Azərbaycan respublikasi məDƏNİYYƏt və turizm naziRLİYİ



Yüklə 110,49 Kb.
səhifə7/12
tarix02.01.2022
ölçüsü110,49 Kb.
#40508
növüReferat
1   2   3   4   5   6   7   8   9   ...   12
referat 743

Planın yerinə yetirilməsini ifadə edən nisbi kəmiyyət (PYNK) müəyyən dövrdə əldə edilmiş faktiki səviyyə ilə planda nəzərdə tutulmuş səviyyəni müqayisə etməklə hesablanır. Məsələn, tutaq ki, firmada 2009-cu ildə 16,5 mln. manatlıq məhsul istehsal edilməsi planlaşdırılmışdır. Lakin faktiki olaraq 18,8 mln. manatlıq məhsul istehsal edilmişdir. Planın yerinə yetirilməsini ifadə edən nisbi kəmiyyət belə hesablanır: (18,8:16,5) · 100 = 114%. Bu o deməkdir ki, müəssisədə planda nəzərdə tutulduğundan 2,3 mln. manatlıq (18,8-16,5) və ya 14% (114%-100%) çox məhsul istehsal edilmişdir.

Bəzi hallarda göstəricilər nisbi kəmiyyətlə verilir. Məsələn, tutaq ki, planda əmək məhsuldarlığının 12% yüksəldilməsi, istehsal xərclərinin isə 8% aşağı salınması nəzərdə tutulmuşdur. İlin axırında məlum olmuşdur ki, müəssisədə birinci göstərici 15% yüksəldilmiş, ikinci göstərici isə 11% aşağı salınmışdır. Planda nəzərdə tutulan və faktiki göstəricilərin bir-biri ilə müqayisə edilməsi bu sahədə vəziyyəti qiymətləndirməyə imkan verir. Başqa sözlə, hesablama nəticəsində məlum olur ki, plana əmək məhsuldarlığının yüksəldilməsi üzrə 102,7% (115:112=1,027 və ya 102,7%), istehsal xərclərinin aşağı salınması üzrə isə 103,4% (92:89=1,034 və ya 103,4%) əməl olunmuşdur.



Dinamika üzrə nisbi kəmiyyət (DNK) cari dövrün səviyyəsini (göstəricisini) müqayisə üçün əsas götürülən, yaxud da özündən əvvəl gələn dövrün səviyyəsinə (göstəricisinə) bölmək yolu ilə hesablanır.

Bu qayda ilə hesablanan göstərici müqayisə üçün əsas götürülən və ya özündən əvvəl gələn göstəricidən neçə dəfə çox və ya az olduğunu, yaxud da onun hansı hissəsini təşkil etdiyini göstərir. Məsələn, tutaq ki, Bakının banklararası birjasında səhmlərin satışı üzrə dövriyyə 2009-cu ilin oktyabrında 5,86 mln. manata, sentyabr ayında isə 3,01 mln. manata bərabər olmuşdur. Deməli, dinamika üzrə nisbi kəmiyyət 194,7%-ə bərabərdir. Bu belə müəyyən edilir: (5,86·100) : 3,01=194,7%.

Plan, planın yerinə yetirilməsi və dinamika üzrə nisbi kəmiyyətlər arasında aşağıdakı qarşılıqlı əlaqə vardır:

PNK·PYNK=DNK

Deməli, bu qarşılıqlı əlaqəyə əsasən üç kəmiyyətdən ikisi məlum olduqda üçüncü məchul kəmiyyəti asanlıqla tapmaq olar.

Statistika işləri təcrübəsində quruluş üzrə nisbi kəmiyyətdən (QNK) də geniş istifadə edilir. Nisbi kəmiyyətin bu növü topluda ayrı-ayrı qrupların və ya hissələrin, yaxud da hər hansı bir əlamətin xüsusi çəkisini (payını) ifadə edir. Buna əhalinin ümumi sayında şəhər və kənd əhalisinin, sənaye məhsullarında ayrı-ayrı sahələrin (maşınqayırma, metallurgiya, neft-kimya, yüngül, yeyinti və s.) xüsusi çəkisini misal göstərmək olar. Bu göstəricini hesablamaq üçün bütün toplu və ya onun hər hansı bir əlaməti 100%-ə bərabər qəbul edilir və ayrı-ayrı hissələrin xüsusi çəkisi tapılır. Bir neçə il üzrə hesablanan quruluş üzrə nisbi kəmiyyət bu və ya digər sosial-iqtisadi hadisənin, tutaq ki, əhalinin, yaxud da əkin sahələrinin tərkibində nə kimi dəyişikliklər baş verdiyini izləməyə imkan verir. Beləliklə, quruluş üzrə nisbi kəmiyyət öyrənilən obyektin tərkibində onu əmələ gətirən hissələrin xüsusi çəkisini (payını) göstərir və toplunun hissəsini səciyyələndirən göstəricinin bütün toplunu səciyyələndirən göstəriciyə olan nisbəti ilə hesablanır.

Nisbi kəmiyyətlərin çox geniş yayılmış və tarixən ən qədim növlərindən biri müqayisə nisbi kəmiyyətidir. Müxtəlif obyektlərə aid olan eyni növ göstəricinin müqayisəsi nəticəsində alınan göstəriciyə müqayisə nisbi kəmiyyəti deyilir. Müqayisə nisbi kəmiyyətləri, bir qayda olaraq əmsal və faiz şəklində ifadə olunur.

Hadisənin yayılma dərəcəsini xarakterizə edən göstərici intensivlik nisbi kəmiyyəti adlanır. İntensivlik nisbi kəmiyyət nisbi kəmiyyətlərin müqayisəsi nəticəsində alınır. İntensivlik nisbi kəmiyyətə misal əhalinin hər 1000 nəfərinə düşən doğum, ölüm, təbii artım əmsallarını, əhalinin sıxlıq göstəricisini, işə qəbul və işdən çıxma əmsallarını və s. göstərmək olar.

İntensivlik nisbi kəmiyyəti əmsal, faiz, promil, prodestimil ilə ifadə oluna bilər.

Məsələn, promil ilə ifadə olunan doğum əmsalını hesablamaq üçün il ərzində doğulanların sayını 1000-ə vurub əhalinin orta illik sayına bölmək lazımdır.

Nisbi kəmiyyətlər hesablanarkən bir sıra elmi tələblərə əməl olunmalıdır. Bunlar, hər şeydən əvvəl, göstəricilərin hesablanma metodikalarına, ölçü vahidlərinə, qiymətlərə, məlumatların aid olduqları dövrə görə müqayisə edilməsinin mümkünlüyüdür. Dinamika üzrə nisbi kəmiyyət hesablandıqda isə ən mühüm məsələlərdən biri məlumatların ərazi, obyekti əhatəetmə və müşahidə vahidlərinə görə müqayisə oluna bilməsinin təmin edilməsidir.

Mütləq və nisbi kəmiyyətlər bir-biri ilə qarşılıqlı əlaqədə olduqlarına görə onlardan biri olmadan digərinə əsasən tədqiq olunan hadisə haqqında aydın təsəvvür əldə etmək və təhlil aparmaq mümkün olmur. Odur ki, bunlardan birlikdə, əlaqəli şəkildə istifadə edilməlidir.


4. Orta kəmiyyətlər – Sosial-iqtisadi hadisə və prosesləri öyrənərkən orta kəmiyyətlərdən geniş istifadə edilir. Bu, onunla əlaqədardır ki, toplunun kəmiyyətcə dəyişən əlamətinə yalnız orta göstəricilərin köməyi ilə xarakteristika vermək olar. Çünki orta kəmiyyətlər bir sıra müsbət xassələrə malik olduqlarına görə onların hər hansı başqa bir göstərici ilə əvəz edilməsi mümkünsüzdür. Məsələn, tutaq ki, iki müəssisə üzrə işçilərin əmək haqqını müqayisə etmək lazımdır. Bu zaman hər bir müəssisədən bir işçinin əmək haqqı barədə məlumat götürüb müqayisə aparmaq və nəticə çıxarmaq olmaz. Ona görə ki, işçilərin aldıqları əmək haqqı dəyişən əlamətdir. Başqa sözlə, bu müəssisələrdə işləyən işçilərin hamısı bərabər məbləğdə əmək haqqı almırlar. Müəssisələr üzrə ayrılıqda əmək haqqının ümumi məbləğini, yəni əmək haqqı fondunu müqayisə etməklə də düzgün nəticə çıxarmaq mümkün deyildir. Çünki əmək haqqının ümumi məbləği işçilərin sayından asılıdır və bu, onun hansı müəssisədə yüksək, hansı müəssisədə isə aşağı olduğunu deməyə imkan vermir. Müəssisələri müqayisə etməyin nisbətən bir düzgün yolu vardır. Bu da ondan ibarətdir ki, hər müəssisə üzrə ayrılıqda bir işçinin orta əmək haqqını hesablamaq və onları müqayisə etmək lazımdır. Sosial-iqtisadi tədqiqatlarda orta kəmiyyətlərin nə kimi əhəmiyyətə malik olduğunu başqa bir misalla nümayiş etdirim. Məlum olduğu kimi, dövlət statistika orqanlarının vəzifələrindən biri bütün əhalinin, o cümlədən ayrı-ayrı sosial qrupların həyat səviyyəsinə, onların gəlirlərinə xarakteristika verməkdən ibarətdir. Aydın məsələdir ki, müşahidə obyektinə çoxsaylı vahidlər daxildir və hər bir ailənin, sahibkarın, qulluqçunun, tələbənin gəliri bir-birindən kəskin surətdə fərqlənir. Ayrı-ayrı sosial qrupların ümumi gəlirinin müqayisəsi də xüsusi maraq doğurmur. Çünki bu sosial qruplar bir-birindən müxtəlif əlamətlərə (işçilərin, yaxud da sahibkarların sayı) görə fərqlənirlər. Belə bir şəraitdə müqayisə üçün ən yaxşı göstərici hər nəfərə, yaxud da hər ailəyə düşən gəlirin orta həcmi ola bilər. Beləliklə, statistikada orta göstəricilərdən kəmiyyətcə dəyişən hər hansı bir eynitipli hadisəyə ümumiləşdirici xarakteristika vermək üçün istifadə olunur. Orta göstəricilərin bu tələbə cavab verməsi üçün onlar düzgün hesablanmalıdır. Bununla əlaqədar olaraq statistikanın nəzəriyyəsi və təcrübəsində orta kəmiyyətlərin hesablanmasına dair bir sıra tələblər işlənib hazırlanmışdır. Bunlardan əsasları aşağıdakılardır: 1) orta kəmiyyətlər kütləvi hadisələrdən hesablanmalıdır; 2) orta kəmiyyətlər keyfiyyətcə eynitipli toplu üzrə hesablanmalıdır; 3) orta kəmiyyətləri hesablayarkən ilkin məlumatlar müqayisə edilə bilən olmalıdır.

Bir çox hallarda ümumi inkişaf meylləri öz əksini orta göstəricilərin dəyişməsində tapır, bəzi hallarda isə bu meyl özünü büruzə vermir. Məsələn, sənayenin hər hansı bir sahəsində əmək məhsuldarlığı artdığı halda, həmin sahəyə daxil olan bəzi müəssisələrdə bir sıra səbəblər üzündən o, yüksəlməyə bilər. Bu, onu göstərir ki, orta göstəricilər kütləvi faktları ümumiləşdirmək əsasında hesablanmalıdır. Yalnız belə olduqda bütövlükdə prosesin əsasını təşkil edən ümumi meyli aşkara çıxarmaq və təsadüfləri aradan qaldırmaq mümkün olur.

Orta kəmiyyətlərdən düzgün istifadə olunmasına verilən tələblərdən biri də toplunu ifadə edən məlumatların keyfiyyətcə eynitipli olmasıdır. Öyrənilən toplu keyfiyyətcə eynitipli olmadıqda, əvvəlcə o, eynitipli qruplara bölünməli, sonra isə orta kəmiyyət hesablanmalıdır. Deməli, orta kəmiyyətlərdən qruplaşdırma metodu ilə əlaqəli şəkildə istifadə olunur. Qruplaşdırma gerçəkliyi təhrif edən, dərindən əsaslandırılmadan hesablanan orta kəmiyyətlərdən «yaxa qurtarmağa» imkan verir. Məsələn, ölkədə «qulluqçular»dan ibarət əhali qrupu üzrə hesablanan orta «gəlir» göstəricisi həqiqəti düzgün əks etdirmir. Bu, onunla əlaqədardır ki, bu zaman orta kəmiyyətin hesablanması üçün istifadə olunan topluya dövlət, birgə, icarə və səhmdar müəssisələrində, habelə dövlət idarəetmə, elm, təhsil, mədəniyyət sahələrində çalışan işçilər daxil edilir. Bu isə toplunun eynitipli (yekcins) olmadığını göstərir. Odur ki, belə hallarda orta kəmiyyətlər metodundan qruplaşdırma metodu ilə qarşılıqlı əlaqədə istifadə olunur. Başqa sözlə, toplu üzrə orta kəmiyyətlə yanaşı, hər qrup üzrə də orta kəmiyyət hesablanır.

Orta kəmiyyətləri hesablayarkən ilk məlumatların müqayisə edilə bilən olması həm də o deməkdir ki, məsələn, orta əmək haqqını müəyyən edərkən əmək haqqı fondu və işçilərin sayı, yəni bölünən və bölən haqqında məlumatlar eyni dövrə aid olmalıdır. Məlum olduğu kimi, hər bir orta kəmiyyət öyrənilən toplunu hər hansı bir əlamətə görə səciyyələndirir. Lakin bu və ya digər toplunu onun tipik cəhətlərini və xüsusiyyətlərini bir göstərici ilə səciyyələndirmək mümkün deyildir. Bunun üçün orta göstəricilər sistemindən istifadə edilməlidir. Məsələn, orta əmək haqqı göstəricisinə adətən orta hesabla bir işçinin istehsal etdiyi məhsul, əməyin fond və enerji ilə silahlanması, işlərin mexanikiləşdirilməsi və avtomatlaşdırılması göstəriciləri ilə birlikdə qiymət verilir.

Orta göstəricilər sistemini nəzərdən keçirərkən qarşıya qoyulan tələblərdən biri də ondan ibarətdir ki, onlar öz aralarında müqayisə edilə bilən olmaqla yanaşı, eyni vahidlərdən ibarət toplunun müxtəlif cəhətlərini və xüsusiyyətlərini səciyyələndirməlidir. Lakin topluda öyrənilən əlamətin ayrı-ayrı vahidlərinin qiyməti orta səviyyədən əhəmiyyətli dərəcədə kənarlaşa bilər. Bu, onunla əlaqədardır ki, ictimai həyatda fasiləsiz olaraq yeninin meydana gəlməsi və köhnənin ölüb getməsi prosesi baş verir. Əlamətin orta səviyyəsindən isə bir qayda olaraq məhz yeni meydana gələn və ölüb gedən vahidlərin daşıyıcıları kənarlaşırlar. Statistikanın vəzifəsi yeniliyi, mütərəqqini müdafiə etməkdən, köhnəliyin aradan çıxmasına şərait yaratmaqdan ibarətdir.

Orta göstəricilər həm mütləq, həm də nisbi kəmiyyətlərdən hesablanır. Mütləq kəmiyyətlərdən hesablanan orta göstəricilər mütləq kəmiyyətlərin ölçü vahidləri (sentner, ton, ədəd, metr və s.) ilə ifadə olunurlar.

Beləliklə, statistikada orta kəmiyyət dedikdə, konkret məkan və zaman şəraitində sosial-iqtisadi hadisələrdən ibarət topluda dəyişən əlamətin ümumiləşdirilmiş kəmiyyət xarakteristikası nəzərdə tutulur. Başqa sözlə, orta kəmiyyət dəyişən əlamətin səciyyəvi cəhətlərini ifadə edir, eynitipli hadisələrə ümumiləşdirilmiş kəmiyyət xarakteristikası verir.

Uçot və statistika işləri təcrübəsində orta kəmiyyətlərdən geniş istifadə edilir. Məsələn, hər bir müəssisə üzrə istehsalın və əmək məhsuldarlığının orta illik səviyyəsi, orta illik artım sürəti, istehsal xərclərinin orta hesabla aşağı salınması, bir inəkdən orta illik süd sağımı, işçilərin orta əmək haqqı, kənd təsərrüfatı bitkilərinin orta məhsuldarlığı və s. orta kəmiyyətlərin köməyi ilə müəyyən edilir.

Orta kəmiyyətlər haqqında nəzəriyyəyə dair kifayət qədər tədqiqatlar aparılmışdır. Lakin bu nəzəriyyənin inkişaf etdirilməsinə öz təhfəsini vermiş, tanınmış statistiklərdən İ.Zyusmilxin, A.Ketlenin, A.Boulinin, K.Çininin, A.Boyarskinin, T.Ryabuşkinin, İ.Pasxaverin, V.Ovsienkonun və başqalarının adlarını xüsusi qeyd etmək lazımdır.

Orta kəmiyyətin mahiyyətini aydınlaşdırmaq üçün onun A.Boyarski və O.Kizin tərəfindən formalaşdırılmış «müəyyənedici xassəsi» anlayışını nəzərdən keçirmək lazımdır. Onların fikrincə, orta kəmiyyət statistik toplunun ümumiləşdirici xarakteristikası olmaqla toplunun bütün vahidləri ilə bağlı olan hər hansı bir kəmiyyətə əsaslanmalıdır. Bu kəmiyyəti aşağıdakı funksiya şəklində təsvir etmək olar:

f(X1, X2, X3,..., Xn)

Bu kəmiyyəti əksəriyyət hallarda real iqtisadi kateqoriya olduğu üçün onu müəyyənedici göstərici adlandırırlar.

Yuxarıdakı funksiyada X1, X2, X3,..., Xn -dən ibarət olan bütün kəmiyyətləri onların orta kəmiyyəti (Ā) ilə əvəz etdikdə, onun əhəmiyyəti yenə də əvvəlki kimi qalır.

f(X1, X2, X3..., Xn) = f(Ā, Ā, Ā,..., Ā)

Orta kəmiyyət məhz bu bərabərliyə uyğun olaraq müəyyən edilir.

Bir çox hallarda orta kəmiyyət hadisə haqqında verilmiş məlumatlar arasındakı nisbət, yaxud da onun aşağıdakı məntiqi düsturu ilə müəyyən edilir:


orta kəmiyyətin hesablandığı əlamətə

daxil olan vahidlərin qiymətləri cəmi

OKIN = ___________________________________________________________________________________________________________
topludakı vahidlərin sayı
Məsələn, müəssisədə çalışan işçilərin orta əmək haqqını hesablamaq üçün əmək haqqı fondunu onların (işçilərin) sayına bölmək lazımdır:

əmək haqqı fondu, min manat

Orta əmək haqqı = ______________________________________________________________________________________
işçilərin sayı
Kəsrin surətindəki göstərici müəyyənedici göstərici adlanır. Göründüyü kimi, orta əmək haqqı üçün belə müəyyənedici göstərici əmək haqqı fondudur. Çünki istənilən halda hansı ilkin məlumata malik olmağımızdan asılı olmayaraq orta əmək haqqını hesablamaq üçün əmək haqqı fondunu işçilərin sayına bölmək lazımdır.

Lakin sosial-iqtisadi təhlildə istifadə edilən orta kəmiyyəti hesablamaq üçün yalnız bir həqiqi ilkin nisbət müəyyən edilə bilər. Məsələn, əhalinin banklarda saxladıqları əmanətlərin orta qalığını hesablamaq lazım gəldikdə ilkin nisbət aşağıdakı kimi olur:


əhalinin banklarda saxladığı

əmanətin ümumi məbləği, min manat

Orta əmanət qalığı = ___________________________________________________________________________________________________________
əmanətlərin sayı
Eyni müddətə verilmiş kreditlər üzrə orta faiz normasının müəyyən edilməsi zəruriliyi meydana çıxdıqda aşağıdakı ilkin nisbətdən istifadə edilə bilər:
illik faiz məbləği, min manat

Orta faiz norması = _______________________________________________________________________________________________________________________________ . 100%


verilmiş kreditin ümumi məbləği, min manat
Lakin qeyd etmək lazımdır ki, orta kəmiyyətin hesablanması ilkin nisbətin hansı formada verilməsindən asılıdır.

Beləliklə, hər bir konkret şəraitdə ilkin məlumatların hansı formada verilməsindən asılı olaraq orta kəmiyyətin aşağıdakı növlərinin birindən istifadə edilir: 1) hesabi (ədədi) orta kəmiyyət; 2) harmonik orta kəmiyyət; 3) xronoloji orta kəmiyyət; 4) həndəsi orta kəmiyyət; 5) kvadrat və kub orta kəmiyyət və s.

Həndəsi və xronoloji orta kəmiyyət istisna olmaqla yerdə qalan orta kəmiyyətlərin hamısı dərəcəli orta kəmiyyətlər adlanırlar.

Hesabi (ədədi) orta kəmiyyət bir sıra xassələrə malikdir ki, bunlardan da istifadə edilməsi onun hesablanmasını sadələşdirməyə imkan verir. Hesabi orta kəmiyyətin iki növü vardır: 1) sadə hesabi orta kəmiyyət; 2) çəkili hesabi orta kəmiyyət.

Harmonik orta kəmiyyət ədədin tərs qiymətini göstərir. Harmonik orta kəmiyyətin iki növü vardır: 1) sadə harmonik orta kəmiyyət; 2) çəkili harmonik orta kəmiyyət.


Yüklə 110,49 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin