AZƏrbaycan respublikasi



Yüklə 49.79 Mb.
Pdf просмотр
səhifə1/10
tarix23.12.2016
ölçüsü49.79 Mb.
  1   2   3   4   5   6   7   8   9   10

 
 
 
Naxçıvan Muxtar Respublikası – 90 
 
 
AZƏRBAYCAN RESPUBLİKASI 
 
 
 
 
 
 
 
 
NAXÇIVAN 
MUXTAR RESPUBLİKASI – 90 
(Quruculuq salnaməsi) 
 
 
 
 
 
Naxçıvan - 2014 
 

 
 
 
Naxçıvan Muxtar Respublikası – 90 
 
 
İsmayıl Hacıyev 
Bəxtiyar İsmayılov 
 
 
 
 
 
 
Kitab  Naxçıvan  Muxtar  Respublikası  Ali  Məclisi  Sədrinin 
2014-cü  il  17  yanvar  tarixli  181-04/S  nömrəli  Sərəncamı 
ilə  təsdiq  edilmiş  “Naxçıvan  Muxtar  Respublikasının  90 
illik yubileyinə həsr olunmuş Tədbirlər Planı”nın icrası ilə 
əlaqədar olaraq  hazırlanmışdır. 
 
 
İsmayıl Hacıyev, Bəxtiyar İsmayılov. Naxçıvan Muxtar Respublikası - 90. 
Íàõ÷ûâàí, “Яжями” Няшриййат-Полиграфийа Bирлийи, 2014, 184 сÿù. 
 
4700000000 
   053-2014 
 “ßæÿìè” 2014. 

 
 
 
Naxçıvan Muxtar Respublikası – 90 
 
 
 
 
 
 
 
 
 

 
 
 
Naxçıvan Muxtar Respublikası – 90 
 
 
 
“Naxçıvanın  muxtariyyəti  tarixi  nailiyyətdir,  biz 
bunu 
qoruyub 
saxlamalıyıq. 
Naxçıvanın 
muxtariyyəti  Naxçıvanın  əldən  getmiş  başqa 
torpaqlarının  qaytarılması  üçün  ona  xidmət  edən 
çox  böyük  bir  amildir.  Biz  bu  amili  qoruyub 
saxlamalıyıq”. 
Heydər ƏLİYEV, 
Azərbaycan xalqının ümummilli lideri 

 
 
 
Naxçıvan Muxtar Respublikası – 90 
 
 
“Naxçıvanın  güclü  olması  Azərbaycanın  güclü 
olması  deməkdir.  Azərbaycanın  müstəqilliyinin 
əldə  edilməsində  Naxçıvanın  və  naxçıvanlıların 
çox böyük əməyi olmuşdur. Naxçıvanlılar bundan 
sonra  da  Azərbaycanın  dövlət  müstəqilliyinin 
möhkəmləndirilməsi  işində,  Azərbaycanın  müasir 
dövlət  kimi  inkişaf  etməsi  işində  öz  sözlərini 
deyəcəklər və öz dəyərli töhfələrini verəcəklər”. 
 
İlham ƏLİYEV,  
Azərbaycan Respublikasının Prezidenti
 
 
"Ölkə 
Prezidentinin 
rəhbərliyi 
altında 
Naxçıvan  Muxtar  Respublikasının  inkişafının 
2003-cü  ildən  sonrakı  dövrü  milli  liderimiz 
Heydər  Əliyevin  quruculuq  xəttinin  yaradıcı 
gücünün  daha  bir  əyani  ifadəsidir.  Bu  xəttin 
davam  etdirilməsi  blokada  şəraitində  yaşayan 
Naxçıvan 
Muxtar 
Respublikasında 
dinamik 
inkişafı təmin etmişdir". 
 
Vasif TALIBOV, 
Naxçıvan Muxtar Respublikası 
Ali Məclisinin Sədri 
 

 
 
 
Naxçıvan Muxtar Respublikası – 90 
 
 
M Ü N D Ə R İ C A T 
        
        
Naxçıvan: tarixi inkişaf yolu 

Naxçıvan  Muxtar  Respublikasının  iqtisadiyyatı 
36 
  I mərhələ:    1924-1969-cu illər       
36 
  II mərhələ:   1969-1987-ci illər 
47 
  III mərhələ:  1987-1993-cü illər 
62 
  IV mərhələ:  1993-2003-cü illər    
66 
  V mərhələ:   2003-2013-cü illər 
75 
Əhali 
104 
Təhsil 
106 
Elm 
120 
Mədəniyyət 
125 
Səhiyyə 
145 
Bədən tərbiyəsi və idman 
147 
Xarici ticarət 
149 
Diaqramlar 
157 
 

 
 
 
Naxçıvan Muxtar Respublikası – 90 
 
 
NAXÇIVAN: TARİXİ İNKİŞAF YOLU 
 
Özünün  90  illik  yubileyini  qeyd  edən  Naxçıvan  böyük  və 
şərəfli tarixi inkişaf yolu keçmişdir. Uzun əsrlər boyu qədim Şərq 
sivilizasiyaları ilə sıx bağlı olan Naxçıvanda Azərbaycan xalqının 
zəngin tarixi, elmi və mədəni irsi formalaşmışdır. 
 
Naxçıvan  ərazisində  aşkar  edilən  Daş  və  Tunc  dövrünün 
abidələri,  Gəmiqayada  sərt  qayalar  üzərində  iki  minə  qədər 
müxtəlif  quruluşlu  işarə  və  təsvirlər,  öz  sənətkarlığı  ilə  seçilən 
boyalı 
qablar 
mədəniyyəti, 
yüksək 
qədim 
şəhərsalma 
mədəniyyətinin  izləri  bu  yurdun  ilkin  sivilizasiya  beşiklərindən 
olduğunu təsdiq edir. 
 
Tədqiqatlar  Naxçıvan  ərazisində  insanların  son  buzlaşma 
dövründən  məskunlaşdıqlarını  sübut  edir.  Naxçıvanın  tarixi 
Urmiya gölü hövzəsi və Mesapotamiyada yaranan sivilizasiya ilə 
bağlı  olmuşdur.  Naxçıvan  ərazisində  500-300  min  il  bundan 
əvvəl  yaşamış  ulu  əcdadlarımız  zəngin  təbiətli  çay  vadilərində, 
dağ  yamaclarında,  mağaralarda  məskunlaşmışlar.  Qazma,  Kilit, 
Daşqala,  Ərməmməd  mağaraları,  I  Kültəpə,  Sədərək,  Ovçular 
təpəsi,  Xələc,  Duzdağ,  Şahtaxtı,  Nəhəcir  kimi  yaşayış  yerləri  bu 
ərazidə  Neolit  dövründən  etibarən  məskən  salmış  ibtidai  insan-
ların  izlərini  qoruyur.  Gəmiqaya  və  Əshabi-Kəhf  abidələrinin 
Naxçıvanda  olması  bu  ərazinin  ilkin  məskunlaşma,  eləcə  də 
zəngin  mədəniyyət  mərkəzlərindən  biri  kimi  əhəmiyyətini  daha 
da  artırır.  Bu  ərazidə  Daş  dövrü  mədəniyyətinin  izlərinə  Batabat 
yaylağında,  Naxçıvançay  və  Əlincəçay  vadilərində,  İlandağın 
cənub  ətəyində,  Qazma  və  Kilit  mağaralarında,  Ovçular  təpəsi 
yaşayış yerində və digər ərazilərdəki abidələrdə rast gəlinir. 

 
 
 
Naxçıvan Muxtar Respublikası – 90 
 
 
 
Naxçıvan ərazisində Paleolit, Neolit və Eneolit dövrünə aid 
arxeoloji  abidələr  aşkar  edilmişdir.  İbtidai  icma  cəmiyyətinin 
sonrakı  mərhələlərində  (e.ə.  XII-I  minilliklərdə)  Azərbaycanın 
Günortacı  adlanan  bu  ərazisində  davamlı  və  intensiv  yaşayış 
olmuşdur.  Məhz  bu  dövrdə  yerli  əhalinin  kaspi  antropoloji  tipi 
formalaşmışdır.  
 
E.ə.  IV-II  minilliklərdə  Naxçıvan  ərazisində  meydana 
gələn  iri  tayfa  ittifaqları  Azərbaycan  xalqının  soykökünün 
formalaşması  prosesində  mühüm  rol  oynamışlar.  Bunlar  başlıca 
olaraq  türk  mənşəli  kaspi,  kadusi  və  naxçı  tayfa  ittifaqları  idi. 
Mənbələrdə Urmiyadan Naxçıvana qədər olan ərazilərdə  mehran 
tayfasının  yaşaması  haqqında  da  məlumatlar  var.  Burada 
meydana  gəlmiş  tayfa  birlikləri  Azərbaycanın  etnik-siyasi 
tarixində mühüm rol oynamışlar. 
 
Naxçıvan 
diyarı 
Azərbaycanın 
ən 
qədim 
şəhər 
məskənlərindən  biridir.  Bu  diyarın  baş  şəhəri  olan  Naxçıvan  isə 
Şərqdə və bütün dünyada ən qədim şəhərlərdən biri hesab olunur. 
Beş  min  ildən  artıq  tarixə  malik  olan  Naxçıvan  şəhəri  sonralar 
Azərbaycanın  iqtisadi,  siyasi  və  mədəni  mərkəzlərindən  birinə 
çevrilmişdir. 
 
Orta  Tunc  dövründə  Naxçıvanda  güclü  tayfa  ittifaqları 
formalaşmış,  şəhər-dövlətlər  yaranmışdır.  Qədim  Naxçıvan 
şəhərinin  yaxınlığında  e.ə.  II  minilliyin  əvvəllərində  mövcud 
olmuş  Şahtaxtı,  Qızılburun  və  Qarabağlarda  şəhər  tipli  yaşayış 
yerlərinin  sakinləri,  Cənubi  Qafqazın  qonşu  regionları,  eləcə  də 
Ön  Asiya  və  Yaxın  Şərq  ölkələri  ilə  iqtisadi-mədəni  əlaqələr 
yaratmışlar.  Daxili  və  beynəlxalq  ticarət  əlaqələri  Naxçıvanda 
yaranmış  tayfa  ittifaqları  mərkəzlərinin  e.ə.  II-I  minilliklərdə 

 
 
 
Naxçıvan Muxtar Respublikası – 90 
 
 
Naxçıvanın hərtərəfli inkişafına, digər mərkəzlərin qala-şəhərlərə 
çevrilməsinə gətirib çıxarmışdır. 
 
Naxçıvanın  əlverişli  geostrateji  mövqeyi,  mühüm  karvan 
yollarının,  o  cümlədən  “İpək  Yolu”nun  üzərində  yerləşməsi, 
habelə  zəngin  ticarət,  sənətkarlıq  mərkəzi  olması  bölgələrin 
məhsuldar  torpaqları  hələ  eramızdan  əvvəl  qonşu  dövlətlərin 
diqqətini  cəlb  etmişdi.  Ona  görə  də  Naxçıvan  uzun  illər  ərzində 
bir-birini  əvəz  edən  dövlətlərin  tərkibində  qalmış,  lakin  bununla 
belə  bu  ərazi  həmin  dövlətlərin  ən  inkişaf  etmiş  əyalətlərindən 
birinə çevrilmişdir. 
 
Naxçıvan  e.ə.  IX-VII  əsrin  sonlarına  qədər  Azərbaycan 
Manna  dövlətinin  tərkibində  olmuşdur.  Manna  dövləti  qonşu 
Assuriya 
və  Urartu  dövlətlərinə  qarşı 
mübarizədə  öz 
müstəqilliyini  qoruyub  saxlamışdır.  Urartuya  qarşı  mübarizədə 
e.ə. 820-810-cu illərə aid edilən İlandağda aşkar olunmuş  yazıda 
əks  olunmuşdur.  E.ə.  820-600-cü  illərdə  Şərurda  mərkəzi 
Oğlanqala  olan  qədim  dövlət  yaranmışdır.  Manna  dövlətinin 
süqutundan  sonra  Naxçıvan  əvvəlcə  Midiyanın  (e.ə.  VII  əsrin 
sonları  –  e.ə.  550-ci  il),  sonra  isə  Əhəməni  imperiyasının  (e.ə. 
550-e.ə.330-cu  illər)  tərkibinə  daxil  olmuşdu.  Əhəmənilər 
imperiyası Makedoniyalı İsgəndər (e. ə. 336- e.ə. 323) tərəfindən 
süquta  yetirildikdən  sonra  Naxçıvan  yeni  yaranan  Atropatena 
dövlətinin  tərkibində  qaldı.  Ölkənin  cənubunda  Atropatena, 
şimalında  isə  Albaniya  dövləti  yarandı.  Azərbaycan  xalqının 
təşəkkülü  tarixində  Atropatena  dövrü  çox  mühüm  mərhələ 
olmuşdur.  Naxçıvan  bu  dövlətin  əsas  əyalətlərindən,  iqtisadi  və 
mədəni mərkəzlərindən biri idi. 

 
 
 
Naxçıvan Muxtar Respublikası – 90 
 
 
 
Antik  dövrdə  və  eramızın  ilk  əsrlərində  Naxçıvanda 
ictimai-iqtisadi və mədəni tərəqqi daha da sürətləndi. Şəhər xeyli 
genişlənərək  Azərbaycanın  əsas  ticarət  mərkəzlərindən  biri 
olmuşdur.  Antik  dövrdə  Naxçıvanla  yanaşı,  Gilan  şəhəri  də 
məşhur  sənətkarlıq  və  ticarət  mərkəzi  olmuşdu.  Oğlanqala, 
Govurqala,  Qazançı  qalası  kimi  qala-şəhərlər  diyarın  iqtisadi, 
siyasi,  mədəni  həyatında,  xüsusilə  Naxçıvana  yadelli  basqınların 
qarşısının alınmasında çox böyük rol oynamışdır. 
 
E.ə.  150-ci  ildən  eramızın  III  əsrinədək  Naxçıvan  Parfiya 
hökmdarlarının  aramsız  təzyiqinə  qarşı  rəşadətlə  müqavimət 
göstərmişdir.  E.ə.  I  əsrdə  romalılar  Cənubi  Qafqaza  yiyələnmək 
üçün  parfiyalılarla  müharibələr  aparan  zaman  Naxçıvana  böyük 
zərbə  dəymiş,  çoxlu  yaşayış  məntəqələri  dağıdılmışdır.  Bu 
dövrdə Naxçıvan barədə Roma və yunan müəlliflərinin əsərlərinə 
də  məlumatlar  daxil  edilmişdir.  İosif  Flavi  (e.ə.  I  əsr)  və  Klavdi 
Ptolemey (II əsr) öz əsərlərində Naxçıvandan bəhs etmişlər. 
 
Eramızın  III  əsrində  İran  Sasani  dövləti  (224-651) 
güclənməyə  başladı.  Regionda  üstünlüyü  ələ  keçirmək  uğrunda 
Sasani,  Roma,  sonra  isə  Bizans  imperiyaları  arasında  dağıdıcı 
müharibələr  baş  verdi.  Sasani  dövləti  Naxçıvanı  ələ  keçirdi.  Bu 
dövrdə  Naxçıvan  torpaqları  İran-Roma,  sonralar  isə  Bizansla 
müharibələrdən  xeyli  əziyyət  çəkdi,  dağıntılara  məruz  qaldı. 
Buna  baxmayaraq,  Naxçıvanın  hərbi-strateji  mövqeyi  və  ticarət 
yollarının  üzərində  yerləşməsi  onun  inkişafına  təkan  verdi. 
Sasanilər  Naxçıvanı  işğal  etdikdən  sonra  naxçıvanlılardan  ibarət 
hərbi  dəstələri  yeni  növ  silahlarla  təchiz  etməyə  başladılar.  Yeni 
növ silahlar yerli sənətkarlar tərəfindən istehsal edilmiş silahlarla 
birgə  istifadə  edilirdi.  Sasanilər  Naxçıvanın  Şərqi  Roma 

 
 
 
Naxçıvan Muxtar Respublikası – 90 
 
 
imperiyasına  coğrafi  baxımdan  yaxın  olmasını  nəzərə  alaraq 
dağıtdıqları  qalaları  yenidən  bərpa  etmək  məcburiyyətində 
qaldılar.  Onlar  Şahbuz  ərazisindəki  qalanı  bərpa  edərək 
“Şapurqala” adlandırdılar. 
Sasanilərlə  Roma  arasındakı  müharibə  yeni  müqavilə  ilə 
nəticələndi.  Bağlanmış  sülh  müqaviləsi  nəticəsində  Sasani 
qoşunları  Naxçıvanı  tərk  etməli  oldular.  387-ci  ildə  bağlanmış 
müqaviləyə  görə,  Naxçıvan  yenidən  Sasanilərin  əlinə  keçir. 
Burada Sasani mərzbanlarının iqamətgahı yerləşir, Sasani şahları 
adından 
sikkələr 
zərb 
olunurdu. 
Naxçıvan 
zərbxanası 
Azərbaycanda  mövcud  olmuş  qədim  zərbxanalardan  sayılırdı. 
Burada  “naxç”  işarəsi  ilə  Sasani  sikkələri  zərb  olunmuşdur.
 
Həmin dövrdə Naxçıvan şəhərində 30  minə qədər yaşayış evi  və 
150 min əhali vardı. 
VII  əsrin  birinci  yarısında  Bizans  qoşunları  Naxçıvan 
şəhərini  mühasirəyə  alsa  da,  şəhəri  işğal  edə  bilmədi.  Bizans 
ordusunun  625-ci  ildə  Naxçıvan  üzərinə  yürüşü  zamanı  şəhər 
dağıdıldı,  Dəbil  ələ  keçirildi.  Gənzədəki  məşhur  atəşgah  viran 
qoyuldu.  
Ərəb  xilafətinin  yaranması  dünya  tarixində  böyük 
dəyişikliklərə  səbəb  oldu.  Ərəb  istilası  və  İslamın  yayılması 
Azərbaycana  da  öz  təsirini  göstərdi.  VII  əsrdə  Cənubi  Qafqazın 
digər regionları kimi, Naxçıvan da ərəb xilafətinin işğalına məruz 
qalmışdır.  Ərəblərin  Naxçıvan  ərazisinə  ilkin  hücumu  basqın 
xarakteri daşısa da, nəticə etibarilə, ağır idi: kəndlər, obalar qarət 
edilmiş,  əhalinin  bir  hissəsi  öldürülmüş,  bir  hissəsi  didərgin 
salınmışdı.  Naxçıvanın  ərəblər  tərəfindən  işğalı  mərhələli 

 
 
 
Naxçıvan Muxtar Respublikası – 90 
 
 
xarakter  daşımış,  Xilafət  qüvvələri  bu  əraziyə  bir  neçə  dəfə 
hücumlar etmişdilər. 
Yadelli  əsarətini  qəbul  etməyən  Azərbaycan  xalqı 
ərəblərin  işğalçılıq  siyasətinə  qarşı  azadlıq  mübarizəsinə  qalxdı. 
Babəkin  başçılıq  etdiyi  azadlıq  müharibəsinin  (816-837)  əsas 
mərkəzlərindən biri də Naxçıvan idi. Bu azadlıq müharibəsi Ərəb 
xilafətinin əsaslarını zəiflətdi.  
IX  əsrin  sonlarına  doğru  Ərəb  xilafətinin  zəifləməsi 
nəticəsində  Naxçıvan  torpaqları  əvvəl  Sacilər  (879-930),  sonra 
isə  Salarilər  (941-981)  dövlətlərinin  tərkibinə  daxil  olmuşdu. 
Əsrin sonlarına yaxın ölkədə yaranmış siyasi vəziyyət zəminində 
Naxçıvanda  müstəqil,  yaxud  yarımmüstəqil  dövlət  qurumu 
“Naxçıvanşahlıq”  meydana  gəlir.  80  ilə  yaxın  mövcud  olmuş  bu 
dövlət  qurumu  Əbu  Düləfilər  tərəfindən  idarə  edilmişdir. 
Akademik  N.Vəlixanlı  qeyd  edir  ki,  “Naxçıvanşahlıq”  müstəqil 
dövlət  yox,  Şəddadilər  dövlətinin  tərkibində  bir  əmirlik 
olmuşdur.  Əbu  Düləf  dövlət  başçısı  deyil,  yalnız  Naxçıvanın 
hakimi-əmiri  olmuşdur.  Naxçıvanşahlıq  Salarilər  dövlətinin  son 
vaxtlarında meydana gəlmiş və Rəvvadilər dövləti ilə eyni vaxtda 
mövcud  olmuşdur.  Müasir  Ordubad  ilə  Əylis  arasında  yerləşən 
Qoltan  əmirliyinin  hakimi  Əbu  Düləf  982-ci  ildə  Salarilərin  son 
nümayəndəsi  Dvin  hakimi  ibn  İbrahimi  məğlub  edərək  Dvin 
(Dəbil),  Naxçıvan  və  s.  şəhərləri  tutur  və  Vaspurakan  da  daxil 
olmaqla həmin ərazilərdə möhkəmlənməyə çalışır. Lakin o, buna 
nail  ola  bilmir.  Onun  nəvəsi  Əbu  Düləf  sonralar  Dvini  yenidən 
tutur  və  “Naxçıvanşah”  titulu  qəbul  edib  şahlığı  idarə  edir. 
Azərbaycan  şairi  Qətran  Təbrizinin  qəsidələrindən  göründüyü 
kimi,  Naxçıvanşah  Əbu  Düləf  Azərbaycan  hakimi  Rəvvadi 

 
 
 
Naxçıvan Muxtar Respublikası – 90 
 
 
Bəhsudan  ilə  dost  olub  onunla  hərbi  ittifaqa  girmiş  və  müttəfiq 
qoşunlar  Bizansa,  eləcə  də  başqa  düşmənlərə  qarşı  birgə 
vuruşmuşlar. 
Səlcuq  hökmdarı  Sultan  Toğrulun  (1038-1063)  Böyük 
Səlcuq  imperiyasını  yaratması  ilə  dünya  tarixində  böyük 
dəyişikliklər baş verdi. Səlcuq hökmdarı Toğrul bəyin varisi Alp 
Arslan 
(1063-1072) 
Azərbaycanın 
cənub 
vilayətlərində 
Rəvvadilər  sülaləsinin  hakimiyyətinə  son  qoyduqdan  sonra, 
1064-cü  ildə  Naxçıvana  yiyələnmişdir.  Alp  Arslanın  oğlu  Məlik 
şah  və  vəziri  Nizam  ül-mülk  tərəfindən  Naxçıvan  qalaları  fəth 
edilmiş  və  burada  əmirlik  yaradılmışdır.  Alp  Arslan  Naxçıvan 
şəhərində 
özünə 
xüsusi 
iqamətgah 
tikdirir. 
Səlcuqların 
Azərbaycandakı canişini Naxçıvanda yerləşirdi.  
Səlcuqları tədricən siyasi və iqtisadi qüdrət kəsb edən ayrı-
ayrı  atabəy  sülalələri  əvəz  etdi.  Böyük  Səlcuq  imperiyasının 
süqutundan  sonra  Azərbaycan  ərazisində  Eldəniz  (1136-1175) 
tərəfindən  əsası  qoyulan  Azərbaycan  Atabəylər-Eldənizlər 
dövləti  (1136-1225)  yarandı.  1146-cı  ildə  ölkədəki  vəziyyətdən 
istifadə edən Atabəy Eldəniz Naxçıvan vilayətini öz torpaqlarına 
birləşdirir  və  həmin  dövrdən  etibarən  Naxçıvan  şəhəri  və  onun 
vilayəti  Eldəniz  nəslinin  irsi  iqtasına  çevrilir.  Eldənizlər 
dövlətinin  tərkibinə  Azərbaycan,  Arran,  Naxçıvan,  Fars  (Əcəm) 
İraqı,  Rey,  Həmədan  və  s.  vilayətlər  daxil  idi.  Naxçıvan  sərhəd 
vilayəti kimi xüsusi rejimdə idi. Naxçıvan vilayəti divan əl-xassə 
və  ya  divan  əl-əla  adlanan  Ali  divana  tabe  idi.  Atabəylərin 
xəzinəsi  həmişə  atabəyin  olduğu  yerdə  saxlanılırdı.  Əsas  xəzinə 
isə Naxçıvan yaxınlığındakı Əlincə qalasında mühafizə olunurdu. 
Azərbaycan  Atabəyləri  dövlətinin  mərkəzi  şəhəri,  paytaxtı  XII 

 
 
 
Naxçıvan Muxtar Respublikası – 90 
 
 
əsrin  30-70-ci  illərində  Naxçıvan  şəhəri  olmuşdur.  Eldənizlər 
dövlətinin  banisi  Şəmsəddin  Eldənizin  hakimiyyətinin  ilk  döv-
ründən  dövlətin  siyasi,  “padşahlıq  iqamətgahı”  Naxçıvan 
şəhərində yerləşmişdir. Azərbaycan hökmdarı Məhəmməd Cahan 
Pəhləvanın  dövründə  (1175-1186)  Naxçıvanın  hakimi  Qızıl 
Arslan, onun ölümündən sonra isə arvadı Zahidə xatın idi. Cahan 
Pəhləvanın  oğlanları  Əbubəkr  (1191-1210)  və  Özbəyin        
(1219-1225)  hakimiyyəti  dövründə  paytaxt  Təbriz  olsa  da, 
Naxçıvan  iqtisadi  və  mədəni  mərkəz  kimi  mühüm  rol 
oynamışdır. O dövrdə Naxçıvan şəhərində təxminən 150-200 min 
əhali  yaşamışdır.  Məhəmməd  Naxçıvani  şəhərin  bu  dövrü 
haqqında  yazır  ki,  “Təbrizdən  və  Bağdaddan  sonra  Naxçıvan 
kimi  cəlallı  və  əzəmətli  şəhər  yox  idi”.  Naxçıvan  Azərbaycanın 
iqtisadi,  siyasi  və  mədəni  mərkəzlərindən  biri  kimi  dünya 
miqyasında  şöhrət  qazanmışdı.  Şəhərin  mərkəzi  hissəsində 
Möminə  xatın  türbəsi  inşa  edilmişdi.  Buradakı  meydanın 
ətrafında  bir  sıra  binalar  kompleksi  –  hökmdarın  sarayı,  Böyük 
Cümə  məscidi  və  ticarət  binaları  yerləşirdi.  Memar  Əcəminin 
ucaltdığı  Yusif  Küseyir-  oğlu  və  Möminə  xatın  türbələri  Şərq 
memarlığının  nadir  inciləri  sayılır.  Naxçıvan  memarlığı 
Atabəylər dövründə xüsusi məktəbə çevrildi. Onun banisi Əcəmi 
Əbu  Bəkr  oğlu  Naxçıvani  idi.  Onun  yaratdığı  Möminə  xatın 
türbəsi  nəinki  Azərbaycan,  hətta  dünya  memarlığının  nadir 
incilərindən hesab olunur.  
Naxçıvan  haqqında  məlumat  verən  XIII  əsr  qiymətli 
mənbələrindən  birində  (“Əcaib-əd-Dünya”  (Dünyanın  qəribəlik-
ləri))  deyilir:  “Naxçıvan  –  Azərbaycanda  şəhərdir,  böyükdür  və 
əhalisi çoxdur, hündür yerdə yerləşir, çox möhkəmləndirilmişdir. 

 
 
 
Naxçıvan Muxtar Respublikası – 90 
 
 
Şəhərin  yanında  daşdan  qala  tikiblər,  qalada  mədrəsə,  məscid 
inşa ediblər; qalada şirinsulu bulaq var”.  
Monqolların 
yürüşü 
(1221) 
nəticəsində 
zəifləyən 
Atabəylər-Eldənizlər  dövlətini  Xarəzmşah  Cəlaləddin  süquta  ye-
tirdi.  Naxçıvan  Xarəzmşah  tərəfindən  işğal  olundu.  Bu,  1231-ci 
ilədək  davam  etdi.  Monqolların  ikinci  yürüşü  (1231-1239)  ilə 
Azərbaycanda monqol ağalığı bərqərar oldu. Naxçıvan XIII-XIV 
əsrlərdə  Azərbaycanda  və  ümumiyyətlə,  Şərqdə  gedən  siyasi-
iqtisadi,  mədəni  proseslərin  mərkəzlərindən  birinə  çevrilmişdi. 
Hülakülərin,  çobanilərin,  cəlairilərin  nüfuz  dairələrində  olan 
Naxçıvan bu hakimiyyətlərin siyasi həyatında fəal iştirak edirdi. 
Beşinci monqol ulusu Hülakülər dövləti yarandıqda (1256) 
Azərbaycan  dövləti  bu  torpaqların  tərkibinə  daxil  edildi. 
Naxçıvan  o  zaman  Azərbaycanın  cənub  torpaqlarının  inzibati-
ərazi  baxımından  bölündüyü  doqquz  tüməndən  biri  idi. 
Həmdullah Qəzvini (1282-1345) həmin tümənlərdən səkkizinin – 
Təbriz,  Ərdəbil,  Pişkin,  Xoy,  Sarab,  Marağa,  Mərənd  və 
Naxçıvan  tümənlərinin  adını  çəkir  və  onların  hər  biri  barədə 
müfəssəl məlumat verir. Çoxmənalı “tümən” termini ilə orta əsr-
lərdə  on  min  döyüşçünü  birləşdirən  hərbi  bölüm,  on  min  dinara 
bərabər  pul  vahidi  və  on  min  əsgər  verə  biləcək  inzibati-ərazi 
vahidi  nəzərdə  tutulurdu.  Naxçıvan  bölgəsi  Azərbaycanın  bir  tü-
məni  idi  və dövlətə on  min döyüşçü  vermək qüdrətinə  malik idi. 
Naxçıvan  tüməninə  Azərbaycanın  27  iri  şəhərindən  5-i  –  Nax-
çıvan, Ordubad, Azad, Əncan və Makuyə şəhərləri daxil idi. 
Naxçıvan  tüməni  Makudan  Qafan  dağlarına  kimi  olan 
geniş  ərazini  əhatə  edir  və  Xoy,  Mərənd,  Pişkin  tümənləri  ilə, 
eləcə  də  Qarabağla  hüdudlanaraq  Göyçə  gölünə  qədər  uzanırdı. 

 
 
 
Naxçıvan Muxtar Respublikası – 90 
 
 
Naxçıvanın  qərb  hüdudlarına  Dvin  şəhəri  də  daxil  idi.  Ərəb 
coğrafiyaşünası  Yaqut  Həməvinin  (1179-1229)  yazdığına  görə, 
Dvin  “Arran  vilayətində,  Azərbaycanın  uzaq  hüdudlarında” 
yerləşir.  Fəzlullah  Rəşidəddinin  (1247-1318)  məlumatına  görə, 
Qafan ərazisi də Naxçıvan tüməninə daxil idi. 
Naxçıvanda  və  onun  ətrafında  Əlincə,  Sürməli,  Gərni, 
Tarmap,  Fəqnan  və  s.  kimi  qala  və  istehkamlar  mövcud 
olmuşdur.  Öz  möhtəşəmliyi,  strateji  mövqeyi,  təbii  şəraiti  ilə 
fərqlənən  Əlincə  XIII-XIV  əsrlərdə  Azərbaycanda  fəaliyyət 
göstərmiş  dövlətlərin  tarixində,  eləcə  də  xalqımızın  azadlıq 
mübarizəsində  əvəzolunmaz  rol  oynamışdır.  XIV  əsrin  son 
rübündə  baş  verən  siyasi  hadisələrin  mərkəzində  Əlincənin 
xüsusi yeri vardır. Bu, Teymurun hücumları və qalanın müdafiəsi 
ilə  bağlıdır.  Həmin  dövrdə  qalanın  hakimi  sultan  Tahir  Cəlairi, 
qala  kutvalları  (sərkərdələr)  isə  Xacə  Cövhər  Əmir  Altun  və 
sonra Əhməd Oğulşayi olmuşlar. Qala 14 il (1387-1401) Teymur 
qoşunlarının  həmlələrinə  sinə  gərmişdir.  Qalaya  4  dəfə  (1387, 
1393,  1397,  1400)  kəskin  hücumlar  olmuşdur.  Lakin  hər  dəfə 
Teymurun  qoşunu  məyus  halda  geri  dönməli  olmuşdur. 
Teymurilərə  qarşı  mübarizədə  hürufilər  mühüm  rol  oynayırdı. 
Hürufiliyin  banisi,  böyük  Azərbaycan  mütəfəkkiri  Fəzlullah 
Nəimi  1394-cü  ildə  Teymurun  oğlu  Miranşah  tərəfindən 
Naxçıvanda 
öldürüldü. 
On 
dörd 
illik 
qəhrəmanlıq 
mübarizəsindən  sonra  Əlincə  qalası  da  daxili  çəkişmələr 
nəticəsində  süquta  uğradı.  Bu  hadisədən  bir  müddət  sonra 
Teymur  Təbrizdən  Naxçıvana  gəlib,  Əlincə  qalasının  başına 
çıxaraq onu seyr etmiş, qalanın əzəməti onu heyran qoymuşdu. 

 
 
 
Naxçıvan Muxtar Respublikası – 90 
 
 
Naxçıvan  XIII-XIV  əsrlərin  mürəkkəb  tarixi  şəraitinə 
baxmayaraq,  sosial-iqtisadi  və  mədəni  cəhətdən  inkişaf  edirdi. 
Kənd  təsərrüfatı,  sənətkarlıq  və  ticarət  sahəsində  mühüm 
irəliləyiş  nəzərə  çarpırdı.  Həmin  dövrdə  Naxçıvan,  Ordubad, 
Culfa  şəhərləri  Azərbaycanın  həyatında  mühüm  yer  tuturdu. 
Naxçıvanda  görkəmli  dövlət,  elm  və  mədəniyyət  xadimləri 
fəaliyyət  göstərirdi.  Əslən  naxçıvanlı  olan  görkəmli  Azərbaycan 
alimi  Nəsirəddin  Tusi  dünyanın  elm  korifeyləri  sırasında  layiqli 
yer tutmuşdur.  
XV  əsrdə  Naxçıvan  diyarı  türk  mənşəli  Qaraqoyunlu  və 
Ağqoyunlu  dövlətlərinin,  XVI  əsrdə  isə  tarix  səhnəsində  230  ilə 
qədər  qalmış  Azərbaycan  Səfəvilər  dövlətinin  tərkibinə  daxil 
olmuşdur. Qaraqoyunlu  və Ağqoyunlu  dövlətlərinin ərazisi Ərəb 
İraqı,  Əcəm  İraqı,  Azərbaycan,  Kürdüstan,  Diyarbəkir,  Luristan, 
Fars,  Kirman  və  b.  vilayətlərlə  yanaşı,  Ermənistanı  da  əhatə 
edirdi. Naxçıvan bu dövrdə Azərbaycanın ayrılmaz tərkib hissəsi 
olmuşdur.  Bəhs  olunan  dövrdə  Ermənistan  ərazisi  “Çuxur-Səd” 
adı  ilə  tanınırdı.  Çuxur-Səd  geniş  ərazini  –  Araz  çayı  vadisinin 
hər iki tərəfini – şimal-qərbdə Suragöl, şimal-şərqdə Göyçə gölü, 
cənub-qərbdə  Qars,  cənub  və  cənub-şərqdə  Sürməli,  Naxçıvan, 
Maku və bəzən də Bəyazid ərazisini əhatə etmişdir. 
Orta  əsrlərdə  Azərbaycanın  ən  geniş  əraziləri  əhatə  etdiyi 
dövr  Səfəvilər  hakimiyyəti  dövrünə  təsadüf  edir.  280-300  min 
kv.km-lik  Azərbaycan  ərazisi  inzibati-ərazi  bölgü  baxımından     
4 bəylərbəyliyə bölünmüşdü:  Şirvan, Qarabağ, Təbriz  və Çuxur-
Səd.  Naxçıvan  1501-ci  ildə  Səfəvilər  dövlətinin  tərkibinə  daxil 
olaraq,  Azərbaycanın  mühüm  iqtisadi,  siyasi  və  mədəni 
mərkəzlərindən  biri  kimi  tanınmışdır.  Azərbaycan  Səfəvi 

 
 
 
Naxçıvan Muxtar Respublikası – 90 
 
 
dövlətində  “Naxçıvan  ölkəsi”  əvvəllər  Təbriz  bəylərbəyliyinin, 
sonra isə Çuxur-Səd bəylərbəyliyinin tərkibində olmuşdur. Səfəvi 
şahları  Naxçıvan  ölkəsinin  idarəsini  ən  güclü  dayaqlarından  biri 
olan  türk  qızılbaş  tayfası  –  Ustaclıların  bir  qolu  olan  Kəngərli 
tayfası başçılarına həvalə etmişdilər. Kəngərli tayfa başçıları XIX 
əsrin  20-ci  illərinə  qədər  Naxçıvanın  irsi  hakimləri  olmuşdular. 
Naxçıvan  Səfəvi-Osmanlı  müharibələri  dövründə  dağıdıcı  təsirə 
məruz  qaldı.  XVI  əsrin  50-ci  illərində  Naxçıvan  şəhəri  Osmanlı 
qoşunları  tərəfindən  qarət  edilmiş  və  yandırılmışdır.  II  Şah 
İsmayılın  hakimiyyəti  dövründə  (1576-1577)  Naxçıvan  şəhəri 
Səfəvilərin  hakimiyyəti  altında  olmuş,  XVI  əsrin  sonlarında 
yenidən  Osmanlı  qoşunlarının  hücumlarına  məruz  qalmışdır. 
1590-cı  ildə  səfəvilərlə  Türkiyə  arasında  sülh  müqaviləsi 
bağlandı. Azərbaycanın bir sıra şəhərləri ilə birlikdə Naxçıvan da 
müvəqqəti  olaraq  Osmanlı  imperiyasının  hakimiyyəti  altında 
qaldı. I Şah Abbas (1587-1629) həmin torpaqları İranın tərkibinə 
qaytarmaq  uğrunda  mübarizəyə  başlayır.  Yenidən  genişlənən 
Səfəvi-Osmanlı  müharibələri  Naxçıvanın  həyatına  ağır  zərbə 
vurur.  1605-ci  ildə  Osmanlı  dövləti  I  Şah  Abbasa  qarşı  böyük 
ordu  göndərdi.  Bu  vaxt  İran  şahı  zorakılıqla  Naxçıvan  əhalisini 
Dizmar  və  Qarabağ  vilayətlərinə,  Culfa  əhalisini  isə  İsfahana 
köçürmüşdür.  Naxçıvan  ölkəsindən  70  mindən  çox  adam  sürgün 
edilmişdir. Bu faciəli hadisə tarixdə “Böyük sürgün” adlanmışdır. 
Yalnız  1639-cu  il  sülh  müqaviləsi  bərpa  işlərinə  imkan 
yaratdı.  Sülh  müqaviləsindən  sonra  1647-ci  ildə  Naxçıvan 
şəhərinə  Rzaəddin,  1678-ci  ildən  Şərif  xan,  1691-ci  ildən 
Məhəmmədrza  xan  hakim  təyin  edilmişdi.  Hələ  I  Şah  Abbas 

 
 
 
Naxçıvan Muxtar Respublikası – 90 
 
 
Naxçıvan  və  digər  Azərbaycan  torpaqlarını  osmanlılardan  geri 
almağa nail olmuşdu. 
I  Şah  Abbasın  dövründə  vəzir  təyin  edilmiş  Hatəm  bəy 
Ordubadi böyük Səfəvi imperiyasının idarə olunmasında mühüm 
rol  oynamışdı.  I  Şah  Abbas  1606-cı  ildə  Ordubada  səfərindən 
sonra şəhəri soyurqal kimi ona bağışlamış, Hatəm bəy isə burada 
geniş  quruculuq  işləri  aparmışdı.  I  Şah  Abbasın  fərmanı  ilə 
(1607)  ordubadlılar  vergilərdən  azad  edilmişdilər.  Həmin 
fərmanın kitabəsi indiyədək qalmaqdadır.  
Rus imperatoru I Pyotrun Cənubi Qafqaza yürüşü Osmanlı 
imperiyasını  da  fəallaşdırdı.  Osmanlı  imperiyası  1723-cü  ilin 
yazından  öz  ordularını  Cənubi  Qafqaza  və  Qərbi  İrana  yeridir. 
1723-cü  ilin  sentyabrında  osmanlılar  Naxçıvan,  sonra  isə  Ordu-
bad  şəhərini  ələ  keçirirlər.  Naxçıvan  torpaqları  1735-ci  ilədək 
Osmanlı Türkiyəsinin hakimiyyəti altında qalır. Osmanlı inzibati-
ərazi  bölgüsünə  əsasən,  Naxçıvan  “Naxçıvan  sancağı”  adı  ilə 
tanınır. Naxçıvan ərazisinin çox hissəsi Naxçıvan sancağına daxil 
idi.  Osmanlılar  ilhaq  etdikləri  ərazilərdə  əhalinin  və  onun  gə-
lirlərinin müfəssəl siyahısını tərtib edirdilər. O cümlədən 1727-ci 
ildə  Naxçıvan  sancağının  iki  nüsxədən  ibarət  “Müfəssəl  dəftəri” 
tərtib  olunmuşdu.  Burada  Naxçıvanın  inzibati-ərazi  bölgüsü, 
vergilərin  miqdarı,  əhalinin  sayı  və  s.  haqqında  mötəbər 
məlumatlar  verilir.  Həmin  məlumatlardan  Naxçıvan  sancağında 
14  nahiyə  (Naxçıvan,  Əlincə,  Sair  Məvazi,  Qışlağat,  Dərəşam, 
Azadciran,  Şorlut,  Dərənürgüt,  Sisyan  və  Dərələyəz)  adı  çəkilir. 
Osmanlılar  Səfəvilər  dövründə  Naxçıvanın  tərkibində  olan  Zor, 
Zəbil və Şərur nahiyələrini sancağın tərkibindən çıxararaq İrəvan 
əyalətinə  birləşdirmişdilər.
 
Naxçıvan  sancağının  9.788  vergi 

 
 
 
Naxçıvan Muxtar Respublikası – 90 
 
 
verən  əhalisi  xəzinəyə  hər  il  2.629.059  axça  ödəyirdi.  O  dövrdə 
Naxçıvan  sancağı  315  yaşayış  məntəqəsini  əhatə  edirdi.  Buraya 
indiki  Naxçıvan  MR-in  ərazisi,  Ermənistanın  Yexeqnadzor 
rayonu,  Cermuk  rayonunun  yarısı,  Sisyan  rayonunun  böyük  bir 
hissəsi,  Mehri  də  daxil  olmaqla  rayonun  bir  neçə  yaşayış 
məntəqəsi aid idi. 
XVIII  əsrin  30-cu  illərində  İranda  Nadirin  nüfuzu  artırdı. 
Azyaşlı III Şah Abbas 1736-cı ildə öldürüldü. Elə həmin il Nadir 
Muğanda  özünü  şah  elan  etdi  və  bundan  sonra  Azərbaycanın 
bütün  ərazisini  vahid  Azərbaycan  vilayətində  birləşdirdi. 
Naxçıvanda Kəngərli tayfası Nadir şaha itaətsizlik göstərdiyindən 
bu  tayfanın  bəzi  nümayəndələri  Əfqanıstana  köçürüldülər. 
Naxçıvan  diyarının  idarəsi  iki  nəfərə  tapşırıldı:  onlardan  biri 
“hakimi-ölkə-ye  Naxçıvan”,  digər  “hakimi-tümən-i  Naxçıvan” 
adlandırıldı. 
1747-ci  ildə  Nadirin  öldürülməsi  ilə  imperiya  dağıldı. 
Naxçıvan  faktiki  olaraq  müstəqil  feodal  dövlətə  –  xanlığa 
çevrildi.  Həmin  il  Kəngərli  tayfasının  başçısı  Heydərqulu  xan 
özünü Naxçıvan diyarının müstəqil hakimi elan etdi.  
Naxçıvan  xanlığının  ərazisi  indiki  Naxçıvan  Muxtar 
Respublikasının  ərazisindən  xeyli  böyük  olub,  Dərələyəz  və 
Zəngəzur  torpaqlarının  da  çox  hissəsini  əhatə  edirdi.  Xanlığın 
tərkibində 7 mahal (Əlincə, Əylis, Bəlləv, Dəstə, Dərələyəz, Xok, 
Ordubad)  və  2  şəhər  (Naxçıvan,  Ordubad)  var  idi.  Xanlıqlar 
dövründə  ara  müharibələri,  çəkişmələr,  hakimiyyət  uğrunda 
mübarizələr  ənənəvi  hal  almışdı.  Qonşu  dövlətlərin  müdaxiləsi, 
habelə xanlıqda hakimiyyəti ələ keçirmək uğrunda ara verməyən 
saray  çəkişmələri  Naxçıvan  xanlığının  zəifləməsinə  səbəb  oldu. 

 
 
 
Naxçıvan Muxtar Respublikası – 90 
 
 
Yalnız  Kalbalı  xanın  (1787-1820)  hakimiyyəti  dövründə 
xanlıqda  müəyyən  sabitlik  yarandı.  Naxçıvan  xanlığının  sonrakı 
taleyi  İran-Rusiya  münasibətləri  zəminində  müəyyənləşdi  və 
nəhayət,  1828-ci  il  fevralın  10-da  bağlanmış  Türkmənçay 
sazişinə görə, xanlığın ərazisi Rusiyaya ilhaq olundu. 
1828-ci il  martın 21-də çar I Nikolayın fərmanı ilə keçmiş 
İrəvan  və  Naxçıvan  xanlıqlarının  ərazisində  “erməni  vilayəti” 
adlanan  uydurma  inzibati  ərazi  vahidi  yaradıldı.  “Erməni 
vilayəti”ni qərəgahı İrəvanda yerləşəcək rus generalı idarə etməli 
idi.  Ehsan  xan  Kəngərli Naxçıvanın  naibi  kimi 1840-cı  ilə qədər 
bu  diyarı  idarə  etdi.  1840-cı  ildə  Ehsan  xan  özünün  bütün 
imtiyazlarını  və  Kəngərli  süvari  alayının  başçısı  vəzifəsini 
saxlamaqla naiblikdən istefa verdi. 
Bu,  I  Nikolayın  real  vəziyyəti  nəzərə  almadan,  ənənəvi 
ermənipərəst  siyasətə  əsasən,  erməni  dövləti  yaratmaq  istəyinin 
nəticəsi  idi.  Lakin  çarizm  Rusiya  imperiyası  daxilində  belə  bir 
siyasətin  özünü  doğrultmadığına  tezliklə  əmin  oldu.
 
1840-cı  ilin 
aprelində  çar  hökuməti  Zaqafqaziyada  inzibati  islahata  dair 
qanun verdi: 1841-ci il yanvarın 1-dən qüvvəyə minən bu qanuna 
əsasən,  komendant  üsul-idarəsi  ləğv  olundu  və  burada  ümumi 
Rusiya  inzibati  sistemi  tətbiq  edildi.  Buna  uyğun  yaradılan 
Naxçıvan  qəzası  Ordubad  mahalı  ilə  birlikdə  Gürcüstan-
İmeretiya  quberniyasının  tərkibinə  daxil  edildi.  Bu  zaman 
Naxçıvan  qəzasının  sahəsi  4378  kv.km,  əhalisi  isə  86.878  nəfər 
idi.  Qəza  Naxçıvan,  Ordubad,  Dərələyəz,  Culfa,  Şahbuz  yaşayış 
məntəqələrdən ibarət idi.  
Çar  Rusiyasının  geosiyasi  məqsədlərinə  müvafiq  olaraq 
Naxçıvan  qəzası  1849-cu  ildə  Qərbi  Azərbaycandakı  İrəvan 

 
 
 
Naxçıvan Muxtar Respublikası – 90 
 
 
quberniyasına  birləşdirildi.  Bununla  belə,  İrəvan  quberniyası 
tərkibində  də  Naxçıvana  müstəqil  idarəçilik  statusu  verilmişdi. 
Şərur-Dərələyəz  ərazisi  və  Ordubad  dairəsi  də  yeni  yaradılan 
İrəvan 
quberniyasına 
birləşdirildi. 
1870-ci 
ildə 
İrəvan 
quberniyasının  tərkibində  əhalisinin,  demək  olar  ki,  hamısı 
azərbaycanlıdan  ibarət  olan  Şərur-Dərələyəz  qəzası  təşkil  edildi. 
Azərbaycanın  tarixi  əraziləri  olan  İrəvan,  Naxçıvan,  Göyçə, 
Şərur-Dərələyəz,  Yeni  Bəyazid  əraziləri  İrəvan  quberniyasının 
tərkibində idi. 
 
Göründüyü  kimi,  tarixi  Naxçıvan  torpaqları  çar  Rusiyası 
tərəfindən  dəfələrlə  inzibati-ərazi  dəyişikliyinə  məruz  qalmış, 
keçmiş  xanlıq torpaqlarının böyük bir  hissəsi Naxçıvan qəzasına 
daxil edilmişdir. Eyni zamanda Naxçıvan ərazisinin məqsədyönlü 
şəkildə  erməniləşdirilməsi  siyasəti  həyata  keçirilirdi.  İran  və 
Türkiyədən  ermənilər  Azərbaycanın  qədim  torpaqlarına,  o 
cümlədən  Naxçıvana  köçürülür,  əhalinin  etnik  tərkibi  qəsdən 
dəyişdirilirdi.  Lakin  Naxçıvan  əhalisi  bu  qəddar  siyasətə  qarşı 
qəhrəmanlıqla  mübarizə  aparır,  ermənilərin  doğma  torpaqlarında 
möhkəmlənməsinə yol vermirdilər. 
 
Rusiya  imperiyasının  köçürmə  siyasəti  nəticəsində 
Naxçıvanda  ermənilərin  sayı  artırılsa  da,  əhalinin  əksəriyyəti 
yenə  də  azərbaycanlılardan  ibarət  idi.  Köçürülən  ermənilər 
Naxçıvan əyalətinin 6 kəndində, Ordubad dairəsinin 11 kəndində 
məskunlaşdırıldı.  Naxçıvan  şəhərində  416 ailə,  Əbrəqunusda  36, 
Bənəniyarda  43,  Qazançıda  22,  Xəlillidə  24,  Kültəpədə  70, 
Nehrəmdə  208,  Cəhridə  151,  Ayrıncda  31,  Qarabağlarda  24, 
Külüsdə  13,  Nursuda  30,  Şahbuzda  20,  Gecəzurda  14,  Məzrədə 
22, Əylisdə 37, Aza, Dar, Dizə və Dırnısda 182 ailə yerləşdirildi. 

 
 
 
Naxçıvan Muxtar Respublikası – 90 
 
 
Köçkünlərdən  2285  ailə  əyalətin  Naxçıvan  mahalında,  226  ailə 
isə  Ordubad  mahalında  yerləşdirildi.  Rusiya  imperiyasının 
köçürmə  siyasəti  nəticəsində  Naxçıvan  dairəsinin  mahalları  üzrə 
1830-cu illərdə əhalinin etnik tərkibi belə idi: Əlincə mahalı üzrə 
azərbaycanlılar  400  təsərrüfat,  1830-cu  ildən  əvvəl  köçürülüb 
gətirilən  ermənilər  120,  həmin  ildən  sonra  köçürülənlər  də      
120  təsərrüfat  idi.  Dərələyəz  üzrə  bu  rəqəmlər  müvafiq  olaraq 
1283,  58,  731;  Naxçıvan  mahalı  üzrə  1884,  309,1207,  Naxçıvan 
şəhəri üzrə 905,156, 269 idi. Xok mahalında azərbaycanlılar 292, 
ermənilər isə cəmi 43 təsərrüfat idi.
 
Ordubad dairəsində və Şərura 
aid  olan  məlumatlar  da  təsdiq  edir  ki,  göstərilən  bütün  cəhdlərə 
baxmayaraq,  Naxçıvan  əhalisinin  etnik  tərkibini  ermənilərin 
xeyrinə dəyişdirmək mümkün olmamışdı. 
 
Birinci  rus  inqilabı  illərində  Rusiyada  yaranmış  vəziyyət 
çar  hökumətini  millətlərarası  münasibətləri  qızışdırmağa  sövq 
etdi.  Azərbaycanın  paytaxtında  və  müxtəlif  şəhərlərində 
ermənilər  azərbaycanlılara  qarşı  soyqırım  siyasətinə  başladılar. 
Nəticədə,  naxçıvanlılar  kütləvi  qırğınlara  və  zorakılıqlara  məruz 
qalmış,  erməni  quldurlarına  və  onların  himayəçisi  olan  çar 
hakimiyyəti 
dairələrinə 
qarşı 
qəhrəmancasına 
mübarizə 
aparmışdılar.  Naxçıvan  tarixinin  bu  qanlı  faciələri,  ermənilərin 
azərbaycanlılara qarşı törətdikləri soyqırımlar böyük Azərbaycan 
yazıçısı  M.S.Ordubadinin  “Qanlı  illər”  kitabında  konkret  fakt-
larla əks olunmuşdur. 
 
Birinci  Dünya  müharibəsi  illərində  bütün  Azərbaycan 
torpaqları  kimi,  Naxçıvan  diyarı  da  tarixin  ən  ağır  sınaqları 
qarşısında  qaldı.  Azərbaycanın  digər  torpaqları  kimi,  Naxçıvan 
da  öz  hərbi-siyasi  mövqeyinə  görə  böyük  dövlətlərin  maraq 

 
 
 
Naxçıvan Muxtar Respublikası – 90 
 
 
dairəsinə daxil idi. Digər tərəfdən, “böyük Ermənistan” yaratmaq 
xülyasına  düşən  erməni  millətçiləri  Şərqi  Anadolu  ilə  yanaşı, 
Naxçıvan  da  daxil  olmaqla  bütün  Şimali  Azərbaycanı  ələ 
keçirməyə çalışırdılar. 
 
1917-ci  il  fevral  inqilabının  qələbəsindən  sonra  Naxçı-
vanda  da  müvəqqəti  hökumətin  orqanları  təşkil  edildi.  Eyni  za-
manda  Naxçıvan  şəhərində,  Culfada,  Şahtaxtı  dəmir  yolu  stansi-
yasında  və  b.  yerlərdə  bolşeviklərin  yeni  hakimiyyət  orqanları–
sovetlər yaradıldı. İmperiyanın bir çox əyalətlərində olduğu kimi, 
Naxçıvanda da ikihakimiyyətlilik mövcud idi. Zaqafqaziyanı (rus 
dilində  Cənubi  Qafqaza  verilən  ad.  “Qafqazın  o  tərəfi”  məna-
sında işlənirdi – İ.H.) müvəqqəti olaraq idarə etmək üçün Xüsusi 
Zaqafqaziya  Komitəsi  deyilən  hökumət  qurumu  yaradıldı.  Mər-
kəzi  Tiflis  şəhəri  beş  nəfər  üzvdən  yalnız  bir  nəfər  azərbaycanlı 
olan  hökumətin  böyük  bir  regionu  idarə  etmək  imkanı  yox  idi. 
Həmin  hökumətin  Naxçıvandakı  yerli  komitəsi  də  diyarı  idarə 
edə  biləcək  və  bu  ərazidə  əmin-amanlığı  qoruyacaq  qədər  güclü 
deyildi.  Üstəlik  də,  1917-ci  ilin  oktyabrında  Rusiyada  baş  verən 
bolşevik çevrilişi və rus ordularının diyarı tərk etməsindən sonra 
bölgədə vəziyyət sürətlə pisləşməyə, ictimai-siyasi sabitlik pozul-
mağa başladı. Naxçıvan diyarının müsəlman-türk əhalisi silahlan-
mış,  yaxşı  təşkil  olunmuş  təcavüzkar  əhval-ruhiyyəli  ermənilər, 
quldur daşnak dəstələri ilə üz-üzə qaldılar. 
 
Çar  Rusiyasının  on  illər  boyu  düşmən  gözü  ilə  baxdığı, 
hərbi  xidmətdən  kənarlaşdırdığı  türk-müsəlmanlarından  fərqli 
olaraq,  Qafqazın  erməni  əhalisi  çar  ordusunda  xidmət  edirdilər. 
1918-ci 
ilin 
əvvəllərində 
və 
sonrakı 
iki 
ildə 
xarici 
imperialistlərin,  erməni  daşnak  hökumətinin  maddi  və  mənəvi 

 
 
 
Naxçıvan Muxtar Respublikası – 90 
 
 
köməyi ilə ermənilər Naxçıvan bölgəsində azərbaycanlılara qarşı 
dəhşətli  qırğınlar  törətdilər.  Arxiv  materiallarından  məlum  olur 
ki,  1918-1920-ci  illərdə  erməni  cəlladları  73  mindən  artıq 
müsəlman  sakini  qətlə  yetirmişdir.  Naxçıvanda  Müsəlman  Milli 
Şurasının  katibi  olmuş  Mirzə  Bağır  Əliyev  1918-1920-ci  illər 
hadisələrindən  bəhs  edən  gündəlik  yazmış  və  həmin  gündəlik 
“Qanlı günlərimiz” adı ilə kitab kimi çap edilmişdir. 
 
1918-ci  il  may  ayının  28-də  Azərbaycan  xalqı  öz  dövlət 
müstəqilliyini  bərpa  edərək  müsəlman  şərqinin  ilk  demokratik 
respublikasını  –  Azərbaycan  Xalq  Cümhuriyyətini  yaratdı.  AXC 
dövründə ölkədə və onun ətrafında siyasi vəziyyət çox mürəkkəb 
idi.  1918-ci  ilin  iyununda  Andranik  Ozanyanın  quldur  dəstələri 
Naxçıvana basqın edərək dinc əhaliyə qarşı vəhşiliklər törətdilər. 
Silahlı  erməni  quldur  dəstələri  təkcə  Gilançay  və  Əlincəçay 
vadisində  80-dən  artıq  kəndi  viran  qoymuş,  əhalini  amansızlıqla 
qətlə  yetirmişdilər.  Müsəlman  Milli  Şurası,  onun  Cəfərqulu  xan, 
Rəhim  xan,  Kamran  xan,  Kalbalı  xan  kimi  qəhrəman  üzvləri  və 
yerli  əhali  igidliklə  mübarizə  aparmış,  kömək  üçün  Osmanlı 
Türkiyəsinə müraciət etmişdilər. 1918-ci il iyulun əvvəlində türk 
generalı  Kazım  Qarabəkir  paşanın  qoşunları  yerli  əhali  ilə 
birlikdə  erməni  cəlladlarını  məğlub  edib  Naxçıvandan  qovdular. 
Lakin  I  Dünya  müharibəsində  məğlub  olan  Türkiyə  Mudros 
barışığına  (1918,  30  oktyabr)  əsasən,  öz  qoşunlarını  Cənubi 
Qafqazdan,  eləcə  də  Naxçıvandan  çıxarmağa  məcbur  oldu.  Türk 
qoşunlarının  diyarı  tərk  etməsindən  sonra  1918-ci  il  noyabrın    
3-də  Naxçıvanda  paytaxtı  Naxçıvan  şəhəri  olan  Araz-Türk 
Respublikası  yaradıldı.  Onun  ərazisi  8,6  min  kv.km,  əhalisi  isə   
1 milyon nəfərə yaxın idi. Bu respublikanın hüdudları Naxçıvan, 

 
 
 
Naxçıvan Muxtar Respublikası – 90 
 
 
Şərur-Dərələyəz  qəzalarını,  Ordubad  mahalını,  habelə  Sərdar-
abad,  Uluxanlı,  Vedibasar,  Qəmərli,  Mehri  və  s.  əraziləri  əhatə 
edirdi.  Cümhuriyyətin  Nazirlər  Şurasının  sədri  Əmir  bəy  Ək-
bərzadə, hərbi nazir isə İbrahim bəy Cahangiroğlu idi. Araz-Türk 
Respublikası  bölgəni  və  onun  əhalisini  erməni  basqınlarından 
qorumaq  məqsədilə  silahlı  dəstələr  yaratmış  və  düşmənə  qarşı 
fəal hərbi əməliyyatlar keçirmişdir.  
 
1919-cu  ilin  əvvəllərində  daşnak  hökumətinin  təhriki  ilə 
ingilislər  Naxçıvana  daxil  oldular  və  burada  ingilis  general-
qubernatorluğu  elan  etdilər.  İngilislər  tərəfindən  sıxışdırılan 
Araz-Türk  Respublikası  1919-cu  ilin  martında  süqut  etdi.  Bu 
respublika  az  yaşasa  da,  mühüm  xidmətləri  ilə  əbədiləşdi.  Belə 
ki, Araz-Türk Respublikası bölgənin azərbaycanlı əhalisinin qüv-
vələrini  düşmənlərə  qarşı  birləşdirməkdə  mühüm  rol  oynamış, 
əhalinin  daşnaklar  tərəfindən  məhv  edilməsinin  qarşısını  almış, 
ən başlıcası isə bölgənin ermənilərin əlinə keçməsinə imkan ver-
məmişdi. 
 
 
İngilislər Naxçıvanı Ermənistana vermək istəyirdilər. Nax-
çıvan  Müsəlman  Milli  Şurası  ermənilərlə  ümumxalq  mübari-
zəsinə qalxdı. Kalbalı xanın rəhbərliyi ilə xalq qoşunu ermənilərə 
sarsıdıcı  zərbə  vurdu  və  avqustun  30-da  (1919)  ermənilər  Nax-
çıvandan  qovuldu.  Bundan  sonra  AXC  hökuməti  Səməd  bəy 
Cəmilinskini Naxçıvan bölgəsinin general-qubernatoru təyin etdi. 
Səməd  bəy  dərhal  idarəetmə  strukturları  yaratmağa  başladı.  Bu 
zaman Naxçıvanda Amerika general-qubernatorluğun yaradılma-
sına  təşəbbüs  edilsə  də,  yerli  əhali  buna  imkan  vermədi.  Zəngə-
zurun  erməni  daşnakları  tərəfindən  tutulması  (1919,  23  noyabr) 

 
 
 
Naxçıvan Muxtar Respublikası – 90 
 
 
Naxçıvanı  çətin  vəziyyətə  salsa  da,  ərazini  erməni  işğalından 
qorumaq mümkün oldu. 
 
1920-ci  il  aprelin  28-də  Azərbaycanın  Rusiya  tərəfindən 
işğalı ilə Azərbaycan Xalq Cümhuriyyəti süqut etdi. İyulun 28-də 
Naxçıvanda  Sovet  hakimiyyəti  quruldu.  Naxçıvan  Hərbi  İnqilab 
Komitəsinin  1920-ci  il  avqustun  10-da  Azərbaycan  SSR  XKŞ-
nın  sədri  N.Nərimanova  göndərdiyi  məktubda  deyilirdi:  “Nax-
çıvan  diyarı  zəhmətkeşlərin  böyük  əksəriyyətinin  arzu  və 
tələblərini  nəzərə  alaraq,  özünü  Azərbaycan  SSR-in  ayrılmaz 
tərkib hissəsi elan etmişdir”.
 
1920-ci  ilin  sentyabrında  Naxçıvana  daşnak  hərbi  hissə-
lərinin hücumu başladı. Naxçıvanlılar erməni hücumlarının qarşı-
sını  aldılar.  Sentyabrın  18-də  Ordubad,  noyabr-dekabr  döyüşləri 
nəticəsində isə Şərur azad edildi.  
Sovet  Rusiyası  da  Naxçıvanı  Ermənistana  birləşdirmək 
üçün  bütün  vasitələrdən  istifadə  edirdi.  İ.Stalin,  Q.Orconikidze, 
S.M.Kirov,  G.Çiçerin  və  b.  bu  istiqamətdə  iş  aparırdılar.  Er-
mənistanda Sovet hakimiyyəti qurulduqdan sonra Naxçıvan üçün 
təhlükə  daha  da  artdı.  Naxçıvan  əhalisinin  inadlı  müqaviməti  və 
mübarizəsi  sayəsində  antiazərbaycan  siyasəti  baş  tutmadı.  Nəti-
cədə,  Ermənistan  Hərbi  İnqilab  Komitəsi  1920-ci  il  dekabrın   
28-də  Naxçıvanı  müstəqil  sovet  respublikası  kimi  tanıdı  və 
daşnakların  bu  ərazi  ilə  əlaqədar  iddialarından  imtina  etdiklərini 
bəyan etdilər. 
Naxçıvan  və  Zəngəzurun  Ermənistan  ərazisinə  qatılması 
barədə  Ermənistan  hökuməti  ilə  sovet  Rusiyası  arasında  razı-
laşma əldə edilmişdi. Ermənistan SSR hökuməti Naxçıvanı ilhaq 
etmək üçün yeni cəhdlər göstərirdi. Lakin 1921-ci ilin yanvarında 

 
 
 
Naxçıvan Muxtar Respublikası – 90 
 
 
Azərbaycan,  Ermənistan  və  Rusiya  nümayəndələrinin  təşəbbüsü 
ilə  keçirilmiş  rəy  sorğusunda  Naxçıvan  əhalisinin  90  faizdən 
çoxu  Naxçıvan  mahalının  muxtariyyət  statusunda  Azərbaycan 
SSR-in tərkibində qalmasına səs verdi. 
1920-ci  ilin  aprel  ayından  başlayaraq  Türkiyə  ilə  Rusiya 
arasında  münasibətlərdə  mülayimləşmə  hiss  olunurdu.  Bundan 
istifadə  edən  Türkiyə  hökuməti  həm  XIX  əsrin  70-ci  illərində 
itirilmiş  torpaqlarının  geri  qaytarılması,  həm  də  Rusiyanın 
yardımından  faydalanaraq  istiqlal  mübarizəsində  qalib  gəlməsini 
düşünürdü.  Bu  məqsədlə  də  Rusiya  ilə  danışıq  aparmaq  üçün 
Bəkir  Sami  bəyin  başçılığı  ilə  nümayəndə  heyətini  Moskvaya 
göndərmişdi.  Bir  qədər  sonra  Yusif  Kamal  bəyin  başçılığı  ilə 
Moskvaya  daha  bir  nümayəndə  heyəti  göndərildi.  Hər  iki 
danışıqlarda  Naxçıvan  məsələsinə  də  xüsusi  əhəmiyyət 
verilmişdi.  Danışıqlarda  Azərbaycan  SSR-in  RSFSR-dəki 
fövqəladə  və  səlahiyyətli  nümayəndəsi  B.Şahtaxtinskinin  də 
mühüm  xidmətləri  olmuşdu.  Danışıqlar  nəticəsində  1921-ci  il 
martın  16-da  iki  ölkə  arasında  “Dostluq  və  qardaşlıq  haqqında” 
Moskva  müqaviləsi  imzalandı.  Müqavilə  16  maddədən  və           
2  əlavədən  ibarət  idi.  Onun  III  maddəsində  deyilirdi:  “Razılığa 
gələn hər iki tərəf Naxçıvan vilayətinin hazırkı Müqavilənin I (C) 
əlavəsində  göstərilən  sərhədlərdə  Azərbaycanın  protektoratlığı 
altında  muxtar  ərazi  yaratmasına  razıdırlar,  o  şərtlə  ki, 
Azərbaycan 
bu 
protektoratlığı 
üçüncü 
dövlətə 
güzəştə 
getməməlidir”.  Bu  maddə  Naxçıvanın  taleyinin  həll  edilməsində 
tarixi əhəmiyyətə malik oldu. Naxçıvan məsələsi özünün ədalətli 
həllini tapdı və Azərbaycan ərazisinin bütövlüyü qismən də olsa, 
qorunmuş oldu.  

 
 
 
Naxçıvan Muxtar Respublikası – 90 
 
 
Moskva  müqaviləsinin  şərtləri  1921-ci  il  oktyabrın  13-də 
Rusiya  nümayəndəsinin  iştirakı  ilə  Türkiyə,  Azərbaycan, 
Gürcüstan və Ermənistan arasında bağlanmış Qars müqaviləsi ilə 
daha  da  möhkəmləndirildi.  Müqavilədə  yenə  də  Naxçıvanın 
Azərbaycanın  tərkibində  saxlanılması  və  ona  muxtariyyət 
verilməsi 
məsələsi 
təsbit 
olunmuşdur. 
Lakin 
Moskva 
müqaviləsindən  fərqli  olaraq  Qars  müqaviləsinin  V  maddəsində 
Naxçıvanın  statusu  məsələsində  razılığa  gələn  tərəflər  müəyyən 
edilmişdir.  Bunlar  Türkiyə,  Azərbaycan  və  Ermənistan 
hökumətləri idi. 
1922-ci  il  yanvarın  25-də  Naxçıvan  diyarının  I  Sovetlər 
qurultayı  Naxçıvan  İnqilab  Komitəsini  ləğv  etdi,  Naxçıvan 
İcraiyyə  Komitəsi  və  Naxçıvan  SSR  Xalq  Komissarları  Soveti 
yaratdı.  1923-cü  il  fevralın  27-də  III  Ümumnaxçıvan  Sovetlər 
qurultayı  Naxçıvan  SSR-in  muxtariyyət  hüquqları  əsasında 
Azərbaycan  SSR  tərkibinə  daxil  edilməsi  haqqında  qərar  qəbul 
etdi  və  Azərbaycan  MİK-ə  müraciət  ünvanlandı.  Azərbaycan 
MİK-in III sessiyası bu müraciəti təsdiq etdi. 
1923-cü  ilin  16  iyunundan  Naxçıvan  SSR-in  statusu  məh-
dudlaşdırıldı  və  o  Naxçıvan  Muxtar  Diyarına  çevrildi.  1923-cü 
ilin  sonunda  Naxçıvan  Muxtar  Diyarının  muxtar  respublikaya 
çevrilməsi  məsələsi  irəli  sürüldü.  Azərbaycan  MİK  1923-cü  il 
dekabrın  31-də  bu  barədə  qərar  qəbul  etdi.  Zaqafqaziya  MİK-in 
1924-cü il yanvarın 8-də keçirilən I plenumu bu qərarı təsdiqlədi. 
1924-cü  il  yanvarın  18-də  Naxçıvan  MSSR-in  hakimiyyət  or-
qanları təşkil edildi. 
1924-cü  il  fevralın  9-da  Azərbaycan  SSR  MİK-in  dekreti 
ilə  Naxçıvan  Muxtar  Diyarı  Naxçıvan  MSSR-ə  çevrildi. 

 
 
 
Naxçıvan Muxtar Respublikası – 90 
 
 
Beləliklə,  ermənilərin  Naxçıvanın  Azərbaycandan  qoparılmasına 
yönəlmiş  düşmənçilik  niyyətləri  boşa  çıxdı,  Naxçıvanın 
Azərbaycanın ayrılmaz tərkib hissəsi olması və onun Azərbaycan 
dövlətçiliyindəki yeri öz ədalətli hüquqi qiymətini aldı. 
Naxçıvan  Muxtar  Respublikasının  sahəsi  tarixi  Naxçıvan 
ərazisinin  yalnız  5.988  kv.km-ni  əhatə  edirdi.  1929-1930-cu 
illərdə  və  bundan  sonra,  Kreml  rejimi  Moskva  və  Qars 
müqavilələrinin  qərarlarına  zidd  olaraq  Naxçıvana  qarşı 
ermənilərin  yeni  ərazi  iddialarını  həyata  keçirdi.  Nəticədə, 
muxtar  respublikanın  ərazisi  daha  da  azaldıldı.  Təkcə  1929-cu 
ildə Zaqafqaziya MİK-in qərarı ilə Naxçıvanın 657 kv.km ərazisi 
-  Şərur  qəzasının  Qurdqulaq,  Xaçik,  Horadiz,  Naxçıvan  qəzası 
Şahbuz  nahiyəsinin  Oğbin,  Ağxaç,  Almalı,  İtqıran,  Sultanbəy 
kəndləri,  Ordubad  qəzasının  Qorçevan  kəndi,  habelə  Kilit  kəndi 
torpaqlarının  bir  hissəsi  Ermənistana  verildi.
 
Hazırda  Naxçıvan 
Muxtar  Respublikasının  ərazisi  5,5  min  kv.km-dir.  Azərbaycan 
xalqının 
ümummilli 
lideri 
Heydər 
Əliyev 
Azərbaycan 
Respublikası  Konstitusiya  Komissiyasının  1998-ci  il  yanvarın 
14-də  keçirilən  iclasında  demişdir:  “Naxçıvanın  muxtariyyəti 



Поделитесь с Вашими друзьями:
  1   2   3   4   5   6   7   8   9   10


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə