də müsəlman qadınlarının məhkum 
halı, hüquqsuzluğu, yanıqlı, təəssüflü bir dil ilə söylənir. Burada 
azadlıq arzu və  tərənnümləri, mütləq canlı  həyat, həqiqi ictimai 
münasibət əsasında verilir. Azadlığın kim üçün tələb olunduğundan, 
kimə qarşı mübarizələrdə əldə edilə biləcəyindən bəhs olunur. 
M.Hadidə azadlıq, mədəniyyət, yenilik maarifdən kənar, əlahiddə 
məsələ kimi qoyulmur. Azadlıq düşmənlərini  şair elm, mədəniyyət 
düşmənləri ilə eyniləşdirir. Ona elə  gəlir ki, mədəniyyət dünyası 
azadlıq dünyası deməkdir. Bu eyniləşdirmə 
                                                 
1
 
M.Hadi. "Asi şerlər", "İqbal", 1914, № 615.
 

 
267
də  şairin Qərb mədəniyyətinə, Avropa məişətinə  tənqidsiz 
yanaşmasından, o aləmi  şişirtməsindən irəli gəlir. Hadi həmin 
Avropada, qəzet və kitablarda "mədəni aləm" deyə  tərif olunan 
ölkələrdə davam edən istismarın, haqsızlığın törətdiyi cinayətləri 
görə bilmir. Hadinin hər yerdə, hər əsərində nifrətlə danışdığı, dözə 
bilmədiyi, vəhşi qırğın adlandırdığı cahan müharibəsinin də ictimai 
səbəbləri onun üçün hələ də "niçin" olaraq qalırdı. 
M.Hadinin  şeir dili, o zamankı romantizmin təbiətinə uyğun 
olan, daha doğrusu, bu təbiətdən doğan təntənəli, bəzəkli, ritmik, 
xitabkar bir dildir. Buna görə də onun dili realistlərin, müasiri olan 
bir sıra yazıçıların başladığı sadələşmə  cərəyanına ziddir. Bu dil 
klassisizm üslubuna uyğun,  ərəb-fars tərkib və ifadələrinin çox 
işlədildiyi, çətin, yüksək, ağır bir dildir. Hadi şeirinin geniş 
yayılmasına,  şairin mütərəqqi fıkir və saf duyğularının lazımmca 
mənimsənilməsinə mane olan səbəblərdən biri də, həmin bu qəliz 
dildir. 
Müharibə illərində (1916) Hadinin "Doğru söz" qəzetində heca 
vəznində rübailərində çox sadə  şeirləri nəşr olunmuşdur ("Əməl" 
əsərindən) Bu parçalarda belə bəndlər var: 
 
Səninlə gözlər gülər,  
Alınlar, üzlər gülər,  
Hansı dodağa qonsan,  
Ağızda sözlər gülər... 
 
Aşıq və el şeirinə  bənzəyən bu parçaların doğrudan da Hadi 
qələminə aid olduğuna adam çətin inanır. Hər halda bu parçaların nə 
dili, nə üslubu Hadi şeiri üçün səciyyəvi deyildir. 
İstər coşqun hərarət və ehtirasla tərənnüm etdiyi maarif, 
mədəniyyət məsələləri, istər vətənpərvərlik və azadlıq ideyaları 
M.Hadidə nisbətən mücərrəd və ümumi şəkildə qoyu- 
 
 

 
268
 

 
269
lur və təsvir olunur. Şair iki şeyi çox doğru və aydın hiss etmisdir: 
köhnə, mütləqiyyət, zülm dünyası  bəşərin səadətinə riddir, bütün 
bəlaların kökü bu cəmiyyətdədir. Bu cəmiyyət vaşaya bilməyəcəkdir 
və mütləq dəyişəcəkdir. 
Şair bu həqiqətləri ümumi şəkildə  dərk etsə  də, cəmiyyət 
həyatının, ictimai mübarizə  və mücadilələrin həqiqi dinamikasını 
aydın görə bilmir. Buna görə də həm köhnə dünyanı tənqid edərkən, 
həm də "yeni həyatı" arzu edərkən ümumi, mücərrəd, zaman və 
məkan konkretliyindən kənar mühakimələr yürüdür. Tarix boyu şair 
və filosofların çoxlarının dediyi "yaxşılıq-pislik", "yenilik-
köhnəlik", "işıq-zülmət", "səadət-fəlakət", "mədəniyyət-vəhşət" və s. 
kimi ümumi məfhumlar haqqında ümumi xitablar yazır. Hadinin 
məfkurəsində gördüyümüz ziddiyyətlər, onun özünün "niçin" - deyə 
arayıb tapmaq istədiyi ictimai ziddiyyətlər ilə möhkəm əlaqədardır. 
Bu ziddiyyətləri şairin dünyagörüşündə, sənətində açıq görmək olar. 
O, bir tərəfdən qazilərə, şeyxlərə, hakimlərə lənət oxuyaraq camaata, 
kütləyə  tərəfdar çıxır, ikinci tərəfdən bütün əsərlərini həmin 
şeyxlərin və qazilərin qəliz dili ilə, kütləyə, camaata tamam yad olan 
bir dil ilə yazır. Bir tərəfdən vətəndaşlarını mübarizəyə, "meydana", 
çarpışmaya çağırır, ikinci tərəfdən özü hərəkatdan kənarda, fərdi 
hisslərinin, "dağınıq xəyallarının"  əsiri olaraq qalır. Bir tərəfdən 
gələcək ümidindən, "səadət sabahı"ndan, "ümidi istiqbal"dan 
ruhlanır, ikinci tərəfdən, bəzən kədərli, qüssəli və acizlik ifadəsi 
olan  şeirlər yazır. Bir tərəfdən Darvin kimi böyük alimlərin, təbiət 
və texnika elmlərinin fəthlərinə heyran qalır, təbrik edir, öz 
vətəndaşlarını bu hadisələrdən ibrət almağa çagırır, ikinci tərəfdən 
həyat və  məişətin lap adi və  məlum hadisələrindən çaşır,  əsəbi bir 
vəziyyətə düşür. Küçədə rast gəldiyi bir korun faciəsini az qala 
bəşəriyyətin ümumi faciəsi kimi böyüdür, xilqətə qarşı romantik 
üsyankarlıq edir. Bir tərəfdən yüksək ictimai ehtiras, mübarizə, 
yenilik həvəsi, elm 
 

 
270
və maarif eşqi ilə çırpınaraq hər bir yarpaqda xilqətin dərin mənasını 
axtaran  şair, ikinci tərəfdən qeydsiz, şərtsiz olaraq, sinfi-tarixi fərq 
qoymadığı bütün cəmiyyətə, bütün bəşər tarixinə istehzalı xitablar 
edir, kənar bir müşahidəçi kimi cəmiyyətin ziddiyyətlərinə gülüb-
ağlayır. 
M.Hadi yaradıcılığını müasirlərinin bir çoxundan ayıran budur. 
Bu yaradıcılığın ictimai-siyasi qiymətini və  əməli  əhəmiyyətini 
azaldan da budur. M.Hadi şeirini geniş oxucu kütləsindən müəyyən 
dərəcədə uzaqlaşdıran da bu ziddiyyətlərdir. 
 

 
271
 
 
Abbas Səhhət 
(1874-1918) 
 
Tərcümeyi-halı 
 
Abbasqulu Mehdizadə  Səhhət  Şamaxıda ruhani ailəsində 
doğulmuşdur. Onun atası Molla Abbas məktəbdar bir məhəllə 
mollası idi. Səhhət ilk təhsilini atasından almışdır. O, 16 yaşından 
ədəbiyyatla maraqlanmağa başlayır, Hacı Seyid Əzim kimi 
zamanının ustad şairlərinə təqlidən qəzəllər yazırsa da, müvəffəq ola 
bilmir.  Ədəbi təhsilini artırmaq üçün məşhur  şair Hacı Cabbar 
Sabitin yanında əruz elmini oxuyur. Həmin müəllimin məsləhəti ilə 
mükəmməl bir təhsil almaq üçün İranın Xorasan şəhərinə gedir. Bir 
ilə  qədər Xorasanın mədrəsələrində oxuyur. Burada da istədiyini 
tapa bilmədiyindən Tehrana gedir. "Mədrəsəyi-nizamiyyəyi-
Nasiriyyə" adlı vaxtilə  Nəsrəddin  şah tərəfindən açılan məktəbə 
daxil olur. Altı il orada çalışaraq təhsilini bitirir, naiblik rütbəsilə 
həkimlik  şəhadətnaməsi alıb təbabət işinə başlayır.  İranın bir neçə 
şəhərini gəzib dolaşdıqdan sonra bir xanın sarayına həkim vəzifəsinə 
təyin olunur. Səhhət bu xanın sarayında uzun müddət qala bilmir. 
Onun təbabət üsulunu bəyənməyən xan, bir gün onu da başqa 
nökərləri kimi falaqqaya saldırıb döydürdüyündən Səhhət artıq 
İranda qalmaq istəməyib Şamaxıya qayıdır. 

 
272
Xaricdə  təhsil gördüyündən ona həkimlik hüququ vermirlər. 
İmtahan vermədən Rusiya imperiyası daxilində  həkimlik edə 
bilmədiyi üçün bir qədər işsiz qalır, sonra Şamaxı Rüşdiyyə 
məktəbində Azərbaycan dili müəllimi olur. 
Səhhət, Tərrah və Sabir səmimi yoldaş olmuş, birlikdə vaxt 
keçirmişlər. O zaman bu şairlər hələ klassik şeir təsirindən xilas 
olmamışdılar. Köhnə üsul ilə  həcv, qəzəl və  mərsiyə yazar, öz 
dostları arasında oxuyar, yayardılar, Sabirin vəfatından sonra 
Köçərliyə yazdığı mənzum məktubunda Səhhət buna işarə edir: 
 
Bir zaman Nasehu
1
 Tərrah ilə Sabir, bəndə  
Yaşayırdıq hamımız qəflət ilə fərxəndə.  
Birimiz mərsiyəgulukda böyük şair idi,  
Birimiz sağərə mail, birimiz cananə,  
Birimiz həcvdə yəğma
2
 kimi çox mahir idi,  
Laübali keçinirdi günümüz rindanə,  
O pərişan yuxudan sən bizi bidar etdin,  
Doğru, düz yolda çalışmaqlığa vadar etdin
3

 
1905-ci il inqilabı ədəbiyyatda da böyük bir fəaliyyət və yenilik 
hərəkatı oyatdı. Müasir, canlı ictimai mövzular qəzəl və  mərsiyə 
ədəbiyyatını geriyə atdı. Ədib və şairlərin çoxu, o cümlədən Abbas 
Səhhət yeni ədəbiyyat yolunda çalışmağa başladı. O, Tehranda 
fransızcanı öyrəndiyindən Qərb ədəbiyyatı ilə, xüsusilə rus, fransız 
ədəbiyyatı ilə yaxşı tanış idi. Qərb və müasirlik ruhunu Azərbaycan 
ədəbiyyatına da gətirmək istəyirdi. "Həyat" qəzetinin 14-cü 
nömrəsində çap olunmuş "Təzə  şeir necə olmalıdır?" adlı 
məqaləsində şeirə 
 
                                                 
 
1  Ə.Naseh  Şamaxı  şairlərindən Sabirin, Səhhətin müasiridir. Bir sıra maarifpərvər  şeirlərin 
müəllifidir. Bax: F.Köçərli. Azərbaycan ədəbiyyatı tarixi materialları, II cild, Bakı, 1925-ci il. 
2Yəğma-həcv yazan fars şairlərindəndir (XVIII əsr).
 
 
3Abbas Səhhət. Sınıq saz, Bakı, 1912, səh.26. 
 

 
273
yeni münasibət tələb edir, sənətdə  həqiqi varlığı, təbiətin 
gözəlliklərini təsvir etməyi, həm də insani hisslərin üstünlüyü ilə 
təsvir etməyi lazım bilir. Səhhət özünün bu nəzəri tələbini gözəl 
mənzərələr verən şeirləri ilə təsbit etmək, göstərmək istəmişdir. Şair 
yoldaşlarından Ağaəli bəy Naseh Səhhətin məktəb uşaqları üçün və 
yeni tərbiyə  uğrunda yazdığı  şeirləri tənqid edərək deyirdi: "Şair 
dünyada azad və laübalı olmalıdır. Oxuyanlar xoşhal olmaq üçün 
ruxi-yarı, xətti-xalı  vəsf etməlidir. Sizlər isə  şüəra rəsmini təğyir 
edib həmdəmi-cəmi ətfal olmusunuz". 
Səhhət bu tənqidə belə cavab verir: 
 
Bu zaman siz buyuran köhnə üsul,  
Eyibdir, eyib, deyildir məqbul.  
Çünki indi dəyişib vəzi-cahan,  
Başqadır, başqa təqazayi-zaman...  
Fikrimiz tərbiyeyi-millətdir,  
Qəsdimiz millətə bir xidmətdir...
1
 
 
Səhhət 1905-ci il inqilabından sonra nəşrə başlayan Azərbaycan 
qəzet və  məcmuələrinin çoxunda iştirak etmişdir. Xüsusi ilə 
"Dəbistan", "Məktəb" kimi tərbiyə  məcmuələrinə çox yazırdı. 
Əsərləri 1912-ci ildə "Məğrib günəşləri" (tərcümələr), "Sınıq saz" 
adlı kitablarda nəşr olunmuşdur. 
Bundan başqa Səhhətin nəsrdə  də müəyyən məharəti var idi. 
Ruscadan iqtibas etdiyi "Yoxsulluq eyib deyil" məzhəkəsi, müharibə 
fələkzadələrinin həyatından alınmış "Qaragünlü Həlimə" (1917) 
hekayəsi məşhurdur. Səhhətin "Volqa səyahəti" adlı romanı var 
imiş.  Şairin yaxın dostlarından biri olan Cəmo Cəbrayılbəyli öz 
xatirələrində bu romanın əlyazmasını oxuduğunu yazır. 
 
 
 
                                                 
1
 
Abbas Səhhət. Sınıq saz. Bakı, 1912, səh.14. 
 

 
274
"Volqa səyahəti" 15-18 dəftərdə, həcmcə böyük epik bir əsər 
imiş. C.Cəbrayılbəylinin dediyinə görə, bu roman həm məzmun, 
həm də  Bədii təsir cəhətdən  şairin  ən qüvvətli  əsərlərindən imiş.
1
 
"Əli və Ayişə" romanında isə Səhhət köhnə ailə və məişət adətlərini, 
cəhaləti göstərir.  Şamaxıda və ümumən müsəlman  şərqində çox 
təsadüf edilən zor ilə qız ərə vermək, qaçırmaq, müamiləçilik və s. 
çirkin adətləri tənqid edir. 
Bu romanlar qismən  Şərq və qismən də  Qərb üslubunda imiş. 
Nəsr ilə davam etdirilən təsvir və  əhvalatlarla yanaşı, gözəl  şeirlər 
də verilirmiş. 
Təəssüf ki, bu əsərlər heç yerdə  nəşr olunmamış, müharibə 
illərində itib batmışdır. A.Səhhət həyatının son illərini Kürdəmirdə 
və  Gəncədə keçirmişdir.  Şair 1918-ci ildə  Gəncədə yatalaq 
xəstəliyindən vəfat etmişdir. 
Yüklə 2,01 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin