"Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2010 2012-ci illər üçün Dövlət Proqramı"nın (Elektron Azərbaycan)" təsdiq edilməsi haqqında



Yüklə 172,5 Kb.
səhifə4/12
tarix29.12.2016
ölçüsü172,5 Kb.
#3802
1   2   3   4   5   6   7   8   9   ...   12
3. DÖVLƏT PROQRAMININ MƏQSƏDİ
Dövlət Proqramının məqsədi Milli Strategiyadan irəli gələn vəzifələrin yerinə yetirilməsi, respublikanın informasiya cəmiyyətinə keçidinin təmin edilməsi, İKT-nin inkişafını və geniş tətbiqini təmin etmək yolu ilə informasiya və biliklərə əsaslanan, rəqabətə davamlı iqtisadiyyatın qurulması və inkişaf etdirilməsi üçün zəminin formalaşdırılması, dövlət idarəetmə mexanizmlərinin səmərəliliyinin artırılması və qərarların qəbulu prosesində vətəndaşların və sosial institutların iştirakı imkanlarının genişləndirilməsi, cəmiyyətin informasiya məhsulu və xidmətlərinə olan tələbatının dolğun ödənilməsidir.

Dövlət Proqramında qoyulmuş məqsədlərə çatmaq üçün aşağıdakı məsələlərin həlli nəzərdə tutulur:

- respublikada müasir informasiya və kommunikasiya infrastrukturunun inkişaf etdirilməsi, fiziki və hüquqi şəxslərin dövlət orqanlarının fəaliyyəti haqqında məlumatlara, həmçinin dövlət, ictimai və sahə informasiya resurslarına çıxışının genişləndirilməsi, informasiya və kommunikasiya xidmətlərinin genişləndirilməsi və onların keyfiyyətinin artırılması;

- dövlət idarəçiliyinin bütün səviyyələrində İKT həllərinin tətbiqi, dövlət informasiya sistemləri və resurslarının formalaşdırılması və inkişaf etdirilməsi;

- vahid texnoloji standartlar əsasında dövlət informasiya resursları və sistemlərinin inteqrasiyasının təmin edilməsi, dövlət orqanları arasında etibarlı və təhlükəsiz informasiya mübadiləsinin həyata keçirilməsi üçün vahid konfidensial multiservis şəbəkəsinin inkişaf etdirilməsi, təşkilati-texniki, texnoloji tədbirlərin həyata keçirilməsi və müvafiq mühitin formalaşdırılması;

- dövlət orqanlarının göstərdiyi xidmətlərin operativliyinin və keyfiyyətinin, habelə dövlət idarəetmə mexanizmlərinin səmərəliliyinin artırılması üçün "E-hökumət" həllərinin geniş tətbiqi, "bir pəncərə" prinsipi əsasında elektron xidmətlərin təşkili;

- müasir inkişaf tələblərinə uyğun olaraq, sahə üzrə normativ hüquqi bazanın - təkmilləşdirilməsi;

- sahə üzrə standartlaşdırma və sertifikatlaşdırmanın beynəlxalq təcrübəyə uyğun həyata keçirilməsi;

- müasir İKT ixtisasları üzrə mütəxəssis hazırlığının keyfiyyətinin artırılması;

- İKT xidmət və məhsullarının istehsalının inkişaf etdirilməsi və ixrac potensialının artırılması;

- yeni texnika və texnologiyaların tətbiqi, sahə üzrə xidmətlərin, o cümlədən poçt və telekommunikasiya (o cümlədən peyk rabitəsi) xidmətlərinin genişləndirilməsi və keyfiyyətinin yüksəldilməsi;

- poçt şəbəkəsi vasitəsilə poçt-maliyyə xidmətlərinin həyata keçirilməsinin inkişaf etdirilməsi;

- e-ticarət, e-səhiyyə kimi mütərəqqi fəaliyyət formalarının inkişaf etdirilməsi;

- "rəqəmsal geriliyin" azaldılması üçün tədbirlərin həyata keçirilməsi;

- informasiya cəmiyyətinin qurulması istiqamətində vahid elmi-texniki və innovasiya siyasətinin həyata keçirilməsi;

- informasiya cəmiyyətinin qurulması üzrə görülən işlərə ictimai nəzarətin təmin edilməsi.



Yüklə 172,5 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin