Azərbaycan respublikasi


diqqət  göstərilir  ki,  rəssamlar  birliyi  muxtar  respublikanın



Yüklə 49,79 Mb.
Pdf görüntüsü
səhifə17/22
tarix02.01.2022
ölçüsü49,79 Mb.
#2530
1   ...   14   15   16   17   18   19   20   21   22
diqqət  göstərilir  ki,  rəssamlar  birliyi  muxtar  respublikanın 
ictimai  həyatında  fəal  iştirak  etsin,  yeni  rəssamlar 


 
 
 
Naxçıvan Muxtar Respublikası – 90 
 
 
yetişdirilsin,  Bəhruz  Kəngərli  ilə  başlanan  yol  davam 
etdirilsin.  Bu  gün  muxtar  respublikamızda  professional 
rəssamlar  fəaliyyət  göstərir.  Onlar  təkcə  ölkəmizdə  deyil, 
Azərbaycandan  kənarda  da  tanınırlar,  müxtəlif  ölkələrdə 
sərgiləri təşkil olunur. Bu sahənin daha da inkişaf etdirilməsi 
üçün rəssamların üzərinə mühüm vəzifələr düşür”. 
 
2012-ci  ildə  “Naxçıvan  bəşəriyyətin  beşiyi”  Beynəlxalq 
Rəsm  Festivalının  bədii  hissəsində  muxtar  respublikanın  folklor 
kollektivlərinin  çıxışları  təşkil  olunmuşdur.  2012-ci  ilin  sonunda 
isə  böyük  rəssam  Bəhruz  Kəngərlinin  120  illik  yubileyi  dövlət 
səviyyəsində qeyd olunmuşdur. 
 
Mədəni 
quruculuq 
tədbirlərində 
Naxçıvan 
Muxtar 
Respublikası  Yazıçılar  Birliyinin  üzvləri  də  fəal  iştirak  edirlər. 
2013-cü  ilin  oktyabr  ayında  Naxçıvan  Yazıçılar  Birliyinin 
konfransı  keçirilmişdir.  Konfransın  işində  Naxçıvan  Muxtar 
Respublikası  Ali  Məclisinin  Sədri  iştirak  etmiş  və  geniş  çıxış 
etmişdir.  Bu  gün  ittifaq  üzvlərinin  sayı  80  nəfərdən  çoxdur.  Son 
21  ildə  naxçıvanlı  yazıçı  və  şairlərin  600-dən  artıq  kitabları  nəşr 
olunmuşdur. 
 
Ölkə  Prezidentinin  2008-ci  il  31  yanvar  tarixli  Sərəncamı 
ilə  C.Məmmədquluzadə  adına  Naxçıvan  Dövlət  Musiqili  Dram 
Teatrının  125  illiyi  təntənə  ilə  qeyd  edilmiş,  2012-ci  ilin  fevral 
ayının  3-də  teatrın  binası  yenidənqurmadan  sonra  istifadəyə 
verilmişdir. 
 
Naxçıvan  Dövlət  Musiqili  Dram  Teatrı  və  Naxçıvan 
Dövlət  Kukla  Teatrı  beynəlxalq  mədəni  əlaqələrin  qurulmasında 
fəal iştirak etmiş, İran İslam Respublikası, Türkiyə Respublikası, 
Tacikistan  Respublikasında  keçirilən  teatr  festivallarında 


 
 
 
Naxçıvan Muxtar Respublikası – 90 
 
 
ölkəmizi  uğurla  təmsil  etmişlər.  Bu  illər  ərzində  həm  də  Təbriz 
teatrı,  Türkiyə  Respublikasının  Van  və  Trabzon  Dövlət  teatrları 
Naxçıvanda  tamaşalar 
göstərmişlər.  Müstəqillik 
illərində 
Naxçıvanda  fəaliyyət  göstərən  3  teatrın  səhnəsində  115-dən  çox 
tamaşa səhnəyə qoyulmuşdur. 
 
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2006-cı 
il 4 oktyabr tarixli Sərəncamı ilə yaradılan Naxçıvan Dövlət Uşaq 
Teatrı  ölkəmizdə  fəaliyyət  göstərən  2  uşaq  teatrından  biri  kimi 
uşaqların sevimli ünvanına çevrilmişdir. 
 
Ötən  dövr  ərzində  Naxçıvan  Dövlət  Filarmoniyasının 
maddi-texniki  bazası  möhkəmləndirilmiş,  səs  avadanlıqları, 
musiqi alətləri, musiqi ədəbiyyatı, geyimlər alınmışdır. Bu illərdə 
Naxçıvan  Dövlət  Filarmoniyasının  musiqi  kollektivləri  Türkiyə 
Respublikasında,  Rusiya  Federasiyasının  paytaxtı  Moskva  şəhə-
rində,  Türkmənistan  Respublikasında  keçirilən  müxtəlif  tədbir-
lərdə uğurla çıxış etmişlər.  
 
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2012-ci 
il  10  yanvar  tarixli  Sərəncamı  ilə  Naxçıvan  Dövlət  Filarmo-
niyasının Estrada Orkestri yaradılmışdır. 
 
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2010-cu 
il 19 aprel tarixli Sərəncamı  ilə yaradılan  Naxçıvan Dövlət Uşaq 
Filarmoniyası  musiqi  mədəniyyətimizdə  mühüm  hadisədir.  Yeni 
yaradılan  filarmoniyada  xalq  çalqı  alətləri  ansamblı,  kamera 
orkestri, mahnı və rəqs ansamblı, xor kollektivi istedadlı uşaqları 
öz ətrafında birləşdirmişdir. 
 
Naxçıvan  Muxtar  Respublikasında  uşaq  musiqi,  incəsənət 
və bədii sənətkarlıq  məktəblərinə qayğı  və diqqəti  xüsusilə qeyd 
etmək  lazımdır.  Muxtar  respublikada  gedən  quruculuq  işləri  bu 


 
 
 
Naxçıvan Muxtar Respublikası – 90 
 
 
obyektləri  də  əhatə  etmiş,  son  illərdə  25  uşaq  musiqi,  incəsənət 
və  bədii  sənətkarlıq  məktəbləri  üçün  yeni  binalar  tikilərək  və 
yenidən  qurularaq  istifadəyə  verilmişdir.  Uşaq  musiqi  məktəb-
lərinə xüsusi qayğı və diqqət göstərən, onların əhəmiyyətini yük-
sək  qiymətləndirən  Naxçıvan  Muxtar  Respublikası  Ali  Məclisi-
nin  Sədri  demişdir:  “Uşaq  musiqi  məktəblərinin,  məktəbdən-

Yüklə 49,79 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin