Azərbaycan respublikasi



Yüklə 49,79 Mb.
Pdf görüntüsü
səhifə21/22
tarix02.01.2022
ölçüsü49,79 Mb.
#2530
1   ...   14   15   16   17   18   19   20   21   22
Xarici ticarət. Naxçıvanın xarici ticarət əlaqələri bu qədim 
Azərbaycan  torpağının  özünün  tarixi  qədər  qədimdir.  Tarixən 
mühüm  əhəmiyyətə  malik  ticarət  yollarının  üzərində  yerləşən 
Naxçıvan  bölgəsi  Şərqlə  Qərbin  arasında  mühüm  məntəqələrdən 


 
 
 
Naxçıvan Muxtar Respublikası – 90 
 
 
biri  olmuşdur.  Ötən  əsrin  əvvəllərində  tarixi  torpaqlarımızın  bir 
hissəsinin 
Rusiya 
tərəfindən 
ilhaq 
edilib 
Ermənistana 
birləşdirilməsi  nəticəsində  Naxçıvanın  Azərbaycanın  ərazisindən 
ayrı düşməsi ilə regionun həyatında xarici iqtisadi əlaqələrin rolu 
və əhəmiyyəti daha da artmışdır.  
1924-cü  il  9  fevral  tarixində  Naxçıvan  Muxtar  Sovet 
Sosialist  Respublikası  qurulandan  sonra  muxtar  respublikamız 
Sovet  İttifaqı  ilə  həmsərhəd  olan  iki  xarici  ölkə  ilə,  yəni  İran  və 
Türkiyə ilə həmsərhəd olsa da, yalnız İranla və bu ölkə vasitəsilə 
bir  sıra  Şərq  ölkələri  ilə  mühüm  ticarət  əlaqələri  qurmuşdur. 
Həmin  dövrdə  Naxçıvan  ərazisində  İranla  sərhəddə  Ordubad 
zastavası,  Culfa  postu,  Culfa  gömrükxanası,  Bulqan  zastavası, 
Şahtaxtı gömrükxanasının fəaliyyətinə icazə verilmişdir. 
1924-1926-cı  illərdə  Naxçıvan  MSSR  Xalq  Komissarları 
Şurasının  sədri  işləmiş  Həmid  Sultanov  “Naxçıvan  diyarı  və 
onun  iqtisadiyyatı” adlı əsərində bu qədim yurd  yerində ticarətin 
və  xarici  iqtisadi  əlaqələrin  tarixinə  nəzər  salaraq  qeyd  edirdi: 
“Özünün 
coğrafi 
vəziyyətindən 
asılı 
olaraq 
Naxçıvan 
respublikası  həm  müharibədən  əvvəl  (I  Dünya  müharibəsi 
nəzərdə  tutulur),  həm  də  müharibədən  sonra  Zaqafqaziya  üzrə, 
eyni zamanda bütün ittifaqın, Rusiyanın ticarətində tranzit ərazini 
təşkil  edir.  Hərçənd  diyar  həm  Türkiyənin,  həm  də  İranın 
sərhədində yerləşir, yalnız əsas halda ticarət İran Azərbaycanı və 
Maku xanlığı ilə edilir”. 
Ümumiyyətlə,  Rusiya  ilə  İran  arasındakı  xarici  ticarət 
əlaqələrində  əsas  tranzit  məntəqələrdən  biri  olan  Naxçıvan  əsrin 
əvvəllərində Tiflis-Bakı-Moskva dəmir yoluna qoşulmasından və 
1916-cı  ildə  isə  Culfadan  Təbrizə  ilk  dəmir  yolunun 


 
 
 
Naxçıvan Muxtar Respublikası – 90 
 
 
çəkilməsindən  sonra  ticarət  dövriyyəsində  mühüm  yerə  malik 
olmuşdur.  Region  tranzit  funksiyasını  Naxçıvan  Muxtar  Sovet 
Sosialist Respublikası yaranandan sonra nəinki qorumuş, daha da 
inkişaf  etdirmişdir.  Gömrük  orqanında  yalnız  İrana  gedib-gələn 
qatarların,  aparılıb  gətirilən  yüklərin  qeydiyyatı  aparılmış,  bütün 
məlumatlar  birbaşa  mərkəzə  ötürülmüşdür.  Məhz  buna  görə  də 
Naxçıvan  Muxtar  Sovet  Sosialist  Respublikası  yaranandan  bir 
müddət  sonra  keçmiş  postsovet  ölkələrindən  İrana  və  digər  Şərq 
ölkələrinə dəmir yolu ilə aparılan yüklərə nəzarəti həyata keçirən 
Culfa gömrükxanası fəaliyyətini davam etdirə bilmişdir. 
İkinci  Dünya  müharibəsindən  sonra  ölkə  iqtisadiyyatında 
baş  verən  durğunluq,  öz  növbəsində,  Naxçıvan  vasitəsilə  həyata 
keçirilən  xarici  ticarət  əlaqələrinə  mənfi  təsir  göstərsə  də,  1969-cu 
ildə  ulu  öndər  Heydər  Əliyevin  Azərbaycana  rəhbərliyə 
başlaması  ilə  Sovet  İttifaqının  ən  geridə  qalmış  respublikaların-
dan  biri  kimi  tanınan  Azərbaycan  çox  keçmədən  uğurlu  inkişaf 
yoluna  qədəm  qoymuşdur.  Ölkə  həyatının  bütün  sahələrində 
quruculuq  işləri  vüsət almış, kənd təsərrüfatı  məhsulları  istehsalı 
dəfələrlə  artmış,  minlərlə  yeni  sənaye  müəssisəsi  yaradılmış, 
Azərbaycan  aqrar  ölkədən  aqrar-sənaye  ölkəsinə  çevrilmişdir. 
Bütün  bunlar  o  dövrdə  Azərbaycanda,  o  cümlədən  Naxçıvanda 
xarici  ticarət  əlaqələrinin  artaraq  keyfiyyətcə  yeni  mərhələyə 
qədəm qoymasına gətirib çıxarmışdır.  
Müstəqilliyin  ilk  illərində  Naxçıvanın  ictimai-siyasi  və 
iqtisadi  mənzərəsi  heç  də  ürəkaçan  deyildi.  Ermənistanın  hərbi 
təcavüzü  nəticəsində  muxtar  respublikanın  Azərbaycanın  əsas 
ərazisi  ilə  əlaqələrinin  kəsilməsi  blokada  vəziyyətinə  düşən  bu 
diyarın  sovetlər  dövründə  formalaşmış  istehsal  əlaqələri 


 
 
 
Naxçıvan Muxtar Respublikası – 90 
 
 
şəbəkəsindən  təcrid  olunmasına  səbəb  olmuşdu.  Artıq  yeni 
dövrün  tələblərinə  uyğun  olaraq,  qonşu  dövlətlərlə  iqtisadi 
əlaqələrin  qurulması  vacib  şərtə  çevrilmişdi.  Blokada  şəraitində 
yaşayan  əhalinin  yaşayışı  bilavasitə  xarici  əlaqələrdən  asılı  idi. 
Bütün  bunları  görən  və  xalqın  nicatı  üçün  çalışan  ümummilli 
lider  Heydər  Əliyev  İran  İslam  Respublikası  ilə  əlaqələrin 
genişləndirilməsini nəzərdə tutan razılaşma və memorandumların 
əldə  olunmasına  nail  oldu.  Bununla  da,  Azərbaycanın  digər 
bölgələrinə  və  əks  istiqamətdə  daxili  yük  daşınması  təmin 
olundu,  sərnişin  keçidinə  müəyyən  olunmuş  kvota  çoxaldıldı, 
gömrük orqanlarının  gündəlik iş saatının artırılması  ilə hərəkətin 
intensivliyi təmin olundu.  
1992-ci  ilin  may  ayında  Türkiyə  Respublikası  ilə 
sərhədlərin  açılması  da  ulu  öndər  Heydər  Əliyevin  xalqın 
qurtuluşu  və  nicatı  üçün  atdığı  növbəti  düşünülmüş  addımlardan 
idi.  Türkiyə  ilə  əlaqələrin  yaradılması  regionun  həyatında 
mühüm  dəyişikliklərə  səbəb  oldu.  Əgər  İran  vasitəsilə 
Azərbaycanın  digər  bölgələri  və  keçmiş  postsovet  dövlətlərilə 
əlaqə  yaranırdısa,  Türkiyə  vasitəsilə  bütün  Avropa  ölkələrilə 
iqtisadi əlaqələrin formalaşdırılmasına şərait yaranırdı.  
1993-cü  ildə  İran  İslam  Respublikası  ilə  yeni  keçid 
məntəqəsinin  –  Şahtaxtı  gömrük  postunun  açılması,  əhalinin 
istehsal  mallarının  sadələşdirilmiş  qaydada  realizə  olunmasını 
təmin  etmək  məqsədilə  birgə  sərhədyanı  bazarların  yaradılması 
bu  ölkə  ilə  olan  əlaqələrin  daha  da  genişlənməsinə  xidmət 
etmişdir.  Şahtaxtı  postunun  açılması  Culfa  gömrükxanasında 
sıxlığın  azalmasına,  Naxçıvan  Muxtar  Respublikasının  Şərur, 
Sədərək  rayonlarının  xarici  əlaqələrdə  daha  yaxından  iştirakının 


 
 
 
Naxçıvan Muxtar Respublikası – 90 
 
 
təmin  olunmasına,  İranın  Qərbi  Azərbaycan  Ostandarlığı  ilə 
əlaqələrin formalaşmasına şərait yaratmışdır.  
Naxçıvan  Muxtar  Respublikasının  xarici  ticarət  əlaqələ-
rində  idxalın  həcminin  1992-1993-cü  illərdə  artması,  əsasən, 
gündəlik  tələbat  mallarının  həcmi  ilə  bağlı  olmuşdu.  Belə  ki, 
müharibə  şəraitində  olan  muxtar  respublikanın  bu  dövrdə  əsas 
yeyinti  məhsullarına  olan  tələbatının  idxal  hesabına  təmin 
olunması, ticarətdə barter əməliyyatlarının  üstünlük təşkil etməsi 
idxalın  dəyər  və  həcminin  artmasına  gətirib  çıxarırdı.  Ümumi 
ticarət dövriyyəsinin azalması isə ixracın həcmindəki dəyişikliklə 
bilavasitə  əlaqələndirilməlidir.  İdxalın  həcminin  artmasının  bir 
səbəbi  əhalinin  gündəlik  tələbatının  ödənilməsi  idisə,  digəri 
xarici iş adamlarının  ticarət əlaqələrinin qurulmasında  marağının 
artması  idi. 1993-1995-ci  illərdə  idxalın  həcminin artımına digər 
amillərlə  yanaşı,  əsasən,  elektrik  enerjisinin  idxalı  da  təsir 
etmişdir. Muxtar respublikanın elektrik enerjisinə olan tələbatının 
artması  Türkiyədən  bu  enerji  növünün  idxalının  ilbəil 
artırılmasına səbəb olmuşdur.  
1996-2000-ci  illər  planlı  xarici  ticarətin  formalaşdırılması 
ilə səciyyələnir. Lakin bu dövrdə əhalinin istehsal sahələrinə olan 
marağı,  dövlət  tərəfindən  sahibkarlığa  yaradılan  şərait  çoxnövlü 
və  çoxçeşidli  yerli  məhsul  istehsalına  rəvac  verməkdəydi.     
1996-2000-ci  illərdə  ixrac  əməliyyatlarının  əsasını  şəkər 
çuğunduru  və  emal  müəssisələrinin  məhsulları  olan  xam  spirt, 
tütün, qara metal məmulatları təşkil etmişdir.  
2001-ci  ildən  xarici  ticarət  əlaqələrində  qanunvericiliyin 
təkmilləşməsi,  gömrük  işinin  kompyüterləşməsi,  yerli  sahibkar-
lığın  nəzərə  alınması  və  daxili  bazarın  qorunması,  idxalın 


 
 
 
Naxçıvan Muxtar Respublikası – 90 
 
 
istehlak  yönümlülüyünün  avadanlıq  və  xammala  dəyişdirilməsi 
prosesi  başlamışdır.  Bu  dövrdə  muxtar  respublika  iqtisadiyyatı, 
ona  bilavasitə  təsir  göstərən  xarici  ticarət  əlaqələrilə  paralel 
surətdə inkişaf etmişdir.  
2001-2008-ci  illərdə  muxtar  respublikanın  xarici  ticarət 
dövriyyəsinin artan templə böyüməsi və şaxələnməsi Naxçıvanın 
dinamik  sosial-iqtisadi  inkişafı,  dünyaya  açılması,  yerli  istehsal 
məhsulları  ilə  yaxın  və  uzaq  ölkələrin  bazarlarına  yol  tapması, 
xarici  ölkələrin  sahibkarlarının  maraq  dairəsinə  düşməsi,  yerli 
sahibkarlığın  inkişafı  ilə  müstəqil  iqtisadiyyatın  formalaşması 
fonunda  baş  vermişdir.  Məhz  2001-ci  ildə  muxtar  respublikanın 
xarici  ticarət  dövriyyəsi  31,9  milyon  ABŞ  dolları  olduğu  halda,   
8  il  sonra  bu  göstərici  3,3  dəfə  artaraq  103,7  milyon  ABŞ 
dollarına çatmışdır. 
Muxtar  respublikada  aparılan  sənayeləşmə  və  ixracyö-
nümlü  məhsul istehsalı  uğurlu  nəticələr vermişdir. 2009-cu  ildən 
başlayaraq  ixracın  həcminin  idxalı  üstələməsi  sonrakı  dövrlərdə 
də  davam  etmişdir.  Kənd  təsərrüfatı  regionu  olan  Naxçıvan 
Muxtar  Respublikasında  sənaye  istehsalının  genişlənməsi,  öz 
növbəsində,  2009-2013-cü  illərdə  ixracın  da  həcminin  sürətlə 
artmasına  və  xarici  ticarət  əlaqələrinin  arealının  genişlənməsinə 
müsbət  təsir  göstərmişdir.  Belə  ki,  2009-cu  ildə  muxtar 
respublikanın  xarici  ticarət  dövriyyəsi  220  milyon  olduğu  halda, 
2013-cü  ildə  bu  göstərici  2,3  dəfə  artaraq  512  milyon  Amerika 
Birləşmiş  Ştatları  dolları  olmuşdur.  Bu  dövrdə  ixracın  həcmi    
3,6  dəfə  artdığı  halda,  idxalın  cəmi  1,7  faiz  artmışdır.  Xarici 
ticarət  əlaqələrində  iştirak  edən  dövlətlərin  sayı  beş  il  ərzində 
artaraq  45-ə  çatmışdır.  Özəl  sektor  və  fiziki  şəxslərin  xarici 


 
 
 
Naxçıvan Muxtar Respublikası – 90 
 
 
ticarət  dövriyyəsində  payı  2009-cu  ildə  80,3  faiz  olduğu  halda, 
2013-cü ildə 80,8 faiz olmuşdur. 
Muxtar  respublikada  yerli  istehsalın  stimullaşdırılması 
üçün  daxili  bazarın  uzunmüddətli  formada  qorunması  ilə 
sahibkarlıq  sahələri  genişləndirilir,  zəruri  istehlak  məhsullarına 
olan  tələbat  daxili  mallar  hesabına  ödənilir,  bölgənin  ixrac 
potensialı  artır.  Daxili  bazarın  qorunması  yerli  istehsalı  olan 
eyniadlı  malların  xaricdən  tarif  və  qeyri-tarif  metodlarından 
istifadə olaraq gətirilməsinin tənzimlənməsi yolu ilə təmin edilir. 
Bazarın  tənzimlənməsinə  baxmayaraq,  muxtar  respublikada 
həyata  keçirilən  böyük  quruculuq  işləri  idxalın  həcminin 
çoxalması  ilə  dövlət  büdcəsinə  köçürülən  gömrük  ödənişlərinin 
artan dinamika ilə inkişafını təmin etməkdədir. Dövlət büdcəsinə 
toplanan gömrük rüsum və vergilərinin həcmi 1992-ci ildə 7 min 
326  manat  olduğu  halda,  bu  göstərici  2013-cü  ildə  8  milyon    
354 min 793 manat olmuş, 1140 dəfə artım müşahidə edilmişdir.  
Muxtar respublikanın xarici ticarət dövriyyəsindəki hazırkı 
dinamika  davamlı  hal  almış  sosial-iqtisadi  yüksəliş  prosesləri 
fonunda  həyata  keçirilən  məqsədyönlü  tədbirlərin  nəticəsində 
əldə  olunmuşdur.  Zəngin  yeraltı  və  yerüstü  sərvətlərə,  bərəkətli 
torpaqlara  və  bacarıqlı  insan  resurslarına  sahib  Naxçıvanın  qısa 
müddətdə müsbət saldoya malik xarici ticarət dövriyyəsinə sahib 
olması  Naxçıvan  Muxtar  Respublikası  Ali  Məclisinin  Sədri 
tərəfindən  uğurla  həyata  keçirilən  düşünülmüş  iqtisadi  siyasətin 
nəticəsi,  uzunmüddətli  inkişaf  proqramının  tərkib  hissəsidir. 
Nəzərə  alsaq  ki,  xarici  ticarət  dövriyyəsinin  dinamikası  sosial-
iqtisadi  inkişafın,  xarici  ölkələrlə  möhkəm  əsaslara  malik 


 
 
 
Naxçıvan Muxtar Respublikası – 90 
 
 
qarşılıqlı əlaqələrin vəziyyəti ilə birbaşa bağlıdır, deməli bu artım 
tendensiyası bundan sonra da uğurla davam edəcəkdir.  
 
Naxçıvan  Muxtar  Respublikasının  90  il  ərzində  keçdiyi 
yol, onun ümumi təhlili bir daha təsdiqləyir ki, Naxçıvanın xilası 
və tərəqqisi ulu öndərimiz Heydər Əliyevin adı ilə bağlıdır. Ötən 
hər  ili  göz  önünə  gətirəndə  bir  daha  əmin  oluruq  ki,  ölkəmizdə 
Heydər  Əliyev  siyasi  kursunun  alternativi  yoxdur.  Bu  kurs,  bu 
yol  Azərbaycanda  sosial-iqtisadi  inkişafın  yeni  tələblər 
baxımından  təmin  olunmasının  yeganə  düzgün  yoludur.  Bu  yol 
ölkəmizin  dünəninin,  bu  gününün,  sabahının  və  gələcəyinin 
yoludur.  Bu  yolu  uğurla  davam  etdirən  ölkəmizin  Prezidenti 
cənab  İlham  Əliyevin  dediyi  kimi  “Azərbaycanı  qüdrətli 

Yüklə 49,79 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin