AZƏrbaycan respublikasinin prezidenti yaninda döVLƏT İdarəÇİLİk akademiyasi



Yüklə 6 Mb.
Pdf просмотр
səhifə1/53
tarix16.02.2017
ölçüsü6 Mb.
  1   2   3   4   5   6   7   8   9   ...   53

İdarəetmə mədəniyyəti 

 

1



  AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ YANINDA  

DÖVLƏT İDARƏÇİLİK AKADEMİYASI 

           “SİMURQ” AZƏRBAYCAN MƏDƏNİYYƏT ASSOSİASİYASI 

 

 Fuad Məmmədov  

 

 İdarəetmə             



mədəniyyəti 

X a r i c i  ö l k ə l ə r i n  t ə c r ü b ə s i 

İKİNCİ, TAMAMLANMIŞ NƏŞR 

          DƏRS VƏSAİTİ 

 

 Monoqrafiya Azərbaycan Respublikası Təhsil Nazirliyinin  

əmri ilə dərs vəsaiti kimi təsdiq edilmişdir 

(20 noyabr 2012-ci il, 2090 saylı) 

 

 

 

 

 

 

 

Bakı – 2013 

Fuad Məmmədov

 

 

2



Elmi redaktor və ön söz müəllifi: akademik Fuad Qasımzadə 

 

Elmi resenzentlər: 

 

 “Vətəndaş  cəmiyyəti və sosial kommunikasiyalar” Elmi-Təhsil Mər-

kəzinin direktoru, Rusiya Federasiyası Prezidenti yanında Rusiya Xalq 

Təsərrüfatı  və Dövlət Qulluğu  Аkademiyasının YUNESKO kafedrasının 

professoru, fəlsəfə elmləri doktoru, professor Olqa Astafyeva, professor 

Nəriman Həsənzadə, tarix elmləri doktoru Musa Quliyev, tarix sahəsin-

də fəlsəfə doktoru, dosent Firdovsiyyə Əhmədova, tarix sahəsində fəlsə-

fə doktoru, dosent Tahir Behbudov  

 

Tərcüməçi və redaktor: 

Şəlalə Kəsəmənli 

 

F.T. Məmmədov. “

İDARƏETMƏ MƏDƏNİYYƏTİ  

Xarici ölkələrin təcrübəsi” – Bakı, “Apostrof” Çap Evi. 2013. 672 səh. 

  

Kitab müəllif tərəfindən idarəetmə mədəniyyəti və dövlətçilik mədəniyyəti sahə-

sində öyrənilən xarici ölkələrin tarixi-nəzəri təcrübəsini oxucuya ötürmək, milli inki-

şafda hansı texnologiyalar, yanaşmalar və metodların gözlənilən inkişaf nəticələrinə 

nail olmaqda daha səmərəli ola biləcəyini göstərmək məqsədini daşıyır. Burada mü-

əllif tərəfindən işlənib hazırlanmış “kulturologiya piramidası” universal metodu ef-

fektiv milli və qlobal idarəçilikdə istifadə edilə bilər, öz həyat fəaliyyəti və özünüida-

rə mədəniyyətinin təkmilləşdirilməsində maraqlı olan hər bir insana kömək edə bilər.  

Kitab tələbələr, müdavimlər və Azərbaycan Respublikasının Prezidenti yanında 

Dövlət  İdarəçilik Akademiyasında ikinci təhsil alan mütəxəssislər, həmçinin müəl-

limlər, alimlər, siyasətçilər, məmurlar, menecerlər, dövlət müəssisələri, biznes struk-

turlar, bələdiyyələr və qeyri-hökumət təşkilatları  rəhbərləri, respublikanın gənclər, 

qadınlar və yaradıcı  təşkilatlarının liderləri üçün nəzərdə tutulmuşdur. Kulturoloji 

biliklərin əhəmiyyətli dərəcədə geniş sahəsini nəzərə alaraq o, “mədəni həyat və fəa-

liyyət kitabı” kimi, orta məktəblər, gimnaziyalar və liseylərin yuxarı sinif şagirdləri, 

geniş oxucu kütləsi, müxtəlif ölkələrin və xalqların vətəndaşları üçün şəxsiyyətin tək-

milləşdirilməsində əldə rəhbər tutula bilər.   

 

İSBN 978-9952-484-12-0 



 

 © Fuad Məmmədov. 2013 

 © “Apostrof” Çap Evi. 2013 

 

 


İdarəetmə mədəniyyəti 

 

3



 

Effektiv innovativ idarəetmə modellərinin 

qurulması üçün 

“KULTUROLOGİYA PİRAMİDASI” 

UNİVERSAL METODU 

 

 

 

 

 

 

 

 

 

 

 

Üçüncü 

Səviyyə 

İkinci 

Səviyyə

Yaratma 

Dərk etmə 

Öyrənmə 

Birinci 

Səviyyə 

Fuad Məmmədov

 

 

4



         

                                                    Mədəniyyət dünyanı  xilas edəcək! 

 

    Milli və beynəlxalq idarəetmə üçün kulturologiyanın strateji əhəmiyyəti  

 onunla şərtlənir ki, o:  

 

  Fərdi, sosial, dövlət və beynəlxalq inkişafın strateji və taktik məq-

sədləri, istiqamətləri və prioritetlərini formalaşdırmağa və  təkmil-

ləşdirməyə;  

  Cəmiyyətin və dövlətin həyat fəaliyyətinin müxtəlif istiqamətləri-

nin effektiv koordinasiyasını təmin etməyə; 

  Тarixi təcrübə və dünya sivilizasiyası proseslərinin komporativ təh-

lili əsasında, milli dövlətlərin qabaqlayıcı inkişaf templərini,  əmə-

yin və istehsal məhsulunun yüksək keyfiyyətini təmin edən, onların 

rəqabət qabiliyyətli inkişaf modellərini və texnologiyalarını yarat-

mağa;  

  Cəmiyyətin və dövlətin həyat fəaliyyətinin müxtəlif sahələrində, dün-



ya elminin ən yeni nailiyyətlərindən, onların aktuallığının zaman çərçi-

vəsini nəzərə almaqla, istifadə proqramlarını, həmçinin elmi əsaslandı-

rılmış proqnozlar və gələcək inkişaf konstruksiyalarını işləyib hazırla-

mağa;  


  Dövlət quruculuğu və idarəçiliyinin müxtəlif sahələri üçün univer-

sal kulturoloji biliklərə malik yüksək ixtisaslı mütəxəssislərin və el-

mi kadrların hazırlanması, yenidən hazırlanması və tərbiyə edilmə-

sini, həmçinin  əhalinin müxtəlif kateqoriyalarının kulturoloji ma-

arifləndirilməsini həyata keçirməyə;  

  Мədəniyyətin və maraqların harmonizasiyası əsasında sivilizasiya-

ların məhsuldar dialoquna və müxtəlif ictimai-siyasi quruluşlu döv-

lətlərin beynəlxalq əməkdaşlığına yardım etməyə  



daha yaxşı tərzdə imkan verir. 

 

 



 

 

 

 

İdarəetmə mədəniyyəti 

 

5



 

Babam Şirin bəy Kəsəmənskiyə 

  

 

 

 

 

 

 

 ithaf edirəm  

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

       

 

 

 

 

 

 

 

 

Şirin bəy Kəsəmənski ( 17 oktyabr 1887- 4 fevral 1920 ) – Azər-

baycan hərbi xadimi, Birinci Dünya müharibəsi iştirakçısı, Azər-

baycan Demokratik Respublikası ordusunun polkovniki 

Şirin bəyin həyat yoldaşı Qeysər xanım Kaşıyeva ( 7 iyun 1893 –  

17 aprel 1972 ) – rəssamlıq təhsili almış ilk azərbaycanlı qadın 

 

 

 

Fuad Məmmədov

 

 

6



 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

İdarəetmə mədəniyyəti 

 

7



MÜNDƏRİCAT 

 

Ön söz........................................................................................................ 

Müəllifdən................................................................................................... 

Minnətdarlıqlar........................................................................................ 

Kitab haqqında rəylər........................................................................ 

 

I HİSSƏ. Kulturologiya - XXI əsrin hakim elmi paradiqması və 

idarəetmə mədəniyyətinin elmi əsası kimi 

 

Ruhi mədəniyyətin dəyəri və intellektual mədəniyyətin xüsusi missiyası 

haqqında. Kulturologiyanın strateji əhəmiyyəti haqqında. Demokratik dövlətçilik 

mədəniyyəti haqqında. Milli və beynəlxalq idarəetmə mədəniyyəti haqqında. Qərb 

ölkələrində idarəetmə mədəniyyəti haqqında. Müəllifin kulturoloji idarəetmə mode-

li haqqında. Milli idarəetmə mədəniyyətinin təkmilləşdirilməsi üzrə müəllifin tövsi-

yələri ............................................................................................................. 

  

II HİSSƏ. Bir sıra Şərq və Qərb ölkələrinin dövlətcilik və 

dövlət idarəçiliyinin tarixi və nəzəriyyəsinə kulturoloji baxış 

 

Dövlətçilik və dövlət idarəçiliyi mədəniyyətinin tarixi və nəzəriyyəsindən. 

Dövlətçiliyin iki tarixi forması haqqında. Bəşəriyyətin ilk sivilizasiyalarında döv-

lətçilik mədəniyyəti tarixindən.  Şumer-Mesopotamiya sivilizasiyası. Kiçik Asiya

Aralıq dənizi,  Ərəbistan, Yaxın və Orta Şərq dövlətləri. Türkiyə. Qədim Misir. 

Mərkəzi Asiya. Qədim Hindistan. Qədim Çin və Qədim Koreya. Qədim Yunanıstan. 

Qədim Roma. Yaponiya. Məhəmməd Nəsirəddin Tusi cəmiyyəti və dövləti idarəet-

mə mədəniyyəti haqqında. Jan Jak Russo dövlət idarəçiliyi haqqında. M.F. Axund- 

zadənin ictimai tərəqqiyə, insan münasibətləri mədəniyyəti və idarəetmə mədəniy-

yətinə baxışları ....................................................................................... 

 

III HİSSƏ. Kulturologiya - idarəetmə mədəniyyətinin mahiyyəti və  

 xüsusiyyətlərinin dərk edilməsinə, şəxsiyyət və liderlərin formalaşdırılmasına, 

dövlətçilik mədəniyyəti və strateji idarəetmənin təkmilləşdirilməsinə metodo-

loji açar kimi 

 

Fəsil 1. Mədəniyyət və kulturologiya anlayışları. Kulturologiya - insanın həyat 

fəaliyyətinin inkişaf qanunları, texnologiyaları və imkanları haqqında elm  

kimi ....................................................................................................................  

Fəsil 2. Mədəniyyət, kulturologiya, idarəetmə mədəniyyəti və sosial-mədəni si-

yasət anlayışlarına müəllifin yanaşmaları. Metodologiya və metodlar..............  

Fəsil 3. Mədəniyyət və sivilizasiya ...................................................................... 

Fəsil 4. Etik, hüquqi və siyasi mədəniyyət ........................................................ 

Fəsil 5. Demokratiya və vətəndaş cəmiyyəti mədəniyyəti .............................. 

Fəsil 6. İnsan münasibətləri mədəniyyəti - mühüm milli idarəetmə  

Fuad Məmmədov

 

 

8



mənbəyi kimi ....................................................................................................... 

Fəsil 7. Beynəlxalq münasibətlər mədəniyyəti - beynəlxalq idarəetmənin əsası 

kimi. Beynəlxalq hüquq, sülh mədəniyyəti və münaqişələrin həlli ................ 

Fəsil 8. Dini mədəniyyət ...................................................................................... 

 

IV HİSSƏ. İdarəetmə mədəniyyəti: demokratik ölkələrdə dövlət, sosi-

al və iqtisadi idarəçilyin peşəkarlıq bilikləri, texnologiyaları və etik normaları. 

Liderlik mədəniyyəti, şəxsiyyətin özünüidarə mədəniyyəti və ailənin idarə 

edilməsi mədəniyyəti 

 

Fəsil 1. İdarəetmə mədəniyyəti: idarəetmə anlayışı, effektivliyi, elmi prinsiplə-

ri və təşkilati mədəniyyət tipləri ………………………………... 

Fəsil 2. “Klassik” və “siyasi” bürokratiya. Milli idarəetmə və milli bürokrati-

yanın vəzifələri haqqında ............................................................. 

Fəsil 3. Qərb ölkələrində elmi məktəblər və dövlət idarəçiliyi mədəniyyəti 

problemlərinin tədqiqinə yanaşmalar .............................................................. 

Fəsil 4. Dövlət idarəçiliyi strategiyası və texnologiyaları ........................... 

Fəsil 5. Dövlət idarəçiliyinin təşkili, qiymətləndirilməsi və  

təkmilləşdirilməsi ............................................................................................... 

Fəsil 6. Dövlət idarəçiliyinin hüquqi tənzimlənməsi və informasiya 

 təminatı ............................................................................. 

Fəsil 7. Bir sıra qərb demokratik ölkələrinin dövlətçilik mədəniyyəti ...... 

Fəsil 8. Unitar və federal idarəetmə sistemləri: strukturu,  

funksiyaları, xüsusiyyətləri və modelləri .......................................................... 

Fəsil 9. Unitar tipli dövlət idarəçiliyi ölkələrində dövlət qulluğu 

 mədəniyyəti........................................................................................................ 

Fəsil10. Federal tipli dövlət idarəçiliyi ölkələrində dövlət qulluğu  

mədəniyyəti ...................................................................................................... 

Fəsil 11. İqtisadiyyatın inkişafının idarə edilməsi mədəniyyəti ...................  

Fəsil 12. Bələdiyyələrin və qeyri-hökumət təşkilatlarının idarə edilməsi mədə-

niyyəti ....................................................................................................... 

Fəsil 13. Liderlik mədəniyyəti: anlayışı, effektivliyi, funksiyaları,  

keyfiyyətləri və idarəetmə texnologiyaları .................................................. 

Fəsil 14. Özünüidarə mədəniyyəti................................................................. 

Fəsil 15. Ailənin idarə edilməsi mədəniyyəti ..................................................... 

Sonluq əvəzi ....................................................................................................  

Summary................................................................................................. 

Ədəbiyyat.............................................................. 

Müəllif haqqında (bioqrafik məlu-

mat)........................................................................................... 

Əlavə 1.............................................................................................. 

Əlavə  2.................................................................................................. 

 

 

İdarəetmə mədəniyyəti 

 

9



ÖN SÖZ 

 

Professor Fuad Məmmədovun mütəxəssislərin və geniş oxucu kütləsinin 

diqqətinə təqdim edilən, qərb ölkələrinin idarəetmə təcrübəsinin öyrənilmə-

sinə  və ümumiləşdirilməsinə  həsr edilmiş  “İdarəetmə  mədəniyyəti. Xarici 

ölkələrin təcrübəsi” kitabı Azərbaycanda fərdi, milli və qlobal idarəetmənin 

tarixi və nailiyyətlərinə həsr edilmiş ilk ciddi kulturoloji tədqiqatdır. Sovet 

dövründə, SSRİ-də olduğu kimi, Azərbaycanda da dövlət orqanları öz tə-

şəbbüsündən, tənqidi təhlili və yaradıcılıq əsaslarından, qərarlar qəbul etmə 

və ictimai inkişaf proqramlarını  işləyib hazırlama hüququndan məhrum, 

Kommunist Partiyasının iradə və qərarlarının icraçıları idi. Buna görə tota-

litar marksist-leninçi ideologiyasının hakimiyyəti  şəraitində kulturologiya 

kimi, inzibati-dövlət idarəçiliyi xarici elmi də sovet quruluşu üçün qəbul-

edilməz burjua yalançı-elmi kimi nəzərdən keçirilirdi. Belə münasibət sovet 

respublikalarının dövlət quruculuğunda qərb nəzəriyyəsi nailiyyətlərinin 

mənimsənilməsi prosesini və praktik istifadəsini və bu sahədə əməli təcrü-

bənin əldə edilməsini uzun müddət ləngitmişdir. Bu reallığı, həmşinin Bir-

ləşmiş Krallıq, ABŞ, Almaniya, Fransa, Yaponiya və digər ölkələrin idarə-

etmə mədəniyyəti sahəsində əldə etdikləri mühüm nailiyyətləri nəzərə ala-

raq, Azərbaycan Respublikasında və demokratik inkişaf yoluna qədəm qoy-

muş digər ölkələrdə idarəetmə elmi sahəsində  fəal fundamental və  tətbiqi 

kulturoloji tədqiqatların həyata keçirilməsi aktuallığı aşkar olunur.  

Monoqrafiyada ilk dəfə olaraq, idarəetmə problemlərinə orijinal kulturo-

loji yanaşma - idarəetmə proseslərinin fərdi, ailə, kollektiv, dövlət və bey-

nəlxalq birlik səviyyəsində sistemləşdirilməsi və  təsvirinin yeni forması 

təqdim edilmişdir. Burada müxtəlif Şərq və Qərb  ölkələrində dövlət idarə-

çiliyi tarixi tədqiq edilmişdir. Əsər insanın dünyagörüşü, ideoloji və texno-

loji inkişaf problemlərinin həllini və idarəetmə üçün zəruri olan, elmi cəhət-

dən zəngin universal kulturoloji biliklərin sistemləşdirilmiş toplusunu təq-

dim edir. Bu biliklər demokratik ölkələrin dövlət idarəçiliyi mədəniyyətinin 

təkmilləşdirilməsi üçün şərtsiz praktik dəyərə malikdir. 

Kulturologiyanı XXI əsrin aparıcı paradiqması və idarəetmə mədəniyyə-

tinin elmi əsası kimi nəzərdən keçirərək müəllif, - insanın inkişafında, döv-

lət quruculuğu və idarəetmədə,  şəxsiyyətlərarası, işgüzar, ailə  və beynəl-

xalq münasibətlərin harmonizasiyasında onun rolunu inandırıcı  şəkildə 

açıqlayır. Dünya mədəniyyəti və sivilizasiyası inkişaf təcrübəsinin kompa-

rativ təhlili əsasında onun tərəfindən kulturologiya sahəsində qiymətli elmi 

nəticələr əldə edilmiş, dövlətin daxili və xarici siyasəti, inzibati-dövlət ida-

rəçiliyi sistemi effektivliyinin yüksəldilməsi üçün əməli əhəmiyyət daşıyan 

innovativ metod işlənmiş və elmi əsaslı tövsiyələr hazırlanmışdır.  


Fuad Məmmədov

 

 

10



Kitabda milli inkişafin demokratik yolunu seçmiş ölkələrin dövlətçiliк 

tərəqqisi üçün mühüm əhəmiyyət daşıyan inkişaf etmiş dünya dövlətlərində 

idarəetmə elminin əsas nailiyyətləri göstərilmiş, milli və beynəlxalq idarə-

etmə mədəniyyətinin məzmunu, xüsusiyyətləri və təkmilləşdirilməsi yolları 

açıqlanmışdır. Burada cəmiyyətin ruhi (əqli və mənəvi) mədəniyyətinin in-

kişafı, qlobal idarəetmə  mədəniyyətinin təkmilləşdirilməsi üzrə innovativ 

təkliflər də şərh edilmişdir. Belə ki, fikrimizcə, Fuad Məmmədovun işləyib 

hazırladığı Beynəlxalq Dünya mədəniyyəti Universitetinin modeli və onun 

Dünya mədəniyyəti Beynəlxalq Şurası və ya Beynəlxalq mədəniyyət parla-

mentinin yaradılması haqqındakı təklifi beynəlxalq idarəetmə, müxtəlif öl-

kə və xalqların maraqları və mədəniyyətlərinin harmonizayası üçün ideoloji 

və siyasi əhəmiyyətə malikdir.  

İnsanın, dövlətin və beynəlxalq inkişafın nəzəri problemləri ilə yanaşı, 

monoqrafiyada ilk dəfə olaraq, qədim, orta əsr və müasir dövrlərdə Şərq və 

Qərb ölkələrində dövlət idarəçiliyi tarixi, nəzəriyyəsi və praktikasına kultu-

roloji nəzər salınmış, bəşəriyyətin ilk sivilizasiyalarında – Misir, Şumer, Yuna-

nıstan, Roma, Kiçik və Mərkəzi Asiya dövlətlərində, Aralıq dənizi hövzəsində, 

Qədim Hindistanda, Qədim Çində və Yaponiyada dövlətçilik mədəniyyətinin 

inkişaf prosesləri göstərilmişdir. Müasir reallıqlar kontekstində tətbiq edilmiş 

ictimai tərəqqi, insan münasibətləri mədəniyyəti və idarəetmə mədəniyyəti-

nə Məhəmməd Nəsirəddin Tusi, Jan Jak Russo, Mirzə Fətəli Axundzadənin 

konseptual baxışlarının təhlili də diqqətəlayiqdir.  

Fikrimizcə, müəllifin mədəniyyət anlayışına bütöv sosial sistem kimi, və 

kulturologiyaya - inkişaf qanunları, texnologiyalar və insanın həyat fəaliyyəti 

imkanları haqqında elm kimi innovativ yanaşması da olduqca səmərəlidir. İda-

rəetmə mədəniyyətinin mahiyyət və xüsusiyyətlərinin dərk edilməsinə, şəxsiy-

yət və liderlərin formalaşdırılmasına, dövlət quruluşu və strateji idarəetmə mə-

dəniyyətinin təkmilləşdirilməsinə metodoloji açar kimi, kulturologiyanın əvəz-

edilməz rolu onun tərəfindən inandırıcı şəkildə göstərilmişdir. 

Demokratik ölkələrin dövlət, sosial və iqtisadi idarəçiliyinin peşə bilik-

lərini, texnologiyalarını, hüquqi və etik normalarını özündə inteqrasiya 

edən idarəetmə elminin mahiyyəti kitabda müfəssəl surətdə açıqlanmışdır. 

Əsərdə dövlət idarəçiliyi, özünüidarə və dini mədəniyyət sahəsində - P.Druker, 

İ.Vasilenko, Q.Atamançuk, C.Adair, C.Templton, B.Şefer, D.Karneqi, L.Vasil-

yev, M.Fişer kimi və bir çox başqa görkəmli alimlər və mütəxəssislərin əsərlə-

rinə istinad edilərək, idarəetmə prosesləri, elmi prinsiplər və idarəetmə ef-

fektivliyinin yüksəldilməsi yolları, təşkilati mədəniyyət tipləri, liderlik mə-

dəniyyəti, şəxsiyyətin özünüidarəsi və ailə mədəniyyəti hərtərəfli nəzərdən 

keçirilmişdir. Burada dövlət idarəçiliyi strategiyası, texnologiyaları, təşkili, 

qiymətləndirməsi, təkmilləşdirilməsi, hüquqi tənzimlənməsi və informasiya 



İdarəetmə mədəniyyəti 

 

11



təminatını açıqlayan elmi konsepsiyalar, unitar və federal idarəetmə sistem-

lərinin xüsusiyyətləri və modelləri öz əksini tapmışdır. Əsərdə bu və ya di-

gər problemlərin təhlili zamanı müxtəlif dövrlərin və xalqların görkəmli 

mədəniyyət xadimlərinin - Fales, Pifaqor, Heraklit, Sokrat, Platon, Nizami, 

Tusi, Kavus, Şekspir, Tolstoy, Dostoyevski, Eynşteyn, Bokl, Monten, Lokk 

və bir çox başqalarının fikirlərinə  və  kəlamlarına istinad edilməsi də onu 

əhəmiyyətli dərəcədə zənginləşdirir. 

Müxtəlif və həyati-vacib kulturoloji informasiya əhatəliliyi baxımından, 

monoqrafiya ensiklopedik xarakter daşıyır. Onda milli və qlobal idarəetmə-

nin mühüm mənbəyi kimi, mədəniyyət və sivilizasiya, etik, hüquqi və siya-

si mədəniyyət, demokratiya və vətəndaş cəmiyyəti mədəniyyəti, insan mü-

nasibətləri və beynəlxalq münasibətlər haqqında fundamental kulturoloji bi-

liklər vardır. Müəllif tərəfindən bəzi demokratik ölkələrin dövlətçilik mədə-

niyyəti problemləri, dövlət idarəçiliyi problemləri, unitar və federal dövlət-

lərin dövlət qulluğu mədəniyyəti, liderlik mədəniyyəti, bələdiyyə və qeyri-

hökumət təşkilatları idarəçiliyi, həmçinin Azərbaycan Respublikasında 

dövlət idarəçiliyi sisteminin islahatı məsələləri nəzərdən keçirilmişdir. Qərb 

ölkələrində dövlət idarəçiliyi mədəniyyəti problemlərinin tədqiqinə dair el-

mi məktəblərin və yanaşmaların təhlilinə ciddi diqqət ayrılmışdır. Milli və 

beynəlxalq sosial-mədəni siyasətin həyata keçirilməsi xüsusiyyətlərini  əks 

etdirən məsələlər də diqqətdən kənarda qalmamışdır.  

İnsan münasibətləri və beynəlxalq münasibətlər mədəniyyətinə  həsr olun-

muş bölmədə ünsiyyət mədəniyyəti xüsusiyyətlərini və qаrşılıqlı anlaşma sirlə-

rini, müxtəlif xalqların “mədəniyyət dillərini”, konstruktiv diskussiya qaydaları 

və münaqişəsiz münasibət prinsiplərini əks etdirən materiallar da diqqətə layiq-

dir. Müəllif peşəkar etika, məsuliyyət mədəniyyəti, ziddiyyətlərin həlli təcrübə-

si və münaqişələrin idarə edilməsi, həmçinin beynəlxalq  ənənələr və beynəl-

xalq nəzakət məsələlərinin aydınlaşdırılmasına ciddi diqqət ayırmışdır.  

Əsərdə demokratik ölkələrin dövlət və sosial idarəçiliyinin peşəкаr bi-

liklər, texnologiyalar və etik normalarla bağlı problemlərinə  əhəmiyyətli 

yer ayrılmışdır. İqtisadi idarəetməyə həsr edilmiş bölmədə məzmunlu mate-

riallar öz əksini tapmışdır. Burada Piter Drukerin nəzəri işləmələr konteks-

tində milli və beynəlxalq biznes idarəçiliyi mədəniyyətinin təhlilini, iqtisa-

diyyatın inkişafı idarəçiliyinin yapon və çin təcrübəsinin xüsusiyyətlərini 

qeyd etmək lazımdır.  

 Kitabda müəllifin özünün elmi işləmələrinin ciddi tədqiqat bloku, həmçi-

nin mədəniyyət, kulturologiya, idarəetmə mədəniyyəti və sosial-mədəni siyasət 

anlamına yanaşması təqdim edilmişdir. Onun tərəfindən innovativ metod kimi 

işlənib hazırlanmış - fərdi, sosial, milli və beynəlxalq səviyyədə vacib həyati 

problemlərin həlli üçün hüdudsuz imkanlar açan idarəetməyə kulturoloji ya-



Fuad Məmmədov

 

 

12



naşmanın elmi və praktik dəyərini xüsusi qeyd etmək lazımdır. Əsərdə bir çox 

nümunələr üzərində insanın inkişafı, milli dövlətçiliyin tərəqqisi, həmçinin 

beynəlxalq inkişaf və  həmrəylik üçün intellektual, etik, hüquqi və idarəetmə 

mədəniyyətinin strateji prioritet əhəmiyyəti açıqlanmışdır. Dini mədəniyyətin, 

beynəlxalq hüquq, sülh mədəniyyəti və münaqişələrin həllinin mahiyyət xarak-

teristikasını nəzərdən keçirən maraqlı materiallar müəllif tərəfindən kulturoloji 

prizma nöqteyi-nəzərindən sistemləşdirilmişdir. 

Kitab - tələbələr, xüsusən, dövlət, sosial, iqtisadi və beynəlxalq idarəet-

mə sahəsində ixtisaslaşan tələbələr, həmçinin sosioloqlar, hüquqşünaslar, 

politoloqlar üçün qiymətli tədris vəsaitidir. Ondakı özünüidarə, ailənin ida-

rə edilməsi, dini mədəniyyət, insan münasibətləri və beynəlxalq münasibət- 

lər məsələlərini daxil edən, kulturoloji biliklərin universal xarakterini nəzə-

rə alaraq, kitab yalnız Azərbaycanın deyil, həm də dünyanın müxtəlif ölkə-

lərinin məmurları, siyasətçiləri, diplomatları, ailə başçıları  və sadə  vətən-

daşları üçün elmi və praktik əhəmiyyətə malikdir.  

Tarix elmləri doktoru, Azərbaycan Respublikasının Prezidenti yanında 

Dövlət İdarəçilik Akademiyasının professoru Fuad Məmmədov Azərbaycanda 

kulturologiya elminin və maarifinin banisi, ölkədə ilk qeyri-hökumət təşkilatı-

nın – beynəlxalq aləmdə  qəbul edilmiş “Simurq” Azərbaycan  мədəniyyət 

Assosiasiyasının yaradıcısı və prezidentidir. Onun elmi maraqları sahəsi – milli 

və beynəlxalq idarəetmə  mədəniyyəti; insanın həyat fəaliyyəti mədəniyyəti; 

dünya mədəniyyəti və sivilizasiyasının tarixidir. Fuad Məmmədov - mədəniy-

yət və elm tarixi və nəzəriyyəsi üzrə 200-dən artıq elmi və elmi-maarifçilik iş-

lərinin, cəmiyyətin və dövlətin modernləşdirilməsi və sosial tərəqqisinə yönəl-

dilmiş elmi konsepsiyalar və layihələrin müəllifi, həmmüəllifi və tərtibçisidir. 

Onların arasında yalnız respublikada deyil, həm də Avropa, ABŞ, Rusiya, ha-

belə BMT kitabxanalarında istifadə edilən - “Kulturologiya” (2002), "Kulturo-

logiya - effektiv həyat fəaliyyətinə doğru yol kimi” (2006) əsərlərinin adlarını 

çəkmək olar. Fuad Məmmədovun dünya mədəniyyəti və sivilizasiyasının, o 

cümlədən, Azərbaycan mədəniyyətinin, Rusiya sivilizasiyasının inkişaf tarixi-

nə, Norveçin, Yaponiyanın sosial-mədəni inkişaf təcrübəsinə, idarəetmə mədə-

niyyəti, intellektual, etik və dini mədəniyyətinə həsr olunmuş tədqiqatları diq-

qəti cəlb edir. Onun kulturologiya və idarəetmə mədəniyyəti nəzəri-metodoloji 

problemlərinin tədqiqinə töhfəsini xüsusi qeyd etmək lazımdır. Lütfi Zadənin 

qeyri-səlis məntiq nəzəriyyəsini və fərdi, sosial və dövlət idarəçiliyi problemlə-

rinin təhlilinə kulturoloji yanaşmanı kulturologiyada ilk dəfə o tətbiq etmişdir. 

Onun yaratdığı “mədəniyyətin elmi anlamı, mədəni inkişaf amilləri, mədəni in-

san, xoşbəxtlik, idarəetmə  və özünüidarənin effektivliyi, universal kulturoloji 

təhlil metodu, dövlət idarəçiliyi mədəniyyətinə innovativ yanaşma” və s. kimi 

formulları, tərif və kateqoriyaları kulturologiya üçün fundamental əhəmiyyətə 



İdarəetmə mədəniyyəti 

 

13



malikdir. O, mədəniyyət, elm və idarəetmə tarixi və  nəzəriyyəsi problemləri 

üzrə beynəlxalq konqresslər, konfranslar, simpoziumlarda, həmçinin Rusiya, 

AFR, Fransa, Norveç, ABŞ, Yunanıstan, Misir, Türkiyə, Kosta-Rika, Rumıni-

ya, Gürcüstan, Tayland, Koreya, Macarıstan və digər ölkələrdə səfirliklər, döv-

lət institutları və cəmiyyətlərdə elmi məruzələr və məlumatlarla çıxış etmişdir. 

Onun kulturologiya elminin inkişafına töhfəsi “İntellektual inkişaf problemlə-

ri” Beynəlxalq Elmlər Akademiyasının və Rusiya Pedaqoji və Sosial Elmlər 

Akademiyasının həqiqi üzvü seçilməsi ilə qeyd edilmişdir.         

Fuad Məmmədov Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Aka-

demiyasında tələbə və dinləyicilər tərəfindən maraqla mənimsənilən, respub-

likada yeganə “İdarəetmə mədəniyyəti” innovativ kulturoloji kursun yaradı-

cısıdır. Kurs demokratik ölkələrin idarəetmə mədəniyyəti və dünya mədəniy-

yəti və sivilizasiyası nailiyyətlərinin öyrənilməsi  əsasında təşkil edilmişdir. 

Kursun oxunması  şəxsiyyətlərin və liderlərin formalaşdırılmasına, gələcək 

mütəxəssislər və müxtəlif səviyyəli məmurlar tərəfindən, beynəlxalq stan-

dartlara yönəldilmiş müasir elmi biliklərin, peşə vərdişləri və yüksək demo-

kratik idarəetmə etikasının mənimsənilməsinə kömək edir. İyirmi ildən artıq-

dır ki, o, “Mədəniyyət və cəmiyyət” kulturoloji seminarının daimi elmi rəh-

bəridir ki, onun çərçivəsi daxilində hər ay vətənin və dünya mədəniyyəti və 

sivilizasiyasının tarixi və müasir inkişafının aktual problemləri üzrə görkəmli 

alim və mütəxəssislərin çıxışları və məruzələri, müzakirələr və dəyirmi masa-

lar, fokus-qruplar və diskussiyalar təşkil edilir. Bu müddət ərzində onun rəh-

bərliyi ilə 300-dən artıq respublika və beynəlxalq konfranslar, interaktiv se-

minarlar və treninqlər keçirilmişdir. O, həmçinin milli və dünya mədəniyyəti 

və sivilizasiyasının tarixi və nəzəri məsələlərinə həsr edilmiş “Simurq” kultu-

roloji jurnalının yaradıcısı və baş redaktoru, yüzdən artıq yerli və xarici alim-

lər, mütəxəssislər və diplomatlar tərəfindən bəyənilmiş Beynəlxalq Dünya 

Mədəniyyəti Universiteti kulturoloji modelinin müəllifidir. Onun məhsuldar 

elmi-pedaqoji və ictimai fəaliyyəti “Humay” və “İntellekt” milli ictimai mü-

kafatları, həmçinin “Mədəniyyət səfiri”, “Sülh səfiri” milli və ictimai fəxri 

adları, “Simurq” beynəlxalq medalı ilə  və digər təltiflərlə qeyd edilmişdir. 

1999-cu ildə Azərbaycan Respublikası  Əsilzadələlər Məclisinin üzvü seçil-

miş, 2000-ci ildə Avropa Şurası mədəniyyət siyasəti üzrə ekspertlərin Məlu-

mat Bazasına daxil edilmişdir. 

Şübhə etmirəm ki, özünün universal əhəmiyyəti, ensiklopedikliyi və in-

novativ xarakterinə görə, kitab yalnız tələbələr və mütəxəssislər üçün deyil, 

həm də müxtəlif ölkələrin və kontinentlərin geniş oxucu kütləsi üçün ma-

raqlı və faydalı olacaqdır.  



Akademik Fuad Qasımzadə 

 

Fuad Məmmədov

 

 

14





Поделитесь с Вашими друзьями:
  1   2   3   4   5   6   7   8   9   ...   53


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə