AZƏrbaycan respublikasinin prezidenti yaninda döVLƏT İdarəÇİLİk akademiyasi



Yüklə 6 Mb.
Pdf görüntüsü
səhifə17/53
tarix16.02.2017
ölçüsü6 Mb.
#8938
1   ...   13   14   15   16   17   18   19   20   ...   53

Məhəmməd Nəsirəddin Tusi 

dövləti və cəmiyyəti idarəetmə mədəniyyəti haqqında 

 

Bizə elə gəlir ki, Azərbaycanın unikal orta əsr ruhi mədəniyyət abidəsi, 



XIII  əsrdə yaşamış görkəmli Azərbaycan ensiklopedist-alimi Məhəmməd 

Nəsirəddin Tusinin “Əxlaqi-Nasiri” (“Nasir əxlaqı”) əsəri - idarəetmə mə-

dəniyyəti tədqiqatçıları üçün elmi-tarixi və praktik baxımdan maraq doğura 

bilər.  

“Əxlaqi-Nasiridə” Platonun, Aristotelin, ibn Məsgəvehin, ibn Sinanın, 

əl-Fərəbinin və digər görkəmli antik və orta əsr alimlərinin mənəviyyat, tər-

biyə, fəlsəfə, iqtisadiyyat, ictimai münasibətlər, ailə, icma, şəhərsalma, öl-

kənin idarə edilməsi haqqında fikirləri bacarıqla istifadə edilmiş, düzgün 

şərh edilmiş, elmi cəhətdən inkişaf etdirilmiş və sintezləşdirilmiş, müxtəlif 

xalqların mədəni təcrübəsi, həyat qanunlarının dərk edilməsinə konseptual 


İdarəetmə mədəniyyəti 

 

207



yanaşmalar sistemləşdirilmiş  və ümumiləşdirilmişdir. Bu qiymətli  əsərdə 

Şərqin “Kəlilə və Dimnə”, “Siyasətnamə”, “Mərzbannamə”, “Anuşirəvanın 

vəsiyyəti”, “Ərdəşir Babəkan” kimi tarixi abidələrindən, Əl-Qəzəli, Əl-Bi-

runinin əsərlərindən və tərbiyə, siyasət və dövlət idarəçiliyinə həsr olunmuş 

digər əsərlərdən də istifadə edilmişdir.  

Tusi fəlsəfəsinin təməl daşı insan əməyinin dəyəri və əmək fəaliyyətinin 

əhəmiyyəti və faydalılığından asılı olaraq, insanların mükafatlandırılması 

və onlara hörmət edilməsi zərurətidir. Təbiətin və  cəmiyyətin inkişaf pro-

seslərinin müqayisəli təhlilini aparan Tusi mühüm qanunauyğunluğa diqqət 

yetirir:  əgər təbiətdə inkişaf, müasir dildə desək, sinergetik qanunlar üzrə 

gedirsə, onda cəmiyyətdəki mütərəqqi dəyişikliklər insanın yaradıcı əməyi-

nin nəticəsidir və insanların məqsədyönlü birgə fəaliyyətini tələb edir. Belə 

fəaliyyət imkanı ailə, cəmiyyət və dövlətin təşkili, məqsədyönlü dövlət si-

yasətinin həyata keçirilməsi və effektiv idarəetmə sisteminin mövcudluğu 

ilə şərtlənmişdir. O, dövlət quruculuğunda insanın etikasının və idarəetmə 

mədəniyyətinin həlledici roluna xüsusi diqqət yetirir. 

Yaşadığı feodal cəmiyyətinə uyğun ictimai həyatın obyektiv təzahürləri-

nin əlaqəsini və qarşılıqlı asılılığını diqqətlə izləyərək, Tusi insanın və cə-

miyyətin asılı olduğu bir sıra qanunauyğunluqları aşkar edir. Dövlət siyasə-

ti, ölkə  və hökmdarların xarakteri ilə bağlı  məsələləri təhlil edərək, Tusi 

yüksək mədəniyyət dəyərlərinə, elmi biliklərin prioritetlərinə, insanların 

hörmətinə, inamına, etibarına,  şərəf və  ləyaqətinə ehtirama, fədakarlığına 

və hünərinə  əsaslanan ictimai sistemin yaradılmasına imkan verən cəmiy-

yətin bütün sosial kateqoriyalarının birgə  fəaliyyətinin zəruriliyini qeyd 

edir. Bununla yanaşı o, həqiqətlərin aşkarlanmasının və düzgün istifadəsi-

nin, elmi biliklərin dövlətin davamlı ictimai inkişafı və tərəqqisi maraqla-

rında tətbiqi üzrə tövsiyələrin hazırlanmasının asılı olduğu alimlərin xüsusi 

dəyərini qeyd edir.  

Şərq mentallığının xüsusiyyətlərini nəzərə alaraq Tusi şahla ünsiyyət 



mədəniyyəti üzrə müdrik məsləhətlər verir, onun geniş imkanlarını, enerjisi 

və iradəsini, gözlənilən nəticələrin etik qiymətləndirilməsi yolu ilə yaradıcı 

məcraya necə yönəltməyin mümkün olduğunu onun yaxınlarına izah edir. 

O, təbəələrin  şahla ünsiyyət mədəniyyətinin xüsusiyyətlərini təfərrüatı ilə 

göstərir, saray etiketinin bütün psixoloji nüanslarını açır. Bu müdrik məslə-

hətlərin bir çoxu bu gün də öz əhəmiyyətini saxlayır, belə ki, ümumbəşəri 

normaları, bütövlükdə ünsiyyət mədəniyyətinin məntiqini və psixologiyası-

nı əks etdirir.  

O dövrün dövlət idarəçiliyinin etik-psixoloji xüsusiyyətlərini başa düş-

mək üçün Tusinin əl-Müqəffaninin “Ədəb” əsərinə istinad edərək şahın ya-

xınlarına verdiyi diplomatik tövsiyələrə diqqət yetirmək maraqlıdır.  Şaha 


Fuad Məmmədov

 

 

208



müvəffəqiyyətlə xidmət etmək və şəxsi təhlükəsizliyini qorumaq üçün av-

toritar rejim üçün səciyyəvi olan aşağıdakı şərtlərə əməl etmək lazım idi: öz 

nəfsinə üstün gəlmək; öz rəyini gizlətmək; bütün işlərini və fəaliyyətini şa-

hın istəkləri əsasında qurmaq; onun sirrlərini gizli saxlamaq; icazə verilmə-

yən bir şeylə maraqlanmamaq və bu məsələlər üzrə mübahisələrə girişmə-

mək; onun sözlərini həqiqət kimi qəbul etmək və onun fikrini düzgün hesab 

etmək; onun yaxşı cəhətlərini tərifləmək, pis cəhətləri haqqında susmaq; o 

kimə iltifat edirsə, onları yaxınlaşdırmaq və kimdən xoşu gəlmirsə, onları 

uzaqlaşdırmaq; öz xidmətlərini çox kiçiltmək və onunkunu artırmaq; hər 

şeydə öz maraqlarını şahın maraqlarına tabe etmək adətini yaratmaq.  

Bununla belə Tusi, siyasəti xalqın maraqlarına cavab verməyən, dövləti 

məhvə aparmağa risk edən eqoist hökmdarları kəskin tənqid edir, dövlətin 

inkişafı üçün düzgün kadr siyasətinin vacibliyini qeyd edir. O öz dövrünü 

qabaqlayaraq, orta əsr üçün qiyam ruhlu belə bir fikir söyləyir ki, siyasətin 

həyata keçirilməsi ilə şahın yaxud hakimin məşğul olması heç də vacib de-

yil.


18

 Rəhbərlərin peşəkar və  mənəvi keyfiyyətləri üzərində dayanan Tusi, 

liderlərin cəmiyyət qarşısındakı xidmətlərindən və xalq qarşısındakı məsu-

liyyətindən asılı olaraq, onların daha layiqlilərinin seçilməsi, insanların ilk 

növbədə ictimai, sonra isə  şəxsi maraqlarının müdafiəsinin zəruriliyi haq-

qında danışır. 

Cəmiyyəti idarə etmək üçün müdrik rəhbərlər və sosial həyat təşkilatçı-

ları lazımdır.  İnkişaf proseslərinin idarə edilməsini və  cəmiyyətin rifahını 

təmin edən elmi Tusi “ictimaiyyətin müdrikiliyi” adlandırır. O bu elmi yük-

sək qiymətləndirərək, onun cəmiyyətin bütün üzvləri tərəfindən öyrənilmə-

sinin zəruriliyini qeyd edir, çünki xüsusi idarəetmə olmasa, intizam olma-

yacaq, deməli, cəmiyyətin düzgün inkişafı təmin edilməyəcək.  

Görünür ki, “Əxlaqi-Nasiri” kitabının yazılmasında əsas məqsəd, Nəsi-

rəddin Tusinin düzgün həyat mədəniyyəti probleminin çoxtərəfli təhlilini 



keçirmək və firavan və xoşbəxt ailə  və dövlət quruculuğu üzrə tövsiyələri 

ifadə etmək idi. Antik dövrdən başlayaraq bəşəriyyətin ən yaxşı mütəfəkkir-

lərini narahat edən bu problemi nəzərdən keçirərək, müəllif insanın əsas ni-



şanəsi və onun həyatını təmin edən başlıca amil olan əməyin mühüm rolu 

haqqında, birgə ictimai əməyi yaradan qarşılıqlı yardım haqqında danışır.  

Bizim tədqiqat üçün bu əsərin dəyəri ondan ibarətdir ki, burada insan mü-

nasibətləri mədəniyyətini əks etdirən bir sıra elmi-nəzəri təriflər, yanaşmalar 

və müddəalar, özünüidarə və ailə qurulması məsələləri, sosial-mədəni tərəqqi-

ni təmin edən dövlət quruculuğu və idarəçiliyi təcrübəsi sintezləşdirilmişdir. 

                                                            

18

 Görünür, bu, bəşər tarixinin sonrakı dövründə öz effektivliyini doğruldan “konstitusiya 



monarxiyası” haqqında fikir idi. 

İdarəetmə mədəniyyəti 

 

209



Tusi tərəfindən öyrənilmiş mənəvi təkmilləşmə məsələləri, orta əsr ədəb qay-

dalarına onun verdiyi xarakteristika, əsas mahiyyətinin tarixi zamanın təsirin-

dən asılı olmayan ümumbəşəri xarakteri və psixologiyanı əks etdirir.  

Öz əsərində ideal insan, ideal ailə və ideal cəmiyyətin formalaşdırılma-



sına yardım kimi yüksək və  nəcib məqsəd qoyan Tusi dövrünün məhdud-

luqlarına və ziddiyyətlərinə baxmayaraq, mahiyyətcə, insanın, ailə və döv-



lət mədəniyyətinin inkişaf əhəmiyyəti barədə yeni söz demişdir.  

Dövlət idarəçiliyi mədəniyyətinin mühüm məsələlərindən biri kimi, Tusi 

vəziyyətinin bir çox cəhətdən anadangəlmə mədəni keyfiyyətlərdən və istedad-

dan, sosial-mədəni mühitdən, təhsilin və tərbiyənin keyfiyyətindən, həmçinin 

peşə təcrübəsindən asılı olduğu cəmiyyətin mənəviyyatının sağlamlaşdırılması-

nı nəzərdən keçirir. Alim gənc nəslin hazırlığı və tərbiyələnməsi prosesində ai-

lə, dövlət və bəşəriyyət qarşısında duran ən şərəfli və məsuliyyətli məsələ kimi 



mənəviyyatın sağlamlaşdırılmasının (etik mədəniyyətin inkişafını - F.M.) zəru-

riliyini əsaslandırır. O həmçinin, mədəniyyətsizliyin aradan qaldırılması, alçaq 

insani keyfiyyətlərin kökünün kəsilməsi, insanın qabiliyyəti və əməyindən asılı 

olaraq, xoşbəxtliyə nail olma məqsədilə şəraitin yaradılması üçün bu problemlə 

məşğul olan elmin müstəsna əhəmiyyətini qeyd edir. Tusiyə görə yalnız elmi 

biliklər və peşəkar təcrübə ilə zənginləşmiş, mənən sağlam şəxsiyyət cəmiyyət 

üçün faydalı ola bilər.  

İnsanın xarakterinin yaxşılığa doğru dəyişdirilməsi məsələsinə toxuna-

raq, Tusi təhsil və tərbiyənin köməyi ilə uşaqların və gənclərin xarakterinin 

dəyişdirilməsi imkanını mümkün hesab edir. O, uşaq və  gənclərə, bu işdə 

valideynlərə  və müəllimlərə  həlledici rol və  məsuliyyət ayıraraq, iradəyə 

əsaslanan müsbət keyfiyyətlər və psixoloji istiqamət aşılamaq zəruriliyinə 

diqqət yetirir. Bunlarla yanaşı o qeyd edir ki, uşağa bilikləri öyrətməkdən 

və peşəkar təcrübə verməzdən əvvəl onu - həyat meyarları xeyirxahlıq, düz-

lük və vicdan olan əxlaqlı şəxsiyyət kimi formalaşdırmaq lazımdır.  

O, müdrikliyi, qəhrəmanlığı, ləyaqəti və ədalətliyi cahilliyə, qorxaqlığa, 

çılğınlığa və despotizmə qarşı qoyur. Tusi insanın ədalətliyini və vicdanını, 

onun xeyirxahlıq bacarığını xoşbəxtliyə  və kamilliyə yetişməyin başlıca 

şərti kimi nəzərdən keçirir. Bununla belə,  işgüzar insanların hazırlığı  və 



tərbiyəsi işində məqsədə çatmaq üçün o, cəzalara deyil, stimullaşdırmanın 

motivasiya metodlarına üstünlük verməyi tövsiyə edir, hərçənd ki, sonuncu-

nu da inkar etmir. Ədalətə xüsusi əhəmiyyət verən Tusi cəmiyyətdə ədalətli 

bölgü münasibətlərinin, düzgün qiymətləndirmənin müəyyənləşdirilməsini, 

cəmiyyət qarşısındakı xidmətlərinə uyğun olaraq, “ixtisaslaşdırılmış” və adi 

əməyinə görə insanların fərqli və müvafiq mükafatlandırılmasının zərurili-

yini qeyd edir.  


Fuad Məmmədov

 

 

210



Xalqın idarə edilməsi - konkret həyat şəraiti nəzərə alınmaqla - ədalətin, 

məharətin, cəsurluğun,  şüurun və müdrikliyin mənəvi qanunları  əsasında 

qurulmalıdır. Əks halda qanunlar yerinə yetirilməyəcək. Rəhbərin cahilliyi 

və səhlənkarlığı ölkənin dağılmasına aparır. Dövlətin stabillik şərtinin yal-



nız  ədalətli idarəetmə olduğunu  qeyd edərək, alim xüsusi olaraq nəzərə 

çarpdırır ki, ədalətli hökmdarın birinci şərti xalqın əsas təbəqələri– ziyalı-

lar, hərbçilər, tacirlər və kəndlilər arasında düzgün sosial bərabərliyi müəy-

yənləşdirməsidir.  

Dövlətin möhkəmliyi və tərəqqisi üçün lazım olan ədalətli idarənin ikin-

ci şərti kimi, Tusi əhalinin həyat fəaliyyəti haqqında qayğını, obyektiv qiy-

mətləndirilməni və insanların, onların qabiliyyəti və ləyaqətinə uyğun ola-

raq vəzifəyə təyin edilməsini təmin edən kadr siyasətinin həyata keçirilmə-

sini göstərir. Alim, hökmdar tərəfindən onların düzgün qiymətləndirilməsi 

üçün məmurların beş kateqoriyasının mənəvi xarakteristikasını verir. Birin-

ci kateqoriyaya o, idarəetmədə şahın dayağı ola biləcək, diqqətə və hörmə-

tə, yüksək vəzifələrə, qiymətləndirməyə və mükafatlara layiq bildiyi təbiə-

tən xeyihxah və həyatda xeyirxah insanları aid edir. İkinci kateqoriyaya o, 

təbiətən xeyirxah, real həyatda isə xeyirxah olmayan insanları aid edir. Belə 

adamlara işdə, onların təbii üstünlüklərinin reallaşdırılmasında diqqət və 

yardım lazımdır.  Üçüncü kateqoriyaya Tusi, nə xeyirxah, nə pis olmayan 

neytral təbiətli insanları aid edir. Belə insanları xeyirxahlığa süni surətdə 

stimullaşdırmaq və onlara bu istiqamətdə inkişaf etməyə kömək etmək la-

zımdır.  Dördüncü kateqoriyaya təbiətən zalım, lakin cinayət etməyən in-

sanlar aid edilir. Pisliyin nəticələrini aydınlaşdıraraq və onları xeyirxahlığa 

stimullaşdıraraq, belə adamları  tərbiyə etməyə çalışmaq lazımdır.  Beşinci 

kateqoriyaya alim, təbiətən pis olanları, başqa insanlara pislik edənləri aid 

edir. Bu, pozitiv təsirə uymayan, təbiətən aşağı səviyyəli insanlardır. Belə 

insanların bir hissəsini məcburi tədbirlərlə - məzəmmət və cəza ilə tərbiyə 

etmək, tərbiyənin təsiri altına düşməyənləri isə - ümumiyyətlə, cəmiyyət-

dən təcrid etmək lazımdır.  

Ədalətli idarənin üçüncü şərti kimi, Tusi insanların xidmətlərinin ob-

yektiv qiymətləndirilməsi və mükafatlandırılmasına  əsaslanan nemətlərin 

ədalətli bölgüsünü göstərir. Siniflər arasındakı uyğunluğun müəyyən edil-

məsindən və hər kəsin dərəcəsinin təyin edilməsindən sonra dövlət qarşısın-

dakı xidmətlərindən və qabiliyyətlərindən asılı olaraq, gəlirləri onların ara-

sında düzgün və praporsional bölmək lazımdır.  

Onun tərəfindən yalnız xalqların və cəmiyyətin siniflərinin ünsiyyət mə-

dəniyyətinin mahiyyəti deyil, həm də dövlət siyasətinin xüsusiyyətləri, ma-

arıfçi və avtoritar idarəetmə üslubunun, icma rəhbərlərinin xarakteristikası-

nın interpretasiyası verilir.  Burada idarəetmə üslublarının xarakteristikası 



İdarəetmə mədəniyyəti 

 

211



onların cəmiyyətin sosial-mədəni mühitinin mənəviyyata təsiri ilə əlaqədar 

verilir bu və ya digər rejimin doğurduğu pozitiv və ya neqativ təzahürlər

insan keyfiyyətləri və xarakteri təsvir edilir.  

O, dövlət idarəçiliyi sistemində əməyin - biliklərin, qabiliyyətlərin və pe-



şəkar vərdişlərin iyerarxiyasına uyğun olaraq bölünməsi zəruriliyi haqqın-

da danışır, mütəxəssislərin və rəhbərlik səviyyələrinin təsnifatını verir.  

Təhsilli (mədəni - F.M.) cəmiyyətdə dövlət quruculuğu prinsiplərini xa-

rakterizə edən Tusi deyir ki, o, həyatın mənasına düzgün dünyagörüşü 

mövqeyinə, vahid məqsədlərə  və ümumi rifaha yönəldilmiş, yaxşı  təşkil 

edilmiş, sağlam ictimai münasibətlərin,  ədalətli qanunların və insanların 

maraqlarını və nöqteyi-nəzərini hesaba alan düşünülmüş siyasətin əsasında 

həyata keçirilməlidir.  

İsa Peyğəmbərin ilahi nüfuzuna və Tövrat ehkamlarının təkmilləşdiril-

məsinin zəruriliyi haqqında kəlamlarına istinad edərək, Tusi proqressiv is-

lahatların həyata keçirilməsi, zamanın tələblərinə və xalqların maraqlarına 

uyğun olaraq, həyat dayaqlarının təkmilləşdirilməsi zərurətini və qanuna-

uyğunluğunu əsaslandırır.  

Tusinin əsərində həm humanist, həm də demokratik motivlər aşkar edi-



lir. Dövlət siyasəti məsələlərinə toxunaraq, Tusi qeyd edir ki, o, ədalətli ol-

malıdır. Bunun üçün hökmdar, xalqın maraqlarına cavab verən, cəmiyyət-

də  şər qüvvələrin aradan qaldırılması  və mütərəqqi dəyişikliklərin həyata 

keçirilməsi imkanını verən müəyyən keyfiyyətlərə malik olmalıdır. O, 

hökmdarlara - qərarları  qəbul edərkən yoxlanılmış, dürüst informasiyaları 

əldə rəhbər tutmağı, vətənin müdafiəçilərinə hörmət etməyi, ehtiyacı olan-

lara yardımdan imtina etməməyi, alimlərin və yüksək mədəniyyətli insanla-

rın müdrikliyinə istinad etməyi, öz nəfslərini dəf etməyi bacarmağı, böyük-

lükdən və şöhrətdən başını itirməməyi, ölkənin müqəddəratına görə öz mə-

suliyyətini unutmamağı məsləhət görür.  

Orta  əsr dövlət başçısının istənilən insanı yüksəltmək və ya məhv etmək 

imkanını qeyd edərək, Tusi maariflənmiş hökmdarın pozitiv keyfiyyətlərini və 

ədalətli idarəetmə üçün zəruri şərtləri sadalayır: təbəələrə ata münasibəti gös-

tərmək; alicənablıq; dözümlülük; qətiyyətlilik; səbr; sərvət (xalqdan maliyyə 

asılılığının olmaması üçün zəruri olan); ədalətli və sədaqətli köməkçilər.  

Alicənablıq, dözümlülük, qətiyyət və  səbr kimi keyfiyyətləri xüsusi 

qeyd edərək, Tusi göstərir ki, hökmdar onları necə qazanmalıdır. Bu zaman 

o,  hökmdarı  cəmiyyətin sosial terapiyasını  həyata keçirməli və onun ruhi 



sağlamlığını qorumalı olan həkimə  bənzədir.  Tusi xeyirxahlıq və sosial 

ədalət tərəfdarı kimi çıxış edərək, orta əsr cəmiyyətinin sosial bəlasının iki 

səbəbini göstərir: hökmdarların qəddarlığı və aşağı səviyyəli və bədxah in-

sanların tərifinin və təşviqinin artması üçün şərait yaradan məmurların öz-



Fuad Məmmədov

 

 

212



başınalığı. O, xalqın rifahına məsul olan siyasətçilərə ədalətli dövlətin əsas 

şərtinin - əməyə, qarşılıqlı yardıma və sosial ədalətə əsaslanan insanların 

ümumi birliyi olduğunun zəruriliyini yadda saxlamaq haqqında danışır.  

Dövlət idarəçiliyində etik mədəniyyətə xüsusi əhəmiyyət verən Tusi qeyd 

edir ki, ölkənin sabit inkişafı üçün onun hökmdarlarının ətrafdakılara və bü-

tün xalqa nümunə olaraq, xeyirxah, iradəli və  ədalətli, öz xalqı ilə birlik 

şərtlərinə sadiq, hakimiyyət və  sərvət hərisliyindən azad olması vacibdir. 



Dövlətçiliyin qorunmasının zəruriliyini qeyd edərək   bu işdə şahın özü-

nün xüsusi rolunu göstərərək, Tusi deyir ki, əgər ölkədə təqlid etməyə layiq 

alicənab lider olmasa, insanlar pisliyə doğru dəyişilə bilərlər. Cəmiyyətdə 

əməyə məhəbbət və vətənpətvərlik yox ola bilər, varlanmaq ayini bərqərar 

olar – lovğalıq, təkəbbür, özünü öymək və xəyanət inkişaf edər, onu nifaq-

lar və ziddiyyətlər  əhatə edər. Belə dövlət daxili sosial-siyasi sarsıntıların 

alovunda məhv ola bilər və ya zəif düşmən üçün asan qənimət olar. Tusi 

antik sivilizasiyaların inkişaf məntiqinin diqqətli təhlili  əsasında çox mü-

hüm qanunauyğunluq aşkar edir: hər hansı bir ölkənin ərazisində tayfa-qə-

bilə feodal dövlətlərinin formalaşdırılmasını  şərtləndirən məşhur “parçala 

və hökm et” siyasəti feodal hökmdarları arasında ixtilaflar yaradaraq, hə-

min ölkənin kənardan idarə edilməsini asanlaşdırır.  

Tusi insan münasibətləri mədəniyyətinə geniş yer verir. Onun tərəfindən 

həqiqi dostların seçilməsi, dostlarla və xalqın müxtəlif təbəqələrinin nüma-

yəndələri ilə münasibətə görə tövsiyələr verilir. Alim qeyd edir ki, əgər in-

san bütün dünyaya malikdirsə, amma ünsiyyət mədəniyyətindən məhrum-

dursa, həqiqi dostları seçməyi və qiymətləndirməyi bacarmırsa, onun həyatı 

mənasını itirir. Əsl məhəbbəti, dostluğu və sədaqəti dünyanın bütün sərvət-

lərindən uca tutan alim deyir ki, ruhuna, dəyərlərinə  və maraqlarına görə 

yaxın olan insanlarla dostluq əlaqələri qurmağa çalışmaq lazımdır. Öz kol-

leqaları və həmfikirləri ilə ümumi məqsədlərlə bağlı olan xeyirxah, cəsur və 

elmli insanlar daha sədaqətli dostlar ola bilərlər.  

Tusi insanların qarşılıqlı dəstək tələbatını xüsusi qeyd edir. Dostluq haq-

qında danışarkən, o çoxlu sadiq dostları və əməkdaşları olanları, onları fay-

dalı işlərə cəlb edən və xoşbəxtliyə nail olmaqda özü onların köməyindən 

istifadə edən, onlarla fəxr edən və uğurlarına sevinənlərı kamil və xoşbəxt 

adlandırır. Belə insanlar dostluqdan zövq almağı, dostları qiymətləndirməyi 

və onlara qayğı göstərməyi bacarırlar. Cəmiyyətin bütün sosial təbəqələri 

və qruplarının qaydalarını onların etikasına zidd hərəkətlər etməmək üçün 

bilmək lazımdır.  

Kollektiv söhbətdə  iştirak etikasından danışaraq Tusi məsləhət görür: 

sözləri düzgün seçmək və öz fikirlərini aydın ifadə etmək; bütün iştirakçıla-

ra ünvanlanmış suala birinci cavab verməmək; başqalarının yanında gizli 


İdarəetmə mədəniyyəti 

 

213



danışmamaq; başqa adama verilən suala cavab verməmək, belə ki, bu sənin 

yüngülxasiyyətliliyinə və sual verənə qarşı hörmətsizliyinə dəlalət edər və 

sənin məsuliyyətini artırar.  

O deyir ki, intriqaya və  ədalətsizliyə qarşı  ən yaxşı silah - mübahisə 

vaxtı həqiqətə, sakitliyə, təmkinə və dəlillərə əsaslanan sərt və layiqli cavab 

vermək bacarığıdır.  



İnsan münasibətləri mədəniyyətinin üç səviyyəsini təhlil edərək, Tusi so-

sial iyerarxiyada daha yuxarıda, özünə bərabər və daha aşağıda dayananlar-

la münasibətdə öz mövqeyini düzgün müəyyənləşdirməyin zəruriliyi haq-

qında danışır. İlk olaraq o daha aşağı səviyyəyə düşməmək üçün öz mövqe-

yini qorumaq zərurətindən danışır. İkinci və üçüncü halda - daha yuxarı sə-

viyyəyə qalxmağa çalışmaq lazımdır.  

Sosial səviyyədən asılı olaraq insanlarla ünsiyyət tərzini seçmək lazım-

dır. Bərabər olanlarla üç əsas mövqe qəbul oluna bilər: dostlarla rəftar, düş-

mənlərlə  rəftar, bitərəf insanlarla rəftar.  Zahiri dostlarla rəftarda  yadda 

saxlamaq lazımdır ki, alicənab insanlar, bütün insanların onlara hörmət et-

məsi və onlarla dostluq etməyə can atması üçün öz vədlərini yerinə yetir-

məlidirlər. Alicənab insanların yalançı zahiri dostlara münasibəti xeyirxah, 

yumşaq, təmkinli, qeyri-laqeyd olmalıdır, lakin bu zaman onlara öz işlərin, 

məqsədlərin və planların haqqında heç bir məlumat vermək olmaz. Bununla 

bərabər onları yaxşılığa doğru dəyişməyə çalışmaq, onların dostlarına və 

qohumlarına hörmət göstərmək, lazım olan halda onlara kömək etmək, on-

ların həyatının sevincli və kədərli hadisələrində iştirak etmək lazımdır. Ola 

bilsin ki, zaman keçdikcə əgər təkmilləşsələr, onlardan bəziləri həqiqi dost-

lara çevrilə və öz dünyagörüşünü və dəyərlər sistemini dəyişə bilərlər.  

Müxtəlif insanlarla münasibət qurarkən, həm onların, həm də özünün 

maraqlarını nəzərə almaq lazımdır. Bu zaman hər bir kəslə onun öz dilində 

danışmaq lazımdır.  Nə düşmən, nə dost olan insanlarla xüsusi ünsiyyət 

qaydası lazımdır.  Məsləhət verməyi xoşlayan insanlarla ünsiyyətdə  qərar 

qəbul etməzdən  əvvəl diqqətlə yoxlamaq, onların sözlərinin həqiqiliyini 

müəyyənləşdirmək, niyyətlərini duymaq, ondan sonra öz maraqlarına uy-

ğun hərəkət etmək lazımdır.  Sülhpərvərlərə  maksimum diqqət və hörmət 

göstərmək lazımdır. Davakarlarla təmkinli olmaq, onların səviyyəsinə en-

məmək və onlardan uzaq olmağa çalışmaq lazımdır. Təkəbbürlü adamlarla 

da özünü təkəbbürlə, qürurla, şəxsi ləyaqət hissi ilə aparmaq, onlarla onla-

rın öz dilində danışmaq lazımdır. Onları yalnız bu yolla özünə gətirmək və 

dəyişməyə təhrik etmək olar. Belə insanlarla təvazökarlıqla danışılarsa, on-

lar bunu qorxaqlıq kimi qəbul edə və təhqir edə və ya sizi lağa qoya bilər-

lər. Ləyaqətli insanlarla ünsiyyət saxlamaq, onlarla əməkdaşlığı xoşbəxtlik 

hesab etmək, onların mühitinə daxil olmağa çalışmaq lazımdır. Pis qonşu-


Fuad Məmmədov

 

 

214



larla, pis xasiyyətli insanlarla yola getməyi, onlarla xoşluqla danışmağı, 

onlara qarşı təmkinli olmağı bacarmaq lazımdır. Şagird və tələbələrə xeyir-

xah və təmənnasız münasibət bəsləmək lazımdır, ağıllı, qabiliyyətli və ça-

lışqanlara hər cür kömək göstərmək, istedadlarının inkişafı üçün şərait ya-

ratmaq lazımdır. Tənbəlləri tərbiyə etmək, onlarda elmə və biliklərə maraq 

aşılamaq lazımdır. Kütbeyinləri, onlara həyatda gərək olacaq hər hansı bir 

faydalı peşəyə öyrətmək lazımdır. Ehtiyacı və tamahkarlığı fərqləndirməyi 

bacarmaq lazımdır. Ehtiyacı olanlara, özünə  və öz ailəsinə ziyan vermə-

dən, maddi yardım göstərmək lazımdır. Sədəqə istəyən əlçəkməz insanları 

ədəbsizliyinə görə danlamaq, onların əlinə bəhanə verməmək lazımdır, bəl-

kə bu onların dəyişilməsinə kömək edə bilər. Zəif və məzlumlara mərhəmət 

və şəfqət göstərmək, onlara maddi yardım etmək, onlara qarşı saf və xeyir-

xah niyyətdə olmaq, hər şeydə xeyirxahlıq göstərmək lazımdır, bütün xeyir-



xah işlərin mənbəyi - ilahi yaradana oxşamağa can atmaq lazımdır. 

Həyat təcrübəsinə istinad edərək, Tusi mənəvi sağlamlığı və qəlb rahat-

lığını qorumaq məqsədi ilə dostları düzgün seçməyi məsləhət görür, tərbi-

yəli, saf, xeyirxah, nəzakətli insanlarla ünsiyyət saxlamağı, insanın mənə-

viyyatını pozan pis insanlardan, qeyri-əxlaqi  əsərlərdən və danışıqlardan 

uzaqlaşmağı məsləhət görür.  

Tusi, həmçinin  düşmənlərlə münasibətə dair təhlükəsizlik mədəniyyəti 

baxımından maraq doğuran tövsiyələr verir. Özünü düşmənlərlə necə apar-



maq barədə danışarkən, düşmənin mövqeyi haqqında həmişə informasiya-

ya malik olmaq, mümkün olan təxribatları vaxtında dəf etmək və onların 

qələbəyə nail olmalarına qarşı ölçülər götürmək üçün onların işlərini nəza-

rətdə saxlamaq lazım olduğunu qeyd edərək, Tusi sayıqlığa çağırır. O gös-

tərir ki, düşmənlər yaxında və ya uzaqda, aşkar və ya gizlin olur. Aşkar 

düşmənlər öz qərəzini, gizlinlər - paxıllığını göstərir. Yaxında olan düş-

mənlərlə xüsusilə ehtiyatlı və sayıq olmaq lazımdır. Eyni zamanda düşmən-

çiliyin dağıdıcı nəticələrini təsvir edərək, o, insanlarla mümkün qədər düş-

mənçilik etməməyi, ağıllı və alicənab hərəkətlərlə düşmənləri dostlara çe-

virməyə çalışmağı  məsləhət görür. Başlıca qayda, onların ürəklərindəki 

düşmənçiliyin kökünü kəsməyə imkan verən səbr, qayğı və rəğbət yolu ilə 

düşmənləri dostlara çevirmək cəhdi olmalıdır, daha yaxşı üsul tapmaq 

mümkün deyil. Burada həmin adamlar tərəfindən göstərilən zahiri hörməti 

və saxta səmimiyyəti saxlamaq lazımdır. Açıq düşmənçiliyə keçidə yol ver-

mək olmaz, çünki bəşəriyyətə pisliyin aradan qaldırılmasının xeyirxahlıq-

dan qeyri yolu məlum deyil. Düşmənin intriqalarına və ağılsız hərəkətlərinə 

görə təmkinini pozmaq olmaz, səbr və dözümü saxlamaq, davaya yol ver-

məmək lazımdır. Düşmənçiliyin açıq münaqişəyə keçməsi mədəniyyətin 

pozulmasına, qırğına, dəyərlərin və dövlətlərin itirilməsinə, böyük bədbəxt-


İdarəetmə mədəniyyəti 

 

215



liklərə və dağıntılara gətirib çıxarır. Belə şər işlər haqqında düşüncələr, on-

ların həyata keçirilməsi üzrə planların qurulması əbəs yerə itirilmiş həyata 

aparır, dünyada və dində intriqalar və ixtilaflar yaradır.  

Düşmənin intriqalarını vaxtında aradan qaldırmaq və yalanlarını ifşa et-

mək üçün onların narazılıq səbəbləri haqqında rəhbərləri və ictimaiyyəti 

məlumatlandırmaq lazımdır. Düşmənin çatışmayan cəhətlərini yaxşı bil-

mək, lazım gəldikdə istifadə üçün onlar haqqında əsaslı informasiyaya ma-

lik olmaq lazımdır. Həmçinin, onları narahat edən məsələnin mahiyyətini 

bilmək lazımdır, belə ki, çox zaman qələbənin açarı məhz onda olur. Birgə 

fəaliyyət məsələlərində öz peşəkar səriştəliliyini və üstünlüyünü göstərmək 

yaxşı olardı.  Əgər nəzərdə tutulan intriqaların aşkara çıxarılması ilə  şəri 

aradan qaldırmaq mümkündürsə, bu üsuldan istifadə etmək lazımdır. Bu in-

formasiyanın vaxtından əvvəl açılması və elan edilməsi effekti azalda bilər 

və gözlənilən nəticələrə  gətirib çıxarmaz. Bu baxımdan, həqiqət həmişə 

əsas şərtdir, çünki yalan - düşmənçiliyi stimullaşdıran amillərdən biridir.  

Düşmənlərlə dost olmaq bacarığı, onların dostları ilə yaxşı  və etibarlı 

münasibətlər saxlamaq – ağıl və müdriklik əlamətidir. Bu surətlə, onların 

xarakterinin nöqsanları, güclü və  zəif cəhətləri haqqında asanlıqla öyrən-

mək olar. Düşmənin üzünə  və ya arxasınca ləyaqətsiz sözlər, söyüşlər və 

qarğışlar söyləmək ağıl və mədəniyyət nişanəsi deyil. Belə davranış onlara 

hörməti əksiltməyəcək, onların sərvətini çox azaltmayacaq, lakin bunu edən 

adamın adına və mövqeyinə mənəvi zərər vuracaq. Düşmənin, hər kəsin ba-

şına gələ biləcək dərdinə sevinmək və ya dərdində ona istehza etmək yaraş-

maz, çünki bu cahillik və nanəciblik nişanəsidir. Əgər düşmən kömək üçün 

müraciət edərsə, yaxud öz sədaqətini göstərmək istəyərsə, yaxud hansısa bir 

əşyanı saxlamaq üçün qoyarsa, ona inam və xoşqəlblik göstərmək lazımdır. 

Günahın düşmənin üzərində olduğunu və onun məzəmmətə layiq olduğunu 

göstərərək, öz mərdliyini izhar etmək və alicənablığını sübut etmək lazım-

dır. Həsəd aparanları, onlara müəyyən hədiyyələr bağışlamaqla, neytrallaş-

dırmaq olar. Özünü onların riyakarlığından və hiyləgərliklərindən qorumaq, 

onlarda aqressiv davranış oyada biləcək hərəkətlərdən çəkinmək lazımdır. 

Çalışmaq lazımdır ki, xalq onların əsl simasını tanısın.  

Münaqişələr adətən hakimiyyətdən, sərvətdən,  şərəf və etiqadlardan 

olur. Belə münaqişələrdən uzaqlaşmaq üçün onları doğuran səbəblərdən cə-

kinmək lazımdır. Əgər barışmaz düşmən tərəfindən şəri aradan qaldırmağın 

başqa yolu yoxdursa, göstərilənlər zəruridir: şəxsən və ya vasitəçinin kömə-

yi ilə onunla ümumi dil tapmağa çalışmaq; onunla bütün münasibətləri kəs-

mək və  hətta,  əgər bu qonşulardısa, - köçmək; başqa yolla onların hücu-

mundan müdafıə olunmaq mümkün deyilsə, - məhv etmək; onların başqa 

düşmənlərin əli ilə məhv edilməsi imkanından çəkinməmək.  



Fuad Məmmədov

 

 

216



Müasirlərinə  nəsihət üçün Tusi öz kitabında  şüurlu və  ləyaqətli həyat 

mədəniyyətinə dair aşağıdakı faydalı məsləhətlərin verildiyi Platonun Aris-

totelə vəsiyyətini göstərir: 

  Daim öyrən, bilik əldə etməklə məşğul ol. Əvvəlcə məqsədini müəy-

yən et, sonra onun əldə edilməsi üçün elmi seç. 

  Alimin dəyərini onun əsərlərinin praktik faydası, onun alicənablığı və 

xeyirxahlığı ilə müəyyən et. 

  Allahdan yalnız faydalı və əbədi nemətləri istəmək lazımdır. 

  Həmişə sayıq ol, çünki şər insanların hiylə  və  kələyinin sərhədləri 

yoxdur. 


  Mümkün olmayan şeylər haqqında xəyala qapılma.  

  Bil, ilahi cəza qisas deyil, tərbiyə məqsədi daşıyır. 

  Ləyaqətsiz həyat sürmə ki, o, ləyaqətsiz ölümlə başa çatmasın. 

  Xeyirxahlığa həsr olunmayan həyatı faydasız hesab et.  

  Sənin günahın üzündən hansısa bir bəlanın baş verib-vermədiyinin və 

hansı xeyirxah işi görə biləcəyinin üzərində düşünmədən yuxuya getmə. 

Xatırla, öz səhlənkarlığın səbəbindən sən nədə şansını əldən qaçırmısan.  

  Həqiqətdə sən nəsən və ölümündən sonra nə olacağı barədə düşün. 

  Heç kəsi qınama, nəzərə al ki, dünya daim dəyişir. 

  Öz həyatı, öz gələcəyi barədə düşünməyən bədbəxtdir. 

  Sənin şəxsi xidmətlərinlə əlaqədar olmayan işlə qürurlanma. 

  Yaxşılığa ehtiyacı olanların xahişini gözləmə, özün onlara kömək əli-

ni uzat. 

  Başını itirərək dünyanın ləzzətlərinə sevinən və onun bəlalarından 

karıxaraq dərd çəkən kəsi müdrik hesab etmə. 

  Ölümü həmişə yadda saxla və “yaxşı dünyaya” gedənlərin ölümün-

dən ibrət dərsi al. 

  Əgər insanların rəzaləti haqqında bilmək istəsən, onların söylədiyi lü-

zumsuz sözlərin çoxluğuna, onların məsuliyyət daşımadıqları  şeylər haq-

qında şayiələr yaymaqlarına diqqət yetir. Bil, başqalarına münasıbətdə pis 

niyyətli olan - anadangəlmə  bədbəxtdir, çünki şər qüvvələr  əzəldən onun 

ideyaları və əqidələrində yaşayır.  

  Əvvəl yaxşıca düşün, sonra danış, yaxşıca ölç-biç, sonra həyata keçir, 

çünki şərait dəyişilə bilər.  

  Hamı ilə dostluq etməyi bacar, tez-tez qəzəblənmə, çünki qəzəb vər-

dişə çevrilə bilər. 

  Sənə bu gün müraciət edən insana köməyi sabaha saxlama, axı  sən 

bilmirsən, sabah nə baş verə bilər.  

  Yaramaz əməllərin kölə asılılığından azad olmağa insana yardım et.  


İdarəetmə mədəniyyəti 

 

217



  Rəqiblərinin sözləri və əməlləri sənə aydın deyilsə, onlara hökm ver-

mə. 


  Yalnız sözlərdə deyil, əməllərdə də müdrik ol, çünki söz müdrikliyi 

dünyada qalacaq, müdrik əməllər isə əbədi yaşayacaq. 

  Əgər sən xeyirxah işlər görərkən əziyyət çəkirsənsə, əziyyətlər keçə-

cək və xeyirxahlıq qalacaq. Əgər sən yaramaz işdən zövq alırsansa, zövq 

keçəcək, pislik isə qalacaq.  

  O gün haqqında düşün ki, səni çağıracaqlar, sən isə  eşitməyəcəksən, 

nitq qabiliyyətini itirəcəksən, nə eşidə, nə danışa, nə xatırlaya bilməyəcəksən.  

  Dəqiq bil, sən dostunun kim, düşmənin kim olduğunu tanıya bilmə-

yəcəyin yerdə ola bilərsən. Buna görə qeyri-mükəmməlliyə görə heç kəsə 

həqarətlə baxma.  

  İnan ki, sən hamının bərabər olduğu yerə düşəcəksən, ona görə lov-

ğalıqla məşğul olma, “yola” həmişə hazır ol, axı sən bilmirsən “köç” nə za-

man olacaq.  

  Onu da bil ki, böyük yaradanın bizə verdiyi bütün dəyərlərin arasında 

müdriklikdən yaxşısı yoxdur.  

  Düşüncələri, sözləri və əməlləri arasında bərabərlik olan insan müd-

rikdir.  

  Yaxşılığı mükafatlandır, pislikdən nəticə çıxar.  

  Öyrən, yadda saxla, mənasını anla. 

  Öz işlərini həmişə sağlam düşüncə və şəraitdən asılı olan tələblər əsa-

sında qur.  

  Bu dünyanın heç bir böyük işində səhlənkarlıq və tənbəlliyə yol ver-

mə, süstlük və iradəsizlik göstərmə, səxavətdə isə israfçılıq etmə.  

  Təmiz ad qazanmaq xatirinə qanunsuzluğa yol vermə.  

  Müvəqqəti ləzzət üçün ləyaqətli insanları itirmə - ləyaqətli həyatını 

itirərsən. Müdrikliyə ehtiram et, müdriklərə qulaq as, dünyəvi həvəslərə 

aludə olma.  

  Müsbət adətləri rədd etmə, vaxtı çatmamış heç bir işi başlama, hansı-

sa bir işi başlayarkən onu ağılla, vicdanla, şərəflə yerinə yetir. 

  Varlananda lovğalanma, ətrafdakıları alçaltma, yoxsullaşanda ruhdan 

düşmə və yazıq görkəm alma. 

  Dostunla elə  rəftar et ki, hakim qarşısında durmayasan, düşməninlə 

özünü elə apar ki, məhkəmədə ondan üstün olasan. 

  Heç kimlə dalaşma, hamı ilə sadə ol, heç yerdə sadəlik və nəzakəti yer-

siz hesab etmə. Özünə rəva bilmədiyin şeylərdən ötrü qardaşını danlama.  

  Bekarçılığa sevinmə, taleyinə ümid olma, yaxşı iş üçün təəssüflənmə, 

heç kimi aldatma, heç kəsi lağa qoyma, xoşbəxtliyə nail olmaq üçün həmişə 

ədalət, həqiqət, xeyirxahlıq yolu ilə get. Və allahın köməyi ilə nail olacaqsan.  



Fuad Məmmədov

 

 

218



Cəmiyyətdə insanın  davranış  mədəniyyətinə dair Tusinin tövsiyələrinin 

müdrikliyi və dəyəri ondan ibarətdir ki, o - bir tərəfdən bu qaydaların, konkret 

məkan və zaman şəraitindən asılı olaraq dəyişkənliyini göstərir, digər tərəfdən 

isə ümumbəşəri dəyərlərin və mənəviyyatın aprior prinsiplərini müdafiə edir. 

İnsanların dünya miqyasında qarşılıqlı üzvi asılılığını göstərərək, o, məskunlaş-

dığı yerdən asılı olmayaraq, insanların qarşılıqlı köməyinin zəruriliyi və insan 

taleyinə biganə münasibətin yolverilməzliyi haqqında danışır.  

 


Yüklə 6 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin