Tretyakov qalereyası



Yüklə 20,27 Kb.
səhifə2/2
tarix17.12.2022
ölçüsü20,27 Kb.
#75779
1   2
şəxsi kolleksiya

Müharibədən qurtulan əsərlər:
Muzeyin işçisi Qalina Fyodrovna deyir ki, Qalereyanın ən çətin dövrü müharibə illərinə təsadüf edir. Belə ki, müharibə illərində qalereya əsərlərin evakuasiyasını və demontajını həyata keçirir. Əsərlər çərçivədən çıxarılır. 1941-ci ilin yayında Tretyakov Qalereyasının ən qiymətli əsərlərindən ibarət eşalonu Novosibirskə yola salınır. Bu sırada həmçinin A.S.Puşkin adına Təsviri İncəsənət Muzeyinin, Şərq Mədəniyyəti Muzeyinin, Yeni Qərb İncəsənəti Muzeyinin eksponatları da vardı. Eksponatları muzey işçiləri müşayiət edirdi. Eksponatlar Novosibirskdə Opera Teatrının yarı tikili binasında yerləşdirilir. Moskva alman təyyarəçilərinin bombardmanına məruz qalarkən Tretyakov Qalereyasının əsas binasının bir hissəsi dağılır. Noyabr ayında isə muzey xidmətlərini göstərən ikimərtəbəli ev dağılır. Bu hadisə eksponatların növbəti hissəsinin evakuasiyasını sürətləndirir. Eksponatlar barja ilə Permə göndərilir. Yolda əsərlər hava hücumuna məruz qalsalar da xoşbəxtlikdən əsaslı zədələnmədən xilas olurlar. 1942-ci ildə kolleksiyanın 4-cü eşalonu yola salınır. Muzeydə bir neçə min eksponat və çox da böyük olmayan kollektiv qalır.
Artıq həmin il Qalereyanın yenidən qurulması başlanır. Yeni zallarda Böyük Vətən müharibəsi ümumittifaq sərgisi keçirilir. Həmçinin muzey özünün 50 illiyini qeyd edir. Sovet döyüşçüləri faşistləri Qərbə doğru sıxışdıranda muzeyin ekspozisiyasını da evakuasiyadan çıxarmaq lazım gəlir. 1943-cü ildə artıq əsərlər Moskvaya qayıtmağa hazır idi. Sənətşünaslardan ibarət komissiya muzeyə qayıdacaq eksponatların əla vəziyyətdə olması haqqında rəy verir.
1945-ci ildə 17 may tarixində Tretyakov qalereyası yenidən ziyarətçilərin üzünə açılır.

Zamanın sınağından çıxan Qalereya Müharibədən sonra SSRİ-ni təşkil edən respublikaların rəssamları da bu məşhur Qalereyada əsərlərini sərgiləmək şansı qazanırlar. Ölkənin hər yerindən məşhur rəssamların əsərləri Qalereyaya daxil edilir. Hazırda məşhur rus rəssamları Rokotov, Brevlov, Vrubel, Konenkov, Valentin İvanov, Milkinov, Anikuşinin əsərləri bu möhtəşəm muzeydə sərgilənir. Həmçinin 20-ci əsr ekspozisiyasında Azərbaycan rəssamlarından Tahir Salahov, Mikayıl Abdullayev, Səttar Bəhlulzadə, Toğrul Nərimanbəyov kimi görkəmli Azərbaycan rəssamlarının əsərlərini də görmək mümkündür. 20-ci əsr rəssamlığına aid nümunələr Qalereyanın Krımskı Val adlanan korpusunda qorunur.


Hazırda Qalereyada incəsənət sərgilərindən başqa depo, əlyazmalar bölməsi, böyük kitabxana və fotokolleksiya da var.
2006-cı ildə Qalereyanın 150 illiyi təntənəli surətdə qeyd edilib. Hazırda muzeydə 150 mindən çox qiymətli əsər saxlanılır. Onların əksəriyyətini Lavruşinski döngəsində görmək mümkündür.
Muzey bələdçisinin dediyinə görə, hazırda sorağı dünyanı dolaşan Tretyakov Qalereyasının kolleksiyasını Rusiyanın bir sıra şəhərlərində və dünyanın bir sıra ölkələrindəki sərgi salonlarında görmək mümkündür. Muzey əməkdaşları elmi-tədqiqat işləri aparır və öz fəaliyyətlərini populyarlaşdırırlar. Qalereyada mütəmadi musiqi gecələri keçirirlər. Muzeyin divarları arasında uşaq studiyası fəaliyyət göstərir. Muzey fondunun zənginləşdirilməsi də davam edir. “Mən sevinirəm ki, insanlar, xüsusən gənclər muzeyə böyük həvəs göstərirlər. Bu, çox böyük muzeydir”- deyə bələdçi bildirdi.
Muzey bələdçisi bildirdi ki, hazırda Qalereyada 62 sərgi otağı fəaliyyət göstərir. Hər otaqda ayrı-ayrı bələdçilər çalışır. Onlar əsasən yaşlı, muzey işini gözəl bilən insanlardır. Ziyarətçilərin suallarını da həvəslə cavablandırırlar. Repinin əsərlərinin sərgiləndiyi zalda çalışan Nina Vasilyevnanın dediyinə görə, hər gün muzeyi dünyanın hər yerindən 10 min insan ziyarət edir. “Məktəblilər, tələbələr, ziyalılar, turistlər, sadə insanlar muzeyə gəlirlər. Onlar Qalereyadan ayrılanda özləri ilə zəngin təəssürat aparırlar. Bu, zamanın sınağından çıxan qalereyadır”.
Yüklə 20,27 Kb.

Dostları ilə paylaş:
1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin