48
prosedurların fəaliyyətini səmərəlilik, effektivlik və qənaət baxımından dəyərləndirir.
Təchizat. Təchizat əmtəələrin və xidmətlərin əldə edilmə prosesidir. Satınalma
funksiyası həm ticarət, həm də emal müəssisələri nöqteyi-nəzərindən əhəmiyyətlidir.
Satınalma funksiyasına müəssisədən kənarda qurulan əlaqələr daxildir.
Burada
dələduzluq riskinin yüksək olduğu əmtəə və xidmətlərin satın alınması zamanı xüsusilə
diqqətli olmaq lazımdır. Əməliyyatlar zamanı qənaət amilinə əməl olunması da
müəssisədən kənarda əmtəələrin satın alınması zamanı nəzərə alınan əsas amillərdəndir
Satınalma zamanı sorğulama, müqayisə, məsləhət və rəqabət prinsipləri, yəni əmtəələrin
müvafiq kəmiyyət və keyfiyyətdə, düzgün zamanda və doğru qiymətə satın alınması
nəzərə alınmalıdır.
Satınalma şöbəsi üçün daxili auditi həyata keçirərkən auditor aşağıdakılara diqqət
yetirməlidir.
a) Əmtəə və xidmətlərin təchizatı iiə bağlı prosedurun başa düşülməsi
Daxili auditor auditi effektiv aparmaq üçün əmtəə və xidmətlərin təchizatı ilə bağlı
olan prosesi anlamalıdır. Satınalma təlimatının (satınalma prosesinin yazılı sürəti) əldə
edilməsi, oxunması, eləcə də, sifarişin verilməsi ilə başlayıb materialların əldə edilməsi
və nəticə etibarilə satınalma ödənişinin həyata keçirilməsi ilə bitən əməliyyatların icra
olunma sistemini müşahidə etməklə buna nail olmaq olar.
b) Sistemin qiymətləndirilməsi
Sistemi anladıqdan sonra auditor prosedurların adekvatlığını
və daxili nəzarət
sisteminin effektiv olub-olmamasını qiymətləndirməlidir.
Prosedurun adekvat olmadığı aşkar edilərsə auditor audit komitəsinin heyətinə
təkmilləşdirmələrlə bağlı tövsiyə verməlidir. Əgər auditor təchizat prosedurlarının
adekvatlığından razıdırsa, o zaman onların tətbiq edilməsi və effektivliyini
qiymətləndirməlidir.
Onlar sadəcə icazə verilən satınalmalar üçün
ödənişin həyata keçirilməsi, sifarişin
yalnız yazılı formada verilməsi, satıcıların
tender vasitəsilə seçilməsi, uzunmüddətli
mal-materialın idarə edilməsi və ödənişin yalnız keyfiyyət yoxlamasından sonra
edilməsi kimi müxtəlif sistem nəzarətlərini qiymətləndirməli və bununla bağlı
hesabat
verməlidirlər. Daxili nəzarət sisteminin qaydasında olması saxta ödəniş riskini, əmtəə
49
təchizatında yubanmanı, aşağı keyfiyyətli məhsulların alınması,
eləcə də təcili
satınalmalar zamanı yüksək qiymətin ödənilmə riskini aradan qaldırır.
Əhəmiyyətli risk və hərtərəfli yoxlanma ilə bağlı ehtiyac olduğu təqdirdə auditorlar
təchizat və daxili nəzarət sisteminin fəaliyyətini qiymətləndirmək üçün test yoxlamasına
müraciət etməlidirlər.
Təchizat risklərinə:
-
Saxta ödəniş
-
Təchizatda ləngimə
-
Aşağı keyfiyyətli məhsulun alınması
-
Təcili satınalma zamanı yüksək qiymətə alış və.s aiddir.
Həmin risklərlə əlaqədar tətbiq edilə biləcək nəzarət metodlarına aşağıdakıları aid
etmək olar.
-
Yalnız icazə verilən satınalmalar üçün ödəniş
-
Sifarişin yalnız yazılı formada verilməsi
-
Satıcıların tender vasitəsilə seçilməsi
-
Uzunmüddətli mal-materialların idarə edilməsi
-
Ödənişin yalnız keyfiyyət yoxlanışı edildikdən sonar edilməsi
Dostları ilə paylaş: