"Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2010 2012-ci illər üçün Dövlət Proqramı"nın (Elektron Azərbaycan)" təsdiq edilməsi haqqında



Yüklə 172,5 Kb.
səhifə2/12
tarix29.12.2016
ölçüsü172,5 Kb.
#3802
1   2   3   4   5   6   7   8   9   ...   12
İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 11 avqust 2010-cu il

№ 1056

Azərbaycan Respublikası Prezidentinin
2010-cu il 11 avqust tarixli, 1056 nömrəli Sərəncamı ilə
TƏSDİQ EDİLMİŞDİR
Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2010 - 2012-ci illər üçün Dövlət Proqramı (Elektron Azərbaycan)
1. GİRİŞ
Azərbaycan Respublikasında aparılan uğurlu xarici və daxili siyasət, həyata keçirilən islahatlar və irimiqyaslı layihələr sayəsində ictimai həyatın iqtisadi və sosial-siyasi sahələrində dinamik inkişafa nail olunmuşdur. Cəmiyyətin demokratikləşməsi və əhalinin rifahının yüksəlməsi ilə müşayiət olunan bu inkişaf respublikanın beynəlxalq nüfuzunu, müdafiə qüdrətini, iqtisadi potensialını artırmaqla, Azərbaycan dövlətinin qloballaşan dünyanın bərabərhüquqlu subyekti kimi çıxış etməsinə və inkişaf etmiş ölkələr sırasına daxil olmasına möhkəm zəmin yaratmışdır.

Müasir mərhələdə Azərbaycanın davamlı və dayanıqlı inkişafı siyasətinin prioritet istiqamətlərindən elan olunan informasiya-kommunikasiya texnologiyaları (İKT) sosial-iqtisadi sistemin bütün sahələrinə və insanların gündəlik fəaliyyətinə sürətlə nüfuz edərək, ictimai-iqtisadi münasibətlərin ayrılmaz tərkib hissəsinə çevrilmişdir.

Son illərdə ölkədə informasiya cəmiyyətinin bərqərar olması və bunun tərkib hissəsi kimi İKT-nin geniş tətbiq edilməsi istiqamətində sistemli fəaliyyət aparılır. Bu baxımdan, Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 17 fevral tarixli, 1146 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının inkişafı naminə informasiya və kommunikasiya texnologiyaları üzrə Milli Strategiya (2003 - 2012-ci illər)", bu Strategiyanın icrasının ilkin mərhələsini nəzərdə tutan Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 21 oktyabr tarixli 1055 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2005 - 2008-ci illər üçün Dövlət Proqramı" (Elektron Azərbaycan)" və həyata keçirilən genişmiqyaslı işlər qeyd edilə bilər. Hal-hazırda respublikada İKT sektorunun inkişaf tempi bu sahədə ümumdünya göstəricilərini təxminən üç dəfə qabaqlayır. Dünya İqtisadi Forumu tərəfindən 2008 - 2009-cu illər üçün hazırlanmış "İnformasiya texnologiyalarının qlobal inkişafı haqqında hesabat"da Azərbaycan 134 ölkə sırasında 60-cı yeri tutmaqla, bir çox nüfuzlu ölkələri qabaqlamışdır və MDB-nin iştirakçısı olan dövlətlər arasında lider olmuşdur.

2005 - 2008-ci illər üçün "Elektron Azərbaycan" Dövlət Proqramında nəzərdə tutulan tədbirlər informasiya cəmiyyətinə keçidi təmin etmək üçün ilkin mərhələdə görüləcək işləri əhatə etmişdir. Proqram üzrə görülmüş işlər sayəsində respublikanın rabitə və informasiya texnologiyaları bazarında azad rəqabət mühitinin yaradılması, sahəyə investisiyaların cəlb edilməsi və özəl sektorun inkişaf etdirilməsi üzrə mühüm addımlar atılmışdır. Sahənin normativ hüquqi bazası inkişaf etdirilmiş, telekommunikasiya infrastrukturu müasirləşdirilmiş, ən yeni texnologiyaların tətbiqi genişləndirilmiş, əhaliyə, müəssisə və təşkilatlara göstərilən rabitə xidmətlərinin kəmiyyəti və keyfiyyəti yüksəldilmişdir. Respublika əhalisinin İKT-dən istifadə səviyyəsinin artırılması, sahə üçün yüksəkixtisaslı kadrların hazırlanması və digər istiqamətlərdə müəyyən işlər görülmüşdür. Bütün bunlar Milli Strategiyanın növbəti mərhələsinin icrası üçün əsaslı zəmin yaratmışdır.

Telekommunikasiya və poçt infrastrukturunun yeni texnologiyalar əsasında modernləşdirilməsinin tam başa çatdırılması, keyfiyyətli və qənaətbəxş telekommunikasiya xidmətlərinin təqdim olunması, peyk rabitəsi texnologiyalarından istifadə, "E-hökumət" həllərinin tətbiqinin genişləndirilməsi və bütövlükdə cəmiyyətdə İKT-dən istifadənin səviyyəsinin artırılması mühüm əhəmiyyət kəsb edir.

Eyni zamanda, informasiya cəmiyyətinin tələblərindən irəli gələn dövlət informasiya sistemlərinin inkişafına, informasiya təhlükəsizliyinin təmin edilməsinə, e-imza və elektron sənəd dövriyyəsinin tətbiqinə, elektron və poçt-maliyyə xidmətlərinin təşkilinə, yerli istehsalın və onun ixrac potensialının gücləndirilməsinə, ayrı-ayrı sahələr üzrə İKT-nin tətbiqinin genişləndirilməsinə, internetdən istifadə səviyyəsinin artırılmasına və İKT üzrə kadr hazırlığına diqqət yetirilməsi vacibdir.

Qeyd olunanları əsas tutaraq, ilkin Dövlət Proqramının məntiqi davamı və Milli Strategiyanın icrası məqsədi ilə 2010 - 2012-ci illəri əhatə edən növbəti mərhələ üçün yeni Dövlət Proqramı hazırlanmışdır. Bu Proqram əvvəlki Dövlət Proqramının nəticələrinin qiymətləndirilməsi, dövlət orqanlarının, biznes sektorunun və cəmiyyətin müasir rabitə və informasiya texnologiyalarına olan tələbatının təhlil edilməsi, dünya təcrübəsinin öyrənilməsi, beynəlxalq təşkilatların, o cümlədən Beynəlxalq Telekommunikasiya İttifaqı (BTİ) və Ümumdünya Poçt İttifaqının (ÜPİ) tövsiyələri, həmçinin respublikanın sosial-iqtisadi inkişaf səviyyəsi nəzərə alınmaqla tərtib edilmişdir. Dövlət Proqramı sahələrarası xarakter daşıyır və cəmiyyətin inkişafına xidmət edəcək tədbirləri və nazirlik, komitə və digər təşkilatların təqdim etdiyi layihələri özündə cəmləşdirir.


Yüklə 172,5 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin