Azərbaycan respublikasi məDƏNİYYƏt və turizm naziRLİYİ


S 5. Variasiya və onun göstəriciləri –



Yüklə 110,49 Kb.
səhifə8/12
tarix02.01.2022
ölçüsü110,49 Kb.
#40508
növüReferat
1   ...   4   5   6   7   8   9   10   11   12
referat 743

S 5. Variasiya və onun göstəriciləri – Variasiya termini latın sözü olub, “variation”-dan əmələ gəlmişdir. Mənası dəyişmək, tərəddüd, müxtəliflik deməkdir. Lakin hər cür müxtəlifliyi variasiya adlandırmaq olmaz. Statistikada əlamətin variasiyası dedikdə müxtəlif amillərin təsiri altında yekcins toplu hüdudunda öyrənilən əlamətin kəmiyyətcə dəyişilmələri başa düşülür.

Sosial-iqtisadi hadisə və prosesləri səciyyələndirən statistik topludakı vahidlər bir-birindən kənarlaşır. Statistikada bunlara amil deyilir. Bu amillər bəzi hallarda əks istiqamətdə fəaliyyət göstərir və bir-birindən fərqlənir. Lakin qarşıda duran başlıca vəzifə onların içərisindən mühüm olan və mühüm olmayan amilləri seçməkdən ibarətdir. Məsələn, məlum olduğu kimi, ali məktəblərdə tələbələrin imtahan sessiyasında aldıqları qiymətlər bir-birinə uyğun gəlmir. Bu, onunla əlaqədardır ki, tələbələrin oxumağa, bilik əldə etməyə münasibətləri, başlıcası isə qabiliyyətləri eyni deyildir. Sərbəst işlərin yerinə yetirilməsinə müxtəlif miqdarda vaxt sərf etmələrində və onların sosial-məişət şəraitlərində də fərqlər vardır. Tələbələrin aldıqları qiymətlərə təsadüfi səbəblər də (məsələn, xəstələnmə halları, müəllimlərlə olan problemlər və digər səbəblər) təsir göstərə bilər.

Mühüm amillərin təsiri nəticəsində meydana çıxan dəyişmələr (variasiyalar) daimi xarakter daşıyır və bunlara daimi variasiya (dəyişmə) deyilir. Daimi dəyişmələrdə hadisə və əlamətlər arasında meydana çıxan qarşılıqlı əlaqələrdə amillərdən biri səbəb (faktor), digəri isə nəticə amili olur. Başqa sözlə, hər hansı bir əlamətin dəyişməsi bir və ya bir neçə digər əlamətin dəyişməsindən asılı olur.

Təsadüfi amillərin təsiri ilə baş verən dəyişmə təsadüfi variasiya adlanır. Burada bütün dəyişmələr təsadüfi və müvəqqəti xarakter daşıyır.

Həm mühüm, həm də mühüm olmayan amillərin ikisinin birlikdə təsiri ilə baş verən dəyişmələrə isə ümumi variasiya deyilir. Deməli, ümumi variasiya daimi və təsadüfi dəyişmələrin təsiri nəticəsində formalaşır. Lakin əlamətlər arasında möhkəm əlaqələr olduqda daimi dəyişmələr əvvəl-axır təsadüfi dəyişmələrin təsiri ilə asılı əlamətin variasiyasına yol açır və özünü büruzə verir.

Variasiyanın mövcudluğu onun ölçülməsi, həcmini səciyyələndirən göstəricilərin müəyyənləşdirilməsi, habelə onlara təsir edən amillərin mahiyyəti və hesablanması metodlarının aşkara çıxarılması vəzifələrini qarşıya qoyur.

Sosial-iqtisadi hadisələrin variasiyası müxtəlif cəhətlərdən – toplunun eynitipliliyi, əlamətin fərdi qiymətlərinin sabitliyi, orta kəmiyyətin səciyyəviliyi, hər hansı bir əlamətlə digər hadisələri ifadə edən əlamətlər arasındakı qarşılıqlı əlaqələr və s. – öyrənilə bilər.

Hadisə və proseslərin variasiyasını səciyyələndirən statistik göstəricilərdən təcrübədə, məsələn, sənaye müəssisələrində işlərin ahəngdarlığına qiymət vermək, istehsal prosesləri üzərində nəzarəti həyata keçirmək, müəyyən təbii-iqlim şəraitində hər hansı bir bitki sortunun məhsuldarlığının sabitliyini qiymətləndirmək üçün istifadə olunur. Variasiyaya əsasən sosial-iqtisadi hadisə və prosesləri ifadə edən göstəricilərin – hadisələr və onların arasındakı əlaqələrin sıxlığı, seçmə müşahidəsinin dəqiqliyi göstəriciləri, orta kəmiyyətin etibarlılıq dərəcəsi və s. – işlənib hazırlanır, onlar haqqında fikir söylənilir.

Bütün variasiya göstəricilərini aşağıdakı qruplara bölmək olar:


  1. paylanmanın orta göstəriciləri – hesabi orta kəmiyyət, moda və mediana;

  2. variasiya göstəriciləri – variasiya genişliyi, orta xətti kənarlaşma, dispersiya, orta kvadratik kənarlaşma və variasiya əmsalı;

  3. paylanma tipi göstəriciləri – struktur və asimmetriya göstəriciləri, normadançıxma halları.

Sosial-iqtisadi hadisələrin əlamətlərinin variasiyası bütün amillərin birgə təsiri nəticəsində baş verir. Statitka elminin labüdlüyünün mühüm şərti əlamətin variasiyasının olmasıdır. Əlamətin variasiyası məkan və zamanda da mövcuddur. Zamanda əlamətin qiymətinin dəyişilməsi əlamətin zamanda variasiyası adlanır.

Sosial-iqtisadi hadisələrin əlamətlərinin variasiyasını ölçmək mühüm təcrübəvi və nəzəri əhamiyyətə malikdir. Əlamətlərin variasiyasının ən ümumiləşdirici xarakterizəsi orta kəmiyyətlə verilə bilər. Lakin, orta kəmiyyət ancaq ümumilikdə variasiyanı xarakterizə etmək imkanına malikdir. Əlamətin qiymətlərinin dəyişməsini (variasiyasını) hesablamaq üçün aşağıdakı göstəricilərdən istifadə olunur: 1) variasiya genişliyi; 2) orta xətti kənarlaşma; 3) orta kvadrat kənarlaşma və ya dispersiya; 4) orta kvadratik kənarlaşma; 5) variasiya əmsalı.

Əlamətin variasiyası bir sıra mütləq orta kəmiyyət və nisbi göstəricilərlə ölçülə bilər. Əlamətin variasiyasını ölçmək üçün istifadə edilən ən sadə göstəricilərdən biri variasiya genişliyidir. Variantın maksimum və minimum qiymətləri arasındakı fərq variasiya genişliyi adlanır və R hərfi ilə işarə olunur:
R = xmax - xmin
Variasiya genişliyi əlamətin qiymətlərinin tərəddüd dərəcələrinin son yüksək həddini gösətərir.


Yüklə 110,49 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin