Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti magistratura məRKƏZİ Əlyazması hüququnda


 Daxili auditin təməl prinsipləri və normativ hüquqi bazası



Yüklə 0,79 Mb.
Pdf görüntüsü
səhifə5/39
tarix14.05.2023
ölçüsü0,79 Mb.
#113526
1   2   3   4   5   6   7   8   9   ...   39
abdurahmanov meftun

 
1.2 Daxili auditin təməl prinsipləri və normativ hüquqi bazası 
 
Auditor öz qarşısında duran məqsədlərə nail olmaq üçün Auditorların Peşə Etikası 
Məcəlləsində nəzərdə tutulan əsas prinsipləri yerinə yetirməlidir:
Azərbaycan Respublikasının Auditorlar Palatası Şurasının 2010-cu il 12 oktyabr 
tarixli 212/4 saylı qərarında həmin prinsiplərin geniş təqdimatı aşağıdakı kimi 
verilmişdir. 
Düzgünlük 
1. Auditor öz peşə vəzifələrinin yerinə yetirilməsində düzgün mövqe tutmalıdır. 
2. Düzgünlük prinsipi bütün sərbəst auditorların və auditor təşkilatlarının üzərinə 
peşəkar və işgüzar münasibətlərdə səmimi və dürüst olmaq öhdəliyi qoyur. Düzgünlük 
ədalətli qarşılıqlı münasibətləri və dürüstlüyü də nəzərdə tutur. 
3. Sərbəst auditorlar və auditor təşkilatları informasiyanın aşağıdakı kimi olduğunu 
hesab edirsə, hesabatlarla, bəyannamələrlə, məlumatlarla və ya başqa informasiya ilə 
əlaqəli olmamalıdırlar: 
a) İnformasiyada əhəmiyyətli dərəcədə yanlış və ya aldadıcı hesabat vardır; 
b) İnformasiyada düzgün hazırlanmamış hesabatlar və ya məlumat vardır; 
c)İnformasiyaya daxil edilməli olan məlumatın gözdən qaçırılması və ya 
gizlədilməsi yanılda bilərsə, onun gözdən qaçırılması və ya gizlədilməsi. 
Obyektivlik 
1. Obyektiv olmaq prinsipi auditoru öz rəyində qərəzsiz, düzgün və müstəqil 
olmağa məcbur edir. 
2. Auditor, auditor xidmətləri göstərərkən, həmişə öz obyektivliyini, peşəkarlığını, 
mühakimələrində qərəzsizliyini nümayiş etdirməlidir. 
3. Bu Qaydada nəzərdən kecirilən halların əksəriyyətində obyektivlik göstərilməsi 
zəruridir, bu zaman aşağıdakı hallara xüsusi diqqət yetirilməlidir: 


19 
a) auditorlar onların müstəqilliyinə təzyiq göstərmək imkanı mövcud olan şəraitə 
düşə bilərlər; 
b) auditor sifarişçilərlə qarşılıqlı münasibətlərdə yanlış qənaətə gələ bilər; 
ç) auditor təşkilatının rəhbərləri auditor xidmətləri göstərilən zaman auditor 
təşkilatının qulluqçuları, habelə işə cəlb olunan ekspertlər tərəfindən obyektivlik 
prinsiplərinə riayət olunmasını təmin etməlidirlər. 
Auditor ədalətli olmalı və yanlış təsəvvürün, yanlış qənaətin və başqa amillərin 
onun obyektivliyinə təsir göstərməsinə yol verməməlidir. 
Auditor sifarişçiyə lazımi dərəcədə qayğı, səriştə və məsuliyyətlə xidmət 
göstərməli, peşə biliklərini daim inkişaf etdirməlidir. Auditor peşə biliklərinin elə bir 
səviyyəsinə malik olmalıdır ki, sifarişçiyə qanunvericilikdə, audit praktikasında və 
auditor xidmətlərinin göstərilməsi texnikasında son dəyişikliklər nəzərə alınmaqla 
xidmət göstərilməsinə onun heç bir şübhəsi olmasın. 

Yüklə 0,79 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin