AZƏrbaycanda



Yüklə 2,01 Mb.
Pdf görüntüsü
səhifə8/23
tarix18.01.2017
ölçüsü2,01 Mb.
#5809
1   ...   4   5   6   7   8   9   10   11   ...   23

Mirzə Ələkbər Sabir 
 
(1862-1911) 
 
Tərcümeyi-halı 
 
Azərbaycan  ədəbiyyatının böyük satirik şairi  Ələkbər 
Tahirzadə Sabir 1862-ci ildə Şamaxı şəhərində anadan olmuşdur. 
Səkkiz yaşında molla məktəbinə davam etmiş, köhnə  dərs 
üsulundan və mollasından inciyərək uşaq dili ilə ilk şeirini belə 
yazmışdır: 
 
Tutdum orucu irəməzanda,  
Qaldı iki gözlərim qazanda,  
Mollam da döyür yazı yazanda. 
 
On iki yaşlarına çatdıqda Sabir Şamaxıda məşhur  şair və 
müəllim olan Hacı Seyid Əzim Şirvaninin məktəbinə davam edir. 
Seyid  Əzim Sabirdəki  şeir istedadını görüb onun təhsil və 
tərbiyəsinə xüsusi əhəmiyyət verir, ona klassik ədəbiyyatdan 
yaxşı nümunələr oxudur, farsca şeirlər tərcümə etdirir. Məktəbli 
Sabirin qələmindən çıxan ilk tərcümə (Sədinin "Gülüstan"nından) 
belə müvəffəqiyyətli və diqqətəlayiq idi: 
 
Gördüm neçə dəstə tazə güllər, 
Bağlanınış idi giyah ilən tər. 
 

 
136
Dedim nə olur giyahi-naçiz,  
Ta əyləşə gül səfində əziz.  
Ot ağlayaraq dedi: otur sən,  
Söhbət eləyim, qəmim götür sən.  
Alilər edərıni tərki-söhbət  
Halanki olarda var səxavət...
1
 
 
Atası isə Sabiri şair yox, bir tacir yetişdirmək fıkrində idi. Bir 
dəfə  oğlunun dəftərini cırdığı üçün Sabirin xatirinə  dəymiş, 
məğrur gənc, Şamaxıdan qaçmaq məqsədilə Xorasana gedən bir 
karvana qoşulmuşdur. Atası  əhvalatdan xəbər tutub onu 
qaytarmışdı. 
Sabir məktəbdə fars, ərəb dilini, klassik ədəbiyyatı  dərindən 
öyrənəndən sonra qələmi  əldən yerə qoymur, gah qəzəllər, gah 
Seyid  Əzim ruhunda həcvyanə mürəbbelər yazır. Onun yazıları 
ustadının xoşuna gəlir, onu sevindirir. Sabir Seyid Əzimin: 
 
Ey məh, bilirəm fitnəyi-devran olacaqsan,  
Ey qaşı hilalım, məhi-taban olacaqsan, - 
 
deyə başlayan qəzəlinə cavab olaraq belə bir şeir yazır: 
 
Sən piri-cahandidəsən ey Seyidi sərgar,  
Məndən çəkəlin, eyləgilən pir ilə rəftar,  
Olmaz sənə qismət dəxi bu dövləti-didar,  
Bundan sonra hicrimdə cigərqan olacaqsan; 
 
Bu  şeir Seyid Əzimin çox xoşuna gəlir. Nizaminin 
"Xəmsə"sini gənc şairə hədiyyə verir. Sabir 23 yaşlarından İranı 
və 
 
                                                 
1
 
"Gülüstan"da "Güli xoşbuy dər həmmam" - deyə başlayan məşhur 
mənzum hekayənin tərcüməsidir. 
 

 
137
Orta Asiyanı, İraqı, Kərbəla, Xorasan, Nişabur, Aşqabad, Mərv, 
Səmərqənd və Buxaranı  gəzir. Bu səyahət onun qələminə geniş 
və zəngin məlumat verir. 
Atasının vəfatını  eşitdikdən sonra vətəninə,  Şamaxıya 
qayıtmağa məcbur olur. Orada evlənir. 15 il ərzində səkkiz qız və 
bir oğlan övladı olur. Ağır külfət və güzəran çətinliyi Sabirə çox 
təsir bağışlayır. Bir müddət sabun bişirməklə məşğul olur. 1901-
ci ildə Sabir Səhhət və  Tərrah ilə tanış olur, onlarla ədəbi 
söhbətlərdən zövq alır, bəzən şirin qəzəllər də yazır. 1903-cü ildə 
"Şərqi-Rus" qəzetinin nəşrindən sevinir. Qəzeti təbrik edən ilk 
ictimai ruhlu şeiri həmin qəzetdə çap olunur. Firidun bəy Köçərli 
ilə tanış olması Sabirin ilhamına daha da qüvvət və cəsarət yerir. 
Şair, yüksək məlumatlı, ədəbiyyata, şeirə böyük əhəmiyyət vərən 
sənət adamlarını sevən bir şəxsi gördüyü üçün çox sevinmişdi. 
"Molla Nəsrəddin" jurnalı  nəşrə başlanandan Sabir satirası 
üçün böyük bir imkan yaranır. O qüvvətli satiraları ilə bu 
jurnalda fəal iştirak edir. Şair tez bir zamanda nəinki 
Azərbaycanda, bütün Yaxın Şərqdə tanınır və sevilir. 
Sabirin "Molla Nəsrəddin"dəki satiraları mürtəce dairələri, 
köhnəpərəst və zülmkar adamları çox narahat edirdi. Onu təqib 
və  təhqir edir, kafır adlandırırdılar. Ancaq böyük şair öz 
iradəsindən dönmür, hər bir təcavüzə yeni və daha qüvvətli 
satiralarla cavab verir. Sabir, bəzi maarifpərəstlərin köməyi ilə 
müəllimliyə başlayır. "Məktəbi-ümmid" adlı xüsusi bir məktəb 
açır.  Şamaxıda belə bir məktəb  şöhrət tapa bilmir. Şair Bakıya 
köçməyi qət edir. Bakıda "Səadət" məktəbində bir müddət dərs 
deyir. 
Ağır həyat  şəraiti nəticəsində Sabir qaraciyər xəstəliyinə 
tutulur. Xəstəliyi get-gedə  şiddətlənir. Buna qarşı bir 
mürəbbeyində belə deyir: 

 
138
Arizi-qəmlər əlindən ürəyim şişmiş idi,  
Zənn edirdim edəcəkdir ona çarə ciyərim.  
Bəxti-mənhusimə bax, mən bu təmənnadə ikən,  
Başladı şişməyə indi üzü qarə ciyərim. 
 
Sabir 1911-ci ildə Şamaxıda həmin xəstəlikdən vəfat etmişdir. 
Əsərləri "Hophopnamə" adı ilə ilk dəfə 1912-ci ildə və sonra da 
bir neçə dəfə nəşr edilmişdir. 
 
Yaradıcılığı 
 
M.Ə.Sabirin  ədəbi inkişaf yolu müasirlərinin çoxlarından 
fərqlidir. O, ömrünün sonlarına, qırx üç-qırx dörd yaşlarına qədər 
köhnə üsulda, qəzəl, qəsidə üslubunda, Şərq klassiklərini təqlid 
edən şeirlər yazmışdır. Lakin bu yol, Sabiri təmin etmirdi. Yalnız 
dil, ifadə tərzi, surətlərin köhnə, çeynənmiş olması deyil, həm də 
mövzu və məzmunun, fıkrin məhdudluğu şairi həvəsdən salırdı. 
O, nə isə yeni bir söz demək, yeni bir fikir söyləmək 
həvəsində idi, köhnə  şeir üslubundakı bütün üsullar təravətini 
itirmiş, yorucu olmuşdu. Buna görə  şair müasir fıkir və coşqun 
hissləri ifadə etmək, oxucunun qəlbini riqqətə gətirmək üçün yeni 
üslub, yeni şəkil axtarmalı, tapmalı idi. Bu zaman Sabir həm 
maddi, həm mənəvi ehtiyac, sıxıntı içində idi. O, həyatdan, 
ictimai quruluşdan, həm vətəndaşlarının, həm də özünün 
vəziyyətindən olduqca narazı idi. Onun istedadını, zehnində 
qığılcım kimi doğub parlamaq istəyən fikir və duyğularını feodal 
münasibətləri və  təfəkkür tərzi qara bir pərdə kimi örtüb 
basdırmaq istəyirdi.  Şairin ilhamı  zəncirlənmiş qartal kimi 
qanadlanmaq, yüksəlmək imkanından məhrum idi. 

 
139
 
Lakin  əsrin  əvvəllərindəki siyasi-ictimai hadisələrlə  əlaqədar 
olaraq Sabir duyub-düşündüyünü, ictimai həyat məsələlərini 
geniş yazmağı, "fəzalarda", "xəyalat", "məhəbbət aləmində 
dolaşan"  şeiri  ən adi həyat problemlərinə endirməyi, yaxud bu 
problemləri şeir səviyyəsinə yüksəltməyi bacaran böyük yenilikçi 
bir şair kimi meydana çıxdı. 
Sabir, ictimai şüurun meydana atdığı, insanı düşündürən hər 
bir məsələni, hər bir faktik hadisəni ədəbiyyatın, bədii təfəkkürün 
obyekti etdi. O, küçədə  gəzən dilənçi uşaqdan, "babasının çul-
çuxasını bitləyən" qadından, ağız-ağıza vərən "həpənd"lərdən, 
həqiqətə gözünü bərəldən "oxuculardan" tutmuş "marfaşını 
qablayan" Mir Haşıma, Zilli-Sultana, Məhəmmədəli  şaha qədər 
köhnə dünya adamlarından, "özünü insan yerinə qoymaq 
iddiasına" düşən fəhlədən, bəy qapısına xahişə  gələn  əkinçidən 
tutmuş mübarizəyə qalxan Səttar xana qədər zəhmətkeş 
adamlardan eyni qüdrət və məharətlə yaza bilirdi. Bu ənginlik və 
əhatə qabiliyyəti  şairin biliyi, həyat təcrübəsi, incə  və  dərin 
müşahidəsi, istedadı sayəsində idi. Sabir bu həyatın foto surətini, 
passiv  əksini vərmirdi. O, burada dərin və  səliqəli bir seçim 
aparırdı. Bütün görüb eşitdiklərini, duyub-yaşadıqlarını ilham 
fanarı ilə  işıqlandırır, sənət süzgəcindən keçirirdi. Hadisələrin, 
varlığın cövhərini, mahiyyət tərəfıni qələmə alırdı. Şair, inkişafa 
mane olan əngəlləri tənqid atəşinə tuturdu. 
Sabir Azərbaycan  şeirində tamamilə yeni bir məktəbin, 
inqilabi satira üslubunun binasını qoydu. Yüz illər boyu 
nizamilərə, nəsimilərə, füzulilərə  təqlidən yazılan, lakin bir çox 
hallarda epiqonçuluqdan irəli getməyən, köhnəlmiş, ictimai 
zəminəsini, təravətini itirmiş  qəzəl  ədəbiyyatına qarşı Sabirin 
yeni məzmunlu, realist satirik şeiri parlaq bir qılınc kimi kəsərli 
oldu. Müəllimi Seyid Əzim qəzəl  ədəbiyyatını yekunlaşdıran, 
klassik məktəbin son böyük şairi oldusa, Sabir yeni 

 
140
inqilabi mübarizə  şeirinin pioneri, ictimai-siyasi satira 
məktəbinin bayraqdarı oldu. 
Sabir yaradıcılığına  şərti olaraq iki cəhətdən yanaşmaq 
mümkündür. Nəzərimizdə lirik Sabiri və satirik Sabiri 
canlandıraq. 
Lirikanın özü Sabirdə uzun inkişaf mərhələsi keçmişdir. 
Bunun ilk, bir azca ibtidai nümunələri şairin qəzəlləridir. Sabirin 
qəzəlləri çox vaxt məzmun və  şəkil etibarilə keçmiş  qəzər 
ədəbiyyatından ayrılmır. Burada bir yenilik, orijinallıq axtarmaq 
artıqdır. Məşuqəyə xitabla deyilmiş: "Məftuni-sərizülfünə qüllab 
gərəkməz" misraları ilə başlanan, "çak eylərəm, xak eylərəm", 
"aşiqinalanın var, cismdə min canım var" kimi qalıb halına 
düşmüş ifadə, qafiyə, rədiflərlə bitən,  əqrəb, zülf, nərgis,  şam, 
pərvanə, kuy, rəqib, dəhan, xəttü-xal, vəsl kimi surət və 
təsvirlərlə zəngin olan bu əsərlərin hamısında Sabir köhnə şeirin, 
qəzəl ədəbiyyatının davamçısıdır. Bu əsərlərdə bir yenilik olmasa 
da, sənət və sənətkarlıq vardır. 
Bunları adi bir qələm sahibi yazmamışdır. Hətta ayrı-ayrı 
misra və beytlərdən sezilir ki, şair incə zövq, bədii təfəkkür 
sahibidir. Davamlı  və müntəzəm bir bədii məntiq bu şeirlərin, 
demək olar, hamısında hakimdir: 
 
İstəsən könlüm kimi zülfi-pərişan olmasın,  
Ol qədər cövr et mənə, ah etmək imkan olmasın.  
Qoyma əğyar eyləsin kuyində cövlan, eypəri!  
Əhrimənlər maliki-mulki-Süleyman olmasın.  
Atəşin ruyində əfi tək yatıb keysulərin,  
Türfə cadudur ki, mar, atəşdə suzan olmasın!
1
 
 
 
                                                 
1
 M.Ə.Sabir. Hophopnamə, Bakı, 1922, səh. 318. 

 
141
Aşiq məşuqəyə öz məhəbbətini məcazlı  və  bədii bir dil ilə 
ifadə edir: 
 
Mübtəlayi-dərdi-eşqəm, əl götür məndən təbib,  
Eylə bir tədbir kim bu dərdə dərman olmasın. 
 
Bu təzadlı məcaz eynilə Füzulinin: 
"Qıl məni bu dərdə artıqraq giriftar ey həkim!" xitabına 
oxşayır. 
Ümumiyyətlə, Sabirin bu dövrdəki qəzəlləri təsirdən uzaq 
deyildir. "Şəkibayi" sərlövhəli və çox ehtimal ki, son 
qəzəllərindən olan on dörd misralıq əsərlərində Sabir bu ruhdan 
əl çəkmiş, mətanət, vuqar və iftixar hissini tərənnüm etmişdir. 
Şair bu qəzəlinin məzmununu Xaqani Şirvaninin: 
 
Cinan istadə əm pişu pəsi-tən,  
Ki istadə əliflıayi-ətəna! - 
 
Tərcüməsi: 
 
Əta olunmuş əliflər dayanan kimi, 
Mən canın qarşısında və arxasında elə dayanmışam. 
 
- beytindən iqtibas etdiyini yazır. Doğrudur, burada da yardan, 
dili-şeydadan, aşiqi-rüsvadan danışılır, ancaq əsərin məzmunu 
köhnə mövzu çərçivəsini vurub dağıdır.  Şair ictimai mənada öz 
həsbhalını ifadə edir. Qaranlıq, cansıxıcı mühitin ağır təzyiqindən 
bezərək, ilk müqavimət, etiraz hissini, daxili mənlik qüdrətini, 
mənəvi böyüklüyünü tərənnüm edir: 
 
Seyli-tən öylə təməvvüclə alıb dövrü bərim,  
Bənzərəm bir qocaman dağə ki, dəryadə durar.  
Döysə də canımı minlərcə məlamət ləpəsi,  
Zövrəqti-himmətim əvvəlki təmənnadə durar, 
 

 
142
Nə qəm, uğratsa da birgün məni ifnayə zaman,  
Mən gedərsəmsə məramım yenə dünyadə durar.  
Durınuşam pişü-pəsitəndə Sabir, necə kim,  
O əliflər ki, pəsü-pişi - "ətənə "də durar
1

 
Bu səpkidə yazılmış lirika, Sabir yaradıcılığının sonrakı 
dövrlərində  də davam etmişdir. "Ruhim!", "Təranəyi-şairanə", 
"İstiqbal üçün", "Cocuq", "Analar bəzəyi", "Tərbiyə", "Ənin" 
şeirləri belə  əsərlərdəndir.  Şair mühitə qarşı öz şəxsi qüdrətini 
ifadə ilə qalmır. Köhnə adət və qaydaların hökm sürdüyü bir 
zamanda həssas adamların, mütəfəkkirlərin çəkdiyi ictimai kədəri 
tərənnüm edir. 
"Cocuq"  şeirində  gənc nəslin halına yanan bir qəlb çırpınır. 
Şair küçədə  səfıl, ac, lüt halda gördüyü uşağa dilənçi kimi 
baxmır. O, tacirlər, bəylər, mülkədarlar, "qarnı toxlar, əyni 
qalınlar" kimi onun yanından ikrah ilə ötüb keçmir. Həmin 
uşaqda vətən övladını, gələcək nəsli, vətənin böyük gələcəyini 
görür. Cəmiyyətin, xalqın ümidi olan bu yeniyetmələrin vəziyyəti 
şairi həddindən artıq kədərləndirir: 
 
İnsan kimi bilinsə idi qədrü-qiymətin,  
Açmış olurdu məktəbi-milli cəmaətin;  
Dərk etmək istəmir hələ bufeyzi millətin,  
Qalsın nihan vədieyi-fitri-məharətin,  
Ey ehtişami-milləti talan olan cocuq,  
Ey dərbədər gəzib ürəyi qan olan cocuq
2

 
M.Ə.Sabirin lirikası yalnız kədər, təəssüf və ürək ağrısından 
ibarət deyildir. O, zəmanəsinin bir sıra  şairləri kimi hadisəni 
görmək və bundan törəyən  ələmləri göstərməklə kifayətlənmir. 
Şair həyatın, cəmiyyətin düzəlməsinə, xalqın istismar 
girdabından, cəhalət və əsarətdən xilas edilməsinə çalışır.  
                                                 
1
 M.Ə.Sabir. Hophopnamə, Bakı, 1922, səh.116. 
2
 M.Ə.Sabir. Hophopnamə, Bakı, 1922, səh.324. 

 
143
Sabirin lirikasında ictimai fəallıq, vətəndaş  həvəsi və qeyrəti 
vardır. Sabir, xalqının bir mütəfəkkiri və mübarizi kimi ictimai 
xəstəlikləri düşünür, bunların müalicəsinə çalışır. Sabirin ciddi, 
inqilabi ruhlu şeirləri arasında "Səttarxana" sərlövhəsi ilə yazılan 
qəsidə xüsusi yer tutur. Bu əsər məşhur Təbriz inqilabı 
qəhrəmanı  Səttarxana həsr olunmuşdur.  Şair, Səttarxanı xalq və 
azadlıq qəhrəmanı kimi alqışlayır. Onun fəaliyyəti ilə  fəxr edir, 
sevinir. Bu hadisədən dərin sevinc ilə vəcdə gəldiyini deyir: 
 
Behcətim, eyşim, sürurim, vəcdim əhraranədir, 
Afərinim hümmə ti-valayi-Səttarxanədir
1

 
Bu şeir yalnız tərif və tövsif deyildir. Burada coşğun hiss ilə 
də olsa Təbriz inqilabının qısaca tarixçəsi söylənir, Səttarxanın 
"Ali-Qacara" necə  zərbə vurduğu, təbrizlilərin böyük vətən 
namusu göstərərək dünyada böyük ad qoyduqları  fəxr ilə 
söylənir. 
Sabirin Səttarxan hadisəsindən aldığı sevinc və iftixar o qədər 
güclü idi ki, yalnız bir şeir ilə kifayətlənməmişdir. Səttarxanın 
düşmənlərinə bir neçə  həcv yazmışdır ("Mir Haşım", "İran niyə 
viran oldu", "Məhəmmədəli", "Eynüddövlənin istefası", "Boynu 
yoğun", "Ərzi-hal" və s.). 
M.Ə.Sabir sonralar qəzəl  şairlərindən fərqli olaraq, lirika 
ustası kimi yox, qüvvətli bir ictimai ideoloq, günün ehtiraslı bir 
mübarizi, nüfuzlu natiqi kimi tanınmağa başladı. 
Çox zaman ədəbiyyat tarixçiləri Sabirin mətbuat meydanına 
çıxmasını, yeni üsulda, yeni ictimai dövrün dili ilə səslənməsini 
1905-ci ilə aid edirlər, bunu "Beynəlmiləl"  şeiri, yaxud "Molla 
Nəsrəddin"də  nəşr olunan ilk satirası ilə  əlaqələndirirlər. Ancaq 
həqiqət belə deyildir. 
                                                 
1
 
M.Ə.Sabir. Hophopnamə, Bakı, 1922, səh. 228. 
 

 
144
Sabir hələ 1903-cü ildə mətbuat aləminə çıxmış yeni ruhda ilk 
şeirini "Şərqi-Rus" qəzetində çap etdirmişdir. O zaman Sabiri heç 
kim tanımırdı. Lakin Sabir tərəqqipərəstlik, maarifpərvərlik ruhu 
ilə yaşayır, öz vətənində olan yenilikləri, bir məktəb açılmasını, 
bir qəzet nəşr olunmasını böyük bir sevinclə qarşılayırdı. Odur ki, 
1903-cü ildə ana dilində  qəzetin nəşrə başlamasına böyük məna 
vərib xüsusi bir şeir ithaf etmişdir. Həmin  şeiri redaksiya 
aşağıdakı qeydlə çap etmişdi: 
"Şamaxılı  Əli  Əzimov bəradərimizin idarəmizə göndərdiyi 
xeyirxahanə  məktubunun ləfındəki Sabir təxəllüslü bir şairin 
kəlamıdır".
1
 
Sabir bu şeirində  qəzetin nəşrini alqışlayır və ona ümid 
bəsləyir: 
 
Şükrlillah ki, afitabi-süxən, 
Şərq aləmindən oldu çöhrənüma...
2
 
 
Tərcüməsi: 
 
Şükr olsun allaha ki, sözgünəşi,  
Şərq aləmindən zühur etdi. 
 
İdarənin qeydindən də görünür ki, Sabir kimi bitkin, yetkin 
qələm sahibinin indiyəcən məşhur olmaması, birdən-birə 
meydana çıxması təəccüb doğurmuşdu. Bu hadisədən sonra Sabir 
mətbuat ilə daha yaxın olur, müasir oxucunun zövqünə gözəlcə 
bələd olub qəzəl ədəbiyyatından tamamilə əl çəkir. 
                                                 
1
 
"Şərqi-Rus", 1903,27 iyun, №37. 
2
 Yenə orada. 

 
145
 
Xüsusilə "Molla Nəsrəddin" jurnalı böyük şairin ilhamına 
qüvvət vərərək onun yaradıcılığını müəyyən dərəcədə 
istiqamətləndirdi. 
Jurnalın ruhu Sabirin də şair təbiətinə müvafiq idi. Sabirdə ta 
uşaqlıqdan mənalı bir gülüş qabiliyyəti var idi. O, bu gülüşdən iti 
bir silah kimi istifadə etməyə başladı. Şair yəqin etdi ki, yeni və 
xoşbəxt bir cəmiyyət qurmaq üçün mütləq köhnə  cəmiyyəti 
yıxmaq lazımdır. Adamların zehnini maarif, mədəniyyət nuru ilə 
işıqlandırmaq, onların ruhuna çökən cəhaləti, nadanlığı tezliklə 
aradan qaldırmaq lazımdır. Vətən torpağında "Gülzari-səadət" 
salmaq üçün bu torpağı hər cür zir-zibildən təmizləmək lazımdır. 
Buna görə  də  Sabir,  öz  qələmi üçün bədii, ictimai satiranı, 
öldürücü gülüşü seçdi. Bunu yaradıcılığı üçün əsas istiqamət 
təyin etdi. Sabirdən qabaq da bizim şeirimizdə satira olmuşdur. 
Ancaq Sabirdəki kimi istiqamətvərici və  kəskin siyasi-satirik 
üslub yaranmamışdır. 
M.Ə.Sabir satirası siyasi quruluşdan, dövlət idarələrindən, 
diplomatiya aləmindən, mətbuatdan, ziyalılardan tutmuş 
avamlığa, nadanlığa, cəhalətə, din və mövhumata, məişətin  ən 
konkret və  xırda məsələlərinə  qədər bütün ictimai həyatı  hədəf 
götürmüşdür. 
Sabir mütləqiyyəti,  şahlığı bir zülm, istibdad sistemi kimi 
qamçılayırdı. 
Sabir publisistika dili, natiq dili ilə yox, xalqın çox sevdiyi, 
çox inandığı  bədii gülüş vasitəsilə zamanının zülm və 
işgəncələrini döyürdü. 
Ölkədə hökm sürən irtica əleyhinə danışmaq və yazmaq Sabir 
zamanında böyük cəsarət tələb edirdi. Həftə olmurdu ki, çar 
jandarması ayrı-ayrı  mətbuatı  təqib etməsin, vətənpərəst, 
hürriyyətpərəst adamları  həbs və sürgün etməsin. Buna 
baxmayaraq Sabir, xüsusi bir səy və  cəsarətlə siyasi-ictimai 
satiranı gündən-günə kəskinləşdirirdi. 
 

 
146
M.Ə. Sabir satirasının  
xüsusiyyətləri 
 
1. Mövzu dairəsinin genişliyi 
 
Ailədən, uşaqlı ananın sevinc və  kədərlərindən tutmuş 
beynəlxalq siyasətə, dövlət həyatına, dünya siyasi hadisələrinə 
qədər, dövrün bütün böyük və kiçik məsələləri Sabirin satira 
aynasında bu və ya qeyri dərəcədə  əks olunmuşdur. 1905-ci il 
inqilabından başlamış şairin vəfatına qədər, demək olar ki, bütün 
siyasi hadisələrə "Hophopnamə"də ya xüsusi şeir, yaxud işarə 
vardır. 
Əlbəttə, Sabir qəzetçi deyildi. Peşəkar mənada siyasətçi
jurnalist də deyildi. O, kamil bir sənətkar idi. Siyasi 
mövzulardakı yazı, misal və  işarələrin hamısı yüksək bədii 
şəkildə ifadə edilmiş ictimai fıkirlərdir. Həmin bu mövzu 
genişliyinə görə, "Molla Nəsrəddin" jurnalı müəyyən dərəcədə 
Sabirə borcludur. 
 
2.İdeya cəhətdən xalqa, azadlığa və  
demokratiyaya əsaslanması 
 
Sabir zəmanəsinin  ən gözü açıq və irəliyə baxan, uzaqgörən 
ziyalılarından idi. Məlumdur ki, satira, müəllifinin satiraya 
tutulan hədəfdən çox yüksəkdə durmasını  tələb edir. Tənqidi 
gülüş o zaman müvəffəqiyyətlə  səslənir ki, 'gülən adam mənəvi 
cəhətdən yüksəkdə dursun. Gülüş  hədəfi isə  mənəvi cəhətdən 
alçaq adamlar olsunlar. Bu üstünlük Sabirdə var idi. Sabirin öz 
hədəfınə münasibəti məhz belə idi. Bu yüksəklik, hər  şeydən 
əvvəl, ideya yüksəkliyi idi. Təsadüfi deyil ki, Sabirin gülüşü 
birdən-birə milyonların gülüşü oldu. Yalnız ədəbiyyatçılar, yalnız 
savadlılar deyil, hətta avamlar,  

 
147
mədəniyyətdən, siyasətdən uzaq adamlar belə Sabirin duzlu 
sözlərinə  məftun olur, onu əzbərdən təkrar edir, bu yol ilə 
ictimai-siyasi həyata və mübarizəyə qoşulur, tüfeylilərə 
gülürdülər. 
 
3. Vətəndaşlıq cəsarəti 
 
Vətəndaşlıq cəsarəti Sabir satirasının 
əsas 
xüsusiyyətlərindəndir. Cəsarət sözünü biz Sabirdə yalnız dövlətə, 
çar üsuli-idarəsinə qarşı mübarizə ilə  məhdud etmirik. Bu özü 
çox mühüm bir addımdır. Lakin bunu təkcə Sabirdə yox, başqa 
şair və ədiblərimizdə də görmək olar. Şair Sabirin cəsarəti, şeirin, 
sənətin başlıca problemləri nöqteyi-nəzərindən də maraqlıdır. O, 
bir sıra mövzuları birinci dəfə olaraq ədəbiyyata gətirdiyi kimi 
(fəhlə, rəncbər və s.) bir sıra ictimai hadisələrə birinci dəfə olaraq 
istehza ilə yanaşmağın da lüzumunu irəli sürdü. Məsələn, o, 
köhnə  şeirin standart hala düşmüş, çeynənmiş surət və ifadə 
xüsusiyyətlərinə elə  məharətlə güldü ki, bu üsulun 
müəlliflərindən heç biri Sabir gülüşünün qarşısına çıxa bilmədi. 
"Dilbər" adlı  şeirində Sabir köhnə  şairlərin yazdıqları 
gözəllərin təsvirinə uyğun bir surət canlandırır. Bütün məcaz və 
ifadələrdə isə klassik şablon ədəbiyyatın nümunələrinə əsaslanır. 
Bu nümunələr  əsasında gözəlin təsvirini verir. Bu gözəl nəinki 
adama oxşamır, hətta əcaib bir məxluq şəklinə düşür: 
 
Ey alnın ay, üzün günəş, ey qaşların kaman!  
Ceyran göziin, qarışqa xəttin, kəkilin ilan,  
Alma çənən, çənəndə zənəxdan dərin quyu,  
Kirpiklərin qamış, dodağın bal, tənin kətan.... 
 

 
148
Bu üsul ilə təsviri davam etdirərək şair əsərini belə bitirir:  
 
Qah-qah, qəribə gülməlisən xaniman xərab!...
1
 
 
Sabirin gülüşü ictimai, tənqidi gülüşdür. Bu gülüş düşmənlərə 
qarşı, cəhalətə, köhnəliyə qarşı çevrilmişdir. Sabirin mübarizəsi 
qeyri-bərabər qüvvələrin mübarizəsi idi. Sabir və onun cəbhəsi nə 
qədər yeni, həqiqətpərəst olsa da, istibdad və cəhalət qarşısında o 
zaman hələ  zəif idi. Bu zəifiiyi aradan qaldırmaq üçün Sabir 
gülüş üsulunu seçmişdi. 
Şair istibdadın, cəhalətin, nadanlığın hökm sürdüyü mühitə 
qarşı bütün nifrət və qəzəbini amansız tənqidi gülüş yolu ilə ifadə 
edirdi. Adətən, satira axmaqların və alçaqların hökmran olduğu 
yerdə hakimlərə qarşı çevrildikdə daha qüvvətli olur. Sabir 
Məhəmmədəli  şah, Sultan Əbdülhəmid, Stolıpin, bəy, xan, 
hoqqabaz, falçı, fınldaqçı  və  oğruların meydan sürdüyü bir 
zamanda yaşamışdır. Bütün bu adamların çirkin siması, ziyankar 
əməlləri  şairə satira mövzusu olmuşdur.  Şairin bütün zərbələri 
hədəfə  dəymişdir. Ona görə Sabir satirası  hətta mütləqiyyətin 
hökm sürdüyü bir zamanda belə çox qüvvətli və təsirli idi. 
Yüklə 2,01 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin