Azərbaycan respublikasi


-cu il iyulun 14-də Azərbaycana rəhbər seçiləndən sonra



Yüklə 49,79 Mb.
Pdf görüntüsü
səhifə13/22
tarix02.01.2022
ölçüsü49,79 Mb.
#2530
1   ...   9   10   11   12   13   14   15   16   ...   22
1969-cu il iyulun 14-də Azərbaycana rəhbər seçiləndən sonra 
dərhal  birinci  növbədə  təhsil  müəssisələri  ilə  məşğul  olmağa 
başladım.  Bilirsiniz  ki,  mən  o  vaxta  qədər  də  dövlət  işində 
işləmişdim.  Azərbaycanda  təhsilin,  xüsusən  də  ali  təhsilin 
vəziyyəti  məni  daim  maraqlandırmışdır.  Təhsilin  nailiyyət-
lərini  də,  qüsurlarını  da,  nöqsanlarını  da  bilirdim.  Şübhəsiz 
ki, respublikanın başçısı kimi məsuliyyətimi də dərk edirdim. 
Ona  görə  də  birinci  növbədə  təhsil  məsələlərinə  ciddi  fikir 
verirdim”.  Məhz  bu  amil  hesabına  təhsilin  dövlət  səviyyəsində 
himayə  olunması  sayəsində  Azərbaycan  ötən  yüzillikdə  sürətli 


 
 
 
Naxçıvan Muxtar Respublikası – 90 
 
 
inkişaf və tərəqqi  yoluna qayıtdı, elm, təhsil,  mədəniyyət  intibah 
yolunu tutdu. 
1970-1980-ci  illərdə  muxtar respublikada  məktəbəqədər tər-
biyə  müəssisələrinin  şəbəkəsi  genişlənmiş,  yeni  obyektlər  tikil-
mişdir. Belə ki,  uşaq bağçalarının sayı Naxçıvan şəhəri  üzrə 7-dən 
13-ə,  Şərur  rayonu  üzrə  4-dən  10-a,    Babək    rayonu    üzrə  4-dən 
6-ya,  Culfa  rayonu  üzrə  5-dən  10-a,  Şahbuz  rayonu  üzrə  4-dən  
7-yə  yüksəlmişdir.  Bütövlükdə,  1970-1980-ci  illərdə  muxtar 
respublikada  3690  yerlik  məktəbəqədər  uşaq  müəssisələri 
tikilmişdir.  
Bütün  respublikada  olduğu  kimi,  Naxçıvan  MSSR-də  də 
gənc  nəslin  istirahətinə  dövlətin  təhsil-tərbiyə  sisteminin  əsas 
həlqəsi  kimi  böyük  diqqət  yetirilirdi.  1970-1980-ci  illərdə  uşaq 
istirahət  mərkəzlərinin,  parkların  və  pioner  düşərgələrinin  sayı, 
bu  sahələrə  ayrılan  vəsaitlərin  həcmi  xeyli  artmışdır.  Bu 
baxımdan  “Uşaqların  sağlamlığının  qorunmasının  vəziyyəti  və 
onun  daha  da  yaxşılaşdırılması  tədbirləri  haqqında”  muxtar 
respublika  hökumətinin  1974-cü  il  14  fevral  tarixli  qərarı 
diqqətəlayiq  idi. Qərarda uşaqların istirahətinin daha da səmərəli 
təşkil edilməsi, istirahət zonaları və pioner düşərgələrinin sayının 
artırılması,  oradakı  şəraitin  yaxşılaşdırılması,  günüuzadılmış 
müəssisələrdə  uşaqların  təlim-tərbiyəsinə  və  istirahətlərinə  daha 
böyük  diqqət  yetirilməsi  məsələləri  müzakirə  olunmuşdur.  Əgər 


 
 
 
Naxçıvan Muxtar Respublikası – 90 
 
 
1970-ci  ildə  muxtar  respublikada  cəmi  9  pioner  düşərgəsində 
1660  nəfər  məktəbli  dincəlmişdirsə,  1980-ci  ildə  43  pioner 
düşərgəsində 9396 nəfər uşaq istirahət etmişdir. 
Muxtar  respublika  məktəblərində  günüuzadılmış  qrupların 
sayı  1980-ci  ildə  435-ə  çatmış,  sonrakı  illərdə  onların  sayı  daha 
da artırılaraq 1988-1989-cu tədris ilində 612 qrup təşkil etmişdir. 
Bu qruplarda 19553 nəfər məktəbli məşğul olurdu ki, bu da cəmi 
oxuyanların  39,1  faizini  təşkil  edirdi.  Bununla  yanaşı, 
məktəbəqədər müəssisələrin, pioner düşərgələrinin maddi-texniki 
bazası, 
avadanlıq 
və 
inventarlarla 
təminatı 
respublika 
səviyyəsindən  aşağı  idi.  Pioner  düşərgələri  bir  qayda  olaraq 
məktəb  binalarında  yerləşir,  yaşayış  və  istirahət  üçün  münasib 
deyildilər.  Həmin  illərdə  ulu  öndərin  uzaqgörən  siyasəti 
nəticəsində ölkəmizin hər yerində olduğu kimi, Naxçıvan MSSR-
də  məktəb  tikintisi  geniş  miqyas  aldı.  Belə  ki,  Naxçıvan 
şəhərində  8,  Şərur  rayonunda  46,  Babək  rayonunda  12,  Culfa 
rayonunda  15  və  bütün  muxtar  respublika  üzrə  103  məktəb  inşa 
edilmişdir.  Ulu  öndərin  hakimiyyətə  gəlişinə  qədər  muxtar 
respublikada  ümumtəhsil  məktəblərinin  şagirdlərinin  59,8  faizi 
ikinci  növbədə  oxuyurdusa,  1980-ci  illərin  əvvəllərində  bu 
göstərici  44,2  faizə  enmişdir.  Muxtar  respublikanın  bir  çox 
kəndlərində  məktəblilər  müasir  məktəb  binalarında  təhsil 
alırdılar.  1984-cü  ildə  Naxçıvan  MSSR-də  210  ümumtəhsil 


 
 
 
Naxçıvan Muxtar Respublikası – 90 
 
 
məktəbi,  o  cümlədən  21  ibtidai,  68  əsas,  121  orta  məktəb,         
61  məktəbəqədər  uşaq  müəssisəsi,  6  texniki  peşə  məktəbi  və       
4 texnikum fəaliyyət göstərirdi.  
Muxtar respublikada sənaye və kənd təsərrüfatının inkişafı 
ilə əlaqədar texniki peşə məktəbləri şəbəkəsinin genişləndirilməsi 
ölkə rəhbərliyinin diqqətində saxlanılmışdır. Belə ki, 1970-ci ildə 
muxtar respublikada 2 texniki peşə məktəbi mövcud idisə, 1980-ci 
ildə  bu  göstərici  8-ə  çatdırıldı.  Bütövlükdə,  1971-1980-ci  illərdə 
bu  məktəblərdə  9800  nəfərə  yaxın  ixtisaslı  fəhlə  kadrı 
hazırlanmışdır.  1970-ci  ildə  peşə  məktəblərində  9  ixtisas  üzrə    
44  usta  çalışırdısa,  1980-ci  ildə  22  ixtisas  üzrə  62  usta  təlim 
vermişdir. 
1980-ci  ildə  Naxçıvanda  bütün  təhsil  müəssisələri  üzrə 
müəllimlərin  sayı  5276  nəfər  təşkil  edirdi.  Onların  3974  nəfəri 
ali, 517 nəfəri natamam, 785 nəfəri isə orta pedaqoji təhsilə malik 
idi.  Müqayisə  üçün  1970-ci  ildə  bu  göstəricilər  müvafiq  olaraq 
3120,  1415,  662  və  1133  nəfər  təşkil  edirdi.  Müəllimlərin 
sayında  ali  təhsillilər  təqribən  2,8  dəfə  artmış,  orta  təhsillilər  isə 
təqribən 1,4 dəfə azalmışdır. 
1993-cü  ildə  yenidən  hakimiyyətə  qayıdan  ümummilli 
liderimiz  gənc,  müstəqil  Azərbaycan  Respublikasının  üzləşdiyi 
böyük  çətinliklərə  baxmayaraq,  təhsil  sahəsindəki  mövqeyini 
xalq  arasında  belə  bəyan  etdi:  “Məktəb,  maarif,  təhsil  işi  ilə 


 
 
 
Naxçıvan Muxtar Respublikası – 90 
 
 

Yüklə 49,79 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin