AZƏrbaycan respublikasinin prezidenti yaninda döVLƏT İdarəÇİLİk akademiyasi



Yüklə 6 Mb.
Pdf görüntüsü
səhifə12/53
tarix16.02.2017
ölçüsü6 Mb.
#8938
1   ...   8   9   10   11   12   13   14   15   ...   53

Türkiyə 

 

B.e.ə. V əsrdə artıq ilkin türk dövlətlərində dövlət idarəçiliyi millət və 



allah anlayışları ilə sıx bağlı idi. Ölkə (ulus) millətin ümumi torpağı və döv-

lətin əsası hesab edilirdi, vətən (yurd) isə siyasi müstəqillik anlayışı ilə as-

sosiasiya edilirdi. Hakimiyyətin türk konsepsiyasına uyğun olaraq hakimiy-

yət hüququ və hakimiyyət səlahiyyəti (kut) hökmdarlara allah tərəfindən 

verilirdi ki, bu da onlara xarizma verirdi.  

Müsəlmanlıq dövründən  əvvəl - Xaqan, müsəlmanlıq dövründə Sultan 

və ya Xan adlandırılan türk hökmdarları, özlərini allah qarşısında məsuliy-

yətli hesab edirdilər və  ədalətlə idarə etməyə borclu idilər. Eyni zamanda 

dövlət idarəçilik səlahiyyətləri  ənənəvi hüquqla (orf) nizama salınırdı ki, 

ona uyğun olaraq, dövlət başçısı müəyyən üstünlüklərə malik olmalı  və 

xalq qarşısında öz vəzifələrini yerinə yetirməli, müxtəlif irqlərin və dinlərin 

nümayəndələrinə qarşı ədalətli, mərhəmətli və səbrli olmalı idi.  



Türk hökmdarlarının keyfiyyətlərinə  əsas tələblər - mərdlik və igidlik 

(alp), ağıl və alimlik, həmçinin comərdlik (ərdəm) idi. Comərdlik – səxavəti, 

xalqın rifah halının və firavanlığının təmin edilməsini, ədaləti, mərhəməti, 

qanunların və ənənələrin gözlənilməsini nəzərdə tuturdu. Bunu nəzərə ala-

raq, türk dövlət konsepsiyasına uyğun olaraq hakimin vəzifələrinə: xalqın 

firavanlığına yardım, onun rifah halının təmin edilməsi, qanun və adətlərin 

(tore) tərtib edilməsi və həyata keçirilməsi, dövlətdə ədalətin, əmin-amanlı-

ğın və nizam-intizamın təmin edilməsi, silahlı qüvvələrin inkişafı  və yeni 

torpaqların zəbt edilməsi daxil idi. Daxili və xarici siyasətin formalaşdırıl-

masını  və  həyata keçirilməsini, vergiqoymanı, səfirlərin təyin olunmasını, 

xarici səfirlərin qəbulunu, vəzirlərin və dövlət qulluqçularının vəzifələrə tə-

yin edilməsi və azad edilməsini, torpağın paylanmasını nəzərdə tutan bütün 


Fuad Məmmədov

 

 

136



icra hakimiyyəti hökmdar tərəfindən həyata keçirilirdi. Hökmdar, həmçinin 

məhkəmə hakimiyyətinin başında dururdu və “Mezalim divan” idarəsinə 

rəhbərlik edərək, ali hakim titulunu daşıyırdı.  

Türk dövlət ideologiyasına uyğun olaraq, ədalət məhkəməsi dövlətin 

əsası hesab edilirdi, bu səbəbdən hakimə olan ən mühüm tələb ədalətin qo-

runması idi.  

Dövlət xadimləri üçün vəsait olan idarəetmə haqqında “Kutadgu bilig” 

(müasir türkcə ilə: ”Mutlu olma bilgisi”) traktatında hökmdarın ədalətli ida-

rəçiliyinə xüsusi əhəmiyyət verilirdi. Hökmdar dövlətdə qanunları müəyyən 

edən və ölkə təbəələrinin mühakiməsinin tam səlahiyyətlərinə malik yeganə 

sima idi. Hökmdarın qanun və  fərmanlarının dövlət qulluqçuları  və bütün 

xalq tərəfindən məcburi icrası zəruri idi. Dövlət işlərinin aparılması hüquq-

ları, bir qayda olaraq, hakim tərəfindən dövlət başçısı adından idarəetmə fə-

aliyyətini həyata keçirən Divana həvalə edilirdi.    

 Yüksək səviyyədə siyasi, sosial-mədəni və iqtisadi qərarlar qəbul edən 

qanunverici və nəzarətedici orqan Kengeş Məclisi (Qurultay) idi. Hökmda-

rın sərəncamlarını və Qurultayın qərarlarını həyata keçirən icraçı orqan baş 

vəzirin (Uluqayquçi) rəhbərliyi ilə  vəzirlərdən və nazirlərdən ibarət olan 

hökumət idi. Xaqanın köməkçiləri rolunu yerinə yetirən vəzirlərin keyfiy-

yətlərinə tələblər – alimlik və cəsurluq (bilgelik və alplıq) idi. Bu zaman və-

zirlər xalq tərəfindən, dövlət qarşısında xidmətləri və ağlı və müdrikliyi ilə 

tanınmış şəxslərdən seçilirdi.  

Təşkilati-funksional baxımdan türklərin dövlət idarəçiliyi “ikiləşmiş təş-

kilatı” təmsil edirdi. Belə formaya uyğun olaraq, ölkə  qərb (sol) və  şərq 

(sağ) hissələrə bölünürdü, bir hissəni xaqan, digərini “yaqbu” - xanlardan 

biri, adətən hökmdarın qardaşı idarə edirdi. Onların tabeliyində ölkənin mü-

əyyən hissələrinə məsul olan 22 rəhbərlik edən var idi.  

İyerarxiya pilləsində vəzirlərdən sonra nazirlər (buyruklar), daxili nazir-

lər (iç buyruqlar) və nəhayət, dövlət qulluqçuları: alpaqut, inel, inak, inançu, 

tarkan, apa, boyla, şadapıt, ataman, tudun, yaqruş, külüg və çavuş dururdu. 

Tayfa icmaları və  qəbilələr hökmdarın uşaqları  tərəfindən idarə edilirdilər 

və beləliklə, idarəetmə təcrübəsi toplayırdılar.  

XI  əsrdə müsəlmanlıq dövrünün türk hakimiyyət konsepsiyası, səlcuq 

vəziri Nizamülmülkün tərtib etdiyi “Siyasətnamə” traktatında əks olunmuş-

dur. 1259-cu ildə Misirdə yaradılmış Məmlük dövlətində varislik prinsipin-

dən deyil, dövlət qarşısında müvəffəqiyyətləri və xidmətləri ilə şərtlənən - 

sultanın seçkilər prinsipindən istifadə olunurdu.  

 Türklərin dövlət idarəçiliyi üçün xarakterik cəhət həm də o idi ki, pad-

şahların vəzirləri qismində, bir qayda olaraq, Səlcuq dövlətinin hökmdarı 

Məlik şahın (XI əsr) vəziri Nizam əl-Mülk, Azərbaycan hökmdarı Hülakü 



İdarəetmə mədəniyyəti 

 

137



xanın (XIII əsr) vəziri Məhəmməd Nəsirəddin Tusi, özbək sultanı Hüseyn 

Baykarın (XV əsr) vəziri Nizaməddin Mir Əlişir və s. kimi tanınmış alimlər 

və mütəfəkkirlər təyin olunurdular.  

 

Qədim Misir 

 

Dünya mədəniyyətinə  və, hər  şeydən  əvvəl, Ön Asiya və Antik Yuna-



nıstan xalqlarının mədəni inkişafına Qədim Misirin yüksək inkişaf etmiş si-

vilizasiyası böyük təsir göstərmişdir. Qədim Şərq istibdadının nümunəsi he-

sab edilən Misirin dövlətçilik təcrübəsi dünyanın bir çox ölkələrinin dövlət 

quruculuğu və idarəçiliyi təcrübəsində bu və ya digər dərəcədə nəzərə alın-

mışdır. Misirlilərin, bəşəriyyətin müvəffəqiyyəti olan görkəmli nailiyyətlə-

rinin başlıca amillərindən biri - dövlət idarəçiliyi mədəniyyətidir. Misir 

xalqları b.e.ə. VI əsrin sonunda Saxara, Liviya səhrası, müasir Həbəşistanın 

vilayətlərində yaşayan qəbilələrin sintezi nəticəsində formalaşmağa başla-

mışdır. Qədim Misirdə sinfi cəmiyyətin və dövlətçiliyin  əmələ  gəlməsi 

b.e.ə. IV minilliyin II yarısında baş vermişdir. Misir, b.e.ə. VI əsrdə Persiya 

imperiyasının tərkibinə daxil olması ilə başa çatan uzunmüddətli bir tarixi 

hesablasa da, bu tarixdə tərəqqi və tənəzzül dövrləri olmuşdur. Onların ara-

sında dövlət idarəçiliyi mədəniyyəti baxımından  ən maraqlıları, – b.e.ə. 

XXVIII-XXIII əsrləri əhatə edən Qədim Şahlıq dövrü və Misir sivilizasiya-

sının yüksəlişinə nail olunduğu və Misir imperiyasının yarandığı (b.e.ə. 

XXVI-XXI əsrlər) Yeni Şahlıq dövrüdür. Misirin mənəvi dəyərlərinin, dün-

yagörüşü və dini ayin sisteminin xüsusiyyətləri təbii-coğrafi  şəraitin sərt 

xarakteri ilə bağlı idi. Yaşama və əlverişli həyat şəraitinin yaradılması üçün 

xalqın mütəşəkkil  əməyi, güclü mərkəzləşdirilmiş hakimiyyət və dövlət 

idarəçiliyinin effektiv sisteminin olması  zəruri idi. Bu səbəbdən, Qədim 

Yunanıstanda yer alan dövlət idarəçiliyinin demokratik tendensiyaları Misi-

rin sosial quruluşunda mümkün deyildi. Fironun və onun məmurlarının ila-

hi iradəsinə xalqın danışıqsız itaətini formalaşdıran dövlət ideologiyası və 

dünyagörüşü misirlilərin,  şəxsiyyətə deyil, vəzifəyə hörmətlə  şərtlənən 

mentalitetinin formalaşmasına səbəb olurdu. Buna baxmayaraq Qədim Mi-

sirdə dövlət idarəçiliyinin mürəkkəbliyi hakim sinfin daxilində, bir tərəfdən  - 

nom (vilayət) nəsli tayfa əyanları və kahinlər və digər tərəfdən - firon başda 

olmaqla xidmətdə olmuş  əyanlar arasındakı münasibətlərin daimi ziddiy-

yətləri ilə əlaqədar idi. İmperiya böyüdükcə, onun iqtisadiyyatı inkişaf et-

dikcə və ictimai münasibətlər sistemi mürəkkəbləşdikcə, dövlət idarəçiliyi 

aparatının yenidən qurulması və təkmilləşdirilməsi zərurəti artırdı. Zamanın 

tələblərindən asılı olaraq, funksiyalar mürəkkəbləşir, dövlət idarəçiliyinin 



Fuad Məmmədov

 

 

138



həcmi və məmurların sayı artır, hakimiyyət iyerarxiyası təkmilləşir, vəzifə 

borcları nizama salınırdı.  

Artıq b.e.ə. III minillikdə  Erkən  Şahlıq  dövründə (b.e.ə. XXXI-XXIX 

əsrlər) Qədim Misirdə ilahiləşdirilmiş monarxın qeyri-məhdud hakimiyyə-

tinə  əsaslanan dövlət idarəçiliyi sistemi yarandı. Bu monarxiya “Qədim 

Şərq istibdad hakimiyyətinin” (qədim yunan sözündən “despot” – ağa) tə-

cəssümü idi. Bu dövrdə idarəetmə  mədəniyyəti xüsusiyyətləri, firona xid-

mət etməyə görə saray əyanlarının funksiyalarının, dövlət idarəçiliyinin və 

kahin vəzifələrinin ayrılmaması idi. Dövlət idarəçiliyinin başlıca məqsədlə-

ri – suvarma əkinçiliyinin təşkili, hakim sinfin imtiyazlarının müdafiəsi və 

ictimai asayişin mühafizəsi idi. Ölkənin dövlət aparatı üç əsas hissədən iba-

rət idi: mərkəzi, vilayət (nom) və yerli (icmaların yaşayış  məntəqələri sə-

viyyəsində). Mərkəzi idarəçiliyin başında bütün hakimiyyəti almış, yəni bü-

tün qanunverici, icraedici və  məhkəmə hakimiyyətini  əlində  cəmləşdirən 

ilahiləşdirilmiş firon dururdu. Onun sərəncamları qəti hökm xarakteri daşı-

yır və ölkənin bütün sakinləri tərəfindən danışıqsız yerinə yetirilməli idi. 

Fironun köməkçisi və dövlətin ali məmuru çati (sonralar vəzir) idi. Çati - 

təsərrüfat, maliyyə, sosial, hərbi, diplomatik və  məhkəmə sahələrini  əhatə 

edən müxtəlif idarələrdə qulluq edən məmurların iyerarxiya aparatına rəh-

bərliyi həyata keçirirdi. Yerli sülalələrin irsi hakimiyyətini zəiflətmək məq-

sədi ilə,  Erkən  Şahlıq  dövründə  mərkəzi hakimiyyət öz hakimlərini no-

marxlar vəzifəsinə  təyin edir və onların yerini nomdan noma dəyişirdi. 

Mərkəzi hakimiyyətin möhkəmləndirilməsi üçün dəfn ayini şəklində həyata 

keçirilən hökmdarın ilahiləşdirilməsi prosesi mühüm əhəmiyyət daşıyırdı.  



Qədim  Şahlıq dövründə (b.e.ə. XXVIII- XXIII əsrlər) IV sülalənin ha-

kimliyi zamanı (b.e.ə. XXVIII əsr)  əzəmətli piramidaların – fövqəlbəşəri 

böyüklük və mütləq hakimiyyət abidələrinin tikilməsi ilahiləşdirilmiş firon-

ların istibdad hakimiyyətinin əsaslandırılmasının effektiv ideoloji vasitəsinə 

xidmət edirdi. Bu dövrdə dövlət idarəçiliyinin mərkəzləşdirilməsi özünün 

son həddinə çatdı, belə ki, bütün ali vəzifələr şah ailəsinin – fironun çox-

saylı övladlarının və qohumlarının əlində cəmləşdi. Hakimiyyətin və böyük 

vəsait mənbələrinin mərkəzi hakimiyyətin əlində cəmləşməsi xarici siyasə-

tin uğurlarına səbəb oldu. Misir Yaxın Şərqdə ən iri dövlətlərdən biri oldu. 

Lakin idarəetmənin həddən artıq mərkəzləşdirilməsi nom əyanlarının və 

hərbçi əyanların narazılığına səbəb oldu ki, bu da hakim siniflərin münasi-

bətlərində gərginliyə gətirib çıxardı. Bunu nəzərə alaraq, ictimai münasibət-

lərin tənzimlənməsi və ziddiyyətlərin aradan qaldırılması üçün V sülalənin 

fironları yerli və  hərbçi  əyanları  mərkəzi aparata cəlb etməklə, misir aris-

tokratiyasının geniş dairələrinin hakimiyyətinə yol açmağa cəhd edirdilər. 

Bu siyasət nəticəsində ölkədə maddi və insan resurslarının yerli hakimlərin 



İdarəetmə mədəniyyəti 

 

139



xeyrinə yenidən bölüşdürülməsi prosesi başladı ki, bu da, “cəmiyyətin feo-

dallaşmasına”, mərkəzləşdirilmiş dövlətin öz aralarında düşmənçilik edən 

yarımüstəqil nomlara parçalanmasına səbəb oldu. Bu prosesin nəticəsi mər-

kəzləşdirilmiş dövlətin iqtisadi və siyasi gücünün azalması və Misirin xarici 

siyasət təsirinin zəifləməsi oldu.  

Bu çağırışa cavab, Misirin hakim sinfinin b.e.ə. III-II minilliklərin hüdu-

dunda Orta Şahlıq dövründə (b.e.ə. XXI-XIX əsrlərin ortaları) güclü dövlə-

tin bərpa edilməsi uğrunda mübarizəsi oldu. 300 il davam edən bu dövrdə 

hələ qədim şahlıq dövründə yaranmış iyerarxiya idarəçiliyi ilə çoxsaylı bü-

rokratik aparat bərpa olundu. Buna baxmayaraq yerli əyanlardan olan gəl-

mələrin - nomarxların əlində cəmləşən nomların idarə edilməsini öz nəzarə-

ti altına almaq Orta  Şahlıq  fironlarına müvəffəq olmadı. Bir sıra irsi no-

marxların şahın əlaltıları ilə əvəz edilməsi və yerli sülalələri aradan qaldır-

maq cəhdləri fironu geri çəkilməyə  məcbur edən güclü müqavimətə rast 

gəldi. Bununla belə, yerli hakimlərin güclü mövqeləri fironların hakimiyyə-

tini zəiflədən separatizm təzahürü üçün əlverişli şərait idi. Bunun nəticəsin-

də  mərkəzi hakimiyyət, nom zadəganlarına qarşı qoyulan, orta təbəqəni 

təmsil edən xidmətdə olmuş adamların içərisindən komplektləşdirməyə 

başladı. Bu mərkəzləşdirilmiş güclü dövləti yenidən bərpa etməyə və Şərqi 

Aralıq dənizinə münasibətdə istilaçılıq siyasətini genişləndirməyə imkan 

verdi. Belə siyasət alınmış ölkələrin istilasına və sistemli istismarına yönəl-

dilmişdir ki, onların təbii sərvətləri Misir iqtisadiyyatının inkişafına və ha-

kim sinfin müxtəlif təbəqələrinin varlanmasına istiqamətlənmişdir.   

Qədim Misir üçün daha nümunəvi göstəricilərdən biri, Yeni Şahlıq döv-

ründəki (b.e.ə. XVI-XI əsrlər) dövlət idarəçiliyidir. İdarəçilik dörd səviyyə-

ni daxil edirdi: mərkəzi, regional, dairə və kənd. XVIII sülalənin idarəçiliyi 

dövründə ölkənin dövlət idarəçiliyinin bütün böyük iyerarxiya aparatı vəzi-

rə - ali əyana, ilahi fironun xidmətçisinə tabe idi ki, bu da idarəetmənin cid-

di surətdə  mərkəzləşdirilməsini və  məmurlar ordusu üzərində mükəmməl 

nəzarəti təmin edirdi. Çoxsaylı idarələr, həmçinin dövlət qulluqçularının 

iyerarxik təşkil edilmiş geniş ştatlı şəxsi dəftərxanalarına başçılıq edən 10 

ali Misir əyanı da vəzirə tabe idi. Dörd böyük inzibati region idarəçiliyinə 

məsul olan regional administrasiya aparatının məmurlarını da vəzir təyin 

edirdi. Regional idarəetmə mərkəzi dövlət aparatının nümunəsi üzrə təşkil 

olunmuşdu. Yerli knyazların - nəsli nom əyanlarının separatizminin qarşısı-

nı almaq məqsədi ilə, onlar vəzifəyə yalnız vəzirin təsdiqindən sonra başla-

ya bilərdilər və onun nəzarəti altında idilər. Bununla yanaşı iri şəhərlərdə 

mərkəzdən təyin edilmiş və yerli nomarxların hakimiyyətini məhdudlaşdı-

ran  şəhər hakimləri vəzifəsi müəyyən edilmişdi. Dairə idarəçiliyi nomları 

təşkil edən daha kiçik inzibati vahidlərin işlərinə  nəzarət edirdi. Kənd və 



Fuad Məmmədov

 

 

140



yaşayış məntəqələrinin idarəçiliyi dairə məmurlarına tabe idi. Bununla ya-

naşı zəbt edilmiş ərazidə effektiv idarəetmə məqsədilə, Misirin zəbt etdiyi 

cənub və şimal ərazilərini idarə edən canişinlər institutu yaradılmışdı. Cani-

şinlər xüsusi məmurlar  ştatında yerləşirdilər. Bu administrasiya zəbt edil-

miş ölkələrin sistemli istismarını təmin edirdi. Geniş və güclü dövlət aparatı 

böyük ölkənin effektiv idarəçiliyini təmin edirdi. O nəinki hakim siniflərin 

maraqlarını bacarıqla müdafiə edir, həm də Misir cəmiyyətinin mürəkkəb 

sosial-mədəni həyatını yaxşı tənzimləyirdi.  



Yeni Şahlıq dövründə fironun idarəetmə sisteminin dayağı - nom əyanla-

rının və ali kahinlərin yuxarı təbəqəsi, xidmətdə olan zadəganlar, ordunun 

komanda heyəti, həmçinin Misir administrasiyasında orta və aşağı vəzifələ-

ri tutan kiçik və orta quldarlar təbəqəsi idi. Buna baxmayaraq bu dövrdə bir 

tərəfdən nom əyanları ilə fiva kahinləri, digər tərəfdən - xidmətdə olmuş 

zadəganlar arasında b.e.ə. XIV yüzillikdə keçirilmiş Exnaton dini islahatına 

çevrilən ziddiyyətlərin artması baş verir. Bütövlükdə beş yüz ilə yaxın da-

vam edən  Yeni  Şahlıq  dövrü Misir dövlətçiliyinin  ən parlaq dövrü hesab 

edilir. Bu dövr ərzində Misir sivilizasiyası öz inkişafında ən yüksək səviy-

yəyə çatmışdı. Ölkənin idarəçiliyi daxili və xarici siyasətin məqsədlərinə 

nail olunmasına yönəldilmişdi. Bu dövrdə maddi vəsaitlərin və insan kapi-

talının artmasi ilə yanaşı istehsalın texniki bazası və texnologiyaları təkmil-

ləşdirilmiş, möhtəşəm tikinti fəaliyyəti genişləndirilmiş, yeni şəhərlər, qala-

lar, saraylar və məbədlər yaradılmışdır. Ordunun yenidən qurulması, silah-

lanmanın təkmilləşdirilməsi, hərbi-dəniz donanmasının yaradılması fəal xa-

rici siyasətin və geniş ərazilərin zəbt edilməsinin həyata keçirilməsinə im-

kan verirdi. İstila edilmiş ölkələrin illik xəracla təyin edilən qarəti, işçi qüv-

vəsinin, xammalın və sərvətlərin axını vergi yükünün və xalqın istismar sə-

viyyəsinin azaldılmasına imkan yaradır, Misirin sosial-mədəni inkişafına 

stimullaşdırıcı təsir göstərirdi.  

 

Mərkəzi Asiya 

 

Dövlət idarəçiliyinin müəyyən təcrübəsi Mərkəzi Asiya ölkələrində top-

lanmışdı. “Avesta”nın məlumatına və arxeoloji materiallara əsasən Mərkəzi 

Asiyada dövlətçiliyin formalaşması təqribən b.e.ə. VII – VI əsrin birinci ya-

rısında başlamışdı. Bu dövrdə erkən Baktriya dövləti yaranmışdı. Birinci 

mərhələdə, bu regionun çoxsaylı yaşayış məntəqələrinin birliyi olan “vahə-

ölkələrin” başında həm də dini rəhbər olan hökmdar dururdu. Hökmdar ya-

nında inzibati idarəetmə aparatı yaradılırdı. Sinfi münasibətlərin və dövlətlə-

rin formalaşması prosesində ayrı-ayrı vahə-ölkələr, başında “bütün vilayətlərin 

hökmdarı” duran daha iri qurumlarda birləşirdilər. Birlik Ağsaqqallar şurasına 



İdarəetmə mədəniyyəti 

 

141



və eyni zamanda ali hakim olan dini başçıya malik idi. İdarəetmənin ideoloji 

əsası – işığın, xeyirin, həqiqətin və biliyin təntənəsini təbliğ edən zərdüştlük idi. 

Görünür ki, b.e.ə. I minilliyin ortalarında Mərkəzi Asiyanın digər dövlətlərində 

- Soqdiana, Xorəzm, Fərqanə, Margiana və Parfiyada da idarəetmə sistemi ox-

şar  şəkildə qurulmuşdu. Bu ölkələrin  Əhəmənilər  İmperiyası  tərəfindən istila 

edilməsi müəyyən dərəcədə beynəlxalq ticarətin, mədəni əlaqələrin və miqrasi-

ya proseslərinin inkişafına kömək edirdisə  də, o, son nəticədə onların siyasi 

müstəqillik əldə etməsinə mane olurdu.  

Təxminən elə həmin dövrdə Şərq və Qərb xalqları arasında mədəni mü-

badilə amillərindən biri olan orijinal mədəniyyət Boyük Çöldə yaranmağa 

başladı. Xalqların ikinci köçürülməsinə yardım etmiş, tanrıçılığa sitayiş 

edən qıpçaq türkləri Avropaya yalnız müharibələr deyil, həm də yeni metal-

lurgiya texnologiyalarını və göyün tək Allahı – Tanrıya inamı da gətirdilər. 

IV-V əsrlərdə baş vermiş “Xalqların böyük köçürülməsi” Roma imperiyası-

nın dağılmasına və onun tərəfindən istila edilmiş xalqların və ölkələrin, 

əyalətlərin və müstəmləkələrin azadlığa çıxmasına səbəb oldu. B.e.ə. I mi-

nilliyin ikinci yarısında Altayın çox sıx əhalisi içərisindən çıxan qıpçaqlar 

yeni yaşayış sahələri axtarışlarında, Böyük Çöldə - ərəblər tərəfindən “şə-

hərlər ölkəsi”, varyaqlar tərəfindən isə “şəhərlər şahlığı” adlandırılan Dəş-

di-Qıpçaqda öz orijinal türk dövlətçiliyini, sivilizasiyasını, bir sıra şəhərləri 

və yaşayış  məntəqələrini yaratdılar. Murad Acinin əsərlərində deyilir ki, 

qıpçaqların özünəməxsus sivilizasiyası və mədəniyyətinin formalaşmasının 

əsas amilləri məşhur mədəni yeniliklər idi ki, onlara: qıpçaqların runa yazı-

sının, habelə, avropa yazısının əsasını qoyan qlaqolitsanın yaranması, dəmi-

rin əridilməsinin kəşfi və yeni metallurgiya texnologiyasının (metallurji kü-

rənin köməyi ilə) istifadəsi, Göy Allahı –Tanrıya inam, Həqq-Təalanın hi-

mayəsi və mühafizəsi rəmzi kimi bərabərtərəfli xaçın Avropa mədəniyyəti-

nə daxil edilməsi aiddir. Murad Aci güman edir ki, qədimdə “ilahi metal” 

adlandırılan dəmirin kəşfi türklərin bütpərəstlikdən təkallahlılığa - tanrıçılı-

ğa keçməsinə  də  səbəb olmuşdur. Başa çatdırılması Atillaya nəsib olan 

türklərin Böyük köçürülməsi haqqında danışarkən o, qıpçaqları Avropaya 

aparan Balamir, Xaraton, Donay kimi qıpçaq padşahlarının adını çəkir. Mə-

lumdur ki, hər bir xalq ilk növbədə dəyişə biləcəyi dili ilə deyil, özünün ru-

hu, düşüncəsi, etnik psixologiyası  və xarakteri ilə  fərqlənir. Qıpçaqlarda 

idarəetmənin müəyyən “demokratizmi” özünü onda göstərirdi ki, onların 

padşahları öz işlərinə və əməllərinə görə xalq içərisində hörmət qazanmalı 

idilər. Qıpçaqların idarəetmə sistemi haqqında danışarkən, Murad Aci bildi-

rir ki, hələ b.e.ə. II əsrdə türk qəbilələrindən birinin rəmzi, onun bayraqla-

rında təsvir olunan ikibaşlı qartal idi. Sonralar Bizans tərəfindən mənimsə-

nilmiş bu rəmz, “xaqan” – dünyəvi hökmdar və “işa” – öz hüququnu irsi 



Fuad Məmmədov

 

 

142



olaraq qazanmış  xəzinə başçısının bərabər hakimlik etdiyi türk cəmiyyəti 

“dövlətçiliyini” ifadə edirdi. Seçilmiş xaqanın hakimiyyəti seçilmiş mitro-

polit-abıs tərəfindən də müqəddəs sayılırdı. “Çöl demokratiyasının” qanun-

larına uyğun olaraq, “torpaqların hakimi” və “yurd atamanı” da seçki yolu 

ilə idarəetmə sisteminə daxil olurdular. Mədəniyyətin ötürülməsi qanununa 

uyğun olaraq tanrı kilsəsinin atributları olan ikonalar, ikonostaslar, ibadət-

xanalar, büxur, məbəd geyimləri və dualar, həmçinin allaha sitayiş qaydası 

(“apostol qaydaları”) IV-VI əsrlərdə xristian kilsəsi tərəfindən mənimsənil-

di. Türklər Hindistanda məşhur olan Günəş hökmdarı sülaləsinin, b.e.ə.       

I əsrdə isə - Mərkəzi Asiya, Əfqanıstan, Pakistan və Şimali Hindistanın da-

xil olduğu - Kuşan şahlığının əsasını qoydular. Tanrıya sitayiş edən şah Ka-

nişka (Erke xan, 78-123) buddizmin şimal qolunun banisi oldu.  

Yunanıstanın və Makedoniyanın  Əhəmənilər monarxiyası üzərində  qə-

ləbəsi, sözsüz ki, daha yüksək intellektin, müvafiq təşkil etmə və idarə et-

mənin qələbəsi idi. Makedoniyalı İskəndər Mərkəzi Asiyada istila olunmuş 

ölkələrin yerli əyanlarını ölkənin idarəetmə prosesinə və Baktriyada, Soqdi-

anada və Parfiyada yeni şəhərlərin tikilməsinə cəlb edirdi. İskəndərin ölü-

mündən sonra Asiya, mərkəzi Babildə olan Selevkilər ellinizm dövlətinin 

tərkibinə daxil oldu. Zəbt edilmiş ölkələrin iqtisadiyyatının yüksəldilməsi 

ilə onların siyasi müstəqilliyə meyli də güclənirdi. B.e.ə. 250-ci ilə yaxın 

Baktriya satrapı Diodoy Yunan-Baktriya şahlığının əsasını qoyaraq, özünü 

müstəqil hökmdar elan etdi. Təxminən o vaxt da Parfiya Sələfkilərdən ay-

rıldı. B.e.ə. II əsrin ikinci yarısında Yunan-Baktriya şahlığının  ərazisində 

Kuşan şahlığı yarandı. Murad Aciyə görə Kuşan şahlığının hökmdarı – özü-

nü kuşanlı elan edən Gəray, görünür ki, Böyük Çölün içərisindən çıxmış idi. 

O, kuşan sikkələrinin üzərində silahlı atlı görünüşündə öz təsvirini yerləş-

dirdi. I Kadfizin dövründə Kuşan şahlığı imperiya oldu və yeni hökmdar isə 

“şahlar  şahı” titulunu qəbul etdi. İmperiyanın sərhədlərinin sonrakı geniş-

ləndirilməsi hökmdarın oğlu və varisi olan II Kadfizin dövründə baş verdi. 

Kuşan imperiyasının tərkibinə  Mərkəzi Asiyanın xeyli hissəsi, müasir 

Əfqanıstan ərazisi, Pakistanın böyük hissəsi və Hindistanın şimalı daxil idi. 

İmperiya şah Kanişkanın (Erke xan) dövründə, II əsrdə daha çox tərəqqi əl-

də etdi. Ölkənin paytaxtı Puruşapura (müasir Peşəvər) oldu. Kuşan imperi-

yasında fəal dövlət siyasəti, Şərq və Qərb ölkələri ilə intensiv daxili və xari-

ci ticarət aparılırdı. Mərkəzləşdirilmiş dövlətin başında,  şəxsiyyəti bəzən 

ilahiləşdirilən “şahlar  şahı” dururdu. Sülalə ayininə xüsusi məbədlər həsr 

edilmişdi. Dövlətin inzibati aparatında bir çox rütbələr və dərəcələr, o cüm-

lədən, böyük satraplar, canişinlər, “sərhəd rəisləri” və b. titullar müəyyən 

edilmişdi. Ehtimal ki, şəhərlərin idarə edilməsi şahın canişinləri tərəfindən 

həyata keçirilirdi. İdarəetmə sisteminin ideoloji təminatında buddizm, zər-



İdarəetmə mədəniyyəti 

 

143



düştlük və bir sıra xalq ayinləri mühüm rol oynayırdı. III əsrdə Kuşan im-

periyası Sasani dövləti ilə mübarizədə məğlub edildi. 

247-ci ildə Parfiya dövlətinə Mərkəzi Asiya tayfalarından birinin başçısı 

şah Arşak rəhbərlik edirdi. Parfiyalılar  şəhərlər və qalalar tikir, Arşakın 

əlində sevimli parfiya silahı – ox- kaman təsvirli xüsusi sikkələrini kəsirdi-

lər. Sülalənin banisi Arşakın adı növbəti hökmdarlar tərəfindən Parfiyanın 

taxt-tac adlarından biri kimi qəbul edilirdi. B.e.ə. I əsrin ortaları üçün Parfi-

ya Dəclə çayının sol sahilində mərkəzi Ktesifon olan iri dövlət oldu ki, bu-

na da parfiya süvari qoşunlarının döyüş keyfiyyətləri, şəhərlərin, sənətlərin 

və beynəlxalq ticarətin inkişafı imkan yaratdı. Parfiya şahlığının dövlətçili-

yi, Midiyanı birləşdirən və öz hakimiyyətini Mesopotamiyada genişləndirən, 

Babilin tanınmış  şahı I Mitridatın dövründə (b.e.ə. 171-138-ci illər) inkişaf 

etdi. Parfiyanın Qərbə, Romanın isə  Şərqə doğru hərəkəti iki imperiyanın 

maraqlarının toqquşmasına gətirib çıxardı, və  məsələnin hərbi yolla uzun-

müddətli həll edilməsi cəhdləri heç bir tərəfdən gözlənilən nəticələri vermədi. 

Parfiya dövlətçiliyinin və Kuşan imperiyasının tədricən zəifləməsi və tənəz-

zülü parfiyalıların Roma ilə, kuşanlıların Çinlə apardıqları müharibələrlə, 

həmçinin quldarlıq sisteminin ümumi böhranı ilə şərtlənirdi.  



Yüklə 6 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin