Müqəddimə
1
Haqlı olaraq yeni dövrün Azərbaycan ədəbiyyatını böyük
ədibin adı ilə “Molla Nəsrəddin dövrü” ədəbiyyatı adlandırırlar.
Molla Nəsrəddin (Cəlil Məmmədquluzadə) - bu adın özü
maarifçi demokrat ədəbiyyatımıza sima və sifət vərən bir simvol
olmuşdur. Bu ad çəkildimi, ədəbiyyatda siyasi ideyaların
çarpışması dövrü, müasir, mübariz, həqiqi həyat ədəbiyyatının
güclü və cəsarətli bir axınla hücuma keçməsi dövrü təsəvvürdə
canlanmış olur.
Nizami, Füzuli kimi klassikləri müstəsna tutsaq, Mirzə Fətəli
Axundova qədər, müəyyən dərəcədə hətta ondan da sonra
Azərbaycanda klassik Şərq şeiri üslubunda, yarım sxolastika
istiqamətində olan, aşıq-məşuq duyğularını tərənnüm edən gül-
bülbül, mey-məzə, hicran-vüsal şeiri dəb düşmüşdü. Keçən əsrin
axırları və əsrimizin ilk on ili ərzində yazan bir çox şairlərin
S.Ə.Şirvani, Ə.Nəbati, Natəvan, Azər, Müniri, Mirzə Həsib
Qüdsi, Ləli, Qumru, Raci, Sərraf kimi şairlərin əsərlərində az bir
istisnanı nəzərə almasaq məzmun, mətləb köhnə idi.
Bu şeir qədim və orta əsrlərdəki məzmun və şəkil parlaqlığını
itirmişdi. Bu şeirin ən böyük “vətəndaşlıq” xidməti, həm də
bəşəri xidməti köhnə cəmiyyətdə ağır, uzun və tükənməz bəlalara
düçar olan insanın, şəxsiyyətin, maddi və
16
mənəvi məhrumiyyətlər içində çırpınan fərdin dərdini tərənnüm
etməkdən, həssas adamların qəlbindən qopan fəryadları səbt edib
saxlamaqdan, insanın dəruni, mənəvi həyatının bədii tarixçəsini
yaratmaqdan ibarət olmuşdur. İnsan təbiəti və fitrəti ilə azad,
sərbəst yaranmışdır. Ağa-qul cəmiyyətinin ağır kötəklərinə məruz
qaldıqca qəlblərin dərdi böyük, ümumi və çəkilməz olmuşdur. Bu
dərdin ifadəsinə şiddətli ehtiyac duyulmuşdur. Bu, qoca Şərqin
musiqisində və şeirində daha açıq ifadə olunmuşdur. Sonralar
saray zadəganları və ruhanilər şeirin bu məzmununu da
dəyişməyə, qəzəldə olan demokratik təsiri boğmağa çalışmış və
müəyyən dərəcədə müvəffəq də olmuşlar. Qəsidəçiliyin, mərsiyə
ədəbiyyatının rəvac tapması, insanın, istismar dünyasında
çırpınan aşağı təbəqələrin ictimai arzularına dini rəng və məna
vərmək, ağlamağı acizlik və yazıqlıq kimi yox, “mömünlük”,
“hünər” və “savab əməl” kimi qələmə vərmək bu dəyişmənin,
saray-ruhani təbliğatının meyvəsi idi.
Son əsrdə İranda olduğu kimi, Azərbaycan şairləri arasında da
mərsiyə, növhə, sinəzən və s. müsibət mahnıları böyük şöhrət
tapmışdı. Daxil, Qumru, Raci, Sərraf, Dilsuz, Pürqəm, Şükuhi,
Dilxun, Ləli, Çakər, Mirzə Səməndər kimi şairlər var qüvvələrini
sərf edərək, söz sənətinin bütün üsullarından, bədii vasitələrin hər
növündən istifadəyə çalışaraq camaatı ağlatmış, dünyadan əl
üzməyə, axirət fıkri ilə, cənnət xəyalı ilə yaşamağa çağırmışlar.
“Dünya evində hər nə edərsən, keçər gedər”, “Bu dünya fanidir -
fani, Bu dünyada qalan hanı”, “İsgəndər tək əzizim çulğasan gər
mülki-dünyanı, Əlin boş, bihəşəm dünya evindən köçməyə
dəyməz”... Belə sözlərlə avamları nəinki mübarizədən
uzaqlaşdırmış, hətta adamları gündəlik məişət, güzəran üçün
çalışmaq həvəsindən də salmışlar.
Mərsiyə şeirinin ustalarından olan dərbəndli Qumra (1819-
1892) bir varlının çağırışı ilə ömrünü növhə yazmağa
17
sərf etmişdir. O, divanını təb ilə ağlın uzun-uzadı bir dəyişməsi
ilə başlayır. Axırda “Kərbəla eşqinə uyan təb” ağlın
mühakimələrinə gülərək qalib gəlir:
Adəm ilən bəhayim içrə nə fərq,
Başda həvayi-eşqi-ruxi-dilbar olmasa...
Almazla dangü dirhəmə şur olmayan başı,
Ta zövqi eşqilən o başa dəftər olmasa...
1
Dilsuz şiələri müttəsil, gecə-gündüz ağlamağa çağırır:
Ağla ey şiə, nə qədər olsa macal,
Bu əzadə şəbü ruzu, məhu-sal.
Vay ol kəsə ki, rehlət edə bu cəhanidən,
Bir dəst-xətti olmaya sahibzəmanidən...
2
Qəzəl ədəbiyyatının rübabi təsiri də beləcə zəifləməkdə idi.
Buradakı hisslər süniləşmiş, surətlər köhnəlmiş, çeynənmiş, ikrah
oyatmaq dərəcəsinə gəlib çıxmışdı. Belə əsərlər ömrünü eyş-
işrətdə keçirən mülkədar və tuccar nümayəndələrinin zövqünü
oxşasa da, zamana şeiri olaraq səhnədən çəkilməkdə idi.
Qəzəlxan şairlərin yaradıcılığında meydana gələn və sürətlə
yayılan həcv, satira meylinin özü şeirə olan yeni ictimai sifarişin
zəif olsa da, bir səsi idi. Əgər mərsiyə məscid, minbər malı, rəsmi
dini məclis söhbəti idisə, həcvlər el malı, camaatın öz içində
sərbəst oxunan ağızdan-ağıza gəzib, xan və bəyin, müctəhid və
ya qazinin pis əməllərindən xəbər vərən, adamlarda gülüş və
tənqid hissi oyadan, “senzura”-nın əli çatmayan nümunələr idi.
1
Kənzül-Məsaib. Təbriz, 1300 /hicri/, səh. 11.
2
Divani Dilsuz. Təbriz, 1281 /hicri/, səh. 38.
18
Doğradur, bu həcvlərin çoxu şəxsi, xırda və məhdud
mövzulara aid olurdu. Ancaq bunlar arasında sırf ictimai, hətta
siyasi məna və məfkurəli əsərlər də yox deyildi (S.Ə.Şirvani,
Sərraf, Raci və başqalarında). Deməli, köhnə şeir üslubu çürümə
və inhitat dövrünü yaşayırdı.
2
Bu ədəbiyyata qarşı birinci tənqidi fıkir oyadan və bu şairlərin
ən böyüyünə ancaq “nazim”
1
adı vərən Mirzə Fətəli Axundov
idisə, bu ədəbiyyata qarşı kəskin əməli mübarizəyə başlayan,
buna qarşı yeni ictimai-siyasi məfkurələr ədəbiyyatını irəli sürən
C.Məmmədquluzadə olmuşdur.
“Şeir nəşəsi” adlı məqaləsində Mirzə Cəlil aşiqanə şeiri
müsəlman dünyasında bir xəstəlik adlandırır: “Şeir nəşəsilə məst
olan şairlər tək bir Azərbaycanda deyil, Türkiyədən başlamış yer
üzərində yaşayan cümlə müsəlman qələm sahibləri şairdirlər.
Nə qədər ki, Qərbdə, yəni elm və fənn ilə, texnika ilə şöhrət
tapmış millətlər arasında eşq və məhəbbət şairləri azdırlarsa, o
dərəcədə bir cənnətin hurilərini xəyal ilə qucaqlayan islam
ümməti içində eşq və məhəbbət şairliyi günü-gündən
artmaqdadır.
Onunçün də onlarda dünya mədəniyyəti tərəqqi tapmaqdadır,
bizlərdə də xəyalat “mədəniyyəti” şöhrət tapmaqdadır. Orada
qələm sahibi öz fıkrini sadəcə kağıza köçürüb ildırım itiliyi ilə
dünya və aləmə yayır, bizlər də sol ovucumuza bir balaca kağız
alıb, gözlərimizi göyə axıdıb, qafıyə axtarırıq və məzmunu vəzn
qafıyəyə qurban gətirib şeir yazırıq.
1
M.F.Axundov. Əsərləri. II c. Bakı, 1938, səh.72.
19
Məzmun da ki, həmin bir məzmundur: eşq və məhəbbət”
1
.
Mirzə Cəlil burjua ədəbiyyatçılarının “sənət sənət ücündür”
nəzəriyyəsini rədd edərək şeiri, hekayəni, romanı xalqın tərəqqi
və inkişafına xidmət üçün zəruri silah səviyyəsinə qaldırmaq
tərəfdarı olmuşdur. Onun fıkrincə qəzəl ədəbiyyatı nə qədər incə,
nə qədər gözəl və qəlbə yatan olur-olsun, həyatdan, ictimai-siyasi
mübarizədən uzaq olduğu üçün əsrə müvafıq deyil, faydasızdır və
hətta nəticə etibarı ilə zərərlidir. Ona uymaq, boğulanlara
baxmayıb, dəniz mənzərəsinin seyrinə dalmaq kimi mənasızdır.
Ədibin fıkrincə XX əsrdə, ümumi intibah, azadlıq işinə kömək
etməyən ədəbiyyatı, kitabları yandırmaq lazımdır: “Mədfəni-fıkr
olan minlərcə müsəlman kitablarını lazım gəlir yandırmaq ki, bu
yanğının şöləsi vasitəsi ilə millətə lazım olan kitabları görmək
mümkün ola”
2
.
Rus demokrat münəqqidi N.A. Dobrolyubov ras ədəbiyyatının
inkişafından danışan məqalələrinin birin də göstərir ki: “şeir,
sənət və ümumiyyətlə elmlər həyatdan doğur, həyat şeirdən asılı
deyildir. Ədəbiyyatda müstəqim olaraq, təbii olaraq həyatdan
doğmayan nə varsa eybəcərdir və mənasızdır. Ancaq çılpaq
kəlləsi qalmış bir simanın gözəlliyinin təsviri ilə heyrət oyatmaq
ciddi-cəhdi nahaqdır. Yunan allahları qədim Yunanıstanda gözəl
ola bilərdilər. Ancaq onlar fransız faciələrində və bizim keçən əsr
odalarında kifirdirlər. Orta əsr cəngavərlik xitabnamələri yüz
minlərcə adamı müqəddəs yerlərin azad edilməsi üçün
mübarizəyə cəlb edə bilirdi. Ancaq həmin xitabnamələr XIX
əsrdə təkrar olunsa gülüşdən başqa heç bir duyğu oyanmaz...”
3
.
1C.Məmmədquluzadə. Şeir nəşəsi. “Molla Nəsrəddin”, 1924, № 5.
2C.MəmmədquIuzadə. Mədfən. “Molla Nəsrəddin”, 1929, № 23.
3N.A.Dobrolyubov. Əsərləri, I c, Moskva, 1934, səh. 206.
20
Böyük ras ədibinin keçən əsrdə dediyi bu sözlər XX əsrin
başlanğıcında da Azərbaycanda hələ layiqincə düşünülməmişdi.
Ancaq Cəlil Məmmədquluzadə bu fıkirlərin Azərbaycan
ədəbiyyatında tətbiqinə çalışmışdır. Uşaqları 6-7 yaşından
etibarən məktəblərdə “Gülüstan”, “Cameyi Abbas” ilə tərbiyə
etmək istəyən ruhani və yarımruhani ziyalılar gənc nəslin, xalqın
gözünü açmağa yox, qapamağa çalışırdılar. Adamları cənnət
xəyalatına çağıran, tərkidünya əhvali-ruhiyyəsi yayan şeirlər
Mirzə Cəlilə qədər Azərbaycanda şüar sayılırdı:
Sərınayəyi-to əz in cəhan ek kəfən əst,
Ura be güman nist, bəriya nə bəri.
Avam müsəlman camaatı düşünürdü ki, dünyadan mənim
payım bir kəfəndirsə, onu da aparmağa ehtimalım yoxdursa,
İsgəndər kimi fatehlər belə dünyadan həsrətlə gedirsə, daha
çalışıb-çabalamağın nə mənası var. Oturab ibadət etmək,
mümkün qədər çox ağlamaq lazımdır ki, cənnətdə Allah bunun
əvəzini vərsin. O zaman məqbul və dəb olan bu dini mühakiməni
bütün gülünclüyü ilə açıb göstərən, hörmətdən salan Mirzə Cəlil
olmuşdur.
Mirzə Cəlil insan şüurana, azad düşüncə və hissə qarşı
sonradan uydurulan bütün çərçivə və maneələrin puç, zərərli
olduğunu və bu maneələrin islam ölkələrində daha çox olduğunu
təəssüflə iqrar edirdi. O, elmdə də, sənətdə də hər şeydən əvvəl
fikrə, hissə, qələmə və əməli fəaliyyətə sərbəstlik, müstəqillik
tələb edirdi. Mühakiməni dini məngənələrdən, polis və jandarma
təzyiqindən, müctəhid və qazilərin hər cür qəyyumluğundan xilas
etməyə çalışır, onun təbii, sağlam istiqamətinə qarşı çevrilmiş hər
cür tədbiri şiddətli zülm sayırdı. O, ədəbiyyat sahəsində çalışsa
da, bir çox fikirləri məfkurənin, ictimai həyatın bütün sahələrinə
aid idi. O öz vətənində ədəbiyyatı Şərq sxolastikasından, dili
Tehran, Nəcafül-Əşrəf,
21
İstanbul ünsür və ədalarından, düşüncəni islam ehkamından
qurtarmağa çalışdığı kimi, Azərbaycanı müstəmləkə
vəziyyətindən, xalqı feodal quruluşu boyundurağundun xilas
etməyə səy edirdi. Ona görə də cavan ədib həyatı çulğamış olan
bu gülməli, həm də ağlamalı vəziyyətin təsvirindən başladı:
“Ürəyimin dərdi çox idi. Tiflisin Şeytanbazarında
1
rast
gəldiyim islam aləmi hər gün və hər saat məni yazmağa vadar
edirdi. Şairlər deyən kimi:
Yaza-yaza dərdimi aləmdə kaqız qoymadım,
Axırı bir guşeyi-divara yazdım dərdimi.
2
- Axırda mən də götürdüm bir hekayə yazdım. Yazdım ki, bir
bədbəxt müsəlman zəhmətkeş ki, onun adı Usta Zeynaldır, o
qədər dini cəhalətə çumubdur ki, bu cəhalətin bərəkətindən
həmişə zəhmətdədir. Görürdüm ki, mollalar bu biçarə Usta
Zeynalı başa salıblar ki, dünyada bir təmiz var, bir də murdar.
Təmiz odur ki, bitli, sirkəli də olmuş olsa ancaq etiqadca
müsəlman olsun, Əli şiəsi olsun. Və murdar odur ki, çox pakizə
və təmiz də olmuş olsa və bu dəqiqə təmiz bir hamamdan çıxmış
olsa, bir surətdə ki, o müsəlman deyil... o adam murdardır. Mən
də kağız tapa bilməyib divar səhifələrini qənimət bilirdim ki,
orada Usta Zeynalın bədbəxtliyini təsvir edim...”
3
.
Mirzə Cəlilin yazmaqdan əsas məqsədi bu idi. Xalqı cəhalətə,
zillətə salan, camaatın evini yıxan adamları, hadisələri, səbəbləri
göstərmək, oxucunun etiqadını dəyişmək idi.
1
Şeytanbazar bir Tiflisdə yox, çox müsəlman şəhərlərində var idi. Burada adam
aldatmaq, yalan, hiylə, oğurluq və s. pis əməllər məkanı mənasında, bir simvol kimi məcazi
mənada işlənir.
2
Müəllifi naməlum olan bu beyt belə də oxunur:
Axiri bir səflıeyi-divara yazdım dərdimi.
3
C.Məmmədquluzadə. Əsərləri, I c, Bakı, 1936, səh. 21.
22
Mirzə Cəlil bədii ədəbiyyatı həyat üçün, xalqın mübarizəsi
üçün zəruri bir vasitə sayırdı və bunu bütün ədəbi fəaliyyətinə
V.Q.Belinskinin dili ilə desək, “Alfa və omeqa”, Şərqin dili ilə
desək, bismillah və xətmullah seçmişdi.
Böyük ədibin bədii əsərdən ikinci tələbi əxlaqi məziyyət,
yaxud hüsni-əxlaq duyğuları idi. Bu məsələdə də o köhnə Şərq
zehniyyətinə, Sədilərin orta əsrlərə məxsus nəsihətinə, Fazili-
Dərbəndilərin “əxlaqına” zidd idi. Sədi şeirlərinin çoxunda
oxucunu susmağa çağırırça, Mirzə Cəlil oxucusunu hər bir zülm
və haqsızlığa qarşı çıxmağa çağırır. Sədi ayaqyalın adama
qılçasız adamı göstərib təsəlli vərməyə çalışırsa, Mirzə Cəlil
piyada yol gedənə Avropanın yeni nəqliyyat texnikasını göstərib
düşündürməyə, fəaliyyətə vadar edir. Sədi oxucusunu taleyə,
qismətə, qəzavü-qədərin hökmünə inandırmağa, hər bəlaya səbr
və təhəmmül etməyə öyrədir. Mirzə Cəlil isə xalqını fəaliyyətə,
öz səadətini öz əli, öz gücü ilə əldə etməyə çağırır. Böyük ədib
sonradan və hakim siniflər tərəfindən uydurulmuş bütün
“müqəddəsatı” rədd edir. O, tələb edir ki, yalanı ən müqəddəs
sayılan bir müctəhid demiş olsa da, yalan kimi qəbul etmək
lazımdır. Doğrunu ən hörmətsiz adam, İsgəndər (“Ölülər”) kimi
bir sərsəri, bir kefli demiş olsa da, doğru kimi qəbul etmək,
hörmət bəsləmək lazımdır.
Dünyada ən müqəddəs şey sağlam mühakimənin istiqaməti,
doğru və real məntiqin tələbləridir. Heç bir zahiri qondarma,
bəzəmə səbəblər müqəddəs və ülvi olan azad düşüncə yolunu
kəsməməlidir; əqlin, zəkanın işıqlı fanarını söndürməməlidir.
Buna görə də Mirzə Cəlil bədii əsərlərdən yeni, əxlaqi, gənc nəsli
köhnə fikirlərdən, çirkin əməllərdən iyrəndirən, ona yeni zəhmət,
fəaliyyət duyğuları aşılayan yeni ictimai vərdişləri tələb edir.
Hətta sovət dövründə, inqilabın ilk illərində bəzi səhnə
əsərlərində göstərilən eşqbazlıq lövhələrinə qarşı Mirzə Cəlil çox
qəzəblənirdi. Əyləncə, maraq oyatmaq, çoxlu tamaşaçı cəlb
etmək üçün edilən, məz-
23
munu şəklə qurban vərən, “milyonu şahıya satan” və nəticə
etibarilə dramaturgiyamızı yolundan azdıran bu əsərlər haqqında
Mirzə Cəlil dönə-dönə yazmışdır. “Eşq mədrəsəsi” məqaləsində
oxuyuraq: “haradan biz bu yolu tutmuşuq və kimdən öyrənmişik.
Səbəb nə oldu ki, indi teatromuzun əlli illiyində biz
səhnələrimizdə “Kimyagər”
əsərləri
əvəzinə növ-növ
mütribbazlıqlar görürük. “Məstəli şah” kimi bir ibrətli və xeyli
məzəli nümayiş əvəzinə şantanlar görürük və hədsiz - hesabsız
qiymətli əsərləri tərcümə edib... göstərmək əvəzinə hər gün, hər
gecə teatrlarımızı zurna-balaban, tar-qaval məclisinə oxşadıb
ziffaf gecələrini eyni surətdə cavanlarımızın gözünün qabağına
gətiririk ki, fürsəti qənimət bilsinlər və bu fani dünyanın
baqiliyinə çox ümidvar olmasınlar; o məhəbbət şərbətindən
dadmağı tərbiyə və təhsildən sonraya qoymasınlar...”
1
.
Bu sağlam və kinayəli tənqidin izahına ehtiyac yoxdur.
Mirzə Cəlil sənətdə mucərrədliyin də əleyhinədir. Eyni
şiddətli və istehzalı gülüşünü o, Şərifin “Gözəllik nədir” adlı
məqaləsinə qarşı işlətmişdir. Mirzə Cəlil göstərir ki, gözəllik
anlayışı mücərrəd deyil, müəyyəndir, mütləq deyil, tarixidir.
Məqalə sahibi kimin gözəllik hissindən və baxışından danışdığını
seçmədiyi üçün Mirzə Cəlil ona kəskin cavab vərərək, sadə bir
kəndlinin gözəllik haqqındakı təsvirini müəllifin alimanə
mülahizələrinə qarşı qoymuşdur.
Mirzə Cəlilin dil məsələlərinə, ədəbiyyatda müasirlik
məsələsinə, canlı insanların təsviri, sadəlik və fəallıq
məsələlərinə dair qeydləri çoxdur. Ancaq onun ədəbi-bədii
baxışlarını müəyyən etmək üçün ən parlaq, zəngin material
ədibin öz bədii əsərləridir.
“Molla Nəsrəddin” məcmuəsini açan, Haqvərdiyevi, Sabiri,
Ordubadini, Ə.Nəzmini, Qəmküsarı başına yığan, köhnə
1
C.Məmmədquluzadə. Eşq mədrəsəsi. “Molla Nəsrəddin”, 1923, 19.
24
cəmiyyətə “Ölülər” kimi tarixi - bədii ittihamnamə yazan Mirzə
Cəlil ədəbiyyatda xalq məfkurəsinin, əməkçi siniflərin
mənafeyinin ilk carçısı və ələmdarı oldu.
Mirzə Cəlil istər publisist və istərsə bədii yazılarında
mücərrədlikdən uzaq idi. O, həmişə konkret ictimai-tarixi
şəraitdən çıxaraq mühakimə aparırdı. Əgər romantik
sənətkarların, hətta bəzi realist yazıçıların əsərlərində “yenilik”,
“təcəddüd”, “inqilab” məfhumu ümumi, qeyri-sinfi, qeyri-tarixi
alınırdısa, Mirzə Cəlildə bu tamamilə başqa idi.
Cəlil Məmmədquluzadənin tarixi xidmətlərindən biri onun
inkişaf etdirdiyi realizm məktəbidir. Nəzəri qidasını demokratik
ədəbiyyatdan alan, mənbəyini Mirzə Fətəli dramlarından,
materialını isə o zamanki Azərbaycanın müstəmləkə
vəziyyətindən, köhnə həyat və məişətdən alan Mirzə Cəlil
realizmi XX əsrin ibtidasında güclü bir məktəb olaraq
ədəbiyyatda üstünlük fəth etmişdi.
Cəlil Məmmədquluzadə sənətdə həqiqətə sitayiş edirdi. Onun
üçün ən böyük meyar, həm məfkürə, həm bədiilik meyari hər
şeydən əvvəl həqiqət idi. Hər hansı bir əsərdə həqiqətdən yayınan
bir əlamət görürdü, saxta sayır, nifrət edirdi. Mirzə Cəlil sənəti
müqəddəs saydığı üçün həqiqətdən kənar təsvir etmir, həqiqəti
onun mayası, cövhəri, qayəsi sayır. Bu barədə ədib böyük rus
demokrat ədib və şairləri ilə tamam həmfikirdir. N.A.Nekrasov
1855-ci ildə Botkinə məktubunda yazırdı: “Həqiqəti qərəzsiz və
ehtirasla, hər şeydən, hətta öz-özündən də artıq sev və ona xidmət
elə. Belə etsən, işlər qaydasında gedər, sənətə xidmət etmək
istərkən həm də cəmiyyətə xidmət etmiş olarsan. Əksinə,
cəmiyyətə xidmət etmək istərkən, eyni zamanda sənətə xidmət
etmiş olarsan”.
Mirzə Cəlilin də yaradıcılıq proqramı bu idi. Bu həqiqət,
azadlığa, qurtuluşa doğru olan bu həyat həqiqəti onun əməli
fəaliyyətində də, yaradıcılığında da xarüqələrin yaranmasına
səbəb oldu.
25
Əlbət ki, Mirzə Cəlilin realizmi tənqidi realizm idi. Tənqidi
realizm Rusiyada olduğu kimi Azərbaycanda da müəyyən ictimai
münasibətin, ictimai inkişafda müəyyən bir mərhələnin məhsulu
idi. Bu, xüsusilə XIX əsr rus ədəbiyyatında böyük bir məktəb
olmuşdur. Tolstoy, Qoqol, Şedrin və Nekrasov bu üslubdan
istifadə etmişlər. Tənqidi realizm ictimai münasibətdə şüura
sığmaz uyğunsuzluqları açan, insanın və cəmiyyətin düşdüyü
böhranı göstərən, feodal və kapital dünyasına qarşı oxucuda ayıq
tənqidi fikri qüvvətləndirən bir metod idi. Mirzə Cəlil bundan
geniş istifadə etmişdir.
Mirzə Cəlil realizmində bir sıra səciyyəvi xüsusiyyətlər vardır.
Onun əsərlərində obyektiv təsvir üsulu üstündür. M.Qorki
yazıçılara olan məsləhətinin birində deyir: “Siz özünüz
qəhrəmanlarınıza qoşulmayın. Oxucuya da mövzu oxumağa (dərs
deməyə) çalışmayın. Siz oxucuya yaxşı, dürüst, aydın surətlər
verin. Nəticəni oxucu özü çıxardar”.
Mirzə Cəlil məhz bu mənada obyektiv təsvir yolu ilə gedir.
Onun əsərlərində müəllif qətiyyən görünmür. Oxucu özünü
qəfildən yeni bir aləmdə görür. Həyat ona o qədər təbii, həqiqi,
canlı görünür ki, bunların bir sənətkar lövhəsi olduğunu unudur,
özünü əhvalatın içində duymuş olur, onunla yaşayır. “Ölülər”i,
“Anamın kitabı”nı, “Usta Zeynal”ı, “Dana-baş kəndinin
əhvalatları”nı xatırlayın. Bu əsərlərdə həyat və hadisələr, insan və
psixologiya elə təbii, həqiqi, dürüst, inandırıcı çıxmışdır ki,
bunları realizmin parlaq nümunələri adlandıra bilərik.
Mirzə Cəlilin hekayələrindəki parlaq lövhələr belə lövhələrdir.
Biz bunları oxuyanda “belə də ola bilər” demirik. Biz deyirik:
“məhz belə olar, ayrı cür ola bilməz”. İsgəndər ilə Şeyx
Nəsrullahın rəftarı, Xudayar bəyin Zeynəbə qarşı zülmü məhz bu
cür ola bilər, ayrı cür ola bilməz.
Mirzə Cəlilin sənətini L.N.Tolstoyun sənəti ilə müqayisə
etmək əlbəttə ki, ilk baxışda qəribə gələ bilər. Ancaq bir mə-
26
sələdə Mirzə Cəlil sənətini Tolstoy ilə bərabər tutmaq olar və
lazımdır: o da təsvirin canlılığı, qabarıqlığı və yaxud plastika
məsələsidir. Tolstoy hadisələrin, adamların təsvirində qaranlıq
cəhət qoymadığı kimi, təfərrüatı, cüziyyatı həqiqi rənglərlə
göstərdiyi kimi, Mirzə Cəlil də hadisəni canlı həyata çevirib göz
qabağına gətirməyi bacarır; hekayələrində cərəyan edən əhvalatı
biz yalnız qulağımız, gözümüz ilə deyil, hətta duyğularımızla
qəbul və dərk edirik. Obyektiv təsvir burada foto surəti, bitərəf
təsvir deyil, hər bir böyük sənətdə olduğu kimi, burada da
tendensiya, meyl, sənətkarın tərəfkirliyi əsərin daxili
vəhdətindəki ünsürlərin canına hopmuş haldadır. Bu sağlam
tərəfkirlik böyük ədibin bir çox əsərində alovlu ehtirasa, hissin
tüğyanına çevrilmişdir.
Müəllif hissini, ehtirasını, hökmlərini söz ilə, müstəqim yol ilə
yox, Belinskinin sənətdən tələbinə müvafiq olaraq, bütün əsərlə,
lövhələrlə, parlaq surətlərlə deyir.
Böyük ədibin yaradıcılığında insanlar, onların taleyi əsas
mövzudur və başlıca yer tutur. Mirzə Cəlil tarixdən yazmamışdır.
Onun qəhrəmanları tarixi şəxsiyyətlər deyil, onun bütün əsərləri
müasir həyatdandır. Ayrı cürə də ola bilməzdi. Ədəbiyyata
mübarizə üçün gələn, müasir cəmiyyətin islah və inqilabına
çalışan bir realist, qələmini zamanının başlıca məsələlərinə
səfərbər etməli idi və etdi.
O, qəhrəmanlarını təmkinli bir romantika ilə təsvir edir,
bunlara ümid bəsləyir, əsl sözünü onların dili ilə deyir. Mirzə
Cəlilin realizmində satira, acı gülüş ilə yanaşı lirika və zəminəli
bir xəyal vardır. Bunlarla yanaşı demək də düzgün olmaz. Çünki
bunlar həyatda olduğu kimi elə mürəkkəb və elə çarpazlaşmış bir
haldadır ki, bir-birindən ayırmaq da çətin olur. “Ölülər” kimi
xalis, kəskin və güclü satira əsərində elə yerlər vardır ki, həzin və
mənalı lirika satiraya üstün gəlir. İsgəndər pəncərədən günəşə,
bütün dünyaya işıq və feyz vərən
27
O göylər soltanına baxır, sonra bacısına tərəf dönür, ürəyini
dolduran ağrı və həsrət ilə belə deyir:
“Bax, həyətdə gün çıxıb, sən ki, o günü görməyəcəksən, nəyə
lazımdır onun işığı? Çöldə otlar göyərib, ağaclar çiçək açıb,
amma nəyə lazımdır sənsiz o çiçəklər, o çəmənlər?”
1
.
Mirzə Cəlilin realizmində sadəlik əsas xüsusiyyətlərdəndir. O,
sənətdə hər cür bəzək-düzəyə, uydurmaya, qondarmaya, qeyri-
təbii hər cür “üsul” və “qaydalara” nifrət edirdi.
L.N.Tolstoy xalq jurnalı nəşr edənlərə məsləhət görürdü ki,
yazıları aşbazların və faytonçuların “senzurasından” keçirsinlər.
Mirzə Cəlil təxminən bu dərəcədə sadəlik meyarı
götürmüşdür. Birinci dəfə o danışıq dilini, canlı dili,
azərbaycanlıların şirin, əlvan, ahəngdar, sərbəst danışığını yazıya,
kitaba, hətta bədii əsərə gətirmişdir. Bu dilə gülmək, danışanları
lağa qoymaq üçün yox, bu dilin xəzinə şəklində yatıb qalan
məziyyətlərini meydana çıxarmaq üçün, bu dildə danışanların
sözünün mühakiməyə, ifadəsinin məntiqə, danışıq şəklinin
məzmuna nə qədər uyğun olduğunu, bu dilin ahəngdar, musiqili,
səlis, şirin, əlvan, zəngin ehtiyatlı, bünövrəli, çoxcəhətli, ruhən
sərbəst, tarixən isə möhkəm inkişaf qanuniyyətinə, orijinallığa
malik bir dil olduğunu göstərmək üçün gətirmişdir.
“İki ay bundan qabaq naçalnikdən izin alıb getmişdim
kəndimizə anamın ziyarətinə. Orada mən bir həftə qaldım. Amma
necə qaldım. Əmoğlum Pirvərdinin bərəkətindən elə yadıma gəlir
ki, kəndimiz behiştin bir guşəsi idi. Pirvərdi bir məharətlə yan
tütəyi çalırdı, ki, onun çalmağına qulaq asanda mənim yemək-
içmək yadıma düşmürdü.
Əmoğlumun peşəsi qoyun saxlamaq idi və qoyunları da kürd
çobanlarına tapşırmışdı. Bununla belə özü də həmişə qo-
1
Dostları ilə paylaş: |