Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti magistratura məRKƏZİ Əlyazması hüququnda


Peşə səriştəliliyi və lazımi dəqiqlik



Yüklə 0,79 Mb.
Pdf görüntüsü
səhifə6/39
tarix14.05.2023
ölçüsü0,79 Mb.
#113526
1   2   3   4   5   6   7   8   9   ...   39
abdurahmanov meftun

Peşə səriştəliliyi və lazımi dəqiqlik 
1. Peşə səriştəliliyi və lazımı dəqiqlik prinsipi sərbəst auditorların və auditor 
təşkilatlarının üzərinə aşağıdakı öhdəlikləri qoyur: 
a) Peşə biliklərini və vərdişlərini müştəriyə və ya işəgötürənə ixtisaslı peşəkar 
xidmətlər göstərməyə imkan verən səviyyədə saxlamaq; və 
b) Peşəkar xidmətlər göstərərkən tətbiq olunan texniki və peşə standartlarına uyğun 
şəkildə səylə hərəkət etmək. 
2. Səriştəli peşəkar xidmətlər bu cür xidmətlərin göstərilməsi prosesində peşə 
biliklərini və vərdişlərini tətbiq edərkən düzgün mülahizə yürütməyi nəzərdə tutur. 
Peşə səriştəsi aşağıdakı iki mərhələyə ayrıla bilər: 
a) Peşə səriştəliliyinin əldə edilməsi; və 
b) Peşə səriştəliliyinin saxlanılması. 
3. Peşə səriştəliliyinin saxlanılması müvafiq texniki peşə və işgüzar 
araşdırmalardan davamlı olaraq xəbər tutmağı və onların başa düşülməsini nəzərdə 
tutur. Peşəkarlığın inkişafının davam etməsi peşəkar mühasibin peşə mühitində öz işini 
səriştəli şəkildə yerinə yetirməsinə imkan verən qabiliyyətini inkişaf etdirir və saxlayır. 


20 
4. Dəqiqlik sazişin tələblərinə uyğun olaraq səylə, əsaslı surətdə və vaxtında 
hərəkət etmək məsuliyyətini nəzərdə tutur. 
5. Peşəkar mühasib yəqin etməlidir ki, onun rəhbərliyi altında işləyən və peşə 
tapşırıqlarını yerinə yetirən şəxslər müvafiq təlim keçmişlər və lazımi nəzarət altında 
hərəkət edirlər. 
6. Lazım gələrsə, peşəkar mühasib fikrin ifadə edilməsinin səhvən faktın təsdiqi 
kimi yozulmasına yol verməmək məqsədilə müştəriləri, işəgötürənləri və ya peşəkar 
xidmətlərin digər istifadəçilərini xidmətlərə xas məhdudiyyətlərlə tanış etməlidir. 
Məxfilik 
1. Auditor, sifarişçinin fəaliyyəti haqqında informasiyanın açıqlanması üçün ona 
xüsusi səlahiyyət verilməsi (müəssisə ləğv edilərkən müstəqil auditor yoxlamasının 
aparılması üçün dövlət orqanları ilə müqavilə bağlanması), yaxud informasiyanın 
açıqlanmasını auditorun öhdəsinə qoyan halların olması (yalnız Cinayət Məcəlləsinin 
ayrı-ayrı maddələri ilə xüsusi nəzərdə tutulmuş hallarda) istisna edilməklə, həmişə, hər 
yerdə, hər bir şəraitdə məxfiliyə riayət etməlidir. Yəni auditor yalnız o hallarda 
informasiyanı açıqlaya bilər ki, o, sifarişçi tərəfindən xüsusilə ağır cinayətlərin 
törədilməsi faktları haqqında dürüst və dəqiq məlumata malik olsun və onun əlində 
dövlətə xəyanət, Konstitusiya quruluşuna qəsd, casusluq və Cinayət Məcəlləsinin 
maddələrində nəzərdə tutulan digər xüsusilə ağır cinayətlərin törədilməsi barədə 
təkzibedilməz sübutlar olsun. Lakin bilmək lazımdır ki, auditor hüquq və hüquqşünaslıq 
sahəsində məhdud peşə biliklərinə malik olduğuna görə, o, Cinayət Məcəlləsinin 
pozulması faktını tam dəqiq qiymətləndirə bilməz və buna görə də məxfiliyi ciddi 
surətdə pozan səhvə yol verə bilər. Başqa sözlə, auditor cinayətlərin açılması sahəsində 
mütəxəssis deyil və buna görə də sifarişçi tərəfindən qanunsuz hərəkətlər haqqında 
mühakimə yürütməyə ixtiyarı yoxdur. Vətəndaşların cinayət məsuliyyəti məsələləri 
qanunla müəyyən edilmiş qaydada məhkəmə orqanları tərəfindən həll edilir. 
2. Auditor onun başçılığı altında işləyən heyət və auditor xidmətləri göstərilən 
zaman məsləhət verən və peşəkar fəaliyyətin göstərilməsinə köməklik edən şəxslər 
tərəfindən məxfiliyə riayət edilməsinə əmin olmalıdır. 


21 
3. Məxfilik yalnız informasiyanın üçüncü şəxslərə açıqlanması proseslərinə şamil 
edilmir. Məxfiliyə riayət olunması tələbi yol vermir ki, iş prosesində informasiya alan 
auditor ondan şəxsi məqsədləri üçün istifadə etsin və ya hətta ondan şəxsi məqsədləri və 
ya üçüncü tərəfin mənafeləri üçün istifadə etməsinə təəssürat (ehtimal) yaratsın. 
4. Sifarişçinin fəaliyyəti haqqında geniş ictimaiyyət üçün qapalı olan böyük 
həcmdə məxfi informasiya auditor ücün açıqdır. Buna görə də xidməti informasiyanın 
və kommersiya sirrinin icazəsiz yayılmasına görə auditor məsuliyyət daşıyır. Bu qayda 
məcburi auditor yoxlaması aparılarkən (auditor rəyinin və ya hesabatının tərtib edilməsi 
zamanı) auditorun peşə standartlarında nəzərdə tutulmuş birbaşa vəzifələrinin yerinə 
yetirilməsi barədə olan informasiyanın açıqlanmasına aid deyil. 
5. Peşə xidmətlərinin göstərilməsi gedişində əldə etdiyi informasiyanı sifarişçinin 
razılığı olmadan yaymağa və açıqlamağa, habelə ondan öz məqsədləri üçün istifadə 
etməyə auditorun ixtiyarı yoxdur. 
6. Məxfilik prinsipi sərbəst auditorun və auditor təşkilatının üzərinə 
aşağıdakılardan çəkinmək öhdəliyini qoyur: 
a) Peşəkar və ya işgüzar münasibətlər nəticəsində əldə edilmiş informasiyanın 
açıqlanmasının sərbəst auditorun və auditor təşkilatının qanuni və ya peşə 
hüqüqlarından və ya vəzifələrindən irəli gəldiyi hallar istisna olmaqla, həmin 
informasiyanı müvafiq səlahiyyət olmadan şirkətdən və ya işəgötürən təşkilatdan 
kənarda açıqlamaq; və 
b) Peşəkar və ya işgüzar münasibətlər nəticəsində əldə edilmiş məxfi 
informasiyadan şəxsi məqsədlər və ya üçüncü tərəflərin məqsədləri üçün istifadə etmək. 
7. Sərbəst auditorlar və auditor təşkilatları sosial mühitdə də məxfiliyi 
qorumalıdırlar. Sərbəst auditorlar və auditor təşkilatları informasiyanın bilmədən 
açıqlanmasının, xüsusən işgüzar tərəfdaşla, yaxud ailənin yaxın və ya birbaşa üzvü 
(ailənin birbaşa üzvü olmayan qohum, uşaq, qardaş və ya bacı) ilə sürəkli 
münasibətlərlə əlaqəli hallarda açıqlanmasının mümkünlüyünü nəzərə almalıdır. 
8. Sərbəst auditorlar və auditor təşkilatları, həmçinin, potensial müştərinin və ya 
işəgötürənin açıqladığı informasiyanın məxfiliyini qorumalıdırlar. 


22 
9. Sərbəst auditorlar və auditor təşkilatları şirkətin və ya işəgötürən təşkilatın 
daxilində informasiyanın məxfiliyinin qorunması zərurətini də nəzərə almalıdırlar. 
10. Sərbəst auditorlar və auditor təşkilatları öz nəzarəti altında olan 
əməkdaşların,habelə məsləhəti və köməyi alınmış şəxslərin sərbəst auditorların və
auditor təşkilatlarının məxfiliyi qorumaq barədə öhdəliyinə hörmət bəslədiklərinə 
yəqinlik hasil etmək üçün bütün lazımi tədbirləri görməlidirlər. 
11. Məxfilik prinsiplərinə sərbəst auditorlar və auditor təşkilatları ilə müştəri və ya 
işəgötürən arasında münasibətlər qurtardıqdan sonra da əməl edilməlidir. Sərbəst 
auditor və auditor təşkilatı işəgötürəni dəyişdirərkən və ya yeni müştəri əldə edərkən 
əvvəlki təcrübəsindən istifadə etmək hüququna malikdir. Eyni zamanda, sərbəst auditor 
və auditor təşkilatı peşəkar və ya işgüzar münasibətləri nəticəsində əldə etdiyi, yaxud 
aldığı hər hansı informasiyadan istifadə etməməli və ya onu açıqlamamalıdır. 
12. Sərbəst auditorun və auditor təşkilatının məxfi informasiyanı açıqlamalı olduğu 
və ya açıqlaya biləcəyi, yaxud bu cür açıqlamanı zəruri edə bilən hallar aşağıda 
sadalanmışdır: 
a) informasiyanın açıqlanmasına qanunvericiliklə icazə və müştəri və ya işəgötürən 
tərəfindən səlahiyyət verilmişdir; 
b) açıqlama qanunvericiliyin tələblərinə uyğun olaraq tələb edilir, məsələn:
(i) hüquqi araşdırmaların gedişində sənədlər və ya digər sübut formaları təqdim 
edilərkən; və ya 
(ii) aşkara çıxarılmış qanun pozuntuları barəsində müvafiq səlahiyyətli orqan 
məlumat verdikdə; və 
c) qanunla qadağan olunmayan hallarda aşağıdakı məqsədlər üçün açıqlamaya dair 
peşə vəzifəsi və ya hüquq mövcuddur: 
(i) BMF-nin üzvü olan təşkilat və ya peşəkar təşkilat tərəfindən aparılan keyfiyyətə 
nəzarət tələblərinin yerinə yetirilməsi; 
(ii) sorğuya cavab və ya BMF-nin üzvü olan təşkilat və ya tənzimləyici təşkilat 
tərəfindən aparılan təhqiqat gedişində cavab verilməsi; 
(iii) hüquqi araşdırmanın gedişində sərbəst auditorun və auditor təşkilatının peşə 
maraqlarının qorunması; və ya 


23 
(iv) texniki standartlara və etik tələblərə riayət edilməsi. 
13. Məxfi informasiyanı açıqlamağın zəruriliyi barədə qərar qəbul edərkən sərbəst 
auditor və auditor təşkilatı aşağıdakı amilləri nəzərdən keçirməlidir: 
a) əgər müştəri və ya işəgötürən sərbəst auditorun və auditor təşkilatının 
informasiyanı açıqlamasına razılıq versə, bütün tərəflərin, o cümlədən üçüncü tərəfin də 
mənafelərinə xələl gələcəkmi; 
b) 
bütün 
müvafiq 
informasiya 
məlumdurmu 
və 
mümkün 
dərəcədə 
əsaslandırılmışdırmı; əgər ümumiyyətlə, informasiyanın açıqlanması lazımdırsa, 
açıqlamanın 
tipini 
müəyyənləşdirərkən 
təsdiqlənməmiş 
faktların, 
yarımçıq 
informasiyanın və ya əsassız rəylərin ortaya çıxdığı halda peşəkar mülahizədən istifadə 
edilməlidirmi; və 
c) hansı tipli məlumat və məhz kimə göndərilməlidir; xüsusilə, sərbəst auditor və 
auditor təşkilatı yəqinlik hasil etməlidir ki, məlumatın göndərildiyi tərəflər onu almalı 
olan tərəflərdir. 
Rəhbərlik tərəfindən müəssisə və təşkilatın maliyyə-təsərrüfat fəaliyyətinə 
gündəlik nəzarətin, o cümlədən daxili auditin təşkili həm qanunvericilik, həm də digər 
normativ sənədlər səviyyəsində nizamlanır. 
Hər bir xidmət növünün fəaliyyəti üçün qanunverici normativ hüquqi aktların ol-
ması vacibdir. Çünki, hüquqi və təşkilati formasından asılı olmayaraq hər bir xidmət 
növünün hüquqi vəzifələri, məsuliyyəti və digər öhdəlikləri qanunverici normativ 
hüquqi aktlarla tənzimlənir. Audit də xidmət növü olduğu üçün onun fəaliyyəti qa-
nunverici və normativ hüquqi aktlarla tənzimlənir. Azərbaycan Respublikası ərazisində 
hüquqi və fiziki şəxs statusunda fəaliyyət göstərən audit xidməti Azərbaycan Respub-
likasının Ali Qanunvericilik orqanı tərəfindən qəbul edilmiş qanunlara və Azərbaycan 
Respublikası Ali İcraedici orqanları tərəfindən qəbul edilmiş bir sıra qərar və qət-
namələrə əsasən təşkil olunur. Bu qanunverici normativ sənədlərə «Auditor xidməti 
haqqında» Azərbaycan Respublikasının 16 sentyabr 1994-cü il tarixli Qanunu və ona 
edilən dəyişikliklər, «Daxili audit haqqında» Azərbaycan Respublikasının 22 may 2007-
ci il tarixli Qanunu və ona edilən dəyişikliklər, Azərbaycan Respublikasının Milli Məc-
lisinin 19 sentyabr 1995-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Azərbaycan Respub-


24 
likasının Auditorlar Palatası haqqında» Əsasnamə və ona edilən dəyişikliklər, Azər-
baycan Respublikasının Milli Məclisinin 12 mart 1996-cı il tarixli qərarı ilə təsdiq 
edilmiş «Azərbaycan Respublikasının Auditorlar Palatası haqqında» Əsasnaməyə 
dəyişikliklər edilməsi haqqında Qərarı, «Auditorun peşə məsuliyyətinin icbari sığortası» 
haqqında Azərbaycan Respublikasının 22 may 2007-ci il tarixli Qanunu və ona edilən 
dəyişikliklər, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 aprel 1996-cı ildə 
«Azərbaycan Respublikası Auditorlar Palatasının bəzi məsələlərinə edilən dəyişikliklər» 
haqqında qərarı və Azərbaycan Respublikasında Auditorlar Palatası haqqında Azərbay-
can Respublikasının Prezidenti tərəfindən verilmiş bir sıra fərmanlar və sərəncamlar 
daxildir. Bu qanunverici və normativ hüquqi sənədlər Azərbaycan Respublikasında 
audit fəaliyyətinin təşkilinin və nizamlanmasının ümumi hüquqi bazasını təşkil edir. 
«Auditor xidməti haqqında» Azərbaycan Respublikasının Qanunu Res-
publikamızda audit xidmətinin təşkili və nizamlanması üçün ilk və əsas qanundur. 
Bu qanun 5 fəsil, 20 maddədən ibarətdir və ona müvafiq dəyişikliklər edilsə də, 
hazırkı dövrə qədər əsasən bütövlükdə öz qüvvəsində qalır. Qanun Azərbaycan 
Respublikasında audit xidməti anlayışını, onun hüquqi-təşkilati formalarını, auditorun 
bir sıra təşkilati prinsiplərini aydınlaşdırmaqla yanaşı, əsas etibarilə Azərbaycan 
Respublikasında 
audit 
xidmətini 
tənzimləyir. 
Daha 
doğrusu, 
Azərbaycan 
Respublikasında audit xidməti ilə məşğul olmaq üçün lisenziya verilməsinin əsas prin-
sipləri, sərbəst auditorların və auditor təşkilatlarının qeydiyyat qaydaları, auditorların 
hüquqları, vəzifələrinin və onların məsuliyyətinin hüquqi prinsipləri, audit xidməti ilə 
məşğul olmaq hüququ verən lisenziyaların geri alınması qaydalarının əsas prinsiplərini
özündə əks etdirir. 
Bununla yanaşı «Auditor xidməti haqqında» Azərbaycan Respublikasının 
Qanununda Azərbaycan Respublikasında audit xidmətinin təşkilinin ümumi qaydaları, o 
cümlədən təsərrüfat subyektlərində audit xidmətinin təşkili subyektlərinin vəzifələri və 
hüquqları da öz əksini tapmışdır. 
Qanunun 5-ci fəsli xüsusi müddəaların şərhinə həsr olunmuşdur ki, burada audit 
xidməti sahəsində tətbiq olunan qadağalar, audit xidmətində baş vermiş mübahisələrin 
həll edilməsi qaydaları və auditor təşkilatlarının fəaliyyətində yoxlama-nəzarət işinin 


25 
təşkili 
prinsipləri 
göstərilmişdir. 
Azərbaycan 
Respublikasının 
müəssisə 
və 
təşkilatlarında analitik təhlil və iqtisadi nəzarətin təşkili və bütövlükdə idarəetmə 
sisteminin təkmilləşdirilməsində daxili audit haqqında 22 may 2007-ci il tarixində qəbul 
edilmiş qanunun müstəsna əhəmiyyəti vardır. Bu qanun 5 fəsil 15 maddədən ibarət 
olmaqla əsas etibarı ilə respublikamızda təsərrüfat subyektlərinin idarə edilməsinin 
səmərəliliyinin artırılmasına xidmət edir. Qanuna görə daxili audit dedikdə, Respublika 
ərazisində fəaliyyət göstərən müəssisə və təşkilatların fəaliyyətinə mane olan risklərin 
idarə olunması, təsərrüfat daxili resurslardan optimal istifadənin qiymətləndirilməsi və 
ehtiyatların aşkar edilib istehsala cəlb edilməsinə xidmət göstərən analitik qrupların 
fəaliyyəti kimi başa düşülür. Qanunun II maddəsinə görə, «Daxili audit haqqında» 
Qanun mülkiyyət və təşkilatı-hüquqi formasından asılı olmayaraq, Azərbaycan Res-
publikasının ərazisində fəaliyyət göstərən, məcburi auditin obyekti olan təsərrüfat sub-
yektlərinə şamil edilir və digər təsərrüfat subyektləri bu Qanunun müddəalarını kö-
nüllülük prinsipi əsasında tətbiq edə bilərlər. 
Azərbaycan Respublikasında auditor fəaliyyətinin səmərəli təşkili Azərbaycan 
Respublikasında «Auditor xidməti haqqında», «Daxili audit haqqında» və «Auditorun 
peşə məsuliyyətinin icbari sığortası» haqqında qanunlarla yanaşı bir sıra normativ 
sənədlərin, o cümlədən Azərbaycan Respublikasında «Auditorlar Palatası haqqında 
Əsasnamə»nin tələblərinin düzgün icra olunmasından çox asılıdır. Azərbaycan Respub-
likasının «Auditorlar Palatası haqqında Əsasnamə» 8 bölmədən ibarətdir. Bu Əsasnamə 
Azərbaycan Respublikasında audit fəaliyyətinin təşkilinin prinsip və qaydalarını tənzim-
ləyən normativ hüquqi sənəddir. Həmin Əsasnamə Azərbaycan Respublikası Milli 
Məclisinin 1995-ci il 19 sentyabr tarixli qərarı ilə təsdiq edilmişdir. Azərbaycan 
Respublikası Milli Məclisinin 1996-cı il 5 noyabr tarixli qərarı ilə müvafiq dəyişikliklər 
nəzərə alınmaqla Azərbaycan Respublikasının Auditorlar Palatası haqqında Əsasnamə 
bilavasitə palatanın vəzifə və funksiyalarını, palatanın səlahiyyətlərini, palatanın idarə 
edilməsi qaydalarını, palatanın əmlak hüquqlarını, palatanın üzvləri arasında münasibət-
ləri özündə əks etdirir. 
Azərbaycan Respublikasında audit fəaliyyətinin hüquqi bazasını təşkil edən 
normativ hüquqi sənədlərdən biri də Azərbaycan Respublikası ərazisində audit 


26 
fəaliyyəti ilə məşğul olmaq üçün lisenziya verilməsi qaydalarıdır. Həmin qaydalar adın-
dan göründüyü kimi, Azərbaycan Respublikası ərazisində audit fəaliyyəti ilə məşğul ol-
maq üçün lisenziya verilməsi prinsiplərini və mexanizmlərini tənzimləyir. Bu qaydalar 7 
fəsil və 78 maddədən ibarət olmaqla, Azərbaycan Respublikası ərazisində audit fəa-
liyyəti ilə məşğul olmaq üçün xüsusi razılıq (lisenziya) anlayışını, həmin lisenziyanın 
qüvvədə olması müddətini, verilməsi və alınması üzərində nəzarət, lisenziyanın verilmə-
sinə dair aparılan hazırlıq işləri, lisenziya müddəti, lisenziyanın fəaliyyətinin dayan-
dırılması və ləğv edilməsi prinsiplərini özündə əks etdirir. Qeyd olunan normativ hüquqi 
sənədlərlə yanaşı, bir sıra təlimat xarakterli sənədlər də vardır ki, bunlar Azərbaycan 
Respublikası Auditorlar Palatası tərəfindən hazırlanmış və onun şurası tərəfindən təsdiq 
edilmişdir. Bu sənədlər də normativ hüquqi aktlara bərabər tutulur və Azərbaycan 
Respublikasında audit fəaliyyətinin səmərəli təşkilinə xidmət edir. Bu normativ 
sənədlərə Auditor Palatası tərəfindən təsdiq olunmuş audit standartları və onların tətbiq 
edilməsi barədə təlimat, banklarda auditin aparılmasına dair proqram və sair bu kimi 
sənədlər aiddir. 
Respublikamızda audit xidmətinin səmərəli təşkili üçün normativ hüquqi aktlarla 
yanaşı, Auditorlar Palatası tövsiyə xarakterli bir sıra metodik sənədlər də işləyib 
hazırlamışdır. Həmin metodik sənədlərdən biri də müəssisə və təşkilatlarda audit 
aparılmasına dair xüsusi proqramlardır. Belə proqramlar hər bir təsərrüfat subyektinin 
spesifik xüsusiyyətləri nəzərə alınmaqla işlənib hazırlanır və audit xidmətinin respub-
likamızda təşkilini zənginləşdirir. Azərbaycan Respublikasının Auditorlar Palatası 
Şurasının 16 sentyabr 2000-ci il tarixli 61/2 saylı qərarı ilə təsdiq edilmiş «Banklarda 
audit aparılmasına dair proqram» da qeyd etdiyimiz sənədlərin tərkib hissəsi hesab 
etmək olar. Həmin proqramda məzmun baxımından respublikamızda fəaliyyət göstərən 
bankların fəaliyyətinin auditinə dair bütün prinsipial məsələlər öz əksini tapmışdır. 
Proqram 13 fəsildən, 93 maddədən ibarətdir. Proqram bankların maliyyə hesablarının 
müştərilərə verilmiş kreditlərin audit qaydalarını özündə əks etdirməklə, müştəri hesab-
larının inventarlaşma edilməsi qaydasını müəyyənləşdirmişdir. Proqramda nağd pulun 
banklarda yerləşdirilməsi və onların hərəkəti üzərində nəzarət qaydalarını, qiymətli 
kağızlar, investisiyalar və onlardan istifadə effektivliyinin audit qiymətləndirilməsinin 


27 
metodikası da verilmişdir. Proqram həmçinin bankların özünəməxsus aktivləri, əsas 
vəsaitlərdən səmərəli istifadənin qiymətləndirilməsini özündə əks etdirmiş və eyni za-
manda xarici valyutanın banklar tərəfindən alınması və onların müştərilərə verilməsi 
prosedurlarının təhlilini özündə əks etdirir. Bu formada mövcud təlimat proqramları res-
publikamızda audit xidmətinin təşkilində lazımi normativ sənədlərin tətbiqi bazasını 
zənginləşdirir. (İ.M.Abbasov “Audit” Ali məktəblər üçün dərslik; Bakı 2013) 

Yüklə 0,79 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin