AZƏrbaycan respublikasinin prezidenti yaninda döVLƏT İdarəÇİLİk akademiyasi


Dövlətçiliyin iki tarixi forması haqqında



Yüklə 6 Mb.
Pdf görüntüsü
səhifə9/53
tarix16.02.2017
ölçüsü6 Mb.
#8938
1   ...   5   6   7   8   9   10   11   12   ...   53
 

Dövlətçiliyin iki tarixi forması haqqında 

 

Astronomiya, geologiya, fizika, kimya və biologiyada təbiyyat elmi 

evolyusionizminin (təkamül nəzəriyyəsinin) parlaq qələbələri nəticəsində

XIX əsrin ikinci yarısında evolyusionizm insanı və cəmiyyəti, onun mədə-

niyyət tarixini öyrənmək üçün geniş istifadə edilməyə başladı. Bunun nəti-

cəsində etnoqrafiya – humanitar biliklər çərçivəsində insan mədəniyyətinin 

inkişaf qanunauyğunluqlarının aşkarlanmasına yönəldilmiş insanşünaslıq - 

antropologiya elmi adlandırılmağa başlandı. Burada mühüm rol Eduard 

Bernetti Taylor, Luis Henri Morqan və XIX əsrin digər məşhur etnoqrafla-

rına və tarixçilərinə məxsusdur.  

Baxmayaraq ki, evolyusionizm ilk əvvəl mədəni inkişaf mahiyyətini nə-

zərdən keçirərək onun dövri, coğrafi, etnik və digər amillərlə şərtlənən xü-

susiyyətlərini diqqətdən kənarda qoymuşdu, ümumiyyətlə, o bir sıra üstün-

lüklərə malik idi. Bunlara: etnoqrafiyaya tarixilik prinsipinin tətbiq edilmə-

sini, inkişaf ideyasının dəyişməzlik ideyasına qarşı qoyulmasını; bəşəriyyə-

tin birliyi və onun inkişafının mütərəqqi xarakteri ideyasının irəli sürülmə-

sini, mədəniyyətin dinamikasının, insan cəmiyyətlərinin irqi, coğrafi və di-

gər fərqlərdən asılı olmayan müqayisəli təhlilinin tədqiqi, həmçinin mədəni 

inkişafın pillələrinin aşkar edilməsini aid etmək olar.  

1871-ci ildə nəşr edilmiş “İbtidai mədəniyyət” tədqiqatında mədəniyyət 

haqqında elmdə evolyusionizm anlayışına toxunaraq, Taylor bəşəriyyət ta-

rixini təbiət tarixinin bir hissəsi kimi nəzərdən keçirir. İnsanın düşüncələri-

ni, arzu və əməllərini təbiət hadisələrini idarə edən qanunlara uyğunlaşdıra-

raq, o, insanlığın birliyi və inkişafın uyğun pillələrində onun mədəniyyəti-

nin oxşarlığını əsaslandırdığı - “insan təbiətinin ümumi oxşarlığı” və “insa-


Fuad Məmmədov

 

 

112



nın həyat şəraitinin ümumi oxşarlığı” qanunlarını ayırır. Bununla yanaşı o, 

mədəniyyətin təkamülünü yalnız müstəqil inkişaf kimi deyil, həm də tarixi 

təsirlərin və mənimsəmələrin, sivilizasiyanın müəyyən nailiyyətləri və inki-

şaf təcrübəsinin yayılması nəticəsi kimi nəzərdən keçirir. Bunu nəzərə ala-

raq o, mədəniyyətdə ümumi ilə yanaşı ayrı-ayrı xalqların mədəni xüsusiy-

yətlərinin də öyrənilməsini zəruri hesab edir və güman edir ki, “meşənin ar-

xasında ağacları görməyənlər ağacların arxasında meşəni görməyənlərdən 

yaxşı deyil”. Bu baxımdan bizə elə gəlir ki, müasir idarəetmə texnologiya-

larının başa düşülməsi və qiymətləndirilməsi üçün müxtəlif xalqların idarə-

etmə mədəniyyətinə tarixi nöqteyi-nəzərdən baxmaq maraqlıdır.  

Dövlət idarəçiliyi ilk dövlətlərin  əmələ  gəlməsi ilə meydana çıxıb.  İlk 

cəmiyyətlərin və dövlətlərin təşkil edilməsinin  əsas zəmini ailə  və  qəbilə 

idi. Lippertin konsepsiyasına uyğun olaraq, ilk dövlət törəmələri iki əsas 

formada yaradılırdı: bəziləri, digər ailələrin sərf edilməsi və birləşdirilməsi 

yolu ilə ailənin patriarxal genişləndirilməsi idi, digərlərı, ailə  təşkilatının 

təqlidi əsasında birliklər yaratma yolu ilə yaradılırdı. Bu zaman ailə və qə-

bilə birliyi birgə fəaliyyət və qarşılıqlı yardım, birgə mühafizə və müdafiə 

olunmaq məqsədilə bərabərhüquqluluq şəraitində formalaşırdı.  



Dövlətlərin ilk, patriarxal formasına: Misir, Şumer, Akkad, Babil, Aş-

şur, Çin, Yaponiya, Tibet, Türkiyə  və başqaları aiddir. Bu dövlətlərdə ilk 

əvvəl padşahlar və imperatorlar xalqın atası hesab olunurdular, torpağın və 

onun üzərində yaşayan xalqın yeganə sahibkarı idilər, hüdudsuz hakimiyyə-

tə malik idilər və insanların həyatını idarə edirdilər. Məsələn, Misirdə firon 

– ölkə allahı Amona-Ranın ruhunun yaşadığı qab, “böyük ev”, onun oğlu 

və yerdəki təcəssümü hesab edilirdi. Onun haqqında “hər şeyə həyat və nə-

fəs verən” kainat hökmdarı kimi danışırdılar. Kahin “müqəddəs” yağsürtmə 

mərasimini həyata keçirirdi, yəni ona Amona-Ranın ruhunu daxil edirdi, 

bununla ona ilahi güc verirdi. Lap qədim zamanlardan müqəddəs əsa, atalıq 

hakimiyyətinin simvolu kimi, bir hökmdardan digərinə ötürülürdü. Sonralar 

bu rolu çar hakimiyyətinin simvolu olan skipetr - jezl oynamağa başladı. 

Almanlarda müqəddəs əşya və atadan oğula keçən hakimiyyət simvolu qı-

lınc hesab olunurdu.  

Tədricən dövlətçilik mədəniyyətinin ilkin formaları, həyat tələbatları və 

insanların dəyişən dünyagörüşü ilə şərtlənən yeni məzmunla dolmağa baş-

ladı. Zaman keçdikcə Skandinaviya dövlətlərində, Frank krallığında, Yapo-

niyada, Tibetdə  və digər ölkələrdə hakimiyyətin, allah ruhunun daşıyıcısı 

olan kral və dövlət həyatının gündəlik idarəçiliyini həyata keçirən hakim 

arasında bölüşdürülməsi tələbatı üzə çıxdı. Beləliklə, əsrin ortalarında, kral-

ların simvolik əhəmiyyət daşıdıqları bir dövrdə Skandinaviya ölkələrində 

hakimlər və dövlət şuraları yaranmağa başladı. Frank dövlətində Merovinq-



İdarəetmə mədəniyyəti 

 

113



lər dövründə (V əsrin axırı – VIII əsrin ortaları) VII əsrin ortalarından haki-

miyyəti öz əlində cəmləşdirən yüksək vəzifəli sima – Mayordom (evdə bö-

yük) zahir oldu. Mayordom Gödək Pipin 751-ci ildə Karolinqlər sülaləsinin 

əsasını qoydu. Tibetdə “Qanunlar Şahı” ilahi Dalay Lamanın dövründə ida-

rə etməyə başladı. Yaponiyada dövlət işlərini Taykun idarə etməyə başladı, 

ənənəvi müqəddəs missiyanı isə,  əvvəlki kimi, “Allahın oğlu” imperator 

Mikado yerinə yetirməkdə davam edirdi. Türk və ərəb dövlətlərində bu rolu 

vəzirlər yerinə yetirməyə başladılar. Bütpərəstlik dövründə kahinlərin haki-

miyyətinin genişləndirilməsi hesabına kral hakimiyyətinin məhdudlaşdırıl-

ması prosesi alman tayfalarında da baş verirdi. Orta əsrlərdə də öz vərəsəli-

yini qoruyub saxlayan və kral hakimiyyətini  ələ almağın vacib şərti olan 

“allahın mərhəməti ilə” qədım tacqoyma adəti zaman keçdikcə ruhanilərin 

və onların krallara göstərdikləri təsirin rolunu çox artırdı. Orta əsrlərdə Cə-

nubi Fransada və İspaniyada Roma kilsəsi kralları taxta çıxarmaq və endir-

mək hüququna malik idi. Bunu yəhudi və müsəlman din xadimlərinin səla-

hiyyəti də təsdiq edir.  

Y. Lippert ən qədim dövlətlərin  ilk  təşkilat formasını “patriarxal mütlə-

qiyyət” adlandırırdı. Yalnız atalıq hakimiyyətinə  əsaslanan bu dövlətlərdə 

mütləqiyyətin dərəcəsi onların ölçüləri ilə düz mütənasib idi. Belə dövlət-

lərdə hökmdara və onun qəbul etdiyi qərarlara təsirə yalnız “hakim ailə” 

malik idi. Hökmdar icmanın mülkiyyət hüququnun yeganə daşıyıcısı, mü-

qəddaratı həll edən, onun bütün üzvlərinin hökmdarı və hakimi, təbəələrinə 

istifadəyə verdiyi torpağın sahibi idi. Patriarxal hakim özü, həm də kahin 

funksiyalarını yerinə yetirir, allahın iradəsinin qoruyucusu və daşıyıcısı ro-

lunda çıxış edirdi, bu da ona həmtayfalarının gözündə xüsusi atalıq  şərəfi 

verirdi. Beləliklə, patriarxal hakim ailə səcdəgahının himayəçisi hesab edi-

lən allahın ruhunun daşıyıcısı, dövlətin hökmdarı və rəhbəri idi. İnsanların 

fəaliyyətinin təşkili və rəhbərliyi ilə yanaşı o həm də allahın simvolu olan 

dini ayin əşyalarının sahibi idi. Bunun sayəsində patriarxal mütləqiyyət 

dövründə hökmdar mütləq nüfuz, toxunulmazlıq və tam hakimiyyət qazan-

mışdı, çünki hesab edilirdi ki, o, allahı özündə təcəssüm etdirir və onun va-

sitəsi ilə xalqı allah özü idarə edir. Bununla əlaqədar olaraq, həmçinin təbi-

ətdə və cəmiyyətdə baş verən bütün pozitiv və neqativ təzahür və proseslərə 

görə məsuliyyət də onun üzərinə qoyulurdu. 



İkinci formaya, sülh və qarşılıqlı maraqlarhüquq bərabərlikləri, əmək-

daşlıq və qarşılıqlı yardım, problemin kollegial həlli prinsiplərinə  əsasla-

nan, ailələrin və qəbilələrin birliyi yolu ilə yaranan dövlətlər aid edilir. Belə 

dövlətlərdə, dövlət idarəçilik problemlərinin mürəkkəbləşməsi, hakimlərin 

bilikləri, qabiliyyətləri və keyfiyyətlərinə tələblərin artması, dəyişən həya-

tın artan tələbatlarının təmin edilməsi zərurəti,  əhalinin artımı  və ictimai 



Fuad Məmmədov

 

 

114



münasibətlərin inkişafı ilə diktə edilmiş dövlət idarəçiliyinin dünyəvi və di-

ni funksiyalarının ayrılması yer tutur.  

Qədim Yunanıstan və Romanın dövlət quruluşunda biz, bərabər hüquqlu 

ailələrin birləşməsinə  əsaslanan, mühakimə üsulu və müharibədə başçılıq 

hüququnun icmada qaldığı seçkili hökmdar (Roma) və kahin (Yunanıstan) 

hakimiyyətini formalaşdıran təşkilatın ikinci formasının tədricən əmələ gəl-

məsini görürük. Yeni tipli dövlətlər sülhün, mülkiyyətin müdafiəsinin, 

əməkdaşlıq və qarşılıqlı yardım imkanının zamini kimi, ona daxil olan üzv-

lərin hüquqlarının qarşılıqlı tanınmasına əsaslanan ittifaqda maraqlı idilər. 

Beləliklə, insanlar tədricən, müvəqqəti varlanmaq metodu olan müharibə-

dən sabit rifah mənbəyi olan birgə fəaliyyətə keçidin üstün olduğunu dərk 

edirdilər.  

Əgər dövlətçiliyin qədim forması şəxsi mülkiyyət və ədalət hüququ anlayışla-

rını xudbincəsinə yalnız özünün dövlət çərçivələri ilə məhdudlaşdırırdısa, təfək-

kür və dünyagörüşün təkamülü nəticəsində yaranan yeni forma bu anlayışları, 

ona daxil olan strukturların mülkiyyət hüququnun qarşılıqlı tanınmasına əsasla-

nan “ittifaq dövlətinin” bütün üzvlərinin ümumi varı etdi. Mülkiyyətin əldə edil-

məsinin yeni forması müharibə deyil, müqavilələrə  və razılıqlara  əsaslanan 

əmək, mübadilə və ticarət oldu. Beləcə, patriarxal dövlətlərin içərisində addım-

addım demokratiya mədəniyyətinin qədim prinsipləri tədriclə əmələ gəlirdi.  

Yeni dövlət təşkilatı tipinin ən xarakterik nümunələrindən biri Hotland 

adalarındakı Skandinaviya koloniyaları və İslandiya oldu. Burada yerləşən 

alman tayfaları ilk əvvəl torpağın sahibi oldular və ticarət, dini həyat və 

məhkəmə icrası üçün ümumi yer seçərək, qəbilələrin ittifaqında birləşdilər. 

Bu zaman ittifaqın kahin hakimiyyətinin sahibi kilsə, məhkəmə hakimiyyə-

tinin sahibi isə - patriarx oldu. Belə qəbilə birlikləri Hotlandda - “Hundari”, 

Daniyada – “Hared”, İslandiyada – “Tinglag”, Almaniyada – “Zend”, Ro-

mada – “Kuriya” adlanırdılar. Bu qəbilələrin məcmusu mərkəzləşdirilmiş 

idarəetməni ya qəbilə  Ağsaqqallar  şurası formasında, ya ümumi rəhbər- 

patriarx formasında həyata keçirirdi. Məsələn,  İslandiyada “Tinglag” üç 

prixodun (xristianlarda: aşağı kilsə təşkilatı və bu təşkilat üzvlərinin yaşadı-

ğı yer, məhəllə) rəhbərlər şurası tərəfindən idarə olunurdu. Y. Lippert belə 

təşkilatı arı yuvasında hər birinin öz vəzifəsini saxladığı arı şanıları ilə mü-

qayisə edir. Pomada üç kuriya “tribanı”, üç triba isə - qədim Roma patrisi 

dövlətini təşkil edirdi. İctimai inkişafın ayrı-aryı pillələrində dövlət idarəçi-

liyi forması müxtəlif olub. Qədim Romada ölkənin dövlət idarəçiliyini se-

natı təşkil edən “patres consripti” qəbilə ağsaqqalları həyata keçirirdi. Qə-

dim İsraildə və Qədim İudeyada idarəetmə tayfaların ittifaqı tərəfindən hə-

yata keçirilirdi. Qədim Çexiyada Roma senatına oxşar şuranı qəbilə ağsaq-

qalları - “kmetlər” təşkil edirdilər. Əslində bu, bəzi ölkələrdə şah hakimiy-



İdarəetmə mədəniyyəti 

 

115



yətindən qabaq olan ən qədim parlamentarizm nümunəsi idi. Parlamentin 

daha ilkin idarəetmə forması  Qədim  Şotlandiyanın hakim parlamenti idi. 

Öz imtiyazlarını normand dövründən qoruyub saxlayan, daha kübar zadə-

gan nəsilləri ilə  təmsil olunmuş perlər palatası - müasir Birləşmiş Krallıq 

parlamentinin yuxarı palatası da belə model üzrə yaradılmışdır.  

Almaniyada idarəçilər rolunu icma birliyi üzvlərinin özləri ifa etsələr də, 

bu fəaliyyətin başında, hökmdar hakimiyyəti üçün xarakterik olan patriar-

xal idarəçilik  ənənələrini qoruyub saxlamış “tunginlər” və ya “qrafiolar” 

dayanmışdılar.  Ən qədim zamanlarda Romada hökmdar vəzifəsinə  qəbilə 

ittifaqlarının hər birinin başçıları növbə ilə təyin olunurdu. Sonra hökmdar-

ların idarəetmə fəaliyyətini kahin funksiyaları ilə məhdudlaşdırmağa başla-

dıqda, “atalar” öz aralarında icra səlahiyyətərini bölüşdülər və dövlət vəzi-

fələrini qısa müddətə tutmağa başladılar. Zamanın təsiri altında ənənəvi döv-

lətlərin hökmdar hakimiyyəti tədricən, torpaq mülkiyyəti hüququ və dini ayin 

vəzifələrini özündə saxlayaraq, özlərinin idarəetmə səlahiyyətlərini qəbilə itti-

faqları rəhbərləri ilə bölüşməyə başladılar. Patrisilərin torpağa xüsusi mülkiy-

yəti artdıqca, kral dövlətin yalnız xam torpaqlarının mülkiyyətçisi oldu. Buna 

baxmayaraq, qəbilə ittifaqlarının birləşməsi nəticəsində yaranan dövlətlərdə də, 

onların inkişaf səviyyəsinə görə, bütün xalqın maraqlarını  təmsil edə biləcək 

hökmdarın və ya kralın seçilməsinə ehtiyac yarandı.  

İngiltərənin, ölkə feodalizminin formalaşması prosesini tamamlayan 

normand istilası zamanlarında (1066-cı il), ölkədə mülkiyyət hüquqları mü-

nasibətləri patriarxal hökmdar hakimiyyəti prinsipləri ilə şərtlənirdi. Ümu-

mi torpağın “inklərin torpağı”, “günəşin torpağı” və “xalqın torpağı”na bö-

lündüyü İnk dövlətindəki (XIII-XV) ali hakimiyyət idarəetməsinə oxşar XI 

əsr İngiltərəsində də torpaq krala məxsus rıtsar lenlərinə, kilsə lenlərinə və 

xalq lenlərinə bölünmüşdü.  

Əhalinin artması, dünyanın müxtəlif ölkələrinin sosial-mədəni inkişafın ta-

rixi pillələri ilə irəliləməsi ilə  əlaqədar sivilizasiyanın müxtəlifliyi artırdı  və 

dövlət idarəçiliyi problemləri mürəkkəbləşirdi. Qədim Yunanıstanda aristokrat-

lar və demokratlar, Qədim Romada patrisilər və plebeylər, orta əsr avropa şə-

hərlərində “qəbilələr” və “sexlər” (silki təşkilatlar) arasındakı mübarizə nümu-

nələrində biz görürük ki, bir vaxt qəbilələrin birləşməsindən əmələ gələn şəhər 

əhli, buna baxmayaraq, şəhər həyatının yeni şəraitində zaman keçdikcə öz hü-

quqlarının, həmçinin idarəçilik hüquqlarının tanınmasına nail olmağı bacardı. 

“Şəhər azadlıqları” uğrunda inadlı mübarizə sayəsində əldə edilmiş yeni həyat 

və idarəetmə forması alman şəhər quruluşunda dayaq və müdafiə aldı, sonralar 

isə slavyan dövlətçilik mədəniyyətində də yayıldı.  

Almaniyada orta əsr kralı artıq – torpağı və onun üzərində yaşayan xalqı 

özünün bölünməz mülkiyyəti kimi nəzərdən keçirən qədim dövrün zalım 



Fuad Məmmədov

 

 

116



patriarxal hökmdarı deyildi. O, sülhün, Almaniya xalqının həyatının və mül-

kiyyətinin qoruyucusu, ölkədəki  əcnəbilərin təhlükəsizliyinin zamini, məhkə-

mə hakimiyyətinin sahibi hesab olunur, ticarətin və istehsalın inkişafına yardım 

edir. XIV əsrdə alman və Çexiya şəhərləri siyasi hüquq bərabərliyi uğrunda za-

dəganlarla  əbəs yerə mübarizə aparmırdılar. Orta əsrlər  İngiltərəsinin parla-

menti, tədricən başlıca dövlət idarəçiliyi orqanı oldu. 1215-ci ildə ingilis kralı 

İohan Bezzemelni tərəfindən imzalanmış Böyük Azadlıqlar Xartiyası rıtsar-

lara, azad kəndlilərin yuxarı  təbəqəsinə  və  şəhərlərə  bəzi imtiyazlar verə-

rək, kralın hüquqlarını məhdudlaşdırırdı. 1265-ci ildə İngiltərə parlamentin-

də, sonralar dünyanın bir çox ölkələrinin parlamentlərində iki dəfə artıq nü-

mayəndə seçmə qaydası üçün presedent olan, icma palatalarının seçkili ins-

titutu tətbiq edildi. 

Qədim və orta əsr dövlət idarəçiliyində məhkəmə mühüm yer tuturdu. Mü-

hakimə üsulunda baş verən dəyişikliklər dövlət idarəçiliyindəki tendensiyaların 

dəyişməsinin göstəricisi oldu. Atalıq hakimiyyətinə əsaslanan patriarxal məh-

kəmə yeni sosial-mədəni şəraitdə xalqın ruhuna daha çox uygun olurdu. Avro-

pa cəmiyyətinin tədricən demokratlaşması  və xalqın hüquq düşüncəsinin art-

ması ölçüsündə hüquqi prinsiplərin dəyişməsi baş verirdi. Əgər qədim dövrdə 

məhkəmənin əsas prinsipi yalnız, “icmanın rifahı”na yönəldilmiş atalıq iradəsi-

nin ifadəsi idisə, orta əsrlər dövründə daha çox hüquqi bilik belə prinsip oldu. 

Əgər əvvəllər günahı cəzanın dərəcəsi ilə tutuşduraraq ölçmək cəhdi olmurdu-

sa, bunun nəticəsində “ata”nın qanunlarını pozan insanların cəzasında heç bir 

məhdudiyyət yox idisə də, həyatın real tələblərinə uyğun olaraq, müəyyən hü-

quq normaları tədricən formalaşmağa başladı.  

İkinci tip Avropa dövlətlərində formalaşan hüquqi qayda onunla şərtlənirdi 

ki, məhkəmə  hər bir ailədə - həmin ailənin üzvləri və qullarına münasibətdə 

atanın hüquqlarının məhdudlaşdırılmasına yönəlmişdi.  İdarəetmənin hüquqi 

əsası kimi yeni hüquqi münasibətlərin mənbəyi bərabərhüquqlu ailələrin sülh 

ittifaqı oldu. Mülkiyyət haqqında məsələnin həlli, əslində özü məhkəmə təşki-

latçısı olan icma təfəfindən tanınmasından asılı olmağa başladı. Məhkəmə qə-

rarlarının hamı tərəfindən qəbul edilməsi məqsədilə mülkiyyətin əldə edilməsi 

və verilməsi müəyyən yerdə və müəyyən vaxtda açıq şəkildə həyata keçirilmə-

yə başladı. Bir qayda olaraq bu, bütpərəstlərdə ibadət yeri idi. Məsələn, frank-

larda o, “Malberq” adlanırdı və patriarxın palatasının yanında yerləşirdi. Xristi-

anlıq dövründə belə yer kilsə meydanı oldu.  

Xalqın belə yığıncaqlarda iştirakı izazə xarakteri daşıyır və iştirakçıların 

üzərinə, hüquqi qüvvədənsə, müəyyən məsuliyyət qoyurdu. Vaxt keçdikcə 

və əhalinin sayının artması ilə “ali məhkəmə ittifaqları” xarakteri alan məh-

kəmə yığıncaqlarında icmaların nümayəndəlik sistemi yaradıldı. Almaniya-

da müəyyən hüquqi təsəvvürlərə və hüquqi biliklərə malik xalq nümayən-



İdarəetmə mədəniyyəti 

 

117



dələrinin - Şefferlərin qədim məhkəmə sistemi belə yarandı. Azad alman 

şəhərlərində məhkəməni şəhərlilər aparırdılar və hətta hakim şəhər tərəfin-

dən təyin edilirdi, lakin “Blutbann” cinayət məhkəməsini icra etmək hüqu-

qu krala qalırdı. Mühakimə üsulu vasitələri kimi – şahidlərin ifadələri, an-

diçmə, “mərc”, məhkəmə çəkişməsi, püşk, kahinin qərarı, ordaliyalar və iş-

gəncə tətbiq edilirdi. Orta əsrlər dövründə Avropada, xüsusən İspaniya və 

Romada mühakimə olunanın günahının Allaha qarşı cinayət olduğunu sü-

but etmək üçün “Müqəddəs inkvizisiya” tərəfindən işgəncə geniş istifadə 

edilməyə başladı.  

Özündə patriarxal məhkəmənin  ənənələrini mənimsəyən yeni məhkəmə, 

kral məmurları və Şefferlərin birgə fəaliyyətini təşkil edirdi. Onun mahiyyəti 

bunda idi ki, cinayətkara qarşı münasibətdə zərərçəkənin ailəsinin intiqam al-

masına icazə verərək məhkəmə eyni zamanda “zərər vurulmuşun qisasının 

yeni bir qisasa səbəb olmaması” arzusunu irəli sürürdü. Bunun əvəzində ci-

nayətkar cəmiyyətin ona verdiyi bütün hüquqlar və faydalardan – su, od, ailə, 

əmlak, həyatını qoruma imkanlarından məhrum edilirdi. Bu zaman məhkum 

zərərçəkənin ailəsinə ona vurduğu zərərin əvəzini verməli idi, cəmiyyətə isə 

“pozulmuş asayişə görə” cərimə ödəməli idi, bu da qan qisası almaq borcu 

olan qohumlara pul kompensasiyasını ifadə edirdi.  

 

Bəşəriyyətin ilk sivilizasiyalarında dövlətçilik 



mədəniyyəti tarixindən 

 

Bəşəriyyət öz inkişafında bir sıra tarixi pillələr keçmişdir. Onların hər 



birində sosial-mədəni tərəqqinin, ictimai münasibətlər və iqtisadi inkişaf 

mədəniyyətinin, dövlətçilik və dövlət idarəçiliyi mədəniyyətinin müəyyən 

səviyyəsinə nail olunmuşdur. İlk sivilizasiyaların quldarlıq cəmiyyəti şərai-

tində ictimai siniflərin, silklərin yaranması ilə dövlətlərin yaradılması, zid-

diyyətli ictimai münasibətlərin, insanların dini və istehsal həyatının tənzim-

lənməsi zərurəti meydana çıxdı. Sonrakı tarixi dövrdə insan cəmiyyəti inki-

şafının başlanğıc nöqtəsi olan ümuməhəmiyyətli mədəni  ənənələr və eta-

lonlar qədim dünyanın məhz quldarlıq cəmiyyətində əmələ gəlmişdir.  

Dünya mədəniyyəti tarixində qədim cəmiyyət mədəniyyətinin yeni sosi-

al institutu olan dövlət ilk dəfə Şumer və Misirdə formalaşmışdır. Dövlətçi-

lik tarixi b.e.ə. IV minilliyin ikinci yarısından, yəni  Şumer və Misirdə ilk 

şəhər-dövlətlərin meydana gəlməsindən başlayan Qədim  Şərq coğrafi ba-

xımdan bir çox ölkələri əhatə edirdi. Onlara Şumer, Misir, Het şahlığı, Babi-

listan, Aşşur, Finikiya, Suriya, Fələstin, Frigiya və Lidiya şahlıqları, Aratta, 

Manna, Midiya, Urartu, dünya Persiya monarxiyası, Mərkəzi Asiya, Hindistan, 

Çin və Cənub-şərqi Asiya dövlətləri aiddir. Bu ölkələrin mədəniyyət və sivili-



Fuad Məmmədov

 

 

118



zasiyalarının formalaşması əsasən onların yerləşdiyi təbii-coğrafi şəraitdən və 

xalqın mədəni-genetik kodundan asılı idi. Eyni zamanda mədəni mübadilə, ta-

rixi şərait və hakim rejimin ideologiyası, dini, ənənələri və siyasətindən asılı 

olan sosial mühit də çox böyük əhəmiyyətə malik idi.  

Qədim Şərq dövlətləri etnik cəhətdən müxtəlif görünüşlü olsalar da, on-

ların dövlətçiliyinin  əsas formalaşma qanunauyğunluqları bir çox ümumi 

cəhətə malikdir. İlk Qədim Şərq dövlətləri kiçik vilayətləri – nomları təşkil 

edən bir neçə yaşayış məntəqələrinin birləşməsi yolu ilə yaranmışdır. Bura-

da başçının iqamətgahı və ali qəbilə səcdəgahının müqəddəs məbədi yerlə-

şən şəhər mərkəzi formalaşırdı. B.e.ə. IV minillikdə başlayan ilk sivilizasi-

yalar dövründə Yaxın Şərq regionunda mədəni mübadilə, mədəniyyətlərin 

yaxınlaşması və qarşılıqlı faydalı əməkdaşlığın tədrici prosesləri baş verir-

di. Kulturoloji nöqteyi-nəzərdən bu - mutasiyalı, təcrid olunmuş inkişafdan, 

mədəni artefaktların birbaşa mənimsənilməsinə  və stimullaşdırılmış trans-

formasiyasına əsaslanan kulturogenezə doğru hərəkat prosesi idi.  

B.e.ə. IV minilliyin ikinci yarısında Şumer və Misirdə şəhərlərin əmələ 



gəlməsi ilk sivilizasiyaların formalaşmasında inqilabi əhəmiyyətə malik idi. 

Şəhərlər dövlət idarəçiliyinin və dini ibadətin ilk mərkəzləri oldu. İlk əvvəl 

burada, hökmdarın və onun administrasiyasının, din xadimlərinin,  şəhər, 

həm də  kənd təsərrüfatı ilə  məşğul olan əhalinin ehtiyaclarını  təmin edən 

sənət istehsalı cəmləşmişdi. İstehsal qüvvələrinin, sosial həyatın və dövlət-

çilik mədəniyyətinin inkişafı ilk növbədə hakim siniflərin idarəetmə mədə-



niyyəti,  enerjisi, təşəbbüskarlığı  və intellektual mədəniyyət səviyyəsindən 

asılı idi. İstehsalın və ticarətin aşağı səviyyəsində məhsullara və xammala 

malik olan ölkələr arasındakı qarşılıqlı faydalı əlaqələr çox vaxt qarət mü-

haribələrinə çevrilirdi.  

İlk dövlətlərin təşəkkül tapmasında  köləlik  mühüm rol oynamışdır. 

Onun yaranması fərdin cəmiyyətin inkişafı üçün zəruri olan əlavə məhsulu 

verə bilməməsi ilə  şərtlənirdi, bunun nəticəsində bütün hüquqlardan məh-

rum olmuş qullar əməyə məcbur edilirdilər. Köləlik cəmiyyətin əmlak təbə-

qələşməsi və özünün sosial statusu, əmlak vəziyyəti, əməyin ictimai təşki-

lində yeri və rolu, həmçinin ictimai sərvətdən aldığı payla fərqlənən siniflə-

rin formalaşmasına böyük təsir göstərirdi. Bununla əlaqədar ictimai inkişafı 

idarə edən və ictimai münasibətləri tənzimləyən subyekt kimi dövlətin rolu 

çox mühüm əhəmiyyət kəsb etməyə başladı. 

Qədim Şərq ölkələrində dövlət idarəçiliyinin mühüm obyekti yalnız müxtə-

lif siniflər və sosial qruplar arasında münasibətlərin tənzimlənməsini tələb edən 

istehsal və maddi nemətlərin bölgüsü deyil, həm də onların arasında yaranan 

ziddiyyətlərin aradan qaldırılması idi. Quldarlıq cəmiyyəti üç sinfə bölünürdü. 

Mülkədarlar, saray əhli, xidmətdə olmuş zadəganlar, kahinlər, ordunun koman-



İdarəetmə mədəniyyəti 

 

119



da heyəti,  əkinçilik icmasının yuxarı varlı  təbəqələrinin daxil olduğu, dövlət 

idarəçilik aparatı ilə sıx bağlı olan - hakim sinif. Azad və asılı mülkədarlar və 

sənətkarlardan ibarət - xırda istehsalçılar sinfi. Hüquq səlahiyyəti elementlərini 

saxlamış ev qulları və əşyalara bərabər tutulan yadelli qullardan ibarət - qullar 



 qullara yaxın asılı işçilər sinfi. Hər bir sinif - hüquq, əmlak və məişət vəziy-

yəti baxımından müxtəlif təbəqələrə bölünürdü.  

Qədim Şərq ölkələri üçün səciyyəvi cəhət o idi ki, Qədim Yunanıstan və 

Roma ilə müqayisədə, onlarda nisbətən zəif inkişaf tempi yer tuturdu. Bu, in-

tellektual mədəniyyətin inkişafına kifayət qədər diqqətin ayrılmaması, dini 

təsəvvürlər çərçivəsində inkişaf edən çoxallahlılıq, Qədim Şərq iqtisadiyyatı-

nın durğunluq xarakteri, əmtəə təsərrüfatının zəif inkişafı, texnika və texnolo-

giyanın tədriclə təkmilləşdirilməsi, səthi əmək bölgüsü və onun məhsuldarlı-

ğının aşağı səviyyəsi ilə şərtlənirdi. Qədim Şərq ölkələrinin xüsusiyyəti həm 

də o idi ki, onlarda ictimai quruluşun əsas sosial və ərazi vahidləri qismində, 

bir-birinə və dövlətə münasibətdə hüquq və vəzifələri olan, lakin bununla ya-

naşı özlərinin mədəni mübadiləyə az meylli, ənənəvi qapalı dünyası ilə yaşa-

yan icmalar çıxış edirdilər. Spesifik Qədim  Şərq iqtisadiyyatı, dövlət haki-

miyyətinin sosial strukturu və forması ilə şərtləndirilmiş icma, həyatın və is-

tehsalın kollektivçilik formasını saxlamışdı ki, bu da xüsusi mülkiyyətçilik 

münasibətlərinin inkişafını ləngitməyə bilməzdi. Bütün bunlar çoxsaylı icma-

ların səylərinin birləşməsinə və koordinasiyasına yönəldilmiş dövlət idarəçi-

liyinin rolunu şərtləndirirdi. Qəbilə demokratiyasının ənənələrini aradan qal-

dıran belə hakimiyyətin spesifik forması, ədəbiyyatda “Qədim Şərq istibdad 

hakimiyyəti” adı ilə məlum olan qeyri-məhdud monarxiya oldu.  

İlk sivilizasiyalarda formalaşan dövlət idarəçiliyi sistemi iyerarxik prinsip 

üzrə təşkil olunmuş çoxsaylı administrasiyaları birləşdirirdi. Dövlət idarəçili-

yi aparatı rütbə  və subordinasiya sisteminə malik idi. Məmurların ictimai 

mövqeyi onların xidməti pillədəki yerindən asılı olaraq müəyyənləşdirilirdi. 

Administrasiyanın vəzifələri dövlətin daxili və xarici siyasəti ilə müəyyən 

edilirdi. Ən mühüm daxili vəzifə - əkinçilik irriqasiyasının təşkili və torpaq 

mülkiyyətinin idarə edilməsi idi. Dövlət sərəncam, nəzarət, icmaların irsi 

mülkü olan torpağın istifadəsi üçün vergi yığmaq hüququna malik idi. Tor-

paqların bir hissəsi onların üzərində  şəxsi təsərrüfat yaradan, torpaq vergisi 

ödəyən və müəyyən mükəlləfiyyətlər daşıyan saray adamlarına, zadəganlara 

və döyüşçülərə paylanırdı.  Əsas torpaqlar istibdadçının və ondan asılı olan 

kahinlərin əlində cəmləşmişdi. Alluvial çayların vadilərində yerləşən, əlveriş-

li təbii şərait və güclü irriqasiya sistemlərinin yaradılması ilə şərtlənən qədim 

şərq ölkələrinin əkinçilik məhsullarının yüksək məhsuldarlığı əlavə məhsulun 

yüksək həcmini təmin edirdi, bunun hesabına da inkişaf etmiş bürokratik 

aparat, ordu və hakim sinfin rifahı üçün xərclər təmin olunurdu.  


Fuad Məmmədov

 

 

120



İstibdad dövləti başçısının xüsusi mövqeyi onunla şərtlənirdi ki, hökm-

dar qanunverici, icraçı və məhkəmə hakimiyyətinin tam hüquqlu daşıyıcısı 

hesab edilirdi, onun şəxsiyyəti isə ilahiləşdirilirdi. Bununla bərabər Qədim 

Şərq ölkələrində, xüsusən, Qədim Hindistanın bir sıra dövlət qurumlarında 

və Finikiyanın bəzi  şəhərlərində dövlətçiliyin qeyri-monarxiya formasını 

təmsil edən “oliqarxiya respublikaları” mövcud idi.  

Mədəni inkişafın qeyri-bərabərlik qanununa uyğun olaraq, Qədim  Şər-

qin ayrı-ayrı ölkələri sivilizasiyanın müxtəlif pillələrinə çatmışdılar. Döv-

lətçilik mədəniyyəti və dövlət idarəçiliyi mədəniyyətində - Qədim Misir, 

Şumer-Mesopotamiya sivilizasiyası, Finikiya, Het şahlığı, Qədim Hindistan 

və Çin liderlik mövqeləri əldə etmişdilər.  

 


Yüklə 6 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin