Azərbaycan respublikasi


muxtar  respublikada  informasiya-kommunikasiya  texnologi-



Yüklə 49,79 Mb.
Pdf görüntüsü
səhifə12/22
tarix02.01.2022
ölçüsü49,79 Mb.
#2530
1   ...   8   9   10   11   12   13   14   15   ...   22
muxtar  respublikada  informasiya-kommunikasiya  texnologi-
yaları  sahəsində  böyük  layihələr  həyata  keçirilir.  1997-ci  il-
dən  başlayaraq  muxtar  respublikada  bütün  telefon  stansiya-
ları  avtomatlaşdırılmış,  fiber-optik  kabellər  çəkilmiş,  yeni 


 
 
 
Naxçıvan Muxtar Respublikası – 90 
 
 
poçt şöbələri yaradılmış və digər tədbirlər həyata  keçirilmiş-
dir. Qısa zaman kəsiyində görülən işlər muxtar respublikanın 
informasiya blokadasından çıxmasına səbəb olmuşdur”. 
Naxçıvan  Muxtar  Respublikasında  informasiya  cəmiy-
yətinə  keçid  və  elektron  hökumətin  formalaşdırılması  sahəsində 
də  ardıcıl  tədbirlər  görülür.  Bu  gün  informasiya  sistemlərinin 
inkişafına,  informasiya  təhlükəsizliyinin  təmin  edilməsinə, 
elektron hökumət, elektron imza və elektron sənəd dövriyyəsinin 
tətbiqinə, elektron poçt-maliyyə xidmətlərinin, rəqəmsal yayımın 
təşkilinə,  ayrı-ayrı  sahələr  üzrə  informasiya-kommunikasiya 
texnologiyalarının  tətbiqinin  genişləndirilməsinə,  internetdən 
istifadə  səviyyəsinin  artırılmasına  xüsusi  diqqət  yetirilir.  Naxçı-
van  Muxtar  Respublikasında  “Dövlət  orqanlarının  elektron 
xidmətlər göstərməsinin təşkili haqqında” Naxçıvan Muxtar Res-
publikası  Ali  Məclisi  Sədrinin  2011-ci  il  15  iyul  tarixli  Fər-
manına  əsasən,  dövlət  orqanlarının  göstərəcəyi  elektron  xidmət-
lərin  reqlamentləri  təsdiq  edilmiş,  reyestr  kodları  verilmiş  və  in-
ternet  saytlarında  yerləşdirilmişdir.  Dövlət  orqanlarının  elektron 
xidmətlərindən  “bir  pəncərə”  prinsipi  əsasında  istifadənin  təşkili 
məqsədilə  “Elektron  hökumət”  portalı  yaradılmış,  34  dövlət 
orqanının  xidmətləri  portala  inteqrasiya  edilmişdir.  “Elektron 
hökumət” portalı üzərindən real vaxt rejimində elektrik, təbii qaz 
və  rabitə  xidmətləri  genişzolaqlı  internet  xidmət  haqlarının  ödə-
nilməsi  təşkil  edilmiş,  istifadəçilərin  portalda  online  qeydiy-
yatdan  keçməsi  üçün  İAMAS  sisteminə  qoşulma  və  portalın 
təhlükəsizliyi ilə əlaqədar tədbirlər görülmüşdür.  
Muxtar  respublikada  keyfiyyətli  televiziya  yayımının 
təşkili  istiqamətində 2012-ci  ilin  mart ayından etibarən rəqəmsal 


 
 
 
Naxçıvan Muxtar Respublikası – 90 
 
 
televiziyanın  yayımına  başlanılmışdır.  Hazırda  muxtar  respubli-
kanın  yaşayış  ərazilərinin  94  faizində  rəqəmsal  yayım  təşkil 
edilmiş və bu sahə üzrə müvafiq işlər davam etdirilir. 
Bundan əlavə, Naxçıvan ərazisində geniş imkanları olan İP 
televiziya  fəaliyyətə  başlamışdır  ki,  bu  da  muxtar  respublika 
sakinlərinə  yeni  nəsil telekommunikasiya sistemi  üzərindən tele-
viziya  kanallarını  izləmək  və  digər  xidmətlərindən  yararlanmaq 
imkanı yaratmışdır. 
“Azərkosmos”  Açıq  Səhmdar  Cəmiyyətinin  peyklərin 
idarə olunması üçün ehtiyat idarəetmə mərkəzinin Naxçıvan əra-
zisində  yaradılması  muxtar  respublika  üçün  mühüm  əhəmiyyətə 
malikdir.  “Azərspace-1”  peykinin  orbitə  buraxılması  ilə  muxtar 
respublikanın  ərazisində  də  keyfiyyətli  televiziya  və  radio  ya-
yımı,  o  cümlədən  sürətli  internet  xidmətlərin  göstərilməsi  təmin 
olunacaq,  giriş-çıxış  telekommunikasiya  kanallarının  üçüncü 
alternativi  yaranacaq,  məsafədən  təhsil  və  elektron  səhiyyə  kimi 
proqramlar üçün platforma yaradılacaqdır.  
Muxtar  respublikada  poçt  işinin  müasir  tələblər  səviy-
yəsində  qurulması  və  bu  sahədə  idarəetmənin  təkmilləşdirilməsi 
məqsədilə  Naxçıvan  Muxtar  Respublikası  Ali  Məclisi  Sədrinin 
2013-cü  il 30  iyul tarixli Sərəncamı  ilə “Naxçıvanpoçt” Məhdud 
Məsuliyyətli  Cəmiyyəti  yaradılmış,  onun  rayon  filiallarının 
təşkili üçün müvafiq işlərin icrası başa çatdırılmışdır.  
 Poçt  xidmətinin  həcminin  artırılması  ilə  əlaqədar  olaraq, 
beynəlxalq  poçtdaşıma  işlərinin  yaxşılaşdırılması  da  diqqət  mər-
kəzində saxlanılır. Muxtar respublika ərazisində beynəlxalq poçt-
daşımaları  həyata  keçirmək  üçün  “Express  Mail  Servis”,  DHL 
beynəlxalq  ekspress  poçt  xidmətləri  fəaliyyət  göstərir  ki,  bu  da 


 
 
 
Naxçıvan Muxtar Respublikası – 90 
 
 
məktubların,  sənədlərin  və  malların  ən  qısa  zamanda  göstərilən 
ünvana  etibarlı  çatdırılmasına  və  elektron  ticarətin  inkişafına 
müsbət təsir göstərir.  
 İnformasiya-kommunikasiya  texnologiyalarının  sürətli  in-
kişafı  ümumilikdə, bu sahə  üzrə  göstərilən xidmətlərin  həcminin 
dinamik  artımına  da  zəmin  yaratmışdır.  Belə  ki,  2013-cü  ildə 
informasiya  və  rabitə  xidmətlərinin  həcmi  45  milyon  52  min 
manat  olmuşdur  ki,  bu  da  2003-cü  ildəki  müvafiq  göstəricidən 
10,3 dəfə çoxdur. 
Nəqliyyat sisteminin ahəngdar işinin  bərpası  məqsədilə bu 
dövr  ərzində  hava  nəqliyyatının  işinin  gücləndirilməsi,  qonşu 
xarici ölkələrin ərazisindən tranzit istifadə imkanlarının genişlən-
dirilməsi, avtomobil yolları şəbəkəsinin və dəmir yolu infrastruk-
turunun  müasirləşdirilməsi  istiqamətində  irimiqyaslı  layihələrin 
icrası  həyata  keçirilmişdir.  Ötən  dövr  ərzində  blokada  vəziyyəti 
ilə  bağlı  çətinlikləri  aradan  qaldırmaq  və  nəqliyyat  infrastruk-
turunu  müasirləşdirmək sahəsində əsaslı tədbirlərə  uyğun olaraq, 
Naxçıvan  Beynəlxalq  Hava  Limanının,  Sədərək,  Culfa  və 
Şahtaxtı  sərhəd-keçid  komplekslərinin,  Culfa  və  Şahtaxtı  Sərhəd 
Keçid  məntəqələrində  yeni  körpülərin  istifadəyə  verilməsi, 
“Bakı-Naxçıvan-Bakı”,  “Naxçıvan-Təbriz-Naxçıvan”  müntəzəm 
avtobus və yeni hava nəqliyyatı marşrutlarının açılması nəqliyyat 
əlaqələrinin genişlənməsində mühüm mərhələ olmuşdur.  
Muxtar  respublikada  yol-nəqliyyat  kompleksinin  yeniləş-
məsi  və  beynəlxalq  standartlara  uyğunlaşdırılması  istiqamətində 
də  kompleks  tədbirlər  həyata  keçirilir.  Bu  sahədə  tədbirlərin 
intensivləşdirilməsi  məqsədilə  Azərbaycan  Respublikasının  Pre-
zidenti cənab İlham Əliyev tərəfindən Naxçıvan Muxtar Respub-


 
 
 
Naxçıvan Muxtar Respublikası – 90 
 
 
likasının  Culfa,  Kəngərli  və  Babək  rayonlarının  sosial-iqtisadi 
inkişafının  sürətləndirilməsinə  dair  əlavə  tədbirlər  haqqında 
sərəncamlar  imzalamışdır.  Sərəncamlara  əsasən,  Naxçıvan  Mux-
tar Respublikasının Culfa və Kəngərli rayonlarının sosial-iqtisadi 
inkişafının  sürətləndirilməsini  təmin  etmək  məqsədilə  Azərbay-
can  Respublikasının  2011-ci  il  dövlət  büdcəsində  nəzərdə  tutul-
muş  Azərbaycan  Respublikası  Prezidentinin  ehtiyat  fondundan 
Naxçıvan  Muxtar  Respublikasının  Nazirlər  Kabinetinə  5  milyon 
manat,  o  cümlədən  Culfa  rayonunda  uzunluğu  57,6  km  olan,      
25 min nəfər əhalinin yaşadığı 20 kəndi əhatə edən Çeşməbasar-
Boyəhməd avtomobil yolunun yenidən qurulması üçün 3 milyon, 
Kəngərli  rayonunda  uzunluğu  39,2  km  olan,  12  min  nəfər  əha-
linin  yaşadığı  5  kəndi  əhatə  edən  Naxçıvan-Sədərək  magistralı-
Təzəkənd-Çalxanqala-Qıvraq dairəvi avtomobil yolunun yenidən 
qurulması  üçün  2  milyon  manat,  Naxçıvan  Muxtar  Respublika-
sının Babək rayonunun 18 min nəfər əhalinin yaşadığı 13 yaşayış 
məntəqəsini birləşdirən Hacıvar-Vayxır-Sirab avtomobil yolunun 
tikintisi məqsədilə Azərbaycan Respublikasının 2013-cü il dövlət 
büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Preziden-
tinin  ehtiyat  fondundan  Naxçıvan  Muxtar  Respublikasının 
Nazirlər Kabinetinə 6,3 milyon manat vəsait ayrılmış və müvafiq 
işlər vaxtında başa çatdırılmışdır. 
Son  10  ildə  muxtar  respublikada  1709  kilometr  uzunlu-
ğunda  yeni  avtomobil  yolları  salınmış  və  ya  əsaslı  təmir 
olunmuş, 61 körpü tikilmişdir.  
Son illər yol təsərrüfatının yenidən qurulmasında əsas amil 
olan  keyfiyyətli  asfalt  istehsalı  üçün  möhkəm  zəmin  yaradılmış, 


 
 
 
Naxçıvan Muxtar Respublikası – 90 
 
 
müasir avadanlıqlarla təmin olunmuş yeni asfalt-beton zavodları, 
qum-çınqıl karxanaları və bitum anbarları istifadəyə verilmişdir. 
Naxçıvan  şəhərində  şəhərdaxili  marşrutlarda  sərnişinlərə 
xidmətin  səviyyəsi  günbəgün  yaxşılaşmaqdadır.  Belə  ki,  bu 
marşrutda  işləmək  üçün  son  illər  beynəlxalq  standartlara  uyğun 
37  ədəd  yeni  markalı  avtobuslar  gətirilmişdir.  Hazırda  muxtar 
respublikanın rayon mərkəzlərinə və kəndlərinə 297 ədəd marşrut 
avtobusları  işləyir  və  əhalinin  rahatlığını  təmin  etmək  üçün 
Naxçıvan, Şərur, Ordubad, Culfa  və Şahbuz şəhərlərində  yüksək 
standartlara uyğun avtovağzallar tikilərək sərnişinlərin xidmətinə 
verilmişdir. 
Dəmir  yolunun  inkişafı  istiqamətində  son  dövrlər  ərzində 
Naxçıvan  Muxtar  Respublikası  Ali  Məclisi  Sədrinin  diqqət  və 
qayğısı nəticəsində Naxçıvan, Şərur, Şahtaxtı, Culfa sərnişin vağ-
zalı  binalarında,  Naxçıvan,  Dərəşam,  Nehrəm,  Vəlidağ,  Qıvraq, 
Dəstə,  Şahtaxtı,  Culfa  stansiyaları  İdarəetmə  mərkəzlərində 
“Naxçıvan  Dəmir  Yolları”  Məhdud  Məsuliyyətli  Cəmiyyətinin 
inzibati  binasında,  əlavə  olaraq  20-yə  yaxın  inzibati  və  yardımçı 
binada əsaslı təmir işləri başa çatdırılaraq istifadəyə verilmişdir. 
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2011-ci 
il 16 mart tarixli Sərəncamı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar 
Respublikasında  dəmir  yolu  nəqliyyat  sisteminin  2011-2015-ci 
illər  üzrə  İnkişaf  Proqramı”  dəmir  yolu  nəqliyyatının  inkişafına 
təkan  vermişdir.  İnkişaf  Proqramına  uyğun  olaraq,  mühüm 
dəmiryol  qovşağı  olan  Culfa  stansiyasında  Yük  və  Sərnişin 
Daşımaları  İdarəsinin  inzibati  binası,  Culfa  Lokomotiv  Deposu, 
Lokomotiv  Briqadalarının  İdarəedilməsi  Mərkəzi  və  Radio-
Rabitə  sexi  binası  əsaslı  təmir  edilərək  istifadəyə  verilmiş, 


 
 
 
Naxçıvan Muxtar Respublikası – 90 
 
 
dəmiryol  keçidləri  yenidən  qurulmuş,  yeni  dəmiryol  keçidi 
salınmışdır. 
2013-cü  ildə  muxtar  respublikada  nəqliyyat  sektorunda 
yük  daşınması  2003-cü  illə  müqayisədə  2,6  dəfə,  sərnişin 
daşınması isə 2,5 dəfə artmışdır.  
 
İnkişafın  hərəkətverici qüvvəsi sayılan sahibkarlar sinfinin 
formalaşdırılması ötən dövr ərzində reallaşdırılan iqtisadi siyasə-
tin  başlıca  istiqamətini  təşkil  etmişdir.  Bu  müddət  ərzində  özəl 
sektora  dövlət  dəstəyinin  gücləndirilməsi  nəticəsində  bir  sıra 
nailiyyətlər əldə edilmiş, sahibkarların fəaliyyət istiqamətləri, iq-
tisadi  və  maliyyə  resurslarına  çıxış  imkanları  xeyli  genişlənmiş-
dir.  1  yanvar  2004-cü  ildən  1  yanvar  2014-cü  il  tarixə  Naxçıvan 
Muxtar  Respublikası  Sahibkarlığa  Kömək  Fondu  tərəfindən  
1161 layihənin maliyyələşdirilməsinə 100 milyon 295 min manat 
həcmində kredit verilmişdir.  
2013-cü  ildə  muxtar  respublikanın  bank  strukturları  və 
kredit təşkilatları tərəfindən sahibkarlara verilmiş kreditlərin həc-
mi 2003-cü illə müqayisədə 124,2 dəfə artaraq 49 milyon 766 min 
manat  təşkil  etmişdir.  2013-cü  ildə  muxtar  respublikada  sahib-
karlığın  inkişafı  istiqamətində  Naxçıvan  şəhərində  biznesforum-
ların, işgüzar görüş və konfransların keçirilməsini, həmçinin yerli 
məhsulların  tanıdılmasını  və  satışının  təşkilini  təmin  etmək 
məqsədilə Biznes Mərkəzi yaradılmışdır. 
Sahibkarlıq 
subyektlərinin 
qeydiyyatı 
çərçivəsində     
2004-2013-cü  illərdə  muxtar  respublikada  1702  hüquqi  və   
15364 fiziki şəxs qeydiyyata alınmışdır.  
Yerli istehsalın inkişafı strategiyasına uyğun olaraq, 2013-cü 
ilin  sonuna  muxtar  respublikada  346  növdə  məhsul  istehsal 


 
 
 
Naxçıvan Muxtar Respublikası – 90 
 
 
olunmuşdur.  Bu  məhsulların  115  növü  ərzaq,  231  növü  qeyri-
ərzaq  məhsullarıdır.  106  növdə  ərzaq,  226  növdə  qeyri-ərzaq 
məhsulları  olmaqla,  ümumilikdə,  332  növdə  məhsula  olan 
tələbatın yerli istehsal hesabına ödənilməsi təmin edilmişdir. 
Özəl  sektorun  inkişafı  üçün  yaradılmış  münbit  şəraitin 
nəticəsi  olaraq  2013-cü  ildə  muxtar  respublikada  Ümumi  Daxili 
Məhsul istehsalında özəl bölmənin payı 87,2 faiz təşkil etmişdir. 
Hazırkı  yüksək  iqtisadi  aktivliyə  paralel  olaraq  bank 
sektoru  da  inkişaf  etməkdədir.  Pul  əməliyyatlarının  nağdsız 
hesablaşmalar  vasitəsilə  aparılması  üçün  2013-cü  ildə  152  POS-
terminal  quraşdırılmış  və  bu  göstərici  1  may  2014-cü  il  tarixə 
564-ə  çatdırılmışdır.  POS-terminallarından  geniş  istifadə  vəsait-
lərin  dövriyyəsinin  sürətləndirilməsinə,  nağd  pulların  daşınması, 
saxlanması  və  təsərrüfat  əməliyyatları  xərclərinin  azaldılmasına, 
nəticədə isə iqtisadiyyatın inkişafına müsbət təsir edir.  
1  yanvar  2014-cü  il  tarixə  muxtar  respublikanın  bank-
larında  açılmış  bank  hesablarının  sayı  24716-ya  çatmışdır  ki, 
bunun  da  21426-sı  və  ya  86,7  faizi  aktiv  hesablardır.  2013-cü  il 
ərzində açılmış 8449 bank hesabının 8395-i və ya 99,4 faizi aktiv 
hesab olmuşdur.  
İctimai  münasibətlərin  dərinləşdiyi  hazırkı  dövrümüzdə 
muxtar  respublikada  şəxslərin  əmlakı,  həyatı,  sağlamlığı,  mülki 
məsuliyyəti,  o  cümlədən  sahibkarlıq  fəaliyyəti  ilə  əlaqədar  olan 
əmlak  mənafelərinin  müdafiəsi  sahəsində  risklərin  ötürülməsinə 
və  ya  bölüşdürülməsinə  əsaslanan  münasibətlər  sisteminin 
effektiv  tənzimlənməsi  təmin  olunmuşdur.  2013-cü  ildə  muxtar 
respublikada  bütün  sığorta  növləri  üzrə  daxilolmalar  5  milyon 


 
 
 
Naxçıvan Muxtar Respublikası – 90 
 
 
293  min  manat  olmuşdur  ki,  bu  da  2003-cü  ildəki  müvafiq 
göstəricidən 5 milyon 15 min manat və ya 19 dəfə çoxdur.  
 
Məşğulluq  sahəsində  ötən  dövr  ərzində  muxtar  respub-
likada  kompleks  tədbirlər  həyata  keçirilmiş,  yeni  müəssisələr 
yaradılmış,  səmərəli  məşğulluq  üçün  mühüm  layihələr  reallaş-
dırılmış,  özünüməşğulluğun  intensivləşməsi  dəstəklənmiş,  yük-
sək  əməkhaqqı  tutumlu  yeni  iş  yerlərinin  açılması  təşviq  olun-
muşdur  ki,  bu  da  son  nəticədə  əmək  bazarında  aktivliyi  artır-
mışdır. 
 
Naxçıvan  Muxtar  Respublikası  Ali  Məclisi  Sədrinin    
2007-ci il 30 may tarixli Sərəncamı ilə təsdiq olunmuş “Naxçıvan 
Muxtar  Respublikasında  Məşğulluq  Strategiyasının  həyata 
keçirilməsi  üzrə  Dövlət  Proqramı”nın  icrası  uğurla  başa  çatdı-
rılmış,  muxtar  respublikada  əmək  bazarının  tənzimlənməsi  və 
əhalinin  səmərəli  məşğulluğunun  təmin  edilməsi  məqsədilə 
Naxçıvan  Muxtar  Respublikası  Ali  Məclisi  Sədrinin  2013-cü  il 
18  dekabr  tarixli  Sərəncamı  ilə  təsdiq  edilmiş  “2014-2015-ci 
illərdə  Naxçıvan  Muxtar  Respublikasında  əhalinin  məşğulluğu-
nun  artırılması  üzrə  Dövlət  Proqramı”nın  icrası  uğurla  davam 
etdirilməkdədir.  
Həyata  keçirilmiş  məqsədyönlü  tədbirlərin  nəticəsində      
1 yanvar 2004-cü ildən 1 yanvar 2014-cü il tarixədək muxtar res-
publika üzrə, ümumilikdə, 58350 yeni iş yeri yaradılmışdır ki, bu 
iş yerlərinin 41891-i və ya 71,8 faizi daimi iş yeridir.  
Aparılan məqsədyönlü iqtisadi siyasət muxtar respublikada 
əhali  rifahının  davamlı  yüksəlişinə  əsaslı  zəmin  yaratmışdır. 
2013-cü  ildə  muxtar  respublikada  bir  işçiyə  hesablanmış  orta 
aylıq əməkhaqqının məbləği 376,6 manat təşkil etməklə 2003-cü 


 
 
 
Naxçıvan Muxtar Respublikası – 90 
 
 
ildəki müvafiq göstəricini 9,8 dəfə üstələmişdir. 
Əldə  olunmuş  uğurlu  nəticələr,  ilk  növbədə,  əhali 
gəlirlərinə  öz  müsbət  təsirini  göstərmişdir.  Muxtar  respublikada 
əhali  gəlirləri  2013-cü  ildə  1  milyard  737  milyon  58  min  manat 
təşkil  etmişdir  ki,  bu  da  2003-cü  ildəki  müvafiq  göstəricidən  
10,2  dəfə  çoxdur.  Bu  dövr  ərzində  hər  bir  nəfərə  düşən  gəlirlər 
8,8 dəfə artmışdır. 
İqtisadi  yüksəliş  dövrünü  yaşayan  muxtar  respublikada 
həyata  keçirilən  uğurlu  sosial  siyasət,  bütövlükdə,  cəmiyyət 
üzvlərinin  həyat  şəraitinin  daha  da  yaxşılaşdırılmasına  yönəldil-
mişdir. 
Ötən  dövr  ərzində  muxtar  respublikada  sosial  müdafiəyə 
ehtiyacı  olan  əhali  qrupuna  yönəldilmiş  xüsusi  dövlət  qayğısı 
prioritet  istiqamət  kimi  saxlanılmış,  2003-2013-cü  illər  ərzində 
əlil və şəhid ailələrinə 141 mənzil və fərdi yaşayış evi, 287 nəfər 
müharibə  əlilinə  minik  avtomobilləri  verilmişdir.  Ünvanlı  dövlət 
sosial  yardımının  verilməsinə  başlanılmış  2006-cı  ildən  2013-cü 
ilin sonuna olan dövr ərzində  muxtar respublikada hər bir nəfərə 
düşən  aylıq  gəlirləri  ehtiyac  meyarından  aşağı  olan  ailələrə        
22  milyon  331  min  manatdan  çox  ünvanlı  dövlət  sosial  yardımı 
ödənilmişdir. 
Sosial  layihələr  çərçivəsində  təkcə  2013-cü  il  ərzində 
yüksək ixtisaslı həkim heyəti tərəfindən, ümumilikdə, 319 cərrahi 
əməliyyat,  o  cümlədən  67  xəstədə  açıq  ürək,  7  xəstədə  periferik 
damar,  77  xəstədə  angioqrafiya,  75  xəstədə  göz  və  64  xəstədə 
müxtəlif  əməliyyatlar  aparılmış,  29  xəstənin  ürək  damarlarına 
stent qoyulmuşdur. 


 
 
 
Naxçıvan Muxtar Respublikası – 90 
 
 
Əhalinin  sosial  müdafiəsinin  daha  da  möhkəmləndirilməsi 
məqsədilə  ötən  dövr  ərzində  Naxçıvan  Əlillərin  Bərpa  Mərkəzi, 
Naxçıvan  Uşaq  Bərpa  Mərkəzi,  Naxçıvan  Regional  Peşə-Tədris 
Mərkəzi,  Məhdud  Fiziki  İmkanlılar  üçün  Naxçıvan  Regional 
İnformasiya  Mərkəzi,  Naxçıvan  Şəhər  Körpələr  Evi  və  Ailələrə 
Dəstək  Mərkəzi,  Şahbuz  şəhərində  Ahıllar  Evi  istifadəyə 
verilmişdir.  
Naxçıvan  Əlillərin  Bərpa  Mərkəzində  2194  nəfər  əlilin, 
Naxçıvan  Uşaq  Bərpa  Mərkəzində  1276  nəfər  18  yaşadək  sağ-
lamlıq  imkanları  məhdud  uşaqların  müalicələri  təşkil  olunmuş-
dur.  Bu  dövr  ərzində  645  nəfərin  respublika  daxilində  müalicə-
sinə  köməklik  göstərilmiş,  onurğa  sütunundan  əziyyət  çəkən    
149  nəfər  Ukrayna  Respublikasına  müalicəyə  göndərilmişdir. 
Ehtiyacı olan 3356 əlil müxtəlif texniki bərpa vasitələri ilə təchiz 
edilmiş,  protez-ortopedik  məmulatlara  ehtiyacı  olan  2393  nəfərə 
xidmət  göstərilmiş,  1621  nəfər  isə  müalicə  olunmaları  üçün 
respublikanın  müxtəlif  sanatoriyalarına  göndərişlərlə  təmin 
olunmuşdur.  Sosial  siyasətin  başlıca  istiqamətlərindən  biri  kimi 
pensiya və müavinətlərin ödənilməsi işi də hazırda uğurla davam 
etdirilir. 
Muxtar  respublikada  iqtisadi  potensialın  hərəkətə  gətiril-
məsi və xarici ticarət əlaqələrinin genişləndirilməsi, sahibkarlığın 
inkişafı  yolu  ilə  vergi  ödəyicilərinin  say  tərkibinin  davamlı 
artımı,  müasirtipli  müəssisələr  şəbəkəsinin  formalaşdırılması 
büdcə-maliyyə  balansının  tarazlığını  və  daxilolmaların  ciddi 
artımını təmin etməyə imkan yaratmışdır. 2013-cü ildə Naxçıvan 
Muxtar  Respublikasının  icmal  büdcəsinin  həcmi  709  milyon    


 
 
 
Naxçıvan Muxtar Respublikası – 90 
 
 
364  min  manat  olmuşdur  ki,  bu  da  2003-cü  ildəki  müvafiq 
göstəricidən 12,7 dəfə çoxdur. 
Ötən dövr ərzində muxtar respublikada kütləvi informasiya 
vasitələrinin  inkişafı  da  diqqət  mərkəzində  saxlanmış,  “Şərq 
qapısı” qəzeti redaksiyası və Əcəmi Nəşriyyat-Poliqrafiya Birliyi 
üçün  müasir  avadanlıqlarla  təchiz  edilmiş  yeni  redaksiya-
nəşriyyat kompleksi istifadəyə verilmişdir. 
“Kanal-35”  televiziyası  və  “Naxçıvanın  səsi”  radiosu, 
Naxçıvan  Dövlət  Universitetində  Universitet  televiziyası, 
“Nuhçıxan”  radiosu  fəaliyyətə  başlamış,  Naxçıvan  Muxtar 
Respublikası Dövlət Televiziya və Radio Verilişləri  Komitəsinin 
maddi-texniki  bazası  gücləndirilmiş  və  efir  vaxtı  artırılmışdır. 
Bununla  yanaşı,  hazırlanan  verilişlərin  keyfiyyətini  artırmaq 
məqsədilə dövlət teleradiosunda, eləcə də “Kanal-35” televiziya-
sında  və  “Naxçıvanın  səsi”  radiosunda  bədii  şuralar  fəaliyyətə 
başlamışdır.  Ötən  dövr  ərzində  şəhər  və  rayon  qəzetlərinin  də 
maddi-texniki bazaları yaxşılaşdırılmışdır.  
Muxtar  respublikada  turizmin  əhəmiyyətini  artırmaq, 
turizm  potensialını  təbliğ  etmək,  yerli  adət-ənənələri,  milli 
mətbəxi, mədəni və tarixi irsi tanıtmaq, müasir turizm kompleks-
ləri yaratmaq  və turizmi  iqtisadiyyatın  gəlirli sahələrindən birinə 
çevirmək  istiqamətində  aparılan  məqsədyönlü  tədbirlər  öz 
müsbət  nəticələrini  göstərmişdir.  2013-cü  ildə  muxtar  respub-
likamıza  ölkəmizin  digər  bölgələrindən  və  xarici  ölkələrdən, 
ümumilikdə, 370 min 638 nəfər turist gəlmişdir ki, bu da 2003-cü 
ildəki müvafiq göstəricini 5,4 dəfə üstələmişdir.  
İnstitusional  islahatların  mühüm  istiqamətlərindən  biri 
idarəetmənin çevikliyini və səmərəliliyini təmin etmək məqsədilə 


 
 
 
Naxçıvan Muxtar Respublikası – 90 
 
 
yeni  dövlət  hakimiyyəti  və  xidmət  orqanlarının  təsis  edilmə-
sindən ibarətdir.  
Ötən  dövr  ərzində  muxtar  respublika  rəhbərliyi  tərəfindən 
bu  istiqamətdə  mühüm  tədbirlər  reallaşdırılmış,  xeyli  miqdarda 
yeni  idarəetmə  strukturları  təsis  olunmuş,  səlahiyyətləri  təkrar-
lanan  və  paralel  funksiyalara  malik  orqanlar  birləşdirilmiş,  isla-
hatlar  xeyli  intensivləşdirilmişdir.  Bütün  bunlar  isə,  öz  növbə-
sində  muxtar  respublikada  dayanıqlı  və  professional  kadr 
potensialının formalaşdırılmasına zəmin yaratmışdır.  
Azərbaycan  Respublikasının  2004-cü  il  19  mart  tarixli 
Qanunu  ilə  Naxçıvan  Muxtar  Respublikasının  Babək  və  Şərur 
rayonlarının  inzibati  ərazilərində  qismən  dəyişikliklər  edilərək 
Kəngərli  rayonu  yaradılmışdır.  Rayonun  ərazisi  704,89  kvadrat-
kilometr,  əhalisi  1  may  2014-cü  il  tarixə  30,7  min  nəfərdir. 
Kəngərli  rayonunun  mərkəzi  Qıvraq  qəsəbəsi  olmaqla,  10  kəndi 
əhatə edir.  
Ötən  dövr  ərzində  Əliabad  və  Qıvraq  kəndlərinə  qəsəbə, 
Şahbuz  qəsəbəsinə  şəhər  statusu  verilmiş,  96  inzibati  ərazi  dai-
rəsi,  4  sahə  inzibati  ərazi  dairəsi,  300-dən  artıq  dövlət  hakimiy-
yəti  və  yerli  özünüidarəetmə  orqanı,  dövlət  mülkiyyətində  olan 
digər  idarə,  müəssisə  və təşkilatlar  yaradılmışdır ki, bu da idarə-
etmənin əhatəli və səmərəli təşkili üçün şərait yaratmaqdadır. 
Əhali.  Naxçıvan  Muxtar  Respublikasında  ailə-nikah, 
doğum,  ölüm,  təbii  artım,  insanların  sağlamlığının  mühafizəsi 
və  möhkəmləndirilməsi,  əhalinin  məşğulluq  və  həyat  səviy-
yəsinin  yaxşılaşdırılması, ömrünün  uzadılması,  miqrasiya  və sair 
bu  kimi  prosesləri  özündə  birləşdirən  demoqrafiya  siyasətində 
əsas  məqsəd  demoqrafik  hadisələrə  təsir  göstərən  ən  mühüm 


 
 
 
Naxçıvan Muxtar Respublikası – 90 
 
 
amilləri  nəzərə  alaraq,  cəmiyyətin  və  onun  hər  bir  üzvünün 
mənafeyinə uyğun olan, normal əhali artımını təmin edən şəraitin 
yaradılmasına nail olmaqdan ibarətdir. 
2009-cu ildə keçirilmiş əhalinin siyahıyaalınmasına əsasən 
muxtar  respublika  əhalisinin  99,6  faizini  azərbaycanlılar  təşkil 
etmişdir.  Burada  həmçinin  ruslar,  kürdlər  və  digər  xalqların 
nümayəndələri  də  yaşayır.  Naxçıvan  Muxtar  Respublikası        
171  inzibati  ərazi,  4  sahə  inzibati  ərazi  dairəsindən  təşkil 
olunmuşdur  Muxtar  respublikada  5  şəhər,  8  qəsəbə  və  206  kənd 
mövcuddur. (1 yanvar 2014-cü il tarixə). 
Naxçıvan Muxtar Respublikasının yarandığı 1924-cü ildən 
keçən  dövr  ərzində  Azərbaycan  Respublikasında  olduğu  kimi, 
burada  da  əhalinin  doğum,  ölüm  və  təbii  artım  göstəricilərində, 
həmçinin  miqrasiyası  prosesində  müəyyən  müsbət  dəyişikliklər 
yaranmış,  bu  dəyişikliklər  əhalinin  artımına  zəmin  yaratmışdır. 
1926-cı  ildə  keçirilmiş  əhalinin  siyahıyaalınmasına  görə  muxtar 
respublikada əhalinin sayı 104,9 min nəfər olmuşdur ki, bunun da 
14,7 min nəfərini və ya 14 faizini şəhər əhalisi, 90,2 min nəfərini 
və  ya  86  faizini  kənd  əhalisi  təşkil  etmişdir.  1  may  2014-cü  il 
tarixə əhalinin sayı 4,2 dəfə artaraq 436,6 min nəfər olmuşdur ki, 
onların da 127,5  min  nəfəri şəhər əhalisi  və 309,1  min  nəfəri  isə 
kənd  əhalisi  olmaqla,  kişilərin  sayı  217,2  min  nəfər,  qadınların 
sayı  isə  219,4  min  nəfər  təşkil  etmişdir.  Hazırda  əhalinin  sıxlığı 
(1 kvadratkilometrə düşən əhalinin sayı) 79 nəfər təşkil edir.  
Həyata  keçirilən  iqtisadi  islahatların  səmərəliliyi,  əhalinin 
yaşayış  səviyyəsinin  və  güzəranının  daha  da  yaxşılaşması,  öz 
növbəsində,  demoqrafik  vəziyyətin  qənaətbəxş  mənzərəsini  tə-
min etmişdir. Muxtar respublikanın Sovetlər Birliyi dönəmindəki 


 
 
 
Naxçıvan Muxtar Respublikası – 90 
 
 
demoqrafik göstəriciləri ilə hazırkı demoqrafik vəziyyətin  müqa-
yisəli  təhlili  bu  sahədə  ciddi  inkişaf  meyillərinin  mövcudluğunu 
sübuta yetirməkdədir.  
Gün ərzində muxtar respublikada orta hesabla doğulanların 
sayı 1970-ci  ildə 21, 1993-cü  ildə  22  nəfər olmuşdursa, 2013-cü 
ildə  bu  göstərici  27-yə  çatmışdır.  Ötən  dövr  ərzində  ölümün 
göstəricisi  xeyli  azalmış  və  əhalinin  hər  min  nəfərinə  hesabı  ilə 
1970-ci ildəki 7,7 nəfərə qarşı hazırda 4,6 nəfərə düşmüşdür. Hər 
1000  nəfər  doğulana  hesabı  ilə  1  yaşa  qədər  ölən  uşaqların  sayı 
1980-ci  ildə  32,1  nəfər  olmuşdursa,  2013-cü  ildə  bu  göstərici 
azalaraq  0,4  nəfər  təşkil  etmişdir.  Əgər  1970-ci  ildə  muxtar 
respublikada  əhalinin  hər  min  nəfərinə  hesabı  ilə  6,3  nikah 
bağlanmışdırsa, 2013-cü ildə bu göstərici 8,1 təşkil etmişdir.  
Təhsil.  Naxçıvanda  maarif  və  təhsil  hələ  orta  əsrlərdən 
inkişaf  etmiş,  məktəb  və  mədrəsə  təhsili  geniş  yayılmışdı. 
Elxanilər  dövrünə  aid  bir  fərmandan  məlum  olur  ki,  hələ  XII 
əsrin  sonlarında  Naxçıvanda  iki  mədrəsə  mövcud  idi.  Orta  əsr 
mənbələrinə  görə,  XIII  əsrin  sonlarında  Naxçıvanda  4  ali  tipli 
mədrəsə,  məscidlərin  nəzdində  mollaxana  adlanan  60-a  qədər 
ibtidai  mədrəsə  fəaliyyət  göstərirdi.  Dünyəvi  fənlərin  də  təlim 
edildiyi  Naxçıvan  və  Ordubad  mədrəsələrində  Yaxın  Şərq 
ölkələrindən  gəlmiş  tələbələr  də  təhsil  alırdılar.  Naxçıvan 
şəhərində  ilk  dünyəvi  məktəb  Ehsan  xan  Kəngərlinin  XIX  əsrin 
30-cu  illərinin  sonlarında  açdırdığı  rus-tatar  (Azərbaycan)  qəza 
məktəbidir.  Həmin  məktəb  1879-cu  ildə  üçsinifli  şəhər 
məktəbinə  çevrilmişdi.  XIX  əsrin  sonunda  Azərbaycanın  başqa 
bölgələrində  olduğu  kimi,  Naxçıvanda  da  üsuli-cədid  məktəbləri 
yaranmağa  başlandı.  M.T.Sidqi  Ordubadda  “Əxtər”  (1892), 


 
 
 
Naxçıvan Muxtar Respublikası – 90 
 
 
Naxçıvanda 
“Tərbiyə” 
(“Məktəbi-tərbiyə” 
1894), 
“Qız 
məktəbi”ni  (1896)  təsis  etdi.  “Мəһəlli  məktəblər”,  “Məktəbi-
xeyriyyə”  və  “Rüşdiyyə”  kimi  tədris  ocaqları  da  fəaliyyət 
göstərirdi.  XX  əsrin  əvvəllərində  maarif  şəbəkəsi  genişləndi, 
diyarın  şəһər  və  kəndlərində  müxtəlif  səviyyəli  dünyəvi 
məktəblər  açıldı.  Naxçıvanda  maarifin  inkişafında  M.T.Sidqi  ilə 
yanaşı,  dövrün  qabaqcıl  ziyalıları,  Qori  və  İrəvan  müəllimlər 
seminariyalarının  məzunları  C.Məmmədquluzadə,  C.P.Sultanov, 
M.Ə.Süleymanov, Ə.Хəlilov, S.Xəlilov, M.Kəngərli, Ə.Sultanov, 
M.Qazıyev,  M.C.Şürbi  və  başqalarının  mühüm  xidmətləri 
olmuşdur.  1920-ci  ilədək  Naxçıvanda  təqribən  2000  şagirdin 
təlim-tərbiyəsi ilə məşğul olan 45 məktəb fəaliyyət göstərirdi.  
1920-ci  illərdə  tədris  müəssisələrinin  geniş  şəbəkəsi 
yaradıldı, savadsızlığın aradan qaldırılması uğrunda  hərəkat  yeni 
vüsət  aldı.  Məktəb  şəbəkəsinin  genişləndirilməsi  nəticəsində 
pedaqoji  kadrlara  olan  ehtiyacın  ödənilməsi  məqsədilə  1922-ci 
ilin noyabrında Naxçıvan şəhərində müəllimlər seminariyası təsis 
edildi.  1923-1924-cü  tədris  ilində  seminariya  Naxçıvan  Pedaqoji 
Texnikumuna  çevrildi  və  1923-cü  ilin  dekabr  ayında  Ordubad 
şəhərində fəaliyyət göstərməyə başladı. Bununla yanaşı, 1924-cü 
ilin oktyabrında Naxçıvanda qadın seminariyası yaradılmışdır.  
Sovetlər  dönəmində  Naxçıvan  MSSR-də  savadsızlığın 
kütləvi  şəkildə  aradan  qaldırılması  məqsədilə  aparılan  təhsil 
islahatları  nəticəsində  məktəblər  şəbəkəsinin  genişləndirilməsi 
davam  etdirilmişdir.  1930-40-cı  illərdə  Naxçıvan  MSSR-də    
147  məktəb, 6 orta ixtisas  müəssisəsi və 1939-cu ildə yaradılmış 
müəllimlər institutu fəaliyyət göstərirdi.  


 
 
 
Naxçıvan Muxtar Respublikası – 90 
 
 
Naxçıvanda 1945-1946-cı illərdə 176, 1950-1951-ci illərdə 
185,  1960-1961-ci  illərdə  isə  198  məktəb  fəaliyyət  göstərmişdir. 
Bu  illər  ərzində  ümumicbari  7  illik,  8  illik  və  orta  təhsil  həyata 
keçirilmişdir.  Həmçinin  yerlərdə  ali  təhsilli  pedaqoji  kadrlara 
olan  tələbatın  ödənilməsi  məqsədilə  1967-ci  ilin  iyul  ayında 
Naxçıvan  şəhərində  Azərbaycan  Dövlət  Pedaqoji  İnstitutunun 
Naxçıvan filialı yaradıldı. 
 
Ümummilli  liderimizin  Azərbaycana  rəhbərliyinin  birinci 
dövründə  bütün  sahələrlə  yanaşı,  milli  təhsilin  inkişafında  da 
böyük  dönüş  yaranmışdır.  Xalqımızın  böyük  oğlu  ötən  əsrin     
70-80-ci  illərində  ölkənin  tərəqqisinin  mühüm  şərti  kimi  təhsilin 
inkişafının  əsas  götürüldüyünü  xatırladaraq  demişdir:  “Mən 

Yüklə 49,79 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin