Azərbaycan respublikasi


öz  nəticəsini  vermişdir.  Bu  nəticə  –  bugünkü  gənclərdir.  Bu



Yüklə 49,79 Mb.
Pdf görüntüsü
səhifə15/22
tarix02.01.2022
ölçüsü49,79 Mb.
#2530
1   ...   11   12   13   14   15   16   17   18   ...   22
öz  nəticəsini  vermişdir.  Bu  nəticə  –  bugünkü  gənclərdir.  Bu 
nəticə – ali  məktəblərə qəbul göstəricilərinin ildən-ilə artma-
sıdır”.  
1995-2010-cu  illər  ərzində  1557  nəfər  məzunumuz 
fərqlənmə  attestatına,  2011-2013-cü  illər  ərzində  isə  təhsili 
yüksək  nailiyyətlərlə  başa  vuran  71  məzun  “qızıl”  və  “gümüş” 
medallara  layiq  görülmüşdür.  Həmin  şagirdlər  onlara  göstərilən 
etimadı  doğrultmuş  və  ali  məktəblərə  qəbulda  yüksək  nəticələrə 
nail olmuşlar.  
Ulu 
öndərimiz 
respublikanın 
təhlükəsizliyini 
və 
müdafiəsini  təmin  edə  biləcək  hərbi  təhsilli  kadrların 
yetişdirilməsi  məqsədilə  1971-ci  ildə  Bakı  şəhərində  hərbi 
təmayüllü  ilk  hərbi  məktəbin  yaradılmasını  həyata  keçirmişdi. 
Müstəqillik  dövründə  isə  həyata  keçirilən  tədbirlər  çərçivəsində 
ümummilli  liderin  xüsusi  təşəbbüsü  ilə  1998-ci  ildə  Naxçıvan 
şəhərində  Cəmşid  Naxçıvanski  adına  hərbi  liseyin  filialının 
yaradılması  mühüm  əhəmiyyətə  malik  olmuşdur.  Naxçıvan 


 
 
 
Naxçıvan Muxtar Respublikası – 90 
 
 
gənclərinin hərbi təhsilə marağının daha yüksək olduğunu nəzərə 
alaraq  Azərbaycan  Respublikası  Prezidentinin  2004-cü  il           
27  fevral  tarixli  Sərəncamı  ilə  filialın  bazasında  Heydər  Əliyev 
adına  Hərbi  Lisey  yaradıldı.  Fəaliyyətdə  olduğu  müddət  ərzində 
hərbi  liseyi  1941  nəfər  məzun  bitirmiş,  bunların  da  1855  nəfəri 
müxtəlif ali hərbi məktəblərə qəbul olmuşdur.  
Azərbaycan  Respublikası  Prezidentinin  2001-ci  il  3  sent-
yabr  tarixli  “Azərbaycan  Respublikasının  ali  məktəb  tələbələri 
üçün  Prezident  təqaüdünün  təsis  edilməsi  haqqında”  Fərmanının 
icrası  ilə  əlaqədar  olaraq  muxtar  respublikamızdan  ümumilikdə 
51 məzun Prezident təqaüdünə layiq görülmüşdür.  
Muxtar  respublikamızda  peşə  təhsili  sisteminin  inkişaf 
etdirilməsi  diqqətdə  saxlanılan  məsələlərdən  olmuşdur.  Azər-
baycan  Respublikası  Prezidenti  cənab  İlham  Əliyevin  2007-ci  il 
13  iyul  tarixli  Sərəncamı  ilə  təsdiq  edilmiş  “Azərbaycan 
Respublikasında  texniki  peşə  təhsilinin  inkişafı  üzrə  Dövlət 
Proqramı  (2007-2012-ci  illər)”nın  icrası  ilə  əlaqədar  olaraq 
Naxçıvan Muxtar Respublikasında texniki peşə təhsili sisteminin 
şəbəkəsinin  genişləndirilməsi  məqsədilə  2009-cu  ildə  Naxçıvan 
şəhərində peşə liseyinin  yeni binası tikilib istifadəyə  verilmişdir. 
Liseydə  fəaliyyət  göstərən  qruplarda  təhsil  alan  şagirdlərin 
yataqxana  və  isti  yeməklə  təmin  olunması  üçün  lazımi  şərait 
yaradılmışdır.  Eyni  zamanda  hazırda  tikintisi  həyata  keçirilən 


 
 
 
Naxçıvan Muxtar Respublikası – 90 
 
 
Şərur  Peşə  Liseyi  də  ən  müasir  informasiya  texnologiyaları  və 
maddi-texniki  baza  ilə  təchiz  olunacaqdır.  Muxtar  respublikada 
fəaliyyət  göstərən  peşə  təhsili  müəssisələrində  əmək  bazarının 
tələblərinə  uyğun  olaraq  mühasib,  kompyuter  operatoru  ustası, 
fermer və s. ixtisasları üzrə şagird qəbulu həyata keçirilmişdir. 
 
Elm. Naxçıvan diyarı qədimdən Azərbaycanın mühüm elm 
mərkəzlərindən  olmuş  və  Azərbaycan  elminə  orta  əsrlərdə  təkсə 
ölkəmizdə  deyil,  bütün  Yaxın  və  Orta  Şərqdə  şöhrət  qazanmış 
onlarla  görkəmli  alim,  mütəfəkkir,  filosof,  hüquqşünas,  tarixçi, 
filoloq, təbib  və s. bəxş etmişdir. Əbu Əbdüllah əl-Müfərric Nə-
şəvi,  Əhməd  Hacəf  oğlu  Nəşəvi,  Əkmələddin  Naxçıvani,  Kəma-
ləddin  Naxçıvani,  Nəsirəddin  Tusi,  Nəcməddin  Naxçıvani,  İz-
zəddin  Naxçıvani,  Həsən  Ömər  oğlu  Naxçıvani,  Hinduşah  Nax-
çıvani,  Məhəmməd  Naxçıvani,  Fəxrəddin  Naxçıvani,  Baba  Ne-
mətullah  Naxçıvani,  Fəzlullah  Nəimi  kimi  görkəmli  şəxsiyyətlər 
Şərq dünyasının elm xəzinəsinə dəyərli töhfələr vermişlər. 
XX  əsrin  20-ci  illərindən  Azərbaycan,  о  cümlədən  də 
Naxçıvan  müasir  elmin  əksər  sahələrində  böyük  inkişaf  yoluna 
qədəm  qoydu.  “Azərbaycanı  Tədqiq  və  Tətəbbö  Cəmiyyəti”nin 
Naxçıvan şöbəsinin yaradılması diyarın zəngin təbii sərvətlərinin 
aşkara  çıxarılmasında,  tarix,  elm  və  mədəni  irsinin  öyrənilmə-
sində  əhəmiyyətli  rol  oynadı.  Azərbaycan  Elmlər  Akademiya-
sının  yaradılması  muxtar  respublikada  da  elmin  inkişafına  güclü 
təkan verdi. Muxtar respublikada elmi idarələr, о cümlədən Araz 
(Naxçıvan)  Kompleks-Zona  Təcrübə  Stansiyası,  Naxçıvan  Elmi-
Tədqiqat  Baytarlıq  Stansiyası  (Araz  Elm-İstehsalat  Birliyi), 
Azərbaycan  Elmlər  Akademiyası  Naxçıvan  Regional  Elm  Mər-


 
 
 
Naxçıvan Muxtar Respublikası – 90 
 
 
kəzi, Elm və Texnika Mərkəzi, Şamaxı Astrofizika Rəsədxanası-
nın  Günəşi  Müşahidə  Stansiyası  (Batabat  rəsədxanası)  yaradıldı. 
1972-ci  ildə  təşkil  olunmuş  Naxçıvan  Elm  Mərkəzində  funda-
mental elmin  müxtəlif sahələri  üzrə tədqiqatlar aparılmışdır. Bu-
rada muxtar respublikanın təbii sərvətlərinin, tarix və mədəniyyət 
abidələrinin  öyrənilməsi  sahəsində  çoxlu  səmərəli  iş  görülmüş-
dür.  1999-cu  ildə  yaradılmış  Naxçıvan  Elm  və  Texnika  Mərkə-
zində  muxtar  respublikada  yayılmış  dərman  bitkilərinin  toplan-
ması, öyrənilməsi, onlardan dərman preparatları, tibdə və məişət-
də  geniş  istifadə  edilən  cövhər,  krem  və  yağlar,  habelə  bölgənin 
mineral  xammallarının  kimyəvi  emalı  yolu  ilə  müxtəlif  tərkibli 
duzlar alınması sahəsində uğurlu tədqiqatlar aparılmışdır. 
Elmi  kadrlar  hazırlanmasında  da  uğurlar  qazanılmışdır. 
2000-ci  ildə  muxtar  respublikanın  ali  və  orta  ixtisas  məktəblə-
rində  7  elmlər  doktoru  və  professor,  130  nəfər  elmlər  namizədi 
çalışmışdır.  Muxtar  respublikanın  elm  və  təhsil  müəssisələrinin 
elmi  əlaqələri  genişlənmiş,  dünyanın  bir  çox  elmi  idarələri,  о 
cümlədən  Türkiyənin  elm  mərkəzləri  ilə  sıx  əlaqələr  yaradılmış, 
mütəxəssis  və  təcrübə  mübadiləsi  aparılmış,  birgə  elmi 
konfranslar keçirilmişdir. 
Ümummilli  liderimiz  Heydər  Əliyevin  2002-ci  il  7  avqust 
tarixli  Sərəncamı  ilə  Azərbaycan  Milli  Elmlər  Akademiyasının 
Naxçıvan  Bölməsi  yaradılmışdır.  Bölmənin  yaradılmasında  əsas 
məqsəd  Naxçıvanın  tarixi,  arxeologiyası,  etnoqrafiyası  və  təbii 
ehtiyatlarını  öyrənməkdən  ibarətdir.  AMEA  Naxçıvan  Bölməsi-
nin  tərkibində  6  elmi-tədqiqat  institutu  fəaliyyət  göstərir.  Naxçı-
van  Bölməsinin  yaradılması  bu  bölgədə  elmə  marağı  artırmış  və 
elmi mühiti canlandırmışdır.  


 
 
 
Naxçıvan Muxtar Respublikası – 90 
 
 
Azərbaycan  Respublikasının  Nazirlər  Kabineti  AMEA 
Naxçıvan Bölməsinə və Naxçıvan Dövlət Universitetinə müxtəlif 
ixtisaslar  üzrə  fəlsəfə  doktoru  və  elmlər  doktoru  hazırlamaq 
səlahiyyəti  vermişdir.  Hər  iki  müəssisədə  doktorantura  şöbəsi, 
Naxçıvan  Dövlət  Universitetində  1996-cı  ildən  4  ixtisas  üzrə 
dissertasiya  şurası  fəaliyyət  göstərir.  Şurada  Azərbaycan  ədəbiy-
yatı  tarixi,  Azərbaycan  dilçiliyi,  Azərbaycan  tarixi,  pedaqogika 
ixtisasları  üzrə  fəlsəfə  doktoru  dissertasiyaları  müdafiə  olunur. 
2010-cu  ildən  dissertasiya  şurasına  dünya  ədəbiyyatı  və  sənət-
şünaslıq ixtisaslarından da dissertasiya müdafiə etmək səlahiyyəti 
verilmişdir. 2006-cı  ildən  AMEA Naxçıvan Bölməsində də 3 ix-
tisas  (Vətən  tarixi,  iqtisadiyyat  və  arxeologiya)  üzrə  dissertasiya 
şurası  fəaliyyət  göstərir.  2013-cü  ildən  bu  dissertasiya  şurasına 
doktorluq dissertasiyası müdafiə etmək səlahiyyəti verilmişdir.  
 
Naxçıvan  Muxtar  Respublikası  Ali  Məclisi  Sədrinin 
imzaladığı onlarla sərəncam elm adamlarının elmi fəaliyyətlərinə 
stimul  vermiş  və  onların  tədqiqat  istiqamətlərini  müəyyənləşdir-
mişdir. “Uluslararası qaynaqlarda Naxçıvan”, “Deportasiya tarixi 
və  Naxçıvan”,  “Mustafa  Kamal  Atatürk  -  Heydər  Əliyev  -  Nax-
çıvan:  həyat  və  inkişaf  modelləri”,  “Naxçıvan:  tarixi  gerçəklik, 
müasir  durum,  inkişaf  perspektivləri”,  “Nuh  peyğəmbər:  Dünya 
tufanı  və  Naxçıvan”,  “Behbud  ağa  Şahtaxtinski  və  Qars  müqa-
viləsi”,  “Naxçıvan:  ilk  yaşayış  və  şəhərsalma  yeri  kimi”,  “Nax-
çıvan:  ilkin  şəhər  və  Duzdağ”  və  digər  mövzularda  keçirilən 
beynəlxalq  simpozium  və  konfranslarda  dinlənilən  məruzələr 
Naxçıvanda elmi  mühitin canlanmasına və inkişafına böyük təsir 
göstərmişdir. 


 
 
 
Naxçıvan Muxtar Respublikası – 90 
 
 
 
Naxçıvan  Muxtar  Respublikası  Ali  Məclisi  Sədrinin  “Or-
dubad  rayonundakı  Gəmiqaya  abidəsinin  tədqiq  edilməsi  haq-
qında” 2001-ci il 26 aprel tarixli Sərəncamından sonra Gəmiqaya 
abidəsinə  beynəlxalq  ekspedisiyalar  təşkil  edilmiş,  tədqiqatlar 
aparılmış,  ona  qədər  kitab,  monoqrafiya,  foto-albom  hazırlanmış 
və  xeyli  sayda  məqalələr  yazılmışdır.  Muxtar  respublika  ərazi-
sində  1202  tarix  və  mədəniyyət  abidəsi  müəyyən  edilmiş, 
pasportlaşdırılmış  və  tədqiq  edilmişdir.  Tarix  və  mədəniyyət 
abidələri  öyrənilməklə  bərabər,  həm  də  bunlardan  60-a  yaxını 
bərpa və restavrasiya edilmişdir. 
 
Naxçıvanın  tarixinin  dərindən  araşdırılması  və  əhatəli 
öyrənilməsi  məqsədilə “Naxçıvan tarixi” çoxcildliyinin  hazırlan-
ması  və  nəşr  olunması  haqqında  Naxçıvan  Muxtar  Respublikası 
Ali  Məclisi  Sədrinin  2012-ci  il  6  avqust  tarixli  Sərəncamı  ilə 
üçcildlik “Naxçıvan tarixi”nin hazırlanmasına başlanılmış, həmin 
əsərin I cildi nəşr olunmuşdur.  
Naxçıvana  həsr  olunmuş  çoxlu  sayda  kitab,  albom,  elmi-
kütləvi  məqalə,  qəzet  və  jurnal  materiallarının,  sənədli  filmlərin, 
elektron daşıyıcıların qorunub saxlanması, tədqiq  və təbliğ olun-
ması  məqsədilə  Naxçıvan  Muxtar  Respublikası  Ali  Məclisinin 
Naxçıvanşünaslıq Mərkəzi fəaliyyətə başlamışdır.  
Naxçıvan  Muxtar  Respublikasının  yaradılmasının  75,  80, 
85  və  90  illikləri  ilə  əlaqədar  ümummilli  lider  Heydər  Əliyevin, 
Azərbaycan  Respublikası  Prezidenti  İlham  Əliyevin  imzaladığı 
sərəncamlar  Naxçıvanın  muxtariyyət  tarixinin  və  muxtariyyət 
dövrünün geniş araşdırılmasına səbəb olmuşdur. 
Ötən  illər  ərzində  ikicildlik  “Naxçıvan  ensiklopediyası”, 
“Naxçıvan  abidələri  ensiklopediyası”,  üçcildlik  “Naxçıvan 


 
 
 
Naxçıvan Muxtar Respublikası – 90 
 
 
folkloru antologiyası”, “Naxçıvan tarixi atlası”; Naxçıvanın flora 
və  faunasına  həsr  olunmuş  kitablar,  “Naxçıvan  teatrının 
salnaməsi” və başqa kitab, monoqrafiya və ensiklopediyalar nəşr 
olunmuşdur.  
Azərbaycan  elmi  potensialına  Naxçıvan  diyarının  töhfəsi 
böyükdür.  Ölkənin  elmi  idarə  və  təhsil  müəssisələrində,  habelə 
onun  hüdudlarından  kənarda  Naxçıvan  torpağının  yetirməsi  olan 
yüzlərlə alim çalışmış və çalışır. Onların bir çoxu ən yüksək elmi 
dərəcə  və  adlara,  dövlət  mükafatlarına  və  fəxri  adlara  layiq 
görülmüşlər.  Akademiklər  Yusif  Məmmədəliyev,  Həbibulla 
Şahtaxtinski,  Şirəli  Məmmədov,  Həsən  Əliyev,  Müzəffər 
Abutalıbov,  Məmməd  Cəfər  Cəfərov,  İsmayıl  İbrahimov,  Həsən 
Abdullayev, 
Zərifə 
Əliyeva, 
Rəhim 
Rəhimov, 
Toğrul 
Şahtaxtinski,  Cəlal  Əliyev,  Məhərrəm  Məmmədyarov,  Siddiqə 
Məmmədova,  Əhməd  Mahmudov,  Asəf  Nadirov,  Fəraməz 
Maqsudov,  Musa  Rüstəmov,  Məhəmməd  Şahtaxtinski,  Nadir 
Seyidov,  Ramiz  Rizayev,  Mahmud  Kərimov,  Cəmil  Əliyev, 
Vasim  Məmmədəliyev,  Əli  Abbasov,  İsmayıl  Hacıyev,  İsa 
Həbibbəyli,  habelə  Azərbaycan  Milli  Elmlər  Akademiyasının 
müxbir  üzvləri  Cəmşid  Zülfüqarlı,  Bəhmən  Axundov,  Qaraş 
Mədətov,  Mustafa  Hüseynov,  Yəhya  Məmmədov,  Mikayıl 
Rəhimov,  Yavuz  Rüstəmov,  Telman  Qurbanov,  Əliyar  Səfərli, 
Arif  Abbasov,  Sevda  Məmmədəliyeva,  Qüdrət  Kəlbəliyev,  Sabit 
Kərimov,  Əyyub  Quliyev,  Asəf  Hacıyev,  Səfərəli  Babayev, 
Zöhrab  Vəliyev,  professorlar  Əziz  Şərif,  Əli  Sultanlı, 
Məmmədhüseyn  Təhmasib,  Mehbalı  Qasımov  və  başqalarının 
elmin  inkişafında  mühüm  xidmətləri  var.  Yusif  Məmmədəliyev, 
Həsən  Abdullayev,  Eldar  Salayev,  Fəraməz  Maqsudov  və 


 
 
 
Naxçıvan Muxtar Respublikası – 90 
 
 
Mahmud  Kərimov  müxtəlif  illərdə  Azərbaycan  Milli  Elmlər 
Akademiyasının prezidenti olmuşlar. 

Yüklə 49,79 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin