AZƏrbaycan respublikasinin prezidenti yaninda döVLƏT İdarəÇİLİk akademiyasi



Yüklə 6 Mb.
Pdf görüntüsü
səhifə15/53
tarix16.02.2017
ölçüsü6 Mb.
#8938
1   ...   11   12   13   14   15   16   17   18   ...   53

Qədim Roma 

 

Tarixi vaxt baxımından çox da böyük olmayan, lakin hadisələrin xrono-

logiyasına, forma və məzmun aydınlığına görə dolğun dövlətçilik təşəkkülü 


Fuad Məmmədov

 

 

170



və transformasiya panoramasını biz Qədim Romada görürük. Burada ardıcıl 

olaraq, tayfa-qəbilə təşkili, şah hakimiyyəti, respublika, prinsipat və imperi-

ya bir-birini əvəz edir. Qədim Roma dövlətçiliyi tarixinin nümunəsində in-

sanın və dövlətin inkişafının kulturoloji qanunauyğunluqları aydın şəkildə 

görünür: təbii-coğrafi şəraitin, mədəniyyətin genetik kodunun, tarixi şərai-

tin, mədəni mübadilənin, sosial mühit və dövlətin siyasi rejiminin rolu. Bi-

zim günlərdə bu qanunauyğunluqların başa düşülməsi və nəzərə alınması,- 

cəmiyyətdə sosial harmoniyaya nail olmağa və onu saxlamağa, siyasi sabit-

liyə, davamlı inkişafa, həmçinin beynəlxalq təhlükəsizliyə imkan verən 

dövlət idarəçiliyinə daha optimal yanaşmalar hazırlamağa kömək edir.  

B.e.ə. II əsrdə Fukididin tarixi-coğrafi ənənəsinin davamçısı, uzun illər 

Romada yaşamış görkəmli yunan tarixçisi Polibi, Roma dövlətçiliyinin di-

gər ölkələrin dövlət quruluşunun məlum tarixi formaları ilə müqayisəli təh-

lili əsasında, özünün əzəmətinə görə romalıların monarxiyanın (konsulların 

hakimiyyəti), aristokratiyanın (senatın rolu) və demokratiyanın (xalq yığın-

caqlarının - komitsilərin rolu) üstünlüklərinin inteqrasiya edildiyi ən yaxşı 

dövlət quruluşuna borclu olmaları haqqında qəti qənaətə gəldi. Lakin tarixi 

dövr keçdikcə, hər şey dəyişir. Polibidən sonra Roma öz dövlətçiliyinin in-

kişafında və transformasiyasında tarixi hadisələrlə zəngin daha yeddi yüz il 

mövcud olmuşdur. Buna görə də dünyanın bir çox ölkələrinin dövlətçiliyi 

üçün çıxış nöqtəsi olan Qədim Roma dövlətçiliyi mədəniyyətinin təşəkkülü, 

inkişafı və tənəzzülünün obyektiv mənzərəsini əldə etmək üçün ona bütün 

tarixi inkişaf dövrü kontekstində nəzər salmaq lazımdır. Dövlət quruculuğu 

və idarəçiliyinin  əsas səbəblərini və qanunauyğunluqlarını anlamaq üçün 

hakimiyyətdə olan sosial qrup və ya ayrı-ayrı  şəxsiyyətlərin fəaliyyətinin 

əsasını  təşkil edən, - cəmiyyətin, mədəniyyətin, maraqların və motivlərin 

həyat fəaliyyətinin tarixi xüsusiyyətlərinin, coğrafi, demoqrafik, iqtisadi, 

sosial və siyasi şəraitlərinin təhlili zəruridir.  

B.e.ə. VIII əsrdə  əsası qoyulmuş Romanın  əvvəlki dövlətçiliyini, ehti-

mala görə b.e.ə. I minilliyin əvvəli üçün Egey dənizinin Kiçik Asiya sahil-

lərindən İtaliyaya miqrasiya etmiş etruskların Apennin yarımadasında məs-

kunlaşdığı vaxta aid etmək lazımdır. Yerli italyan tayfalarının yaşayış məs-

kənlərindən fərqli olaraq, etruskların məskunlaşdığı  məntəqələr yunan şə-

hər-dövlətlərini xatırladırdı. İlk əvvəl şəhər icmalarının başında hökmdarlar 

dururdular. Qəbilə quruluşunun dağılması və hökmdarların hakimiyyətinin 

zəifləməsi ilə idarəetmə aristokratiyanın əlinə keçdi. Bu dəyişikliklər nəti-

cəsində hökmdarın funksiyaları iki yüksək vəzifəli şəxslər arasında bölündü 

ki, bunlardan biri sonrakı Roma edilini xatırladırdı. Roma tarixçisi Tit Livi-

yə görə, məhz bu dövrdə etrusk hakimiyyət simvolları yarandı: dövlət baş-

çısının qarşısında addımlayan 12 liktor institutu; fil sümüyü ilə bəzədilmiş 



İdarəetmə mədəniyyəti 

 

171



kurul (X-şəkilli ayaqlar üzərində qatlanan, söykənəcəksiz) kürsü; sonralar 

romalılar tərəfindən mənimsənilmiş fassiyalar – baltacıqlar taxılmış çubuq 

dəstləri. Tit Livi məlumat verir ki, romalılar etrusklardan, həm də patrisinin 

ləyaqət emblemini - boyuna taxılan qızıl kürəçiyi və al qırmızı haşiyəli bü-

rüncəyi, həmçinin hərbi triumfları təmtəraqla bayram etmək adətini götür-

müşdülər.  

Hökmdarların dövründə dövlət idarəçiliyi Qədim Roma cəmiyyətinin 

qəbilə sosial strukturu ilə şərtlənirdi. Qəbilə üzvləri ümumi əmlaka malik 

idilər və dini ayinləri birgə yerinə yetirirdilər. Qəbilə əlaqələrinin zəifləmə-

si ilə cəmiyyətin əsas struktur özəyinə çevrilən patriarxal ailənin rolu güc-

ləndi. Belə ailənin başında ev qullarının da daxil olduqları ailə üzvlərinin 

həyatı və ölümü üzərində qeyri-məhdud hakimiyyətə malik olan “pater fa-

milias” dururdu.  

İlk əvvəl Romanın azad əhalisi, onun tamhüquqlu vətəndaşları (“popul-

yus romanus”) 300 qəbilədən ibarət idi. Struktur baxımından azad əhali bir-

likdə Roma patrisian icmasını (sonralar səsvermə senzinin, qoşun döyüşçü-

lərinin yığımının müəyyənləşdirilməsi və s. üçün Roma ərazisinin bölündü-

yü inzibati dairələr) təşkil edən üç etnik tribaya bölünürdü: latın, sabin və 

etrusk. Tribaya 10 kuriya daxil idi ki, onların da hər biri 10 patrisi qəbiləsi-

ni birləşdirirdi. Kuriya senat formasında öz idarəçilik strukturuna malik idi 

və bu surətdə, Qədim Romanın inzibati vahidi kimi xidmət edirdi. Hökm-

darın çağırışı ilə tam hüquqlu vətəndaşlar kurial yığıncaqlara – komitsilərə 

toplanırdılar ki, kuriyalar üzrə səsvermə yolu ilə xalqın taleyinə, müharibə-

yə və sülhə və dini ayinlərə aid olan qərarlar qəbul etsinlər.  

Şəhər icmasına yığıncaqda seçilmiş hökmdar başçılıq edirdi. Qətl işləri 

üzrə məhkəməni həyata keçirən bir neçə köməkçisinə - kvestorlara söykə-

nən hökmdar - ali hərbi rəis, kahin və hakim idi. 12 liktor (fəxri qarovul) 

onun qarşısında fassiya aparırdı. Hökmdar qeyri-məhdud hakimiyyətə ma-

lik olmasa da, etrusk hökmranlığı dövründə onun hakimiyyəti kifayət qədər 

güclü idi və Roma ailəsində “pater familias” hakimiyyətini xatırladırdı. 

Hökmdarla birlikdə 100-300 üzvdən ibarət Ağsaqqallar  şurası – senat da 

idarə edirdi. Komitsilərdə qəbul edilmiş bütün qərarlar senat tərəfindən təs-

diqlənirdi. Kurial yığıncaqlarda iştirak edən tamhüquqlu vətəndaşlar patri-

silər adlandırılırdı. Patrisilərin “ataları” - “patres” senatda iclas edirdilər. 

Romanın azad əhalisinə, patrisilərdən asılı olan “kliyentlər” və Roma qəbi-

lələrinin və kuriyalarının tərkibinə daxil olmayan çoxsaylı “plebeylər” də 

aid edilirdi. Plebeylər Roma ilə qonşu icmalardan gələn mühacirlər idi. 

Onlar kənd təsərrüfatı, ticarət və  sənətkarlıqla məşğul olurdular. Şəxsi 

azadlığa malik olaraq, plebeylər siyasi hüquqlardan və patrisi qəbilələri nü-

mayəndələri ilə nigaha daxil olmaq hüququndan məhrum edilmişdilər. La-


Fuad Məmmədov

 

 

172



kin romalılar tərəfindən istila edilmiş qonşu latın icmalarının ayrı-ayrı nü-

fuzlu qəbilələri patrisilərin tərkibinə buraxılırdılar. Plebeylərdən bəziləri 

patrisilərin himayəsinə daxil olaraq onların kliyentlərinə çevrilirdilər və on-

lara sadiqliyini saxlamağa və müxtəlif xidmətlər göstərməyə borclu idilər. 

Öz növbəsində himayədarlar (“patronus”) məhkəmədə kliyenti müdafiə et-

məli və bütün işlərdə ona qəyyumluq etməli idi.  



B.e.ə. VI əsrdə Qədim Romanın altıncı hökmdarı Servi Tullinin, Afina-

da Solonun həyata keçirdiyi islahatı xatırladan siyasi islahatı ilə qəbilə döv-



lətçiliyinin dayaqları sarsıldı. Tam siyasi hüquqlara malik “Roma xalqının” 

tərkibinə plebeylər də daxil edildilər. Siyasi hüquqlara malik olan bütün öl-

kə əhalisi bu və ya digər şəxsin mülkiyyətindəki becərilən torpağın kəmiy-

yətindən asılı olaraq, altı əmlak kateqoriyasına bölündü. İslahat patrisilərlə 

plebeylər arasındakı ziddiyyətin yumşalmasına imkan verdi. Hərbi mükəl-

ləfiyyətlər yükü də əmlak əlamətinə görə bölünürdü. Kurial komitsilər – qa-

nunların qəbulu, vəzifəli  şəxslərin seçilməsi, müharibə elan edilməsi və 

sülh bağlanması kimi səlahiyyətləri senturial (senturiya – vətəndaşların hər-

bi-siyasi bölünmə vahidi) komitsilərə keçdi. Servi Tullinin islahatı erkən 

Roma dövlətçiliyində ciddi dəyişikliklərə gətirib çıxardı. Buna baxmayaraq 

real hakimiyyət daha çox torpaq sahəsinə malik olan köhnə patrisi qəbilələ-

rinin əlində saxlanılmışdı. Bu qəbilələr cəmiyyətin I sinfini və senturiya yı-

ğıncaqlarında əksəriyyəti təşkil edirdi. Cəmiyyətin idarəetmə sisteminə seç-

kili vəzifəli simalar olan Roma kahinləri, kahin kollegiyaları və dini birlik-

lər müəyyən ideoloji təsir göstərirdilər.  

Qədim İtaliya sakinlərinin dövlətçiliyi üçün yunan şəhər-dövləti nümu-

nə idi. Yunanlardan, həmçinin yunan əlifbası, yunan allahları,  əsatirlər və 

əkinçiliyin daha təkmil metodları mənimsənilmişdi. Erkən Roma Respubli-



kasının dövlətçiliyi b.e.ə. VI əsrin sonunda formalaşmağa başladı. O aydın 

ifadə olunmuş aristokrat xarakteri daşıyırdı. Respublikadakı ali hakimiyyət, 

ilk  əvvəl  pretorlar  (“irəlidə gedənlər”) adlanan, hər il yenidən seçilən iki 

konsula məxsus idi. Konsul vəzifəsini tutmaq hüququna yalnız senturial yı-

ğıncaqlarda seçilən patrisilər malik idilər. Konsullar öz vəzifə borclarını ye-

rinə yetirmə müddətində məhkəmə məsuliyyətindən azad olurdular. Konsu-

lun hakimiyyəti yalnız onlardan birinin digərinin qərarına veto qoya bilməsi 

hesabına məhdudlaşdırılırdı. Konsullar patrisilərin siyasi maraqları ilə he-

sablaşsalar da, onların razılığı olmadan nə senat, nə komitsilər toplaşmaq 

hüququna malik deyildilər. B.e.ə. V əsrin ortalarından etibarən maliyyə, 

məhkəmə və arxiv işlərini aparan vəzifəli şəxslərin - kvestorların rolu artdı. 

Hərbi yürüşlər zamanı komitsilərdə seçilən kvestorlar hərbi xəzinəni idarə 

edərək konsulları müşayiət edirdilər. Qanunverici təşəbbüsü olmayan sen-

turial komitsilərin qərarları, onların yalnız  “patres” - senat tərəfindən təsdi-


İdarəetmə mədəniyyəti 

 

173



qindən sonra qüvvəyə minirdi. Kurial və senturial komitsilərin nümunələri 

üzrə 471-ci ildən plebey yığıncaqları - “plebessitlər” keçirilməyə başlandı. 

Onların qərarları,  əgər “ataların” – senatorların avtoriteti ilə  təsdiqlənirdi-

lərsə, yalnız plebeylərin özləri üçün qüvvəyə malik olurdu.  

Bu dövrün ictimai münasibətləri üçün bütün dövlət idarəçiliyini əlində 

cəm etmiş patrisilərlə, sosial cəhətdən yoxsul, siyasi baxımdan hüquqsuz 

olan plebeylər arasında baş verən ziddiyyət və münaqişələr səciyyəvi idi. 

B.e.ə. 501-ci ildə Romada ilk dəfə olaraq diktator – qeyri-məhdud səlahiy-

yətlərə malik olan vəzifəli şəxs seçildi. Diktator hakimiyyəti haqqında qərar 

Roma dövlətçiliyi üçün ciddi təhlükə yaranan zaman qəbul edilirdi. Dikta-

tor faktiki olaraq, senat tərəfindən seçilirdi, hərcənd, formal olaraq, bu 

funksiyanı konsullar həyata keçirirdilər. Diktator qeyri-məhdid hakimiyyətə 

malik idi və dövlət idarəçiliyinin tam təkbaşına rəhbərliyini həyata keçirir-

di. Onu əvvəlki hökmdarlar kimi 12 deyil, 24 liktor müşayiət edirdi. 

Sonsuz müharibələr və Romanın ərazi ekspansiyası (genişlənməsi) nəti-

cəsində b.e.ə. IV əsrin ortalarından onun ərazisi  əhəmiyyətli dərəcədə ge-

nişləndi. Zəbt edilmiş ərazilərin əhalisi adətən “sine suffragio”, yəni özünü-

idarə hüququndan və Roma xalqının yığıncaqlarında səsvermədən məhrum 

məhdud Roma vətəndaşlığını alırdı. İstila edilmiş şəhərləri Romadan gön-

dərilmiş prefektlər (inzibati (məhkəmə və ya hərbi) funksiyaları yerinə yeti-

rən rəislər) idarə edirdilər. Lakin sonsuz müharibələrlə müflis edilmiş  və 

patrisian qəbilələrinin borc köləliyindən əziyyət çəkən Roma plebsi b.e.ə. V 

əsrin  əvvəli üçün zəbt edilmiş torpaqların bölünməsində öz payını, siyasi 

hüquqların genişlənməsi və patrisilərin özbaşınalığından qanunvericiliklə 

müdafiə edilmə  tələbi ilə  çıxış etdi. Dövlətin çoxsaylı  hərbi qüvvəsi olan 

plebeylərin Romadan getməsi – “sesessiya” nəticəsində patrisilər, hər il 

plebey iclaslarında plebsin maraqlarını müdafiə edən iki və ya dörd xalq 

tribununun  seçilməsi hüququnu tanıdılar (sonralar onların sayı 10-a qədər 

artırıldı). Tribunlar şəhərlərin hakimiyyət işlərinə qarışmaq, vəzifəli şəxslə-

rin və senatın qərarlarının icrasını dayandırmaq hüququna malik idilər. Bu-

nunla belə, onlar diktatorların sərəncamlarına, həmçinin sonralar təsis edil-

miş senzorların qərarlarına təsir göstərə bilmirdilər. Əgər komitsilərin qə-

rarlarında plebey əhalisi üçün hər hansı bir zərər müəyyən edilirdisə, tri-

bunlar onlara veto qoyurdular və onlar səsvermədən çıxarılırdılar.  

Tribunlar yalnız plebeylərin arasından seçilirdi və onlar hüquqi toxunul-

mazlığa malik idilər. Xalq tribununa əl qaldıran kəs qanundan kənar elan 

edilirdi və hər kəs tərəfindən cəzasız olaraq öldürülə bilərdi. B.e.ə. V əsrdə 

dövlətçilik və dövlət idarəçiliyi mədəniyyətinin inkişafında plebeylərin təz-

yiqi altında həyata keçirilmiş Roma hüququnun kodifikasiyası mühüm rol 

oynadı. Əsrin ortalarında dövlətdə hakimiyyət müvəqqəti olaraq “desemvir-


Fuad Məmmədov

 

 

174



lərin” – üzərinə yüz illərlə Romanın dövlət idarəçiliyi, sosial və siyasi hə-

yatının hüquqi əsası olan “XII cədvəl Qanunlarının” tərtib edilməsi qoyu-

lan, seçilmiş 10 patrisinin əlində cəmləşdi. “XII cədvəl Qanunlarının” o za-

man Romada mövcud olan adi qanunların qeyd edilməsindən ibarət olan və 

klassik quldarlıq dövlətçiliyinə keçid dövründə sosial münasibətlərin inki-

şafında əks olunan fəaliyyəti yalnız b.e. V əsrində məşhur Yustinian məcəl-

ləsinin qəbulu ilə əlaqədar olaraq başa çatdı.  

“XII cədvəl Qanunlarının” nəzərdə tutulmuş normaları qəbilə mülkiyyə-

tini və fərdi mülkiyyəti qoruyur və ictimai həyat qaydalarını və məişət mə-

dəniyyətini tənzimləyirdi. Lakin bu, plebeyləri aşkar hüqüq bərabərsizliyin-

dən və  təzyiqlərdən qorumadı. Plebeylərin sosial-siyasi hüquq bərabərliyi 

uğrundakı sonrakı mübarizələri nəticəsində b.e.ə. 445-ci ildə onların patrisi-

lərlə evlənməsinə qoyulan qadağa aradan qaldırıldı, həmçinin iki yeni vəzi-

fə tətbiq edildi. B.e.ə. 367-ci ilə qədər senatın qərarı ilə iki konsul əvəzinə, 

həm patrisilərin, həm plebeylərin ola biləcəyi, konsul hakimiyyəti ilə üçdən 

səkkizə qədər tribun seçilirdi. Bununla yanaşı yalnız patrisilərin arasından 

seçilən və geniş real hakimiyyətə malik senzor  vəzifəsi tətbiq edilmişdi. 

Senzorlara bütün nəzarət səlahiyyətləri verilmişdi. Onların əsas funksiyası, 

Servi Tulli tərəfindən tətbiq edilmiş senzə uyğun olaraq, hər bir vətəndaşın 

əmlakının və cəmiyyətin sinfi və ya hərbi-siyasi iyerarxiyasında onun yeri-

nin qiymətləndirilməsində idi. Senzorun missiyasına, vətəndaşlar tərəfindən 

dövlət qarşısında öz vəzifələrinin yerinə yetirilməsinə, “qədim yaxşı adətlə-

rin” qorunmasına nəzarət də daxil idi. Senzorlar senatorların fəaliyyətinə 

nəzarət etmək və qəbahətlərinə görə onlardan bəzilərini senatdan kənarlaş-

dırmaq hüququna malik idilər. Bu zaman senzorun hökmünə qarşı şikayət 

edilmirdi. Bununla yanaşı senzorlar dövlət büdcəsini tərtib etməli, dövlətin 

mədaxil və məxaricinə nəzarət etməli, dövlət rüsumu toplamalı, iri həcmli 

ictimai işlərin təşkilinə rəhbərlik etməli idilər.  

B.e.ə. 367-ci ildə tribunlar Qay Lisini Stolon və Lusi Seksti Lateran - 

Lisini-Siksti qanunları adlanan üç yeni qanunun qəbul edilməsinə nail oldu-

lar. Bu qanunlardan biri, torpaq mülkiyyətinin bir qrup dövlətlinin  əlində 

toplanmasını hüquqi baxımdan məhdudlaşdıraraq, Romanın bütün vətən-

daşlarına torpaqdan bərabər istifadə hüququ verirdi. Bu qanunun reallaşdı-

rılması dövlətin ixtiyarında olan “ager publikus” torpaq fondunun daim ge-

nişləndirilməsinə yardım edirdi. Digər qanun plebeylərin borc ödənişini - 

onların borc üzrə faiz ödənişlərini borcun bir hissəsinin ödənilməsi kimi qə-

bul edilməsi hesabına asanlaşdırırdı. Üçüncü qanunla konsul hakimiyyətli 

hərbi tribun institutları ləğv edildi. Əvvəllər olduğu kimi bu vəzifəyə yalnız 

konsullar seçilməli idilər ki, ona keçmə indi plebeylər üçün də açıq idi. 

Eyni zamanda konsulların məhkəmə funksiyası onlardan alındı və senturial 



İdarəetmə mədəniyyəti 

 

175



komissiyalarda seçilən yeni vəzifəli şəxslərə - pretorlara verildi. Əlavə ola-

raq plebey edillərinə malik olan tribunlara üstəlik, əvvəllər yalnız patrisilə-

rin arasından seçilən iki kurul edili ayrıldı. Edillərin vəzifəsinə şəhərin hə-

yat fəaliyyətinin (meydanların, küçələrin və bazarların vəziyyəti, ərzaqla tə-

minat, ictimai tədbirlərin təşkili) təmin edilməsinə nəzarət daxil idi.  

Lisini-Siksti qanunları patrisilər və plebeylərin siyasi hüquq bərabərliyi-

nin əsasını qoydu. Plebeylər diktator və senzor seçilmək ixtiyarı qazandılar, 

onlar üçün Romanın ali baş kahini “pontifeks maksimus” tərəfindən başçı-

lıq edilən pontifiklərin kahin kollegiyasına, həmçinin komitsilərin keçiril-

məsi üçün “xeyriyyə” günlərinin seçilməsi haqqında qərar qəbul edən “av-

qurlar” kollegiyasına daxil olmağa yol açıldı. Nəhayət, b.e.ə. 287-ci ildə 

Hortenziya qanunu qəbul edildi, ona uyğun olaraq plebeylərin triba yığın-

caqlarının qərarları, senatın təsdiqi olmadan, qanun qüvvəsi aldı  və bütün 

xalq üçün məcburi oldu.  

Çoxillik sosial dəyişikliklər nəticəsində artıq b.e.ə. IV əsrin sonu üçün 

Romada iri torpaq mülkiyyətinə – nobilitetə arxalanan yeni birləşmiş patri-

si-plebey əyanları əmələ gəldi. Nobilitet – hakimiyyət orqanı senat olan ali 

dövlət zümrəsinə çevrildi. İndi senatda qədim patrisi qəbilələri ilə yanaşı 

plebeylər əhəmiyyətli yer tuturdular. İtaliyanın Romadan kənardakı əhalisi 

Romanın başçılığı ilə İtaliya İttifaqına daxil olan 4 kateqoriyaya bölünürdü. 

İttifaq, Romanın onun hesabına müvəffəqiyyətli istilaçı müharibələri həyata 

keçirdiyi çoxsaylı, yaxşı təşkil edilmiş və intizamlı orduya malik idi. Strate-

ji mərkəzlər kimi əsası qoyulan Roma koloniyalarında özünüidarə statusu 

müəyyən edilmişdi, əsas idarəçilik rolunu isə duumvirlər (Romada konsul-

ların hakimiyyətinə anoloji olan, səlahiyyətlərə malik vəzifəli adamlar) və 

dekurionlar şurası (şəhər şurası) oynayırdı. Strateji mərkəzlərin əhalisi, ro-

malılar kimi, tam hüquqlu vətəndaşlar hesab edilirdilər. İkinci kateqoriya-

ya, sakinlərinin hüquqları məhdudlaşdırılmış munisipilər aid idi: onlar səs 

verə və Romada vəzifə tuta bilməzdilər. Munisipilərə ya özünüidarə statusu 

verilirdi, ya da Romadan prefektlər təyin olunurdu. Üçüncü kateqoriyaya, 

həyat fəaliyyəti Roma deyil, latın qaydaları ilə tənzimlənən latın koloniya-

larının  əhalisi aid idi. Onlar muxtariyyət statusuna, pul kəsmək hüququna 

malik idilər və Romaya hərbi kontingent - kaqortalar çıxarmağa borclu idi-

lər. Dördüncü kateqoriyanı – “sosi” (müttəfiqlər) adlanan İtaliya əhalisi təş-

kil edirdi. İttifaq şəhərləri (“sivites federate”) məhdud dövlət suverenliyinə 

malik idilər. Onlar da Romaya ordu ilə yardım etməli idilər, lakin onlara 

müstəqil xarici siyasət aparmaq, Romanın razılığı olmadan üçüncü tərəflə 

müqavilə bağlamaq və öz təşəbbüsü ilə müharibələri başlamaq qadağan 

olunurdu. Cənubi  İtaliyanın yunan şəhərləri Roma müttəfiqlərinin xüsusi 


Fuad Məmmədov

 

 

176



kateqoriyasını  təşkil edirdi. Onların vəzifəsi Romaya yalnız dəniz donan-

ması ilə yardım etmək idi.  

Roma dövlətçiliyinin inkişafı yazı mədəniyyəti olmadan mümkün deyil-

di. Məlum olduğu kimi, etrusklar vasitəsi ilə yunanlardan yazını mənimsə-

yərək pontifiklər kollegiyasından olan Roma kahinləri və senzorları “kom-

mentari” adlanan qeydiyyatlar aparmağa başladılar. “Senzorun kommenta-

riləri” senzorun evində saxlanılır, nəsildən-nəslə, atadan oğula keçirdi və 

oğul senzor seçildiyi halda, əlində senzorun idarəetmə fəaliyyətinə aid peşə 

bilikləri və təlimatlar olan unikal materiallar olurdu. Bununla yanaşı Yuno-

na Moneta məbədində saxlanan kətan parça üzərində vəzifəli adamların si-

yahıları və idarəetmə fəaliyyətini həyata keçirmək üçün digər yazılı məlu-

mat tərtib edilirdi. Çox güman ki, “XII cədvəl Qanunları” ilə yanaşı Qədim 

Roma salnaməsini təşkil edən bu yazılı  mənbələr, “libri linteylər”, “kətan 

kitablar”, Qədim Romanın dövlət idarəçiliyində istifadə olunan ilk “tədris 



vəsaitləri” idi. Belə “vəsaitlərin” siyahısına, həm də b.e.ə. 304-cü ildə dərc 

edilmiş Roma təqvimini və b.e.ə. 280-ci ildə senzor Appi Klavdinin Roma 

senatında etdiyi məşhur nitqini əlavə etmək lazımdır. Enninin b.e.ə. III əsr-

də nəşr olunmuş, Roma dövlətinin yaranması və inkişafı təcrübəsini əks et-

dirən “Annalar”ı da dövlət idarəçiliyi üçün müəyyən mənbə rolunu oyna-

mışdır. 


B.e.ə. II əsrdə ən zəngin elitalar: nobilitet və atlılar (“ekvites” – yüksək 

əmlak senzinə malik imtiyazlı  təbəqə: mülkədarlar, hərbçilər, səhmdarlar, 

iri tacirlər və s.) idi. Romanı idarə edən, birinci təbəqəni təşkil edən nobili-

tet hakimiyyətinin maddi əsası iri torpaq sahibliyi idi. İkinci təbəqəni təşkil 

edən atlılar öz əllərində maliyyə və ticarəti cəmləşdirmişdilər. İşğalçı mü-

haribələr nəticəsində bu dövr üçün Roma antik dünyanın iri maliyyə sima-

sına çevrilmişdi. Romanın, onun hərbi ekspansiyası nəticəsində yaranan ge-

niş əyalətlərində (Siciliya, Sardiniya, İspaniya, Makedoniya, Ahayya, Afri-

ka, Asiya) idarəetmə  canişinlərin – Romanın özündə  əvvəllər ali inzibati 

vəzifələri icra edən keçmiş konsul və ya pretorların əlində idi. Məhkəmə və 

hərbi hakimiyyəti bütün tamlığı ilə öz əllərində cəmləşdirən canişinlər, on-

larla mübarizə üçün Romada “derepetundis” (“rüşvətxorluq haqqında”) iş-

ləri üzrə senator tribunalları yaradılan özbaşınalığı və sui-istifadəni ümumi 

qayda etdilər. Xüsusi şəxslərin vergi toplamasının özbaşınalıq və zorakılıq-

la müşayiət olunan iltizam (vergi toplama hüququ) üsulu da əyalətlərin ida-

rə edilməsinə heç də yaxşı  təsir etmirdi. Dövlət gəlirinin iltizamçıları  hər 

şeydən  əvvəl maliyyə aristokratiyasının yeni təbəqəsini təşkil edən atlılar 

olurdu. B.e.ə. 218-ci ildə Klavdinin yeni xüsusi qanunu senatorlara ticarət 

və maliyyə sazişləri ilə məşğul olmağa qadağa qoydu. Onların yüksək rifa-

hının, siyasi və iqtisadi hakimiyyətinin  əsasını qul əməyinə  əsaslanan iri 



İdarəetmə mədəniyyəti 

 

177



mülklər təşkil edirdi. Dövlətin ali magistraturalarına daxil olmanı məhdud-

laşdırmaq məqsədilə b.e.ə. 180-ci ildə çap olunmuş, karyera yüksəlişini yaş 

senzindən asılı olaraq nizamlayan nobilitet qanununu qəbul etmək təşəbbü-

sünü gösrərdi. Bu qanuna görə iddialı romalı konsul vəzifəsinə 43 yaşından 

tez iddia edə bilməzdi.  

Azsaylı nobilitetin yüz illər ərzində dövlətin ali idarəçilik vəzifələrini öz 

əllərində saxlamağa nail olmasının əsas səbəbləri – zənginlik, İtaliya şəhər-

lərinin zadəganları ilə əlaqələr və asılı kliyentlər tərəfindən göstərilən dəs-

tək idi. Bununla yanaşı ayrı-ayrı əsilzadə ailələr, seçkili vəzifələrin tutulma-

sında bir-birinə kömək edərək, öz aralarında ittifaqa girirdilər. Romanın so-

sial iyerarxiyasında nobilitetdən sonra atlılar gəlirdilər.  İltizamlar, hərbi 

təchizetmələr və  sələmçi  əməliyyatları ilə varlanan bu “ikinci təbəqənin” 

əhəmiyyəti senatorlara ticarət və maliyyə ilə məşğul olmağa qadağa qoyan 

218-ci il qanunundan sonra xüsusilə artdı. 



B.e.ə. II əsrdə Romanın dövlət idarəçiliyi nobilitetlə təmsil olunan vəzi-

fə aristokratiyasının və atlılarla təmsil olunan maliyyə aristokratiyasının 

əlində oldu. Onların hər biri xüsusi geyim formasında özlərinin üstün möv-

qeyinin simvollarına – uyğun al-qırmızı zolaqlı alt köynəkləri, üzüklər, sən-

dəllər və s. malik idilər. Bu zaman yeni aristokratiyanın - atlıların maliyyə-

iqtisadi və buna uyğun olaraq, siyasi gücü daim artırdı. Bu gücün artması 

ilə atlılar b.e.ə. II əsrin sonu üçün senatın mütləq hakimiyyətinə qarşı xalq 

tribunları ilə ittifaqa girərək, öz siyasi ambisiyalarını göstərməyə başladılar. 

Bu dövrdə İtaliyada quldarlıq sistemi klassik forma almağa başlayır. İdarə-

etmə metodunun məşhur “çörək və tamaşa” formulu üzrə siyasət olduğu şə-

hər əhalisinin gələcək lümpenizasiyası (sinfi simasını itirmiş təbəqənin ya-

ranması) baş verir. Roma aristokratiyası havayı çörək paylanması və pulsuz 

tamaşaların təşkili hesabına özünə b.e. II əsrində Roma siyasətinin və siyasi 

həyatına nəzarətin həyata keçirilmə aləti olan “kliyentlər” formalaşdırırdı.  

Qeyd etmək maraqlıdır ki, məhz bu dövrdə ellin mədəniyyətinin təsiri 

altında romalılar, onların “ümumi işin” naminə yekdilliyə  əsaslanan, sərt 

adətləri və siyasi ənənələri üçün xas olmayan fərdilik ayininə qoşulmağa 

başladılar. Roma dininin ellinistləşdirilməsi də baş verirdi. Artıq b.e.ə. III 

əsrin sonlarına doğru yerli və “yeni” allahlar arasındakı fərqlər silindi. Ro-

ma dininin ellinistləşdirilməsi, Yunan panteonuna uyğun olan 12 əsas allah 

ayininin rəsmi təsdiqi ilə başa çatdı. Bütün bunlar  baş verən sosial-mədəni 

və siyasi dəyişikliklərə uyğunlaşmalı olan dövlət və idarəetmə sistemi ideo-



logiyasına öz təsirini göstərirdi. B.e.ə. II əsrdə Roma dövlət idarəçiliyinin 

ən mühüm məsələlərindən biri - cəmiyyətdə maraqların toqquşması və kəs-

kin ziddiyyətlərlə mürəkkəbləşən  sosial münasibətlərin tənzimlənməsi idi. 

Qul  əməyinə  əsaslanan iri malikanələrin – latifundiyaların inkişafı azad 


Fuad Məmmədov

 

 

178



kəndlilərin tədricən yox olmasına və şəhərlərdə yoxsul təbəqənin – proleta-

riatın yüksəlişinə  səbəb olurdu. Müxtəlif sosial təbəqələrin maraqlarının 

harmonizasiyası, Roma cəmiyyətinin demokratlaşdırılması  və  kəndlilərin 

dirçəldilməsi məqsədi ilə Tiberi və Qay Semproni Qrakxi qardaşları yeni 

aqrar qanun layihəsini irəli sürdülər, onun qəbul edilməsi b.e.ə. 133-cü ildə 

dövlət torpaqları hesabına yaranmış ayrı-ayrı ailələrin torpaq mülklərinin 

ölçülərini məhdudlaşdırırdı. Nəticədə yaranan, yenidən dövlət mülkiyyəti 

olan torpaq qalıqlarından kasıb və yoxsul vətəndaşlar, irsən ötürülə bilən, 

lakin satmaq qadağan olunan torpaq sahələri  əldə edirdilər. Lakin tezliklə 

varlı mülkədarlar tərəfindən, onların hakimiyyətinin  ənənəvi dayaqlarına 

qəsd hesab edilən islahat dayandırıldı. Öz qarşısına Roma cəmiyyətini de-

mokratlaşdırmaq məqsədini qoyan Tiberi öldürüldükdən sonra, Qay Qrakx 

dövlət anbarlarından çörəyin ucuz qiymətə satılması və yoxsulların həyatını 

xeyli yüngülləşdirən qanun tətbiq etdi. Eyni zamanda o, Tiberinin aqrar qa-

nununu yenidən canlandırdı, bunun nəticəsində b.e.ə. 122-123-cü illərdə 

aztorpaqlılara torpaq sahələrinin paylanması  işi davam etdirildi. Bununla 

yanaşı senatın kompetensiyasına daxil olan zorakılıq işləri üzrə  məhkəmə 

işini onlara vermək yolu ilə atlıların hüquqları onun tərəfindən müdafiə 

olundu. Qrakx qardaşlarının islahatlarının demokratik xarakteri onda idi ki, 

onlar köhnə senator qəbilələrinin dövlətdə hakimiyyət monopoliyasının da-

ğıdılmasına istiqamətlənmişdi. Lakin Qay tərəfindən təklif edilən, bütün 

İtaliya  əhalisinə Roma vətəndaşlığı hüququnun verilməsini nəzərdə tutan 

yeni demokratik qanun tribunun nüfuzunu sarsıtdı və b.e.ə. 121-ci ildə onun 

öldürülməsi ilə nəticələndi. Qrakxın aqrar qanunvericiliyi ləğv edildi, lakin 

çörək qanunu və atlıların məhkəmə hüquqları qüvvədə qaldı. Torpağın ye-

nidən bölüşdürülməsinə son qoyuldu, xüsusi sahibliyə malik dövlət torpaq-

ları bölüşdürülməyən şəxsi mülkiyyət elan olundu.  

Buna baxmayaraq islahatlar atlıların mövqeyinin möhkəmlənməsinə və 

dövlət idarəçiliyində senatın hakimiyyətinin zəifləməsinə  səbəb oldu. Ro-

manın siyasi hakim qrupunda - nobilitetdə iki qruplaşma yarandı: torpaq 

zadəganlarının maraqlarının və senatın mütləq hakimiyyətinin müdafiəçilə-

ri olan “optimatlar” və demokratik şüarlardan istifadə edən, xalq yığınca-

ğından dəstək gözləyən “populyarlar”. Tezliklə,  əsasən proletarlardan for-

malaşan,  ənənəvi polis yığma qoşunundan peşəkar qoşuna çevrilən ordu 

Roma dövlətçiliyinin mühüm siyasi amilinə çevrildi. B.e.ə. I əsrin  əvvəli 

üçün konsul kimi populyar Marinin dəfələrlə seçilməsi ilə Romada hərbi 

diktatura və vətəndaş müharibələri dövrü başlandı. Biz burada da Marinin 

simasında populyarlarla və Lusi Korneliya Sullanın simasında optimatlar 

arasında siyasi rəqabət görürük. Özünü qeyri-müəyyən müddətə diktator 

elan etməyə nail olan aristokrat Sulla öz hakimiyyətindən senatın, bununla 



İdarəetmə mədəniyyəti 

 

179



isə nobilitetin aristokrat təbəqəsinin keçmiş tam hakimiyyətinin qaytarılma-

sı üçün istifadə etdi. Atlılar məhkəmə işlərində iştirak etməkdən uzaqlaşdı-

rıldılar, canişinlərin sui-istifadələri haqqında işlər üzrə  məhkəmə hüququ 

isə yenidən senata verildi. Xalq tribunlarının hakimiyyəti onunla məhdud-

laşdırılırdı ki, onların hazırladıqları qanun layihələri əvvəlcə senatda nəzər-

dən keçirilməsi idi. Nəhayət, tribunlara başqa vəzifəni tutmaq qadağan edi-

lirdi ki, bu da daha yüksək karyeraya onların yolunu bağlayırdı. Bütün bu 

yeniliklər Roma respublikasının süqutuna gətirib çıxaran böyük sosial-siya-

si sarsıntıların əsasını qoydu. Həyat göstərdi ki, cəmiyyətin, həyatın reallıq-

larının və zamanın çağırışlarının tələbatları və maraqlarının bütün spektrlə-

rini lazımınca nəzərə almayan birtərəfli qanunlarla dövlətçiliyə dağıdıcı tə-

sir göstərən ziddiyyətləri və münaqişələri aradan qaldırmaq mümkün deyil.  

Bu dövrdə Romada intellektual, etik və idarəetmə mədəniyyətinə, həm-

çinin vətəndaş hüquqları sisteminin inkişafına və dini təsəvvürlərin təkamü-

lünə, tərəfdarları ənənəvi dini, kütlələri idarəetmə aləti kimi nəzərdən keçi-

rən stoiklərin fəlsəfəsi böyük təsir göstərirdi. Belə ki, b.e.ə. 95-ci ildə Roma 

konsulu, stoisizm ideyalarının tərəfdarı Kvint Musi Stsevola dinin iki növü-

nü: fəlsəfi dini (rasional və ya stoik) və - dövlətin idarə edilməsinə və xalqı 

itaətdə saxlamağa kömək edən ənənəvi (xalq) dini ayırd edirdi. Dövlət ida-

rəçiliyində,  siyasi institutların da nəzərdən keçirildiyi istorioqrafik əsərlər 

dəyərli yardım idi, qədim miflər isə rasional tənqidə məruz qalırdılar. Belə 

ki, Publi Semproni Azellionun “Əməllər kitabı”nı hadisələrin daxili əlaqə-

lərinin, motiv və səbəblərinin izahı ilə Roma dövlətçiliyi haqqında praqma-

tik hekayətlər təşkil edirdi. İdarəetmənin digər mühüm mənbəyi hüquq elmi 



idi. Hüquqi terminologiyanın işlənməsinə və hüquqi normaların sistemləş-

dirilməsinə - anlayış, mülahizə və nəticələr haqqında elm - stoik dialektika 

bir çox cəhətdən kömək edirdi. Roma vətəndaş hüququnun yaradıcıları və 

onun görkəmli nümayəndələri, stoisizm tərəfdarları Publi Lusi Stsevola, 

onun oğlu – Kvint, Mark Yuni Brut və Mani Manili hesab olunurdular.  

Bu arada Sullanın ölümündən sonra hakimiyyət uğrunda mübarizə da-

vam edirdi. B.e.ə. 70-ci ildə konsullar Mark Lisini Krass və Qney Pompey 

populyarlar qrupu ilə birlikdə senatın tam hakimiyyətinə qarşı çıxış etdilər 

və Sullanın dövründə qoyulmuş siyasi qaydaları ləğv etdilər. Xalq tribunla-

rının hüquqları tam həcmdə bərpa olundu, atlılar isə yenidən cinayət işləri 

üzrə mühakimə üsuluna buraxıldılar. Pompey tərəfindən istila edilmiş, Ro-

manın yeni əyalətləri olan dövlətlərin (Vifiniya, Pont, Suriya, Qalatiya və 

Kappadokiya) idarə edilməsi nominal olaraq “Roma xalqının dostları  və 

müttəfiqləri” adlandırılan yerli şahlar tərəfindən həyata keçirilirdi. Bu ida-

rəetmə faktik olaraq Roma maliyyəçilərinin və sələmçilərinin əlində idi.  


Fuad Məmmədov

 

 

180



B.e.ə. 63-cü ildə Romada pretor vəzifəsini populyarların yeniləşmiş par-

tiyasına rəhbərlik edən Qay Yuli Sezar tutdu. O, Qrakxlar və Marilərin si-

yasi varisi hesab edilirdi. Tarixə I triumvirat kimi daxil olmuş Sezar, Krass 

və Pompey arasındakı üçtərəfli ittifaqın yaradılması nəticəsində b.e.ə. 59-cu 

ildə Sezar konsul seçildi. Romada yeni siyasi reallıq: senatın tam hakimiy-

yətliliyi tərəfdarları olan respublikaçılarla - şöhrətpərəst siyasətçi-sərkərdə-

lərin maraqlarını ifadə edən triumvirat arasında hakimiyyət uğrunda müba-

rizə meydana gəldi. Parfiyalılarla müharibədə Krassın vəfatı  nəticəsində I 

triumvirat dağıldı.  

B.e.ə. I əsrin ortalarında “ata-senatorlar” tərəfindən rəhbərlik edilən aris-

tokratiya respublikasının ənənəvi forması, dünya dövləti kimi, Roma dövlə-

tinin real vəziyyətinə artıq cavab vermirdi. B.e.ə. 48-ci ildə Pompey üzərin-

də  qələbədən sonra vətəndaş müharibələri başa çatdı  və Sezar yeni siyasi 

quruluşun – diktaturanın tətbiq olunduğu Romanın təkbaşına hakimi oldu. 

Sezar orduya arxalanaraq, özünü ömürlük diktator, tribun və ali pontifik 

elan etdi. Burada onun diplomatik idarəçilik üslubu Romanın müxtəlif əya-

lətlərinə köməyin təmin edilməsinə istiqamətlənmişdi. Bu məqsədlə Sizal-

pin Qalli icmalarına və  İspaniya  şəhərlərinə Roma vətəndaşlığı, Narbon 

Qalli şəhərlərinə isə latın hüququ verilmişdi. Respublika dövlətçiliyinin se-

nat, komitsilər və başqa bu kimi institutları  fəaliyyət göstərməkdə davam 

edirdilər, lakin real hakimiyyətdən məhrum edilmişdilər. Diktator kimi Se-

zar, vəzifəli  şəxslərin seçilməsində namizədləri tövsiyə etmək hüququ qa-

zandı. Onun tərəfindən geniş islahatlar və dəyişikliklər planı nəzərdə tutul-

muşdu. Sezar öz siyasi əleyhdarlarını, onlara dostcasına münasibət və mər-

həmət göstərərək özünə cəlb etməyə çalışırdı. Lakin siyasi elitanın şüurun-

da dərin iz buraxmış respublika dövlətçiliyinin dəyərləri Romada ellinizm 

tipli monarxiyanın qurulmasında qarşısıalınmaz maneəyə çevrildi. B.e.ə. 

44-cü ilin martında Sezar Roma senatında sui-qəsdçilər tərəfindən öldürül-

dü. Sezarın ölümündən çox keçmədən triumvirata və respublikaçılara qarşı 

Oktavianın (Sezarın qardaşı  oğlu və  oğulluğu), Mark Antoninin və Mark 

Emili Lepidin simasında II triumvirat yarandı. Bundan sonra Oktavian ilə 

Mark Antoni arasında yaranan rəqabətdə sonuncuya qalib gəlindi, Oktavian 

isə Romanın vahid hakimi oldu. Aristokratiya respublika dövlətçiliyinin 

əvəzinə yeni dövlət idarəçiliyi forması – “prinsipat” gəldi. Bu, respublika 

idarələrinin formal olaraq saxlandığı quldarlıq monarxiyası forması idi, im-

perator isə vahid hökmdar kimi, formal olaraq, senatorlar arasında birinci 

(prinseps) hesab edilirdi.  

Aristokratiya respublikasının  əvəzinə  gələn  monarxiya forması,  siyasi 

fəaliyyətinin başlıca məqsədinin, seçiciləri pulla almaq da daxil olmaqla, is-

tənilən vasitələrlə hakimiyyət və ya sərvət əldə etmək olan respublika döv-


İdarəetmə mədəniyyəti 

 

181



lətçiliyinin böhranı nəticəsində mümkün oldu. Siyasi mübarizədə şəxsi mü-

nasibətlər və nüfuz, saysız-hesabsız qruplaşmalar, ittifaqlar, hesablaşmalar, 

cinayətdə günahlandırmalar, “laudasiones” – ritorik tərif, həmçinin məhkə-

mə iddiaları istifadə edilirdi. Lakin hakimiyyət uğrunda mübarizədə  əsas 

vasitə dostların köməyi və xalqın rəğbəti idi. Sosial-siyasi həyatın həm yük-

sək, həm də aşağı şəhər təbəqələrində mənəvi düşkünlüyü sübut edən aşkar 

göstərici - rüşvətxorluq və korrupsiya idi ki, bu da Romaya “satılan şəhər 

şöhrətini” gətirmişdi. Respublikanın böhranı siyasət və dövlət idarəçiliyi ilə 

sıx bağlı olan iqtisadiyyatda da özünü göstərirdi. B.e.ə. I əsrin birinci yarısı 

sələmçi kapitalın, maliyyəçilərin və bankirlərin sayının sürətli artım dövrü 

idi. Qanunların ticarətlə məşğul olmağı qadağan etmədikləri atlılardan fərq-

li olaraq, senatorlar əlaltı  şəxslər vasitəsilə  sələmçiliklə  məşğul olurdular. 

Romadan asılı olan icmalar, şəhərlər və hətta şahlıqlar maliyyəçilərin və sə-

ləmçilərin hakimiyyəti altına düşürdülər. Sələmçilərlə ittifaqda tez-tez baş 

verən canişinlər tərəfindən olan hədsiz özbaşınalığa, tamahkarlığa, vəzifə-

dən sui-istifadəyə və ədalətsizliyə əyalətlərin şikayətini qeyd edərək, Sise-

ron yazırdı ki, dövlətin təhlükəsizliyini yad xalqlar tərəfindən törədilən mü-

haribələr yox, məhz romalıların mənəvi düşkünlüyü təhdid edir. Əyalətlərin 

qarət edilməsi ümumi qayda, ədalətli, hamilik idarəçiliyi isə - istisna hal 

idi. Siyasi sabitsizlik və qiymətlərin artması fonunda baş verən bu hallar cə-

miyyətdə sosial sabitsizliyin artmasına səbəb olurdu. Sosial-siyasi böhranın 

digər səbəbi Roma ailəsinin böhranı  idi. O, ailənin patriarxal xarakterinin 

itirilməsi, nigah birliyinin, qadının ata hakimiyyətindən  ər hakimiyyətinə 

keçməsi kimi köhnə formalarının dağılması, siyasi həyatın feminizasiyası 

və nigahların siyasiləşdirilməsi ilə şərtlənirdi. Pozğunluğun artması ailənin 

dağılmasıyla müşayiət edilirdi. Bununla yanaşı sosial həyatda quldarlıq zül-

münün zəifləməsi ilə bağlı pozitiv dəyişikliklər də gedirdi. Quldarlar üçün 

təhlükəli xəbərdarlıq olan Spartak üsyanından sonra Roma cəmiyyətində 

ağalarla qullar arasındakı ənənəvi münasibətlər dəyişdi, qullara kiçik əmla-

kın – “pekulinin” bölünüb verildiyi qul əməyindən istifadənin yeni formala-

rı yarandı. Qul kişilərlə qul qadınların evlənməsinə icazə verildi, sənətkar-

lar, həkimlər, tacirlər və hətta atlılar olan azad olunmuşların sayı artdı. Si-

yasi və sosial sabitsizlik şəraitində Misirdən, Mesopotamiyadan və Kiçik 

Asiyadan, çox vaxt siyasi məqsədlər üçün istifadə olunan sirli şərq ayinləri 

və magiyalar Roma cəmiyyətində geniş yayılmışdı.  

İnsanın, cəmiyyətin və dövlətin həyat fəaliyyətinin təkmilləşdirilməsi 

yollarının axtarışı, hakimiyyət uğrunda eqoist mübarizə və mənəvi düşkün-

lük - əsərləri Romada idarəetmə mədəniyyətinin təkmilləşdirilməsi- nə təsir 

göstərən tarixçilər, filosoflar, hüquqşünaslar, natiqlər, siyasətçilər,  şairlər 

və publisistlərin düşüncə predmeti oldu. Siyasətin və dövlət idarəçiliyinin 



Fuad Məmmədov

 

 

182



mühüm vasitəsi həyatın bütün sahələri üzrə hərtərəfli elmliliyə və geniş bi-

liklərə əsaslanan - ritorika oldu. O dövrün ən görkəmli natiqi və siyasi xa-

dimi – stoik oriyentasiyalı filosof, gözəl auditoriya hissinə, qüsursuz əsas-

landırma bacarığına, harmoniyalı və mükəmməl nitqə malik Mark Tulli Si-

seron idi. Siyasi mübarizənin digər vasitəsi - siyasi xadimlərə  həcvlər və 

mədhiyyələrin yaradılması üçün istifadə edilən publisistika idi. B.e.ə. I əsr-

də dövlətçilik və dövlət idarəçiliyinin inkişafı üçün hüquqşünasların əsərlə-

ri, xüsusən, b.e.ə. 51-ci ildə, hüquq sahəsində b.e.ə. I əsr Roma mədəniyyə-

tinə orijinal töhfə olan, neopifaqorçu konsul Servi Sulpitsi Rufun və onun 

şagirdlərinin tədqiqatları mühüm əhəmiyyətə malik idi. Dövlət xadimləri 

üçün siyasi həyatın fəal iştirakçısı  və möhkəm  əqidəli respublikaçı Mark 

Terensi Varronun - köhnə Roma respublikasının institutları, dövlətləri xü-

susi və dini yaranmalar və adətlər, quldarlıq iqtisadiyyatının təşkili haqqın-

da geniş məlumatlar təşkil edən 500-dən artıq kitab müəllifinin əsərləri qiy-

mətli mənbə idi. Bu kitabların arasında, dövlət idarəçiliyi praktikasında isti-

fadə edilə biləcək - vətəndaş hüququna, fəlsəfəyə, hökmdarların, sərkərdə-

lərin və mütəfəkkirlərin təcrübəsinə  və  həyat fəaliyyətinə  həsr olunmuş 

traktatlar var idi. Varronun “Elmlərin doqquz kitabı” böyük ensiklopedik 

əsəri antik dövrün lap sonlarına qədər romalıların elmi biliklərinin başlıca 

mənbəyi olaraq qalırdı. Yalniz b.e. V əsrində bu biliklər külliyyatı Marsian 

Kapellanın ensiklopediyası ilə sıxışdırılıb aradan çıxarıldı.  

B.e.ə. I əsrin birinci yarısında müdafiəsizlik hisslərinin təsiri altında Ro-

ma cəmiyyətində epikürçülük geniş yayıldı. Bu, Tit Lukretsi Karın “Şeylə-

rin təbiəti haqqında” fəlsəfi poemasında parlaq əksini tapdı ki, şair bu əsər-

də “Roma cəmiyyətini parçalayan vətəndaş müharibələrinin amansızlığını 

və  mənasızlığını,  şöhrətpərəstliyi, tamahkarlığı  və ehtirası” ifşa edir. Bu-

nunla belə, Tit Lukretsi dünyanın dərk edilmə tərəqqisinə, məişət sirlərinə 

yiyələnməyə və fərdi ölüm qarşısındakı qorxunu dəf etməyə qadir olan in-

san  şüurunun gücünə öz inamı ilə insanlara optimizm aşılamağa çalışırdı. 

Karın vətəndaş mövqeyi populyarların tərəfdarları, xalq tribunu, siyasətçi 

və tarixçi Sallyustinin mövqeyi ilə  həmahəngdir. Sallyusti öz əsərlərində 

Roma cəmiyyətində mənəvi tənəzzülün səbəbləri və Roma dövlətçiliyi isla-

hatının zəruriliyi haqqında düşünürdü. B.e.ə. 78-ci ildən 67-ci ilədək olan 

hadisələri  əhatə edən 5 “Tarix” kitabında ruhən Polibiyə yaxın olan gör-

kəmli Roma tarixçisi respublikanın və mübarizə aparan siyasi qüvvələrin 

məhv olma səbəblərinin obyektiv qiymətini verməyə çalışırdı. Sallyustinin 

etik konsepsiyası xalqın və Roma cəmiyyətinin bütün təbəqələrinin vəziy-

yətinin yaxşılaşdırılması qayğısı ilə dolmuşdur. Yuqurtin müharibəsi haq-

qındakı monoqrafiyasında Sallyustin qeyd edir ki, Karfageni alandan sonra 

Roma vətəndaş müharibələri və sosial böhrana gətirib çıxaran tənəzzül zo-


İdarəetmə mədəniyyəti 

 

183



lağına daxil oldu, mənəvi düşkünlük yolu ilə getdi. B.e.ə. 49-cu və 46-cı il-

lərdə özünün Sezara yazdığı məktublarında Sallyusti məhkəmələrin dəyiş-

dirilməsi və senatda gizli səsvermənin tətbiqini, proletariatın kənddə yerləş-

dirilməsi və onun torpaqla təmin edilməsini tövsiyə edirdi. O həmçinin, Qə-

dim Roma cəmiyyətinin ləyaqətini bərpa etməyin, adətləri, onun vasitəsi ilə 

də Roma dövlətçiliyini dağıdan hədsiz tamahkarlığın, sərvətə  və  mənsəbə 

kəskin ehtirasın kökünün kəsilməsi zəruriliyini qeyd edirdi.  

B.e.ə. I əsrin sonu üçün sosial-siyasi dəyişikliklər prosesində Romanın 

hakimiyyət və dövlətçilik strukturunda dəyişikliklər baş verdi. B.e.ə. 31-ci 

ildə hakimiyyət uğrunda mübarizədə qələbə qazanan Oktavian Roma döv-

lətinin mütləq hakimiyyətli hökmdarı oldu. Sezarın ibrət dərsini nəzərə ala-

raq, o, ellin tipli monarxiya qurmağa açıqdan-açığa can atmadı, nə şah titu-

lunu, nə də romalılarda nifrət hissi oyadan fövqəladə diktator hakimiyyətini 

qəbul etmədi. Oktavian “prinseps” (senatorlar arasında birinci) titulunu qə-

bul etdi, b.e.ə. 27-ci ildə isə “Avqust” (uğurlu, hörmətli) adını aldı. Əvvəlcə 

Oktavian hər il konsul seçilirdi, b.e.ə. 24-cü ildən sonra isə konsulluğu ali 

komandanlıqla bağlı olan “imperium mayyus prokonsulare” - ali prokonsul 

hakimiyyətinə dəyişdi. Bununla yanaşı Oktavian özünə ömürlük tribun sə-

lahiyyətləri verdi, b.e.ə. 12-ci ildə isə Romanın ali pontifiki seçildi, ki, bu 

da hakimiyyətin mühüm aləti olan dini sanksiyanın da idarəçiliyini ona ver-

di. Nəhayət, Oktavian imperator titulu aldı  və formal surətdə dövlətin ali 

vəzifəli şəxslərindən biri kimi qalaraq, faktik cəhətdən Roma respublikasını 

əvəz edən Roma imperiyasının banisi oldu. Oktavian Avqustun hakimiyyə-

tinin maddi əsası - şəxsən ona tabe olan əyalətlərdən gələn gəlir, həmçinin 

xüsusi olaraq təsis edilmiş “fisk” prinseps xəzinəsi idi. Oktavian Avqustun 

idarəçilik üslubu, liderlik keyfiyyətləri, müdrikliyi və heyrətamiz diploma-

tik qabiliyyətləri dövlət idarəetmə  mədəniyyəti nöqteyi-nəzərindən böyük 

maraq doğurur. Oktavianın idarəetmə mədəniyyətinin əsas xüsusiyyəti ha-

kimiyyət sabitliyinin qorunmasına, cəmiyyətin müxtəlif sosial qruplarının 

maraqlarının tarazlığına, senatla ali məmurlar korpusu arasındakı münasi-

bətlərin harmoniyasına çalışmaq idi. Bu təcrübə bizim günlərdə də öz əhə-

miyyətini itirməmişdir, belə ki, o özündə insan psixologiyasının universal 

qanunauyğunluqları  və insanın həyat fəaliyyətinin motivasiyası haqqında 

bilikləri ifadə edir ki, onları dərk etmədən uğurlu idarəetmə mümkün deyil. 

İmperiya dövlətçiliyinin yeni strukturu özündə bir çox respublika ənənələri-

ni saxlamışdı. Belə ki, senat, konsulların, pretorların, edillərin, kvestorların 

seçkili vəzifələri və s. mövcud olmaqda davam edirdi. Lakin onlar başlıca 

olaraq prinseps tərəfindən təqdim edilən nümayəndələrin içərisindən seçi-

lirdi. Avqust senatın formalaşdırılmasında da həlledici rol oynayırdı. O, 

dövlətin ali vəzifələrini və əyalətləri idarə etmək hüququnu ona təqdim et-



Fuad Məmmədov

 

 

184



məklə, nobilitetin yuxarı təbəqəsinə yardım edirdi. İtaliya munisipiləri (qə-

dim Romada: tam hüquqlu şəhər və ya kənd icması) və müstəmləkə zadə-

ganları da senata daxil edilmişdi. İri torpaq mülkədarları və dövlətlilərin - 

senatorların sosial vəziyyətinin möhkəmləndirilməsi sayəsində Avqust bu 

nüfuzlu və təhlükəli qrupun rəğbətini qazanmağa nail oldu, beləliklə, onun 

ənənəvi respublika idarəçiliyini qaytarmaq cəhdini neytrallaşdırdı. Avqus-

tun ikinci təbəqə - atlılar tərəfindən dəstəklənməsi prinseps tərəfindən onla-

ra verilən mühüm imtiyazlarla təmin edildi. Avqust psixoloji cəhətdən res-

publika dövlətçilik  ənənələri ilə bağlı olmayan “nuvorişlər” (möhtəkirlik 

sayəsində dövlətlənib varlılar sıralarına girmiş adamlar) hesabına atlılara 

əmlak senzi müəyyən edilməsi yolu ilə, atlılar təbəqəsini əhəmiyyətli dərə-

cədə genişləndirdi. Bələdiyyə aristokratiyasından, Oktavian ordusunun 

azad olunmuş və varlanmış veteranlarından cəlb edilmiş “yeni atlılar”, se-

nata nisbətən, prinsipiatın daha etibarlı sosial dayağı oldular. Avqustun si-

yasəti və onun Roma imperiyası  sərhədlərində qoruduğu sülh, atlıların tə-

rəqqisinə  və onların imtiyazlı  vəziyyətinin qorunmasına yardım edirdi. 

Dövlətdəki ali vəzifələrin nobilitetə Avqust tərəfindən təqdim edilməsinə 

baxmayaraq, atlılar da dövlət idarəçiliyinə keçmə imkanı əldə etdilər. İmpe-

riyanın sürətlə inkişaf edən bürokratik aparatında onlara geniş imkanlar ve-

rilmişdi. Onlar, həmçinin imperatorun şəxsi qvardiyasının rəisi - pretoriya 

prefekti vəzifəsini və digər mühüm dövlət postlarını tuturdular. İnsanın 

davranış motivlərini anlaması, xalqın xarakter və psixologiyasını bilməsi 

sayəsində, Avqust şəhərin aşağı təbəqələrinin də rəğbətini qazanmağa nail 

oldu. Burada Avqust, hələ respublika dövründə öz effektivliyini göstərən 

“çörək və tamaşalar” formulu üzrə ənənəvi siyasəti sadəcə davam etdirirdi. 

O, dövlət tərəfindən yoxsullara havayı çörək verilməsində səxavət göstərir-

di və tamaşaların təşkilinə, xüsusilə, böyük qladiator oyunlarının keçirilmə-

sinə  şəxsi nəzarət müəyyən etmişdi. Onun tərəfindən imperatorun dayağı 

olan orduya xüsusi qayğı göstərilirdi. Peşəkar hərbi qulluğa daxil olarkən 

Roma vətəndaşı şəxsən prinsesə sədaqət andı içirdi. Hərbi qulluğu bitirdik-

dən sonra hərbçilərə xüsusi buraxılış müavinəti verilirdi. Düşünülmüş sülh-

yaradıcı siyasət sayəsində, dövlətdə prinsesin sülhü qoruyan və azad əhali-

nin bütün təbəqələrinin müdafiəsi imicini təmin edən sülh, sabitlik və rifah 

yaradılmışdı. Kiçik Asiyanın yunan şəhərləri xüsusi dekretlərdə, sayəsində 

“sülh hökm sürür, şəhərlərin tərəqqisi, həmrəyliyi və nemətlər bolluğuna 

nail olunub, yaxşı qanunlar tətbiq edilib” deyə, Avqustu “soter” (xilaskar) 

adlandırırdılar.  

Həmvətənləri Avqustun idarəetmə və qanunyaradıcı fəaliyyətini yüksək 

qiymətləndirdilər. Belə ki, dövlət aparatının nizamlanması və yenidən təşkil 

edilməsi ilə kifayətlənməyərək, prinseps Roma quldarlıq cəmiyyəti ənənə-



İdarəetmə mədəniyyəti 

 

185



lərinin və “qədim xeyirxah adətlər” simvolunun – patriarxal polis dövrünün 

ənənəvi Roma ailəsi mədəniyyətinin bərpa olunmasına istiqamətlənən bir 

sıra yeni qanunlar tətbiq etdi. Xalqın əhval-ruhiyyəsinin təsiri altında şərq, 

xüsusilə misir ayinlərinə, magiyaya və astrologiyaya qarşı repressiyalarla 

müşayiət olunan ənənəvi roma ayinlərinə qayıdış siyasəti də bərpa ilə əha-

tələnmişdi. Lakin zamanın göstərdiyi kimi, bu siyasət gözlənilən nəticələri 

vermədi.  

Respublika dövlətçiliyinin imperiya dövlətçiliyinə yenidən qurulmasının 

son mərhələsi Oktavianın mənsub olduğu Yulilər nəslinin ilahiləşdirilməsi 

oldu. B.e.ə. 29-cu ildə Romada İlahi Yulinin mərmər məbədi yarandı. Mü-

əyyən siyasi takta malik olan Avqust İtaliya ərazisində öz şərəfinə məbəd-

lərin tikilişini qadağan etmişdi, lakin əyalətlərdə bu prosesə etiraz etmirdi. 

Avqustun əyalətlərdə yaranan məbədləri və dini ayinləri, hökmdarların şə-

rəfinə ellin dövlətlərində mövcud olan köhnə ayin ənənələrinin təcəssümü 

idi. Misirdə Avqusta əbədi səcdəgah, Ptax və İsida allahlarının sevimlisi ki-

mi şərəf verirdilər. Lakin Romada dini sitayişlə Avqustun öz şəxsiyyəti de-

yil, onun himayədar ruhu – xeyihxahı əhatə olunmuşdu. B.e.ə. 7-ci ildə La-

rama (evin və ailənin himayəçi-ruhlarına) yol ayrıcında yerləşən iki abidəsi 

arasında prinseps xeyirxahının təsviri qoyulmuşdu və laramlarla bərabər 

ona da qurbanlar gətirilirdi. Avqust dövrünün intellektual mədəniyyəti əv-

vəlki kimi dünyanı ilahi qüvvənin idarə etdiyini öyrədən stoik fəlsəfəsinin 

təsiri altında idi. Roma cəmiyyətinin elitası arasında belə bir əqidə bərqərar 

olmuşdu ki, Roma dövləti başqa ölkələrə və xalqlara sülh və tərəqqi gətirə-

rək, onların üzərində öz ilahi qüvvəsi ilə hökmranlıq etməklə özünün tarixi 

taleyinə malikdir. Vergilinin “Eneida” epik poemasında və Horatsinin 

“Odalarında” öz əksini tapan bu əqidə, Avqust tərəfindən müəyyən edilmiş, 

ağıllı və harmonik dövlət idarəçiliyi, həmçinin stoisizm ideyalarına sadiqlik 

sayəsində əldə edilmiş sosial və siyasi sabitliyin məhsulu idi.  

Avqust alimlərə mühüm əhəmiyyət verirdi, bu da Roma elminin inkişafı 

üçün əlverişli şərait yaradırdı. Roma dini hüququnun biliciləri - Qay Atey 

Kapiton və Mark Antispi Labeon, həmçinin “Sözün mənası haqqında” adlı 

çox mühüm əsərin müəllifi, prinsepsin himayəsindən faydalanan istedadlı 

alim və pedaqoq, azad olunmuş Mark Verri Flakk bu dövrün ən məşhur 

alimləri idilər. Bu dövrdə Mark Vipsani Aqrippanın coğrafi traktatı və xəri-

təsi, Vitruvinin “Memarlıq haqqında” traktatı və başqaları şöhrət qazanmış-

dı. Roma tarixçiləri və filosofları siyasi həyat ənənələrindəki dəyişiklikləri 

də qeyd edirdilər. Siseron düzgün olaraq qeyd edirdi ki, Sezarın diktaturası 

illərində respublika azadlığının tənəzzülü, ritorikanın zəifləməsinə  gətirib 

çıxardı.  Əgər respublika dövründə siyasi karyerada ilk addımlar gurultulu 

məhkəmə proseslərində ittihamçı və ya müdafiəçi kimi açıq çıxış məharəti 



Fuad Məmmədov

 

 

186



ilə bağlı idisə, Avqustun dövründə artıq natiqlik istedadı ilə  nə  sərvət, nə 

şöhrət  əldə etmək mümkün deyildi. Prinsepsə qulluq göstərmək yolu ilə 

dövlətdə mühüm yer tutmaq daha asan idi. Ritorika siyasi fəaliyyət sahəsi 

və siyasi mübarizə vasitəsindən təhsil və incəsənət sahəsinə keçdi. Avqus-

tun dövründə natiqin çıxış etdiyi zalı ilk dəfə olaraq “auditorium”, natiqlik 

istedadı müəllimini isə “professor” adlandırmağa başladılar.  

Avqust dövrünün digər universal biliklər mənbəyi Tit Livinin Roma 

dövlətinin qədim dövrlərdən b.e. 9-cu ilinə  qədər olan tarixi təcrübəsinin 

aşkar edildiyi “Şəhər bünövrəsindən başlanan Roma tarixi” çoxcildli əsəri 

idi. Prinsipat dövrünün əsas siyasi tendensiyalarının əksini tapdığı bu əsərin 

məqsədi, vətəndaşların dövlət qarşısında hüquq mədəniyyətinin və borc his-

sinin formalaşdırılması, romalıların vətəndaş və hərbi şücaətlərilə bağlı də-

yərlərinin bərpa olunması idi. Qədim romalıların patriarxal həyatının təbliğ 

edilməsi və böyük dövlətin yaradıcısı kimi, Roma xalqının ideallaşdırılması 

yolu ilə müəllif onun müasiri olan Roma cəmiyyətinin mənəvi pozulmasını 

aradan qaldırmağa kömək etməyə can atırdı.  

 Dövlət idarəçiliyinin ideoloji təminatı dövlətçiliyin inkişafında müəy-

yən rol oynayırdı. Avqustun hakim elitasının dövlət ideologiyasının mühüm 

hissəsi yeni siyasi quruluşa geniş sosial dayağın yaradılmasına - İtaliyada 

əkinçiliyin bərpa edilməsinə yönəldilən kurs idi. Bu kursu təmin edən vasi-

tələrdən biri prinsepsin məsləhətçisi Qay Tsilniy Mesenatın sosial sifarişi 

əsasında Vergilinin yaratdığı “Georgiklər” (“Əkinçilər haqqında poema”) 

didaktik poeması idi. Vergilinin xalqın özünüdərkini və tarixi birlik hissini 

ifadə etdiyi “Eneida” - yüksək ideoloji dəyərə malik Roma “milli epopeya-

sı” idi. Romanın ilahi qüvvə  tərəfindən  əvvəlcədən təyin edilmiş  gələcək 

əzəməti haqqındakı bu poemada, Vergili nəinki yalnız qədim Stsipionlar və 

Kamillalarda, həm də sülhü, qanunları və qədim Roma ləyaqətinin bərpası-

nı təmin edən xeyirxah Oktavian Avqustda təmsil olunmuş “Roma ruhunu” 

tərənnüm edirdi. Avqust dövrünün məddahı, Romanın digər məhşur  şairi 

Horatsi idi. Həmvətənlərini mənəvi özünütərbiyəyə çağıraraq, o eyni za-

manda Avqustun qələbələrini tərənnüm edir, onun yeni qanunlarını və rəs-

mən bərpa olunmuş qədim Roma əxlaqını mədh edirdi. Romanın abadlığı, 

xüsusən, Roma dövlətinin  əzəmətini vətəndaşlara xatırlatmağa qabil olan 

ağ mərmərlə haşiyələnən məbədlərin və təntənəli tağların, binaların tikintisi 

Roma vətəndaşlarının özünüdərkinə böyük təsir göstərirdi. Monumental ar-

xitektura və heykəltaraşlıq  ənənəvi Roma allahlarını, Avqustun özünü, 

onun ailəsini, kahinləri, hakim elitanı – senatorları, atlıları, həmçinin sadə 

xalqı şöhrətləndirirdi.  

Avqustun ölümündən (b.e.14-cü ilində) sonra onun ardınca gələn impe-

ratorların prinsipləri, dəyərləri və idarəçilik üsulu kəskin surətdə dəyişildi. 



İdarəetmə mədəniyyəti 

 

187



Sosial  əməkdaşlığı qarşıdurma  əvəz etdi. Müxtəlif sosial qruplar arasında 

sülhün və yekdilliyin yerini imperator tərəfindən repressiyalar və əyanların 

əmlakının müsadirə edilməsi tutdu. Öz təbəələrinə münasibətdə zülm və 

amansız zorakılıq, siyasi əleyhdarlara qarşı qanlı divanlar tətbiq edən yeni 

idarəetmə üslubu Tiberi, Kaliqula, Klavdi və Neron üçün xarakterik idi ki, 

bu da çox vaxt imperatorun özünün zorakı ölümü ilə bitirdi. Köhnə nobili-

tetin tədricən, öz yüksəlişinə görə imperatorun mərhəmətinə və orduda xid-

mətə borclu olan munisipilərin və  əyalət  əyanlarının hesabına artan yeni 

imperiya bürokratiyası  tərəfindən sıxışdırılıb aradan çıxarılması prosesi 

başlandı. Ənənəvi idarəedici elitanın – senator və atlıların siyasi nüfuzunun 

zəifləməsi pretorian koqortunun və onların rəisləri - prefektlərin artan rolu 

şəraitində baş verirdi. Hökmdarın şəxsi mühafizə dəstəsi, qərarları senat tə-

rəfindən formal olaraq təsdiq edilən idarəetmənin real subyekti oldu. Siya-

sətdə, imperiyada ali hakimiyyətin ələ keçirilməsində, - imperatorların tez-

tez əvəzlənməsinə gətirib çıxaran ordunun rolu artırdı.  

B.e. I əsrində Yuli-Klavdi sülaləsini dövlətdə yekdilliyə can atan, zora-

kılıq və repressiyalardan imtina edən Flavi sülaləsi əvəz etdi. Mütləq haki-

miyyətə can atan və özünün allah və hökmdar adlandırılmasını tələb edən 

İmperator Domisianın dövründə Romanın üzərinə yeni siyasi terror dalğası 

çökdü. Onun aqibəti Roma tarixinin digər tiranlarınınkı kimi oldu: o, b.e. 

96-cı ilində sui-qəsdçilərin əlində öldürüldü. Bizim eranın II əsrində dövlət-

də yekdillik siyasəti, elmlərə və incəsənətə himayə, əyalətlərin firavanlığına 

qayğı  və “barbarlarla” uğurlu müharibələr dövrü oldu. Bu dövrdə dövlət 

idarəçiliyində imperatorlar Mark Ulpi Trayan və Mark Avreli Antoni pozi-

tiv rol oynadılar. Lakin hakimiyyətə Mark Avrelinin oğlu imperator Kom-

modun gəlişi ilə Domisianın siyasəti yenidən bərpa olundu: senator əyanla-

rın maraqlarına qarşı laqeydlik, favoritizm və  əxlaqsızlıq. Kommod da, 

həmçinin özünə ilahi ehtiram tələb etdi və o da sui-qəsdçilər tərəfindən öl-

dürüldü.  

Bizim eranın I-II əsrlərində Romada təkhakimiyyətlilik kursu öz inkişa-

fını davam etdirirdi. Buna imperiyanın iri mülkədarlarına çevrilən prinseps-

lərin hakimiyyətinin maddi əsasının artması imkan verirdi. İmperator xəzi-

nəsi həm imperatorun birbaşa idarəçiliyi altında yerləşən əyalətlərin sayının 

artması, həm də siyasi əleyhdarların, müxalifətçilərin və sui-qəsdçilərin 

mülklərinin və  əmlaklarının müsadirəsi hesabına zənginləşirdi.  İmperator 

hakimiyyətinin yüksəlişi ilə ona tabe olan dövlət idarəçiliyi aparatı da bö-

yüyürdü. İmperatorun vəkil edilmiş şəxsləri sərəncamların layihələrini ha-

zırlayır və məktub, şikayət və danosları nəzərdən keçirirdilər. Dövlət idarə-

çiliyi aparatında və orduda bütün təyin olunmalar legionların sədaqət andı 

içdikləri imperator tərəfindən edilirdi. Dövlət başçısı mühüm siyasi qərarları, 



Fuad Məmmədov

 

 

188



sıralarına, hər şeydən əvvəl, imperatorun şəxsi dostlarının daxil olduğu məslə-

hətçilərlə birgə qəbul edirdi. İmperator Adrianın vaxtında belə şura rəsmi ida-

rəyə çevrildi, onun üzvlərinə isə əmək haqqı ödənilməyə başlandı. “Dostların” 

seçimi imperatorun xarakteri ilə müəyyən edilirdi, onun həyat tərzi isə cəmiy-

yətin yüksək təbəqələrinin həyat tərzinə böyük təsir göstərirdi.  

Əvvəlki siyasi mövqelərinin itirilməsi ilə  əlaqədar tərkibi dəyişilən se-

natda da əhəmiyyətli dəyişikliklər baş verirdi. Respublika dövründə öz si-

yasi nüfuzundan istifadə edən bir çox tanınmış ailələr vətəndaş müharibələ-

rinin və proskripsiyaların qurbanları olurdular, digərləri – senatorlar üçün 

tətbiq edilmiş yüksək  əmlak senzinə görə senata daxil olmadan məhrum 

olunurdular. Yeni imperatorların sosial bazasını atlıların arasından, munisi-

pilər, koloniyalar və əyalətlərdən olan gəlmələrin, həmçinin azad olunmuş-

ların sırasından olan yeni senatorlar təşkil edirdi. Senatda köhnə Roma no-

bilitetinin yox olması ilə senat mühitində müxalifət əhval-ruhiyyəsi də yox 

oldu. Kiçik Plininin “İmperator Trayana mədhnamə”si təsdiq edir ki, b. e. II 

əsrinin əvvəlində cəmiyyətin yüksək təbəqələrinin şüurunda ənənəvi qədim 

Roma ictimai və siyasi idealları ilə birgə yaşayan monarxiya ideyaları artıq 

normal qəbul olunurdu. İmperiyanın hakimiyyət iyerarxiyasında, yuxarı tə-

bəqəsini pretoriya qvardiyası prefektlərinin, polis mühafizə prefektlərinin, 

əyalət prefektlərinin təşkil etdiyi atlılığın, Adrianın dövründə isə - azad ol-

muşları bu mənsəblərdə əvəz edərək, imperatorun şəxsi dəftərxana məmur-

ları vəzifəsinin də əhəmiyyəti artdı. Atlılar imperatorların xüsusi etimadın-

dan faydalanırdılar. Prinsepslərin iradəsinə görə, onların təbəqəsinə  zəruri 

əmlak senzinə malik olmayan, lakin hökmdar tərəfindən yüksək adlara la-

yiq görülmüş adamlar daxil edilə bilərdilər. Bu dövrdə Romanın dövlət ida-

rəçiliyində əyalətin yuxarı təbəqələrinin iştirakı artır. Bu, 212-ci ildən sonra 

imperator Karakallanın öz fərmanı ilə imperiyanın bütün azad doğulmuş 

əhalisinə Roma vətəndaşlığı verən zaman xüsusən aşkar oldu. Şəhər plebsi-

nə münasibətdə imperatorlar “çörək və tamaşalar” formulu üzrə ənənəvi si-

yasəti davam etdirirdilər. Tiberi tərəfindən vəzifəli şəxslərin komissiyalarda 

seçilməsinin ləğvindən sonra, Roma proletariatı siyasi hüquqlardan, ümu-

miyyətlə, məhrum oldu. Avqustun ailə adətlərinin sağlamlaşdırılmasına yö-

nəldilən qanunvericiliyinə baxmayaraq, Roma cəmiyyətinin yüksək təbəqə-

lərində  ənənəvi Roma mənəviyyatının bərpası mümkün olmadı. Ailənin 

böhranı ilə eyni zamanda - müqavilələr əsasında torpağın “servi kazati” və 

ya “kvazi koloni” adlanan azad insanlar tərəfindən icarə yolu ilə istismarına 

əsaslanan kolonatların əmələ gəlməsinə gətirib çıxaran quldarlıq təsərrüfatı-

nın böhranı baş verdi. Bu adamların əməyi müstəqillikdən və mənfəətdar-

lıqdan məhrum olan klassik qulların əməyindən daha məhsuldar oldu. Daha 

tez-tez azadlıq və müstəqil təsərrüfat aparmaq imkanı  əldə etmiş qulların 



İdarəetmə mədəniyyəti 

 

189



həyatına və  şəxsiyyətinə hüquqi münasibət də  dəyişdi. Lakin əyalətlərdə 

zəngin mülkədar zadəganlar, tacirlər və  sənətkarlar  əvvəlki kimi imtiyazlı 

mövqedə idilər. Bu dövrdə dövlət idarəçiliyinin xüsusiyyətlərindən biri - 

imperiyanın Qərbində  və  Şərqində  əyalət  şəhərlərinin müxtəlif idarəetmə 

modelləri idi. Qərb şəhərlərinin başında hər il vəzifəli şəxsləri seçən dekuri-

onlar kollegiyası dururdu. O, iri və orta torpaq zadəganları nümayəndələrin-

dən ibarət idi. Şəhər administrasiyasına duumvirlər, edillər və kvestorlar tə-

təfindən rəhbərlik edilirdi. I əsrin sonu üçün imperiyada dövlət idarəçiliyi-

nin mərkəzləşdirilməsinin inkişafı ilə əlaqədar olaraq, mərkəzi aparat əyalət 

şəhərlərinin muxtariyyətini  əhəmiyyətli dərəcədə  məhdudlaşdıraraq, kolo-

niya və munisipilərin həyat fəaliyyətinə fəal şəkildə müdaxilə etməyə baş-

ladı. Şərq şəhərləri əsasən öz ellin institutlarının ənənələrini qoruyurdu. Ta-

cir və sənətkarların çoxsaylı kollegiyaları şəhərlərdə müəyyən muxtar özü-

nüidarə forması olmuşdu.  

Yeni eranın ilk əsrlərində Roma intellektual mədəniyyəti Seneka, Epik-

tet və Plutarx kimi görkəmli filosof və mütəfəkkirlərlə təmsil olunurdu. Fi-

losofların yaradıcı fəaliyyəti sayəsində ictimaiyyətin diqqəti daha çox meta-

fizikadan etikaya doğru  yerini dəyişirdi. Ziyalıların dünyagörüşünün  əsa-

sında digər fəlsəfi nəzəriyyələrin elementləri ilə birləşdirmədə stoik fəlsəfə-

si dururdu. Lusi Anney Seneka öz həmvətənlərini “pozucu ehtiraslardan xi-

las olmağa və həyatın məqsədi və ən yüksək rifah olan, arzu olunan “ruhun 

dincliyinə” nail olmaq məqsədilə stoik müdrikliyi ilə yaraqlanmağa çağırır-

dı. Əvvəlki Roma nobilitetinin idealları və dəyərləri, stoik dünyagörüşünə 

bağlılıq monarxiya şəraitində yad oldu, onların daşıyıcıları isə Yuli-Klavdi, 

eləcə də Flavi sülalələrinin despotik rejimi tərəfindən təqiblər və repressi-

yalar obyekti oldular. Bu vəziyyət yalnız II əsrin əvvəlində, sayəsində stoik 

filosofların monarxiyaya öz münasibətini dəyişdikləri “prinsepslərin  ən 

yaxşısı”, imperator Trayanın yeni siyasəti nəticəsində dəyişildi. İmperiyada 

idarəetmə  mədəniyyətinin etik dəyərlərini qiymətləndirərək, onlar ədalətli 

monarx idealı ilə yalançı tiranın arasında suayrıcı çəkmək istəyirdilər. Tra-

yanın imperator hakimiyyətinə əxlaqi-fəlsəfi əsaslanma verməyə çalışaraq, 

Dion Xristost ədalətli monarxı, - öz yüksək missiyasını xalqa vətəndaş xid-

məti kimi qəbul edən alicənab, pula satılmayan hökmdar kimi təsvir edirdi. 

Çox güman ki, bu obraz, öz imperator hakimiyyətini cəmiyyətə xidmət im-

kanı və vəzifəsi kimi nəzərdən keçirən imperator Mark Avrilinin simasında 

da ifadə edilmişdi. Ailə və siyasi etikaya böyük diqqət ayıran, Platon Aka-

demiyasına yaxın olan Plutarx imperator hakimiyyətinin mahiyyətini nəzər-

dən keçirərək, prinsepsləri “insanların rifah qayğılarında allaha yardım gös-

tərən xidmətçilər...” adlandırmışdır.  



Fuad Məmmədov

 

 

190



İdarəetmə məqsədləri, vəzifələri və prioritetlərinin düzgün seçilməsi və 

qiymətləndirilməsi, həmçinin düzgün qərarların qəbulu üçün zəruri olan, 

idarəçiləri elmi biliklərlə silahlandıran roma elmi idarəetmə mədəniyyətinə 

fundamental dünyagörüşü təsiri göstərirdi. I-II əsrlərdə Roma elminin inki-

şafına Klavdi Qalen və Soran Efesski (tibb), Klavdi Ptolemey (astronomi-

ya, riyaziyyat və coğrafiya), Avlo Korneli Tsels (ritorika, əkinçilik, hərbi iş 

və tibb haqqında ensiklopedik məlumatlar), Qay Böyük Plini Sekund (tə-

biyyat elmi bilikləri, antik coğrafiya, etnoqrafiya, fiziologiya, zoologiya, 

botanika, formokologiya, mineralogiya və s. üzrə ensiklopedik məlumatlar) 

kimi alimlər tərəfindən məlum töhfə verilmişdir. Klavdi Ptolemey tərəfin-

dən “Almagest” adlı fundamental əsər – qədim müəlliflərin astroloji biliklə-

rinin ensiklopedik məcmusu yaradılmışdır ki, orada həm də onun, Koperni-

kin heliosentrik sistemi meydana çıxanadək, Avropa ölkələrində Kainatın 

quruluşuna baxışın  əsası olaraq qalan, kainatın məşhur heosentrik modeli 

təqdim olunmuşdur. Ptolemey tərəfindən, həmçinin planetlərin Yer ətrafın-

da hərəkətinin riyazi modeli işlənmiş  və  məskun aləm haqqında o vaxtkı 

məlumatların sistemləşdirildiyi “Coğrafiya” elmi əsəri yaradılmışdır.  İcti-

mai elmlərdə yeni elmi biliklərin istehsalından çox, artıq toplanmış nailiy-

yətlərin ensiklopedik sistemləşdirilməsi müşahidə olunurdu. Çox güman ki, 

dövlət idarəçiliyinə xidmət göstərən hüquq elmi istisna idi. Belə ki, impera-

torun tapşırığı ilə görkəmli qanunşünas Adriana Salvi Yulian Romanın ali 

məhkəmə hakimiyyətinin çoxillik təcrübəsini və dəyişən həyat şəraitinə uy-

ğun daha artıq dəyərli müddəaları özündə sintez edən vahid pretor fərmanı-

nı tərtib etmişdir. 

Dövlət idarəçiliyi mədəniyyətinin təkmilləşdirilməsi üçün dövlət fəaliy-

yətinin qərəzsiz tarixi təhlili, dünyanın digər ölkələrinin təcrübəsinin öyrə-

nilməsi mühüm əhəmiyyətə malik idi. Lakin imperiya dövründə tarixin 

müstəqil və obyektiv mövqedən yazılması təhlükəli oldu. Onu yalnız Vel-

ley Peterkulun Yuli-Klavdi sülaləsini tərifləyərək etdiyi kimi yarımrəsmi 

ruhda yazmaq halında repressiyadan yaxa qurtarmaq mümkün idi. Bu sə-

bəbdən, o dövrün tarixçilərindən ən görkəmlisi Publi Korneli Tasit öz yara-

dıcılığını yalnız “yaramaz sezarlar dövrü” qurtardıqdan sonra inkişaf etdirə 

bildi. “Tarix” və “Annallar” kitablarında, o, despotizmə, özbaşınalığa və 

ümumi mənəvi pozğunluğa qarşı meydan oxumağı qərara alan cəsur və lə-

yaqətli vətəndaşları  mədh edir. Gələcək nəsillərə ibrət və  xəbərdarlıq ola-

raq, Yuli-Klavdi sülaləsi dövründə imperatorun hakimiyyəti və vətəndaşla-

rın azadlığının, prinseps və senatın faciəli uyğunsuzluğunu göstərərək, o, 

yaxın  şərəfsiz keçmişi, Tiberi, Kaliqula və Neronun qaranlıq hakimiyyəti 

dövrünün rüsvayçılığını və cinayətini təsvir edir. Bu zaman o, Roma adətlə-

rinin tənəzzülünü başqa xalqların nəcib qaydaları  və  ənənələri zəminində 



İdarəetmə mədəniyyəti 

 

191



təsvir edir. Tasit özünün “Almaniya” əsərində almanların insan münasibət-

ləri mədəniyyətini ona xas “təbii saflıq və adətlərinin ibtidai sərtliyi ilə” – 

yaramaz hökmdarlar tərəfindən əsli itirilmiş və kölə halına salınmış Roma 

cəmiyyətinə qarşı qoyur. Romanın dövlət idarəçiliyi sisteminin təkmilləşdi-

rilməsində 46 ən məşhur yunan və romalının həyatının müqayisəli təsvirini 

yaradan Plutarxın bioqrafik yaradıcılığının çox mühüm köməyi oldu.  

Dövlət idarəçiliyinin müvəffəqiyyəti bir çox cəhətdən Roma cəmiyyə-

tində yayılmış Şərq dini ayinlərinin güclü təsiri altında olan etiqadlarla sıx 

əlaqədar ictimai münasibətləri tənzimləmək bacarığı ilə  şərtlənirdi. Qeyd 

etmək kifayətdir ki, bu dövrdə Romada Misir ilahəsi  İsidanın, allahların 

Böyük Anası - Frigiya Kibelinin, işıq və xeyirxahlığı  təcəssüm edən  İran 

allahı Mitranın, Kappadokiya ilahəsi Maanın, Suriya ilahəsi Atarqatisin, 

Suriya allahı Vaalanın, həmçinin təkallahlılığı, hamının allah qarşısında bə-

rabər olmasını, bütün xalqlardan olan insanların qardaşlığını  və ölümdən 

sonra ləyaqətli həyata görə  əvəzin verilməsini deyən  İsa Məsihin dini üs-

tünlük təşkil edirdi. Monoteizm ardıcılları olan xristianlar imperatorlara 

edilən ilahi ehtiramı inkar edirdilər, bu da onları Roma imperiyasında fəa-

liyyətdə olan rejimə xas dövlətçilik mədəniyyətinə qarşı barışmaz müxalifət 

mövqeyinə qoydu.

17

 Buna  görə  də xrinstianlığın rəsmən qəbul edilməsin-



dən çox əvvəl imperiyanın hakim dairələri  şərq ayinlərinin yenidən təşkil 

edilməsinə və vahid dövlət dininin tətbiqinə can atırdılar. Belə bir din qis-

mində, imperator Helioqabal, Məğlubedilməz Günəş kimi sitayiş edilən Su-

riya allahı Vaalanın ayinini təsdiq etməyə çalışırdı. İmperiyanın oriyentasi-

ya dərəcəsini başa düşmək üçün Helioqabalın titulaturunda “məğlubedil-

məz Günəş allahı kahini” sözləri “ali pontifik” sözlərindən  əvvəl gəlirdi. 

Vaala ayini Roma dövlətinin ali himayədarı olaraq, sonralar imperator 

Avrelian tərəfindən yenidən tətbiq edildi.  

II əsrin axırı - III əsrin əvvəllərində Roma İmperiyasında hakimiyyət yalnız 

orduya istinad edirdi və senatın daha da zəiflədilməsinə yönəldilmişdi. Bu, bir-

birini başgicəlləndirici sürətlə əvəz edən və adətən zorakı ölümlə məhv edilən 

“əsgəri imperatorlar” dövrü idi. İmperiyanın effektsiz idarə edilməsi nəticəsin-

də III əsr ərzində Qalliya, Misir və digər əyalətlər, əslində Romadan asılı olma-

dılar. 70-ci illərin əvvəllərində, ondan ayrılmış əyalətləri yenidən Romaya tabe 

edən imperator Avrelian özünü “Romanın bərpaçısı” adlandırmağa başladı, 

sonralar isə tarixin dərslərini unudaraq, onu “padşah və allah” adlandırmağı tə-

ləb etdi. Tarix yenidən təkrar olundu və antimonarxiya ənənələri özünü çox 

                                                            

17

 Xristian  kilsəsi imperator hakimiyyətini yalnız 313-cü ildə Mediolan fərmanının 



elanından sonra öz nüfuzu ilə müdafiə etməyə başladı. 392-ci ildə imperator I Feodosi 

tərəfindən bütpərəstlik ayinləri rəsmən qadağan edildikdən sonra, xristianlıq Roma 

İmperiyasında vahid dövlət dini oldu.  


Fuad Məmmədov

 

 

192



gözlətmədi. 275-ci ildə Avrelian da sui-qəsdçilər tərəfindən öldürüldü, imperi-

ya isə yenidən siyasi xaos vəziyyətinə düşdü.  

Dövlət sisteminin dağılması, sonsuz daxili divanlar, alman tayfalarının 

hücumları  və sasanilərlə aparılan uzunmüddətli uğursuz müharibələr, ma-

liyyə sisteminin pozulması və əlaqələrin etibarsızlığı, nəhayət, məzlum və 

dilənçi halına düşmüş kütlənin üsyanları – bütün bunlar Roma quldarlıq cə-

miyyətinin sosial və iqtisadi böhranını  kəskinləşdirdi. Roma cəmiyyətinin 

ideoloji və sosial böhran mühitini - III əsrdə Misirin Likopol şəhərindən 

olan Plotin tərəfindən yaradılmış, əvvəlki nəsillərin idealist yunan fəlsəfəsi-

nin sintezi olan, ilkin xristianlığa güclü təsir göstərən orijinal fəlsəfi kon-

sepsiya – neoplatonizm əks etdirirdi. Neoplatonizm - stoisizm və pifaqorçu-

luq,  şərq mistikası  və Filon Aleksandriyskinin sinkretik fəlsəfəsinin ele-

mentləri ilə zənginləşdirilmiş Platon idealizminin inkişaf etdirilməsi idi.  

III əsrin sonunda, imperiyanın dağılmasından təqribən 100 il əvvəl, ordu 

tərəfindən imperator Diokletian taxta oturduldu. Onun dövründə dövlət ida-

rəçiliyi forması  dəyişdirildi:  prinsipiatı,-  imperator hakimiyyətinin mütləq 

monarxiya xarakteri qazandığı, avtoritar idarəetmənin ən yüksək forması - 

“dominat” əvəz etdi. Prinseps “dominius”- hökmdar adlandırılmağa və ona 

ilahi ehtiramlar göstərilməyə başlandı. Dominius dövlətin bütün azad və 

kölə əhalisinin tam hakimi hesab edilirdi, saray mərasiminə isə monarx qar-

şısında diz çökmək qaydası tətbiq edildi. Hakimiyyətin və dövlət idarəçili-

yinin bu forması, bu və ya digər modifikasiyalarla Avropada Yeni dövrün 

burjua-demokratik inqilablarına qədər mövcud oldu. İnzibati baxımdan bu 

dövrdə imperiya iki hissəyə bölünmüşdü: qərb və şərq. Köhnə geniş əyalət-

lərin yenilərinə bölünməsi hesabına imperiya əyalətlərinin sayı xeyli artdı. 

İmperiyanın bölünməsi ilə hakimiyyətin bölünməsi də baş verdi. Diokletian 

Kiçik Asiyanın şimal-qərb sahilində - mərkəzi Nikomediya olmaqla, impe-

riyanın şərq hissəsinin idarəçiliyini özündə saxladı, iqamətgahı Şimali İtali-

yanın Mediolan şəhərində (indiki Milan) olan qərb hissəsini isə özünün ha-

kimiyyət şəriki olan Maksimiana verdi. Hər iki imperator “avqust” titulunu 

qəbul etdilər, öz köməkçilərinə (müavinlərinə) isə “sezar” titulu verdilər. 

İnzibati islahatla yanaşı Diokletian - vergi, pul və hərbi islahatlar da keçir-

di, qiymətlərin və əmək haqqının dövlət tənzimini müəyyən etdi ki, bu da 

yekunda sosial-iqtisadi böhranı müəyyən qədər ləngitdi.  İmperator Kons-

tantinin dövründə islahatlar davam etdirildi. Yerlərdə hakimiyyətin ələ ke-

çirilməsini aradan qaldırmaq üçün əyalətlərdəki vətəndaş administrasiyası 

hərbi administrasiyadan ayrılmışdı. 313-cü ildə Konstantin, xristian dininin 

Roma imperiyasında icazə verilən digər dinlərlə bərabərhüquqlu olduğunu 

təsdiqləyən, xristianlığın dövlət dininə çevrilməsinin əsasını qoyan fərman 

(sərəncam) dərc etdi. Tezliklə imperator Konstantinin şərəfinə  qədim Bi-


İdarəetmə mədəniyyəti 

 

193



zans şəhərinin yerində “ikinci Roma” - Şərqi Roma imperiyasının yeni pay-

taxtı Konstantinopolun əsası qoyuldu. 

IV əsrdə Roma kilsəsi xristian dünyasını idarə edən hakimiyyət institutu 

kimi çıxış etdi. Lakin 378-ci ildə Frakiyada Roma ordusunun vestqotlar tə-

rəfindən sarsıdıcı məğlubiyyətindən sonra Roma imperiyası özünə gələ bil-

mədi. V əsrin əvvəli üçün artıq məlum idi ki, daxili ziddiyyətlərlə dağıdılan 

və hər tərəfdən xarici düşmənlərlə sıxışdırılan zəifləmiş imperiyanın gələ-

cəyi yoxdur. V əsrin ikinci yarısında vandallar və hunlar tərəfindən ona so-

nuncu zərbələr endirildi. 476-cı ildə azyaşlı imperator Romul Avrustulun 

üsyan edən muzdlu barbarlar tərəfindən devrilməsini Qərbi Roma imperi-

yasının simvolik sonu hesab etmək olar. Şərqi Roma imperiyası - Bizans 

hələ 1000 il də mövcud oldu. Roma imperiyasının qürubu dövründə Roma 

cəmiyyətinin, iri torpaq maqnatlarının - latifundistlərin sosial rolunun güc-

lənməsi və latifundistlərin hakimiyyətindən siyasi və iqtisadi asılılığa düşən 

orta və kiçik malikanə sahiblərinin müflisləşməsi ilə şərtlənən, tədricən feo-

dallaşması baş verirdi.  

Əlbəttə ki, qədim və orta əsr dünyasının  idarəetmə  mədəniyyətinə qiy-

məti yalnız bugünkü nailiyyətlər zirvəsindən deyil, həm də real hadisələrin 

baş verdiyi tarixi şərait və dövrün xüsusiyyətlərini nəzərə almaqla vermək 

lazımdır. Bu təcrübənin ümumiləşdirilməsi göstərir ki, harada və nə zaman 

ki, hökmdarlar və  məmurlar anadangəlmə liderlik keyfiyyətlərinə  və yük-

sək bilik  səviyyəsinə, müdrikliyə, təşkilatçılıq qabiliyyətinə və təcrübəyə, 

zamanın tələblərini başa düşməyə, möhkəm iradəyə və ədalətə malik idilər, 

xalqın tələbatlarını, mentalitetini və ümidlərini nəzərə alırdılar, xalqın mə-

dəni ənənələrinə və ağıllı qanunlara istinad edirdilər, - idarəetmə orada və o 

zaman daha çox uğurlu olurdu. 

Dövlət idarəçiliyi böyük məharət, müxtəlif siniflərin, sosial təbəqələrin, 

etnos və din nümayəndələrinin mədəniyyət və maraqlarını harmonizasiya 

etmək, həyatın daxili və xarici dəyişikliklərinə vaxtında reaksiya vermək, 

maddi rifahı  təmin etmək, ziddiyyətləri aradan qaldırmaq və insanların 

enerji və  səylərini monarxiyanın məqsədlərinin təmin edilməsinə yönəlt-

mək bacarığı tələb edirdi. İdarəetmənin ilkin məqsədlərindən biri başqa öl-

kələrin təbii və insan resurslarının istismar edilməsi hesabına dövlətin var-

lanmasına xidmət edən istilaçı xarici siyasətin həyata keçirilməsi idi. O, or-

du və silahlanmanın təkmilləşdirilməsi problemlərini, qarşılıqlı faydalı mü-

qavilələr bağlamaq bacarığını, rəqib dövlətlərin güclü və  zəif tərəflərini 

düzgün qiymətləndirməyi, insan münasibətlərinin motivləri və psixologiya-

sından düzgün istifadə etməyi, zəbt edilmiş ölkə xalqlarının ənənələrinə və 

dini əqidələrinə hörmət hesabına düşmənləri dosta çevirmək (necə ki bunu 

qədim farslar edirdilər) qabiliyyətini də daxil edirdi. İdarəetmə müvəffəqiy-


Fuad Məmmədov

 

 

194



yəti çox zaman quldarlıq münasibətlərinin məntiqi ilə müəyyən edilən və 

quldarların sinfi maraqlarına cavab verən sabit sosial həyatın qorunması zə-

rurətindən irəli gələn qanunlardan asılı olurdu. Buna baxmayaraq onlar mü-

əyyən dərəcədə yoxsul siniflərin maraqlarını da nəzərə alırdılar. 

  


Yüklə 6 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin