"Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2010 2012-ci illər üçün Dövlət Proqramı"nın (Elektron Azərbaycan)" təsdiq edilməsi haqqında



Yüklə 172,5 Kb.
səhifə3/12
tarix29.12.2016
ölçüsü172,5 Kb.
#3802
1   2   3   4   5   6   7   8   9   ...   12
2. MÖVCUD VƏZİYYƏT
"Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2005 - 2008-ci illər üçün Dövlət Proqramı" (Elektron Azərbaycan)" çərçivəsində həyata keçirilmiş tədbirlər və sektorun inkişafı istiqamətində aparılan ardıcıl dövlət siyasəti nəticəsində son 5 ildə İKT və poçt sektoru üzrə gəlirlər mütəmadi artmış və orta illik artım 25 faiz olmuşdur. Bu müddət ərzində sahə üzrə investisiya qoyuluşunun həcmi 850 mln. manatdan çox olmuşdur.

Əhaliyə göstərilən telekommunikasiya xidmətlərinin keyfiyyətinin yaxşılaşdırılması və çeşidinin genişləndirilməsi məqsədi ilə son 5 ildə respublikada elektron Avtomat Telefon Stansiyalarının (ATS) xüsusi çəkisi 55,5 faizdən 87,1 faizə, Bakı şəhər telefon şəbəkəsində isə 63,9 faizdən 90 faizə çatdırılmışdır. Sabit şəbəkə operatorları üzrə modernləşdirmə sahəsində görülmüş işlər nəticəsində son 5 ildə ümumistifadəli sabit telefon şəbəkəsinin tutumu 45 faiz, əsas telefon aparatlarının sayı isə 38,1 faiz artmışdır. Hazırda hər 100 nəfərə düşən əsas telefon aparatlarının sayı 16 ədəd, o cümlədən Bakı şəhərində 34,4 ədəd, respublikanın digər əraziləri üzrə isə 10,5 ədəd təşkil edir. Hər 100 nəfərə 86,2 mobil telefon abunəçisi düşür.

Respublikanın 24 şəhər və rayonunun telefon şəbəkələri yenidən qurularaq tam elektronlaşdırılmışdır. MDB-nin iştirakçısı olan dövlətlər arasında ilk dəfə olaraq Azərbaycanda "Yeni Nəsil Şəbəkələri" (NGN) texnologiyalarının tətbiqinə başlanılmışdır. Hazırda Bakı və Sumqayıt şəhərlərinin telefon şəbəkələri ilə yanaşı, bir neçə rayonda, o cümlədən Naxçıvan Muxtar Respublikasında NGN texnologiyaları tətbiq edilir. Ucqar ərazilərdə yerləşən və coğrafi cəhətdən fiziki xətlə telefonlaşdırılması mümkün olmayan yaşayış məntəqələrində telefon rabitəsi peyk avadanlıqlarının quraşdırılması vasitəsilə təmin edilmişdir. Beləliklə, artıq 2008-ci ildə respublikada bütün yaşayış məntəqələri telefonlaşdırılmışdır.

Respublikanın 24 rayonunda Simsiz rabitə xidməti (CDMA) texnologiyalı simsiz rabitə istifadəyə verilmiş və bu şəbəkənin xidmətləri respublika əhalisinin 63 faizdən çoxunun yaşadığı ərazini əhatə etmişdir.

Ölkədaxili telekommunikasiya infrastrukturunun keyfiyyətini yüksəltmək məqsədi ilə Azərbaycanın rayonlarını birləşdirən fiber-optik kabel magistralları tikilib istifadəyə verilmişdir və respublikanın rayon mərkəzlərinin artıq 90 faizi optik xətlə əlaqələndirilmişdir.

Son 5 ildə respublikada 564 yeni poçt binası tikilib istifadəyə verilmişdir. Dünya Bankının maliyyə dəstəyi ilə həyata keçirilən "Maliyyə xidmətlərinin inkişafı" layihəsi çərçivəsində "Azərpoçt" DM-nin mövcud infrastrukturunun yenidən qurulması və onun əməliyyatlarının avtomatlaşdırılması üzrə regionlarda ənənəvi poçt xidmətləri ilə yanaşı yeni, xüsusilə də poçt-maliyyə xidmətlərinin inkişaf etdirilməsi üzrə işlər görülməkdədir.

Azərbaycan Respublikası ərazisinin, xüsusilə də ucqar ərazilərindəki əhalinin bütün təbəqələrinin istifadə edə biləcəyi universal telekommunikasiya xidmətlərinin və universal poçt xidmətlərinin təşkili və göstərilməsi üçün müvafiq tədbirlər görülmüşdür.

Sektorda dövlət qurumlarının iştirakı ilə yaradılmış birgə müəssisələrin özəlləşdirilməsi davam etdirilməkdədir.

Sahə üzrə beynəlxalq tələb və tövsiyələrə uyğun milli standartlar işlənilir, milli informasiya sistemlərində tətbiq olunacaq təsnifatlar hazırlanır.

İnformasiya cəmiyyətinə keçidin təmin olunmasına, dövlət orqanlarının fiziki və hüquqi şəxslərə təqdim etdiyi xidmətlərin keyfiyyətinin yaxşılaşdırılmasına, ümumiyyətlə, dövlət idarəçiliyinin səmərəli və optimal təşkil edilməsinə yönəldilmiş "E-hökumət"in formalaşdırılması üzrə layihələr həyata keçirilir.

Respublikada e-imza xidmətinin təşkili məqsədi ilə milli infrastrukturun yaradılması işləri aparılır və bu, "E-hökumət" layihələrinə, elektron xidmətlərin tətbiqinə şərait yaradacaqdır.

Son 5 ildə dövlət orqanlarının informasiyalaşdırılması sahəsində müəyyən işlər görülmüşdür. Əksər dövlət orqanlarının internet saytları yaradılmışdır və gov.az domenində yerləşdirilmişdir. Dövlət orqanları arasında etibarlı və təhlükəsiz informasiya mübadiləsini təmin etmək məqsədi ilə vahid konfidensial multiservis şəbəkəsinin yaradılmasına və dövlət orqanlarının bu şəbəkəyə qoşulmasına başlanılmışdır.

Dövlət orqanları tərəfindən informasiya xidməti ilə yanaşı, ilkin elektron xidmətlər də göstərilir. Elektron bəyannamələrin, elektron ərizələrin qəbulu, kommunal xərclər üzrə borcların öyrənilməsi və digər xidmətlər buna misaldır.

Beynəlxalq əməkdaşlıq inkişaf etdirilmişdir, İKT üzrə beynəlxalq biznes forumları, sərgi və konfranslar təşkil edilmişdir. Tanınmış İKT şirkətlərinin əksəriyyəti respublikada nümayəndəliyini açmışlar və fəaliyyətlərini genişləndirmişlər.

Mövcud vəziyyətin təhlili aşağıdakı nəticələrə gəlməyə əsas verir:

- İKT-nin dayanıqlı inkişafı üçün təşkilati, normativ hüquqi, texniki və texnoloji baza əsasən yaradılmışdır;

- son illərdə görülən irihəcmli işlərə baxmayaraq, sahənin bəzi inkişaf göstəriciləri hələlik ümumdünya, o cümlədən Avropa üzrə orta səviyyədən aşağıdır (hər 100 nəfərə düşən əsas telefon aparatların sayı və s.);

- dövlət orqanlarının informasiya resursları və sistemlərinin vahid prinsip və standartlar əsasında yaradılması və inteqrasiyasına diqqət artırılmalıdır;

- e-imza infrastrukturunun yaradılmasına və dövlət orqanlarında elektron sənəd dövriyyəsinin tətbiqi, həmçinin dövlət orqanları tərəfindən elektron xidmətlərin göstərilməsinin təşkili mühüm əhəmiyyət kəsb edir;

- respublikada İKT-dən, xüsusən də internetdən istifadənin genişlənməsi artan tələbatı təmin etmək üçün daha yüksək göstəricilərə və keyfiyyətə malik infrastrukturun və xidmətlərin göstərilməsini şərtləndirir.



Yüklə 172,5 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin