Azərbaycan respublikasi



Yüklə 49,79 Mb.
Pdf görüntüsü
səhifə16/22
tarix02.01.2022
ölçüsü49,79 Mb.
#2530
1   ...   12   13   14   15   16   17   18   19   ...   22
Mədəniyyət. Qədim  tarixə, zəngin  mədəniyyətə, çoxəsrlik 
dövlətçilik  ənənələrinə  malik  olan  Naxçıvan  diyarı  çətin, 
mürəkkəb  və  eyni  zamanda  şərəfli  inkişaf  və  tərəqqi  yolu 
keçmişdir. Naxçıvan torpağı həmişə özünün zəngin  mədəniyyəti, 
ədəbiyyatı,  incəsənəti  və  xalq  yaradıcılığı  ilə  tariximizdə 
əhəmiyyətli  rol  oynamışdır.  Bütün  Azərbaycanda  olduğu  kimi 
1920-1924-cü illər Naxçıvan Muxtar Respublikasında da çətin və 
mürəkkəb  illər  idi.  Bu  dövrdə  Naxçıvanda  geniş  mədəniyyət 
şəbəkəsi  olmadığından  xalqın  maariflənməsində,  ziyalıların 
təşkilatlanmasında  Naxçıvan  teatrı  mühüm  rol  oynayırdı. 
Naxçıvan  MSSR  Xalq  Maarif  Komissarlığı  tərəfindən  Naxçıvan 
Teatrının  qanun  layihəsi  Naxçıvan  Xalq  Komissarları  Sovetinin 
1922-ci  il  21  yanvar  tarixli  qərarı  ilə  təsdiq  edilmişdir.  Həmin 
dövrdə tanınmış rəssam  Bəhruz  Kəngərli 1921-ci  il 1  iyul tarixli 
68  nömrəli  əmrlə  Naxçıvan  Diyarı  Xalq  Təhsil  Komissarlığının 
İncəsənət Şöbəsinin müdiri təyin olunmuşdur. Naxçıvanda təsviri 
incəsənətin  inkişafında  və  təbliğində  Bəhruz  Kəngərlinin 
müstəsna xidmətləri olmuşdur.  
 
Qədim  diyarda  mədəniyyətin,  folklorun,  mədəniyyət 
abidələrinin  tədqiq  edilməsi  məqsədilə  1925-ci  ilin  mart  ayında 
yaradılmış  və  1928-ci  ilədək  fəaliyyətini  davam  etdirmiş 
Naxçıvan Tədqiq və Tətəbbö (öyrənmə, araşdırma) Cəmiyyətinin 
əhəmiyyətli xidmətləri olmuşdur. 
 
Əhali  arasında  maarifçilik  ideyalarının,  mədəniyyətin 
yayılmasında  1883-cü  ildə  yaradılan  Naxçıvan  teatrı  mühüm  rol 
oynayırdı.  Teatr  geniş  ictimaiyyət  arasında  olur,  qadınlar  üçün 


 
 
 
Naxçıvan Muxtar Respublikası – 90 
 
 
teatr tamaşaları  göstərirdi. Mədəniyyətin, maarifin əhali arasında 
yayılmasında  muxtar  respublikaya  gələn  tanınmış  Azərbaycan 
ziyalıları, aktyorları, bəstəkarları, yazıçı və şairləri də fəal iştirak 
edirdilər. 1923-cü  il  28  iyulda Naxçıvan  MİK-in qərarı  ilə teatra 
Dövlət  Dram  Teatrı  adı  verilmişdir.  Naxçıvan  Dövlət  Dram 
Teatrında musiqili tamaşaların səhnəyə qoyulması həm də musiqi 
mədəniyyətinin  inkişafı  üçün  şərait  yaradırdı.  Bu  dövrdə 
Naxçıvan teatrının nəzdində musiqi qrupu da fəaliyyət göstərirdi. 
 
Naxçıvanda  yaradılan  Ernest  Telman  adına  Qadınlar 
Klubunda  bədii  özfəaliyyət  dram  dərnəyi  təşkil  olunur,  musiqi, 
ədəbiyyat,  sənət  məsələlərindən  söhbət  açılırdı.  1927-ci  ildə 
Naxçıvana  gələn  Rza  Təhmasib,  Sidqi  Ruhulla,  Abbas  Mirzə 
Şərifzadə  və  başqa  sənətkarlar  Naxçıvanda  mədəniyyətə,  teatra, 
kinoya və musiqiyə marağı daha da artırmışdılar. 
 
Teatrla  bərabər  Naxçıvanda  musiqi  mədəniyyətinin  də 
inkişafı  öz  bəhrəsini  verirdi.  Teatrda  çalışan  xanəndə,  müğənni 
və  instrumental  ifaçılar  açıq  konsertlər  verirdilər.  Bu  illərdə 
Naxçıvanda  ilk  nəfəs  alətləri  orkestrinin  konsertləri  də  təşkil 
olunurdu.  Şəhərdə  fəaliyyət  göstərən  Qadınlar  Klubunda  musiqi 
mədəniyyətinin  təbliği  və  öyrənilməsi  üçün  də  işlər  həyata 
keçirilirdi. 
 
Musiqi  mədəniyyətinin  inkişafında  Naxçıvanda  yaşamış 
Zülfüqar  Hacıbəyovun,  sonralar  isə  onun  qardaşı  Üzeyir  Hacı-
bəyovun  xidmətləri  çox  olmuşdur.  Üzeyir  Hacıbəyov  1937-ci 
ildə  Naxçıvandan  SSRİ  Ali  Sovetinin  Millətlər  Sovetinə  deputat 
seçilmişdi.  1937-ci  ildə  Üzeyir  Hacıbəyovun  təşəbbüsü  ilə 
Naxçıvanda  ilk  musiqi  məktəbi  açıldı,  dahi  bəstəkar  məktəbə 
“Berlin”  markalı  piano  və  not  kitabları  hədiyyə  etmişdi.  Naxçı-


 
 
 
Naxçıvan Muxtar Respublikası – 90 
 
 
van  Mərkəzi  İcraiyyə  Komitəsinin  1937-ci  il  23  avqust  tarixli 
qərarı ilə yaradılan uşaq musiqi məktəbində həm də diyarın başqa 
rayonlarından cəlb olunmuş şagirdlər təhsil alırdılar.  
1942-ci  ildə  görkəmli  bəstəkar  Tofiq  Quliyevin  Naxçı-
vanda  çalışması,  başqa  böyük  musiqiçi  və  bəstəkarların  Naxçı-
vanla  yaradıcılıq  əlaqələri  musiqi  mədəniyyətimizin  inkişafında 
böyük rol oynamışdır. 
 
Naxçıvanda  incəsənətin  başqa  sahələrinə  də  maraq  bu 
dövrdə  hiss  olunurdu.  1940-1941-ci  illərdə  tanınmış  rəssam 
Şamil 
Qazıyevin 
direktor 
olduğu 
Naxçıvan 
Rəssamlıq 
Məktəbində  rəssamlığın  sirləri  gənclərə  öyrədilirdi.  Rəssam 
Şamil  Qazıyev  teatr  rəssamlığı  ilə  bərabər  qədim  yurdun  təbiəti, 
tarixi,  məişəti  və  abidələri  ilə  bağlı  gözəl  tablolar  yaratmışdır. 
Naxçıvanlı  rəssamlar  Adil  Qazıyev,  Şamil  Qazıyev,  Məmməd 
Qasımov  və  başqalarının  bu  sahədəki  xidmətləri  gələcək  təsviri 
incəsənətimizin inkişafında dəyərli rol oynamışdır.  
1971-ci ildə Azərbaycan xalqının ümummilli lideri Heydər 
Əliyevin  təşəbbüsü  ilə  qədim  diyarımızda  Rəssamlar  Birliyi 
yaradılmışdır.  Təşkilatın  təsis  yığıncağında  SSRİ  Rəssamlar 
İttifaqının  üzvü  olan  muxtar  respublikanın  Əməkdar 
incəsənət  xadimi,  tanınmış  teatr  rəssamı  Məmməd  Qasımov 
Rəssamlar  Birliyinin  sədri  seçilmişdir.  Sonrakı  illərdə 
Azərbaycan  Rəssamlar  İttifaqı  Naxçıvan  Təşkilatının  sədri 
vəzifələrində  muxtar  respublikanın  tanınmış  rəssamları 
Şəmil  Mustafayev,  Abuzər  Qardaşbəyov,  Mircəlil  Seyidov, 
Babək  Abazərli,  Hüseynqulu  Əliyev  fəaliyyət  göstərmişlər. 
Sovet  dövründə  də  Naxçıvan  rəssamlarının  əsərləri  bir  sıra 
mötəbər  sərgilərdə  nümayiş  etdirilmişdir.  Rəssamlarımız 


 
 
 
Naxçıvan Muxtar Respublikası – 90 
 
 
ittifaqın  müxtəlif  şəhərlərində  yaradıcılıq  ezamiyyətində 
olmuşlar. 
 
Muxtariyyətin  ilk  illərində  yaradılan  “Qızıl  qələmlər” 
cəmiyyətində  birləşən  gənc  yazıçı  və  şairlər  Əyyub  Abbasov, 
Məmmədhüseyn  Təhmasib,  Müzəffər  Nəsirli,  Hüseyn  Əzim, 
Məmmədəli  Tarverdiyev,  Əvəz  Sadıq,  Nağı  Nağıyev,  Məmməd 
Əkbər  və  başqalarının  ilk  qələm  təcrübələri  bu  dövrdə  “Şərq 
qapısı”  qəzetində  müntəzəm  çap  edilirdi.  Xalq  yazıçıları  Mirzə 
İbrahimov,  Əli  Vəliyev,  Süleyman  Rəhimov  və  başqalarının  bu 
illərdə  Naxçıvanda  yaşayıb-yaratması  ədəbiyyat  və  incəsənətin 
inkişafına  öz  töhfəsini  vermişdir.  1958-ci  ildə  bu  cəmiyyət 
Azərbaycan Yazıçılar İttifaqının Naxçıvan Şöbəsinə çevrilmişdir. 
 
Naxçıvanda  ilk  muzey  1924-cü  ildə  tarix-etnoqrafiya 
muzeyi  kimi  təşkil  olunmuşdur.  Naxçıvan  şəhər  sakinləri 
Balabəy  Əlibəyov,  Mirbağır  Mirheydərzadə  və  başqa  ziyalılar 
qədim  diyarımızda  muzey  yaradılması  işinin  ilk  təşkilatçıları 
olmuşlar.  1932-ci  ildə  Naxçıvan  tarix  və  ölkəşünaslıq  muzeyinə 
çevrilən bu  mədəniyyət  müəssisəsi yenidən qurulmuşdur. Muzey 
müəyyən  illərdə  Bəhruz  Kəngərlinin  adını  daşımışdır.  Keçən 
əsrin  60-cı  illərin  sonundan  isə  Dövlət  Tarix  Muzeyi  kimi 
fəaliyyət  göstərir.  1966-cı  ilə  qədər  bu  muzey  Naxçıvan  Muxtar 
Respublikasında yeganə muzey kimi fəaliyyət göstərmiş, 1967-ci 
il  iyunun  12-də  Naxçıvan  şəhərində  ədəbiyyat  muzeyi 
yaradılmışdır. 
 
Muxtariyyətin  yaranması  kitabxana  işinə,  kitabxana 
şəbəkələrinin  formalaşmasına  da  öz  təsirini  göstərmişdir.  Geniş 
kitabxana 
şəbəkələrinin 
yaradılmasına 
məhz 
bu 
illərdə 
başlanılmışdır.  Hələ  1922-ci  ildə  Xalq  Maarif  Komissarlığı 


 
 
 
Naxçıvan Muxtar Respublikası – 90 
 
 
tərəfindən  təsis  edilən  Naxçıvan  şəhər  kitabxanasının  bazasında 
1930-cu  ildə  Naxçıvan  Respublika  Kitabxanası  yaradılmışdır. 
1933-cü  ildə  muxtar  respublika  kitabxanasının  yanında  qiraət 
salonu  təşkil  edilmişdi.  Kitabxanaya  Naxçıvan  şəhəri  ilə  bərabər 
ətraf  kəndlərdən  də  oxucular  gəlirdilər.  1953-cü  ildə  Naxçıvan 
Muxtar Respublika Kitabxanasına görkəmli yazıçı Məmməd Səid 
Ordubadinin  adı  verilmişdir.  1960-cı  ildə  kitabxana  hazırda 
fəaliyyət  göstərdiyi  binaya  köçürülmüşdür.  1935-1965-ci  illərdə 
muxtar  respublika  kitabxanası  nəzdində  uşaq  kitabxanası  şöbəsi 
də  fəaliyyət  göstərmişdir.  Bu  şöbənin  bazasında  1965-ci  il 
yanvarın  1-də  muxtar  respublika  uşaq  kitabxanası  yaradılmış, 
1978-ci  ildə  isə  kitabxanaya  görkəmli  şair  Adil  Babayevin  adı 
verilmişdir. 
 
1924-1940-cı  illər arasında kitabxana, klub və  mədəniyyət 
evlərinin  geniş  şəbəkələrini  yaratmaq  sahəsində  aparılan  işlər 
nəticəsini  vermiş,  1940-cı  ildə  kitabxanaların  sayı  73,  klub 
müəssisələrinin sayı 105 olmuşdur. 
 
Ötən  dövrdə  muxtar  respublikada  xalça  sənətini,  xalq 
rəqslərini,  folklorumuzu  yaşatmaq  üçün  bir  sıra  işlər  həyata 
keçirmişdir.  Şərur  yallı  kollektivinin  bu  illərdəki  fəaliyyəti  diq-
qəti  xüsusilə  cəlb  edir.  1929-cu  ildə  yaradılan  kollektiv  1936-cı 
ildə  böyük  səhnəyə  qədəm  qoymuşdur.  1938-ci  ildə  yallı 
kollektivi  Moskvada  keçirilən  Azərbaycan  ədəbiyyatı  və 
incəsənəti  ongünlüyündə  iştirak  etmişdir.  Bu,  kollektivin 
Vətəndən  uzaqlarda  ilk  uğurlu  çıxışı  kimi  diqqəti  cəlb  edir. 
Sonrakı  illərdə,  yəni  1970-ci  ildən  sonra  isə  kollektivin  xarici 
ölkələrə  səfərləri  daha  intensiv  olmuş,  Moskva  şəhərində,  xarici 


 
 
 
Naxçıvan Muxtar Respublikası – 90 
 
 
ölkələrdə  təşkil  olunmuş  festival  və  şənliklərdə  uğurla  çıxış 
etmişdir. 
 
Müharibə  illərində  muxtar  respublikanın  mədəniyyət  və 
incəsənət 
işçiləri 
xalqın 
milli 
və 
mənəvi 
dünyasını 
zənginləşdirmək  üçün  öz  fəaliyyətlərini  daha  fəal  davam 
etdirmişlər. Teatr, musiqi kollektivləri xalqımızda ruh yüksəkliyi 
yaratmaq  üçün  daim  maraqlı  tamaşalar,  konsert  proqramları 
hazırlamışlar.  1949-cu  ilə  qədər  fəaliyyətini  davam  etdirən 
Ordubad Dövlət Dram Teatrı da bu tədbirlərdə fəal iştirak etmiş, 
vətənpərvərlik ruhunda tamaşalar hazırlamışdır. Bu illərdə ölkədə 
teatrların təsərrüfat  hesablı olaraq  fəaliyyət göstərməsi bu teatrın 
bağlanmasına səbəb olmuş, 1964-cü ildə isə rayonda Kazım Ziya 
adına xalq teatrı fəaliyyətə başlamışdır. 
 
1940-1950-ci  illər  arasında  Naxçıvanda  musiqi  mədəniy-
yətində  bir  canlanma  hiss  olunmuşdur.  Naxçıvanda  fəaliyyət 
göstərən  tibb  məktəbində,  müəllimlər  evində  yeni  musiqi 
kollektivləri, orkestrlər yaradılmışdır. 1949-cu ildə məşhur tarzən 
Hacı  Məmmədovun  Naxçıvanda  yaşayıb-yaratması,  tanınmış 
bəstəkar Ağasi Məşədibəyovun Naxçıvana dəvət edilməsi musiqi 
sahəsində  səviyyəli  kadrların  yetişməsinə  öz  bəhrəsini  vermişdi. 
Hacı  Məmmədovun  rəhbərlik  etdiyi  xalq  çalğı  alətləri  ansamblı 
ilk peşəkar ansambl kimi diqqəti cəlb edirdi. 
 
1955-ci ildə Naxçıvan Dövlət Radio Komitəsinin nəzdində 
xalq  çalğı  alətləri  ansamblı  yaradılmış  və  1959-cu  ildə  isə          
30  nəfərdən  ibarət  dövlət  konsert  briqadası  təşkil  olunmuşdur. 
1963-cü  ildə  bu  musiqi  kollektivinə  Naxçıvan  Dövlət  “Araz” 
Mahnı və Rəqs Ansamblı adı verilmişdir.  


 
 
 
Naxçıvan Muxtar Respublikası – 90 
 
 
Bu  dövrdə  naxçıvanlı  bəstəkar  və  musiqiçilər  Nəriman 
Məmmədov,  Ramiz  Mirişli,  Məmməd  Məmmədov,  Məmməd 
Ələkbərov,  Rəşid  Məmmədov,  Səfər  Rəcəbov,  Vahid  Axundov 
ilk musiqi əsərlərini yaratmışlar. 
 
Naxçıvan  Dövlət  Dram  Teatrı  1964-cü  ildə  yeni  binaya 
köçürülmüş  və  Naxçıvan  Dövlət  Musiqili  Dram  Teatrı 
adlandırılmışdır.  Teatr  1966-cı  ildən  C.Məmmədquluzadənin 
adını daşıyır.  
 
Bu  illərdə  kitabxana  və  klub,  mədəni-maarif  işi  sahəsində 
həyata  keçirilən  tədbirlər  bu  müəssisələrin  sayının  artmasına 
səbəb  olub.  1965-ci  ildə  kitabxanaların  sayı  154-ə,  klub  və 
mədəniyyət  evlərinin  sayı  100-ə  çatıb.  Bununla  belə  muxtar 
respublikada  yeni  teatr  və  muzeylərin  yaradılması  sahəsində 
durğunluq  özünü  göstərirdi.  Muxtar  respublikanın  rayonlarında 
uşaq 
musiqi 
məktəbləri, 
kitabxana 
sistemi, 
muzeylərin 
yaradılması hələ də arzu olunan səviyyədə deyildi. 
Azərbaycanda  muzey  işinin  və  muzeyşünaslığın  inkişafı 
ümummilli  lider  Heydər  Əliyevin  xidmətləri  sayəsində  mümkün 
olmuşdur.  Dahi  şəxsiyyət  ölkəyə  rəhbərlik  etdiyi  illərdə  mu-
zeylərə böyük önəm vermiş, ötən əsrin 70-80-ci illərində respub-
likamızda  tarix-diyarşünaslıq,  xatirə,  ev-muzeylərinin  yaradıl-
ması,  onların  maddi-texniki  bazasının  möhkəmləndirilməsi  isti-
qamətində mühüm tədbirlər həyata keçirilmişdir. Məhz bu illərdə 
muxtar respublikanın Ordubad, Culfa, Şərur, Şahbuz rayon tarix-
diyarşünaslıq muzeyləri yaradılmışdır. 
 
Ümummilli  liderin  birinci  hakimiyyəti  illərində  muxtar 
respublikanın  bölgələrində  də  muzeylərin  sayı  artmış,  yeni 
muzeylər  yaradılmışdır.  Məmməd  Səid  Ordubadinin  ev-muzeyi 


 
 
 
Naxçıvan Muxtar Respublikası – 90 
 
 
(1972),  Yusif  Məmmədəliyevin  ev-muzeyi  (1975),  Hüseyn 
Cavidin  ev-muzeyi  (1981),  Cəmşid  Naxçıvanskinin  ev-muzeyi 
(1981)  və  başqa  muzeylər  məhz  bu  illərdə  yaradılmışdır. 
Naxçıvan  Dövlət  Rəsm  Qalereyası  da  1982-ci  ildə  qapılarını 
tamaşaçılarının üzünə açmışdır. 1987-ci ildə isə Şərur rayonunda 
Cəlilkənddə  C.Məmmədquluzadənin  Xatirə  Muzeyi  yaradıl-
mışdır. 
 
Naxçıvanda  musiqi  mədəniyyətinin  inkişafı  üçün  vacib 
işlər  həyata  keçirilmişdir.  1978-ci  ildə  Azərbaycan  Bəstəkarlar 
Təşkilatının  Naxçıvan  şəhərində  keçirilən  səyyar  plenumunda 
Naxçıvan 
Bəstəkarlar 
Təşkilatı 
yaradılmışdır. 
Təşkilat 
Naxçıvanda  xalq  mahnı  və  rəqslərinin  toplanması,  nota 
salınması,  aşıq  yaradıcılığının  tədqiqi,  musiqi  janrlarının  inkişaf 
etdirilməsi və başqa yaradıcılıq məsələləri sahəsində işləri həyata 
keçirmişdir.  1975-ci  ilin  28  aprel  tarixində  Azərbaycan  xalqının 
ümummilli lideri Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvanda orta 
ixtisas  musiqi  məktəbi  fəaliyyətə  başlamışdır.  Məktəbə  1992-ci 
ildən texnikum statusu  verilmişdir. Hazırda bu  məktəb Naxçıvan 
Musiqi  Kolleci  kimi  fəaliyyət  göstərir.  Bu  illər  ərzində  kolleci 
2000-ə yaxın məzun bitirmişdir.  
 
1970-ci  ildə  Naxçıvan  teatrının  dəvəti  ilə  Şıxəli  Qurbanov 
adına  Azərbaycan  Dövlət  Musiqili  Komediya  Teatrında  çalışan 
xalq  artistləri  –  Lütfəli  Abdullayev,  Hacıbaba  Bağırov,  Səyavuş 
Aslan, Nəsibə Zeynalova  və başqaları Naxçıvan teatrının kollek-
tivi  ilə  tamaşalar  göstərirdilər.  Teatr  bu  illərdə  Azərbaycanın  bir 
çox  rayonlarında  uğurlu  qastrol  səfərlərində  olmuşdur.  Azərbay-
canın  tanınmış  bəstəkarlarının,  dramaturqlarının,  rejissorlarının 
Naxçıvan  teatrı  ilə  əlaqələri  genişlənirdi.  1973-cü  ildə  Azərbay-


 
 
 
Naxçıvan Muxtar Respublikası – 90 
 
 
can  teatrının  100  illik  yubileyi  ölkəmizdə  geniş  qeyd  olunmuş, 
yubiley tədbirlərində fəal iştirak edən Naxçıvan teatrı Bakı şəhə-
rində  ən  yaxşı  tamaşalarını  göstərmişdir.  Bu  illərdə  Naxçıvanda 
Ə.Naxçıvaninin,  M.S.Ordubadinin,  Ə.Qəmküsarın,  H.Cavidin 
yubileyləri  geniş  qeyd  olunmuş,  Naxçıvan  şəhərində  M.S.Ordu-
badinin, C.Məmmədquluzadənin abidələri ucaldılmışdır. 
 
1983-cü  ildə  muxtar  respublikanın  həyatında  daha  bir 
mühüm  mədəniyyət  hadisəsi  baş  vermiş,  Naxçıvan  Dövlət 
“Araz”  Mahnı  və  Rəqs  Ansamblının  bazası  əsasında  Naxçıvan 
Dövlət Filarmoniyası yaradılmışdır. 
1982-ci  ildə  H.Cavidin cənazəsi Uzaq Sibirdən Naxçıvana 
gətirilərək  böyük  xalq  sevgisi  ilə  dəfn  edildi  və  onun  üzərində 
əzəmətli  məqbərəsinin  ucaldılması  qərara  alındı.  Bu  fakt  keçmiş 
Sovetlər  Birliyi  məkanında  repressiya  olunmuş  şəxsə  dövlət 
səviyyəsində  göstərilmiş  münasibətin  yeganə  cəsarətli  nümu-
nəsidir.  1982-ci  ilin  6  noyabr  tarixində  Naxçıvanda  Cavid 
Poeziya  Teatrının  açılışında  ümummilli  lider  Heydər  Əliyev  də 
iştirak etmiş və geniş nitq söyləmişdir. 
 
1984-cü  ildə  Naxçıvan  Muxtar  Respublikasının  60  illiyi 
ərəfəsində  Naxçıvan  Muxtar  Respublika  Mədəniyyət  Sarayı 
istifadəyə 
verilmişdir. 
Saray 
2009-cu 
ildə 
isə 
əsaslı 
yenidənqurma  və  təmir  işlərindən  sonra  istifadəyə  verilmişdir. 
Hazırda möhtəşəm saray Heydər Əliyev Sarayı adlanır. 
 
1987-ci  ildə  Tbilisi  şəhərində  keçirilən  Ümumittifaq  teatr 
festivalında  Naxçıvan  teatrının  hazırladığı  Sofoklun  “Elektra” 
tamaşası  diplomla  təltif  edilir.  Bu  uğurlu  tamaşa  Moskva 
televiziyasının 
əməkdaşları 
tərəfindən 
lentə 
alınır 
və 
Ümumittifaq televiziyası ilə nümayiş etdirilirdi. 


 
 
 
Naxçıvan Muxtar Respublikası – 90 
 
 
 
Azərbaycan  hökumətinin  qərarı  ilə  1989-cu  ildə  uşaq  və 
yeniyetmələrin  milli-mənəvi  və  əxlaqi  dəyərlər  ruhunda  tərbiyə-
sini  gücləndirmək,  dünyagörüşlərini  formalaşdırmaq  məqsədilə 
Naxçıvan Dövlət Kukla Teatrı yaradılmışdı. 
 Bununla  bərabər,  təəssüflə  qeyd  etmək  lazımdır  ki, 
ümummilli  lider  Heydər  Əliyevin  Azərbaycana  rəhbərlik  etdiyi 
dövrdə yaradılmış mədəni infrastruktur, qazanılmış uğurlar keçən 
əsrin  90-cı  illərində  ölkədə  yaranmış  özbaşınalıq,  xaos  nəticə-
sində tam sıradan çıxmaq təhlükəsi  ilə qarşılaşmış,  maddi-mədə-
niyyət abidələrinin bir çoxu baxımsızlıq üzündən dağılmışdır. Bu 
problemlər  Azərbaycan  xalqının  ümummilli  lideri,  mədəniyyət 
və  incəsənətimizin  hamisi  Heydər  Əliyevin  ikinci  dəfə  haki-
miyyətə qayıdışından sonra öz həllini tapdı.  
 
Mədəniyyətin  inkişafına  qayğı  göstərmək,  milli-mədəni 
irsimizin  qorunması  sahəsində  ümummilli  liderimizin  böyük 
səyləri  olmuşdur.  Bu  illərdə  muxtar  respublikada  mədəniyyət 
sahəsində  mühüm  işlərdən  biri  yeni  muzeylərin  yaradılması, 
mövcud  olanlarının  yenidən  qurulması  olmuşdur.  Bir  sıra 
muzeylər  üçün  yeni  binalar  inşa  olunmuş,  muzeylərin  bəziləri 
yeni  binalara  köçürülmüş,  təmir  olunmuş,  ekspozisiyaları 
yenidən  qurulmuşdur.  Ötən  dövr  ərzində  Naxçıvan  şəhərində 
Heydər  Əliyev  Muzeyi,  C.Məmmədquluzadənin  ev-muzeyi, 
Naxçıvan  Dövlət  Xalça  Muzeyi,  Bəhruz  Kəngərli  Muzeyi,  Açıq 
Səma  Altında  Muzey,  Xatirə  Muzeyi  fəaliyyətə  başlamışdır. 
C.Məmmədquluzadənin  ev-muzeyinin  və  Bəhruz  Kəngərli 
Muzeyinin  açılışında  ulu  öndər  iştirak  etmiş  və  geniş  nitq 
söyləmişdir. 


 
 
 
Naxçıvan Muxtar Respublikası – 90 
 
 
 
1996-cı  il  oktyabr  ayının  29-da  Naxçıvanda  böyük 
romantik  şair  və  dramaturq  H.Cavidin  məqbərəsinin  açılışı 
olmuşdur. Bu təntənəli  mərasimdə geniş  nitq söyləyən  ulu öndər 
Heydər  Əliyev  sənətkara  yüksək  qiymət  vermişdir.  Bu  təkcə 
böyük sənətkara deyil, Cavidlərə ucaldılan abidədir. 
Bu  dövrdə  muxtar  respublikamızda  tarix  və  mədəniyyət 
abidələrinə, milli-mənəvi dəyərlərə diqqət və qayğı köklü şəkildə 
dəyişmişdir.  Naxçıvan  şəhərində  Ana  dili  və  Dədə  Qorqud 
abidələri  ucaldılmış,  Dədə  Qorqud  abidəsinin  yerləşdiyi  meydan 
yenidən  qurulmuşdur.  “Əshabi-Kəhf”  Dini-Mədəni  Abidə 
Kompleksi  abadlaşdırılmış,  Aza  körpüsü,  Buzxana,  Şərq 
hamamı,  İmamzadə  Məscid  Kompleksi,  Yusif  Küseyiroğlu 
abidəsi, Möminə  xatın türbəsi, Qarabağlar  kəndindəki Quti  xatın 
türbəsi,  Culfa  rayonunda  Xanəgah  abidə  kompleksi,  Ordubad 
rayonunda tarixi abidələr bərpa və təmir olunmuşdur.  
 
Naxçıvan  Muxtar  Respublikası  Ali  Məclisi  Sədrinin 
“Naxçıvan Muxtar Respublikası ərazisindəki tarix və mədəniyyət 
abidələrinin  qorunması  və  pasportlaşdırılması  işinin  təşkili 
haqqında”,  “Nuh  peyğəmbərin  Naxçıvan  şəhərində  məzarüstü 
abidəsinin  bərpa  edilməsi  haqqında”,  “Ordubad  rayonundakı 
Gəmiqaya  abidəsinin  tədqiq  edilməsi  haqqında”  və  digər 
sərəncamlar  tarixi  abidələrimizə,  maddi-mənəvi  dəyərlərimizə, 
inanc yerlərimizə diqqət və qayğının ən gözəl nümunələridir. Bu 
gün Naxçıvan Muxtar Respublikasında 1202 tarix və mədəniyyət 
abidəsi qeydə alınmışdır. 
 
Naxçıvanda geniş vüsət alan abadlıq və quruculuq işlərinin 
bir qolunu yeni, həm də müxtəlif profilli muzeylərin yaradılması, 
mövcud  olanların  yüksək  səviyyədə  yenidən  qurulması  təşkil 


 
 
 
Naxçıvan Muxtar Respublikası – 90 
 
 
edir.  Naxçıvan  Dövlət  Tarix  Muzeyi,  Şahbuz,  Sədərək  rayon-
larında  tarix-diyarşünaslıq  muzeyləri,  Cəlil  Məmmədquluzadə 
adına Naxçıvan Muxtar Respublika Ədəbiyyat Muzeyi, Naxçıvan 
Dövlət  Xalça  Muzeyi  yeni  binalarla  təmin  olunmuşdur.  Ötən 
dövrdə  Naxçıvan  şəhərində  Heydər  Əliyev  Muzeyi,  Cəlil  Məm-
mədquluzadənin  ev-muzeyi,  Şərur  rayonunun  Cəlilkənd  və 
Babək  rayonunun  Nehrəm  kəndlərindəki  xatirə  muzeyləri,  aka-
demik  Y.Məmmədəliyevin,  M.S.Ordubadinin  ev-muzeyləri, 
Ordubad  Rayon  Tarix-Diyarşünaslıq  Muzeyinin  yerləşdiyi 
“Qeysəriyyə”  tarixi  binası  əsaslı  təmir  olunmuş,  ekspozisiyaları 
yenidən  qurulmuş,  muzeylər  zənginləşdirilmişdir.  Hazırda 
muxtar  respublikanın  muzeylərində  110  mindən  çox  maddi-
mədəniyyət nümunəsi qorunub mühafizə olunur. 
 
Muxtar  respublika  rəhbərinin  2010-cu  il  9  fevral  tarixli 
Sərəncamı  ilə  yaradılan  Şahtaxtinskilər  Muzeyi,  2010-cu  il       
23  oktyabr  tarixli  Sərəncamı  ilə  yaradılan  “Xan  Sarayı”  Dövlət 
Tarix-Memarlıq  Muzeyi  qədim  yurdun  görkəmli  şəxsiyyətlərinə 
ehtiramının ifadəsidir.  
Muxtar  respublikada  dəniz  səviyyəsindən  3700  metr 
yüksəklikdə  Gəmiqaya  muzeyi  yaradılmışdır.  Naxçıvan  Muxtar 
Respublikası  Ali  Məclisi  Sədrinin  2013-cü  il  5  iyun  tarixli 
“Naxçıvanqala”  Tarix-Memarlıq  Muzey  Kompleksinin  yaradıl-
ması  haqqında,  2013-cü  il  28  iyun  tarixli  “Xalq  şairi  Məmməd 
Arazın  ev-muzeyinin  yaradılması  haqqında”  sərəncamları  bu 
istiqamətdə  aparılan  işlərin  davamlı  olduğunu  göstərir.  Əgər 
1997-ci  ilədək  Naxçıvan  Muxtar  Respublikasında  13  muzey 
vardısa,  hazırda  qədim  diyarımızda  23  müxtəlif  profilli  muzey 
fəaliyyət göstərir. 


 
 
 
Naxçıvan Muxtar Respublikası – 90 
 
 
Qədim diyarda  mədəniyyətin  və incəsənətin bütün sahələri 
qayğı  ilə  əhatə  olunmuşdur.  1990-cı  illərin  ortalarından 
Naxçıvan  rəssamlarının  beynəlxalq  əlaqələri  genişlənmiş 
onlar  Türkiyə  Respublikasında,  İran  İslam  Respublikasında, 
Rusiya  Federasiyasında,  Orta  Asiya  və  Avropa  ölkələrində 
fərdi  sərgilərini  təşkil  etmiş,  rəssamlarımızın  Naxçıvanda, 
Bakıda və xaricdə albomları, bukletləri nəşr edilmişdir. 
2000-ci  ildə  Naxçıvan  Muxtar  Respublikası  Ali 
Məclisinin  Sədri  cənab  Vasif  Talıbovun  təşəbbüsü  və 
qayğısı  ilə  Azərbaycan  Rəssamlar  İttifaqının  Naxçıvan 
Təşkilatının  yeni  əsasnaməsi  təsdiq  olunmuş,  təşkilat 
müstəqil  yaradıcılıq  qurumu  kimi  Naxçıvan  Muxtar 
Respublikasının Rəssamlar Birliyinə çevrilmişdir. 
2011-ci  ildə  Naxçıvan  Muxtar  Respublikası  Rəssamlar 
Birliyinin  40  illiyi  dövlət  səviyyəsində  qeyd  olunmuş,  2012-ci 
ildə  “Naxçıvan  bəşəriyyətin  beşiyi”  Beynəlxalq  Rəsm 
Festivalı 
təşkil 
olunmuşdur. 
Festivalda 
Naxçıvan, 
Azərbaycan  rəssamları  ilə  yanaşı,  xarici  ölkələrin  fırça 
ustaları  da  fəal  iştirak  etmişlər.  Festivalda  4  ölkədən         
24 rəssam iştirak etmişdir.  
2012-ci 
ildə 
Azərbaycan 
təsviri 
incəsənətinin 
banilərindən  biri olan  Bəhruz  Kəngərlinin  120  illik  yubileyi 
dövlət  səviyyəsində  qeyd  olunmuşdur.  Bu  münasibətlə 
görkəmli  rəssamın  əsərlərindən  ibarət  sərgi  təşkil  olunmuş 
və rəssamın əsərlərindən ibarət albom nəşr olunmuşdur.  
 2013-cü  ildə  Naxçıvan  Rəssamlar  Birliyinin  yeni  müasir 
binası  və  Bəhruz  Kəngərli  adına  Sərgi  Salonu  istifadəyə 
verilmişdir. 


 
 
 
Naxçıvan Muxtar Respublikası – 90 
 
 
Bu  gün  Naxçıvan  Rəssamlar  Birliyinin  sıralarında      
36 
fırça 
ustası 
birləşir. 
Onlardan 
Azərbaycan 
Respublikasının 
xalq 
rəssamı 
Hüseynqulu 
Əliyev, 
Azərbaycan  Respublikasının  əməkdar  rəssamları  Telman 
Abdinov,  Ülviyyə  Həmzəyeva,  Həsən  Qurbanov,  Naxçıvan 
Muxtar  Respublikasının  əməkdar  rəssamları  Məhəmmədəli 
Ələkbərov,  Həmzə  Sadiqov,  Səyyad  Bayramov,  Əbülfəz 
Axundov, 
Cavid 
İsmayılov, 
Həbibə 
Allahverdiyeva, 
Naxçıvan  Muxtar  Respublikasının  əməkdar  incəsənət 
xadimi  Elman  Cəfərov  və  başqaları  muxtar  respublikamızın 
təbiətini,  tarixini,  insanlarını  öz  əsərlərində  sevə-sevə 
yaradırlar.  Ümumiyyətlə,  son  10  ildə  50-yə  yaxın  sərgidə 
rəssamlarımızın 
2500-dən 
çox 
rəsm 
əsəri 
nümayiş 
etdirilmişdir.  Son  3  ildə  isə  45  sərgidə  rəssamlarımızın   
1570 rəsm əsəri nümayiş etdirilmişdir. 
Naxçıvan  Muxtar  Respublikası  Rəssamlar  Birliyinin 
üzvləri  bir  çox  xarici  ölkələrdə  sərgilərdə,  festivallarda  və 
müsabiqələrdə  iştirak  etmişlər.  Bu  ölkələrdən  Almaniya, 
ABŞ,  Türkiyə,  İran,  Fransa,  Bolqarıstan,  İtaliya,  Çin, 
Kanada  və  başqa  ölkələri  göstərmək  olar.  Naxçıvan  Muxtar 
Respublikası  Ali  Məclisinin  Sədri  cənab  Vasif  Talıbov 
mədəniyyət  və  incəsənətimizin  bütün  sahələri  kimi,  təsviri 
incəsənətimizə  də  böyük  diqqət  və  qayğı  göstərir.  Ali 
Məclisin  Sədri  dəfələrlə  rəssamlarımızın  sərgisinə  baxmış 
və  muxtar  respublikada  gənclərin  bu  sənətə  cəlb  edilməsi 
üçün  dəyərli  tövsiyələrini  vermişdir:  “Bu  sahəyə  ona  görə 

Yüklə 49,79 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin