Azərbaycan respublikasi



Yüklə 49,79 Mb.
Pdf görüntüsü
səhifə7/22
tarix02.01.2022
ölçüsü49,79 Mb.
#2530
1   2   3   4   5   6   7   8   9   10   ...   22
II mərhələ: 1969-1987-ci illər 
 
 
Naxçıvanın  iqtisadiyyatının  inkişafında  və  sosial-mədəni 
həyatında əsaslı dönüş mərhələsi ulu öndərimiz Heydər Əliyevin 
1969-cu  ildə  Azərbaycanda  hakimiyyətə  gəlməsi  və  misilsiz 
fəaliyyəti ilə bağlıdır. Ölkənin Bakı və Sumqayıt şəhərləri istisna 
olmaqla,  digər  inzibati  ərazilərində  sosial-iqtisadi  inkişafın  çox 
geri  qaldığını  və  bunun  da  Azərbaycanın  ümumi  inkişafı 
qarşısında  ciddi  maneəyə  çevrildiyini  aydın  görən  ümummilli 
liderimiz Azərbaycan Kommunist Partiyasına rəhbərlik etdiyi ilk 
günlərdən  aqrar  rayonların  inkişafını,  onlara  investisiya 
qoyuluşlarının  fasiləsiz  artırılmasını  ön  plana  çəkdi.  Həmin 
dövrdə  Naxçıvan  Muxtar  Respublikasının  da  sosial-iqtisadi 
həyatında  yüksək  inkişaf  mərhələsinin  əsasları  qoyulmuşdur.  Bu 
islahatların  intensivliyini  belə  bir  fakt  da  təsdiq  edir  ki,  8-ci 
beşilliyin  ilk  üç  ilində  –  1966-1968-ci  illərdə  Naxçıvanın  xalq 


 
 
 
Naxçıvan Muxtar Respublikası – 90 
 
 
təsərrüfatına  cəmi  91  milyon  manat*
*
 və  ya  hər  il  orta  hesabla 
30,3  milyon  manat*  kapital  qoyulduğu  və  sənaye  məhsulu 
istehsalı  1965-ci  ilə  nisbətən  1968-ci  ildə  20  faiz  artdığı  halda, 
1969-1970-ci illərdə kapital qoyuluşu 105 milyon manata* və ya 
hər  il  orta  hesabla  52,5  milyon  manata*  çatmış,  sənaye  məhsu-
lunun  həcmi 83  faiz artmışdır. Elə  ilk  illərdən tikinti-quraşdırma 
işlərinə də xüsusi diqqət  yetirilmişdir. Əgər 1966-1968-ci  illərdə 
bu  sahəyə  58  milyon  manat*  vəsait  yönəldilmişdisə,  sonrakı  iki 
ildə 76 milyon manat* əsaslı vəsait qoyulmuşdur.  
Növbəti  beşilliklər  dövründə  də  Naxçıvanın  iqtisadiyyatı 
sürətlə  inkişaf  etdirildi.  1966-1970-ci  illərdə  muxtar  respubli-
kanın  xalq  təsərrüfatına  əsaslı  vəsait  qoyuluşu  1961-1965-ci 
illərdə  olduğuna  nisbətən  4,8  dəfə  çox  idi.  1971-1975-ci  illərdə 
isə  xalq  təsərrüfatına  əsaslı  vəsait  qoyuluşu  46  il  (1925-1970-ci 
illər)  ərzində  qoyulmuş  əsaslı  vəsaitdən  xeyli  çox  olmuşdur. 
Ümumiyyətlə,  iqtisadiyyatın  bütün  sahələrinin  inkişafı  üçün 
1970-1985-ci  illərdə  900  milyon  manat*  investisiya  qoyulmuş-
dur.  Onun  orta  illik  həcmi  60  milyon  manat*  təşkil  edirdi  ki,  bu 
da  əvvəlki  on  ilin  orta  göstəricisindən  (21  milyon  manat*)        
2,9  dəfə  çox  idi.  Nəticədə,  muxtar  respublikada  xalq 
təsərrüfatının  müxtəlif  sahələrində  783  milyon  manatlıq*  əsas 
fondlar  yaradıldı.  Həmin  illərdə  Araz  çayı  üzərində  iri  su  anbarı 
ilə  birlikdə  su  elektrik  stansiyası,  Alt  Trikotaj  Məmulatları 
Fabriki,  yeni  mineral  su  zavodu,  Şüşə  Qablar  Zavodu,  Taxıl 
Məhsulları  Kombinatı,  Evtikmə  Kombinatı,  Dəmir  Beton 
Məmulatları  Zavodu,  şərabçılıq  müəssisələri,  süd  zavodu, 
                                                             
*
 
) qeyd olunan illərdə faktiki tədavüldə olan manatı ifadə edir
 


 
 
 
Naxçıvan Muxtar Respublikası – 90 
 
 
bütövlükdə,  16  iri  sənaye  müəssisəsi  tikilib  istifadəyə  verildi. 
Naxçıvan  Xalça  Kombinatının,  Şərur  Konserv  Zavodunun,  yeni 
dəmir-beton  məmulatları  müəssisələrinin  tikintisinin  başa 
çatdırılması,  mövcud  müəssisələrin,  xüsusən  Naxçıvan  Elektro-
texnika Zavodunun, Ordubad Konserv Zavodunun və İpək Fabri-
kinin yenidən qurulması sahəsində əsaslı tədbirlər həyata keçiril-
di.  Ümumiyyətlə,  Naxçıvan  Muxtar  Respublikasında  1969-cu 
ildə 1, 1970-1979-cu illərdə 13, 1981-1985-ci illərdə 7 (cəmi 21 iri 
müəssisə) sənaye müəssisəsi tikilmiş, bir neçə sənaye müəssisəsi 
əsaslı  surətdə  yenidən  qurulmuşdur.  Bütün  bu  genişmiqyaslı 
quruculuq 
fəaliyyəti 
nəticəsində 
Naxçıvan 
Muxtar 
Respublikasında  sənaye  məhsulunun  ümumi  həcmi  1985-ci  ildə 
1970-ci  ilə  nisbətən  4,6  dəfə  artmışdır.  Bütün  mühüm  sənaye 
məhsulları  istehsalı,  o  cümlədən  elektrik  enerjisi  35  dəfə,  ipək 
xammalı 2,2 dəfə, konservləşdirilmiş  məhsullar 3,5 dəfə, daşduz 
2 dəfə, mineral sular və şərab məhsulları bir neçə dəfə artmışdır. 
Sənaye  məhsulları  istehsalının  sürətli  artımı  istər  70-ci  illər, 
istərsə  də  80-ci  illərin  birinci  yarısı  üçün  xarakterikdir.  Sənaye 
məhsulunun  həcmi  1970-ci  ilə  nisbətən  1980-ci  ildə  2,6  dəfə, 
1980-ci  ilə  nisbətən  1985-ci  ildə  1,7  dəfə  artmışdır.  Sovet 
hakimiyyəti  dövründə  ilk  dəfə  öz  imkanlarına  uyğun  səviyyədə 
inkişaf  edərək  sənayenin  miqyasına  görə  muxtar  respublika 
Azərbaycanın  sənaye  potensialında  öz  mövqeyini  gücləndirə 
bildi.  Ölkə  üzrə  sənaye  məhsulu  istehsalında  Naxçıvan  səna-
yesinin  xüsusi  çəkisi  artaraq  1970-ci  ildəki  1,1  faizdən  1985-ci 
ildə 2,3 faizə çatmışdır. 
Bu  dövr  ərzində  bir  sıra  sənaye  məhsullarının  istehsal 
həcminə  görə  muxtar  respublikanın  Azərbaycan  iqtisadiyyatında 


 
 
 
Naxçıvan Muxtar Respublikası – 90 
 
 
rolu  artmışdı.  1985-ci  ildə  Azərbaycanda  istehsal  olunan  daş-
duzun  hamısı  (118  min  ton),  mineral  suların  (147,5  milyon  litr) 
və  alt  trikotaj  məmulatlarının  əsas  hissəsi,  konservlərin            
(35 milyon şərti banka) 6 faizə qədəri, ipək xammalının (107 ton) 
23  faizdən  çoxu,  üzlük  travertin  və  butulka  istehsalının  hamısı, 
şərab  məhsulunun  xeyli  hissəsi  Naxçıvanın  payına  düşürdü. 
Sənaye  sahələri  arasında  və  sahələr  daxilində  istehsal  əlaqələri 
yaranır  və  getdikcə  genişlənirdi  ki,  bu  da  sənayenin  tədricən 
kompleks  inkişafının  və  səmərəliliyinin  artmasını  təmin  edən 
amilə çevrilirdi.  
1970-ci  illəri  əvvəlki  illərdən  fərqləndirən  əsas  cəhət 
ondan  ibarətdir  ki,  muxtar  respublikada  tarixən  mövcud  olmuş 
yüngül  və  yeyinti  sənaye  sahələri  inkişaf  etdirilməklə  bərabər 
sənayenin  yeni  sahələri  də  yaranmış,  energetika,  dağ-mədən, 
maşınqayırma  və  metal emalı kimi  mütərəqqi sənaye sahələri də 
sürətlə inkişaf etmişdir. Yerli kənd təsərrüfatı xammalını və təbii 
ehtiyatları  istehsal  dövriyyəsinə  cəlb  etməklə  ət-süd,  tütün  - 
fermentasiya,  mineral  sular,  pambıq,  parça-tikiş  istehsalı  kimi 
yeni  istehsal  sahələri  və  müəssisələr  işə  salınmışdır  ki,  bu  da 
muxtar 
respublikada 
vahid 
ərazi 
istehsal 
kompleksinin 
formalaşmasına kömək etmişdir.  
 
1970-ci  illərdə  muxtar  respublikada  sənayenin  sahə 
quruluşunda  xeyli  dəyişikliklər  baş  vermişdir.  Maşınqayırma  və 
metal  emalı,  tikinti  materialları  və  yeyinti  sənayesinin  ümumi 
məhsul  istehsalında  xüsusi  çəkisi  artmışdır.  Maşınqayırma  və 
metal  emalı  muxtar  respublikanın  sənaye  strukturunda  1970-ci 
illərdə baş vermiş mütərəqqi dəyişikliklərin  məhsuludur. 1970-ci 
ildə  bu  sahənin  payına  ümumi  sənaye  məhsulunun  2,1  faizi  və 


 
 
 
Naxçıvan Muxtar Respublikası – 90 
 
 
sənaye məhsulu istehsalının 6,6 faizi düşdüyü halda, 1982-ci ildə 
bu  göstərici  müvafiq  olaraq  3,8  və  13,2  faiz  olmuşdur. 
Maşınqayırma  və  metal  emalı  sahəsi  Naxçıvan  üçün  vacib  olan 
bir  çox  sənaye  məhsulu,  o  cümlədən  elektrotexnika  məhsulları, 
istehsal  təyinatlı  metal  məhsullar,  təsərrüfat  və  məişət  təyinatlı 
metal  qablar  istehsal  edir,  maşın  və  avadanlıqların  təmirini  və 
modernləşdirilməsini  həyata  keçirirdi.  Maşınqayırma  sahəsi  üzrə 
ən  böyük  müəssisə  Naxçıvan  Elektrotexnika  Zavodu  idi. 
Elektrotexnika  zavodunda  müxtəlif  tənzimləyici  aparatlar, 
drossellər,  starter  tutacaqları  və  digər  istehlak  malları  istehsal 
olunurdu.  Naxçıvan  Alüminium  Qablar  Zavodu,  Şahbuz 
Avtomobil  Təmiri  Zavodu,  Naxçıvan  Məişət  Texnikası  Zavodu 
da  maşınqayırma  və  metal  emalının  tərkibinə  daxil  olmaqla 
müxtəlif təsərrüfat, məişət xarakterli məhsullar istehsal edir və ya 
onlara xidmət göstərirdilər. 
 
İqtisadiyyatın  və  əhalinin  sürətlə  artan  tələbatını,  habelə 
uzaqdan  daşınmasının  çox  baha  başa  gəldiyini  nəzərə  alaraq 
1970-1980-ci  illərdə  tikinti  materialları  istehsalının  artmasına  və 
bu  sahədə  yeni  müəssisələrin  tikilib  işə  salınmasına  xüsusi  fikir 
verilmişdir. 1973-cü ildə gücü 20 min kubmetr olan dəmir-beton 
məmulatları  zavodu,  1977-ci  ildə  həmin  güclə  yığma  dəmir-
beton  məmulatları  zavodu,  1979-cu  ildə  şüşə  tara  zavodu,  80-ci 
illərin  əvvəllərində  Şahtaxtı  travertin  bloklar  karxanası  və  iri 
panelli  evtikmə  zavodu  tikilib  istifadəyə  verildi.  Tikinti 
materialları  sənayesi  dəmir-beton  məmulatları,  tikinti  daşı,  emal 
olunmamış  mərmər,  müxtəlif  üzlük  plitələr,  kərpic,  inşaat  gəci, 
travertin bloku  və bu kimi digər  məhsulların  istehsalından  ibarət 
olmaqla  çox  sahəli  xarakter  daşıyır  və  əsasən  yerli  tələbatı 


 
 
 
Naxçıvan Muxtar Respublikası – 90 
 
 
ödəyirdi.  İstehsal  olunmuş  mərmərin,  üzlük  plitənin,  travertin 
blokunun  bir  hissəsi  muxtar  respublikadan  digər  bölgələrə  ixrac 
olunurdu.  Şahtaxtı  kəndində  istehsal  olunan  yüksəkkeyfiyyətli 
travertin  üzlük  plitələri  metro,  kinoteatr,  inzibati  binaların 
tikintisində və digər işlərdə istifadə olunurdu. Bu qiymətli tikinti 
materialı  təkcə  Azərbaycanda  deyil,  həm  də  keçmiş  SSRİ-nin 
başqa  regionlarında,  eləcə  də  xarici  ölkələrdə  yüksək 
qiymətləndirilmişdir.  Təkcə  1983-cü  ildə  istehsal  olunmuş     
27,6  min  kubmetr  travertinin  10  min  kubmetri  Moskva, 
Leninqrad,  Minsk,  Daşkənd  və  Soçi  şəhərlərinə  ixrac 
olunmuşdur.  1985-ci  ildə  47,7  min  kubmetr  travertin  istehsal 
olunmuş, həmin şəhərlərə travertin bloku ixracı daha da artmışdı. 
Şüşə  sənayesi  Azərbaycanda  yeganə  olan  irihəcmli           
(50  milyon  ədəd  butulka  istehsalı  gücündə)  şüşə  tara  zavodu  ilə 
təmsil  olunmuşdu.  Bu  zavod  Naxçıvanda  mineral  su  istehsalının 
(Badamlı,  Sirab,  Vayxır)  artması  nəticəsində  şüşə  qablara 
yaranmış  tələbatı  ödəmək  üçün  tikilmişdi.  1983-cü  ildə             
34  milyon  ədəd  yarım  litrlik  şüşə  tara  istehsal  olunmasına 
baxmayaraq, tələbat yenə də ödənmirdi.  
Yüngül  sənaye  muxtar  respublikanın  ənənəvi  sənaye 
sahələrindən biri olmaqla bir çox vacib və əhəmiyyətli məhsullar 
istehsal edirdi. İpəkçilik  isə bu sənayenin  ən böyük sahələrindən 
biri  idi.  Hələ  inqilaba  qədər  bu  diyarda  ipəkçilik  fabrikləri 
fəaliyyət  göstərirdi.  Bu  fabriklər  baramaaçma  ilə  məşğul  olurdu. 
Sovet  dövründə  onların  bazasında  Azərbaycanda  ən  böyük 
ipəkçilik  fabriklərindən  biri  olan  Ordubad  baramaaçma  fabriki 
təşkil  olundu.  1969-cu  ildə  bu  zavod  yenidən  quruldu  və  burada 
144  ədəd  baramaaçan  dəzgah  quraşdırıldı.  Artıq  1980-ci  ildə  o, 


 
 
 
Naxçıvan Muxtar Respublikası – 90 
 
 
Naxçıvan  Muxtar  Respublikasının  ən  böyük  yüngül  sənaye 
müəssisəsi  idi.  1982-ci  ildə  muxtar  respublikanın  yüngül 
sənayesində  işləyənlərin  27  faizi  və  istehsal  olunan  ümumi 
məhsulun  63  faizi  bu  müəssisənin  payına  düşürdü.  Ordubad 
baramaaçma  fabriki  yerli  və  qonşu  regionlarda  istehsal  olunan 
baramanı  ilkin  emal  edərək  ölkənin  bir  çox  toxuculuq 
müəssisələrinə  göndərirdi. 1985-ci  ildə burada 107 ton xam  ipək 
istehsal olunmuşdu ki, bu da 1940-cı ildəki göstəricidən 6,3 dəfə, 
1970-ci ildəki göstəricidən isə 2,2 dəfə çox idi. 
1981-ci  ildə  istifadəyə  verilmiş  istehsal  gücü  il  ərzində      
9,1  milyon  ədəd  olan  alt  trikotaj  fabriki  Azərbaycanın  həmin 
profildə məhsul istehsal edən ən böyük müəssisələrindən biri idi. 
Cəmi  üç  il  sonra  –  1983-cü  ildə  fabrikin  istehsal  gücünün  bir 
hissəsi  ilə  işləməsinə baxmayaraq, burada artıq 678  nəfər (bütün 
yüngül  sənaye  işçilərinin  23  faizindən  çoxu)  işləməklə             
5,6 milyon ədəd müxtəlif trikotaj məhsulları istehsal edilmişdi.  
Tikiş  sənayesi  Naxçıvanın  nisbətən  əvvəllər  yaranmış 
yüngül  sənaye  sahəsidir.  Bu  sahə  1970-1980-ci  illərdə  daha  da 
inkişaf  etmişdir.  Bu  sahəyə  aid  olan  müəssisələr  muxtar 
respublikanın  bütün  rayon  və  şəhərlərində  olan  məişət  xidməti 
kombinatlarının  nəzdində  fəaliyyət  göstərmişdir.  Bunlardan  ən 
böyükləri  Naxçıvan  Tikiş  Fabriki,  Naxçıvan  İstehsal  Kombinatı 
və Naxçıvan Fərdi Tikiş Fabriki idi. Müəssisələr yerli əhalinin və 
Azərbaycanın  başqa  rayonlarının  əhalisinin  tələbatını  ödəmək 
üçün  geniş  çeşiddə  məhsullar  istehsal  edirdi.  1970-ci  illərdə 
Naxçıvan  Fərdi  Tikiş  Fabriki  əsaslı  surətdə  yenidən  qurulmuş, 
genişləndirilmiş  və  texniki  bazası  yenilənmişdir.  1983-cü  ildə 
muxtar  respublikanın  yüngül  sənaye  müəssisələri  2  milyon 


 
 
 
Naxçıvan Muxtar Respublikası – 90 
 
 
ədəddən çox kişi və uşaq köynəkləri, 15 min metr pambıq parça, 
ayaqqabı və başqa məhsullar istehsal etmişdi.  
Yeyinti 
sənayesi 
Naxçıvan 
Muxtar 
Respublikasının 
tamamilə  yerli  xammala  əsaslanan,  daha  çox  şəbəkələri  olan, 
daha qədim tarixə malik və daha çox çeşidli məhsul istehsal edən 
sənaye  sahəsidir.  1970-1985-ci  illərdə  muxtar  respublikada 
sənaye  sahəsində  tikilib  istifadəyə  verilmiş  21  müəssisədən  11-i 
və ya 52 faizi yeyinti sənayesinin payına düşmüşdür. 1970-1985-ci 
illərdə  5  ilkin  şərab  zavodu,  quşçuluq  fabriki,  pivə  zavodu,  süd 
zavodu,  pendir  zavodu,  dəyirman  kombinatı,  mineral  su  zavodu, 
çörəkbişirmə  müəssisələri  tikilib  istifadəyə  verilmiş,  mövcud 
müəssisələrdə  yenidənqurma  işləri  aparılmışdır.  Bütün  bunların 
nəticəsində  Naxçıvanda  çoxsahəli  yeyinti  sənayesi  istehsal 
kompleksi 
formalaşmışdır. 
Yeyinti 
sənayesinin 
məhsul 
istehsalında xüsusi çəkisi 1960-1980-ci illərdə daha da artmışdır. 
1955-ci  ildə  muxtar  respublikada  istehsal  olunan  sənaye 
məhsulunun  həcminin  36,3  faizi,  1970-ci  ildə  62  faizi,  1975-ci 
ildə  76,1  faizi  və  1980-ci  ildə  77,5  faizi  yeyinti  sənayesinin 
payına  düşmüşdür.  1970-1985-ci  illərdə  şərabçılıq  muxtar 
respublikanın  ən  çox  inkişaf  etmiş  yeyinti  sənayesi  sahəsi  hesab 
olunurdu.  1970-ci  ildə  yeyinti  sənayesi  məhsulunun  həcminin 
57,5  faizi  və  burada  işləyənlərin  17,3  faizi,  1978-ci  ildə  isə 
müvafiq  olaraq  64,5  və  22,1  faizi,  1982-ci  ildə  isə  bütün  sənaye 
məhsulunun  həcminin  42  faizi  və  yeyinti  sənayesi  məhsulunun 
həcminin  63  faizi  şərabçılıq  sənayesinin  payına  düşmüşdür. 
1985-ci  ildə  şərabçılıq  10  iri  müəssisə  ilə  təmsil  olunmuşdu.  Bu 
müəssisələr  muxtar  respublikanın  bütün  rayonlarında  və 
Naxçıvan  şəhərində  yerləşərək  üzümün  ilkin  emalını  və  şərab 


 
 
 
Naxçıvan Muxtar Respublikası – 90 
 
 
istehsalını  həyata  keçirirdilər.  1970-ci  ildə  75  min  dekalitr  şərab 
istehsal edildiyi halda, bu göstərici 1980-ci ildə 319, 1983-cü ildə 
isə  536  min  dekalitrə  çatmışdı.  Həmin  göstəricilər  1970-ci  ilə 
nisbətən müvafiq olaraq 4,2 və 7,1 dəfə çox idi. Şərabçılığın əsas 
mərkəzi Şərur rayonu idi.  
Ordubad  Konserv  Zavodu  Naxçıvanın  yeyinti  sənayesinin 
ən  iri  müəssisəsi  idi.  9-11-ci  beşilliklər  dövründə  bu  müəssisə 
yenidən  qurulmuş  və  genişləndirilmişdi.  Yerli  tərəvəz  və 
meyvələr emal edən bu müəssisədə məhsul istehsalı ilbəil artırdı. 
Burada  1970-ci  ildə  10  milyon  şərti  banka  məhsul  istehsal 
edildiyi  halda,  1980-ci  ildə  həmin  göstərici  26  milyon,  1985-ci 
ildə  isə  34,5  milyon  şərti  bankaya  çatmış,  1970-ci  ilə  nisbətən 
müvafiq  olaraq  2,6  və  3,5  dəfə  artmışdı.  Zavod,  əsasən,  meyvə, 
giləmeyvə  və  tərəvəz  konservləri  istehsal  edirdi.  Bu  konservlər, 
xüsusilə  gül,  tut,  qoz  mürəbbələri  özünün  yüksək  keyfiyyəti  ilə 
seçilmiş,  keçmiş  ittifaq  bazarında  özünə  layiqli  yer  tutmuşdur. 
Ordubad  Konserv  Zavodunu  lazımi  xammal  bazası  ilə  təmin 
etmək  üçün  1970-ci  illərdə  Ordubad  rayonunda  meyvə-tərəvəz 
sovxozu  təşkil  olunmuş  və  müvafiq  kənd  təsərrüfatı  məhsul-
larının istehsalı artırılmışdı. 
Naxçıvan  öz  yeraltı  sərvətləri  ilə  də  məşhurdur.  Onu  haqlı 
olaraq mineral sular qalereyası adlandırırlar. Naxçıvan ərazisində 
200-dək mineral su mənbəyi var. 1940-cı illərdə Badamlıda kiçik 
bir mineral su dolduran müəssisə işə salındı. Sonrakı illərdə onun 
texniki bazası möhkəmləndirildi və istehsal həcmi artırıldı. 1953-cü 
ildən  Badamlıda  mexanikləşdirilmiş  və  avtomatlaşdırılmış 
müəssisə  fəaliyyət  göstərməyə  başladı.  1970-1980-ci  illərdə 
Badamlı  Mineral  Su  Zavodunun  istehsal  gücü  xeyli  artırıldı. 


 
 
 
Naxçıvan Muxtar Respublikası – 90 
 
 
Vayxır  və  Sirab  mineral  su  mənbələrindən  məqsədəuyğun 
istifadə  olunmağa  başlandı.  1979-cu  ildə  Naxçıvan  şüşə  tara 
zavodunun  tikilib  istifadəyə  verilməsi  mineral  su  zavodlarının 
şüşə  taralarla  təminatını  yaxşılaşdırmağa  imkan  verdi.  Beləliklə, 
özünün  fiziki-kimyəvi  xassələrinə  görə  bir-birindən  tamamilə 
fərqlənən  yerli  mineral  su  mənbələrindən  istifadə  etməklə  1970-ci 
illərdə  muxtar  respublikada  iri  sənaye  sahəsi  yaradıldı.  Artıq 
1980-ci  illərin  birinci  yarısında  Naxçıvan  Azərbaycanın  nəinki 
təkcə  mineral  su  istehsal  edən  əsas  mərkəzinə  çevrilmiş,  eyni 
zamanda Sovetlər Birliyinin müxtəlif müalicə suları istehsal edən 
iri  bölgələrindən  biri  kimi  tanınmışdı.  Badamlı  və  Sirab  mineral 
su  mənbələri  (müvafiq  olaraq  “Narzan”  və  “Barjomi”  tipində) 
əsasında tikilmiş zavodlarda 1940-cı ildə (Badamlı) 4,4 və 1970-ci 
ildə  37  milyon  ədəd  yarım  litrlik  şüşə  taralarda  mineral  su 
istehsal  olunmuşdur.  1985-ci  ildə  Sirab  mineral  su  mənbəyi 
əsasında  ildə  200  milyon  şərti  butulka  mineral  su  istehsal  edən 
zavod  tikilib  istifadəyə  verildi.  1980-ci  illərdə  istehsal  olunan 
mineral  suyun  60  faizdən  çoxu  muxtar  respublikadan  kənara 
ixrac  edilirdi.  1983-cü  ildə  istehsal  olunmuş  134  milyon  butulka 
mineral  suyun  80  milyon  butulkası  Sovetlər  Birliyinin  150-dən 
çox şəhərinə göndərilmişdi. 
Naxçıvanda  duz  istehsalının  həcmi  mövcud  ehtiyatla 
müqayisədə həmişə az olmuşdur. Duzun hasilatında mövcud olan 
çətinliklər,  texniki  bazanın  zəifliyi  və  məhsulun  daşınması 
imkanlarının məhdudluğu üzündən uzun illər burada duz istehsalı 
aşağı  səviyyədə  olmuşdu.  Sonrakı  illərdə  duz  mədəninin  maddi-
texniki  bazası  genişləndirilmiş,  daşınmanın  nəqliyyatla  təminatı 
yaxşılaşdırılmış  və  nəticədə,  duz  istehsalı  ildən-ilə  tədricən 


 
 
 
Naxçıvan Muxtar Respublikası – 90 
 
 
artmışdır.  1940-cı  ildə  Naxçıvan  duz  mədənindən  45,5,  1970-ci 
ildə 62,1, 1980-ci  ildə 81,8  və 1983-cü  ildə isə 104  min ton duz 
çıxarılmışdı. 1983-cü ildə  istehsal olunan  duzun  miqdarı 1940-cı 
ilə nisbətən 2,3 dəfə çox idi. 
Muxtar respublikada bu dövr ərzində yeyinti sənayesinin bir 
sıra  başqa  müəssisələri  də,  o  cümlədən  bütün  rayon 
mərkəzlərində  və  Naxçıvan  şəhərində  fəaliyyət  göstərən  çörək 
zavodları,  Naxçıvan  ət  kombinatı,  Tumbul  pivə  zavodu, 
Naxçıvan  dəyirman  kombinatı,  süd,  pendir  zavodları,  əsasən, 
yumurta  istehsalı  üzrə  ixtisaslaşmış  quşçuluq  fabriki  fəaliyyət 
göstərmişlər . 
Bu  illərdə  muxtar  respublikada  heyvandarlığın  inkişafı 
üçün  kompleks  işlər  aparılmışdır.  Həyata  keçirilən  tədbirlər 
sırasında  bu  sahənin  ixtisaslaşdırılması,  mal-qara  cinsinin 
yaxşılaşdırılması, 
təmərküzləşmə 
və 
təsərrüfatlararası 
kooperasiyaların  yaradılması  xüsusi  yer  tuturdu.  Bu  tədbirlərin 
nəticəsi 
olaraq, 
kollektiv 
təsərrüfatlarda 
heyvandarlığın 
inkişafında  müsbət  dəyişikliklər  baş  verdi.  1970-ci  ilə  nisbətən 
1980-ci  ildə  muxtar  respublikanın  kolxoz  və  sovxozlarında  ət 
istehsalı  1,5  dəfə,  süd  istehsalı  1,4  dəfə,  yumurta  istehsalı         
2,1 dəfə, yun istehsalı 1,3 dəfə artmışdı.  
Ötən  dövr  ərzində  heyvandarlıq  sahəsində  hər  il  yüksək 
artım  əldə  edilmişdir.  1971-ci  ildə  muxtar  respublikada 
iribuynuzlu  mal-qaranın  sayı  63,8,  1981-ci  ildə  69,  1986-cı  ildə 
72,5  min  baş,  qoyun  və  keçilərin  sayı  isə  müvafiq  olaraq  254,8, 
292,2  və  281,7  min  baş  olmuşdur.  Bütün  təsərrüfat 
kateqoriyalarında  əsas  heyvandarlıq  məhsulları,  o  cümlədən  ət, 
süd, yumurta, yun və barama istehsalı artmışdı.  


 
 
 
Naxçıvan Muxtar Respublikası – 90 
 
 
Əsas növ bitkiçilik məhsullarının istehsalının dəstəklənmə-
sinin nəticəsidir ki, 1975-ci ildə 1970-ci illə müqayisədə tərəvəz-
bostan  məhsulları  istehsalı  180  faiz,  meyvə-giləmeyvə  istehsalı 
129  faiz,  üzüm  istehsalı  133  faiz,  tütün  istehsalı  2,1  dəfə 
artmışdır.  Kənd  təsərrüfatı  məhsullarının  istehsalındakı  artım 
templəri  sonrakı  illərdə  də  davam  etdirilmişdir.  Belə  ki,  1981-ci 
ildə  tərəvəz-bostan  məhsulları  istehsalı  artaraq  18100  tona, 
meyvə-giləmeyvə 
istehsalı 
7187 
tona, 
üzüm 
istehsalı          
103543 tona, tütün  istehsalı  isə 6403 tona  çatmışdır. 1975-ci  illə 
müqayisədə  tərəvəz-bostan  məhsulları  istehsalı  120  faiz, 
məhsuldarlıq  23  sentner,  üzüm  istehsalı  334  faiz,  məhsuldarlıq 
isə 46,9 sentner artmışdır.  
Sənaye  sahəsində  yeni  müəssisələrin  yaradılması,  öz  növ-
bəsində,  muxtar  respublikada  əkin  sahələrinin  artmasını  da  şərt-
ləndirmişdir. 1970-ci ilə nisbətən 1985-ci ildə muxtar respublika-
da  üzümlüklərin  sahəsi  8,1  min  hektardan  13,8  min  hektara, 
meyvə  bağlarının  sahəsi  1,9  min  hektardan  2,6  min  hektara, 
heyvandarlığın  yem  bazasını  möhkəmləndirmək  məqsədilə  yem 
bitkilərinin  əkini  sahəsi  9  min  hektardan  13,5  min  hektara 
çatdırıldı.  Kənd  təsərrüfatı  məhsulları  istehsalının  sahə  qurulu-
şunda  baş  verən  köklü  dəyişikliklər  nəticəsində  burada  əkinçilik 
və heyvandarlıq məhsullarının ümumi həcmi 1,7 dəfə artmışdır. 
1969-cu  ildən  başlayaraq  1980-ci  ilin  axırlarınadək 
meliorasiya  və  su  təsərrüfatı  sahəsində  intibah  dövrü  yaşanmış, 
yeni  hidrotexniki  qurğular  və  su  anbarları  tikilmiş,  kanallar 
çəkilmiş,  torpaqlarda  meliorativ  tədbirlər  həyata  keçirilərək  əkin 
dövriyyəsinə  qatılmışdır.  Muxtar  respublika  ərazisindəki  böyük 
su  anbarlarının  hamısı,  kiçik  sututarlarının  isə  əksəriyyəti  bu 


 
 
 
Naxçıvan Muxtar Respublikası – 90 
 
 
dövrdə  yaradılmışdır.  Məhz  ulu  öndərimizin  səyi  nəticəsində 
1971-ci  ildə  həcmi  1  milyard  350  milyon  kubmetr  olan  Araz, 
1977-ci  ildə  həcmi  150  milyon  kubmetr  olan  Arpaçay,  1980-ci 
ildə  həcmi  12,7  milyon  kubmetr  olan  Sirab,  1989-cu  ildə  həcmi 
17,4  milyon  kubmetr  olan  Bənəniyar  su  anbarları  tikilib 
istifadəyə  verilmişdir.  Məzrə,  Salvartı,  Cəhri-1-2-3,  Dizə,  Yaycı 
kimi kiçik sututarları da 1970-1980-ci illərdə tikilmişdir. 
Ümummilli  liderimiz  Heydər  Əliyevin  1969-cu  ildə  qəbul 
etdiyi  qərarla  muxtar  respublika  ərazisində  ilk  xüsusi  mühafizə 
olunan təbiət ərazisi – ümumi sahəsi 40 000 hektar olan Ordubad 
Dövlət Təbiət Yasaqlığı yaradılmışdır. 
Həmin  illərdə  Naxçıvanda  informasiya  və  telekommuni-
kasiya sistemlərinin əsaslı inkişafı üçün bir sıra mühüm addımlar 
atılmışdır. Azərbaycan televiziyasının və radiosunun, o cümlədən 
Moskva  televiziyasının  muxtar  respublikada  yayımlanması  üçün 
285  kilometrlik  Yevlax-Şuşa-Naxçıvan  radiorele  xətti  çəkilmiş 
və  güclü  radio-televiziya  verici  stansiyaları  işə  salınmışdır.   
1970-1980-ci  illər  ərzində  o  zaman  texnoloji  nailiyyət  sayılan 
addım  tipli  avtomat  telefon  stansiyaları  quraşdırılaraq  hər  üç 
ailədən biri telefonla təmin olunmuşdur. 
 
1974-cü ilin sentyabrında Naxçıvan şəhərində rabitə evinin 
tikilib  istifadəyə  verilməsi  əhalinin  rabitə  vasitələrindən  geniş 
istifadə  etməsinə  imkan  yaratmışdır.  Naxçıvan  və  Culfa  şəhər-
lərində  ümumi  tutumu  2000  nömrəlik  avtomat  telefon  stansiya-
larının  istifadəyə  verilməsi,  şəhərlərarası  telefon  rabitəsi  kanal-
larının  sayının  artırılması,  Bakı,  Sumqayıt,  Yevlax  və  digər 
şəhərlərlə avtomat telefon əlaqəsinin yaradılması, Moskva şəhəri 


 
 
 
Naxçıvan Muxtar Respublikası – 90 
 
 
ilə  birbaşa  danışıq  kanalının  təşkil  edilməsi  rabitə  sahəsindəki 
nailiyyətlərdən idi. 
 
 Muxtar  respublikada  şəhərlərlə,  yanaşı  kəndlərdə  də  tele-
fon  rabitəsinin  yaxşılaşdırılması  istiqamətində  xeyli  işlər  görül-
müşdür. 1978-ci ilədək Culfa rayonunun Qazançı, Ordubad rayo-
nunun  Əylis,  Şərur  rayonunun  Xanlıqlar  və  Qıvraq  kəndlərində 
100  nömrəlik  yenitipli  ATS-lər  quraşdırılıb  istifadəyə  verilmiş, 
bir  sıra  kəndlərdə  köhnətipli  avtomat  telefon  stansiyalar  yeniləri 
ilə  əvəz  edilmiş,  şəhərlə  kəndarası  birləşdirici  xətlərin  sayı 
artırılmışdır.  Şəhər  əhalisinə  5883  nömrəlik,  kənd  əhalisinə  isə 
2610  nömrəlik  avtomat  telefon  stansiyaları  xidmət  göstərmişdir. 
Əhalinin  poçt  rabitəsinə  olan  tələbatı  nəzərə  alınaraq  1980-ci  ilə 
qədər poçt məntəqələrinin sayı 98-ə, poçt daşınmalarında istifadə 
edilən avtomaşınların sayı 22-yə çatdırılmışdır.  
 
1980-1985-ci  illərdə  Naxçıvan  şəhəri  ilə  muxtar  respub-
likanın  bütün  rayon  mərkəzləri  arasında  60  kanallı  kabel  xətləri 
istifadəyə  verilərək  tam  avtomat  telefon  əlaqəsi  yaradılmışdır. 
1985-ci  ilin  sonuna  hər  yüz  ailəyə  düşən  telefon  aparatlarının 
sayı 25-ə çatmışdır. 
 
Ulu öndərin siyasi rəhbərlikdə olduğu illərdə Azərbaycanın 
hər  yerində  olduğu  kimi,  Naxçıvanda  da  nəqliyyatın  inkişafı 
daim  diqqət  mərkəzində  saxlanılmışdır.  Belə  ki,  1969-1982-ci 
illərdə  Naxçıvanda  nəqliyyatın  inkişafı  ilə  əlaqədar  mühüm 
tədbirlər həyata keçirilmiş, bu sahədə maddi-texniki baza daha da 
möhkəmləndirilmiş,  bütün  rayon  mərkəzlərində  və  Naxçıvan 
şəhərində  avtovağzallar  tikilərək  istifadəyə  verilmişdir.  Bundan 
əlavə,  1976-cı  ildə  Naxçıvanda  1800  metrlik  uçuş-enmə  zolağı 
olan  hava  limanı  tikilib  istifadəyə  verilmişdir ki, bu da o dövrün 


 
 
 
Naxçıvan Muxtar Respublikası – 90 
 
 
tələblərinə  uyğun  olaraq,  naxçıvanlıların  tələbatını  tamamilə 
ödəmək gücünə malik idi.  
Muxtar  respublika  iqtisadiyyatının  inkişafı  nəticəsində 
müxtəlif  xalq  təsərrüfatı  yüklərinin  həcmi  1985-ci  ildə             
(20 milyon tondan çox) 1970-ci ilə nisbətən 7 dəfə, həmin dövrdə 
yük  dövriyyəsi  isə  8  dəfə  artmışdır.  İqtisadi  inkişafda  baş  verən 
yüksəliş  Azərbaycanın  bütün  bölgələrində  olduğu  kimi,  burada 
da  bir  sıra  sosial  problemlərin  həllinə  imkan  vermişdir.  Bu 
cəhətdən muxtar respublikada uzun müddət kəskin problem kimi 
özünü  göstərən  yerli  əmək  ehtiyatlarından  daha  səmərəli  və 
dolğun istifadə edilməsi sahəsində qazanılan nailiyyətlər xüsusilə 
əhəmiyyətli  olmuşdur.  Belə  ki,  təkcə  1985-ci  ildə  iqtisadiyyatın 
bütün  sahələrində  işləyənlərin  sayı  1970-ci  ildəki  müvafiq 
göstəriciyə nisbətən 2,1 dəfə artmışdır. 
 
Ulu  öndər  Heydər  Əliyevin  rəhbərliyi  ilə  həyata  keçirilən 
genişmiqyaslı  quruculuq  tədbirlərinin,  Azərbaycanın  dağ  və 
sərhəd  rayonlarının  daha  da  möhkəmləndirilməsi  siyasətinin 
məntiqi nəticəsi kimi Naxçıvan rayonunun tərkibindən ayrılmaq-
la  yeni  rayonun  yaradılması  qərara  alınmışdır.  Azərbaycan  SSR 
Ali  Soveti  Rəyasət  Heyətinin  1978-ci  il  23  oktyabr  tarixli  Fər-
manı  ilə  Babək  rayonu  yaradılmışdır.  Yeni  rayona  Babək  adının 
verilməsi  ulu  öndərimizin  qətiyyətinin,  daim  Azərbaycançılıq 
mövqeyində  dayanmasının,  milli  yaddaşın  bərpası  istiqamətində 
həyata keçirdiyi taleyüklü tədbirlərin nəticəsi idi. 
 
 
 
 


 
 
 
Naxçıvan Muxtar Respublikası – 90 
 
 

Yüklə 49,79 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin