AZƏrbaycanda



Yüklə 2,01 Mb.
Pdf görüntüsü
səhifə11/23
tarix18.01.2017
ölçüsü2,01 Mb.
#5809
1   ...   7   8   9   10   11   12   13   14   ...   23

Məmməd   Səid  
Ordubadi 
 
(1872-1950) 
 
Tərcümeyi-halı 
 
Molla Nəsrəddin  ədəbi məktəbinin fəal nümayəndələrindən 
biri də  Məmməd Səid Hacıağa oğlu Ordubadidir. Ordubadi 
birdən-birə bu məktəbə qovuşmamışdır. Onun yaradıcılıq yolu, 
bu dövrdə yaşayan yazıçıların çoxundan uzun, dolambaclı, 
mürəkkəb və ziddiyyətli olmuşdur. 
Ordubad kimi kiçik və  kənar bir qəsəbədə doğulub-böyüyən, 
köhnə feodal-ticarət aləminə atılan M.S.Ordubadi, əvvəllər şeirə 
həvəs göstərmişdir. Onun 1907-ci ildə Tiflisdə "Qeyrət" 
mətbəəsində çap etdirdiyi ilk iki kitabı ("Qəflət", "Vətən və 
hürriyyət") qismən  şairin qələm təcrübəsi, qismən də  əsrimizin 
ilk illərində  qəzet və jurnallarda çap olunan mənzumələrinin ilk 
məcmuəsidir. Ordubadi ən əvvəl "Şərqi-Rus"da çap olunmuşdur. 
Bu qəzetin nəşrə başlaması, M.Ə.Sabirə,  Əli Nəzmiyə, hətta 
Mirzə  Cəlilin özünə etdiyi kimi Ordubadiyə  də böyük təsir 
bağışlamış və ruh vərmişdir. M.S.Ordubadi ilk şeirlərində əsasən 
bu qəzetin ideallarını  tərənnüm etmişdir. Qəflətdən  şikayət, 
tərəqqiyə, mədəniyyətə, elmə çağırış və s. 
 
  

 
185
Yaradıcılığı 
 
"Qəflət" kitabçasında Ordubadi vətəni, milləti geridə qoyan, 
xalqı avamlıqda saxlayan və beləliklə  də ümumi bəxbəxtliyə 
səbəb olan amilləri açıb göstərmək istəyir. Bu amillərin başlıcası 
və bəlkə də birincisi müəllifin rəyincə qəflətdir: 
 
Bizdə var idi əvvəli hər elmdən asar,  
Bais nədi bizdən də müqəddəm olub əğyat?  
Hər bir işimiz getdi, qalıb qəlbdə həsrət  
Avarə qoyan bizləri qəflətdi, bu qəflət!...
1
 
 
Köhnə,  ənənəvi  şeirdə olduğu kimi burada da Ordubadi bəzi 
məfhumları  fərdiləşdirmək  əvəzinə mücərrədləşdirir, müstəqim 
məntiq yolu ilə gedir. "Qəflət" kəlməsi bütün mənfi, zərərli və 
köhnə xüsusiyyətlərin, "əql" isə bütün müsbət, faydalı, yeni 
xasiyyətlərin timsah kimi alınır, qarşı-qarşıya qoyulur, birincinin 
təxribatı, ikincisinin məziyyəti göstərilir: 
 
Əql eylədi aləmləri sultanlaru qismət, 
Çoxları bihissə qoyub məhz ha qəflət.  
Xaliq vərə yol qəflə tə gə r baği-cihanə,  
Süddən ağ olan kövsəri tez döndəri qanə.
2
 
 
Şairin təsvirincə bu qədər təxribata səbəb olan, çox güclü və 
dəhşətli görünən "qəflət" nədən ibarətdir? Kitabçada bu suala 
müəyyən cavab tapmaq çətindir. 
Həmin illərdə eyni üslubda yazılan "Vətən və hürriyyət" 
kitabçasını Ordubadi özü belə səciyyələndirir: 
 
 
                                                 
1
 
M.S.Ordubadi. Qəflət, Tiflis, 1907, səh.29.
 
2
 
Yenə orada. 
 

 
186
 
"Qafqazın münəvvərül-əfkar" və  fədakar xan və  rəislərinin 
vətən, hürriyyət və hüquqi-milliyələrini mühafizə  uğrunda 
cannisar olmalarından bais şairin kəndi məsləki üzərinə  nəzmən 
inşa olunmuş ikinci türk məcmuəsidir...". 
Bu  əsər üç mənzumədən ibarətdir. Hər ucu cəhalətdən, 
gerilikdən və  pərişanlıqdan  şikayət ruhunda, mərsiyə üslubunda 
yazılmışdır. "İfadəyi-məram" adlanan birinci müsəddəsində  şair 
keçmiş qəhrəmanları, xüsusilə Qafqaz tarixinə aid bəzi səhnələri 
romantikləşdirərək vətəndaşların vətən uğrunda can qoymağa, 
"əl-ələ  vərməyə", "müstəbidlərdən ixtiyar almağa", "hürriyyət, 
qeyrət uğrunda" çalışmağa çağırır. 
Ancaq  şair vətən, vətənpərvərlik məsələlərini düzgün başa 
düşmür, sinifləri vc sinif mübarizəsini dürüst görünür. O, daha 
çox liberal-ruhani moizələrə  bənzər mənzumələr yazır, nə 
keçmişi, nə indiki ictimai həyat hadisələrini doğru müəyyən edə 
bilir. Bu kitabçanın birincidən fərqi orasındadır ki, burada tarix 
yox, yazıldığı dövr tərənnüm olunur: 
 
Baş vər vətən uğrunda ki, əbnayi-vətənsən,  
Baş vərməsən, insan nə ki, bir zağü zəğənsən,  
Ey ol kişi, sən ki, vətən alamı çəkənsən,  
Əhsən sənə, sən millətə nəzhətli çəmənsən.
1
 
 
Şair oxucunu mübarizəyə çağırır. Vətən yolunda baş vərənlər, 
canlarını əsirgəməyənlər qəhrəman sayılırlar. 
M.S.Ordubadinin  şeirlərində  kədər, qüssə  və  pərişanlıq hiss 
olunsa da, fərdi hisslərin yox, ictimai hisslərin təsviri başlıca yer 
tutur. Bu əsəflərdə gül-bülbülün yerini qəhrəmanlar, eyş-işrət 
məclisinin yerini mübarizə meydanları, mücadilələr tutur. Şair 
siyasi-ictimai məsələlərlə məşğuldur, bir və- 
 
                                                 
1
  M.S.Ordubadi. Vətən və hürriyyət, Tiflis, 1907, səh.5. 
 

 
187
 
təndaş kimi fikirləşir. Doğrudur, bu təsvirlər hələ bəsit və bəzən 
də ibtidaidir. O da doğrudur ki, şair siyasətdən, ictimai 
mübarizələrdən yazsa da, köhnə  şer üsul və vasitələrindən 
istifadə edir. Əgər gül-bülbül münasibəti, Ordubadinin fikrincə
bugünkü  şeri məşğul edə bilmirsə, vətəndaşlıq münasibətinin 
təsviri üçün yeni məcaz və istiarələr də yaradılmamışdır. Yeni 
mövzular işlənmədiyinə görə  sənətkarın təsvir dili burada aciz 
qalır. Ya siyasi şüarlar, müstəqim ifadələr, çağırışlar  əsasında 
mətbuat dilinə daha xas olan üslubdan istifadə olunur, yaxud da 
şair keçmiş  bədii mirasa, qəzəl  şerinin cəbbəxanasına müraciət 
edir. Bunu biz XX əsrin əvvəllərində çox şairlərdə gördüyümüz 
kimi Ordubadidə  də görürük. "Vətənimizə bir neçə söz" adlı 
şerində  şair məhz belə  bədii vasitələrdən istifadə etmişdir.  Şair 
təəssüf hissi ilə  vətəninə müraciət edərək soruşur ki, sənin 
gülüstanın haçan gül açacaq, xəzanın nə vaxt bitəcəkdir? 
 
Açıb nərgiz ol məstü şəhla göziin,  
Qızıl gül həyadan qızardır iizün.  
Göz aç, sən də alqışla bu işrəti,  
Vərər bülbiil elani-hürriyyəti!  
Alar qumri məşrutə təlimini,  
Bənövşə vərər dərsi-təzimini,  
Girər bağa tııti quşıı bavüqar,  
Oxur nitqlər, parlamanı açar.
1
 
 
Parlament, vətən, məşrutə sözləri okmasa, oxucu güman edər 
ki, bu baharın oğlan vaxtında çiçəklərin, quşların bir-birini 
çağırdığı bir çəmənliyin təsviridir. Halbuki, şair burada nə gülü, 
nə bülbülü, nə tutini, nə qumrunu, nə  nərgizi, nə  qərənfili 
göstərmək istəyir. Şair vətəni, vətənpərəstləri, 
 
                                                 
1
  M.S.Ordubadi. Vətən və hürriyyət, Tiflis, 1907, səh.13

 

 
188
natiqləri, millət xadimlərini, ictimai mücadilələri nəzərdə tutur. 
Şəkil, mündərəcəyə uyğun olmadığından, köhnə vasitələr yeni 
ideyaların təsvirinə  sərf olunduğundan  şeirin bədii keyfıyyəti 
zəifləmişdir. Bu şeirdə səmimiyyət, hərarət yox deyildir. 
Gənc Ordubadi əsrinin, vətəninin fəal xadimlərindən biri 
olmaq istəyir və bütün yazılarında bu cidd-cəhd görünür. Ancaq 
bu idealları  təsvir üçün seçilən vasitələr köhnə, namünasib 
olduğundan istənilən təsiri vərə bilmir. Bu nöqsanı Ordubadinin 
bütün ilk şeirlərində görmək olar. Bu kitabın yaxşı cəhətlərindən 
biri də odur ki, Ordubadi birinci dəfədir ki, şeirdə tarixə üz 
çevirir. Birinci dəfədir ki, bütün islam dünyasını yox, məhz 
Qafqazı ana vətən kimi səsləyir. O, hər cür zalım və müstəbidləri 
lənətləyərək, gözünü xalqın ayılmasına dikir: 
 
Gözüm səndədir, səndə, ah, ey vətən! 
 
Bu söz çox səmimi deyilmişdir. Şair gözünü vətənə dikmişdi. 
Ancaq vətənin o zamankı halına, o zamankı hakimlərinə yox, 
gələcəyinə, gələcək quruluşuna dikmişdi. 
M.S.Ordubadinin ilk şeirlərində beləliklə bir arzu, bir ümid 
qanadlanmaqdadır. Sənətkarlıq etibarilə bu əsərlər,  əlbəttə ki, 
ibtidai vəziyyətdədir.  Şəkli köhnə, qafıyə  və  rədifləri təkrar, 
məcaz və istiarələri qalıb halında olub, qəzəl  ədəbiyyatında çox 
işlənmiş tərkiblərdir. Bu şeirləri yaşadan, oxucuya sevdirən olsa-
olsa onların ruh etibarilə, məzmun cəhətdən yeniliyidir. 
M.S.Ordubadi yaradıcılığının ilk dövründə 
şeirlə 
kifayətlənməmişdir. Onun 1914-cü ildə çap etdirdiyi "Əndəlisin 
son günləri" adlı tarixi dramı  ərəb fatehlərinin cahangirlik 
yürüşlərini izaha çalışan mürtəce məzmunlu bir əsərdir. 
Ordubadi bu əsərində ərəblər ilə ispanların mübarizəsini təsvir 
edir. Ancaq bu mübarizə əhvalatın zahiri tərəfini təşkil 
 
  

 
189
edir.  Əsas ziddiyyət  ərəblərin öz aralarındadır. Xəlifə ilə xalq, 
hökmdar ilə  aşağı  məmurlar arasındakı ziddiyyət  əsərin başlıca 
münaqişəsidir. 
Əsərin baş  qəhrəmanı Musa, vətənpərvər, dinpərəst rəşadətli 
bir cəngavərdir. O, düşmən ilə vuruşmağa, ölüb-öldürməyə 
hazırdır. Xəlifə isə müharibə  və mübarizə iqtidarından məhrum, 
ancaq öz həyatını, ailəsini düşünən mənfəət-pərəst, xain bir 
vəzifə sahibidir. Onun xəyanəti ucundan şəhər təslim olur. 
Məşhur Əlhəmra sarayı yandırılır, hakimiyyət kralın əlinə keçir. 
Lakin qəhrəman Musa son nəfəsinə  qədər öz sədaqətindən  əl 
çəkmir, ölür, təslim olmur. 
Bu dövrdə Ordubadinin ən dolğun bədii  əsəri,  şübhəsiz ki, 
"Bədbəxt milyonçu, yaxud Rzaqulu xan firəngiməab" romanıdır. 
Roman janrı Azərbaycan  ədəbiyyatında yeni bir hadisə idi. 
Ordubadinin 1907-ci ildə yazdığı bu roman həm janr baxımından, 
həm də Azərbaycanın  ən qədim  şəhərlərindən, mədəniyyət 
mərkəzlərindən olan Təbrizin həyat məişətini təsvir cəhətindən 
maraqlıdır. Ordubadi qismən səyahətnamələrə ("Səyahətnaməyi-
İbrahimbəy"), qismən silsilə məktublara (M.F.Axundovun fəlsəfi 
məktubları), tərcümeyi-hallara oxşadaraq öz romanını müasir 
təbliği əsərlər ruhunda yazmışdır. Əsər beş fəsildən ibarətdir: 1. 
Əşar; 2. Rzaqulu xanın tərcümeyi-halı; 3. Böyükxanımın 
tərcümeyi-halı; 4. Təbriz  şəhərinin havası  və  təmizliyi; 5. Üç 
ildən sonra. 
Bu fəsillərdən də görmək olar ki, əsərdə müasir həyat, məişət, 
xalqın adət və ənənələrinin təsviri əsas məqsəd deyildir. Məqsəd 
Rzaqulu xanın  şəxsi macərası, faciəli tərcümeyi-halıdır. Buna 
görə  də  əsərdə  əhvalat tədriclə, bir-birindən doğan hadisələrin 
təbii cərəyanı yolu ilə inkişaf etmir. Əhvalatın ayrı-ayrı hissələri 
müstəqil parça şəklində verilir. 
Rzaqulu xan kimdir? 
 
  
 

 
190
O "qırx səkkiz yaşında Sorbon (Paris) darülfununun hüquq 
fakültəsini bitirmiş cavan ziyalı bir milyonçudur. İranın Paris 
səfıri  Əminul-mulkün oğludur". Avropa təhsili Rzaqulu xana 
böyük təsir bağışlamışdır. O, həqiqi bir vətənpərvər, qeyrətli və 
namuslu bir ziyalı kimi öz doğma vətəninin - İranın acınacaqlı 
halına yanır. Bütün ömrünü, dövlətini və bildiyini bu uğurda sərf 
etməyi fıkirləşir. Təhsilini bitirən kimi Təbrizə qayıdır. Onun 
böyük islahat planları vardır. 
O öz millətinin, vətəninin tərəqqisinə çalışan bir qəzet nəşr 
etmək istəyir. Dəmiryolu salmaq, sənaye binası qoydurmaq, 
məktəblər, xəstəxanalar açdırmaq, tramvay xətti çəkdirmək, bir 
para bidətlərin aradan götürülməsinə çalışmaq və s. fikrindədir. 
Lakin bunların hamısı Rzaqulu xan üçün şirin bir xəyal olaraq 
qalır.  İstər  İranın müstəbid hökuməti, istər mühitin mühafizəkar 
adamları - ruhanilər, mülkədarlar, tacirlər Rzaqulu xanın 
arzularına mane olur, onların həyata keçirilməsinə imkan 
vərmirlər. Rzaqulu xan isə  xəyalən zəngin olsa da mübarizə 
imkanları etibarilə məhdud, aciz bir adamdır. 
Müasir ictimai mübarizələr, sinfi çarpışmalar dinamikasını 
bilməyən Rzaqulu xan əsrimizin  əvvəllərində realist ədiblərinin 
təsvir etdiyi yeni adamlar silsiləsindəndir. Yusif Sərrac 
("Aldanmış kəvakib") Fəxrəddin ("Müsibəti-Fəxrəddin"), Fərhad 
("Bəxtsiz cavan"), İsgəndər ("Ölülər") kimi o da gələcək arzuları 
ilə yaşayır, köhnə mühitlə barışa bilmir, mövcud ictimai 
xəstəlikləri gözəlcə duyur, bunların müalicəsinə çalışmaq istəyir. 
Təəssüf ki, bu saydığımız qəhrəmanların çoxunda olduğu kimi, 
Rzaqulu xanda da böyük arzular, ideallar ancaq bir istek olaraq 
qalır. Çünki Rzaqulu xanın nə milyonların pulu, nə  də kamil 
təhsili bu köhnə mühiti yıxa bilmir, məcbur olduğu  əsarət 
hüdudundan çıxmağa yol açmır. 
Rzaqulu xan o qədər acizdir və o qədər xəyalpərəstdir ki, 
evində öz arvadının belə öhdəsindən gələ bilmir. Böyükxa- 
 
  

 
191
nım köhnə, qəddar və təəssübkeş müsəlman qadınlarının xarakter 
bir nümayəndəsidir. O, Rzaqulu xanı bütün əzmlərindən 
döndərdiyi kimi, öz əziz və istəkli qızlarını da açıq-açığına pula, 
mənsəbə satır. Böyükxanım qatı bir cahildir ki, avamlığı ilə 
ərinin də, uşaqlarının da, özünün də  bədbəxtliyinə  səbəb olur. 
Onun xasiyyətnaməsini müəllif Böyükxanımın öz sözləri ilə belə 
verir: 
"Baxıram gözəlliyimə, hüsnü-vəcahətimə valeh oluram. 
Baxıram bu bədbəxt sahibimə, baxıram  ər-övrətlikdəki 
rəftarımıza zəhləm gedir, bağrım çatlayır. Çöküb bu yazı 
stolunun başına yazır, ağlayır, oxuyur, ağlayır... Var-yox üç nəfər 
uşağı da başı dinc olmaqdan ötrü ötürüb murdar firənglərin evinə. 
Dünyanın pulunu xalqın cibinə doldurur. Və halon ki, doktorun 
övrətinə bir ay vərdiyi pulları bir mollaya vərsə, uşaqlara ömrü 
olunca dərs vərər...".
1
 
Böyükxanım qəddar bir qadın kimi, cəhalət və nadanlığın 
mənfur heykəli kimi inandırıcı təsvir olunmuşdur. 
Romandakı Qulam xan daha cahil, daha xəbis və alçaq bir 
mülkədar tipidir. O puluna, şöhrətinin gücünə  və Böyükxanıma 
arxalanaraq, Rzaqulu xanın qızını alır. Avropa tərbiyəsi görmüş, 
mərifətli, incə ruhlu nəcib Münəvvəri zor ilə Qulam xan kimi 
nadan bir kişinin qucağına atırlar. Qız dərddən vərəmləyir, 
Qulam xan isə qaynatasının irsindən "arvad payı" tələb edir. 
Miras üstündə deyişmə zamanı o özündən çıxaraq qayınlarının 
hər ikisini öldürür. 
Yazıçı bu səhnələrdə yalnız Təbrizin deyil, bütün İranın və 
bəlkə  də bütün müsəlman  Şərqinin köhnə, çürük adətlərini və 
bunların törətdiyi böyük faciələri həqiqi boyalarla göstərmişdir. 
Rzaqulu xan ailəsinin faciəsi ictimai, tarixi bir həqiqətdir. Ədibin 
sənətkarlıq məharəti bizi buna inandırır. 
 
 
                                                 
1
 
  M.S.Ordubadi. Bədbəxt milyonçu, yaxud Rzaqulu xan firəngiməab, Bakı, 1914, səh.4. 
 

 
192
 
 
Bu romanda biz, ibtidai şəkildə  də olsa, iki dünyanın 
çarpışmasını görürük. Bir tərəfdə Rzaqulu xan, onun ağıllı 
oğlanları  və  qızı, ikinci tərəfdə isə Qulam xan, Böyükxanım və 
başqaları - feodal mühiti durur. Nə  qədər təəssüflü olsa da, 
cəhalət tərəfdarları, mürtəce cəbhə güclüdür və qalib gəlir. Çünki 
onlar köhnə  İranın bünövrəsini təşkil edən feodal mütləqiyyət 
quruluşuna zülm və  əsarət dünyasına, mövhumat və  cəhalətə 
əsaslanırlar. Rzaqulu xanın isə söykənməli bir əsası, zəminəsi 
yoxdur. Avropadan gətirdiyi kitablar və fikirlər isə bu mühitə heç 
bir təsir göstərə bilmir. Romanda əsas qəhrəman Rzaqulu xan 
məğlub və  məhv olsa da, onun tərəqqi-pərəst və münəvvər 
fıkirləri oxucunun qəlbində kök salır və əks-səda tapır. O şəraitdə 
və elə bir mübarizə metodu götürən firəngiməabın məğlubiyyəti 
labüd idi. Ədib bu zərurəti realistcəsinə göstərə bilmişdir. 
Qəhrəmanın mübarizəsi və faciəsi oxucu üçün çox ibrətlidir. 
Oxucu, Rzaqulu xana rəğbət bəsləməklə  gələcəkdə onun 
arzularını  həqiqət olacağına inanır. Rzaqulu xanın Avropadan 
gətirdiyi yeni, maarifçi ideyaları  həmişə oxucunu düşündürür, 
köhnə dünyaya nifrəti daha da artır. Bu romanda Ordubadinin 
dili,  şeirlərinə nisbətən daha səlis və canlıdır. Doğrudur, burada 
köhnə üsluba xas olan rəsmiyyət, quruluq, xüsusən fars dilinə 
məxsus ifadə və tərkib qalıqları yox deyildir. Ancaq dilin ümumi 
ruhu, meyli sadəliyə doğrudur. Romanın böyük şöhrət 
qazanmasında bu cəhətin də əhmiyyəti çox idi. M.S.Ordubadi iki 
dəfə  nəşr etdirdiyi bu romanla yaradıcılığının birinci dövrünə 
(1900-1920) bir növ yekun vurur. Bu yekun sevinməli bir hadisə 
idi. Çünki müəllifin bədii sənətkarlıq işində xeyli irəli getdiyini, 
ictimai-siyasi hadisələrin epik təsvirinə meyl etdiyini göstərən 
yaxşı bir təşəbbüs idi. 
 
  

 
193
 
Əliqulu Qəmküsar 
 
(1880-1919) 
 
Tərcümeyi-halı 
 
Əliqulu Nəcəfov Qəmküsar 1880-cı ildə Naxçıvanda 
doğulmuşdur. Atası  Məşədi  Ələkbər Hacı  Nəcəf oğlu  əvvəllər 
papaqçılıq, sonralar isə Culfa kömrükxanasında komissionçuluq 
etmişdir. Ana babası  Məşədi  Əsəd "Məddah" təxəllüsü ilə  şeir 
yazmışdır. Əmisi "Fani" təxəllüslü Məhəmməd Hüseyn Nəcəfov 
Naxçıvanın qüvvətli şairlərindən sayılmışdır. 
Qəmküsar səkkiz yaşından molla məktəbində  ərəbcə  və 
farscanı öyrənmişdir. Hələ məktəbdə ikən şeir yazmağa başlamış, 
1892-ci ildə üç sinifli şəhər rus məktəbinə daxil olmuş, il yarım 
orada oxumuşdur. 1896-cı ilin əvvəlində, xəstə atası müalicə 
üçün Təbrizə gedir və  Qəmküsarı da təhsildən ayırıb özü ilə 
aparır. Dörd ay Təbrizdə qaldıqdan sonra atası  vəfat edir. Ağır 
külfətin qayğısı üzərinə düşdüyündən Qəmküsar dərsə davam edə 
bilmir. 
Təbriz mühiti şairin xoşuna gəlmir, təəssüratını belə ifadə 
edir: 
 
Qurtarmadımı ağlamağın mövsimi, yarəb? 
Hər gündə münacat olunur məscidimizdə. 
 
  

 
194
Ağlar günə qaldıq, yenə əl çəkməyəcəklər,  
Bu mərsiyəxanlar nə görüblər biləmizdə
11
 
 
1897-ci ildə anası və dayısı ilə Xorasan ziyarətinə getməsi və 
orada gördükləri Qəmküsarda mövhumata olan nifrəti daha da 
artırır. 
1912-ci ilin axırına qədər Culfada və  bəzən Naxçıvanda 
yaşayır. "Molla Nəsrəddin" və başqa Bakı  qəzet və jurnallarına 
şeir və  məqalələr yazır. 1907-1909-cu illərdə  İran inqilabı ilə 
yaxından maraqlanır, bu mövzuda şeirlər çap etdirir. 
1912-ci ilin oktyabr ayında Qəmküsar Tiflisə köçür və Mirzə 
Cəlil ilə birlikdə "Molla Nəsrəddin" jurnalında yaxından iştirak 
etməyə başlayır. 
1916-cı ilin may ayında juraal müvəqqəti olaraq dayandırılır. 
Qəmküsar Mirzə  Cəlil ilə birlikdə  səyahətə  çıxır. "Ölülər" 
komediyasını  səyahətdən  əvvəl Bakıda, sonra Dağıstanda, 
Səmərqənddə, Daşkənddə və Volqaboyu şəhərlərində oynayırlar. 
Qəmküsarın "Ölülər"də  Şeyx Nəsrullah rolunu böyük bir 
məharətlə oynaması məşhurdur. 
1917-ci ilin axırında Tifiisdə  çıxan "Al bayraq", sonra 
"Gələcək" qəzetlərində şeir və felyetonlar çap etdirir. 
Ə.Qəmküsar 1919-cu ildə, martın 4-də axşam evinə 
qayıdarkən menşeviklər tərəfındən öldürülmüş  və Tifiisdə  dəfn 
edilmişdir. 
Ə.Qəmküsar 1916-cı ildən etibarən öz yazıları ilə "Molla 
Nəsrəddin", "Yeni füyuzat", "Həyat", "İrşad", "Səda-yi-həqq", 
"Al bayraq", "Gələcək" və s. qəzet və jurnallarda iştirak etmişdir. 
Əsərləri "Otaylı", "Cüvəllağı", "Cüvəllağı  bəy", "Sarsaqqulu 
bəy", "Qəmküsar" və başqa imzalarla nəşr edilmişdir. 
 
 
 
                                                 
1
 Ə.Qəmküsar. Seçilmiş əsərləri, səh. 9. Nizami adına Ədəbiyyat İnstitutunun elmi arxivi, 
inv. №202. 
 

 
195
Yaradıcılığı 
 
Cəlil Məmmədquluzadə  Əliqulu Qəmküsarın ölümünün beş 
illiyi münasibəti ilə yazdığı  məqalədə göstərir ki, "Molla 
Nəsrəddin" - tək bir nəfər müəllifin  əsəri deyil, "Molla 
Nəsrəddin" bir neçə  mənim  əziz yoldaşlarının qələmlərinin 
əsərinin məcmuəsidir ki, mən də onların ancaq ağsaqqal 
yoldaşıyam. 
Bu  əziz yoldaşlarımızın biri də  mərhum  Əliqulu 
Nəcəfovdur".
1
 
Qəmküsarın "Molla Nəsrəddin"dəki  əsərləri, onun əsas 
yaradıcılıq simasını  təyin edir. Jurnal nəşr olunanda 
Ə.Haqvərdiyev, M.S.Ordubadi müəyyənləşmiş yazıçı idilər və 
bir yazıçı kimi də "Molla Nəsrəddin"ə  gəldilər.  Ə.Nəzmi və 
Qəmküsar isə belə olmamışlar. Bunların  şair olmasında, 
üslublarının yaranmasında jurnal əsas amil olmuşdur. 
Qəmküsarın bütün əsərləri satira şəklində, Sabir məktəbinin 
davamı ruhunda yazılmışdır. Qəmküsar öz qələm yoldaşlarına 
nisbətən az yazmışdır. Onun ən fəal dövrü müharibə illərindən 
sonra olmuşdur. Bu zaman o, bəzən jurnalın başqa yazılarını 
təshih ilə də məşğuln olurdu. 
Ə.Qəmküsar Sabirin açıq nəzirəçilərindəndir. "Yahu keçər" 
adlı həcvində biqeyrət, mənfəətpərəst adamlar lağa qoyulur: 
 
Millətinin halı pərişan ola, 
Hər bir işi nifrətəşayan ola, 
Cahil ola, vəhşi və nadan ola, 
Qəm etmə, səbr et, bu dayahu keçər"
2

 
 
 
                                                 
1
 
C.Məmmədquluzadə. "Əliqulu Nəcəfov", "Kommunist" qəzeti, 1924, 14 mart.
 
2
 
Ə.Qəmküsar. Seçilmiş  əsərləri, səh. 13. Nizami adına  Ədəbiyyat  İnstitutunun elmi 
arxivi, inv. №202. 
 

 
196
Bu  şeir istər ruhu, istər  ədası, hətta vəzni etibarı ilə Sabirin 
"Səbr eylə"  əsərinə oxşatmadır.  Ə.Qəmküsar Sabir satirası yolu 
ilə getmək istəsə də, onurı üslubu satiraya ayrı bir rəng, ayrı bir 
xüsusiyyət verir. Əgər Sabirdə satiranın zərbəsi qüvvətli və 
öldürücüdürsə, Qəmküsarda bu zərbə yüngülləşmiş, zəifləşmiş 
nəzərə çarpır. Bəlkə bu ona görə belədir ki, satira hədəfləri Sabir 
dövrünə görə zəifləşmiş, hakim mövqeyini itirmişdir. Əlbəttə ki, 
burada bir həqiqət vardır. Sabir mütləqiyyətin ən qatı və qəddar 
hökmranlıq dövründə, mövhumat, zülmət tərəfdarlarının hələ 
dövran sürdüyü zaman yazırdı. Qəmküsarda satira zərbədən çox 
nəsihət, hücümdan çox, məsləhət, nifrətdən çox islahat ruhu 
daşıyırdı. Sabirin "Nə soxulmusan araya, a başı  bəlah, fəhlə?" 
misrası ilə başlanan satirasının gücü və  təsiri çox böyükdür. 
Qəmküsar həmin bədii  ədanı  və üsulu tamam başqa səciyyədə 
olan obyektə işlətmişdir. Sabir fəhlənin fəaliyyətini, mübarizəsini 
həzm edə bilməyən varlıların səciyyəsini, məfkürəsini onların öz 
sözü ilə açdığı halda, Qəmküsar, varlıya qarşı nifrətini açıq, 
müstəqim ifadə edir. "Varlı" sərlövhəli şeirində oxuyuruq: 
 
Bu qədər ifadələnmə, sənə yoxdu bab, varlı, 
Füqəranı bəsdir, az söy, elə ictinab, varlı!..  
Bu qədər, görəndə yoxsulları, baxma etinasız  
Oların, həzər qıl etmə ciyərin kəbab, varlı!.  
Səni varlı eyləyən həm, onların əməkləridir,  
Pulu sən qucaqlayıbsan, o çəkib əzab, varlı!
1
 
 
Bu  şeirdə satira yox, müstəqim, açıq tənqid qüvvətlidir.  Şair 
gülüş vasitələrinə müraciət etmədən öz fıkrini doğru- 
 
 
 
 
                                                 
1
 
Ə.Qəmküsar. Seçilmiş  əsərləri, səh. 7, Nizami adına  Ədəbiyyat  İnstitutunun elmi 
arxivi, inv. №202. 
 

 
197
 
dan-doğruya, bilavasitə söyləyir. Bu, satiranın zəifləməsi 
hesabına olur. Xoşbəxtlikdən, müəllifin belə şerləri çox deyildir. 
Hələ Sabirin sağlığında, onun guya mollaların dilindən deyilən 
"Düşdü bütün qəzetlər hörmətdən, ay can, ay can!" şerinə nəzirə 
və  həmin üsulla yazılan "Gəldi yenə  Rəhim xan" şeri müəllifin 
siyasi məzmunlu, qüvvətli həcvlərindəndir. Səttar xan hərəkatı 
dövründə  Rəhim xan İran mütləqiyyətinin,  şah zülmünün qanlı 
müdafiəçilərindən və mühafizəçilərindən biri idi. Onun İrana, 
Təbriz üzərinə  gəlməsi bütün daxili və xarici müstəbidləri 
sevindirirdi. Belə sevinən mühafizəkar mülkədarların dili ilə şair 
həm öz düşməninin səciyyəsini açır, həm də buna qarşı məharətlə 
acı gülüş işlədir: 
 
Gəldi yenə Rəhim xan İranə, bərəkallah!  
Çıxdı əcəb igidtək, meydanə bərəkallah!  
Söz yox, gərəkdi çatsın məqsudinə supəhdar,  
Olsun cəriqitalə, əksər güruhi-əşrar,  
Ta bəlkə Məmdəlini cəlb eyləsinlər təkrar,  
Gəlsin, özün yetirsin Tehranə bərəkallah!
1
 
 
Burada həm Rəhim xanın kim olduğu,  İrana nə  məqsədlə 
gəldiyi aydın və kinayəli bir dil ilə söylənilir, həm də bu işdən 
sevinən zalim və müftəxorlara qarşı ümumi nifrəti sezilir. Şeirin 
axırına qədər davam və  təkrar edilən "bərəkallah" sözləri dərin 
kinayənin təzahürüdür. 
Bu söz yalnız Təbriz xanlarının, müctəhidlərinin sözü deyil. 
Bu söz təkcə şahın və saray adamlarının da sözü deyil. Bu həm 
də, ümdə olaraq çar jandarmalarının, inqilabı qan içində boğmağa 
tələsən çar hökumətinin ürəyindən qopan söz idi. Şair bu tənqidi 
fıkrin ifadəsi üçün əlvərişli bədii üsul tapmışdır. 
 
                                                 
1
 
Ə.Qəmküsar. Seçilmiş əsərləri, səh.9. Nizami adına Ədəbiyyat İnstitutunun elmi arxivi, 
inv. №202, səh.31. 
 

 
198
 
 
 1912-1913-cü 
illərdə Bakıda "Molla Nəsrəddin" 
məcmuəsinin satira yolunu izləyən demokrat ruhlu "Kəlniyyət" 
jurnalı  nəşr olunurdu. Çar senzoru bu jurnalın nəşrini 
dayandırdığı zaman Qəmküsar bu məsələyə dair bir həcv 
yazmışdır. "Necə elm, nə  sənət?" sərlövhəli və "Kəlniyyət" 
mecmuəsinin ruhuna ithaf olunan bu əsərində şair "Kəlniyyət"in 
və özünün düşmənlərini kinayəli ifadələrlə belə sayır: 
Yüklə 2,01 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin