46
- Daxili nəzarət fəaliyyətinin effektivliliyini vaxtaşırı dəyərləndirimək.
Bildiyimiz kimi auditorlar öz işlərini səmərli yolla və müəyyən olunan vaxt
çərçivəsində tamamlaya bilmək üçün müəssisənin daxili nəzarət sisteminə kifayət qədər
güvənməlidirlər.
Müəssisənin daxili nəzarət sistemini qiymətləndirərkən auiditor onu analiz etməli
və əgər hər hansısa bir çatışmazlıq varsa bu çatışmazlığı aşkar etməlidir. Bu
çatışmazlıqlar auditorların daxili nəzarət sisteminə olan etibarı azalda bilər. Əgər daxili
nəzarət sistemi etibar olunacaq şəkildə deyilsə, o zaman çox sayda substantiv
yoxlamalar aparılmalı olacaqdır.
BAS 315-ə əsasən daxili nəzarət sistemi maliyyə hesabatlarının etibarlılığı
baxımından müəssisə fəaliyyətlərinə, əməliyyatların effektivlilik və səmərəliliyinə,
müvafiq qayda və qanunlara riayət edildiyinə dair əsaslı zəmanət vermək üçün rəhbərlik
tərəfindən səlahiyyət verilmiş şəxslərin və rəhbərliyin əlində cəmləşən bir alətdir.
Müəssisənin səmərəli şəkildə idarə olunması üçün daxili nəzarət çox vacibdir.
Bundan başqa, daimi faylda daxili nəzarət və auditorun bu barədə
dəyərləndirilməsi saxlanılır Müvəqqəti fayllarda daxil nəzarət sistemi üzrə anketlər və
rəhbərliyin bu anketə olan cavabları saxlanılır.
Daxili nəzarət sistemini qiymətləndirərkən aşağıdakı metodlardan istifadə olunur:
-
Dostları ilə paylaş: