AZƏrbaycanda



Yüklə 2,01 Mb.
Pdf görüntüsü
səhifə10/23
tarix18.01.2017
ölçüsü2,01 Mb.
#5809
1   ...   6   7   8   9   10   11   12   13   ...   23

M.Ə.Sabirin dili 
 
M.Ə.Sabir şeirimizdə olduğu kimi bədii dilimizdə də müəyyən 
mənada inqilab yaratmışdır. Birinci dəfə köhnə klassik şeir 
üslubundan kənara çıxan, onun "toxunulmazlığını" ləğv edən, 
çərçivələrini qırıb dağıdan, ilhamın istiqamətində  və ifadə 
yollarında sərbəstliyi üstün tutan, fıkri duyğunu vəznə, qafiyəyə 
deyil, vəzni, qafıyəni fıkrə, duyğuya tabe tutan şair -Sabir 
olmuşdur. O, yeni mövzuları, yeni məsələləri, həyat və məişətin 
indiyə  qədər qələmə alınınamış lövhələrini bədii  ədəbiyyata 
gətirdiyi kimi, yeni ifadə, ibarə, tərkib və sözləri də  bədii dilə 
gətirmişdir. 
O,  şeirin mövzu və  məzmun dairəsini genişləndirdiyi kimi, 
şeir dilinin zinətlərini, vasitələrini də zənginləşdirmişdir. 
 
Vah, bu imiş dərsi-üsuli-cədid, 
Dur qaçaq, oğlum, başayaq qandı bu!
2
 
 
Yaxud: 
 
Zilli Sültan, bura say döydürüb aldıqlarını,  
Soyub aldıqlarını, soydurub aldıqlarını!
3
 
                                                 
1
 M.Ə.Sabir. Hophopnamə, Bakı, 1922, səh.339. 
2
 Yenə orada, səh.198. 
3
 Yenə orada, səh.157. 
 

 
166
və yaxud: 
 
Nə soxulmusan araya a başı bəlalı fələ!  
Nə xəyal ilə olubsan belə iddialı, fələ!
1
 
 
Tacirin, kəndlinin və  sənaye sahibinin dilindən deyilən bu 
beytlər həm adi danışıq dilidir, həm  şeirdir, həm də  həmin 
tiplərin əhvali-ruhiyyəsini və aldığı vəziyyəti təsvir edən bir bədii 
lövhədir. 
"Vah, bu imiş!", "Bura say!", "Nə soxulmusan araya" və s. bu 
kimi ifadələr tamam canlı dildə, danışıq dilində işlədilən, zahirən 
bədii dildən uzaq sözlərdir. Sabir bunları  cəsarətlə  şeirə 
salmışdır.  İkinci tərəfdən bu ifadələr Sabir şeirində adi 
vəziyyətlərindən çıxarılıb bədii bir lövhə vasitəsi halına 
salınmşlar. 
Birinci beyti oxuyan kimi, yeni məktəbdən ikrah edən, 
uşağının qolundan tutub geriyə çəkən, ağzına və ağlına gələn pis 
şözü müəllimlərə deyən mütəəssib müsəlman taciri gözümüz 
önündə canlanır. 
İkinci beyt zülm və  işgəncələrdən, ağır vərgilərdən cana 
doymuş  İran kəndlilərinin inqilab və intibah sayəsndə Zilli 
Sultandan haqq-hesab istəmələrini gözəl verir. 
Üçüncü beyt isə tipik bir Bakı mülkədarının, ya mədən 
paraxod sahibinin fəhlə  hərəkatına, fəhlələrin haqlı  tələblərinə 
qarşı necə  qəzəblə yanaşdığını göstərir. Bu ifadələr bəzək, 
incəlik, ahəng və  şeir dilinə  məxsus bir çox başqa cəhətlərdən 
tənqid oluna bilər. Ancaq bu ifadələrin birini də olsun təbiilik, 
həqiqilik, həyatilik, güclü və bitkin lövhə  vərməsi nöqteyi-
nəzərindən tənqid etmək olmaz. Əksinə, şairin göstərdiyi ictimai 
dövrlərin düzgün, tam ifadəsi üçün, satiranın kəskinliyi, təsiri və 
inandırıcılığı cəhətindən bunlardan uyğun 
                                                 
1
 Yenə orada, səh.142. 
 

 
167
və mükəmməl ifadə  və söz tapıb işlətmək çox çətindir və  bəlkə 
də mümkün deyildir. 
Sabir  şeirinin söz ehtiyatı da çox zəngindir. Bu ehtiyat bir 
tərəfdən  şairin el dilini, canlı danışıq dilini gözəl bilməsindən, 
ikinci tərəfdən klassik ədəbiyyatla mükəmməl tanışlığından, 
üçüncü tərəfdən fars və  ərəb dillərinə  və  şeirinə  bələdliyindən 
gəlir. Bu mənbələr başqa-başqa olsa da, Sabir şeirində birləşir, 
uyuşur, müəyyən ahəng və sima alır.  Şairin bəzi  şeirlərində bu 
mənbələrdən hər hansı birinin üstünlük kəsb etdiyi hallar vardır. 
Şairin ilk yaradıcılıq dövründə qəzəl dili, ibarə və tərkibləri üstün 
idisə,  ərəbcə  və farscadan tərcümələrində, habelə dini mövzulu 
əsərlərində  rəsmi dini ədəbiyyat dilinin təsiri bariz seçilirdisə, 
satirik  əsərlərində canlı danışıq dilinin, xalq dilinin gücü hiss 
olunur və  şairin elə satirik əsəri yoxdur ki, orada çoxlu xalq 
ifadələri, xalq ruhunda təşbehlər, istiarələr, mübaliğələr 
işlədilməsin. 
 
Vərdiyi dərsi uşağa yazdırır, 
Hiccə demir, hər əməlin azdırır, 
Gah oxudub, gah çıxarıb gəzdirir
Bir demir övladi-müsəlmandı bul 
Dur, qaçaq, oğlum, başayaq qandı bu!...
1
 
 
Bu misralar hər hansı bir avam atanın dilində işlənən və işlənə 
bilən söz və ifadələrdən əmələ gəlmişdir. Bu ifadələr elə ustalıqla 
işlədilmişdir ki, biz bunu hazır bir mükalimə kimi, doğrudan da 
hansı cahil ata tərəfindənsə deyilmiş  və sonra qələmə alınmış 
ifadələr kimi düşünə bilərik.  
                                                 
1
 M.Ə.Sabir. Hophopnamə, Bakı, 1922, səh.198. 

 
168
Sabirin bir çox şeirinin sərlövhə və mövzulan da canlı danışıq 
ifadələrindən yaranmışdır: 
 
Adəmi, adəm eyləyən paradır,  
Parasız adəmin uzu qaradır! 
 
* * * 
Söylə görüm, evlənim evlənməyim? 
 
 * *  * 
Köhnə müsəlmanəm a şirvanlılar! 
 
   * * * 
Qaç, oğlan! Qaç, at basdı! Millət gəlir! 
 
   * * * 
Daş qəlbli insanları neylərdin, ilahi! 
 
   * * * 
Ax neçə keyf çəkməli əyyam idi! 
 
   * * * 
Rədd ol qapıdan, ağlama zar-zar dilənçi! 
 
   * * * 
Harda müsəlman görürəm, qorxuram. 
 
   * * * 
 
Düşdü genə qəzetlər qiymətdən, ay can, ay 
can! 
 
* * * 
 
  

 
169
Fələ, özünü sən də bir insanını sanırsan? 
 
Sabir dilinin təbiəti belədir. "Molla Nəsrəddin" jurnalının 
seçdiyi, ruh vərdiyi bu dil nəsrdə üstünlük və  şöhrət qazandığı 
kimi, Sabir qələmi vasitəsi ilə, şeirdə də yeni aləm açdı. 
Sabir  şeirində  əlbəttə ki, dil nöqsanları axtarmaq olar və 
vardır. Bəzən qafiyə xatirinə, dəxli olmayan sözlərin işlədilməsi 
(hər sözü təlim eləyir tərsinə, dəyməz o bir paslı  dəmir  ərsinə, 
babı-qüllabı və s.) vəznin tələbinə görə sözlərin uzadılması və ya 
qısadılması (Molla dayı  əvəzinə "moldayı", "Nola bir evdə 
qoyaydız qaravaş, vərmiyəydiz məni bu əbləhə,kaş"). 
Bəzən yersiz olaraq əcnəbi sözlər işlədilir: 
 
Baş tutdu müəllimlərin iclası, syezdi, 
 
* * * 
Eyvay, uçitellər yenə dərkar olacaqdır. 
 
* * * 
Gündə üç kağızı, beş qopyəni imza edərək. 
 
Yuxarıda göstərilən misallardakı dil xətaları,  şairin ümumi 
üslubuna,  şeirinin gücünə  xələl gətirmir. Nəzərə almaq lazımdır 
ki, satira güclü janrdır. Bu janrda ayrı-ayrı kəlmələr, ifadələr yox, 
təqdim edilən gülünc səhnə, lövhə, tip əsas alınmalıdır. Sabir də 
bu surətləri nəzərimizdə canlandırmaq, onları daha əyani təqdim 
etmək üçün, anlaşılan, səlis, rəvan, ümumi bir dil tapmalı idi və 
tapmışdır. Bu dil cazibədar məcazlar və istiarələrlə bəzənmiş bir 
qəzəlin dilindən canlıdır,  şirindir, aydındır və yüz minlərlə 
oxucuya doğmadır. 
Sabir dilinin gücü də bundadır. 
 
  

 
170
M.Ə. Sabir məktəbi 
 
Sabir də Nizami, Füzuli kimi Azərbaycan  ədəbiyyatında 
əsrlərcə yaşaya bilən bir ədəbi məktəb yaratmışdır. Bu məktəbin 
məqsədi, idealı da, yolu, üslubu mübarizə vasitələri də  şairin 
"Hophopnamə"sindən məlumdur. Hələ onun sağlığında yalnız 
Türkiyə, Misir və Orta Asiyada şairə çoxlu nəzirə yazanlar var 
idi. Çox çəkmədi ki, Sabir məktəbinin görkəmli nümayəndələri, 
böyük  şairin başladığı  işi davam etdirən satirik sənətkarlar 
silsiləsi meydana çıxdı. 
Sabirin tematikası, satira ədası  və  hədəfləri demək olar ki, 
bütün Yaxın Şərqdə yeni və maraqlı bir nümunə oldu. 
M.Ə.Sabirin  İran mətbuatındakı  təsiri haqqında Kəsrəvi 
Təbrizi yazır: 
"Dediyimiz kimi "Azərbaycan" qəzeti elə  həman "Molla 
Nəsrəddin" üsulunda yazırdı. Buna görə idi ki, satiraya yer 
verirdi. Bəzən  şeirlə cavab yazırdı. Belə ki, Mirzə  Əliəsgərxan 
Ətabək o zaman ki, İrana gəldi, Məclis ona hörmət göstərmədi: 
"Molla Nəsrəddin" bunu bəhanə edərək Sabirin bir çox şeirlərini 
çap etdirdi. Bu şeirlərdə iranlılar tənqid edilir və Məşrutə inqilabı 
əldəqayırma bir inqilab kimi qələmə alınırdı. O şeirlərdən: 
 
 
Hə, de görüm, nə oldu bəs, aybalam, iddəaların?  
Dutmuş idi yeri, göyü nalələrin, nəvaların...  
Yoxsa qanıb da eybini başlamısan ədaların?  
Şimdi, hərif, söz həman mən deyən oldu, olmadı? 
 
 
Əncümən  əhlinin, qoçaq, sən demədinmi, bir təki 
Vərməyəcək riza gələ ölkəmizə ətabəki?! 
 
  

 
171
 
Noldu ki, tez boşaldı bəs iş görən əncümən də ki?  
Köhnə qapı, həman daban, mən deyən oldu, olmadı?
1
 
 
Sonra  Ətabək öldürüldü.  "Azərbaycan"  türk dilində  şeirlər 
çap etdirdi: 
 
Həmə görisən, a Molla əmi, birbəbir iddiamızı,  
Gör necə müstəcəb edib tanrı bizim duamızı.  
Vərdi kəmali-lütfilə mətləbi müddəamızı,  
İndi necə oldu, Molla əmi, mən deyən oldu, sən deyən?... 
 
Nə, a balam, a özgəyə verinəyən öz əlindəkin,  
Söyləyərik gecə-gündüz iş görən əncüməndəkin.  
İndi necə görür gözün əncümən əhlinin təkin,  
Eyləmisən necə güman, sən deyən oldu, mən deyən? 
 
Hanı o dillərin sənin, heç daxı gəlməyir səsin,  
Olmuya bir Ətabəkin ölməyi eylədi bəsin?  
Sən kimi batmamışdı bu barədə nitqi heç kəsin,  
Halını çox edib yaman, sən deyən oldu, mən deyən?... 
 
"Molla Nəsrəddin" yenidən bunlara cavab yazdı ki, onlardan 
bəzilərini burada dərc edirik. 
 
Loğalaşıb, a görməmiş, çox da belə fırıldama!  
Tərbiyəsiz uşaq kimi boş-boşuna hırıldama!  
Baş-qulağın düzəlməyib, çox da basıb-guruldama!  
Dinınə, danışma, yat balam, sən deyən olmayıb hələ! 
 
Müntəzəm olmamış əməl, rövnəyikar olurmu ya?!  
Sübh tülu etməmiş vəqti-nəhar olurmu ya? 
                                                 
1
 
M.Ə.Sabir. Hophopnamə, Bakı, 1922, səh.70 
 

 
172
Bir gül açılmaq ilə də fəsli-bəhar olurmu ya?  
Dinınə, danışma, yat balam, sən deyən olmayıb hələ! 
 
Qətl elədiz ki Ətabəki, mən ki, bu əmri danınıram?!  
Var yenə min Ətabəkiz, yoxsa əməlli qanmıram?  
Köhnə qapı bu tezliyə tazələşə inanmıram!  
Dinınə, danışma, yatbalam, sən deyən olmayıb hələ! 
 
Girəm Ətabək öldü də, topu-tüfənginiz hanı?  
Bəhri-əmiqi-hərbdə kəştiyi-cənginiz hanı?  
Əski hamamdır, əski taş, pəs yeni rənginiz hanı?  
Dinınə, danışma, yatbalam, sən deyən olmayıb hələ! 
 
Söylə mənə, vəzarəti-milliyəniz düzəldimi?  
Ya uzun əl, uzun papaq qıssalaşıb gödəldimi?  
Ölkəmizə səməndə feryol tapa bildi, gəldimi?  
Dinınə, danışma, yatbalam, sən deyən olmayıb hələ! 
 
"Azərbaycan" cavab vərdi. O şeirlərdən bir parça: 
 
Tutalım a xoşdamaq azimi-kuy-e mülkü Rey, 
Olurmu bu yolu birdən edək tamam mey?! 
Yavaş-yavaş ləfzi-ərəb şov-şov. 
Səndə ki, yoxdu hövsələ, dinınə, danışma, səbr eylə. 
Ölkədən qırax baxdı bizə hırıldadı, 
Qapı zəbanitək bir nəfəsə cırıldadı, 
Zamanı görmədən fırfıratək fırıldadı. 
Səndə ki, yoxdu hövsələ, dinınə, danışma səbr eylə. 
 
"Azərbaycan"da çıxan  şeirlər Təbrizdə yayılmağa başladı. 
Belə ki, onu uşaqlar küçələrdə oxuyurdular. O zaman bunların 
böyük əhəmiyyəti var idi"
1

                                                 
1
 
Seyid Əhməd Kəsrəvi. Tarix-e Məşruteye İran (İran məşrutə tarixi). Tehran, 1935, səh.373-
375. 
 

 
173
 
"Məşədi Sijimqulu" təxəllüsü ilə yazan Əli Nəzmi, 
"Qəmküsar", yaxud "Cüvəllağı" təxəllüsü ilə yazan Əliqulu 
Nəcəfov, "Hərdəmxəyal" təxəllüsü ilə yazan M.S.Ordubadi, 
həmçinin Cəfər Cabbarlı, Abdulla Şaiq,  Əliağa Vahid, İbrahim 
Tahir və başqaları,  İran Azərbaycanının qüvvətli satiriklərindən 
Mirzə Əli Möcüz ya bütün yaradıcılıqları boyunca, yaxud qismən 
Sabir məktəbinin davamçıları olmuşlar. Bunlardan Əli Nəzmi və 
M.Ə.Möcüz bir şair və  sənətkar olaraq M.Ə.Sabir satira üslubu 
yolunu davam etdirmişlər, öz böyük ustadları ilə fəxr etmişlər. 
 
  

 
174
Əli Nəzmi 
 
(1881-1946) 
 
Tərcümeyi-halı 
 
Əli Nəzmi Məmmədzadə 1878-ci ildə Gəncə qəzasının Sərab 
(Saro) kəndində doğulmuşdur. Yeni məktəb olmadığından ilk 
təhsilini molla yanında almışdır. 11 yaşında ikən atası  vəfat 
etmiş, altı baş ailəni dolandırmaq onun boynuna düşmüşdür. 
1897-ci ildə Buxaraya getmiş, iki il orada qohumlarından 
birinin yanında dükanda şagird olmuşdur. Bu müddətdə o öz 
təhsilini də unutmamışdır. Gündəlik və həftəlik məcmuələri artıq 
maraq və  həvəslə oxumuş, mütaliə yolu ilə müasir ictimai-
mədəni həyatla tanış olmuşdur. Bu zamanlar ədəbiyyatla məşğul 
olmağa və yavaş-yavaş şeir yazmağa başlamışdır. İlk şeirlərində 
bəzən özünün ağır həyatını nəzmə çəkmiş, bəzən də xırda həcvlər 
yazmışdır. 
Şairin mətbuatda nəşr olunan ilk şeirlərindən biri "Şərqi-Rus" 
qəzetini təbrik üçün yazılmış aşağıdakı parçadır: 
 
Eylədi çün şəhri-Tiflis içrə sükna-"Şərqi-Rus"  
Saldı sayə aləmə çün nəxli-tuba "Şərqi-Rus".  
Rəşki-aləm eylədi bu şəhri ol alicənab,  
Türfə mətləb, türfə məqsəd, tiirfə məna "Şərqi-Rus" 
 
  

 
175
Açdı çox nitqi-göhərbarü dürəfşani-məqal,  
Əhli-aləm eylədi kəsbi-təcəlla "Şərqi-Rus".  
Zülməti-heyrətdə qalmışdı təmam islamiyan,  
Oldu bu zülmət səradə nuri-beyza "Şərqi-Rus".  
Qeyri millətlər içində qalmış idik kur tək,  
Türfə bəxş etdi bizə bir fəxri-əzma "Şərqi-Rus"
1
 
 
Əli Nəzmi bu zamandan etibarən "Şərqi-Rus"da məqalələr 
yazmışdır. "Molla Nəsrəddin" məcmuəsi nəşrə başladıqdan sonra 
orada iştirak edib "Məşədi Sijimqulu" imzası ilə həcvlər yazmış, 
məcmuənin fəal iştirakçılardan olmuşdur. Daha sonralar 
"Bəhlul", "Məzəli" və "Zənbur" məcmuələrində  "Şəmşirək", 
"Şəmşir" adı ilə, "Həyat", "İqbal", "Tərəqqi" qəzetlərində isə 
başqa imzalarla çıxış etmiş, sıx-sıx mənzum və mənsur əsərlərini 
dərc etdirmişdir. 
Şair 1916-cı ildə  Gəncə  şəhərinə köçmüşdür. 1920-1921-ci 
illərdə  Gəncədə müəllimlər kursunda oxumuşdur. Bu illərdə 
qələm yoldaşlarıının köməyi ilə müəllimlik etməyə başlamışdır. 
1924-cü ildən etibarən "Yeni Gəncə" qəzetində çalışmış, 1926-cı 
ildə  qəzet qapandıqdan sonra Bakıya gəlmiş, məcmuə  və 
qəzetlərdə xüsusilə "Molla Nəsrəddin"də fəal iştirak etmişdir. 
Ədibin Gəncədə nəşr etdirdiyi "Şərabçı", 1927-ci ildə Bakıda 
nəşr olunan "Sijimqulunamə" adlı  əsərləri oxucuların rəğbətini 
qazanmışdır. 
Ə.Nəzmi Böyük Vətən müharibəsi dövründə  mətbuatda fəal 
iştirak etmişdir. Bu dövrdə yazdığı  şeirlər "Satira mərmiləri" 
kitabçasında toplanmışdır.  Şair 1946-cı ildə Bakıda vəfat 
etmişdir. 
 
 
 
 
                                                 
1
 Əli Nəzmi. Sijimqulunamə, Bakı, 1927, səh.14. 
 

 
176
 
Yaradıcılığı 
 
Əli Nəzmi "Molla Nəsrəddin" jurnalında Sabir kimi, fəal 
iştirak edən  şairlərdən olmuşdur. C.Məmmədquluzadə  şairin bu 
dövrdəki fəaliyyəti haqqında belə yazır: "O vaxt biz 
məcmuəmizin 12-ci nömrəsində "Quli-biyabani" sərlövhəli bir 
məqalə ilə varlılarımıza tənəli bir xitab dərc etdik. Ta ki ondan 
bir neçə vaxt sonra Sabirin "Təmeyi-nahar"ı bizim səsimizə  səs 
vərdi. Burada Məşədi Sijimqulu kefsiz də meydana çıxdı  və 
"pənah Allaha" - deyib, Sabirin "Tömeyi-nahar"ma cavab olaraq 
"Çayda çapan qardaşım, ağlama, ağları gör" mətləli  şeirini 
göndərdi. 
Məşədi Sijimqulunu ilk dəfə  məcmuəmizdə  nəzm ilə 
danışdıran, onun təbi şeirini büruzə vərən haman "Tömeyi-nahar" 
olubdur... Haman M.Sijimqulu ki, öz dediyinə görə "Molla 
Nəsrəddin"in bu vaxtadək bircə nömrəsini də başdan-ayağa 
oxumamış keçirməyibdir. Sabirin bundan da qiymətli qeyri 
əşarına mütəəssir olmayıb, - nə  qədər ki, "Tömeyi-nahar"ına 
olub, ona bir neçə aydan sonra cavab vərməyi özünə borc 
bilibdir. 
Nədir burada şairi mütəəssir edən?  Əlbəttə ki, Mollanın 
mövzusudur".
1
 
Əli Nəzmi  şeirə 1903-cü ildən başlasa da, "Molla 
Nəsrəddin"də ilk dəfə  nəsr ilə, felyetonları ilə  iştirak etmişdir. 
Jurnalın 11-ci nömrəsində  Əli Nəzminin "Əlidəyənəkli" imzası 
ilə bir kiçik məktubu dərc olunmuşdur. Burada gəncəli quşbaz 
Hacı Hüseynin oğlu ilə  rəftarından bəhs edilir. Hacının oğlu 
ağacdan dolaşa tutmaq istəyəndə  yıxılır, qıçı  sınır. Atası bu 
əhvalatdan xəbər tutub gəlir, oğlundan ilk soruşduğu bu olur: 
 
 
                                                 
1
 
Əli Nəzmi. Sijimqulunamə (müqəddimə), Bakı, 1927, səh.11-12. 
 

 
177
 
 "- Oğul, necəsən? - Quş cibində ölməyib ki? Sağdırmı?" 
Jurnalın 14-cü nömrəsində Əli Nəzmi bir kitab-firuşun "Molla 
Nəsrəddin"dən  şikayətini yazmışdı: "Ey Molla Nəsrəddin kişi, 
bəs deyilmi bu qədər mərdiməzarlıq?... Üç il-dir ki, məndə olan 
kitablar heç satılmır..." Cameüd-dəvat - 50 cild, "Təbiri-xab-30  
cild...".
1
 
Müəllif bu məktubunda jurnalın mövhumata və mövhumat 
kitablarına qarşı ardıcıl, şiddətli mübarizəsini nəzərdə tutur. İstər 
bu məktubda və istərsə quşbaz oğlunun  əhvalatında müəllifin 
qələmindəki məharət, incəlik və satira aydın hiss olunmaqdadır. 
Əli Nəzmi də Sabir kimi "Molla Nəsrəddin"in vəzifəsini, 
məqsədini çox gözəl başa düşmüşdü. Bu jurnal həm məqsədi, 
həm də dili, üslubu ilə xalqa yaxın olan, xalqın ruhunu ifadə edən 
yazılar tələb edirdi. Əli Nəzmi də belə yazıların müəllifi idi. 
Onun on-on beş  sətirdə yazdığı duzlu məkrub "Molla 
Nəsrəddin"ə bütün bir ictimai lövhə verirdi. 
"Cavan ilə Hacı  Ağanın  şirin söhbəti" adlı  məktubunda 
köhnəpərəst bir varlının xeyir işlərə münasibətini təsvir edirdi. 
Təsvir ancaq mükalimələrdən ibarətdir. Bir gənc maarifçinin 
sualına cavab vərən Hacının danışığı, onun simasını, şüurunu və 
mühakimə dairəsini müəyyən edirdi. 
Əli Nəzmi jurnaldakı  fəaliyyəti ilə  şeirdə  də  məharət sahibi 
olduğunu isbat etdi. Demək olar ki, mövzu dairəsi etibarilə şair, 
Sabirdən seçilmirdi. Köhnəpərəst hacıları, kərbalayıları, 
istismarçıları, avam, nadan valideynləri, xalqı aldadan falçı, 
cindar və  dərvişləri, Məhəmmədəli kimi şahları, xəsis və 
mənfəətpərəst "millət xadimləri"ni, "intelli-gentləri" həcv edən 
şeirlərində tamam Sabir ruhu vardır. C.Məmmədquluzadə 
göstərir ki: "MollaNəsrəddin"ə yaraşan  şivənin məzəliliyi və 
duzluluğunda, məharət və  lətafətdə Sabirə yavuq gələn və ona 
əvəz olan - birinci Məşədi Si- 
                                                 
1
 
"Molla Nəsrəddin", 1906, №7, səh.6. 
 

 
178
 
 
jimqulu Kefsiz olubdur."
1
 İmza atılmasa Sabir ilə  Əli Nəzminin 
şerlərini biri-birindən ayırmaq çətin imiş. 
M.Ə.Sabirin vəfatından sonra istər "Molla Nəsrəddin"də  və 
istərsə "Məzəli", "Zənbur", "Tuti" və s. kimi gulgu mətbuatında 
("Şimşirək", "Şəmşir" və s. imzalarla) ən yaxşı satirik şeirlər 
yazan Əli Nəzmi olmuşdur. 
Sabir ədəbi məktəbi, xüsusilə 1906-1916-cı illər arasındakı on 
il müddətində  ən yüksək mərhələsini yaşayırdı. Bu dövrdə 
zahirən yazıçıların işi asan idi, çünki mövzu, hədəf aydın, 
istiqamət məlum idi. Lakin bu zahirən belə görünür. Əslində 
sənətkarın işi bu vəziyyətdə daha çətin olur. Bir halda ki, eyni 
mövzu bir neçə yazıçı tərəfindən və dəfələrlə işlənir, o mövzunu 
təzədən və yeni bir qələm sahibinin işləməsi müstəsna güc, ilham 
və yenilik hissi tələb edir. Sabir kimi nəhəng bir sənətkarın 
qarşısına çıxmaq və onun işlədiyi mövzuları yazmaq əlbəttə ki, 
Əli Nəzmi üçün asan deyildi. Əli Nəzmi isə qorxmadı. Sabirlə 
olan məslək birliyi, onun da qələmini Sabir istiqamətinə 
uyğunlaşdırdı.  Əli Nəzminin cəsarəti, qələmə aldığı mövzulara 
sərbəst və müstəqil yanaşması, təsvirlərində kitaba yox, həyata 
əsaslanması onun müvəffəqiyyətinə səbəb oldu. 
Sabirin "Dilbər" şeiri yadımızdadır. Əli Nəzmi də eyni istehza 
üsulu ilə, eyni yığcamlıqla bir müftəxorun təsvirini verir. Şeirinə 
"Tapmaca" adı qoyur: 
 
Saqqalı uzun, guşi pühən, naqədəhandır,  
Alnı iki barmaq, gözü dar, boynu gərəndir,  
Qamətdə uca, əqldə alçaq, döşü gəndir,  
Yüzyaşlı beli əyri, özü piri-gühəndir.  
Gamuş nəfəs, gav qədəm, fil bədəndir,  
Əfali fitən, kari hiyəl, hərfi çərəndir, 
                                                 
1
 
Qli Nəzmi. Sijimqulunamə. Müqəddimə, Bakı, 1927, səh.12. 
 

 
179
Rəftarı acı, söhbəti duzsuz, hədərəndir,  
Xudbin, xudavəndi-xirəd, sahibi-fəndir,  
Ağzına qapaq xəlqin, ayağına rəsəndir,  
Yanında iki kəlmə danışmaq qədəğəndir,  
Hatifl! Bunu bildir mənə, hansı kəsəyəndir?
1
 
 
Sabirin "Ey pul" şeiri məşhurdur. Ümumiyyətlə, pul bu 
dövrdə  qələm sahiblərinin diqqətini cəlb edən mövzu idi. 
Azərbaycanda kapitalizmin inkişafı əsrin ilk on illərində Bakıda 
sənayenin artması, kapitalın nəinki iqtisadi aləmdə, həm də 
məfkurə aləmində hakimlik etməsi ədəbiyyat xadimlərinə təsirsiz 
qala bilməzdi. Bu zaman pul hər  şey idi! İstismar dünyasında 
pula "bütün müşkül işlərin açan" deyirdilər.  Əli Nəzmi bu 
həqiqəti "Pul" adlı müsəddəsində çox parlaq bir şəkildə ifadə 
etmişdir.  Əgər böyük Sabir bir pulpərəst, köhnə görüşlü kişinin 
pula necə sitayiş etdiyini göstərmişsə, Əli Nəzminin şeirində pul 
hökmranlığının özü, bir ictimai azar kimi təsvir olunur. Şair 
göstərir ki, "hər quru cismə can", "sahibu-hök-mi-rəvan", 
"zindeyi-cavidan", "amirü-şahu", "amiru-xan", "cinu, ləqəb, 
nişan"... hamısı ancaq, ancaq puldur. 
 
Şiri qılan gədüsifət-etdirən onu payimal,  
Susduran adlı natiqi eylədən ortalıqda lal,  
Hürr yigitləri qılan qulyarananlara misal,  
Halii dil əhlini edən həmdəmi-qeyr-əhli-hal,  
Safdil, ağ yüzlini asi və şərınsarpul!  
Ah... bu sikkədar, pul hamısı bu zəhrimar pul!
2
  
 
Müəllifın satirası burada müstəsna şiddət kəsb etmişdir. Gülüş 
ilə yanaşı göz yaşı, istehza ilə yanaşı  təəssüf, tənqid ilə yanaşı 
məyusluq! ("Ay zəhrimar pul! Ay gidi pul!") Əli Nəz- 
                                                 
1
 
Əli Nəzmi. Sijimqulunamə, Bakı, 1927, səh.39-40.
 
2
ƏIi Nəzmi. Sijimqulunamə, Bakı, 1927, səh.53. 
  

 
180
 
minin şerində pul, "məğlubedilməz" bir qüvvə kimi göstərilir. Bu 
acınacaqlı  vəziyyətin səbəbləri  şair üçün aydın olmasa da, 
fəlakətli nəticələri aydındır. 
Sabirin "Yat qal dala laylay" ruhunda yazılmış "Yat!" 
sərlövhəli şeirində şair müsəlman ətalətini satiraya tutur: 
 
Axşam namazını tələsik qıl, yubamna, yat  
Sol böyriin üstünə uzanıb, qurdalanma, yat!  
Çoxdur məşəqqətigözü açıqlığın, inan,  
Açsan gözünii, qəm görəcəksən, oyanma, yat! 
 
*  *  * 
Yatmaqdadır səadəti-dünya və axirət,  
Durma ayağa, baxma cahanə, usanma, yat!  
Üstündən özgələr irəli keçsin, atlayıb,  
Qoy tapdasınlar, olma miikəddər, utanma, yat!
1
 
 
"Dünya və axirət səadətinin yatmaqda" olduğunu düşünən və 
ömrünü yatmaqla keçirən, əsrin ən böyük ictimai hadisələrinə arı 
vızıltısı kimi baxan, dünyanı sarsıdıb kökündən dəyişən 
inqilablar ilə belə ayılmayan müsəlman Oblomovlarına qarşı 
bundan kəskin nə söz ola bilər? Şair cəhalət və qəflət yuxusuna 
dalmış  həmvətənlərinə  qəzəblənir. Bu qəzəb  şairin ruhunda da, 
məntiqi silsilə təşkil edən məcazlarında da eyni şiddətdədir. Şair 
o qədər təsirlənmiş, o qədər həyəcanlanmışdır ki, sözünü sakit, 
soyuqluqla deyə bilmir; tənqid qəzəb ilə, gülüş kədər ilə qarışmış 
olur. Bu daxili həyəcan nəticəsində, bəzən özü hiss etmədən şəxsi 
kədərini bildirən misralar da yazır. Birinci beyt ilə ikinci beyti 
müqayisə edək: 
Axşam namazını tələsik qıl, yubanma, yat! 
                                                 
1
 
Əli Nəzmi. Sijimqulunamə, Bakı, 1927, səh.41. 
 
 

 
181
Sol böyrün üstiinə uzanıb, qurdalanma, yat! 
 
Bu beyt nadan bir müsəlman mömünü haqqında təsəvvür 
verir. Bu mömün yeyən, yatan, bir də kor-koranə ibadət edən 
qafil adamdır. Ancaq ikinci beyt tamam başqa təsəvvür verir: 
 
Çoxdur məşəqqəti gözü açıqlığın, inan,  
Açsan gözünü, qəm görəcəksən, oyanma, yat! 
 
Bu çox mənalı, düşünməli beytdir. Bu sözü, bu xitabı avam 
möminə deməzlər. Bunu dərin düşünən, baxdığı, gördüyü 
hadisələri duya bilən, o zamanın bütün mütəfəkkirləri kimi 
kədərlənən, cəmiyyətin dərdini anlayan adama deyərlər. "Gözü 
açıqlıqda  əzab duyan", "Gözünü açıb qəm görən" mömün 
deyildir. Burada şairin öz kədəri təzahürünü tapmışdır. Bu da 
yuxanda dediyimiz kimi təsirdən, öz mövzusunu daxilən 
yaşamaqdan, ilhamın hərarətindən irəli gəlir. Ə.Nəzminin Sabiri 
xatırladan bir sıra şeirində bu hərarət açıq duyulur. 
"İrsi-pədər", "Gülürəm", "Yorğun bir baxış"  şeirlərində  də 
cəhalət və nadanlığın ibrətli mənzərələri vərilmişdir. Ancaq bu 
şeirlərin hər biri şəkil, əda və ümumən sənətkarlıq cəhətindən bir-
birindən çox fərqlidir. 
Əli Nəzminin bu dövrdəki şeirlərini oxuyanda köhnə dünyanın 
çirkin və acınacaqlı mənzərələri qəribə bir lövhə kimi təsəvvürdə 
canlanır. Bu yatanlara, saqqalı hənalı oğrulara, riyakar ruhanilərə, 
hiyləgər tacirlərə,  şeytan ziyalılara baxdıqca gülür, həm də 
pərişan olursan. Sevinməli bir şey var ki, o da vaxtı ilə bu ictimai 
tüfeyliləri görən və ömrünü onlarla mübarizəyə  sərf edən 
gözüaçıq, vətənpərəst, insanpərəst azadlıq sevən insanların 
varlığı və şərəfli əməyidir. 
Əli Nəzminin  əsərləri də belə bir əməyin məhsuludur.  Şair, 
vətənində gördüyü cəhalət nümayəndələrindən əl çəkmir. Onların 
varlığı şairi rahat buraxmır, onlan döyəcləmək, 
 
  

 
182
qəflət yuxusundan oyatmaq istəyir. Onların təkfiri və hücumu Əli 
Nəzmini qorxutmur. Şair  əmindir ki, bü gün də olmasa, sabah 
maarif işığı bütün qaranlıq guşələri işıqlandıracaq, günəş  şüası 
yatanları oyadacaqdır. 
Belə bir sabahın  əlamətlərini hətta  Əli Nəzminin satira 
qırmancını dadan məşədi və  kərbəlayıların özləri də duymuşlar. 
Onlar "zəmanənin dəyişdiyini" görməyə bilməzdilər. "Dəyişilir" 
sərlövhəli müxəmməsində  şair bu duyğunu və bunun ilk 
təsirlərini qələmə almışdır: 
 
Hər "moda", hərnəsnə, həradəm, qərəzhər şey kivar,  
Fikir, surət, dil və mənsəb, tərzi-əşkal, ixtiyar,  
Rənc, rahət, sülh qovğa, xəndə, giryə, dust, yar,  
Əyd, matəm, şadi və ğəm, hərb, meydan dəyşilir.  
Ad, üsul, iş, dəb, məslək, söz, suxəndən dəyşilir,  
İştə bu iyirminci qərn, əfkar asan dəyşilir,  
Hər kar asan dəyşilir, Abad, viran dəyşilir.
1
 
 
Deməli, ömrünü yatmaqda keçirən və bunu həyat bilən 
adamların hamısı olmasa da, az bir qismi iyirminci əsrin 
təbəddülatını duymuşdur. 
"Müftahülfərəc" şeirində səbrə ümid bağlayanları, "Ədəbiyyat, 
yaxud minacat" satirasında qəzetlərdən qorxub küyə düşən 
köhnəpərəstləri, "Məzəli"  şeirində  Məhəmmədəli  şahı  tənqid 
atəşinə tutan şair, kütlələri sayıq salmaq üçün bu mənfur 
simaların bütün çirkin əməllərini açıb göstərir, camaatda onlara 
qarşı nifrət oyatmağa cəhd edirdi. 
Əli Nəzminin  şeir dili sadə, səlis, üslubu rəvan, ilhamı 
qüvvətlidir. O, öz şeirlərində  həmişə sadəliyi saxlamağa 
çalışmışdır. Onda kitab dilinin təsirləri azdır. Bu təsir olsa-olsa 
 
 
                                                 
1
 
 "Məzəli", 1915,№15, səh.2. 
 

 
183
ciddi, lirik ruhlu şeirlərdədir. Satirasında danışıq dili və canlı 
ifadə nümunələri daha çoxdur. Əli Nəzminin təsvirləri yığcam və 
əhatəlidir. O, vəziyyəti, xasiyyət və lövhəni bir və ya bir neçə söz 
ilə təsvir etməyi bacarır. 
Əli Nəzminin "Sijimqulunamə"sində toplanmış  əsərlərindən 
başqa jurnal və qəzet səhifələrində də bir çox şeirləri vardır. 
 
  

 
184
Yüklə 2,01 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin