AZƏrbaycan respublikasinin prezidenti yaninda döVLƏT İdarəÇİLİk akademiyasi



Yüklə 6 Mb.
Pdf görüntüsü
səhifə14/53
tarix16.02.2017
ölçüsü6 Mb.
#8938
1   ...   10   11   12   13   14   15   16   17   ...   53

 

 

 

Fuad Məmmədov

 

 

156



Qədim Yunanıstan 

  

Balkanlarda ilk dövlətçilik mərkəzləri b.e.ə. III minilliyin sonu - II minil-



liyin  əvvəlinə aiddir. Onlar pelasqların yunan mədəniyyətinə  qədər olan 

mədəniyyəti ilə, Krit (Minoy) mədəniyyəti, Kiklad (ada) mədəniyyəti və 

Ellada (əslində yunan) mədəniyyəti ilə bağlıdırlar. Dunayın o tayından Bal-

kanlara girən axey-yunanlar, Kritin Minoy mədəniyyətini mənimsəyib və 

yaradıcılıqla inkişaf etdirib, artıq b.e.ə. II minillikdə Miken mədəniyyətini 

yaratdılar. Orta minoy dövründə Kritdə siyasi birliklər strukturu öz xarakte-

rinə görə böyük Şərq istibdad hakimiyyətlərini xatırladırdı. Ehtimala görə 

baş kahin vəzifəsini  şahın özü həyata keçirirdi, amma müəyyən mərasim 

funksiyalarını həm də kahin “iyerurq” və kahinə “kla-vi-fo-ros” yerinə yeti-

rirdi. Məbədlərin və dini birliklərin maddi əsasını onların sərəncamında 

olan torpaq və qullar təşkil edirdi.  

B.e.ə. 1700-cü ilə yaxın Krit mədəniyyətinin təsiri altında axeylər tərə-

findən miken dövlətçilik mədəniyyəti təşəkkül tapmağa başladı. Miken gil 

lövhələri təsdiq edir ki, dövlətin başında, eyni zamanda iri mülkədar olan 

“va-na-ka” titulunu daşıyan hökmdar dururdu. Var-dövlətin mənbəyi torpaq 

və əhalidən toplanan natural vergilər idi. İdarəetmə kifayət qədər inkişaf et-

miş administrasiya və saray bürokratiyası tərəfindən həyata keçirilirdi. İrsi 

torpaq mülkiyyətinə, ehtimal ki, ordu komandanı olan “la-va-ge-tas” da 

malik idi. İmtiyazlı yuxarı təbəqənin tərkibinə müxtəlif statuslu torpaq sa-

hələrinə malik “te-re-ta”lar da daxil idilər. Daha bir imtiyazlı qrup (yəqin 

ki, şahın yaxın əhatəsi, onun svita üzvləri (müşayiətçiləri) “e-kve-ta” (yol-

daşlar) adlanırdı. Paytaxtdan uzaqda olan rayonlar canişinlər və yerli mə-

murlar tərəfindən idarə edilirdi, bəzi vilayətlərdə isə hökmdarlara tabe olan 

kiçik xanlar mövcud idi ki, onların yanında “ke-ro-siya” (Ağsaqqallar şura-

sı) fəaliyyət göstərirdi.  

B.e.ə. XII-VIII əsrlərdə Yunanıstanda qəbilə quruluşundan polis tipli 

dövlət təşkilatına keçid baş verdi. Bu dövrün əvvəlindən yunan qəbilələri-

nin başında seçkili başçıla - basilevslər dururdu. F. Engels hesab edirdi ki, 

qədim Yunanıstandakı basilevslər hökumət səlahiyyətinə, bu sözün müasir 

mənasında, malik deyildilər. Qəhrəmanlıq dövründə, hərbi demokratiya şə-

raitində Basilevs sərkərdə, hakim və ali kahin idi. Qəbilə (fratriyalar) və qə-

bilə (filalar) birlikləri, basilevslərin öz hakimiyyətlərinin bir hissəsini gü-

zəştə getdikləri filobasilevslər tərəfindən idarə edilirdi. Şəhərlərin  əmələ 

gəlməsi, sosial təbəqələşmə və şəxsi mülkiyyətin inkişafı ilə əlaqədar tədri-

cən qəbilə hakimiyyətindən azad olmuş, filobasilevslərin hakimiyyətini 

məhdudlaşdırmağa və idarəni öz əllərinə almağa cəhd edən yeni zadəgan 

nümayəndələri meydana çıxdı. Ali hökmdarın irsi üstünlüklərini məhdud-


İdarəetmə mədəniyyəti 

 

157



laşdıran aristokratiya irsi monarxiyanı seçkili ilə  əvəz etməyə can atırdı. 

Məsələn, Afinada, dövlət idarəçiliyində basilevslərlə yanaşı ali sərkərdə – 

“polemarx”, regent – “arxont” və altı hakim – “fesmofetlər” iştirak edirdi-

lər. Bir müddətdən sonra irsi hökmdarın hakimiyyəti “arxont-basilevs” ad-

landırılan seçkili vəzifəli şəxsin hakimiyyəti ilə əvəz edildi.  

B.e.ə. I minilliyin əvvəlindən etibarən aristokratiya tərəfindən idarə edi-

lən şəhər-dövlətlər (polislər) Qədim Yunanıstanda əsas dövlətçilik forması 

oldu. Artıq bu dövrdə yunan mədəniyyətinin səciyyəvi xüsusiyyəti müəy-

yən rasional təfəkkür idi. Onun əsası yunanların bütpərəstlik dini idi, təsəv-

vürlərə görə, yunan allahları insanları öz əmrlərini kor-koranə yerinə yetir-

məyə məcbur etmirdilər, əməl etməyə inandıraraq, onları dərrakəyə çağırır-

dılar. Bu, xalqın təfəkküründə rasionallığın formalaşdırılması üçün ilkin şə-

rait yaradırdı və intellektual mədəniyyətin inkişafının əsasını qoyurdu.  

B.e.ə.  VIII-VI  əsrləri  əhatə edən  arxaik dövrdə  təsərrüfat sistemindəki 

dəyişikliklər  şəraitində yunan cəmiyyətində maraqların ziddiyyətləri və 

konfliktlər kəskinləşdi. Çox vaxt inqilabi xarakter alan sosial-siyasi mübari-

zə, xalqın çiyinlərində qaldırılan diktator-tiranlar tərəfindən hakimiyyətin 

tutulmasına gətirib çıxardı. Köhnə  nəsli  əyanları hakimiyyətdən sıxışdırıb 

çıxarmağa və siyasi həyatın başında durmağa cəhd edən varlı tacir və sənət-

karların yeni təbəqəsinin təşəbbüsləri aristokratik idarə sistemindən, əslza-

də  mənşəyi üstünlüklərini zənginlik üstünlükləri ilə  əvəz edən  timokratik 

idarə sisteminə keçidə gətirib çıxardı. Aristokrat oliqarxiya idarəetmə ixti-

yarını tiranlara güzəştə getməyə məcbur oldu. Aristokratiya mühitindən çı-

xanlar, tiranlar ənənəvi zadəganların və xalq nümayəndələri idarəsinin qəti 

əleyhdarları kimi çıxış edirdilər. Tiranlar öz hakimiyyətinin sosial bazasını 

yaratmaq üçün müflis olmuş əhaliyə qazanmağa imkan verən ictimai işlər 

proqramları yaradırdılar, rifah halının əsasını təşkil edən ticarətin, sənətkar-

lığın və kənd təsərrüfatının inkişafına yardım edirdilər. İdarəçiliyin mühüm 

aləti tiranlar tərəfindən xalqın yaradıcı enerjisini stimullaşdıran xalq ayinlə-

rinin tanınması və rəğbətləndirilməsi idi. 

Tiranlar siyasi və mədəni həyatın təşkilatçıları rolunda çıxış edir və çox 

vaxt Qədim Yunanıstanın dövlətçilik mədəniyyətinin inkişafında yenilikçi 

olurdular. Belə ki, b.e.ə. VII əsrdə tiran Periandrın hakimiyyəti dövründə 

Korinf ən yüksək tərəqqiyə çatdı. Periandr nəsli qəbilə əyanlarının nüfuzu-

nu sarsıtmaqdan ötrü, onlar üçün əvvəlki qəbilə filalarına bölgünü əvəzlə-

yərək, şəhərin ərazi bölgüsünü tətbiq etdi. Əldə edilmiş rifah səviyyəsi və 

sosial münasibətlərin effektiv tənzimlənməsinin saxlanılması üçün onun tə-

rəfindən, kənd əhalisinin şəhərə köçməsini, şəhər əhalisinin məsrəfini məh-

dudlaşdıran yeniliklər həyata keçirildi, istifadəsi kəndlilərin şəxsi əməyinə 

rəqabət təhlükəsi törədə biləcək qulların alınmasına qadağa qoyuldu. Bu-


Fuad Məmmədov

 

 

158



nunla belə, tiranlar respublika quruluşunun zahiri formasını saxlasalar da, 

qədim yunanlar onlara hakimiyyət qəsbkarları kimi baxırdılar. Yeni hökmdar-

lar bütün vəzifələrə özlərinin qohumlarını və dostlarını keçirmək istəyirdi-

lər. Onların hakimiyyət dayağı muzdlu ordu idi. İrsi aristokratiya oliqarxi-

yasını hakimiyyətdən uzaqlaşdıraraq, onlar öz şəxsi hakimiyyətlərini irsi 

hakimiyyətə çevirməyə çalışırdılar. Buna görə Yunanıstanda öz banisindən 

çox yaşayan tiran hökuməti azdır. İki əsr sonra tiranların dövlət idarəçiliyi-

nin avtoritar üslubunu tənqid edən Aristotel yazırdı: “Öz iradəsi ilə belə ha-

kimiyyətə dözə biləcək azad insan yoxdur.” Qədim Yunanıstanda tiranlar 

və aristokratiya arasında gedən mübarizə nəticəsində tez-tez hakimiyyət də-

yişmələri baş verirdi. Tiranlar mesenatlıqla məşğul olurdular, şairləri, rəs-

samları, həkimləri, memarları - onlardan bəzilərinə xüsusi təqaüdlər ödəyə-

rək dəstəkləyirdilər. Tiranlardan bəziləri, məsələn, Lesbosda Pittak kimi, 

yeni qanunlar tətbiq edərək, könüllü olaraq hakimiyyətdən imtina edirdilər.  

Bu dövrdə Yunanıstanda dövlət idarəçiliyinin inkişafında  hüquqi isla-

hatlar mühüm rol oynamışdı. Onlar sosial həyatın tənzimlənməsində dövlə-

tin rolunun yüksəlməsinə yardım edirdilər. Dövlət vətəndaşların təhlükəsiz-

liyinin və hüquqlarının təmin edilməsini öz əlinə almışdı. Yaxşı bilənləri və 

qoruyanları zadəgan nəsilləri başçıları olan yazılmamış qanunların əvəzinə 

yazılı qanunlar gəldi. Polis təşkilatı məhkəmə funksiyalarını dövlət hakim-

lərinin  əlində  cəmləşdirərək, onları  qəbilələrdən aldı. Adi hüququn yazıl-

ması və kodifikasiyası yeni sosial münasibətləri tənzimləyən və aristokrati-

ya hakimlərinin özbaşınalığına son qoymağa iqtidarı olan məcburi normalar 

sisteminin işlənib hazırlanması ilə müşayiət olunurdu. Yeni qanunvericilik 

yunanların real həyat  şəraitinə cavab verirdi. Adi hüququn yazılmasını  və 

yeniləşdirilməsini yunan polislərinin sakinləri ümumi hörmət qazanmış və 

ədalətliliyi ilə fərqlənən müdrik hökmdarlara etibar edirdilər. Arxaik Yuna-

nıstanın ən nüfuzlu qanunvericiləri Afina arxontları (yüksək vəzifəli şəxs) 

Drakont (b.e.ə. VII əsr) və Solon (b.e.ə. VI əsr) hesab olunurdular. Hakim-

lərdən bəziləri bütün polis vətəndaşlarının ümumi səsverməsi yolu ilə seçi-

lirdi. Xüsusi hallarda xalq yığıncağına apellyasiya verərək, çıxarılmış qəra-

ra görə etiraz etmək olardı.  

Arxaik Yunanıstanda dövlət idarəçiliyi mədəniyyətinin ən parlaq nümu-

nəsi Solonun dövlətçilik fəaliyyətidir. B.e.ə. 594-cü ildə Solon Afinanın ar-

xontu seçilmiş  və dövlət islahatları keçirmək üçün qeyri-məhdud səlahiy-

yətlər almışdı. Bu hökmdar qədim yunan dövlətçiliyi tarixinə demokratik 

idarəetmənin  əsaslarının təşəkkülünə yardım edən islahatçı kimi daxil ol-

muşdur. Attikada siyasi həyatın demokratlaşmasına doğru atılan zəruri ad-

dımlar kimi baxılan - attika əhalisinin borclarının silinməsi, borc əsarətinin 

ləğvi, iri mülkədarlığın məhdudlaşdırılması, “geliyeyanın” – prisyajnılar 


İdarəetmə mədəniyyəti 

 

159



məhkəməsinin tətbiqi onun adı ilə bağlıdır. Dövlətin məhkəmə funksiyala-

rının bir hissəsinin geniş xalq təbəqələrinə verilməsini ifadə edən məhkəmə 

iclasçılarının tətbiqi, yeni yaranmaqda olan Afina demokratiyası üçün xüsu-

si əhəmiyyətə malik idi. Solon dövründə Afinanın siyasi quruluşu əmlak tə-

bəqələşməsi üzərində qurulmuşdu. Cəmiyyət dörd sinfə bölünmüşdü: “pen-

takosiomedimnlər” - daha varlı  vətəndaşlar, “hippeylər” - atlılar, “zevgit-

lər” - ağir silahlı piyada döyüşçüləri, “fetlər”- sənətkarlar. Yalnız ilk üç si-

nif dövlət vəzifələrinə keçə bilərdilər, birinci sinif isə arxont vəzifəsinə id-

dia edə bilərdi. Bununla yanaşı dördüncü sinif də siyasi hüquqlar əldə etdi. 

Xalq yığıncağı - “ekklesiyada”, əhalinin aşağı təbəqələri vəzifəli şəxslərin 

seçilməsinə və dövlət siyasətinin ümumi kursunun müəyyən edilməsinə tə-

sir göstərə bilərdilər. Nəhayət, məhkəmə iclaslarında iştirak etməklə, xırda 

sənətkarlar və tacirlər vəzifəli şəxslərin sui-istifadə hallarını təcrid edə bi-

lərdilər. Solonun dövründə dövlətçilik mədəniyyəti özündə ənənəvi mədəni 

qaydaları və adətlərlərinin gələcək Afina demokratiyasının yeni idarəetmə 

formaları ilə sintezini ifadə edirdi. Solonun islahatları kompromis xarakter 

daşıyırdı və heç bir sosial problemi həll etmirdi. Buna baxmayaraq zadəgan 

institutlarının rolu, polislərin qəbilə filalarına köhnə bölgüsü saxlansa da, 

Solonun bir sıra yeni qanunları qəbilə hüququnun əsaslarını sarsıtdı, sənət-

karlığın və ticarətin inkişafını stimullaşdırdı. Klisfenin dövründə siyasi isla-

hatlar, demokratik elementlərin inkişafına və siyasi sabitləşməyə imkan verən 

yeni inzibati bölgü hesabına davam etdi. Buna baxmayaraq ali inzibati or-

qan - şura islahat yolu ilə  dəyişdirildi. Klisfen islahatlarının  əhəmiyyətini 

qiymətləndirən Herodot, afinalıların farslar üzərindəki qələbəsini demokra-

tik ruhun təsiri ilə izah edirdi, çünki ordu tiran uğrunda deyil, öz vətəndaş-

larının azadlığı uğrunda döyüşməsi ilə ruhlanırdı.  

İdarəetmə mədəniyyətində dinə və etikaya mühüm əhəmiyyət verilirdi. 

Dövlətin siyasi quruluşundakı  dəyişikliklər köhnə  qəbilə  təşkilatına xas 

olan qanunçuluq, ədalətlik və  mənəviyyat prinsiplərinin itirilməsinə  səbəb 

oldu. Rasional təfəkkürün formalaşması ilə sıx bağlı olan, dinin və allahla-

rın missiyalarının yeni görmə imkanı yaranır. Əgər Olimpin Homer allahla-

rı mənəviyyat prinsiplərilə əlaqəli deyildilərsə, artıq Zelevkin hüquq kodek-

sində deyilirdi ki, allahlara qurbanlar deyil, yaxşılıq və ədalət əzmi gərəkdir. 

Məlum olduğu kimi, Yunanıstanda rasional təfəkkürün inkişafına, burada 

elmin və  fəlsəfənin dindən ayrılması prosesini sürətləndirən qapalı kahin 

kastasının və sabit dini ehkamların olmaması da səbəb olmuşdur.  

Cox güman ki, Qədim Yunanıstanda demokratik idarəetmə mədəniyyə-

tinin formalaşması proseslərinin başa düşülməsi üçün daha maraqlı dövr - 

Afinanın qədim yunan sivilizasiyası mərkəzinin olduğu klassik dövrdür. Bu 

dövrün yunan-İran müharibələrinə baxmayaraq, kontunental Yunanıstan 



Fuad Məmmədov

 

 

160



demokratik dövlətçilik inkişafında əhəmiyyətli nailiyyətlər əldə edə bilmiş-

di. B.e.ə. V əsrin əvvəllərində yaradılmış Afina ittifaqı Afina “arxesinə” - 

ilahə Afinanın şəhərinin hakimiyyəti altında polislər birliyinə çevrildi. B.e.ə. 

462-461-ci illərdə Afinada islahat keçirildi, ona uyğun olaraq, əsilzadə are-

opaqın (ali məhkəmənin) siyasi rolu Beşyüzlərin şurasına və gelieyə verildi. 

Areopaqın ixtiyarında yalnız kriminal və dini cinayətlərlə bağlı bir neçə 

məhkəmə funksiyası qaldı. B.e.ə. V əsrdə, Periklin hakimiyyəti dövründə 

Afina demokratiya mədəniyyəti əsaslarının formalaşdırılmasının ən yüksək 

tərəqqisinə nail oldu. Beşyüzlər  şurasının vasitəsi ilə dövlət idarəçiliyinə 

azad insanların ən yoxsul təbəqələri cəlb edilmişdi, şəhər əhalisinin orta tə-

bəqələri isə arxont vəzifəsinə seçilməyə imkan əldə etmişdilər. Bu dövrdə 

xalq yığıncaqlarında dövlətin taleyini müəyyən edən tacirlər, sənətkarlar və 

dənizçilər dövlət idarəçiliyində aparıcı mövqe tutmuşdular.  

Məlum olduğu kimi, Afina demokratiyası yalnız dövlət əhalisinin azlığı-

nı təşkil edən, tam hüquqlu Afina vətəndaşları sayılan, azad doğulmuş 20 

yaşdan yuxarı kişilərin demokratiyası idi. İcra hakimiyyəti – bütün dövlət 

qərarlarını qəbul edən xalq yığıncağı, məhz bu vətəndaşlardan formalaşırdı. 

Bütün vəzifəli şəxslərin funksiyasına yalnız, yığıncaqda ifadə olunmuş qa-

nunun və xalqın iradəsinin tələblərinin həyata keçirilməsi daxil idi. Arxont-

ların hakimiyyəti ailə və irsi hüququn gözlənilməsinə nəzarət, dini mahiy-

yətli funksiyaların yerinə yetirilməsi və  məhkəmə proseslərində  sədrliklə 

məhdudlaşırdı. Silahlı orduya rəhbərlik - seçilmiş 10 strateq (mahir sərkər-

də, komandan) tərəfindən həyata keçirilirdi. Vəzifəli adamların səlahiyyət-

lərinin məhdudluğu həm də onda ifadə olunurdu ki, başlarındakı mərsin ta-

cından başqa, onlar öz hakimiyyətlərinin heç bir nişanəsinə malik deyildilər. 

Vəzifədən sui-istifadəyə yol verməmək üçün eyni bir adamın ikinci dəfə 

həmin vəzifəyə seçilməsi qanunla qadağan edilirdi. Bu dövrün dövlət idarə-

çiliyi mədəniyyətinin ən başlıca xüsusiyyətlərindən biri - Xalq Yığıncağın-

da filaların proporsional nümayəndəliyində ifadə olunan idarəetmənin kol-

legiallığı idi. Beşyüzlər şurası dövlət həyatının ən mühüm məsələləri üzrə 

qərarlar qəbul edən Xalq yığıncağının müzakirəsinə çıxarılacaq qanun layi-

hələrini hazırlayırdı. O, həmçinin vəzifəli şəxslərin köməyi ilə icra orqanı 

rolunu həyata keçirirdi. Şuranın vəzifələrinə, həm də ictimai işlərin təşkili, 

dövlət maliyyəsi üzərində nəzarət, beynəlxalq münasibətlərin tənzimlənmə-

si, vətəndaşlığın verilməsi, daimi Afina ordusunun döyüş qabiliyyəti haq-

qında qayğısı da daxil idi. Beşyüzlərin  şurasına daxil olan filalar, dövləti 

növbə ilə, ilin müəyyən vaxtında, hər bir filadan 50 nümayəndə olmaqla – 

“printanlar” vasitəsi ilə idarə edirdilər.Vətəndaşların siyasi hüquqlarının 

əsasını “ekklesiyalarda” (yığıncaqlarda) ciddi şəkildə riayət edilən üç əsas 

prinsip təşkil edirdi: “iseqoriya” prinsipi – söz azadlığı, “isotimiya” prinsipi 



İdarəetmə mədəniyyəti 

 

161



– vəzifə tutmaqda bərabərlik və “isonomiya” prinsipi – qanun qarşısında 

bərabərlik. Təkhakimiyyətliliyin qurulması üçün öz nüfuzundan istfadə et-

məyə can atan tanınmış və mötəbər afinalılar demokratik ölkə üçün təhlü-

kəli elan olunurdular və yığıncaq tərəfindən sürgünə məhkum edilə bilərdi-

lər. Yığıncaqlarda danışmağı bacaran və xalqı bu və ya digər qanunu qəbul 

etməyə və ya qəbul etməməyə inandıra bilən istedadlı natiqlər – “demaqoq-

lar” böyük şöhrətə malik idilər. Onlardan ən məşhurları - Perikl, Kleon 

(b.e.ə.V əsr) və Demosfen (b.e.ə. IV əsr) idi.  

İdarəetmənin əsas vasitələri azad inkişaf və yaradıcı əmək üçün əlverişli 

şərait yaradılmasına istiqamətlənmiş hüquqi və etik sosial təsisatlar idi. De-

mokratik idarəetmə mədəniyyəti sayəsində, təqribən, b.e.ə. V əsrin ortala-

rından Afina cəmiyyətində “attik maarifçilik” adı almış  mədəni yüksəliş 

qeyd edilirdi. Cəmiyyətin demokratlaşması vətəndaş özünüdərkinin və şəx-

siyyətin hərtərəfli inkişafının formalaşdırılması üçün böyük imkanlar açan 

əlverişli mühit oldu. Öz demokratik institutlarının inkişaf etdirilməsi məq-

sədi ilə afinalılar cismani mədəniyyəti də, zadəganların imtiyazlarından bü-

tün vətəndaşlarının hüququna çevirdilər. Cismani mədəniyyətin inkişaf et-

dirilməsi məqsədi  şəxsiyyətin hərtərəfli inkişafı və yaxşı döyüşçülərin ha-

zırlanması idi. Afinada idman – insanın özünü idarə etməyə, düzgün oyun 

qaydalarına riayət etməyə, öz ruhunu yüksəltməyə öyrətmək vasitəsi kimi 

nəzərdən keçirilirdi. Bu dövrdə digər xalqlarda mədəni mübadilənin təsiri 

altında mədəniyyətlərin müqayisəli təhlili, bəzi dünyagörüşü müəyyənliklə-

rinin yenidən qiymətləndirilməsi, ənənəvi yunan dininə tənqidi münasibətin 

formalaşması baş verir, bunda Sokrat və sofistlər də mühüm rol oynayırdı-

lar. Qanunların və dövlət qaydalarının “allahların iradəsi ilə müqəddəsləşdi-

rilməsi” haqqındakı təsəvvürlərdən imtina edilməsi, vətəndaşların teokratik 

dünyagörüşündən dünyəvi dünyagörüşünə tədrici keçidinə səbəb oldu.  

Sofistlər təhsil sisteminə cəmiyyətin siyasiləşdirilməsi və dövlət idarəçi-

liyi vərdişlərinin inkişafında böyük rol oynayan yeni tədris fənni - ritorika-

nı daxil etdilər. İdarəetmə elminin vacib komponenti və demokratik idarəet-

mə üsulunun formalaşdırılması vasitəsi olan ritorika  xalq yığıncaqlarında 

kütlənin əhval-ruhiyyəsini idarə etmək, insanları inandırmaq bacarığını, in-

sanları bu və ya digər qərara meylləndirmək məharətini yetişdirirdi. Lakin 

ritorika yalnız zəngin insanlar üçün əlçatan idi. Yalnız imkanlı gənclər adi 

məktəb fənlərindən – oxu, yazı, hesab, musiqi və gimnastikadan əlavə, dü-

şünmək bacarığını, natiqlik istedadını, etika və fəlsəfəni, qədim ədəbi əsər-

lərin məzmununun tənqidi təhlili əsasında onların elmi izahını sofistlərdən 

pulunu ödəməklə öyrənə bilərdilər. Belə təhsilli insanlar vacib insan kapita-

lı olurdular, onlardan düzgün istifadə dövlətçiliyin demokratik mədəniyyə-

tinin inkişafına və  cəmiyyətin sosial həyatının demokratlaşmasına xidmət 


Fuad Məmmədov

 

 

162



edə bilərdi. Konservativ afinalıların müqavimətinə, həmçinin cahil və möv-

humatçı adamlar tərəfindən izlənmələrə və təqiblərə baxmayaraq, novator-

filosoflara – Sokrat, Anaksaqor, Demokrit və başqalarına, son hesabda, in-

sanların təfəkkürünü dəyişmək və aralarında – Platon, Ksenofont, Antisfen, 

Aristotel və qədim yunan mədəniyyətinin qürur obyektlərinin adı olan digər 

filosofların elmi elitasının formalaşdırılmasına imkan yaratmaq müyəssər 

oldu. Filosofların fəaliyyəti Yunanıstanda demokratik dövlətçilik və idarə-

etmə mədəniyyətinə böyük təsir göstərən intellektual və etik mədəniyyətin 

inkişafına səbəb oldu. Məsələn, universal yunan mütəfəkkiri, “gülən filo-

sof” Demokritin etik təlimi izah edirdi ki, ağlı əldə rəhbər tutaraq və xoş-

bəxtliyi dərk edərək, insan məmnun olur və ruhi sakitlik əldə edir. O yazır-

dı: “Demokratiyada yoxsulluq - şahların dövründəki rifahdan, azadlığın kö-

ləlikdən yaxşı olduğu qədər yaxşıdır”. Sofistlərdən fərqli olaraq, obyektiv 

həqiqətin mövcudluğuna inanan Sokrat hesab edirdi ki, yüksək və mütləq 

nemət - xeyirxahlıq, insanın həyat məqsədinə çevrilməlidir, çünki yalnız o, 

xoşbəxtliyə aparır. Xeyirxahlıq bilik tələb edir, onsuz xeyrin və şərin ma-

hiyyətinin dərk edilməsi mümkün deyil. Beləliklə, Sokrat, ləyaqətli həyata 

və rifaha nail olmanın şərti kimi biliyin və etikanın cəmi olan ruhi mədə-

niyyətin əsas mahiyyətini açıqladı. Bununla belə, alimlər və filosoflar döv-

lət idarəçiliyi sahəsində diqqəti peşəkar biliklərin zəruriliyinə yönəldirdilər. 

Belə ki, görünür, oliqarxiya dövlət quruluşuna rəğbət bəsləyən Sokrat, döv-

ləti idarə etmək bacarığını az sayda bilikli və ləyaqətli insanlar üçün müm-

kün olan “şahlıq məharəti” adlandırırdı.

15

 



Sofistlərin təbiətin sirləri və insanın inkişaf problemlərinin təhlili ilə bağlı 

intellektual fəaliyyəti mədəniyyətin inkişafına inqilabi təsir göstərdi, yunanla-

rın  ənənəvi təfəkkürünü dəyişdi. Protaqorun “Hər  şeyin meyarı insandır...” 

müddəasını yada salmaq kifayətdir. Protaqor tərəfindən ifadə edilmiş idrak nə-

zəriyyəsində nisbilik prinsipi düzgün, cəmiyyət üçün faydalı və həyatın tələblə-

rinə daha çox cavab verən qərarları seçmək bacarığının təkmilləşdirilməsinə 

imkan verirdi ki, bu da şübhəsiz, demokratik idarəetmə mədəniyyətinin inkişafı 

üçün mühüm əhəmiyyətə malik idi. Demokratik dünyagörüşünün formalaşdı-

rılmasına, Protaqor tərəfindən Abderadan olan yunanların dialektikaya - istəni-

lən əşyanın müxtəlif tərəflərdən (o cümlədən əks tərəfdən) nəzərdən keçirilmə-

si bacarığına öyrətməsi kömək etdi. Sözləri düzgün işlətmək, yığıncaqda və ya 

məhkəmədə dəlillər və sübutlar sistemini tərtib etmək vərdişləri və bacarıqları 

vətəndaşların inkişafı və ictimai həyatın demokratlaşması üçün geniş imkanlar 

                                                            

15

 Onun sözlərini yada salaq: “Əgər mən fleytanı düzəltdirmək istəyirəmsə, fleyta ustasının 



yanına gedirəm, gəmini təmir etdirmək istəyirəmsə, gəmiqayıranın yanına gedirəm, dövlətin 

düzəldilməsi üçün isə hər kəs özünü yararlı hesab edir”. 

 


İdarəetmə mədəniyyəti 

 

163



açırdı. Protaqorun sayəsində dövlətin və hüququn, allahların iradəsinin deyil

insanların arasında razılaşma nəticəsi kimi yeni, demokratik görmə imkanı ya-

randı. Əvvəllər ilahi qanun hesab edilən təbii və müqavilə hüququnun bir-birin-

dən fərqləndirilməsi onun dərkinə gətirib çıxardı ki, təbiət heç kəsi kölə yarat-

mayıb və insanlar bərabərdirlər, qul sahibliyi isə ədalətsizdir. Təbii hüquqa plü-

ralistik yanaşmadan çıxış edərək, bəziləri aristokratların imtiyazlarına qarşı 

mübarizənin mümkünlüyünü, digərləri - daha güclünün daha zəiflər üzərində 

hakimiyyət və hökmranlıq hüququnu əsaslandırırdılar.  

Yunanlara yeni idrak, təhlil və tənqid metodları verən, inqilabi təfəkkür 

daşıyıcıları olan sofistlər, qanunların və dövlətin ilahi mənşəyini şübhə altı-

na aldılar, dinin tarixi mənşəyini izah etməyə  cəhd etdilər. Öz tənqidi və 

təhlili təfəkkürünə görə Sokrat, Anaksaqor və Demokritə yaxın olan və in-

sanın davranış amillərini dərindən dərk etməsi ilə  fərqlənən, b.e.ə. V əsr 

Afina tarixçisi Fukidid iddia edirdi ki, tarix allahlar tərəfindən deyil, öz ma-

raqlarına uyğun hərəkət edən insanlar tərəfindən istiqamətləndirilir və  in-

sanların təbiəti  həmişə qanunlardan və müqavilələrdən daha güclü olur. 

Buna görə  də Fukidid belə bir nəticəyə  gəlir ki, cəmiyyətin qanunlarının 



dərk edilməsi üçün insanın təbiətini və onun təzahürlərini bilmək zəruridir. 

Bütövlükdə, yunan alimlərinin cəmiyyətin diaqnostikası və sosial terapiya-

sına yol açan elmi-fəlsəfi müşahidələri və təcrübəsi insan həyatının qanuna-

uyğunluqlarının düzgün başa düşülməsi, sosial harmoniyanın əldə edilməsi 

və dövlət idarəçiliyi texnologiyalarının təkmilləşdirilməsi üçün mühüm 

praktik əhəmiyyət daşıyırdı.  

Dövlətin daxilində sosial və siyasi mübarizə ilə, habelə yunan şəhər-

dövlətləri arasındakı müharibələrlə şərtlənən ənənəvi polis təşkilatının böh-

ranı, antik Yunanıstanda dövlətçilik və dövlət idarəçiliyi mədəniyyətinin 

təkmilləşdirilməsi zəruriliyini yaratdı. Yunanların sosial-siyasi həyatının 

mühüm amillərindən biri natiqlik sənəti idi. B.e.ə. 391-ci ildə Afinada so-

fistlərin  ənənələrinin davamçısı natiq İsokrat tərəfindən mütəmadi təlimli 

ilk ritorik məktəb açıldı. Məktəb siyasi hərəkatların başında durmağa və 

xalqı arxasınca aparmağa iqtidarlı olan, siyasi həyatın və psixologiyanın 

yaxşı bilicilərini hazırlayırdı. Məktəbdə insanların xarakterinin, siyasi həya-

ta təsir göstərmək, yunan hakimlərinə məsləhətlər hazırlamaq imkanı verən 

dövlət qanunlarının və natiqlik istedadı qaydalarının öyrənilməsi təşkil edil-

mişdi. Yunanıstanın intellektual elita nümayəndələri, üzərində yunan döv-

lətçiliyinin qurulmalı olduğu məntiqi və elmi prinsiplərə, hökmdarların 

keyfiyyətlərinə müəyyən diqqət ayırırdılar. Sokratın şagirdi, tarixçi Kseno-

font Afinalı özünün “Kiropediya” əsərində iran şahı Böyük Kiri monarxiya 

tipli ideal dövlət quruluşu yaradan və ölkəni və insanları bacarıqla idarə 

edən istedadlı hökmdar kimi xarakterizə etmişdir. O, idarəetmə üçün adam-


Fuad Məmmədov

 

 

164



ların püşk atmaqla sadə vətəndaşlar arasından seçildiyi deyil, “anadangəlmə 

hökmranlıq etmək hüququna və zəruri hakim istedadı və bacarıqlarına ma-

lik” aristokratların seçildiyi dövlətçilik mədəniyyətinin üstünlüyünü qeyd 

edirdi. Məlum olduğu kimi, Ksenofont qədim, hələ Likurq tərəfindən yara-

dılmış Spartanın aristokratiya qaydalarını dövlət quruluşunun idealı hesab 

edirdi. O hesab edirdi ki, dövlət iqtisadi həyata fəal müdaxilə etməlidir. Za-

dəganların pərəstiş etdikləri Sokratın təkzibedilməz dəlillərinə istinad edən 

Ksenofont, özünün “Gəlirlər haqqında”  əsərində, - düzgün təşkil olunmuş 

dövlət necə olmalıdır, vətəndaşların məişətini necə qurmaq və onların həyat 

rifahını necə təmin etməyin lazım olması haqqında tövsiyələr verir. Periklə 

qədərki Afinanın aristokratiya quruluşunun siyasi təbliğini aparan İsokratın 

əksinə olaraq, onun şagirdi, böyük natiq Demosfen demokratik Yunanısta-

nın və onun Makedoniyadan asılı olmamasının müdafiəsinə çıxdı.  

Görünür ki, antik dövlət idarəçiliyi elminin formalaşdırılmasına gör-

kəmli yunan alimləri Platon və Aristotel tərəfindən daha əhəmiyyətli töhvə 

verilmişdir. Platon Afinada ilk dəfə “Akademiya” - qəhrəman Akademin 

şərəfinə belə adlanan - fəlsəfə məktəbini yaratdı. O, fəlsəfi idealizm siste-

mini işləyib hazırladı ki, ona uyğun olaraq, insanın hissləri ilə qavranılan 

dünya, – bütün şeylərin hissən duyulmaz, dəyişməz, təkcə filosofun təfək-

kürü ilə dərk olunan obrazların - sərbəst surətdə mövcud olan real “ideya-

lar” dünyasının yalnız zəif inikasıdır. Əsası bu konsepsiya üzərində qoyul-

muş Platon Akademiyası Aralıq dənizinin hər tərəfindən alimləri özünə 

cəlb edirdi və təqribən 900 il - b.e. VI əsrinə qədər mövcud oldu. Demokri-

tin mexanistik materializminin əksinə olaraq, Platon idealizminin etik siste-

mi insan həyatını rifah və xeyirxahlıq anlayışları baxımından nəzərdən ke-

çirərək, dünyanı  şüurlu başlanğıc tərəfindən nizamlanmış, ruhlandırılmış 

(ruh verilmiş) təsəvvür edirdi. Platon etikası onun qəlbin üç tərkib hissəsi: 

ağıl, iradə və hiss haqqında təliminə əsaslanır ki, buna da üç məziyyət uy-

ğun gəlir: ağıl - müdrikliyin əsası kimi; iradə - mətinliyin əsası kimi; hissiy-

yatı cilovlama – ağılın və ya özünü ələ almanın

16 

əsası kimi. Bu məziyyətlə-



rin harmonik birləşməsi dördüncünü - ədaləti yaradır.  

Bu dövrdə Afina demokratiyası, idarəetmənin təlim görməmiş və qabi-

liyyəti olmayan adamlar tərəfindən həyata keçirildiyi dövlət quruluşunu 

ağılsız hesab edən aristokratların tənqidinə məruz qaldı. Aristokratlar hesab 

edirdilər ki, belə rejimdə böyük azadlığa malik avam xalq gah cahillərin rə-

yinə, gah qara camaata yaltaqlanmağı və ya onları pulla ələ almağı bacaran 

mənfəətgüdən demaqoqların rəyinə qulaq asaraq, dövlət işlərini kortəbii 

                                                            

16

 Ola bilsin, Azərbaycan dilində “mənəvi mədəniyyət” kimi öz əksini tapan, ağıl haqqında 



qəlbin komponenti kimi yayılan təəsəvvür ənənəsi başlanğıcını buradan götürüb. 

İdarəetmə mədəniyyəti 

 

165



həll edir. Belə dövlət mükəmməl deyil, çünki burada hər kəs ümumi fayda 

haqqında deyil, şəxsi mənfəət barədə düşünür və “heç kəs idarəetmə elminə 

yiyələnməyə can atmır”. Zamanın tələblərinə cavab verərək, Platon ideal 

dövlətin utopik konsepsiyasını hazırladı. O, xalq hakimiyyətinə deyil, müx-

təlif sosial qrupların maraqlarının razılaşdırılması  və  bərabər tabeliyi ilə 

şərtlənən “ədalətə”  əsaslanmanı  nəzərdə tuturdu. Filosofların idarə etməli 

olacaqları bu dövlətin iqtisadi əsası əkinçilikdən gələn gəlir ola bilərdi; o öz 

dövlət sistemindən ticarətin və pul tədavülünün çıxarılmasını nəzərdə tutur-

du. Cəmiyyətin sosial strukturu üç təbəqə ilə  təqdim olunurdu: filosoflar, 

intizamı təmin edən hərbi-keşikçilər, hərəsi öz funksiyalarını yerinə yetirən 

əkinçilər və sənətkarlar. Dövlətin ədalətli idarəsi filosof hökmdarların müd-

rikliyi ilə təmin edilməli idi. Belə dövlətdə filosoflar və keşikçilər ayrı-ayrı 

bərabərhüquqlu qruplarla yaşayırlar və ümumi əmlaka malikdirlər, çünki 

ailə kimi şəxsi mülkiyyət də eqoizm doğurur və ümumi işə  zərər yetirir. 

Buna görə də uşaqları ailə deyil, Likurqun dövründə Spartada qəbul edildi-

yi kimi, dövlət tərbiyə edir. Belə dövlətin məqsədinin elmlərin, xüsusilə də, 

fəlsəfənin inkişafı sayəsində  əldə edilən mənəvi kamillik haqqında qayğı 

olduğu bildirilirdi. Dövlət idarəçiliyi iqtisadiyyatın, incəsənətin, hərbi işin, 

gənclərin təlim və tərbiyəsinin inkişaf proseslərinin düşünülmüş təşkilini və 

dəqiq nizamlanmasını nəzərdə tuturdu. Bununla bərabər Platonun konsepsi-

yası Yunanıstanın aristokratiya və ya monarxiya quruluşu  ənənələrinə qa-

yıtmasını nəzərdə tuturdu ki, bu da azad vətəndaşların əksəriyyətinin öz si-

yasi hüquqlarından məhrum olmalarına səbəb ola bilərdi.  

Platon Akademiyasından gəlmə, onun çox böyük şagirdlərindən biri - 

Aristotel idi. Antik dünyanın universal biliklər sisteminin yaradılmasındakı 

böyük xidmət, yüksək mədəniyyət daşıyıcısı olan Aristotelə məxsusdur. Öz 

dövrünün fəlsəfi biliklərinin sistemləşdirilməsi nəticəsində Aristotel fəlsə-

fəni riyaziyyat, fizika, metafizikanı da ona əlavə etməklə - nəzəri, və etika-

nı, siyasəti, ritorika, iqtisadiyyat və poetikanı aid etdiyi - praktik fəlsəfəyə 

ayırdı. Aristotelin hazırladığı elmi təfəkkürün qanunları və qaydaları, tədqi-

qatlar və  dəlillər metodları, məntiqin müstəqil elm kimi ayrılması, nəzəri 

anlayışların və incəsənətlərin ümumi təsnifatı, heyvanların mənşəyi haqqın-

da təlim - dünya mədəniyyəti xəzinəsinə daxil olmuş və dünya xalqlarının 

çoxunun varına çevrilmiş antik Yunan ruhi mədəniyyətinin böyük elmi irsi-

nin yalnız bir hissəsidir. Platonun idealizm sistemində ümidi boşa çıxan 

Aristotel, Likey adlandırılan (Apollon Likeylinin şərəfinə) “peripatetik” - 

yeni elmi məktəbin əsasını qoydu. Platonun əksinə olaraq, Aristotel, “ideya-

ların” müstəqil mövcudluğunu inkar edirdi və empirik dərk olunan “şeylə-

rin” reallığını təsdiq edirdi. O, ideya (onun terminologiyasına görə, forma) 

və  əşyanın ayrılmazlığına, biliklərin hisslərdən  əmələ  gəlməsinə inanırdı. 



Fuad Məmmədov

 

 

166



Aristotelə görə imkan hərəkət sayəsində gerçəkliyə çevrilir: ideya (forma) 

maddiləşir, materiya formalaşır. Hərəkəti bilməmək təbiəti bilməməklə nə-

ticələnir. Təmiz, yəni materiyadan ideya ilə ayrılan - (bütün şeylərin forma-

sı) fikirdir, şüurdur. “Öz-özünü düşünən”  şüur – allahdır. Allah – tək və 

əbədi olan, hərəkətsiz təkanverici qüvvə rolunu oynayır. Aristotelin entele-

xiya (“bütün formaların forması”) haqqında təlimi bütün varlıqların başlan-

ğıc məqsədəuyğunluğunun etirafına əsaslanır. Ona uyğun olaraq, bütün ha-

disələrin son səbəbi və eyni zamanda onların məqsədi “ilk təkanverici qüv-

və” – hərəkətsiz, dəyişməz, mükəmməl, materiya ilə bağlı olmayan Dünyə-

vi Şüurdur. Maddi dünyanın dərk edilməsinin mümkünlüyü haqqında danı-

şarkən, Aristotel qeyd edir ki, ümuminin ayrı-ayrı  şeylərdə  dərk edilməsi 

təfəkkür sayəsində, empirik duygulara əsaslanan nəzəri anlayışların köməyi 

ilə əldə edilir. Xoşbəxtliyə nail olma ilə bağlı Aristotelin ideal dövlət quru-

luşu konsepsiyası düşünülmüş yanaşma və realizmi ilə fərqlənir. Xoşbəxtlik 

- insanın bütün səylərinin məqsədidir. Xoşbəxtliyə aparan yol - xeyirxahlı-

ğa əməl etməkdən ibarət olan şüurlu fəaliyyətdən keçir. Yaxşılıq – ifratlar 

arasında orta vəziyyətdir. Onun dövlətçilik modelinin əsasını qədim dünya-

da mövcud olan hakimiyyət formalarının və onların həyata keçirildiyi 

konkret tarixi şəraitlərin ciddi təhlili təşkil edirdi. Özünün məşhur “Siyasət” 

elmi əsərində alim yunan dövlətlərinin hakimiyyət formalarını və qanunla-

rını tənqid etmişdir. Onun tərəfindən dünyanın 158 dövlətinin siyasi təşkilat 

tipləri tədqiq edilmişdir ki, onların müqayisəli təhlili əsasında alim, aristok-

ratik, müstəbid və demokratik quruluşdan azad, dövlət quruluşunun ən yax-

şı forması kimi “politiyanı” - orta qızıl həddi təklif etmişdir.  

Uzunsürən müharibələr nəticəsində yaranan böhranla şərtlənən, torpaq 

mülkiyyətinin, sənətin və ticarətin azsaylı varlı təbəqənin əlində cəmləşmə-

si, istehsalatda əməyin bölünməsi, uzunmüddətli müharibələr nəticəsində 

yaranan böhran b.e.ə. V əsrin sonu - IV əsrin birinci yarısında azad vətən-

daşlar arasında artan sosial təbəqələşməyə  səbəb oldu. B.e.ə. IV əsrin so-

nunda tarixin səhnəsində yeni fəaliyyət göstərən sima – Makedoniya mey-

dana çıxdı. Bacarıqlı hökmdar kimi şöhrət qazanmış II Filippin, İskəndərin 

atasının dövründə, Makedoniya - öz siyasi və ictimai qaydalarına görə arxa-

ik, güclü iqtisadi əsasını Frakiyadakı qızıl mədənlərinin təşkil etdiyi yarım-

barbar ölkə idi. II Filippə, Fars dövlətinə qarşı onun tərəfindən formal ola-

raq yaradılmış yunan şəhər-dövlətlərinin Korinf ittifaqının köməyi ilə Yu-

nanıstanda öz hegemonluğunu təsdiqləmək müyəssər oldu. Bu dövrdə de-

mokratik idarə etməyə düşmən münasibətində olan aristokratiya, II Filipp 

Makedoniyalını öz siyasi mövqelərinin və bütün Yunanıstanın sabitliyinin 

siyasi dayağı kimi görərək, ümidlə nəzərlərini ona yönəltdilər. Məlum oldu-

ğu kimi, Yunanıstan, Makedoniya və Fars dövlətini özündə birləşdirən 



İdarəetmə mədəniyyəti 

 

167



ümumdünya monarxiyası yaratmağa can atan Makedoniyalı İsgəndərin ölü-

mündən və iyirmi illik daxili müharibələrdən sonra İsgəndərin sərkərdələri 

b.e.ə. IV-III əsrlərin hüdudunda, onun keçmiş imperiyasının  ərazisində öz 

padşahlıqlarının əsasını qoydular. Bu, Ptolemeylərin – Misirdəki, Selevki-

lərin – Suriyadakı, Antiqonidlərin – Makedoniya və Yunanıstandakı elli-

nizm şahlıqları, Frakiyada və Kiçik Asiyanın şimal hissəsində özünüidarəni 

saxlayan Lisimax dövlətləri idi. Yunanıstanın siyasi müstəqilliyinin itiril-

məsi dövlətçiliyin və siyasi quruluşun polis formasının mövcudluğuna son 

qoydu.  Şəhər-dövlətlər yerli özünüidarə vahidlərinə çevrildilər. Ellin dün-

yasının mərkəzləri yeni ellinizm şahlıqlarının mərkəzləri oldu. Bu dövrdə 

yeni,  şərq elementlərini mənimsəyən yunan mədəniyyəti kosmopolit ellin 

mədəniyyətinə çevrilirdi. B.e.ə. III əsrdə Misirdəki  İsgəndəriyyə, b.e.ə. II 

əsrdə isə Perqam da mədəni fəaliyyət mərkəzi oldu. Ellin dünyasında yara-

nan elmi müəssisələrin örnəyi Aristotelin məktəbi idi. III əsrin  əvvəlində 

Aristotelin  şagirdi Demetri Falerskinin təklifi ilə Ptolemey Soter İsgəndə-

riyyədə Museyonun (muzalar məbədi) – antik dünyada altı yüz il mövcud 

olmuş,  ən iri elmi-təhsil mərkəzinin  əsasını qoydu. Museyonun tərkibinə: 

alimlərin yığıncağı üçün çox geniş iclas zalı, unikal kitabxana, nəbatat bağı, 

zoopark, astronomiya rəsədxanaları, cərrahiyyə laboratoriyaları daxil idi. 

Museyonun tərkibində  fəaliyyət göstərən kitabxanada 100-dən 700 minə 

qədər əl yazması kitabları sayılırdı. Burada alimlərin işi üçün çox gözəl şə-

rait, həmçinin onlara verilən təqaüdlər bir çox təhsil almış yunanları, fizika, 

riyaziyyat, astronomiya, tarix, coğrafiya, filologiya sahəsindəki mütəxəssis-

ləri İsgəndəriyyəyə cəlb edirdi.  

Bu dövrdə Afina elm, təhsil, incəsənət mərkəzi kimi öz əhəmiyyətini 

saxlamışdı. Mədəni həyatda özünün natiqlik məktəbi, həkimlərin “Kos 

məktəbi”, yerli heykəltəraşlıq məktəbi ilə məşhur olan Rodos adası da mü-

hüm rol oynayırdı. Lakin ellinizm dövründəki demokratik dövlətçilik mək-

təbi həmişəlik itirilmişdi. Yerli əhalinin sosial idarə edilməsinin başlıca 

mənbəyi din oldu ki, onun vasitəsi ilə ellin hökmdarları xalqın psixologiya-

sına və şüuruna təsir göstərirdilər. Avtoritar idarəetmə üslubuna görə ellin 

dövlətlərinin hökmdarları şərq müstəbid ölkələrinin şahlarını xatırladırdılar. 

Makedoniyalı İskəndərin artıq özü üçün ilahi ehtiram müəyyən etməsini xa-

tırlamaq kifayətdir. “Proskünesis” yeniliyinə görə rəiyyətlər öz hökmdarla-

rının qarşısında səcdə etməli idilər. Ellinistik Misirdə Ptolemey II Filadelf 

ailə sitayişi və öz şəxsi adamlarının ilahiləşdirilməsini tətbiq etməklə, istila 

edilmiş ölkə üzərində ptolemeylər sülaləsinin hakimiyyətinə dini sanksiya 

verməyə can atırdı. III Ptolemey və onun həyat yoldaşı Berenika da özlərini 

“Allahlar-xeyirxahlar” elan etmişdilər.  Şərq ayinlərinin təşviqi siyasətini 

yeridərək, selevkilər özlərini Babilistan və digər dövlətlərin qədim hökm-



Fuad Məmmədov

 

 

168



ranlarının qanuni varisləri kimi təqdim edirdilər. Yunan filosoflarının siyasi 

əsərlərində  şöhrətləndirilmiş Selevkilər dövlətində  şah hakimiyyəti hökm-

darların sitayişinə  əsaslanırdı. Onlardan biri olan Antiox özünə “Teos” 

(“Allah”) ləqəbini götürmüşdü. Ellin dövlətlərində yerli əhalinin geniş küt-

lələrini idarə edən yunan-makedon əyanlarının imtiyazlı mövqeyi, onlar tə-

rəfindən müəyyən edilmiş vergi yükü insanların sosial etirazını artırırdı. 

İnsanın dəyər meyarı - mənşəyi və etiqadı deyil, zənginliyi, sosial vəziyyəti 

və təhsili idi.  

Ellinizm dövründə insanların əqli əhvalına və idarə olunmalarına o za-

man mövcud olan yunan fəlsəfə  məktəbləri müəyyən təsir göstərirdi. Bu 

dövr qarışıqlıq, şəxsi və sosial sabitsizlik, sabaha inamsızlıq və insanın xoş-

bəxtlik yollarının axtarışı dövrü oldu. Həyatın bir çox suallarına b.e.ə. III 

əsrin - stoik, epikür və skeptik fəlsəfə məktəbləri cavab verməyə çalışırdılar. 

Stoiklərin idealının sosial-etik əsasını insanların yüksək rifahı və bərabərli-

yi kimi, xeyirxahlığın etik ideyaları təşkil edirdi. Stoiklər şüurlu başlanğıc-

lara əsaslanan polietnik “dünyəvi dövlət” modelini yaratmışdılar. Belə döv-

lətdə hər şey hər kəsin özünün, doğmalarının, yoldaşlarının, vətənin və bü-

tün bəşəriyyətin qarşısında mənəvi borcunun dərk edilməsinə əsaslanır. Tə-

biəti loqos (əzəli qüvvə) tərəfindən nizamlanmış ilahi və  şüurlu başlanğıc 

kimi qavrayaraq, stoiklər insanları təbiət qanunlarını gözləməyə, xeyirxah-

lığa və xoşbəxtliyə nail olmaq üçün - “apateyə” - sərvətə, fiziki gözəlliyə, 

sosial mövqeyə və hətta sağlamlığa qarşı qərəzsiz olmağa çağırırdılar. Sto-

iklərdən fərqli olaraq, xoşbəxtliyi mükafat kimi qəbul edən epikürçülər xe-

yirxahlığı xoşbəxtliyə nail olmaq vasitəsi kimi görürdülər. Xoşbəxtliyi izti-

rabların olmaması kimi dərk edərək, onlar aktiv həyatı – xəyalpərəst həyat 

idealı ilə müqayisə edirdilər. Epikürçülər insan tələbatlarının məhdudlaşdı-

rılmasına çağırır və güman edirdilər ki, “kimin tələbatı azdırsa, onun həzzi 

çoxdur”. Bununla yanaşı onlar ən yüksək ruhi zövq olan məhəbbət ayininə 

etiqad edirdilər. Epikürçülərin - allahların insanların həyatına qarışmadığını 

fərz edən təlimi - allah qarşısındakı qorxunu, həmçinin hissiz vəziyyət olan 

ölüm qarşısındakı qorxunu dəf etməyə imkan verdi. Skeptik məktəb fəlsə-

fəsinin əsasını dərkedilməzlik ideyası təşkil edirdi. Skeptiklər güman edir-

dilər ki, gerçək mülahizələr olmur, onlar yalnız həqiqətə uyğun, az və ya 

çox həqiqi ola bilərlər. Bunu nəzərə alaraq skeptiklər mülahizələrdən çəkin-

məyə çağırırdılar, çünki bu - sakitlik, şübhələrdən azad olma, kədərə və se-

vinclərə qarşı biganəlik verir. 

Ellin dünyasında xeyli inkişaf etmiş dəqiq və təbiət elmləri müəyyən də-

rəcədə dövlətçiliyə xidmət edirdi. Ən görkəmli alimlərin, mühəndis-mexa-

niklərin və həkimlərin yaradıcılıq fəaliyyətləri bu dövrə aiddir. Onların ara-

sında: Herakteydən – Feofrast, Heraklit, Lampsakdan - Straton, Evklid, 


İdarəetmə mədəniyyəti 

 

169



Arximed, Perqadan - Apolloni, Strabon, Meqalopoldan - Polibi, Aristarx 

Samosski, Kirendən - Eratosfen, mühəndislər: Diadet, Ktesibi, Filon, İskən-

dəriyyəli Heron, həkimlər: Halkedondan - Herofil, Erasistrat Keosski var-

dir. Belə ki, Evklidin “Həndəsənin başlanğıcı”  əsəri yüz illər  ərzində bir 

çox ölkələrdə  həndəsə üzrə mütləq dərs vəsaiti idi. Görkəmli yunan alimi 

Arximedin yaradıcılıq fəaliyyəti son dərəcə  səmərəliliyi ilə  fərqlənirdi. 

Onun tərəfindən müxtəlif həndəsi fiqur və cisimlərin səthinin sahəsi və həc-

minin təyin edilməsinin yeni metodları işlənib hazırlanmış, çevrənin uzun-

luğunun hesablanması düsturu təklif edilmiş, hidrostatika və nəzəri mexani-

kanın təməli qoyulmuş, planetari, suqaldırıcı maşın, atıcı döyüş topları və s. 

düzəldilmişdir. Məşhur “Coğrafiya”  əsərinin müəllifi Strabonun fikrincə, 

coğrafiya – hökmdarlara və  sərkərdələrə xidmət etmək kimi mühüm praktik 

funksiyanı yerinə yetirməlidir. Coğrafi biliklərin inkişafı astronomiya ilə  sıx 

bağlı idi. İsgəndəriyyəli alim-astronom Aristarx Samosski, onu elmi sübut-

suzluqda və allahsızlıqda günahlandıran elmi mühitin sərt müqavimətinə 

baxmayaraq, Kopernikdən 1800 il əvvəl Yerin və digər planetlərin Günəşin 

ətrafında dövr etməsi barədə fərziyyə irəli sürmüşdü. Həm də istedadlı mü-

həndislər və konstruktorlar olan ellin dövrünün alimləri tərəfindən su dəyir-

manı, müdafiə maşınları - katapultlar (daş atan alətlər), petrabollar, “aeroto-

ton” (pnevmatik təsirli atıcı əl qumbarası), su saatı, nasoslar, hidravlik or-

qan, yanğın nasosu, su turbinləri, buxar turbinlərinin prototipi, uzağıölçən, 

nivelirlər, mexaniki oyuncaqlar, avtomatlar və konstruksiyalar ixtira edil-

mişdir. B.e.ə. III əsrdə kitabxana işinin praktik ehtiyaclarından yeni elm - 

filologiya əmələ gəldi. B.e.ə. II əsrin görkəmli tarixçisi Meqalopoldan olan 

Polibi idi. Onun xidmətləri, alimin, (müasirlərinin etdiyi kimi) tarixi əyləndi-

rici-hekayə təsviri kimi deyil, dövlət idarəçiliyində nəzəri əhəmiyyətə malik 

olan, cəmiyyətin inkişaf qanunlarını və gələcəyi görməni başa düşməyi öyrə-

dən praktik faydalı elm kimi nəzərdən keçirməsindən ibarət idi.  

İnsanların taleləri əsas etibarilə insanın davranışına və sosial münasibət-

lərin nizamlanmasına təsir edən insan qəlbinin qarşısıalınmaz istəkləri ilə 

müəyyənləşdirilirdi. İncəsənət cəmiyyətdə innovativ ideyaların və elmi nai-

liyyətlərin yayılmasına yardım edən güçlü maarifçi, etik və didaktik vasitə 

idi. Doğulan Afina demokratiyasının ideyaları, Esxilin, Sofoklun, Evripidin 

və digər görkəmli yunan şairlərinin bədii sənətinin böyük gücü sayəsində 

xalq içərisində təsdiqlənir və yayılırdı.  

     


Yüklə 6 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin