Seçki hüquqlarının müdafiəsi ilə bağlı məhkəmə proseslərinin monitorinqi və pulsuz hüquqi yardım

Yüklə 211,09 Kb.
tarix26.02.2017
ölçüsü211,09 Kb.
#9877

İnsan Hüquqları üzrə Hüquqşünaslar Komitəsinin
Seçki hüquqlarının müdafiəsi ilə bağlı məhkəmə proseslərinin monitorinqi və pulsuz hüquqi yardım” layihəsi üzrə
ARALIQ HESABATI
(15.09.2010 – 10.11.2010)
Bu hesabat İnsan Hüquqları üzrə Hüquqşünaslar Komitəsi tərəfindən “Açıq Cəmiyyət İnstitutu – Yardım Fondunun dəstəyi ilə həyata keçirilən “Siyasi hüquqların müdafiəsi üzrə məhkəmə proseslərinin monitorinqi və pulsuz hüquqi yardım” layihəsi çərçivəsində hazırlanıb. Layihənin həyata keçirilməsində əsasən 2 məqsəd qarşıya qoyulub:

- 7 noyabr 2010-cu ildə Azərbaycan Respublikasının Milli Məclisinə seçki şikayətləri üzrə keçirilən məhkəmə proseslərinin ədalətli olub-olmamasını müəyyən etmək,

- baş vermiş seçki hüququ pozuntularının səbəblərini və xarakterini müəyyənləşdirmək.

Layihə 2 istiqamətdə həyata keçirilib – seçki subyektlərinə pulsuz hüquq yardımı göstərilib və seçki hüquqlarının müdafiəsi ilə bağlı keçirilən məhkəmə proseslərinin monitorinqi aparılıb.

1. Pulsuz hüquq yardımı:

1.1 Bu istiqamət üzrə Bakı, Sumqayıt, Gəncə və Quba şəhərlərində “Qaynar Xətt” fəaliyyət göstərmiş, buraya 300-dən çox telefonla müraciətlər olmuş və bütün müraciətlər üzrə şifahi (bəzən də yazılı) məsləhətlər verilmişdir.

QAYNAR XƏTT”ə daxil olan müraciətlər əsasən aşağıdakıları əhatə etmişdir:

- deputatlığa namizədlərin qeydə alınması üçün hansı sənədlər lazımdır;

- dairə seçki komissiyaları deputatlığa namizədliyin qeydə alınmasına neçə gün müddətində baxır;

- deputatlığa namizədlərin neçə vəkili ola bilər;

- deputatlığa namizədlər bank hesabını hansı müddətdə və necə açmalıdır;

- təbliğat-təşviqat mərhələsinin müddəti neçə gündür;

- hərbi xidmətdə olan hərbi qulluqçuların səsvermədə iştirakı nəzərdə tutulubmu;

- vətəndaşların seçkilərdə iştirak etməsi üçün lazım olan sənədlər hansılardır;

- məcburi köçkünlərin seçkilərdə iştirakının necə həyata keçiriləcəyi;

- müşahidəçi olmaq üçün hansı sənədləri təqdim olunmalıdır;

- DSK-larının yol verdiyi qanun pozuntularından hara və necə şikayət etməli;

- şikayətlərə neçə gün müddətində baxılır və sair.

Müraciətlərə əsasən müəyyən edilmiş pozuntular əsasən aşağıdakılardan ibarət olmuşdur:

- DSK-nın sədrini iş yerində tapmaq olmur və bu səbəbdən də imza vərəqələrini vaxtında əldə etmək olmur,

- imza vərəqələri az sayda verilir,

- müxalifət partiyalarının namizədləri və müstəqil namizədlər üçün imza toplayanlara müxtəlif təzyiqlər olur,

- seçicilərə müxtəlif təzyiqlər edilir ki, müxalifət partiyalarının namizədlərinə və müstəqil namizədlərə qeydə alınmaq üçün imza verməsinlər,

- namizədlərdən qanunda nəzərdə tutulmayan sənədlər tələb edilir,

- icra orqanları seçki prosesinə birbaşa müdaxilə edir,

- bir sıra namizədlərinin bir gün müddətində qeydə alınmasının qanuni olmasının şübhə doğurma və s.

1.2 Dairə Seçki Komissiyalarına (bundan sonra DSK adlandırılacaq) və Mərkəzi Seçki Komissiyasına (bundan sonra MSK adlandırılacaq) şikayətlər yazılmış və ya yazılmasında telefon vasitəsi ilə köməklik göstərilmiş şikayət ərizələrinin sayı isə 40-dır. (DSK-lara və MSK-ya verilmək ücün hazırlanmış şikayətlər barədə məlumat yekun hesabatda əks olunacaq)

1.3 Məhkəməyə verilən şikayətlər:

Bu vaxta qədər apellyasiya instansiyası məhkəməsinə 5 iddia ərizəsi, kassasiya instansiyası məhkəməsinə isə 12 kassasiya şikayəti hazırlanıb verilib. Bütün məhkəmə iclaslarında şikayətçilər onlara hüquqi yardım etmək üçün layihənin hüquqşünasları və vəkilləri ilə təmin edilib.

Apellyasiya instansiyası məhkəməsində:

Mərkəzi Seçki Komissiyası tərəfindən deputatlığa namizədliyinin qeydə alınmasından imtina olunmuş 5 namizədin sikayəti hazırlanaraq Bakı Apellyasiya Məhkəməsinə təqdim olunmuşdur. Ərizəçilərdən Oqtay Tahirovun (44 saylı Sumqayıt-Abşeron seçki dairəsi), Yeganə Hacıyevanın (122 saylı Xankəndi seçki dairəsi), Xəyyam Məmmədovun (120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsi) və Elçin Məmmədin (42 saylı Sumqayıt ikinci seçki dairəsi) şikayətinə baxan Bakı Apellyasiya Məhkəməsi onların heç birini təmin etməmişdir. Digər ərizəçi Həmid Azərinin (90 saylı Ağdaş seçki dairəsi) şikayəti isə qismən təmin edilmişdir. Kassasiya instansiyası məhkəməsində:

Kassasiya instansiyası məhkəməsində 12 namizədə vəkillik edilib.

Ərizəçilərdən Oqtay Tahirovun (44 saylı Sumqayıt-Abşeron seçki dairəsi), Yeganə Hacıyevanın (122 saylı Xankəndi seçki dairəsi), Xəyyam Məmmədov (120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsi), İbrahim Əhmədzadənin (43 saylı Sumqayıt seçki dairəsi), Elçin Behbudovun (17 saylı Yasamal üçüncü seçki dairəsi), Tural Abbasovun (21 saylı Nəsimi birinci seçki dairəsi), Arif Hacıyevin (83 saylı Ağcabədi-Fizuli seçki dairəsi), Həmid Azərinin (90 saylı Ağdaş seçki dairəsi), Qaya Əliyevin (77 saylı Astara seçki dairəsi), Azər Canıyevin (111 saylı Zaqatala-Balakən seçki dairəsi) şikayətlərinə baxan Ali Məhkəmə heç birini təmin etməmişdir. Ali Məhkəmə yalnız Elçin Məmmədovun (42 saylı Sumqayıt ikinci seçki dairəsi) və Tariyel Şirinlinin (79 saylı İmişli seçki dairəsi) şikayətləri qismən təmin edib.

2. Məhkəmə proseslərinin monitorinqi:

05 noyabr 2010-cu il tarixədək Bakı Apellyasiya Məhkəməsində 35 məhkəmə prosesinin, Azərbaycan Respublikası Ali Məhkəməsində 33 məhkəmə prosesinin monitorinqi aparılıb. Monitorinqlərlə müəyyən edilib ki, verilən şikayətlərin 95%-dən çoxu deputatlığa namizədliyin qeydə alınmasından imtina ilə bağlı olub.

2.1 Bakı Apellyasiya Məhkəməsində məhkəmə proseslərinin monitorinqi:

N

Ərizəçinin adı, soyadı və atasının adı (namizədliyi)

Şikayətin (iddia ərizəsinin) predmeti

Deputatlığa namizədliyin irəli sürüldüyü seçki dairəsi

Məhkəmənin qərarı

Ərizəcinin secki və

ədalətli məhkəmə araşdırılması hüququ

1.

Abdalov Etibar Əliş oğlu

deputatlığa namizədliyini öz təşəbbüsü irəli sürüb

MSK-nın qərarının ləğv edilməsi və deputatlığa namizədliyin qeydə alınması

17 saylı Yasamal üçüncü Seçki Dairəsi

Şikayət (iddia tələbi) təmin

edilməyib

Pozulub (İşə ədalətli baxılmayıb)

2.

Həsənov Əlayif Həsən oğlu

deputatlığa namizədliyini öz təşəbbüsü irəli sürüb

MSK Qərarının ləğv edilməsi və deputatlığa namizədliyin qeydə alınması

92 saylı Zərdab-Ucar Seçki Dairəsi

Təmin edilməyib

Pozulub

(İşə ədalətli baxılmayıb)

3.

Carullayeva Dünyaxanım Cahan qızı

AXCP-Musavat Seçki Bloku”-nın deputatlığa vahid namizədi

MSK Qərarının ləğv edilməsi və deputatlığa namizədliyin qeydə alınması

86 saylı İsmayıllı Seçki Dairəsi

Təmin edilməyib

Pozulub

(İşə ədalətli baxılmayıb)

4.

Əhmədzadə İbrahim Zabit oğlu

deputatlığa namizədliyini öz təşəbbüsü irəli sürüb

MSK Qərarının ləğv edilməsi və deputatlığa namizədliyin qeydə alınması

43 saylı Sumqayıt üçüncü Seçki Dairəsi

Qismən təmin edilib

Pozulub

(İşə ədalətli baxılmayıb)

5.

Əkbərli İltizam Nizam oğlu

AXCP-Musavat Seçki Bloku”-nın deputatlığa vahid namizədi

MSK Qərarının ləğv edilməsi və deputatlığa namizədliyin qeydə alınması

79 saylı İmişli Seçki Dairəsi

Təmin edilməyib

Pozulub

(İşə ədalətli baxılmayıb)

6.

İsgəndərli Şəkər Şükür qızı

AXCP-Musavat Seçki Bloku”-nın deputatlığa vahid namizədi

MSK Qərarının ləğv edilməsi və deputatlığa namizədliyin qeydə alınması

48 saylı Yevlax Seçki Dairəsindən

Təmin edilməyib

Pozulub

(İşə ədalətli baxılmayıb)

7.

Məmmədzadə Nizami Kamil oğlu

Qarabağ Seçki Bloku”-nun deputatlığa vahid namizədi

MSK Qərarının ləğv edilməsi və deputatlığa namizədliyin qeydə alınması

27 saylı Sabunçu ikinci Seçki Dairəsi

Təmin edilməyib

Pozulub

(İşə ədalətli baxılmayıb)

8.

Qaya Əliyev İbad oğlu

İslahat Seçki Bloku”-nun deputatlığa vahid namizədi

MSK Qərarının ləğv edilməsi və deputatlığa namizədliyin qeydə alınması

77 saylı Astara Seçki Dairəsi

Təmin edilməyib

Pozulub

(İşə ədalətli baxılmayıb)

9.

Abbasov Razi oğlu

Qarabağ Seçki Bloku”-nun deputatlığa vahid namizədi

MSK Qərarının ləğv edilməsi və deputatlığa namizədliyin qeydə alınması

63 saylı Sabirabad Seçki Dairəsi

Təmin edilməyib

Pozulub

(İşə ədalətli baxılmayıb)

10.

Həziyev Seymur Məşgül oğlu

AXCP-Musavat Seçki Bloku”-nın deputatlığa vahid namizədi

MSK Qərarının ləğv edilməsi və deputatlığa namizədliyin qeydə alınması

36 saylı Xətai dördüncü Seçki Dairəsi

Təmin edilməyib

Pozulub

(İşə ədalətli baxılmayıb)

11.

Hacıyev Xalid Bahadır oğlu

AXCP-Musavat Seçki Bloku” nun deputatlığa vahid namizədi

MSK Qərarının ləğv edilməsi və deputatlığa namizədliyin qeydə alınması

64 saylı Sabirabad 2-ci Seçki Dairəsi

Təmin edilməyib

Pozulub

(İşə ədalətli baxılmayıb)

12.

Hacıyeva Yeganə Telman qızı

Musavat” partiyasının deputatlığa vahid namizədi

122saylı Xankəndi Seçki Dairəsi

Təmin edilməyib

Pozulub

(İşə ədalətli baxılmayıb)

13.

Qasımlı Əli Salah oğlu

AXCP-Musavat Seçki Bloku”-nun deputatlığa vahid namizədi

MSK Qərarının ləğv edilməsi və deputatlığa namizədliyin qeydə alınması

80 saylı İmişli-Beyləqan Seçki Dairəsi

Təmin edilməyib

Pozulub

(İşə ədalətli baxılmayıb)

14.

Behbudov Elçin Tofiq oğlu

deputatlığa namizədliyini öz təşəbbüsü irəli sürüb

MSK Qərarının ləğv edilməsi və deputatlığa namizədliyin qeydə alınması

17 saylı Yasamal üçüncü Seçki

Təmin edilməyib

Pozulub

(İşə ədalətli baxılmayıb)

15.

Əliyev Fuad Rəsul oğlu

deputatlığa namizədliyini öz təşəbbüsü irəli sürüb

MSK Qərarının ləğv edilməsi və deputatlığa namizədliyin qeydə alınması

28 saylı Sabunçu Seçki Dairəsi

Təmin edilməyib

Pozulub

(İşə ədalətli baxılmayıb)

16.

Mənsimov İlqar İsmayıl oğlun

Qarabağ Seçki Bloku”-nun deputatlığa vahid namizədi

MSK Qərarının ləğv edilməsi və deputatlığa namizədliyin qeydə alınması

23 saylı Nəsimi-Sabunçu üçüncü Seçki Dairəsi

Təmin edilməyib

Pozulub

(İşə ədalətli baxılmayıb)

17.

Əliyev İntiqam Kamil oğlu

deputatlığa namizədliyini öz təşəbbüsü irəli sürüb

MSK Qərarının ləğv edilməsi və deputatlığa namizədliyin qeydə alınması

43 saylı Sumqayıt 3-cü Seçki Dairəsi

Təmin edilməyib

Pozulub

(İşə ədalətli baxılmayıb)

18.

Cahangirova Nazilə Soltanlı qızı

Qarabağ Seçki Bloku”-nun deputatlığa vahid namizədi

MSK Qərarının ləğv edilməsi və deputatlığa namizədliyin qeydə alınması

50 saylı Qobustan-Sumqayıt Seçki Dairəsi

Təmin edilməyib

Pozulub

(İşə ədalətli baxılmayıb)

19.

Tahirov Oqtay Ağca oğlu

Musavat” partiyasının deputatlığa vahid namizədi

MSK Qərarının ləğv edilməsi və deputatlığa namizədliyin qeydə alınması

44 saylı Sumqayıt-Abşeron Seçki Dairəsi

Təmin edilməyib

Pozulub

(İşə ədalətli baxılmayıb)

20.

Cəbrayilova Rahilə Qaçay qızı

deputatlığa namizədliyini öz təşəbbüsü irəli sürüb

MSK Qərarının ləğv edilməsi və deputatlığa namizədliyin qeydə alınması

91 saylı Goranboy Seçki Dairəsi

Təmin edilməyib

Pozulub

(İşə ədalətli baxılmayıb)

21.

Məmədov Şakir Məmmədəli oğlu

KXCP”-nın deputatlığa vahid namizədi

MSK Qərarının ləğv edilməsi və deputatlığa namizədliyin qeydə alınması

44 saylı Sumqayıt-Abşeron Seçki Dairəsi

Təmin edilməyib

Pozulub

(İşə ədalətli baxılmayıb)

22.

Mirələmli Təzəxan Məhərrəm oğlu

AXCP-Musavat Seçki Bloku”-nun deputatlığa vahid namizədi

MSK Qərarının ləğv edilməsi və deputatlığa namizədliyin qeydə alınması

67 saylı Cəlilabad Şəhər Seçki Dairəs

Təmin edilməyib

Pozulub

(İşə ədalətli baxılmayıb)

23.

Xuduzadə Eldəniz Yaqub oğlu

Qarabağ Seçki Bloku”-nun deputatlığa vahid namizədi

MSK Qərarının ləğv edilməsi və deputatlığa namizədliyin qeydə alınması

26 saylı Sabunçu birinci Seçki Dairəsi

Təmin edilməyib

Pozulub

(İşə ədalətli baxılmayıb)

24.

Məcidli Elnur Abdulla oğlu

AXCP-Musavat Seçki Bloku”-nun deputatlığa vahid namizədi

MSK Qərarının ləğv edilməsi və deputatlığa namizədliyin qeydə alınması

94 saylı Bərdə Kənd Seçki Dairəsi

Təmin edilməyib

Pozulub

(İşə ədalətli baxılmayıb)

25.

Məmmədov Əlizamin Məmmədsəlim oğlunun

deputatlığa namizədliyini öz təşəbbüsü irəli sürüb

MSK Qərarının ləğv edilməsi və deputatlığa namizədliyin qeydə alınması

31 saylı Suraxanı ikinci Seçki Dairəsi

Təmin edilməyib

Pozulub

(İşə ədalətli baxılmayıb)

26.

Məcidov Arzuman Məcid oğlu

AXCP-Musavat Seçki Bloku”-nun deputatlığa vahid namizədi

MSK Qərarının ləğv edilməsi və deputatlığa namizədliyin qeydə alınması

74 saylı Lənkəran Seçki Dairəsi

Təmin edilməyib

Pozulub

(İşə ədalətli baxılmayıb)

27.

Əhmədov Zaur Qalib oğlu

İslahat Seçki Bloku”-nun deputatlığa vahid namizədi

MSK Qərarının ləğv edilməsi və deputatlığa namizədliyin qeydə alınması

53 saylı Quba-Qusar Seçki Dairəsi

Təmin edilməyib

Pozulub

(İşə ədalətli baxılmayıb)

28

Ağayev Qaraxan Zilfi oğlu

Qarabağ Seçki Bloku”-nun deputatlığa vahid namizədi

MSK Qərarının ləğv edilməsi və deputatlığa namizədliyin qeydə alınması

11 saylı Qaradağ Seçki Dairəsi

Təmin edilməyib

Pozulub

(İşə ədalətli baxılmayıb)

29.

Zəki Mirzəkulla Mirövlə oğlu

KXCP”-nın vahid namizədi

MSK Qərarının ləğv edilməsi və deputatlığa namizədliyin qeydə alınması

66 saylı Biləsuvar Seçki Dairəsi

Təmin edilməyib

Pozulub

(İşə ədalətli baxılmayıb)

30.

Şirinova Xədicə Seyfəddin qızı

deputatlığa namizədliyini öz təşəbbüsü irəli sürüb

MSK Qərarının ləğv edilməsi və deputatlığa namizədliyin qeydə alınması

98 saylı Şəmkir şəhər Seçki Dairəsi

Təmin edilməyib

Pozulub

(İşə ədalətli baxılmayıb)

31.

Əliyev Vüqar Sabir oğlu

Qarabağ Seçki Bloku”-nun deputatlığa vahid namizədi

MSK Qərarının ləğv edilməsi və deputatlığa namizədliyin qeydə alınması

91 saylı Tərtər

Seçki Dairəsi

Təmin edilməyib

Pozulub

(İşə ədalətli baxılmayıb)

32.

Soltanov Səxavət Soltan oğlu

AXCP-Musavat Seçki Bloku”-nun deputatlığa vahid namizədi

MSK Qərarının ləğv edilməsi və deputatlığa namizədliyin qeydə alınması

50 saylı Qobustan-Xızı-Sumqayıt Seçki dairəsi

Təmin edilməyib

Pozulub

(İşə ədalətli baxılmayıb)

33.

Atakişiyev Məmi İmran oğlu

deputatlığa namizədliyini öz təşəbbüsü irəli sürüb

MSK Qərarının ləğv edilməsi və deputatlığa namizədliyin qeydə alınması

79 saylı İmişli Seçki dairəsi

Təmin edilməyib

Pozulub

(İşə ədalətli baxılmayıb)

34.

Gülaliyev Vəzir Ataxan oğlu

Qarabağ Seçki Bloku”-nun deputatlığa vahid namizədi

MSK Qərarının ləğv edilməsi və deputatlığa namizədliyin qeydə alınması

57 saylı Kürdəmir

Seçki Dairəsi.

Təmin edilməyib

Pozulub

(İşə ədalətli baxılmayıb)

Bakı Apellyasiya Məhkəməsində aparılan monitorinqlərin nəticəsində məlum olub ki, məhkəmə işlərə ərizəcilərin secki və ədalətli məhkəmə araşdırması hüququnu pozmaqla baxıb. Bu pozuntuları aşağıdakı kimi qruplaşdırmaq olar:

Çəkişmə və tərəflərin məhkəmə qarşısında bərbərliyi pozulmusdur:

- MSK Seçki Məcəlləsinin tələblərinə əsasən şikayətçilərə verməli olduğu sənədləri, yəni imzaların yoxlanılması barədə protokolu və cədvəli onlara vermədiyindən onlar məhkəmədə şikayət ərizələrini müdafiə etməkdə çətinlik çəkiblər. Həmin sənədlərlə tanış olmaq üçün verilən vəsatətlər isə əksər hallarda məhkəmə tərəfindən rədd edilib.

- hakimlər əksər hallarda bitərəf olmaq əvəzinə, MSK-nın nümayəndəsinin tərəfin tutub və şikayətçinin çıxışına imkan verməyib.

- şikayətçinin şahidlərinin dindirilməsi və təqdim olunan sübutların araşdırılması barədə vəsatətləri heç bir əsas gətirmədən rədd edilib.

QEYD: Bakı Apellyasiya Məhkəməsi 2010-cu il 25 oktyabr tarixinə kimi baxdığı işlərdə imzaların yoxlanılması ilə bağlı məhkəmə ekspertizasının keçirilməsi üçün verilən vəsatətləri hec bir əsas göstərmədən rədd edib. Lakin 25 oktyabr tarixindən başlayaraq məhkəmə kollegiyaları bütün şikayətlərlə bağlı ekspertiza təyin etməyə başlayıb.

Sübutetmə vəzifəsi ilə bağlı:

Məhkəmə seçki pozuntuları ilə bağlı şikayətləri rədd edərkən əksər hallarda Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 77.1-ci maddəsinə istinad etmiş və qətnamələrdə göstərmisdir ki, şikayətçilər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut edə bilməyiblər.

Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 77.2-ci maddəsi dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olan halları sübut etmək vəzifəsini bu aktı qəbul edən orqanın üzərinə qoyur.

Bundan başqa Azərbaycan Respublikası Mülki -Prosessual Məcəllənin 287-ci maddəsinə əsasən, dövlət hakimiyyəti və yerli özünüidarə orqanlarının, habelə başqa orqanların aktlarının və qərarlarının qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi aktı və ya qərarı qəbul edən orqanın üzərinə düşür.

Məhkəmə qeyd edilən qanunun normalarina riayət etməmis və bütün hallarda MSK-nın-nümayəndəsinin heç bir fakta söykənməyən izahatlarını və tərtib etdikləri protokolları mötəbər sübut kimi qəbul edərək şikayətləri rədd etmisdir.
2.2 Ali Məhkəmədə məhkəmə proseslərinin monitorinqi:

N

Ərizəçinin adı, soyadı və atasının adı (namizədliyi)

Şikayətin predmeti

Deputatlığa namizədliyin irəli sürüldüyü Seçki Dairəsi

Məhkəmənin qərarı

Ərizəcinin secki və

ədalətli məhkəmə araşdırılması hüququ

1.

Orucov Əhməd Abdul oğlu

KXCP”-nın deputatlığa vahid namizədi

Bakı Apellyasiya Məhkəməsinin Qətnaməsinin ləğvi və deputatlığa namizədliyin qeydə alınmasının MSK-na həvalə edilməsi

18 saylı Nərimanov-Nizami Seçki Dairəsi

Şikayət təmin ediməyib

Pozulub (işə ədalətli baxılmayıb)

2.

Hacıyev Xalid Bahadır oğlu

AXCP-Musavat Seçki Bloku”-nun deputatlığa vahid namizədi

Bakı Apellyasiya Məhkəməsinin Qətnaməsinin ləğvi və deputatlığa namizədliyin qeydə alınmasının MSK-na həvalə edilməsi

64 saylı Sabirabad 2-ci Seçki Dairəsi

Təmin edilməyib

Pozulub

(İşə ədalətli baxılmayıb)

3.

Abdalov Etibar Alış oğlu

deputatlığa namizədliyini öz təşəbbüsü irəli sürüb

Bakı Apellyasiya Məhkəməsinin Qətnaməsinin ləğvi və deputatlığa namizədliyin qeydə alınmasının MSK-na həvalə edilməsi

17 saylı Yasamal üçüncü Seçki Dairəsi

Təmin edilməyib

Pozulub

(İşə ədalətli baxılmayıb)

4.

Cəfərov Natiq Mehman oğlu

deputatlığa namizədliyini öz təşəbbüsü irəli sürüb

Bakı Apellyasiya Məhkəməsinin Qətnaməsinin ləğvi və deputatlığa namizədliyin qeydə alınmasının MSK-na həvalə edilməsi

12 saylı Qaradağ-Yasamal-Binəqədi Seçki Dairəsi

Təmin edilməyib

Pozulub

(İşə ədalətli baxılmayıb)

5.

Qasımlı Əli Salah oğlu

AXCP-Musavat Seçki Bloku”-nun deputatlığa vahid namizədi

Bakı Apellyasiya Məhkəməsinin Qətnaməsinin ləğvi və deputatlığa namizədliyin qeydə alınmasının MSK-na həvalə edilməsi

80 saylı İmişli-Beyləqan Seçki Dairəsi

Təmin edilməyib

Pozulub

(İşə ədalətli baxılmayıb)

6.

Hacıyeva Yeganə Telman qızı

Musavat” partiyasının vahid namizədi

Bakı Apellyasiya Məhkəməsinin Qətnaməsinin ləğvi və deputatlığa namizədliyin qeydə alınmasının MSK-na həvalə edilməsi

122 saylı Xankəndi Seçki Dairəsi

Təmin edilməyib

Pozulub

(İşə ədalətli baxılmayıb)

7.

Tahirov Oqtay Ağca oğlu

Musavat” partiyasının vahid namizədi

Bakı Apellyasiya Məhkəməsinin Qətnaməsinin ləğvi və deputatlığa namizədliyin qeydə alınmasının MSK-na həvalə edilməsi

44 saylı Sumqayıt-Abşeron Seçki Dairəsi

Təmin edilməyib

Pozulub

(İşə ədalətli baxılmayıb)

8.

Məmmədov Elçin Məmməd oğlu

deputatlığa namizədliyini öz təşəbbüsü irəli sürüb

Bakı Apellyasiya Məhkəməsinin Qətnaməsinin ləğvi və deputatlığa namizədliyin qeydə alınmasının MSK-na həvalə edilməsi

42 saylı Sumqayıt ikinci Seçki Dairəsi

Təmin edilməyib

Pozulub

(İşə ədalətli baxılmayıb)

9.

Əliyev Mübariz Əziz oğlu

deputatlığa namizədliyini öz təşəbbüsü irəli sürüb

Bakı Apellyasiya Məhkəməsinin Qətnaməsinin ləğvi və deputatlığa namizədliyin qeydə alınmasının MSK-na həvalə edilməsi

122 saylı Xankəndi Seçki Dairəsi

Təmin edilib

Pozulub

(İşə ədalətli baxılmayıb)

10.

Şirinli Tariel Adışirin oğlu

deputatlığa namizədliyini öz təşəbbüsü irəli sürüb

Bakı Apellyasiya Məhkəməsinin Qətnaməsinin ləğvi və deputatlığa namizədliyin qeydə alınmasının MSK-na həvalə edilməsi

79 saylı İmişli Seçki Dairəsi

Qismən təmin edilib
Qeyd: Bu işlə bağlı məhkəmənin iki fərqli Qərarı var

Pozulub

(İşə ədalətli baxılmayıb)

11.

Gülaliyev Vəzir Ataxan oğlu

Qarabağ Seçki Bloku”-nun deputatlığa vahid namizədi

Bakı Apellyasiya Məhkəməsinin Qətnaməsinin ləğvi və deputatlığa namizədliyin qeydə alınmasının MSK-na həvalə edilməsi

57 saylı Kürdəmir Seçki Dairəsi

Qismən təmin edilib

Pozulub

(İşə ədalətli baxılmayıb)

12.

Məmmədli Nurəddin Musa oğlu

AXCP-Musavat Seçki Bloku”-nun deputatlığa vahid namizədi

Bakı Apellyasiya Məhkəməsinin Qətnaməsinin ləğvi və deputatlığa namizədliyin qeydə alınmasının MSK-na həvalə edilməsi

18 saylı Nərimanov-Nizami Seçki Dairəsi

Təmin edilməyib

Pozulub

(İşə ədalətli baxılmayıb)

13.

Əhmədzadə İbrahim Zabit oğlu

deputatlığa namizədliyini öz təşəbbüsü irəli sürüb

Bakı Apellyasiya Məhkəməsinin Qətnaməsinin ləğvi və DSK-nın üzvlərinin əməllərində cayət təkibinin olub-olmamasının araşdırılması

43 saylı Sumqayıt üçüncü Seçki Dairəsi

Təmin edilməyib

Pozulub

(İşə ədalətli baxılmayıb)

14.

Abbasov Razi Umudəli oğlu

Qarabağ Seçki Bloku”-nun deputatlığa vahid namizədi

Bakı Apellyasiya Məhkəməsinin Qətnaməsinin ləğvi və deputatlığa namizədliyin qeydə alınmasının MSK-na həvalə edilməsi

63 saylı Sabirabad birinci Seçki Dairəsi

Təmin edilməyib

Pozulub

(İşə ədalətli baxılmayıb)

15.

Əzimov Aslan İsmayıl oğlu

Qarabağ Seçki Bloku”-nun deputatlığa vahid namizədi

Bakı Apellyasiya Məhkəməsinin Qətnaməsinin ləğvi və deputatlığa namizədliyin qeydə alınmasının MSK-na həvalə edilməsi

67 saylı Cəlilabad Seçki Dairəsi

Təmin edilməyib

Pozulub

(İşə ədalətli baxılmayıb)

16.

Aslanlı Araz Azad oğlu

Qarabağ Seçki Bloku”-nun deputatlığa vahid namizədi

Bakı Apellyasiya Məhkəməsinin Qətnaməsinin ləğvi və deputatlığa namizədliyin qeydə alınmasının MSK-na həvalə edilməsi

66 saylı Biləsuvar Seçki Dairəsi

Təmin edilməyib

Pozulub

(İşə ədalətli baxılmayıb)

17.

Hacıyeva Şəhla Malik qızı

Qarabağ Seçki Bloku”-nun deputatlığa vahid namizədi

Bakı Apellyasiya Məhkəməsinin Qətnaməsinin ləğvi və deputatlığa namizədliyin qeydə alınmasının MSK-na həvalə edilməsi

20 saylı Nərimanov ikinci Seçki Dairəsi

Təmin edilməyib

Pozulub

(İşə ədalətli baxılmayıb)

18.

Hacızadə Cəmil Malik oğlu

Qarabağ Seçki Bloku”-nun deputatlığa vahid namizədi

Bakı Apellyasiya Məhkəməsinin Qətnaməsinin ləğvi və deputatlığa namizədliyin qeydə alınmasının MSK-na həvalə edilməsi

12 saylı Qaradağ- Yasamal Binəqədi Seçki Dairəsi

Təmin edilməyib

Pozulub

(İşə ədalətli baxılmayıb)

19.

Dadaşzadə Əmirulla Balahüseyn oğlu

AXCP-Musavat Seçki Bloku”-nun deputatlığa vahid namizədi

Bakı Apellyasiya Məhkəməsinin Qətnaməsinin ləğvi və deputatlığa namizədliyin qeydə alınmasının MSK-na həvalə edilməsi

14 saylı Xəzər ikinci Seçki Dairəsi

Təmin edilməyib

Pozulub

(İşə ədalətli baxılmayıb)

20.

Məcidli Elnur Abdull oğlu

AXCP-Musavat Seçki Bloku”-nun deputatlığa vahid namizədi

Bakı Apellyasiya Məhkəməsinin Qətnaməsinin ləğvi və deputatlığa namizədliyin qeydə alınmasının MSK-na həvalə edilməsi

94 saylı Bərdə Kənd Seçki Dairəsi

Təmin edilməyib

Pozulub

(İşə ədalətli baxılmayıb)

21.

Məmmədov Xəyyam Məhərrəm oğlu

deputatlığa namizədliyini öz təşəbbüsü irəli sürüb

Bakı Apellyasiya Məhkəməsinin Qətnaməsinin ləğvi və deputatlığa namizədliyin qeydə alınmasının MSK-na həvalə edilməsi

120 saylı Cəbrayıl-Qubadlı Seçki Dairəsi

Təmin edilməyib

Pozulub

(İşə ədalətli baxılmayıb)

22.

Əkbərli İltizam Nizam oğlu

AXCP-Musavat Seçki Bloku”-nun deputatlığa vahid namizədi

Bakı Apellyasiya Məhkəməsinin Qətnaməsinin ləğvi və deputatlığa namizədliyin qeydə alınmasının MSK-na həvalə edilməsi

79 saylı İmişli Seçki Dairəsi

Təmin edilməyib

Pozulub

(İşə ədalətli baxılmayıb)

23.

Atakişiyev Məmi İmran oğlu

deputatlığa namizədliyini öz təşəbbüsü irəli sürüb

Bakı Apellyasiya Məhkəməsinin Qətnaməsinin ləğvi və deputatlığa namizədliyin qeydə alınmasının MSK-na həvalə edilməsi

79 saylı İmişli Seçki Dairəsi

Təmin edilməyib

Pozulub

(İşə ədalətli baxılmayıb)

24.

Behbudov Elçin Tofiq oğlu

deputatlığa namizədliyini öz təşəbbüsü irəli sürüb

Bakı Apellyasiya Məhkəməsinin Qətnaməsinin ləğvi və deputatlığa namizədliyin qeydə alınmasının MSK-na həvalə edilməsi

17 saylı Yasamal üçüncü Seçki Dairəsi

Təmin edilməyib

Pozulub

(İşə ədalətli baxılmayıb)

25.

Bağırov Xalid Zakir oğlu

Qarabağ Seçki Bloku”-nun deputatlığa vahid namizədi

Bakı Apellyasiya Məhkəməsinin Qətnaməsinin ləğvi və deputatlığa namizədliyin qeydə alınmasının MSK-na həvalə edilməsi

76 saylı Lənkəran-Astara Seçki Dairəsi

Təmin edilməyib

Pozulub

(İşə ədalətli baxılmayıb)

26.

Əliyev Vüqar Sabir oğlu

Qarabağ Seçki Bloku”-nun deputatlığa vahid namizədi

Bakı Apellyasiya Məhkəməsinin Qətnaməsinin ləğvi və deputatlığa namizədliyin qeydə alınmasının MSK-na həvalə edilməsi

95 saylı Tərtər Seçki Dairəsi

Təmin edilməyib

Pozulub

(İşə ədalətli baxılmayıb)

27.

Əliyev İntiqam Kamil oğlu

deputatlığa namizədliyini öz təşəbbüsü irəli sürüb

Bakı Apellyasiya Məhkəməsinin Qətnaməsinin ləğvi və deputatlığa namizədliyin qeydə alınmasının MSK-na həvalə edilməsi

43 saylı Sumqayıt 3-cü Seçki Dairəsi

Təmin edilməyib

Pozulub

(İşə ədalətli baxılmayıb)

28.

Soltanov Səxavət Soltan oğlu

AXCP-Musavat Seçki Bloku”-nun deputatlığa vahid namizədi

Bakı Apellyasiya Məhkəməsinin Qətnaməsinin ləğvi və deputatlığa namizədliyin qeydə alınmasının MSK-na həvalə edilməsi

50 saylı Qobustan-Xızı-Sumqayıt Seçki dairəsi

Təmin edilməyib

Pozulub

(İşə ədalətli baxılmayıb)

29.

Hacıyev Arif Rəhim oğlu

AXCP-Musavat Seçki Bloku”-nun deputatlığa vahid namizədi

Bakı Apellyasiya Məhkəməsinin Qətnaməsinin ləğvi və deputatlığa namizədliyin qeydə alınmasının MSK-na həvalə edilməsi

83 saylı Ağcabədi-Füzuli Seçki dairəsi

Təmin edilməyib

Pozulub

(İşə ədalətli baxılmayıb)

30.

Azəri Həmid İdris oğlu

AXCP-Musavat Seçki Bloku”-nun deputatlığa vahid namizədi

Bakı Apellyasiya Məhkəməsinin Qətnaməsinin ləğvi və deputatlığa namizədliyin qeydə alınmasının MSK-na həvalə edilməsi

90 saylı Ağdaş Seçki dairəsi

Təmin edilməyib

Pozulub

(İşə ədalətli baxılmayıb)

31.

Əliyev Qaya İbad oğlu

İslahat bloku” siyasi partiyalar blokun deputatlığa vahid namizədi

Bakı Apellyasiya Məhkəməsinin Qətnaməsinin ləğvi və deputatlığa namizədliyin qeydə alınmasının MSK-na həvalə edilməsi

77 saylı Astara Seçki Dairəsi

Təmin edilməyib

Pozulub

(İşə ədalətli baxılmayıb)

32.

Abbasov Tural Feyruz oğlu

Öz təşəbbüsü ilə namizədliyi irəli sürülmüş

Bakı Apellyasiya Məhkəməsinin Qətnaməsinin ləğvi və deputatlığa namizədliyin qeydə alınmasının MSK-na həvalə edilməsi

21 saylı Nəsimi birinci Seçki

Dairəsi

Təmin edilməyib

Pozulub

(İşə ədalətli baxılmayıb)

33.

Canıyev Azər Məmmədcan oğlu

Demokratiya” siyasi partiyalar blokun deputatlığa vahid namizədi

Bakı Apellyasiya Məhkəməsinin Qətnaməsinin ləğvi və deputatlığa namizədliyin qeydə alınmasının MSK-na həvalə edilməsi

111 saylı Zaqatala-Balakən Seçki

Dairəsi

Təmin edilməyib

Pozulub

(İşə ədalətli baxılmayıb)

Ali Məhkəmədə aparılan monitorinqlərlə müəyyən olunub ki, Ali Məhkəmə də Apellyasiya Məhkəməsində olduğu kimi işlərə ərizəcinin secki və ədalətli məhkəmə araşdırması hüququnu pozmaqla baxıb. Belə ki, Bakı Apellyasiya Məhkəməsində şikayətçilər tərəfindən qaldırılmış vəsatətlərin qanunsuz olaraq təmin olunmamasına, cəkişmə prinsipinin pozulmasına, məhkəməyə müraciət hüququnun məhdudlaşdırılmasına, xeyli sayda maddi və prosessual hüquq pozuntularının bas verməsinə heç bir hüquqi qiymət verilməmişdir.

3. Seçki Günü: “Qaynar Xətt”-ə seçki hüquqularının pozulması ilə bağlı 34 halda zəng olub. Daxil olan şikayətləri aşağıdakı şəkildə qruplaşdırmaq olar:

- Rayon icra hakimiyyəti orqanları və digər səlahiyyətli dövlət orqanları seçki prosesinə kobud şəkildə müdaxilə ediblər. Belə ki, namizədlərin müşahidəçiləri hüquq-mühafizə orqanlarına çağırılaraq onlara təzyiq edilib;

- seçkilərdə səslərin saxtalaşdırılması ilə bağlı “karusel əməliyyatı” həyata keçirilib. Bu qanunsuz fəaliyyətə büdcədən maliyyələşən bütün təşkilatların işçiləri, xüsusilə həkimlər və müəllimlər partiyalarla kütləvi şəkildə səsverməyə gətiriliblər;

- seçki başlayanda məntəqələrdə seçki bülletenlərin yerləşdiyi seyf müşahidəçilərin gözü qarşısında deyil, başqa otaqda açılıb və müşahidəçilər nə qədər bülleten təqdim olunduğunu görməyiblər;

- məntəqələrin qarşısında naməlum şəxslər tərəfindən ayrı-ayrı namizədlərə səs vermək üçün vətəndaşlarla təbliğat işi aparılıb;

- müxalifət partiyalarından olan və bitərəf müşahidəçilər məntəqələrdən müxtəlif bəhanələrlə qovulublar;

- müşahidəçilərin seçki prosesini axıradək izləməsinə imkan verilməyib;

- barmaqların yoxlanılması üçün istifadə olunan ultura-bənövşəyi lampaların işləməməsindən verilən şikayətlərə məntəqə sədrləri münasibət bildirməyib və s.
Yüklə 211,09 Kb.

Dostları ilə paylaş:

Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə

yükləyin