Regional anesteziya məlumatlandirilmiş XƏSTƏ raziliq formasi



Yüklə 35.64 Kb.
tarix08.12.2016
ölçüsü35.64 Kb.

logo

REGİONAL ANESTEZİYA MƏLUMATLANDIRILMIŞ XƏSTƏ RAZILIQ FORMASI


Hörmətli Xəstəmiz;

Tətbiq olunacaq olan cərrahi əməliyyat zamanı edilənləri və ağrını hissetməməyiniz məqsədiylə sizə regional anesteziya tətbiq edəcəyik. Bu proqramlar elmi və etik olaraq bütün dünyada qəbul edilmiş qaydalardır. Ayrıca bu formanı imzalamaqla siz bütün məsuliyyəti üzərinəzə götürmürsünüz və anestezioloqun məsuliyyəti da ortadan qalxmış deyildir. Bu forma sizi məlumatlandırmaq məqsədiylə hazırlanmışdır.

REGİONAL ANESTEZİYA TƏTBIQLƏRİ

EPİDURAL ANESTEZİYA, SPİNAL ANESTEZİYA və PLEKSUS BLOKADASI:

Sizə tətbiq olunacaq cərrahi əməliyyat, tam olaraq bədəniniz keyidilmədən yalnız bir hissəsi uyuşturularaq edilə bilenlərdəndir. Bu üsullardan biri seçilərsə əməliyyatın ediləcəyi yerə görə: belinizdən, qoltuqaltınızdan, boynunuzdan və ya qasığınızdan bir iynə ilə dərman yeridilərək bədəninizin o hissəsi keyidiləcəkdir. Bu proqramlar elmi olaraq bütün dünyada qəbul edilmiş qaydalardır. Ümumi anesteziya tətbiqlərində alınan bütün tədbirlər regional anesteziya tətbiqlərində da alınaraq əməliyyat həyata keçirilir. Aşağıda izah olunan tətbiq üsulu ilə əlaqədar aydın olmayanları zəhmət olmasa anestezioloqunuzdan soruşun. Əməliyyatxanaya götürüldüyünüz zaman;



  • Ürəyinizin vəziyyətini qiymətləndirmək üçün bədəninizə EKQ elektrodlar yapışdırılacaq,

  • Fizoloji məhlul taxılması üçün damarınıza xüsusi bir iynə ilə giriləcək,

  • Barmağınıza qanın oksigenlə təchizini göstərən bir cihaz taxılacaq,

  • Qolunuza tanometr bağlanacaqdır.

Spinal Anesteziya: Bel nahiyyəsində, fəqərələr arasında olan onurğa beyninin içinde yerləşdiyi mayeyə, əhatə eden toxumalardan geçərək ince bir iyne ilə lokal anesteziya verilərək beldən alt hissədə ağrı, hissiyyat və hərəkətin qarşısını alan anesteziya tətbiqidır.

Epidural Anesteziya: Kürək və ya bel nahiyyəsində, fəqərələr arasında onurğa beynini ortən qişalar ilə bu nahiyyədəki toxuma arasında epidural boşluğa incə bir iynə və ya çox incə bir plastik balon yerləşdirilməsi və bu iynə ve ya balon içərisindən lokal anesteziya verilməsi ilə yalnız tətbiq olunan nahiyyədən aşağı ağrının qarşısını alan anesteziyadır.

Kombınə Anestezıya Üstünlüyü spınal anestezıya və epıdural anesteziyanın üstünlüklərinin biryerdə olmasıdır.

Bunlardan başqa anestezioloq lazım bildiyi xüsusi tədbirləri görə bilər. Əgər aparılmasına qərar verilirsə, bu proseslər sizə ətraflı anladılacaqdır.

Yerli anesteziya zamanı və ondan sonra ortaya çıxabilən problemlər:


  • Təzyiq ve nəbz düşməsi: Əməliyyat zamanı və ya sonrasında nəbz və təzyiqdə enmə ola bilər. Anestezioloq lazım bildiyi an gərək olan müdaxiləni edecəkdir.

  • Baş ağrısı: Spinal anesteziya və ya epidural anesteziyadan sonrası orta ortaya çıxa bilər. Egər bele hal olarsa, qarşısınn alınması üçün anestezioloqa məlumat verin.

  • Nevroloji ağırlaşmalar: Yerli anesteziyadan sonra keçici və ya hemişəlik qala bilən nevroloji zədələnmələr az da olsa baş verə bilər.

  • Ürəkbulanma və qusma: Əməliyyat zamanı və ya sonra meydana çıxa bilər. Lazımi müdaxilə anestezioloq tərəfindən ediləcəkdir.

  • İnfeksiya: Her inyeksiyada olduğu kimi bu müdaxilələrdə də infeksiya riski vardır. Meydana gəlməməsi üçün diqqət edilməlidir.

  • Eşitmədə pozulma: Spinal anesteziyadan sonra nadir hallarda keçici və ya həmişəlik eşitmə pozulmaları ortaya çıxa bilər.

  • İstifadə olunan preparatlarla əlaqədar əlavə təsirlər ortaya çıxa bilər.

  • Uğursuz blokada: Spinal və ya epidural anesteziya tətbiqi ilə əməliyyata başladıqdan sonra xəstənin ağrı hissetməsi ya da əməliyyatın müddətinin sinirin keyləşdirilməsi üçün istifadə olunan preparatın təsir müddətindən uzun çəkməsi ilə əlaqədar xəstənin əməliyyatına davam edilə bilməsi üçün anestezioloq uygun gördüğü əlavə bir vasitə tətbiq (sedasiya və ya ümumi anesteziya) etməyə məcbur ola bilər.

Bu cür bir hallar səbəbindən, zəhmət olmasa ümumi anesteziya tətbiqi ilə əlaqəli ətraflı açıqlamanı da diqqətlə oxuyunuz.

PERİFERİK SİNİR BLOKADALARI:

Qollarda və qıçlarda ağrı hissetmədən əməliyyat edilə bilməsi üçün, bu nahiyyənin hərəkət etməsinin qarşısının alınması və hissiyatını təmin edən sinirlərin keyləşdirilməsi əməliyyatına "Sinir blokadası və ya periferik sinir bloku" adı verilir. Sinir blokadaları ilə qolun və qıçın hamısı keyidilə biləcəyi kimi bu üzvlərin bir hissəsi də keyidilə bilər (Əl, ayaq, barmaq kimi).

Bu tətbiq üçün əməliyyat ediləcək nahiyyəyə gedən sinirin ətrafına uyğun yerdən iynə ilə girilərək lokal anestezik preparatdan lazımi qədər yeridilir.

Sinir blokadaları əsnasında və ya sonra ortaya çıxa biləcək problemlər:


  • Preparatlara qarşı allergiya: Sinir blokadası üçün verilen lokal anestezya preparatlarına qarşı allergiya yarana bilər.

  • Dərmanların damar içinə edilməsi: Sinirlərin damarlara yaxın qonşuluqları səbəbiylə verilən dərmanlar damar yoluna istənilmədən yeridilə bilər. Bununla əlaqəli baş gicəllənməsi, yuxuluq halı, şüurda pozulma, epileptik (bayılma kimi) hərəkətlər meydana gələ bilər.

  • Damarların deşilməsi:Sinirə qonşu damarların deşilməsi ilə əlaqədar olaraq, damardan qan toxuma içinə sıza bilər ve bu nahiyyədə toplana bilər.

  • Sinir zədələnməsi: Sinirin iynə ilə zədələnməsinə bağlı olaraq və ya dərmanın birbaşa olaraq sinir içinə verilməsi səbəbiylə müvəqqəti ya da daimi hərəkət və hissiyyat itkisi ola bilər.

  • Qolun keyləşdirilməsi üçün boyun nahiyyəsindən edilən müdaxilələrdə; səs batması, əməliyyatın edildiyi tərəfdə göz qapağında enmə(ptoz) və sulanma, ağciyərin deflyasiyası, ağciyərlərdə maye və qan toplanması ola bilər. Bu nahiyyədən verilən dərmanların birbaşa olaraq onurğa beyni mayesinə verilməsi və ya sızması halında boyundan aşağı keyimə və hərəkət itkisi, ürək və / və ya tənəffüs dayanması ola bilər.

  • İnfeksiya:Hər inyeksiyadan olduğu kimi bu müdaxilələr də infeksiya inkişaf edə bilər.

  • Uğursuz sinir blokadası: Periferik sinir blokadası tətbiqi əməliyyatlarında başladıqdan sonra xəstənin ağrı hissetməsi ya da əməliyyatın müddətinin sinirin keyidilməsi üçün istifadə edilən dərmanın təsir müddətindən uzun çəkməsilə əlaqədar olaraq xəstənin əməliyyatına davam edilə bilməsi üçün anestezioloq uyğun gördüyü əlavə bir proqram (sedasiya və ya ümumi anesteziya) etmək məcburiyyətində qala bilər. Bu cür bir ehtimal səbəbiylə, zəhmət olmasa ümumi anesteziya tətbiqi ilə əlaqədar ətraflı şərhi da diqqətlə oxuyun. Anesteziya tətbiqi üçün veriləcək olan "Məlumatlandırılmış Xəstə Razılığı" nın əlaqəli tətbiqlərinin də bilinməsi lazımlıdır.

Yuxarıda izah edilən bütün anesteziya əməliyyatları əsnasında və ya sonrasında gözlənilən və ya gözlənilməyən yan təsir və ya daimi və müvəqqəti problemlər ortaya çıxa bilər. Nadir hallarda görülən bu problemlərin qarşısının alınması və ortaya çıxarsa aradan qaldırılması üçün maksimum tədbirlər görülməlidir.

Yuxarıda izah olunanlarla əlaqədar aydın olmayanlarıi zəhmət olmasa anestezioloqunuzdan soruşun.


RAZILIQ

Həkim tərəfindən mənə ediləcək ..................................................................... prosedurun nə olduğu, müddəti, ola biləcək nəticələri və ağırlaşmaları, riskləri, alternativ müalicə üsulları, müalicəni qəbul etmədiyim təqdirdə ortaya çıxacaq nəticələr detallı olaraq izzah edildi və bunları şurum başımda olaraq başa düşdüm. Mənə verilən 4 səhifəlik Regıonal Anesteziya Məlumatlandırma və Razılıq Formasını oxudum və başa düşdüm. İstədiyim zaman verdiyim razılığı geri götürmək haqqına sahib olduğum ifadə edildi.

Vəziyyətim, risklər, tətbiq olunacaq müalicə prosedurları və müalicə variantları haqqında narahatlıqlarım üçün həkimə suallar verdim və bütün düşüncələrimi özünə çatdırdım, aldığım cavablara görə razı qaldım. İzahat nəticəsində kafi olaraq məlumatlandırıldım. Əməliyyatın / cərrahı müdaxilənin / riskli prosedurların edilməsinə, müalicə əsnasında lazımdırsa əlavə müdaxilə və ya qan və qan komponentlərinin istifadə edilməsinə İCAZƏ VERİRƏM.

Öz xəttiniz ilə “Oxudum, başa düşdüm” yazınız:…………………………………………...

Xəstənin Adı Soyadı: …………………………………..…….. İmza:……………… Tarix:……./……../……… Saat:………

Xəstə Yaxını Adı Soyadı:………………………….....…... İmza:……..…….… Tarix:……./……../……… Saat:………

Yaxınlıq Dərəcəsi: ………………………………………….

Xəstədən Razılıq Alınamayıb, Xəstə Yaxınından Razılıq Alınmasının Səbəbi:

Xəstənin Şüuru qapalı □ Xəstə 18 yaşından kiçik

Xəstənin qərar vermək yetkisi yox □ Təcili □ Digər

HƏKİM

Xəstənin şikayəti, tədqiqləri, müayinə nəticələrinə görə nəticəsində qoymuş olduğum diaqnozu və səbəbini, təklif edilən müalicə məzmununu, məqsədini və müvəffəqiyyətli olma şansını, üstünlükləri və risklərini, müalicəyə və xəstəyə xüsusi riskləri *, varsa alternativ müalicə üsullarını, müalicə nəticələrini, müalicənin rədd edilməsi vəziyyətində ortaya çıxa biləcək riskləri, xəstəyə açıqladım və məlumatlandırma formasını xəstəyə verdim. Xəstə / xəstə yaxınları tərəfindən, tərəfimə soruşulan bütün sualları tam olaraq cavablandırdım.



* Müalicəyə və xəstəyə aid xüsusi risklər (varsa):

…………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………


Həkimin Adı Soyadı:……………………………………… İmza:…………………… Tarix:….../.……/…….… Saat:……

TƏRCÜMƏÇİ (Xəstənin Dil/ Ünsiyyət Problemi varsa)

Xəstəyə həkim tərəfindən edilən açıqlamaları tərcümə etdim. Fikirimə görə tərcümə etdiyim məlumatlar xəstə tərəfindən aydın olmuşdur.



Tərcüməçi Adı Soyadı:…………….……………. İmza:…………………… Tarix:….../.……/…….… Saat:..…..



Dok. No: HD.RB.001 Rev. No:1 (07.03.2016) Yayin Tarihi: 15.11.2015 /






Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə