Tretyakov qalereyası



Yüklə 20,27 Kb.
səhifə1/2
tarix17.12.2022
ölçüsü20,27 Kb.
#75779
  1   2
şəxsi kolleksiya


Tretyakov qalereyası
Tretyakov Qalereyası Moskvada ən məşhur muzey sayılır. Kremlin yaxınlığında, Moskva çayının sahilində yerləşən bu məşhur ünvanı demək olar ki, tanımayan yoxdur. Sankt-Peterburqda “Ermitaj”, Parisdə “Luvr”, Madriddə “Prado”, Londonda “Britaniya muzeyi” nə qədər məşhurdursa, Tretyakov Qalereyası da Moskva üçün o qədər əvəzolunmazdır. Bu muzey şəhərin vizit kartı, rus incəsənətinin simvolu sayılır. Qalereyada dəyərli rus kolleksiyaları qorunur. Muzey həmçinin sovet incəsənəti və mədəniyyətini özündə əks etdirən minlərlə rəngkarlıq, qrafika, heykəltəraşlıq və tətbiqi incəsənət nümunələrinə malikdir.
Muzeyə daxil olarkən elə birinci mərtəbədə qalereyanın yaranması haqında məlumatları oxumadan irəliləmək mümkün deyil. Qalereyanın yaranma tarixi isə çox maraqlıdır. Tretyakov qardaşlarının mülkündə yerləşən qalereyanın tarixi 1856-cı ildən başlanır. Belə ki, Moskvanın tanınmış taciri Pavel Tretyakov öz ilk rəngkarıq işlərini rus rəssamlarından alır və bununla ən gözəl incəsənət əsərlərinin kolleksiyası onun həyatının əsas işinə çevrilir. Beləcə o, Rusiya incəsənətinin ən gözəl, ən qiymətli nümunələrini öz şəxsi kolleksiyasında toplamağa başlayır. Tretyakovun şəxsi kolleksiyasında rus peredvijniklərinin - XIX əsrin II yarısında rus rəssamlar məktəbinin üzvlərinin ən yaxşı əsərləri toplanır. İlya Rupin (onun “Dəhşətli İvan və onun oğlu” əsəri daxil olmaqla), Perov, Kramskoy, N.Ge, Savrasov, Şişkin, Vasnetsov, Vereşşaqin, Serov, Aleksandr İvanov (kətan üzərində məşhur əsəri “İsanın insanlardan əvvəl təzahür etməsi” ilə) və başqaları rus incəsənətinin öncülləri idilər. Kolleksiyaya XII-XIV əsrlərin qədim rus ikona rəngkarlığı, Andrey Rublyovun məşhur “Üçlük” əsəri daxil idi. Tretyakov bütün kolleksiyasını Lavruşinski döngəsindəki evində yerləşdirməyi qərara alır. Amma həmin eksponatlar üçün yer az olduğundan yeni zalların tikilməsinə ehtiyac yaranır. 1874-cü ildə başlanan tikinti iki ildən sonra başa çatır. Eksponatların taleyi də müvəqqəti həll olunur. 1882-ci ildə Tretyakov Vereşaginin əsərlərinə yenidən üstünlük verəndə sərgi salonunun genişlənməsi gündəmə gəlir və altı zal qurulur. Tikinti qayğıları messenatın öz kolleksiyasını yeni incəsənət nümunələri ilə zənginləşdirməsinə mane olmur. O, təkcə öz zövqünü deyil, həmçinin hamının bəyəndiyi əsərləri toplaya bilir. 1892-ci ildə qalereya daha 6 zalla zənginləşir və həmin il Tretyakov kolleksiyanı Moskvaya hədiyyə edir. O vaxt isə artıq Tretyakovun şəxsi kolleksiyasının yaranmasından 36 il keçirdi.

Sonralar bu qalereya onun şərəfinə “Tretyakov Qalereyası” adlandırılır. Unikal muzey əldə edən Moskva şəhəri o vaxtdan sonra dünya miqyasında mədəni missiyanı gerçəkləşdirməyə başlayır. Qalereya ümumi cəmiyyət mülkiyyətinə çevrilir və tezliklə o, yalnız Rusiyada deyil, həm də Avropada şöhrət qazanır.


Tretyakovun vəsiyyəti:
Messenatın ölümündən sonra qalereya özünün əsas himayəçisindən məhrum olur. Tretyakovun vəsiyyətinə görə, Moskva şəhər Duması qalereyanın əmlakını bölə bilməzdi. O, həmçinin Moskva şəhər Dumasının qalereyanın saxlanılmasına lazımi vəsait ayıra bilməyəcəyini bildiyindən son vəsiyyətnaməsində 150 min rublu qalereyaya vəsiyyət edir ki, bu vəsaitdən faizlər muzeyin təmirinə yönəlsin və 125 min rubl isə ekspozisiyanın zənginləşdirilməsi məqsədilə incəsənət əşyalarının alınmasına sərf olunsun. Pul vəsaitlərindən əlavə, qalereyaya daşınmaz əmlak və qədimi rus ikonalar toplumu vəsiyyət olunmuşdu. Əvvəlcə messenatın vəsiyyətinə əməl olunmur. Ancaq imperator 2-ci Nikolay işə qarışandan sonra tacirin vəsiyyəti yerinə yetirilir. Moskva Duması Pavel və Sergey Tretyakov qardaşlarının muzeyinin Qalereyanın şurası tərəfindən idarə olunması haqqında qərar qəbul edir. Şuranın ilk tərkibinə knyaz V.M.Qolitsan, Tretyakovun qızı A.P.Botkina, rəssamlardan V.A.Serov və İ.S Ostrouxov, kolleksiyaçı Svetkov daxil olur. Həmin vaxt Tretyakovların yaşayış evi tamamilə tikilib qurtarır və muzey kimi fəaliyyət göstərir.
1910-cu ildə messenat M.A.Morozovun vəsiyyəti ilə Tretyakov qalereyası K.Mone, O.Renuara, E.Mane, K.Pissaro, E.Deqa kimi fransız rəssamlarının əsərləri ilə zənginləşir.
Qalereyanın yeni intibah dövrü 1913-cü ildən başlayır. Tanınmış rəssam İ.Qrabarınin qalereyaya rəhbərlik etdiyi dövrlərdə ekspozisiyalar Avropanın ən məşhur muzeyləri kimi kökündən dəyişir. Qərara alınır ki, hər bir rəssamın əsəri ayrıca zalda sərgilənsin. Elə o vaxtdan bəri zallardakı əsərlər - qədim rus ikonaçəkənlərin əsərlərindən tutmuş müasir rəssamların əsərlərinə qədər xronoloji ardıcıllıqla yerləşir. Həmçinin bütün kolleksiyanın elmi təsviri verilir.
1927-ci ildə Tretyakov qalereyası genişlənir. Təmirdən sonra Tretyakovların evi muzeyin inzibati binası kimi fəaliyyət göstərir. Həmçinin bura kitabxana, arxiv, qrafika fondları və elmi şöbələr köçürülür. Sonrakı illərdə muzeyə qiymətli əsərlər daxil edilir. Muzeyə bağışlanan əsərlərin arasında Benua, Petrova-Vodkin, Rerix, Savrasov, Vrubel və başqa görkəmli rəssamların əsərləri vardı.

50-ci illərdə aydın olur ki, ekspozisiyaların tam yerləşməsi üçün muzey zalları bəs eləmir. Qalereya üçün əlavə bina tikmək zərurəti yaranır. Yerli rəhbərlik Kremlin yaxınlığında, Moskva çayının sahilində yerləşən ərazini seçir.




Yüklə 20,27 Kb.

Dostları ilə paylaş:
  1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin