"Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2010 2012-ci illər üçün Dövlət Proqramı"nın (Elektron Azərbaycan)" təsdiq edilməsi haqqında


DÖVLƏT PROQRAMININ HƏYATA KEÇİRİLMƏSİNİN ƏSAS İSTİQAMƏTLƏRİ



Yüklə 172,5 Kb.
səhifə5/12
tarix29.12.2016
ölçüsü172,5 Kb.
#3802
1   2   3   4   5   6   7   8   9   ...   12
4. DÖVLƏT PROQRAMININ HƏYATA KEÇİRİLMƏSİNİN ƏSAS İSTİQAMƏTLƏRİ
Dövlət Proqramı aşağıdakı dörd əsas istiqamət üzrə həyata keçiriləcəkdir:
4.1. Milli telekommunikasiya və poçt infrastrukturunun və xidmətlərinin inkişafı
- yeni texnologiyalar əsasında ölkədə telekommunikasiya və poçt infrastrukturunun müasirləşdirilməsi və inkişaf etdirilməsi, respublikanın bütün ərazisi üzrə fiziki və

- hüquqi şəxslərin telekommunikasiya və poçt xidmətlərinə çıxışının təmin olunması;

peyk rabitəsi texnologiyalarının və xidmətlərinin inkişaf etdirilməsi;

- radio-televiziya, o cümlədən rəqəmli televiziya yayımının genişləndirilməsi;

- internetin milli seqmentinin infrastrukturunun inkişaf etdirilməsi;

- cəmiyyətə keyfiyyətli və qənaətbəxş telekommunikasiya və poçt (o cümlədən poçt-maliyyə) xidmətlərinin təqdim olunması.


4.2. Dövlət və yerli özünüidarəetmə orqanlarında İKT-nin tətbiqi və elektron xidmətlərin inkişaf etdirilməsi
- dövlət orqanlarında İKT həllərinin geniş tətbiqi üçün vahid konfidensial multiservis şəbəkəsinin inkişaf etdirilməsi və vahid informasiya fəzasının formalaşdırılması;

- dövlət informasiya sistemləri və resurslarının formalaşdırılması, inteqrasiyası və inkişaf etdirilməsi, dövlət orqanlarının öz aralarında, həmçinin fiziki və hüquqi şəxslərlə qarşılıqlı əlaqə zamanı təhlükəsiz informasiya mübadiləsi üçün mütərəqqi mexanizmlərin tətbiq edilməsi;

- "E-hökumət" həllərinin tətbiqi və "bir pəncərə" prinsipi əsasında elektron xidmətlərin təqdim olunması;

- İKT sahəsində görülən işlər barədə məlumatların yayılması.



Yüklə 172,5 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin