Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti magistratura məRKƏZİ Əlyazması hüququnda


Digərlərinin işindən istifadə (600-699)



Yüklə 0,79 Mb.
Pdf görüntüsü
səhifə9/39
tarix14.05.2023
ölçüsü0,79 Mb.
#113526
1   ...   5   6   7   8   9   10   11   12   ...   39
abdurahmanov meftun

Digərlərinin işindən istifadə (600-699) 
25 
600 
Digər auditorun işindən istifadə edilməsi 
26 
610 
Daxili audit işinin nəzərə alınması 
27 
620 
Ekspertin işindən istifadə 
 

Auditin nəticələri və hesabat (700-799) 
28 
700 
Ümumi təyinatlı maliyyə hesabatlarının tam dəsti üzrə müstəqil auditorun 
hesabatı 
29 
701 
Müstəqil auditorun hesabatında dəyişikliklər 
30 
710 
Müqayisələr 


32 



31 
720 
Auditi aparılmış maliyyə hesabatlarına daxil edilən sənədlərdə digər 
məlumatlar 
VI 
İxtisaslaşmış sahələr (800-899) 
32 
800 
Xüsusi təyinatlı audit tapşırıqları üzrə müstəqil auditorun hesabatı. 
Daxili audit standartları (auditor firmalarının standartı) dedikdə, audit xidməti 
göstərmək hüququna malik olan firmaların fəaliyyətini tənzimləyən qaydalar nəzərdə 
tutulur. Bununla yanaşı, istənilən audit xidməti qaydalara (standartlara) malik olmalıdır. 
Müstəqil auditor və ya auditor firmaları yoxlama-ekspertiza aparmaq üçün müvafiq 
qaydalara uyğun olaraq öz işlərini planlaşdırmalı, mümkün risklərini qiymətləndirməli, 
auditor strategiyasını seçməli, yoxlayacağı müəssisənin daxili sisteminin səmərəliliyini 
qiymətləndirməlidir. Onlar müstəqil tədqiqat aparmaq sisteminə malik olmalı, biznes iş-
lərinə dair icmal sənədləri araşdırmalı və bunlara əsasən milli audit standartlarının ümu-
mi prinsiplərini nəzərə alaraq xüsusi rəy təqdim etməlidirlər. Burada təsərrüfat-maliyyə 
xarakteri ilə bağlı olaraq bir sıra spesifik xüsusiyyətlər vardır ki, bunu da yalnız audit 
yoxlama-ekspertizası aparan müstəqil auditor və yaxud auditor firması nəzərə ala bilər. 
Ona görə də hər bir auditor firması və ya müstəqil auditor milli audit standartları prin-
siplərindən çıxış etməklə firmadaxili işlərin nizamlanması üçün müvafiq standartlar 
(qaydalar, əsasnamələr) işləyib hazırlamalıdır. Həmin sənədlər auditor firmalarının ali 
idarəedici orqanı tərəfindən təsdiqlənməlidir. Bununla yanaşı, qeyd etmək lazımdır ki, 
bütün hallarda daxili audit standartları işlənib hazırlanan zaman bir sıra ümumi 
prinsipial məsələlərə xələl gətirməməlidir. O cümlədən: 

daxili audit standartları milli audit standartlarına zidd olmamalıdır; 

daxili audit standartlarının prosedur qaydaları audit xidmətinin metodoloji 
prinsiplərini mürəkkəbləşdirməməlidir; 

daxili audit standartları audit xidmətinin keyfiyyətinin yüksəldilməsinə 
yönəldilməlidir; 

daxili audit standartları audit yoxlama-ekspertizasının işinin asan-
laşdırılmasına yönəldilməlidir; 

daxili audit standartları auditorun peşəkar biliyinin yüksəldilməsinə xidmət 
etməlidir; 


33 

daxili audit standartları sahələrin spesifik xüsusiyyətlərini nəzərə almalı və bu 
sahədə mövcud audit standartlarının icra mexanizmlərini təşkil etməlidir. 
Daxili audit standartlarını bir neçə istiqamətdə qruplaşdırmaq olar. Bunlardan: 
birincisi, təşkilati məsələləri nizamlayan daxili audit standartları. Bura əsas etibarilə 
auditor firmalarının fəaliyyət istiqamətləri, əməkdaşların hüquq və vəzifələri, onların 
əməyinin ödənilməsi şərtləri, audit xidmətinin rəsmiləşdirilməsinə dair müvafiq sənəd-
lərin tərtibi və doldurulması qaydaları, sifarişçi ilə müqavilələrin hazırlanıb bağlanma 
prinsipləri, audit xidmətinə görə ödəniş qaydaları, ödəniş tariflərinin müəyyənləşdiril-
məsi, ayrı-ayrı audit xidmətlərinin həcmi daxildir. 
Daxili audit standartının ikinci istiqaməti əməkdaşların məsuliyyəti, audit 
yoxlama-ekspertizasının planlaşdırılması, audit yoxlama işlərində üçüncü şəxslərdən, 
mütəxəssislərdən, ekspertlərdən istifadə edilməsi və onların əmək haqqının ödənilməsi, 
auditorun mümkün riskinin qiymətləndirilməsi, yoxlama aparılan müəssisənin 
təsərrüfatdaxili nəzarət sisteminin qiymətləndirilməsi və sair xüsusi istiqamətlərdən 
ibarətdir. 
Daxili audit standartının üçüncü istiqaməti audit yoxlama-ekspertizasının 
müəssisələrdə aparılma metodikasını özündə əks etdirən qaydalardan ibarətdir. Bura 
konkret olaraq müəssisənin spesifik xüsusiyyətinə uyğun olaraq yoxlama metodikasının 
seçilməsi qaydasını, müxtəlif formalı üzləşdirmə cədvəllərini, yığma cədvəlləri və sair 
bu kimi əsas və əlavə metodik qaydaları özündə əks etdirən standartlar aiddir. Bütün 
bunlarla yanaşı, daxili audit standartları hazırlanan zaman audit yoxlama-ekspertizası 
nəzərdə tutulan bəzi müəssisələrdə spesifik xüsusiyyətlərlə elmi-texniki tərəqqinin yeni 
nailiyyətlərinin tətbiqi ilə bağlı olaraq müəyyən hallarla da rastlaşmaq mümkündür. 
Daxili audit standartları belə halların hamısını nəzərdən qaçırmamalıdır. Auditin daxili 
standartlarının olması auditor firmasının və yaxud audit fəaliyyəti göstərən fiziki şəxsin 
metodoloji baxımdan audit xidmətinin yüksək səviyyədə olmasını göstərir. Daxili audit 
standartının olması, həmçinin audit xidməti göstərən firmaların əməkdaşlarının intel-
lektual səviyyəsinə müsbət mənada bir işarədir. Ona görə də daxili audit standartları 
Azərbaycan Respublikasının qanunverici və normativ hüquqi aktlarının tələblərinə 
uyğun olaraq yüksək səviyyədə işlənib hazırlanmalıdır. 


34 
Firmadaxili audit standartları firmalar, yəni auditor təşkilatları tərəfindən auditor 
yoxlaması aparılarkən vahid tələbləri ifadə etməklə aşağıdakı elementləri özündə 
birləşdirir: (“Audit” İqtisad elmləri doktoru, professor V.T.Novruzovurı elmi redaktəsi 
ilə ali məktəblər üçün dərs vəsaiti; Bakı 2008) 
1. Razılaşmanın məqsədinin müəyyən edilməsi. 
Hər bir auditor yoxlamasının düzgünlüyünü təmin etmək üçün hərtərəfli 
planlaşdırılmalı, peşəkarlıqla və ixtisaslaşdırılmış formada aparılmalı, sifarişçilərə 
yüksək keyfiyyətli xidmət göstərilməli, auditorlardan optimal surətdə istifadə olunaraq 
kommersiya xeyri əldə olunmalıdır. 
2. Biznesin icmalı və ya xülasəsi. 
Yoxlama sifarişçilərlə tənışlıq və onların fəaliyyətinin öyərnilməsi ilə başlanır. 
Firmada qanunvericilikdə, peşəkarlıq standartlarında və biznesdə auditor yoxlamasında 
və sifarişçilərə münasibəti əks etdirən dəyişikliklər daim izlənir. 
3. Mümükün riskin qiymətləndirilməsi. 
Sifarişçinin biliyindən istifadə olunaraq və riskin aşkar olunmasına hərtərəfli 
yanaşılaraq, fırıldaqçılıq riski, adi səhvlər müəyyən edilir və onların əhəmiyyəti 
qiymətləndirilir. 
4. Audit strategiyasının işlənib hazırlanması üçün daxili nəzarət sisteminin 
qiymətləndirilməsi. 
Yoxlamanın ilkin mərhələsində daxili nəzarət sistemi, yəni əvvəlcə rəhbərlik 
tərəfindən istifadə olunan təsərrüfat fəaliyyətinə nəzarət sistemi, sonra isə mühasibat 
uçotu və nəzarət sistemi qiymətləndirilir. 
Bu mərhələdə yoxlama strategiyasının işlənib hazırlanması üçün yalnız 
informasiya qiymətləndirilir. 
5. Auditor yoxlamasının strategiyasının müəyyən edilməsi. 
Başlıca risklərin xüsusi qiymətləri ümumiləşdirilir və zəruri auditor əməliyyatları 
müəyyən edilir. 
6. Müstəqil tədqiqat planı. 


35 
Planda hər bir müstəqil tədqiqat hallarında daha səmərəli tədqiqatlarının tədbiqi və 
davamlılığının mahiyyətinə baxılır. Müstəqil tədqiqat plana uyğun olaraq aparılır. Onun 
nəticələrinin qiymətləndirilməsindən asılı olaraq planda müvafiq düzəlişlər edilir. 
7. Nəzarət sisteminin səmərəliliyinin qiymətləndirilməsi. 
Auditor yoxlamasının sonunda nəzarət sisteminin ümumi qiymətləndirilməsi və 
yoxlama planının işlənib hazırlanması üçün daxili nəzarət sisteminin qiymətləndirilməsi 
geniş verilir. 
8. Auditor yoxlamasının yekunlaşdırılması. 
Ümumi hesabat (akt) tərtib edilir və yekun nəticələri çıxarılır. Daha əhəmiyyətli 
hallar sifarişçilərlə müzakirə edilir. 
9. Rəyin təqdim edilməsi. 
Auditor yoxlamasının nəticələrinə uyğun olaraq rəy tərtib edilir. Mühasibat 
(maliyyə) hesabatlarına dair rəydən əlavə, sifarişçiyə yoxlamanın nəticələri haqqında 
hesabat (akt) da təqdim olunur.

Yüklə 0,79 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin