Azərbaycan respublikasi məDƏNİYYƏt və turizm naziRLİYİ



Yüklə 110,49 Kb.
səhifə11/12
tarix02.01.2022
ölçüsü110,49 Kb.
#40508
növüReferat
1   ...   4   5   6   7   8   9   10   11   12
referat 743

A

1

2

3

4

5

6

7

a

10

24

34

6

16

12

34

b

16

30

46

-

36

10

46

c

4

16

20

4

10

6

20

Yekunu

30

70

100

10

62

28

100

Balansdakı göstəricilərin bir-biri ilə qarşılıqlı əlaqədə olmaları göz qabağındadır. Balansdakı məlumatlardan topdan və pərakəndə satış arasındakı nisbət də aydın görünür. Bütün bunlar məhsulların hərəkəti prosesini və onların arasındakı proporsiyaları təhlil etməyə imkan verir. Cədvəlin 3-cü qrafası ilə 7-ci qrafasının bir-birinə bərabər olması isə balansın düzgünlüyünü təsdiq edir.

Balans metodu qarşılıqlı əlaqədə olan göstəriciləri təhlil etməyə imkan verməklə yanaşı, məlumatların bir-birinə nəzarət etməsini və çatışmayan göstəricinin hesablanmasını təmin edir. Ayrı-ayrı göstəricilər müxtəlif mənbələrdən alınmasına və dəqiqliyinə görə bir-birindən fərqlənə bilər. Balans metodu ayrı-ayrı göstəricilərdəki qeyri-dəqiqliyi aşkara çıxarmağa və onları dəqiqləşdirməyə imkan verir.

Aqrar sənaye kompleksi sahələrinin inkişaf etdirilməsində mütənasibliyi təmin etmək üçün də balans metodundan istifadə olunur. Bu metodun köməyilə istehsal olunan kənd təsərrüfatı məhsullarının həcmi ilə kənd təsərrüfatının maddi-texniki təchizat səviyyəsi, emal olunan kənd təsərrüfatı məhsullarının həcmi ilə emal sənayesinin gücü, habelə onunla ASK-nın inkişaf etdirilməsinə kapital qoyuluşu arasındakı tarazlıq təmin edilir.

ASK-nın balans sisteminə bunlar daxildir: əsas kənd təsərrüfatı məhsullarının istehsalı və istifadəsinin maddi balansları (taxıl balansı, ət balansı və s.), istehsal gücləri balansları, ASK-nın sahələrarası balansı və s. ASK-ya uyğun işlənib hazırlanmış dinamik modellərin köməyilə onun sahələri arasındakı əlaqələr və onların tarazlı inkişafı təmin olunur. Bunlara əsasən həmçinin ASK-nın kapital qoyuluşuna, əmək ehtiyatları və maddi resurslara olan tələbatını müəyyən etmək olur.

Bir müəssisə çərçivəsindən çıxıb maddi, əmək və maliyyə resurslarının hərəkətini səciyyələndirən balanslar bir neçə müəssisə, dairəni bir qədər də genişləndirib ayrı-ayrı sahələr, iqtisadi rayonlar və bütövlükdə ölkə üzrə tərtib olunsa qarşılıqlı əlaqələrin təhlili və qarşıya yeni vəzifələrin qoyulması üçün daha geniş imkanlar açılmış olur. Bu zaman balans metodu resursların əmələ gəlməsi və onların müəssisələr, rayonlar, iqtisadiyyatın sahələri üzrə bölüşdürülməsi arasındakı qarşılıqlı əlaqələri və mövcud proporsiyaları aşkara çıxarmağa imkan verir. Məsələn, ayrı-ayrı məhsulların istehsalı və bölgüsü balanslarında iqtisadiyyatın sahələri üzrə onların həcmini, ehtiyatların dəyişməsini və resursların istehsal və qeyri-istehsal istehlakına bölünməsini aşkara çıxarmaq mümkün olur. Bu balanslara əsasən iqtisadiyyatın ayrı-ayrı sahələri üzrə istehsal olunan məhsulların və onlar hazırlanan zaman istehlak edilən xammalların həcmini, başqa sözlə, hər bir sahənin iqtisadiyyata hansı məhsuldan və nə qədər verdiyini və hansı məhsuldan və nə qədər istehlak etdiyini müəyyənləşdirmək mümkün olur. Bu, həm də sahələr arasındakı əlaqələri aşkara çıxarmağa imkan verir. Fikrimi bir qədər də sadələşdirsəm, deyə bilərəm ki, belə balanslar bir məhsul növü üzrə istehsalın səviyyəsindən asılılığını aşkara çıxarmağa, bir sahənin başqa bir sahədən asılılığı əmsalını müəyyənləşdirməyə imkan verir. Ayrı-ayrı rayonlarda yerləşən müəssisələr arasında resursların mübadiləsi və sahələrarası əlaqələri təhlil etmək üçün «sahələrarası əlaqələr və rayonlararası yük dövriyyəsi» balansları düzəldilir.

Hazırda yüzlərlə sahəyə bölünməklə ümummilli məhsulun istehsalı və bölgüsünə dair sahələrarası balans dünyanın bir çox ölkələrində tərtib olunur. O, iqtisadiyyatın keçdiyi yolu qiymətləndirməyə və onun inkişafını proqnozlaşdırmağa imkan verir.

Artıq qeyd etdiyim kimi, balans metodundan nəinki maddi resursların, həm də işçi qüvvəsinin, maliyyə vəsaitlərinin və sairələrin hərəkətinin öyrənilməsində də istifadə edilir.

İşçi qüvvəsinin dövriyyəsi balansı aşağıdakı göstəriciləri bir sistem daxilində əlaqələndirir: 1) dövrün əvvəlinə olan işçilərin sayı; 2) mənbələr üzrə bu dövr ərzində qəbul edilən işçilərin sayı; 3) müxtəlif səbəblər üzündən işdən çıxıb gedən işçilərin sayı; 4) dövrün axırına mövcud olan işçilərin sayı.

Əhalinin pul gəlirləri və xərclərinin bir-birinə nə dərəcədə uyğun olub-olmamasının müəyyən edilməsinin əsas metodu pul gəlirləri və xərcləri balansının işlənib hazırlanmasından ibarətdir. Balans çoxməqsədli xarakter daşıyır və dövlət orqanları onun göstəricilərindən bəzi qərarların əsaslandırılması üçün istifadə edirlər.

Balansın əsas vəzifəsi pərakəndə ticarət dövriyyəsini əsaslandırmaq üçün əhalinin əmtəə və xidmətlərə olan alıcılıq tələbini proqnozlaşdırmaqdan ibarətdir.

Əhalinin pul gəlirlərinin xərclərindən çox olması nəğd formada pul aktivlərinin artması haqqında mühakimə yürütməyə əsas verir. Əhalinin xərclərinin gəlirlərindən çox olması isə o deməkdir ki, əhali yığdığı pul vəsaitinin bir hissəsini istehlakla əlaqədar xərclərə yönəltmişdir. Balansın məlumatlarından əhalinin real gəlirlərinin, əmtəə və xidmətlərə olan tələbinin strukturunun proqnozlaşdırılması, pul tədavülünün tənzimlənməsi üçün istifadə olunur.

Balans metodunun inkişaf etmiş forması bütövlükdə ölkə iqtisadiyyatının bütün sahələri arasındakı qarşılıqlı əlaqə və asılılıqları özündə əks etdirən icmal balansdır. Bu, milli hesablar sistemindəki müxtəlif hesablarda öz əksini tapan göstəricilər arasında uyğunluğun təmin olunmasını ifadə edən makroiqtisadi modeldir. İqtisadi və sosial siyasətin əsas müddəaları – iqtisadi artım, iqtisadiyyatın strukturu, əhalinin həyat səviyyəsi, inflyasiya, büdcə kəsiri və dövlət borcu problemləri, xarici iqtisadi əlaqələrin genişləndirilməsi və s. – öz əksini milli hesablar sisteminin göstəricilərində tapır.


Yüklə 110,49 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin