Mövzu: 5 Kommunikasiyanın növləri. Dialoq ünsiyyət forması kimi



Yüklə 40,82 Kb.
səhifə1/3
tarix25.12.2023
ölçüsü40,82 Kb.
#195879
  1   2   3
Mövzu - 5 1


Mövzu: 5
Kommunikasiyanın növləri. Dialoq ünsiyyət forması kimi.

Şəxsiyyətlərarası ünsiyyət müxtəlif formalarda həyata keçirilə bilər ki, onlardan ən əsası dialoq və monoloqdur. Canlı nitq praktikasında onları təmiz şəkildə ayırmaq mümkün deyil.


Bu formalar bizi tərəfdaşların müxtəlif kommunikativ vəzifələri ilə və onların həyata keçirilməsi şəraiti ilə şərtlənən fərdi səylərin birləşdiriilməsinin müxtəlif üsulları baxımından maraqlandırır.
Buna görə K.Menqin ardınca biz də dialoq anlayışı dedikdə «elə bir kommunikativ fəaliyyət növü başa düşəcəyik ki, onun gedişində tərəfdaşların birgə məqsədi bir tərəfdaşın bu və ya digər mühazirəsi və digər tərəfdaşın həmin mülahizəni dərk etməsi nəzərdə tutulur. Dialoq üçün həmsöhbətlərin danışan və dinləyən rollarını dəyişməsi xarakterikdir.»
Ünsiyyətin məhsuldarlığı baxımından «dialoq» və «poliloq» terminlərindən istifadədə prinsipial fərq yoxdur, həmçinin «dialoq-monoloq» müxalifətinin yaradılması da aktual deyil, çünki dinləyən və danışanın mövcudluğu monoloqdan daha mühüm göstəricidir.
«Linqvistik terminlərin lüğət-məlumat kitabı»nda poliloqun belə bir tərifi ilə rastaşırıq:
Poliloq (yunan sözü polys-«çoxsaylı» və loqos-burada söhbət)- bir neçə şəxs arasında söhbət. Məzmunu etibarilə qismən «dialoq» termini ilə uyğundur. Vəziyyətlə əlaqəlilik, özü-özünə meydana çıxmış olmaq, xətti olmamaq poliloqun məzmun-məna quruluşunda maksimum dərəcədə əks olunur.
Poliloqun replikalarının məna və forma əlaqəsi dar mənada dialoqa nisbətən daha çox dəyişmə amplituduna malikdir.
Dialoqun ünsiyyət forması kimi əsas inkişaf mərhələləri
Müstəqil əbədi-fəlsəfi janr kimi dialoq antik Yunanıstanda, ideoloji mübarizənin kəskinləşdiyi dövrdə, antik demokratiyanın inkişaf etməsi ilə meydana gəldi, çünki ictimai həyat hər bir yunanın həyatının əhəmiyyətli komponenti idi və onlar camaat qarşısında çıxış və mübahisə etmək bacarığına yiyələndiyi halda uğurlu şəxsiyyət hesab edilirdi.
Müxtəlif mədəniyyət növləri özləri üçün xarakterik olan müxtəlif fikir mübadiləsi növləri yaradırdılar. Dinlərin öz aralarında mübarizəsinin açıq mübahisələrdə əks olunduğu hind ənənəsində xalq qarşısında diskussiyalara üstünlük verilirdi; həm də bu diskussiyalar son dərəcə dəbdəbəli, bəzən hətta teatrlaşdırılmış formada keçirilirdi; bu söz döyüşündə məğlubiyyətə uğrayan qalib gələnin qulu olar, öz mülkiyyətini qalibə verməli, məhkəmənin qərarı ilə özünü öldürməli ola bilərdi, çünki bundan sonraki fiziki mövcudluğunu mümkün hesab etməzdi.
Nəticədə məşhur «mübahisənin hind qaydası» meydana gəldi: fikrini formalaşdırmazdan əvvəl opponentinin nəzər-nöqtəsini müəyyənləşdirmək, onu təkzib etmək və yalnız bundan sonra öz mülahizələrini izah etmək, onları tərəfdaşının mövqeyi baxımından əsaslandırmaq lazımdır.
Çin filosofları və məntiqçilərinin diqqətini sofistlərin müxtəlif əsaslandırmaları, mübahisənin psixoloji istiqaməti (mübahisə edənlərin motivasiyası), anlayışların mənasının dəqiqləşdirilməsi problemi və bir çox başqa məsələlər cəlb edirdi. Məsələn, moizm cərəyanının banisi filosof Mo Dinin ardıcılları mübahisənin aşağıdaki şətlərini nəzərdən keçirirdilər:
A) əgər mülahizələr eynidirdə, deməli mübahisı ola bilməz;
B) eyni bir məsələ haqqında müxtəlif mülahizələr mövcuddursa, mübahisə yaranır;
C) mübahisədə fikri həqiqətə uyğun olan şəxs qalib gəlir və s.
Yunanıstanda isə dialoq cəmiyyətin intellektual səviyyəsinin və onun potensial imkanlarının özünəməxsus meyarı idi. Antik dialoqun inkişafı daha çox yunanların əfsanə yaratmaq, mübahisə etmək, sual qoymaq və onun cavablarını axtarmaq, təfəkkürün əks və zidd formalarının vəhdətinin qəbul edilməsi meylləri ilə stimullaşırdı.
Antik dialoq qədim yunan mədəniyyətinin mühüm hissəsinə çevrildi, klassik idealın həqiqi obrazı oldu; bunların əsasında isə fikir plüralizminin, fərdi mövqelərin və nəzər nöqtələrinin bərabər hüquqlu olmasının, ümumbəşəri azadlıq prinsiplərinin həmçinin şəxsiyyətin mütləq azadlıq və dəyərlərinin, o cümlədən bütünlükdə cəmiyyət azadlığınının prinsipial şəkildə qəbul edilməsi dururdu. Yalnız sofistlər mübahisıni xüsusi tədqiqat predmetinə çevirdilər. Dialoq aparmağı bir sənət kimi qəbul edən sofistlər mübahisə edənə müəllim kimi öz xidmətlərini təklif edir bə bundan ötrü pul alırdılar.
Onlar dialoqu inandırma və müxtəlif nəzər-nöqtələrinin toqquşması zamanıçətin viziyyətdən çıxma üsulu hesab edir, obyektiv həqiqəti axtarmağın qayğısına qalmadan, hər hansı qərara aid əks fikri daha tez tapmağın yollarını axtarırdılar.
Onlar anlayış-kateqoriyalı təfəkkürün universal çevikliyindən və zəngin linqvistik imkanlarından (yayğın, qeyri-konkret, ikimənalı mülahizələrdən nəinki çəkinmir, hətta qəsdən diskussiyada belə halların yaranmasına süni surətdə təhrik edirdilər) ustalıqla istifadə edirdilər və nəticədə xüsusi dialoq nzəriyyəsini-məzmunsuz, boş sözlərdən ibarət olan «heç nə haqqında mübahisə» yaratdılar.
Bu dövrdə «elmdənkənar» mübahisə üsullarının geniş yayılması təkcə
Sokrat tərəfindən pislənməklə, Aristofan tərəfindən təbii-elmi məşğələlərin məsxərəyə qoyulması ilə qalmır, həm də giər faktlarla əyani surətdə sübut olunur.
Sokrat sofist fəlsəfənin və eristikanın qüsurlarını aradan qaldırmağa çalışaraq, kütlə qarşısındaki mübahisılıri həqiqət axtaran iki bərabərhüquqlu tərəfdaşın təkbətək söhbətinə (evristik dialoq) çevirir. Bu yüksək bədii tərzdə tərtib edilmiş fəlsəfi söhbət janrıdır.
Belə söhbətin əsas məqsədi həmsöhbətinin gözü qarşısında həqiqətin yaranmasıdır; tərəf-müqabili kifayət qədər güclü dəlillər gətirdiyi halda Sokratın öz nəzər-nöqtəsindən imtina etməyə hazır olmasını göstərir.
Həqiqətin axtarılması metodu-mayevtika (mamaça metodu)- bu metod əməli olaraq həmsöhbətlərin rolunu aparıcı və idarə edilən, yəni bir tərəfdən müəyyən suallar verilməsi, digər tərəfdən isə onlara cavablar axtarılması və müəyyən nəticələrə gəlinməsi şəklində müəyyənləşdirir.
Şərhin dialoji formasının metodoloji izahı yalnız Platon tərəfindən verilir. Dialoq nəzəriyyəsində Platon sofistlərin subyektiv həqiqətinin əksinə olaraq, hamı üçün əhəmiyyətli olan biliklərin tapılmasını qarşısına məqsəd qoyur.
Onun dialoqu nəinki həmsöhbətlər arasında hər hansı kobudluğu, yaxud şəxsi anlaşılmazlıqları istisna edir, həm də bir qayda olaraq, xeyirli sonluq- həqiqətin birlikdə tapılması ilə nəticələnir.
Onun dialoqu danışanın ritorikanın formal imkanlarından sui-istifadə etməsinə görə mənəvi məsuliyyətini nəzərdə tutur. Platonun dialoqu xüsusi kompozisiya prinsipinin- problemli fikrin mərhələli (irəliləyən) hərəkəti əsasında quurlur. Dialoqun məntiqi təbiətini sistemli şəkildə tədqiq edən ilk insan Aristotel oldu. Öz əsələrində o, xarakterindən asılı olaraq əqli nəticələrin həqiqi, təxmini, yalab kimi əsas növlərini müəyyənləşdirir və təhlil edir.
Həmsöhbətlərin qeyri-bərabər mövqelərinin onların strategiyasında ziddiyyətlər yaranmasına səbəb olduğunu müəyyən edən Aristotel dialoqların ayrı-ayrı növləri üzrə ümumi və xüsusi strategiyalarını hərtərəfli təsvir edir. Dialektik mübahisəni isə onların arasında ən ləyaqətli hesab edir.
Eristikaların əsası ənənəvi olaraq nitq təsiri nəzəriyyəsi hesab olunur. Müasir nitq praktikası isə digər prioritetlərə üstünlük verir: filosof N.A.Bezmenovanın fikrincə «metoritorikanın (yəni müasir ritprikanın) mərkəzi problemi istənilən fəaliyyətin əsasında duran qarşılıqlı nitq təsirləridir». Nitqin qarşılıqlı nəzəriyyəsinin əsasları M.M.Baxtin tərəfindən qoyulmuşdur.
İnsan düşüncəsi haqqında Sokrat anlayışının təhlili zamanı o, həqiqətin dialoji təbiəti və dialoq haqqında başlanğıc fikri söyləmişdir. M.M.Baxtin mədəniyyətin mənasını adi mübahisə, fikir mübadiləsi, söz döyüşü hesab etmədiyi dialoqda görürdü. Onun dialoqu istənilən formada təzahür edən insan təfəkkürünün ümumiliyinin qüvvə və əhəmiyyətinə malikdir, yalnız «dialoji ünsiyyət sözün həqiqi həyat mühitidir».
Ünsiyyətin spesifik forması kimi dialoqun əsas mərhələlərinin təhlili və onun problemlərinin dərk edilməsi ünsiyyətin bu formasının özünəməxsusluğunu aşkara çıxarmağa və onun əsas xüsiyyətlərinə diqqət yetirməyə (fikir plüralizminin qəbul edilməsi, müxtəlif fərdi mövqelərin bərabərhüquqlu olması,məntiqi sübutun inandırmanın əsası kimi qəbulu, danışanın ritorikanın formal imkanlarından sui-istifadəyə görə mənəvi məsuliyyəti, həmsöhbətlərin mülahizələrində onların birgə fəaliyyətini asanlaşdıran modal məlumatların mövcudluğu) imkan verir.

Yüklə 40,82 Kb.

Dostları ilə paylaş:
  1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin