Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti magistratura məRKƏZİ Əlyazması hüququnda


Firmadaxili auditin standartları və onların tətbiqinin metodiki



Yüklə 0,79 Mb.
Pdf görüntüsü
səhifə7/39
tarix14.05.2023
ölçüsü0,79 Mb.
#113526
1   2   3   4   5   6   7   8   9   10   ...   39
abdurahmanov meftun

 
1.3 Firmadaxili auditin standartları və onların tətbiqinin metodiki 
problemləri 
Audit fəaliyyəti qanunverici və normativ hüquqi aktlar, sahədaxili əsasnamə, təli-
mat, metodik vəsait və digər normativ sənədlərlə tənzimlənir. Audit ölkəmiz üçün yeni 
xidmət sahəsi sayılsa da o, çoxşaxəli, zəngin fəaliyyət növüdür. Bu fəaliyyəti həyata 
keçirmək üçün audit öz işini planlaşdırmalı, müfəssəl proqram tərtib etməli, 
nizamlamalı, konkret fəaliyyət mexanizminə və metodologiyaya malik olmalıdır.
Audit öz fəaliyyətini planlaşdırmaqla yanaşı, nəzərdə tutulan proqramı həyata 
keçirmək üçün müvafiq əməliyyatlara, uçot-hesabat işlərinə malikdir. Auditor yoxlama-
ekspertiza apardığı müəssisə ilə münasibətin qurulması və həmin müəssisənin 
təsərrüfat-maliyyə fəaliyyətinin yaxşılaşdırılmasına dair konkret əməli təkliflər irəli sür-
məlidir. Auditor yoxlama-ekspertiza işi aparan zaman təsərrüfat-maliyyə fəaliyyətində 
yol verilmiş kənarlaşmalar, maliyyə pozuntuları, cinayət tərkibli təsərrüfat əməliyyat-
larının sübutu üçün kifayət qədər dəlillərə malik olmalıdır. Təsərrüfat-maliyyə əməliy-
yatlarında yol verilmiş qanundankənar halları dəqiqləşdirmək üçün auditor ayrı-ayrı mü-
təxəssislərdən ekspert kimi istifadə etmək hüququna malikdir. Bütün bu kimi halların 
tənzimlənməsi, münasibətlərin qurulması və onun vahid standarta salınması üçün 
mütləq müvafiq qaydalar, yəni standartlar işlənib hazırlanmalı və tətbiq olunmalıdr. 
Audit standartları dedikdə, audit fəaliyyətinin həyata keçirilməsinə dair müvafiq qay-
dalar başa düşülür. Bu qaydalar beynəlxalq audit standartları, milli audit standartları və 
daxili audit standartları formasında işlənib hazırlanır və təqdim olunur. Həmin standart-
ların mahiyyəti ondan ibarətdir ki, müstəqil auditorlar və auditor firmaları öz fəaliy-
yətini bu qaydalara – standartlara uyğun qurmalıdırlar. Lakin auditor yoxlama-


28 
ekspertiza işlərini aparan zaman təkcə bu qaydalarla məhdudlaşmır. Çoxillik təcrübə 
göstərir ki, təsərrüfat-maliyyə fəaliyyətində yol verilmiş kənarlaşmalara, nöqsanlara hə-
min qaydalardan kənar hallara da rast gəlinə bilər. Ona görə də auditor bu qaydaları əsas 
götürməli, yoxlama-ekspertiza etdiyi müəssisənin spesifik xüsusiyyətlərini də nəzərə al-
malıdır. Audit standartları hazırlanan zaman yerli qanunverici və normativ hüquqi 
aktların tələbləri və bu sahədəki mövcud beynəlxalq təcrübə nəzərə alınmalıdır. Audit 
standartları audit fəaliyyətini həyata keçirən fiziki və hüquqi şəxslər üçün normativ 
sənəddir. Audit standartlarının yüksək səviyyədə işlənib hazırlanması audit yoxlama-
ekspertizasının keyfiyyətinə müsbət təsir edir və eyni zamanda audit nəticələrinin çıxa-
rılmasına düzgün istiqamət verir. 
Audit standartları məzmununa, təyinatına və fəaliyyət predmetinə görə 
təsnifləşdirilir. Beynəlxalq təcrübəyə görə bu təsnifləşdirmə 6 istiqamətə ayrılır: ümumi 
müddəaları və məsuliyyəti özündə əks etdirən audit standartları, risklərin 
qiymətləndirilməsi və qiymətləndirilmiş risklərlə bağlı audit standartları, auditin dəlil və 
sübutlarını özündə əks etdirən standartları, mütəxəssis və digər şəxslərin rəy və 
nəticələrindən istifadə qaydalarını özündə əks etdirən audit standartları, auditin nəticə və 
hesabatlarını qaydaya salan audit standartları. 
Beynəlxalq audit təcrübəsinə əsasən audit standartlarının 6 istiqamət üzrə 
təsnifləşdirilməsi heç də təsadüfi deyil. Çünki, mövcud standartlar audit fəaliyyətinin 
bütün istiqamətlərini əhatə edir və buna da uyğun olaraq son variantda 32 beynəlxalq 
audit standartı işlənib hazırlanmışdır. Düzdür, 2008-ci ilə qədər 51 audit standartı 
mövcud olmuşdur. Lakin sonralar Beynəlxalq Mühasiblər Federasiyası tərəfindən qəbul 
edilərək dərc edilmiş topluma əsasən bu standartların sayı 32-yə endirilmişdir. Respub-
likamıza gəldikdə isə Auditorlar Palatası da bu sahədə bir sıra əməli işlər görmüşdür. 
Daha doğrusu, 1996-cı ildən 2011-ci ilə qədər 38 milli audit standartı, auditorların peşə 
etikası məcəlləsi və böyük həcmdə normativ hüquqi sənədlər hazırlanaraq Palatanın 
Şurası tərəfindən təsdiq edilmişdir. Azərbaycan Respublikası Auditorlar Palatası 2008-
ci ildə Beynəlxalq Mühasiblər Federasiyasının həqiqi üzvü qəbul edildikdən sonra 
özlərinin işləyib hazırladığı Milli Audit Standartlarını beynəlxalq audit standartlarına 
tam uyğunlaşdırmış, onları Azərbaycan Respublikası Ədliyyə Nazirliyi dövlət 


29 
qeydiyyatına almışdır. Eyni zamanda Milli Audit Standartlarında obyektiv və subyektiv 
səbəblərdən öz əksini tapmamış prinsiplər beynəlxalq audit standartlarının əsas 
şərtlərinin götürülməsi qəbul edilir. Daha doğrusu, Azərbaycan Respublikası Auditorlar 
Palatası Beynəlxalq Mühasiblər Federasiyasının üzv olduğu tarixdən beynəlxalq audit 
standartları respublikamızın audit fəaliyyətində yüz faiz hüquqi qüvvəyə malikdir. Onu 
da qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Auditorlar Palatası tərəfindən 
hazırlanan audit standartları və digər sənədlər respublikamızın ərazisində audit fəaliyyə-
tinin təşkilinin yüksək səviyyədə keçirilməsi üçün lazımi normativ hüquqi baza yarat-
mışdır.
Audit standartlarının və digər sənədlərin kütləvi şəkildə nəşri və ictimaiyyətin 
istifadəsinə verilməsi audit fəaliyyətinin yüksək şəkildə təşkilinə təsir edən amillərdən 
biridir. Audit standartları hazırlanan zaman aşağıdakı bir sıra vacib və prinsipial məsələ-
lər burada öz əksini tam tapmalıdır: 

audit fəaliyyətinə dair ümumi müddəalar və bu müddəalarda audit xidmətinin bir 
iqtisadi kateqoriya kimi mahiyyəti, məzmunu və tədqiq edilmə forması açılmalıdır; 

audit yoxlama-ekspertiza işinin səmərəli təşkili üçün auditin təşkili prinsipləri və 
onun spesifik xüsusiyyətləri; 

audit yoxlama-ekspertiza işlərinin yüksək səviyyədə keçirilməsi üçün yoxlama-
ekspertiza metodologiyası və onun aparılma texnikası; 

audit yoxlama-ekspertiza nəticələrinin sənədləşdirilməsi və bu sənədləşdirilmədə 
faktların dəlil və sübutla təsdiq olunma qaydaları; 

audit 
xidmətini 
icra 
edən 
hüquqi 
və 
fiziki 
şəxslərin 
fəaliyyətinin 
normalaşdırılmasının tənzimlənməsi; 

audit fəaliyyətində resurslardan səmərəli istifadə olunması və qiymətləndirmə, 
ehtiyatların aşkar edilib istehsala cəlb edilməsi üçün auditdə maliyyə təhlilinin 
metodoloji prinsipləri; 

təsərrüfat-maliyyə fəaliyyətinin yaxşılaşdırılması və audit yoxlama-ekspertiza 
nəticələrinin tətbiqi prinsiplərini əks etdirən müvafiq qaydalar;

audit 
yoxlama-ekspertizasında 
təsərrüfat-maliyyə 
fəaliyyətinin 
kompleks 
qiymətləndirilməsi və proqnoz maliyyə məlumatlarının hazırlanmasının qaydaları.


30 
Bu və ya digər prinsiplərin audit standartlarının hazırlanmasında öz əksini tapması 
audit yoxlama-ekspertizasına birbaşa təsir edən əsas amillərdir. 
Auditin beynəlxalq standartları dedikdə, audit fəaliyyətinin beynəlxalq səviyyədə 
normalaşdırılması və tənzimlənməsi başa düşülür. Bu standartların hazırlanmasında bir 
sıra beynəlxalq institutlar, o cümlədən İngiltərənin Beynəlxalq Mühasiblər Federasiyası, 
İngiltərənin audit təcrübəsi üzrə Beynəlxalq Komitə kimi beynəlxalq nüfuzlu ictimai 
təşkilatlar əhəmiyyətli rol oynamışdır. 130 ölkənin milli mühasiblər təşkilatlarının daxil 
olduğu Beynəlxalq Mühasiblər Federasiyası auditin beynəlxalq standartlarının hazır-
lanmasında aparıcı rol oynayır. Auditin beynəlxalq standartların hazırlanmasında əsas 
məqsədi uçotun və maliyyə hesabatlarının vahid beynəlxalq formasına əsasən yoxlama-
ekspertiza işlərinin vahid qaydalarını hazırlamaq, onu dünya ölkələri arasında inkişaf 
etdirmək, onun oxunaqlığını, yoxlama metodikasını vahid mövqedən hazırlamağı təmin 
etməkdən ibarətdir. Beynəlxalq audit standartları bazasında bir sıra ölkələr öz milli audit 
standartlarını hazırlaya bilərlər. Lakin bəzi ölkələr Malayziya, Nigeriya, Kipr, yəni 
beynəlxalq aləmdə hələlik bir o qədər nüfuza malik olmayan ölkələr auditin beynəlxalq 
standartlarını olduğu kimi, öz standartları kimi istifadə edir. Azərbaycan Respublikası 
Auditorlar Palatası da Beynəlxalq Mühasiblər Federasiyasının tam səlahiyyətli üzvü 
olduğu üçün beynəlxalq audit standartlarını olduğu kimi öz fəaliyyətlərində rəhbər tutur. 
Hazırda 32 beynəlxalq audit standartları vardır. Onlar iqtisadi məzmununa və təyinatına 
görə 6 fəsildə qruplaşdırılmışdır. Onları aşağıdakı cədvəldən aydın müşahidə etmək 
olar: 

Yüklə 0,79 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin