Azərbaycan respublikasi


kənar  müəssisələrin  istifadəyə  verilməsində  məqsəd  ondan



Yüklə 49,79 Mb.
Pdf görüntüsü
səhifə18/22
tarix02.01.2022
ölçüsü49,79 Mb.
#2530
1   ...   14   15   16   17   18   19   20   21   22
kənar  müəssisələrin  istifadəyə  verilməsində  məqsəd  ondan 
ibarətdir  ki,  gənclərimizin  asudə  vaxtları  düzgün  təşkil 
olunsun.  Bizim  milli  musiqimiz  öyrədilsin,  yaddan  çıxmasın, 
nəsildən-nəslə ötürülsün. Dünyaya inteqrasiya edən Azərbay-
canda  gənclər  dünya  musiqisinə,  dünya  mədəniyyətinə  yiyə-
lənsinlər. Bunun üçün də lazımi şərait yaradılıbdır”. 
 
Naxçıvan  Muxtar  Respublikası  Ali  Məclisi  Sədrinin 
“Naxçıvan  Muxtar  Respublikasında  xalq  yaradıcılığı  günlərinin 
keçirilməsi  haqqında”  2009-cu  il  7  fevral  tarixli  Sərəncamı  xalq 
yaradıcılığının  inkişafında  yeni  üfüqlər  açmışdır.  Bu  sərəncam 
həm də xalqımızın zəngin xalq yaradıcılığı ənənələrini yaşatmaq, 
gələcək  nəsillərə  çatdırmaq  baxımından  dəyərlidir.  Bu  gün 
muxtar  respublikada  xalq  yaradıcılığına  qayğı  öz  bəhrəsini 
göstərməkdədir.  Muxtar  respublikada  Aşıqlar  Birliyi  yara-
dılmışdır. 
 
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2009-cu 
il  9  aprel  tarixli  Sərəncamı  ilə  yaradılan  “Naxçıvan  mətbəxi” 
Kulinariya  Mərkəzi  xalq  yaradıcılığının  ən  qədim  və  zəngin 
sahələrindən  olan  kulinariya  mədəniyyətinin  sistemli  şəkildə 
öyrənilməsi  və  inkişaf  etdirilməsi,  təbliğ  olunması,  tanıdılması 
sahəsində müəyyən işlər həyata keçirmişdir. Bu dövrdə mərkəzin 
əməkdaşları  Çin  Xalq  Respublikası,  Türkiyə  Respublikası  və 


 
 
 
Naxçıvan Muxtar Respublikası – 90 
 
 
Azərbaycanda  keçirilən  tədbir  və  festivallarda  iştirak  etmiş, 
medal  və diplomlarla təltif olunmuşlar. 2013-cü ildə nəşr olunan 
“Naxçıvan  mətbəxi”  kitabı  Azərbaycan  mətbəx  mədəniyyətinin 
bir  qolu  olan  Naxçıvan  mətbəxinin  öyrənilməsi  və  təbliği 
baxımından dəyərlidir.  
 
Müstəqillik  illərində  muxtar  respublikada  gedən  mədəni 
yüksəliş  kitabxanalara  da  öz  təsirini  göstərmişdir.  Muxtar 
respublikanın  bölgələrində  inşa  olunan  100-dən  çox  kənd 
mərkəzində  kitabxanalar  üçün  otaqlar  ayrılmışdır.  2005-ci  ildən 
başlayaraq  Azərbaycan  Respublikası  Prezidentinin  2004-cü  il    
14 yanvar tarixli Sərəncamı ilə nəşr olunan 400 mindən çox kitab 
kitabxanalara 
hədiyyə 
olunmuşdur. 
Naxçıvan 
Muxtar 
Respublikası  Ali  Məclisi  Sədrinin  2012-ci  il  19  aprel  tarixli 
“Məmməd  Səid  Ordubadi  adına  Naxçıvan  Muxtar  Respublika 
Kitabxanasının  90  illik  yubileyinin  keçirilməsi  haqqında” 
Sərəncamının  icrası  ilə  əlaqədar  burada  Elektron  kitabxana 
yaradılmışdır. 
Muxtar  respublikada  kitabxana  işinin  müasir  standartlar 
səviyyəsində  qurulması  və  elektron  kitabxanaların  yaradılması 
sahəsində  işlər  davam  etdirilmiş,  Naxçıvan  Muxtar  Respublikası 
Ali  Məclisinin  Naxçıvanşünaslıq  Mərkəzində,  Azərbaycan  Milli 
Elmlər  Akademiyasının  Naxçıvan  Bölməsində  və  Naxçıvan 
Dövlət  Universitetində  elektron  kitabxanalar,  eləcə  də  Naxçıvan 
Regional İnformasiya Mərkəzində məhdud fiziki imkanlılar üçün 
audio və elektron kitabxana xidməti yaradılmışdır.  
 
Ölkə  üzrə  ikinci  Dövlət  Film  Fondu  muxtar  respublikada 
fəaliyyət  göstərir.  Hazırda  fondda  4500  film  saxlanılır.  Azər-
baycan  filmləri  ilə  yanaşı,  burada  xarici  ölkələrdə  istehsal 


 
 
 
Naxçıvan Muxtar Respublikası – 90 
 
 
olunmuş  bədii,  sənədli,  cizgi  filmləri,  Azərbaycan  dilinə  dublyaj 
edilmiş filmlər qorunur. 
Milli-mədəni  dəyərlərimizin  qorunması  tədbirləri  çərçivə-
sində  xalq  tətbiqi  sənətinin  əsas  qollarından  olan  xalçaçılığın 
təbliği  məqsədilə  aparılan  elmi  araşdırmalar  nəticəsində  nəfis 
tərtibatda “Naxçıvan xalçaçıları” kitabı və “Azərbaycan xalçaları: 
Naxçıvan  qrupu”  jurnalı  çap  olunmuş,  “Naxçıvan  xalçaları”  sə-
nədli  filmi  çəkilmişdir.  Yenidənqurmadan  sonra  istifadəyə  veri-
lən  Naxçıvan  Dövlət  Xalça  Muzeyinin  ekspozisiyası  zənginləş-
dirilmiş, muzeyin internet saytı hazırlanmışdır.  
 
Yüksək  zövq  və  nəfis  tərtibatla  nəşr  olunmuş  “Naxçıvan 
teatrının  salnaməsi”,  “Naxçıvan  milli  geyimləri”,  “Naxçıvan  tik-
mələri”,  “Naxçıvan  mətbəxi”  və  başqa  kitablar  mədəniyyə-
timizin, incəsənətimizin təbliği baxımından dəyərli nəşrlərdir. 
 
Naxçıvan  torpağının  yetişdirdiyi  görkəmli  şəxsiyyətlərin 
adının  əbədiləşdirilməsi  və  yubileylərinin  keçirilməsi  üçün  də 
dəyərli  işlər  görülmüşdür.  M.T.Sidqi,  M.Şahtaxtlı,  B.Şahtax-
tinski,  H.Cavid,  Ə.Cavid,  C.Məmmədquluzadə,  B.Kəngərli, 
M.S.Ordubadi,  İ.Səfərli,  M.Arazın  yubileyləri  mədəni-maarif 
müəssisələrində də geniş qeyd olunmuşdur. 
 
2009-cu  il  oktyabrın  14-də  Bakıda  keçirilən  İslam 
ölkələrinin  mədəniyyət  nazirlərinin  VI  konfransında  Naxçıvanın 
2018-ci  il  üçün  İslam  mədəniyyətinin  paytaxtı  elan  olunması 
muxtar  respublikamızın  nüfuzunun  və  ona  göstərilən  etimadın 
nəticəsidir. 
 
Bu illər ərzində muxtar respublikamız üçün yeni sahə olan 
turizm  sahəsinin  inkişafı  istiqamətində  də  mühüm  tədbirlər 
həyata keçirilmişdir. Muxtar respublikada yeni turizm kompleks-


 
 
 
Naxçıvan Muxtar Respublikası – 90 
 
 
ləri  yaratmaq,  turizm  potensialını  təbliğ  etmək,  mədəni  və  tarixi 
irsi  yaşatmaq,  ən  əsası  turizmi  iqtisadiyyatın  gəlirli  sahələrindən 
birinə  çevirmək  istiqamətində  aparılan  məqsədyönlü  tədbirlər  öz 
müsbət təsirini göstərməkdədir. Ötən illər ərzində muxtar respub-
likanın  turizm  potensialını  tanıtmaq  üçün  Naxçıvan  şəhərində      
2 beynəlxalq konfrans keçirilmişdir. 
Naxçıvan  Muxtar  Respublikasında  tarixi-mədəni  irsin 
qorunub  saxlanılmasını,  müasir  şəhərsalma,  istirahət  və  turizm 
infrastrukturunun  yeniləşdirilməsi  və  abadlıq-quruculuq  işlərinin 
davam  etdirilməsini,  habelə  “Azərbaycan  Respublikası  region-
larının 2014-2018-ci illərdə  sosial-iqtisadi  inkişafı  Dövlət  Pro-
qramı”nda  müəyyən  olunmuş  tədbirlərin  həyata  keçirilməsini 
təmin  etmək  məqsədilə  Azərbaycan  Respublikası  Prezidentinin 
2014-cü il 10 aprel tarixli Sərəncamı ilə Azərbaycan Respublika-
sının 2014-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan 
Respublikası  Prezidentinin  ehtiyat  fondundan  Naxçıvan  Muxtar 
Respublikasının Nazirlər Kabinetinə 5 milyon manat vəsait ayrıl-
mışdır. 
 
Hazırda  muxtar  respublikamızda  əhaliyə  530-a  qədər  mə-
dəniyyət,  incəsənət  və  turizm  müəssisəsi  xidmət  göstərir.  Həmin 
müəssisələrdə  4360  nəfər  mədəniyyət,  incəsənət  və  turizm  işçisi 
çalışır.  Mədəniyyət  və  incəsənət  işçilərimizin  əməyi  dövlət  tərə-
findən  yüksək qiymətləndirilmişdir. Mədəniyyət,  musiqi,  incəsə-
nət, ədəbiyyat, xalq yaradıcılığı, teatr, kino, muzey işi, təsviri in-
cəsənət  ilə  məşğul  olan  200-dən  çox  insanın  Azərbaycan  Res-
publikasının,  Naxçıvan  Muxtar  Respublikasının  fəxri  adlarına, 
Prezident  mükafatı  və  təqaüdünə  layiq  görülməsi,  orden  və  me-
dallarla təltif olunması bu sahəyə dövlət qayğısının ifadəsidir. 


 
 
 
Naxçıvan Muxtar Respublikası – 90 
 
 

Yüklə 49,79 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin