Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti magistratura məRKƏZİ Əlyazması hüququnda


Nəticə  İstifadə edilmiş ədəbiyyat siyahısı



Yüklə 0,79 Mb.
Pdf görüntüsü
səhifə2/39
tarix14.05.2023
ölçüsü0,79 Mb.
#113526
1   2   3   4   5   6   7   8   9   ...   39
abdurahmanov meftun

Nəticə 
İstifadə edilmiş ədəbiyyat siyahısı 
 
 
 
 
 
 
 



Giriş 
 
Mövzunun aktuallığı. Cəmiyyətin iqtisadi transformasiyası şəraitində yeni 
istehsal münasibətlərinin yaranması, material, əmək və maliyyə resurslarının səfərbər 
edilməsi ilə yanaşı onlardan səmərəli istifadə olunması da vacib məsələlər kimi ön plana 
keçir. Bu problemin həllində uçot, nəzarət və təsərrüfat fəaliyyətinin təhlilinin müstəsna 
əhəmiyyət kəsb etməsi şübhəsizdir. Eyni zamanda formalaşmaqda olan yeni iqtisadi 
münasibətləri ifadə edən kateqoriyalar yaranır. Bu cür kateqoriyalardan biri də auditdir. 
Azərbaycan Respublikasının iqtisadiyyatı inkişaf etdikcə və onun dünya təsərrüfat 
sisteminə inteqrasiyası gücləndikcə iqtisadi-maliyyə münasibətlərində şəffaflığın təmin 
olunmasında, iqtisadi cinayətkarlığa və əsassız israfçılığa qarşı mübarizədə auditin 
imkanlarından daha geniş sitifadə etmək zərurəti yaranır. 
Müasir audit səmərəli maliyyə nəzarəti olmaqla yanaşı, həm də sahibkarlıq 
subyektlərinin maliyyə sisteminin sabitliyinin möhkəmlənməsində, onların biznes-
inkişaf planlarının hazırlanmasında, yerli, regional və dünya bazarlarının tədqiqində də 
xüsusi əhəmiyyət kəsb edir. Sahibkarlıq subyektlərinin səmərəli idarə olunmasının 
təşkilinə, onun fəalliyyətinin tənzimlənməsinə müsbət baxımdan təsir edən audit sistemi 
həmçinin bu subyektlərin maliyyə fəaliyyətinin mövcud vəziyyətini və inkişaf 
perspektivlərini qiymətləndirərək, bu istiqamətdə öz rəyini bildirir. 
Təsərrüfat subyektlərində gündəlik nəzarətin lazımı səviyyədə təşkil olunması üçün 
yüksək peşəkarlığa malik olan, müəssisənin təşkilati-iqtisadi quruluşunu dərindən bilən, 
yoxlama texnikası ilə ətraflı tanış olan mövcud qanunvericilik barədə müfəssəl 
məlumatı olan xüsusi nəzarət xidmətinin - daxili auditin olması vacibdir. Beynəlxalq 
təcrübədən məlumdur ki, yüksək səviyyədə inkişaf etmiş bazar iqtisadiyyatı ölkələrində 
şəxsi mülkiyyətin əsas mülkiyyət forması olduğu yerdə daxili audit sistemi geniş tətbiq 
olunur. 
Bazar münasibətləri şəraitində müəssisələrin idarə olunmasında daxili audit 
nəzarətin ayrılmaz və mühüm elementidir. Daxili auditə tələbat onunla əlaqədar yaranır 
ki, sahibkarlar müəssisənin və aşağı idarəetmə strukturlarının fəaliyyətinə gündəlik 
nəzarətlə məşğul ola bilmirlər. Daxili audit bu fəaliyyət barədə informasiya verir və 



menecerlərin hesabatlarının düzgünlüyünü təsdiqləyir. Daxili audit başlıca olaraq 
risklərin idarə olunması və müəssisənin maliyyə vəziyyəti barədə çevik informasiya 
əldə etmək baxımından əlverişlidir. 
Maliyyə nəzarətinin xüsusi növü kimi audit - dövlətin maliyyə-iqtisadi siyasətinin 
uğurla həyata keçirilməsi və maliyyə sabitliyinin bərqərar edilməsi üçün zəmin 
yaratmaqla, qanunçuluğa riayət edilməsinin təmin olunmasına, mülkiyyətin qorunub 
saxlanılmasına, maliyyə vəsaitlərindən düzgün, səmərəli və qənaətlə istifadə olunmasına 
xidmət edir, büdcə və maliyyə intizamının ən müxtəlif pozuntularını aşkara çıxarmağa 
yardım göstərir, qanunsuz xərclənmiş vəsaitləri aşkar etməyə və onların bərpasına 
imkan yaradır. 
Müəssisənin sahibkarı, səhmdarları bunda maraqlıdırlar ki, sərf etdikləri kapitalın 
artımı müqabilində yüksək mənfəətin əldə edilməsi və nəticə etibarilə dividendlərin 
daim artması təmin olunsun. Müasir şəraitdə material-pul vəsaitlərin təyinatına uyğun 
sərf olunması, dövlət qarşısında vergi və digər ödənişlərin təminatı, satıcı təşkilatlara 
olan borclarının ödənilməsi, mühasibat uçotunun aparılmasının düzgün təşkili üzərində 
gündəlik nəzarətin olması böyük əhəmiyyət kəsb edir. 
Ümumiyyətlə, daxili audit müəssisənin maliyyə ehtiyyatlanmn istifadəyə 
yönəldilməsinin məqsədli təyinatını, rasionallığını, tamlığını və vaxta müvafiqliyini 
müəyyənləşdirərək, maliyyə resurslarının formalaşdırılmasında və xərclənməsində 
ehtiyat mənbələrini üzə çıxararaq, maliyyə-təsərrüfat əməliyyatlarında və onların 
hesabatda əks olunmasında qanunçuluqdan və səmərəlilikdən kənarlaşmaları 
aşkarlayaraq, dövlət büdcəsi ilə və büdcədənkənar fondlarla hesablaşmaların 
düzgünlüyünü müəyyənləşdirərək, idarəetmənin səmərəliyinin yüksəldilməsinin təsirli 
vasitəsi kimi çıxış edir. 
Artıq daxili auditin zəruriliyi nəzərə alınaraq, ölkəmizin müxtəlif fəaliyyət növlü 
müəssisə və təşkilatlarında daxili audit bölmələrinin yaradılmasına başlanmışdır. Lakin 
bu yeni, perspektivli işin qurulmasında bir sıra nöqsan və çatışmazlıqlara yol verilir, 
daxili auditorların lazımi biliklərə və peşə vərdişlərinə yiyələnməsinə, daxili auditin 
aparılmasına dair standartların və etik normaların işlənib hazırlanmasına yardım edən 
metodik normativ aktlar, tədris-praktik səciyyəli kitablar və metodik vəsaitlər çatışmır.



Daxili auditor peşəsinin mahiyyəti haqqında dəqiq anlayışın olmaması, daxili 
auditin səhvən istehsalat-maliyyə fəaliyyətinin təftişi kimi təsəvvür edilməsi ölkədə 
daxili auditi beynəlxalq standartlar səviyyəsində qurmağa imkan vermir. 
Bütün bunlarla əlaqədar müasir dövrdə təsərrüfat subyektlərində daxili auditin 
nəzəri əsaslarının tədqiqi, onun təşkili və aparılması üzrə metodiki təkliflərin və 
tövsiyyələrin hazırlanması çox aktualdır.

Yüklə 0,79 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin