Azərbaycan respublikasi


NAXÇIVAN MUXTAR RESPUBLİKASININ



Yüklə 49,79 Mb.
Pdf görüntüsü
səhifə6/22
tarix02.01.2022
ölçüsü49,79 Mb.
#2530
1   2   3   4   5   6   7   8   9   ...   22
NAXÇIVAN MUXTAR RESPUBLİKASININ 
İQTİSADİYYATI 
 
I mərhələ: 1924-1969-cu illər 
 
 
Sovetlər Birliyinin yarandığı ilk illərdə iqtisadi islahatların 
başlıca  istiqamətini  kollektivləşmə,  əsaslı  təsərrüfatçılıq  və 
sənaye  potensialının  dirçəlişinə  yönəlmiş  tədbirlər  təşkil  edirdi. 
Naxçıvanda  da  sənaye  istehsalının  nisbətən  yeni  texniki  baza 
üzərində  qurulmasına  səy  göstərilirdi.  Bu  istiqamətdə  həyata 
keçirilən tədbirlər çərçivəsində həmin illərdə Ordubad rayonunda 
konserv  zavodu  və  yeni  tipli  ipəkçilik  fabriki  tikilmiş,  Şərur 
rayonunda  pambıq  zavodu  bərpa  olunmuş,  Naxçıvan  şəhərində 
yeni  pambıq  zavodu  tikilmiş,  şərabçılıq  müəssisəsi  bərpa 
olunmuşdur.  Tarixi  inkişafın  gedişini  əks  etdirən  sosial-iqtisadi 
xarakterli  materialların,  sənədlərin  təhlili  göstərir  ki,  sonrakı 
dövrlərdə  Naxçıvan  iqtisadiyyatına  real  vəziyyətdən  irəli  gələn 
diqqət  göstərilməmiş,  müxtəlif  dövrlərdə  onun  qarşısında  duran 
vəzifələrin yerinə yetirilməsinə respublika üzrə icra templərindən 
gec başlanılmışdır. 
 
Azərbaycanda  sənayeləşdirmə  və  birinci  beşillik  planın 
vəzifələrinin  yerinə  yetirildiyi  vaxtda  muxtar  respublikada 
sənayenin qismən yeni texniki baza üzərində bərpası işləri həyata 
keçirilirdi.  Tarixi  mənbələr  göstərir  ki,  muxtar  respublikada 
dağılmış  sənayenin  ilkin  bərpası  duz  mədəni  üzrə  1924-1926-cı, 
ipəkçilik üzrə 1924-1927-ci, konserv istehsalı üzrə 1925-1927-ci, 
şərabçılıq  üzrə  1926-1927-ci  illərdən  başlayaraq  həyata 
keçirilmişdir. 


 
 
 
Naxçıvan Muxtar Respublikası – 90 
 
 
 
Sosialist  inqilabı  ərəfəsində  Naxçıvan  ərazisində  olan 
sənaye  müəssisələri  yüngül  və  yeyinti  sənayesi  sahələrinə  aid 
olmaqla, əsasən, kiçik kustar  xarakteri  daşıyırdı. İnqilabdan son-
rakı  dövrdə  aparılan  bir  sıra  yenidənqurma  işlərinə  baxmayaraq, 
birinci  beşilliyin  axırlarında  muxtar  respublikada  hələ  də  tam 
gücü  ilə  işləməyən,  texniki  bazası  zəif  olan  xeyli  sayda  koope-
rativləşdirilməyən  xırda  müəssisələr  vardı.  1930-cu  ildə  bütün 
sənayedə  işləyənlərin  43,2  faizi,  1932-ci  ildə  isə  50  faizi  fabrik-
zavod  sənayesinin  payına  düşürdü.  Beləliklə,  hələ  birinci  beşil-
liyin axırlarında sənaye  istehsalının  iri  fabrik-zavod  müəssisələri 
hesabına təşkili başa çatmamışdı. Şübhəsiz ki, bu proses sonrakı 
beşillikdə də xeyli vaxt və vəsait tələb etməklə sənayenin ümumi 
inkişafını  və  sahə  quruluşunun  təkmilləşdirilməsi  imkanlarını 
məhdudlaşdırmışdı.  
  
1933-1937-ci  illərdə  Naxçıvanda  yağ  və  pendir  zavodları, 
mərmər  və  mebel  fabrikləri  tikilib  istifadəyə  verildi.  Badamlı 
mineral  su  doldurma  zavodunun  tikintisinə  başlanıldı.  Ordubad 
baramaaçma  fabriki  yenidən  quruldu.  Qarabağlar  və  Xok  kənd-
lərində  muxtar  respublikada  ilk  dəfə  olaraq  kənd  elektrik  stansi-
yaları  tikildi.  1940-cı  ilə  nisbətən  1950-ci  ildə  muxtar  respubli-
kada sənaye məhsulu istehsalı 44 faiz artmışdır. 
Yeni  sənaye  müəssisələri  Naxçıvan  və  Ordubad  şəhərləri 
ilə  yanaşı,  Şərur,  Şahbuz  və  Culfa  rayonlarında  da  tikilirdi.   
1951-1955-ci illərdə Şərur rayonunda elektrik şəbəkəsi, Ordubad 
rayonunda  Parağaçay,  Şərur  rayonunda  Gümüşlü  dağ-mədən 
sənaye  müəssisələri,  Naxçıvan  şəhərində  çörək  zavodu,  ət 
kombinatı,  Şahbuz  rayonunda  Badamlı  mineral  su  doldurma 
zavodu  tikilib  işə  salındı.  Nəticədə,  sənayenin  yeni  sahələri,  o 


 
 
 
Naxçıvan Muxtar Respublikası – 90 
 
 
cümlədən  mineral  sular,  ət,  süd,  çörək-bulka,  əlvan  metal 
istehsalı  sahələri  meydana  gəldi  və  bu  sahələr  hesabına  sənaye 
məhsulu istehsalı 1951-1955-ci illərdə 87 faiz artdı. 
1956-1965-ci  illərdə  tikilən  elektrotexnika  zavodu,  tikinti 
sənaye  müəssisələri, tütün  fermentasiya zavodu  və Sirab  mineral 
su  zavodu  muxtar  respublika  iqtisadiyyatının  inkişafında  böyük 
rol oynadı. Bunlarla yanaşı, Naxçıvanda dəmir-beton məmulatları 
zavodunun tikintisinə, Naxçıvan duz  mədəninin texniki cəhətdən 
yenidən  qurulmasına  başlanıldı.  Artıq  1965-ci  ildə  sənaye 
sahəsində  40  adda  məhsul  buraxılırdı.  Bu  dövr  ərzində  muxtar 
respublikanın elektrikləşdirilməsi istiqamətində mühüm addımlar 
atılmış, Naxçıvana Mingəçevir Su Elektrik Stansiyasından enerji 
verilməsinə  başlanılmışdır.  Xam  ipək  istehsalı  həmin  dövrdə     
40  tona  çatdırılmışdır.  1964-cü  ildə  yaradılmasının  40  illiyi  və 
əldə  etdiyi  nailiyyətlərə  görə  Naxçıvan  Muxtar  Respublikasına 
Lenin ordeni verilmişdir.  
 
Naxçıvan  iqtisadiyyatının  1956-1965-ci  illərdəki  inkişafı 
çox  ziddiyyətli,  natamam  xarakter  daşımışdır.  Belə  ki,  həmin 
illərdə  sənaye  sahəsində  bir  sıra  irəliləyiş  baş  versə  də,  kənd 
təsərrüfatının  daha  da  inkişaf  etdirilməsi  vaxtında  və  lazımi 
səviyyədə  yerinə  yetirilmədi.  Başlıcası  isə  1956-1965-ci  illərdə 
kənd  təsərrüfatı  xammalı  emal  edən  və  bu  əsasda  inkişafına 
böyük  imkanlar  olan  ənənəvi  sənaye  sahələrinə  diqqət  olduqca 
zəifləmişdi.  Nəticədə,  1954-cü  ildən  başlayaraq  sənayedə 
durğunluq  və  tənəzzül  yarandı.  1956-1959-cu  illərdə  sənayedə 
məhsul istehsalının həcmi mütəmadi olaraq azalmış, 1958-ci ildə 
1955-ci  ilin  müvafiq  göstəricisi  ilə  müqayisədə  91  faiz,  1959-cu 
ildə  99,2  faiz  olmuşdur.  Ümumiyyətlə,  sənaye  məhsulu 


 
 
 
Naxçıvan Muxtar Respublikası – 90 
 
 
istehsalının həcmi 1956-1960-cı illərdə cəmi 6 faiz, 1961-1965-ci 
illərdə 8 faiz artmışdır. İnkişafı kənd təsərrüfatının vəziyyətindən 
asılı  olan  yüngül,  yeyinti  sənaye  sahələri,  inkişafına  böyük 
imkanlar  olan  tikinti  materialları  istehsalı  sahələri  həmin  illərdə 
durğunluq  dövrü  keçirirdi.  1960-cı  illə  müqayisədə  1965-ci  ildə 
meşə,  ağac  emalı  və  kağız-sellüloz  sənayesi  məhsulunun  həcmi 
92  faiz,  tikinti  materialları  sənayesi  məhsulunun  həcmi  95  faiz 
təşkil etmişdir. Yüngül sənayedə məhsul istehsalının həcmi cəmi 
14  faiz,  yeyinti  sənayesində  isə  5  faiz  artmışdı.  Naxçıvanın 
ənənəvi  kənd  təsərrüfatı  sahələri  və  onun  xammalını  emal  edən 
sənaye  açıq-aşkar  tənəzzülə  uğrayırdı.  Ümumiyyətlə,  1960-cı 
illərin  ikinci  yarısınadək  təqribən  40  il  ərzində  Naxçıvanın 
iqtisadiyyatı  Azərbaycanın  bir  çox  başqa  ərazilərinə  nisbətən 
aşağı səviyyədə olmuş, sənaye məhsulunun artım sürətinə görə o 
həm  də  keçmiş  SSRİ-də  olan  muxtar  qurumlar  arasında  axırıncı 
yerlərdən birini tutmuşdu. 
1960-cı illərin əvvəllərində SSRİ Dövlət Plan Komitəsinin 
xalq  təsərrüfatının  inkişafına  dair  hazırladığı  arayışda,  eləcə  də 
SSRİ  Ali  Sovetinin  yenə  həmin  vaxt  apardığı  təhlillərdə 
Qafqazın  və  Orta  Asiyanın  muxtar  vilayətləri  və  muxtar 
respublikaları  arasında  əhalinin  hər  bir  nəfərinə  düşən  sənaye 
məhsulunun  həcminə  görə  Naxçıvan  Muxtar  Respublikasının 
axırıncı yerlərdə olduğu qeyd olunmuşdur. 
  
Muxtar  respublika  iqtisadiyyatının  həmin  dövrdə  ümumi 
inkişafdan  xeyli  geri  qalmasının  bir  səbəbi  rəhbərliyin 
təşəbbüskarlıqdan  uzaq  xarakterli  idarəetməyə  üstünlük  verməsi 
və  mərkəzi  direktivlərdən  asılı  mövqeyi  idisə,  digər  bir  səbəbi 
erməni  millətçilərinin  törətdiyi  fitnəkarlıqlardan  ibarət  idi.  Duz 


 
 
 
Naxçıvan Muxtar Respublikası – 90 
 
 
istehsalının  yüksək  səviyyəli  inkişafını  təmin  etmək  üçün 
Naxçıvanda 
olan 
böyük 
duz 
mədənlərində 
hasilatın 
genişləndirilməsi  istəyinin  də  qarşısı  ermənilər  tərəfindən 
alınmışdır.  Buna  alternativ  kimi  həmin  illərdə  SSRİ  Dövlət  Plan 
Komitəsində  işləyən  ermənilərin  dəstəyi  ilə  Ermənistanın  Avan 
adlı  çox  cüzi  ehtiyatlara  malik  duz  yataqlarından  istifadə 
məsələsi  ortaya  atılmış,  Naxçıvan  duzunun  guya  çox  baha  başa 
gəldiyi “əsaslandırılmışdır”. Azərbaycan isə öz kimya sənayesini 
inkişaf  etdirmək  üçün  baha  qiymətə  başqa  yerlərdən  duz 
gətirməyə məcbur olmuşdur. 
Sovet  hakimiyyəti  inqilabdan  əvvəl  ölkənin  bütün  torpaq 
fondunun  92,1  faizinə  sahiblik  edən  xanlardan,  bəylərdən  və 
həmçinin  dövlət  və  dini  idarələrdən  torpaqları  müsadirə  edib,    
20  mindən  artıq  yoxsul  kəndli  təsərrüfatları  arasında  payladı. 
Həmin  islahat  nəticəsində  10344  torpaqsız  kəndli  torpağa  malik 
oldu.  Beləliklə,  muxtar  respublikanın  bütün  torpaq  fondunun    
75  faizi  əhalinin  ən  geniş  təbəqəsini  təşkil  edən  yoxsul  kəndli 
təsərrüfatlarına  verildi.  Qalan  25  faiz  torpaqlar  isə  dövlət 
fondunda  qaldı  ki,  bunlardan  da  kəndlilər  yay  və  qış  otlaqları 
kimi istifadə etməyə başladılar. 
1924-cü  il  fevralın  9-da  Naxçıvan  MSSR  yaradılaraq 
Azərbaycan  SSR-in tərkibinə daxil edildikdən sonra  ilk  növbədə 
xalq  təsərrüfatının  əsas  sahəsi  olan  kənd  təsərrüfatının  geniş 
inkişafı  üçün  müxtəlif  tədbirlər  həyata  keçirilməyə  başlanılmış, 
dövlətin vəsaiti və köməyi ilə dağıdılmış suvarma kanalları bərpa 
edilmişdir. 
1924-cü  ildə  muxtar  respublikada  əkin  sahələrinin  altında 
bütün  təsərrüfat  kateqoriyaları  üzrə  45  min  hektar  kənd 


 
 
 
Naxçıvan Muxtar Respublikası – 90 
 
 
təsərrüfatına  yararlı  torpaq  sahəsi  olmuşdur.  1925-ci  ildə     
36275  hektar  əkin  sahəsinin  19770  hektarı  buğda,  7675  hektarı 
arpa, 7583  hektarı pambıq, 365  hektarı çəltik, 78  hektarı bostan, 
804  hektarı  isə  digər  əkinlərin  payına  düşmüşdür.  1926-cı  ildə 
əkin  sahəsi  5339  hektar  artaraq  41614  hektar  olmuşdur  ki,  bu 
artım  buğda  əkinlərində  830  hektar,  pambıq  əkinlərində           
789 hektar, bostan əkinlərində 1765 hektar, çəltik əkinlərində isə 
7 hektar olmuşdur. 
1930-cu  illərdə  kollektiv  təsərrüfatların  (kolxozların) 
yaradılması,  kənd  təsərrüfatının  yeni  formada  idarə  olunması  bu 
sahənin inkişafında yeni mərhələnin başlanğıcı olmuşdur. 
1940-cı  illə  müqayisədə  1945-ci  ildə  kənd  təsərrüfatı 
məhsullarının  istehsalı  əhəmiyyətli  dərəcədə  artmışdır.  Bu  artım 
buğda  istehsalında  19433,4  ton,  arpa  istehsalında  7460  ton, 
paxlalı  bitkilər  istehsalında  3040  ton,  çəltik  istehsalında         
2363  ton,  darı  istehsalında  1058  ton  olmuşdur.  1924-cü  illə 
müqayisədə  buğdanın  əkin  sahəsi  7601  hektar,  arpa  əkini  sahəsi 
2832  hektar,  pambıq  əkini  sahəsi  1867  hektar  artmışdır.  Bu 
dövrdə  yeni  bitkilər  əkin  dövriyyəsinə  daxil  edilmişdir.  Belə  ki, 
950  hektar  sahədə  paxlalı  bitkilər,  149  hektarda  isə  darı  əkini 
aparılmışdır.  
1940-cı  illərdə  pambıq  istehsalına  maraq  artdığından  əkin 
sahəsi  9450  hektara  çatmış,  məhsul  istehsalı  5805  ton,  məhsul-
darlıq  6,1  sentner  olmuşdur.  1941-1945-ci  illərdə  pambıq  əkini 
sahəsi azalaraq 4656 hektar olsa da, məhsuldarlıq 6,1 sentnerdən 
15  sentnerə  yüksəlmiş  və  məhsul  istehsalı  6996  tona  çatmışdır. 
Pambıqdan  hazırlanan  məhsullara  tələbat  artdığından  sonrakı 
illərdə  də  əkin  sahəsində  və  məhsul  istehsalında  artım  templəri 


 
 
 
Naxçıvan Muxtar Respublikası – 90 
 
 
davam  etmişdir.  Belə  ki,  1951-1955-ci  illərdə  pambığın  əkin 
sahəsi  1945-ci  ilə  nisbətən  iki  dəfə  artaraq  9278  hektara  çatmış, 
məhsul istehsalı isə 2,7 dəfə artmaqla, 19069 ton olmuşdur. Orta 
hesabla  məhsuldarlıq  hektara  20,5  sentner  olmuşdur  ki,  bu  da 
1941-ci illə müqayisədə 1,4 dəfə və ya 5,5 sentner çoxdur.  
1954-cü  ilin  dekabrında  1955-1960-cı  illərdə  Naxçıvanda 
kənd  təsərrüfatının  daha  da  inkişaf  etdirilməsi  haqqında 
Azərbaycan  Sovet  Sosialist  Respublikası  Nazirlər  Soveti  və 
Azərbaycan  Kommunist  Partiyası  Mərkəzi  Komitəsi  tərəfindən 
xüsusi  qərar  qəbul  edildi.  Bu  qərar  muxtar  respublikanın 
mürəkkəb  iqtisadi  inkişaf  problemləri  qarşısında  tam  əhatəli 
olmasa  da,  hər  halda  onun  məhsuldar  qüvvələrinin  inkişafında 
xeyli imkanlara malik olan suvarma əkinçiliyinin, bu əsasda kənd 
təsərrüfatı  məhsulları emalı sahələrinin  genişlənməsinə  müəyyən 
təkan verməli idi. Həmin qərar əsasında bir neçə su anbarının və 
başqa  əhəmiyyətli  suvarma  obyektlərinin  tikilməsi  nəzərdə 
tutulurdu  ki,  bu  da  iqtisadiyyatın  bir  qədər  canlanmasına  səbəb 
olmalı  idi.  1956-cı  ildə  istismara  verilən  Yuxarı  Sovxoz  kanalı 
əsrlərdən  bəri  istifadəsiz  qalan  min  hektardan  çox  yeni  münbit 
sahələrin əkilməsinə şərait yaratdı. 
Həmin  illərin  əkin  strukturunda  ərzaq  bitkiləri  üstünlük 
təşkil etsə də, sənaye əhəmiyyətli texniki bitkilərin əkilməsinə də 
üstünlük  verilmişdir.  Belə  ki,  1940-cı  ildə  muxtar  respublikada 
tütünün  əkin  sahəsi  500  hektar  olduğu  halda,  1961-1965-ci 
illərdə  bu  göstərici  958  hektara  yüksəlmişdir.  Məhsul  istehsalı 
1940-cı  ildə  450  ton,  1950-ci  ildə  542,1  ton,  1960-cı  ildə     
1185,5  ton,  1965-ci  ildə  1458,2  ton  olmuşdur.  Məhsuldarlıq 


 
 
 
Naxçıvan Muxtar Respublikası – 90 
 
 
1940-cı ilə nisbətən 1945-ci ildə 62,2 faiz, 1950-ci ildə 150 faiz, 
1955-ci ildə 2,2 dəfə, 1960-1965-ci illərdə isə 170 faiz artmışdır.  
1965-ci  ildə  Naxçıvan  MSSR-də  kənd  təsərrüfatı  bitkilə-
rinin  əkin  sahəsi  27385  hektar  olmuşdur.  Ümumi  əkin  sahəsinin 
60,5  faizini,  yəni  16577  hektarını  dənli-paxlalılar,  17,6  faizini, 
yəni  4812  hektarını  pambıq,  4,2  faizini,  yəni  1154  hektarını 
tütün, 1,4 faizini, yəni 377,4 hektarını bostan və tərəvəz, 16,3 fai-
zini,  yəni  4464,6  hektarını  isə  yem  bitkiləri  əkini  sahəsi  təşkil 
etmişdir.  
Kənd  təsərrüfatının  inkişaf  etdirilməsində  mövcud  kənd 
təsərrüfatı  texnikalarının  böyük  rolu  olmuşdur.  Belə  ki,  1964-cü 
ildə Naxçıvan MSSR-də kolxozlarda olan 570 ədəd traktorlardan 
287  ədədi  tırtıllı,  283  ədədi  isə  təkərli  traktorlar  olmuşdur. 
Bundan  başqa,  taxılbiçən  kombaynlar  154  ədəd,  yük 
avtomobilləri  316  ədəd  olmuşdur.  Bu  texnikaların  kənd 
təsərrüfatı  işlərinin  aqrotexniki  qaydaya  uyğun  vaxtında  və 
keyfiyyətlə 
aparılmasında, 
eyni 
zamanda 
məhsuldarlığın 
yüksəldilməsində müstəsna əhəmiyyəti olmuşdur. 
Sovetlər 
Birliyi 
dövründə 
də 
muxtar 
respublika 
iqtisadiyyatının  əsasını  kənd  təsərrüfatı  sahəsi  təşkil  etdiyindən 
meliorasiya  və su təsərrüfatı sahəsinin  inkişafı  həmişə ön planda 
olmuşdur. Lakin 60-cı illərə qədər bu sahənin inkişaf tempi tələb 
olunan  səviyyədə  olmamışdır.  Muxtar  respublikanın  əsas  su 
mənbələri  olan  Araz,  Arpaçay,  Naxçıvançay,  Əlincəçay  və 
Gilançay  kimi  çayların  potensialından  lazımınca  istifadə 
olunmamış,  hidrotexniki  qurğuların  tikintisi  prosesinin  ləng 
aparılması  kənd  əməkçilərini  daima  su  çatışmazlığı  ilə 
üzləşdirmişdir.  1951-55-ci  illərdə  Batabat  0-1-2  göllərinin 


 
 
 
Naxçıvan Muxtar Respublikası – 90 
 
 
istifadəyə verilməsi irriqasiya sahəsində əlamətdar bir hadisə olsa 
da, bu göllərdə yığılan su tələbatı ödəmirdi. 1961-1966-cı illərdə 
Uzunoba, Nehrəm, Qahab  göllərinin  və bundan sonra da bir sıra 
kiçik  sututarlarının  tikintisi  başa  çatdırıldı.  Lakin  buna 
baxmayaraq, yenə də suvarma suyuna olan tələbat ödənilmirdi.  
 
Həmin  dövrdə  ermənilərin  Naxçıvan  iqtisadiyyatına 
vurduğu ən böyük zərbələrdən biri də Arpaçayın suyunun Göyçə 
gölünə axıdılması oldu ki, bu da əsas kənd təsərrüfatı  məhsulları 
istehsalının  mərkəzi  olan  Şərur  rayonunda  kəskin  su  qıtlığı 
yaratdı.  
Rabitənin  inkişafı  istiqamətində  1920-ci  ildə  Naxçıvan 
Rabitə Şəbəkəsinin yaradılması haqqında layihə təsdiq edilmiş və 
rabitə  stansiyasının  mərkəzi  Naxçıvan  şəhərində  olmaqla, 
Şahtaxtı,  Culfa,  Yaycı  və  Ordubadda  rabitə  məntəqələrinin 
açılması qərara alınmışdır.  
Naxçıvan  Muxtar  Sovet  Sosialist  Respublikası  Xalq 
Komissarları  Soveti  tərəfindən  1926-cı  il  17  mart  tarixli 
“Naxçıvan  MSSR-nin  telefonlaşdırılması  haqqında”  qərar  qəbul 
edilmiş  və  həmin  qərara  əsasən,  ilk  növbədə,  Naxçıvan-Qıvraq-
Baş  Noraşen  və  Naxçıvan-Cəhri-Şahbuz-Biçənək  xətti,  ikinci 
növbədə  isə  Naxçıvan-Culfa-Ordubad-Parağa  xəttinin  çəkilməsi 
nəzərdə tutulmuşdur.  
1929-cu  ildə  Naxçıvan  MSSR  üzrə  təkcə  Naxçıvan 
şəhərində 42 nöqtədə radio qovşağı  mövcud idisə, 1932-1933-cü 
illərdə  bu  göstərici  80-ə  çatdırılmış,  Ordubadda,  Culfada,  Şərur  və 
Şahbuzda  30  yerdə  radio  qovşağı  quraşdırılmışdır.  1932-1934-cü 
illərdə  Culfada,  Əbrəqunusda  və  Şahbuzda  radio  qovşağı 
tikilərək  istifadəyə  verilmişdir.  1932-ci  il  aprelin  1-də  Naxçıvan 


 
 
 
Naxçıvan Muxtar Respublikası – 90 
 
 
Mərkəzi  İcraiyyə  Komitəsinin  qərarı  ilə  Naxçıvan  Radio 
Verilişləri Komitəsi yaradılmışdır.  
 
1932-ci  ildə  Naxçıvanda  7  poçt-teleqraf  və  telefon 
müəssisəsi,  10  poçt-teleqraf  agentliyi,  Naxçıvan  şəhərində       
100 nömrəlik telefon stansiyası tikilib istifadəyə verilmiş, telefon 
xətlərinin  uzunluğu  1414  km-ə  çatdırılmışdır.  1933-1936-cı 
illərdə  muxtar  respublikada  2  kommutator  olmaqla,  42  telefon 
nöqtəsini  əhatə  etmiş,  kənd  sovetlərinin  67  faizi  telefonlaş-
dırılmışdır.  
 
1956-cı  ildə  muxtar  respublikada  7767  radio  qovşağı 
mövcud  olmuş,  101  kolxoz,  57  kənd  sovetliyi  telefonlaşdırılmış, 
abonentlərin  sayı  1168-ə  çatdırılmışdır.  1968-ci  ildə  muxtar 
respublikada  18 000  radio  qovşağı,  4550  telefon  nömrəsi 
olmuşdur  ki,  bundan  3300-ü  şəhərdə,  1250-si  isə  kəndlərdə 
xidmət göstərmişdir. 
Naxçıvanda  sərnişin  və  yükdaşımaların  tarixi  nə  qədər 
qədim  olsa  da,  onun  dövlət  səviyyəsində  idarə  olunması 
avtomobil 
nəqliyyatının 
təşəkkülü 
ilə 
bağlıdır. 
Muxtar 
respublikada  avtomobil  nəqliyyatının  mərkəzləşdirilmiş  qaydada 
fəaliyyəti  ötən  əsrin  iyirminci  illərindən,  muxtariyyət  dövründən 
başlanmış,  avtomobil  nəqliyyatı  ilə  əlaqədar  olan  ilk  təşkilatlar 
Naxçıvan  Kommunal  Təsərrüfat  Komissarlığının  tərkibində 
yaranmışdır. Naxçıvan  İnqilab  Komitəsinin 32  nömrəli qərarı  ilə 
Naxçıvan Dəmir Yolunun Naxçıvan Şöbəsi yaradılmışdır. 
Naxçıvan  Sovet  Sosialist  Respublikası  Mərkəzi  İcraiyyə 
Komitəsinin  1924-cü  il  18  yanvar  tarixli  birinci  plenumunda 
yolların  və  körpülərin  vəziyyətinə  diqqətin  artırılması  tələb 
olunurdu. Həmin tarixdən Naxçıvan Sovet Sosialist Respublikası 


 
 
 
Naxçıvan Muxtar Respublikası – 90 
 
 
Xalq Kommunal Komissarlığının tərkibində avtonəqliyyat şöbəsi 
fəaliyyətə başlamışdır. 
Naxçıvan  MSSR  Xalq  Komissarları  Sovetinin  1926-cı  il 
20  oktyabr  tarixli  qərarı  ilə  Naxçıvan  Dəmir  Yolu  Stansiyası 
yaradılmışdır. Şərur-Culfa sahəsindəki yol təsərrüfatı qurğularına 
xidmət  göstərmək  məqsədilə  1928-ci  ildə  Naxçıvan  Yol 
Distansiyası yaradılmışdır. 
1938-ci  ildə  Naxçıvan  Kommunal  Təsərrüfat  Şöbəsinin 
balansında  3  avtobus,  2  taksi,  8  yükdaşıyan  maşın,  Ordubad 
Rayon  Şöbəsində  4  avtomaşın,  Culfa  Rayon  Şöbəsində  isə  cəmi 
1  avtomaşın  olmuşdur.  1938-ci  ildə  Naxçıvan  Kommunal 
Təsərrüfat  Şöbəsinin  tərkibində  “Taksi”  bölməsi,  Ordubad 
Kommunal  Təsərrüfat  Şöbəsinin  tərkibində  “Avtotransport” 
bölməsi,  Culfa  Kommunal  Təsərrüfat  Şöbəsinin  tərkibində  isə 
“Yükboşaltma avtotransportu” bölmələri təşkil olunmuşdur. 
Naxçıvan  Muxtar  Sovet  Sosialist  Respublikası  Xalq 
Komissarları  Soveti  1940-cı  il  18  sentyabr  tarixində  “Nəqliyyat 
ekspedisiya  kontorunun  təşkil  edilməsi  və  Azərbaycan  Sovet 
Sosialist  Respublikası  Avtonəqliyyat  Xalq  Komissarlığının 
Naxçıvan  Muxtar  Respublikasında  şöbəsinin  təşkil  edilməsi 
haqqında”  qərar  qəbul  etmişdir.  Qərarda  xalq  təsərrüfatının 
inkişafında  avtonəqliyyat  sahəsinin  əhəmiyyəti  qeyd  olunmaqla 
avtodaşımaların  tənzimlənməsi  üçün  avtotəmir  sexlərinin 
yaradılması, avtomaşınların yanacaqla təmin olunması, Naxçıvan 
şəhərində traktorçu  və avtomobil sürücüləri  üçün kursların təşkil 
olunması məsələləri öz əksini tapmışdır. 
1941-ci  ildə  uzunluğu 126 km olan  Mincivan-Culfa dəmir 
yolu  xətti  istismara  buraxılmış  və  bununla  da,  Naxçıvan  Muxtar 


 
 
 
Naxçıvan Muxtar Respublikası – 90 
 
 
Respublikası  əvvəlki  dövrlərə  nisbətən  çox  əlverişli  nəqliyyat 
imkanı əldə etmişdir. 
1924-cü  ildə Naxçıvan MSSR-də 3 qəza və 12 dairə təşkil 
olunmuş, 1925-ci  ildə  qəzalar  ləğv  edilmiş,  dairələrin  sayı  8-ə 
endirilmişdi.  1930-cu  ildə  Şərur,  Naxçıvan,  Ordubad,  Culfa, 
Əbrəqunus  və  Şahbuz  rayonları  yaradılmışdır.  1948-ci  ildə 
Əbrəqunus  rayonu  Culfa  rayonuna  birləşdirildikdən  sonra 
Naxçıvan MSSR inzibati cəhətdən beş rayona – Naxçıvan, Şərur, 
Şahbuz, Ordubad və Culfa rayonlarına bölünmüşdür. 
 

Yüklə 49,79 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin