Azərbaycan respublikasi məDƏNİYYƏt və turizm naziRLİYİ


Azərbaycan Respublikasında istehsal edilmiş sənaye məhsullarında dövlət və qeyri-dövlət bölməsinin xüsusi çəkisi (%-lə)



Yüklə 110,49 Kb.
səhifə4/12
tarix02.01.2022
ölçüsü110,49 Kb.
#40508
növüReferat
1   2   3   4   5   6   7   8   9   ...   12
referat 743

Azərbaycan Respublikasında istehsal edilmiş sənaye məhsullarında dövlət və qeyri-dövlət bölməsinin xüsusi çəkisi (%-lə)


Mülkiyyətin
növünə görə
müəssisə qrupları

İLLƏR

1995

2000

2003

2004

2005

2006

Dövlət bölməsi

94,5

51,6

33,3

31,5

15,5

12,7

Qeyri-dövlət bölməsi

5,5

48,4

66,7

68,5

84,5

87,3

Yekunu

100,0

100,0

100,0

100,0

100,0

100,0

Cədvəldəki məlumatlardan görünür ki, 1995-ci ilə nisbətən 2006-cı ildə ölkəmizdə istehsal olunan sənaye məhsullarının tərkibində dövlət bölməsinin xüsusi çəkisi 94,5%-dən 12,7%-ə enmiş, qeyri-dövlət bölməsininki isə 5,5%-dən 87,3%-ə yüksəlmişdir. Tipik qruplaşdırma bir göstəricidən deyil, bir neçə göstəricidən istifadə olunmaqla aparıldıqda daha böyük əhəmiyyət kəsb edir. Məsələn, mülkiyyətin növünə görə müəssisə qruplarını aşağıdakı göstəricilərlə səciyyələndirmək olar:



  1. özəlləşdirilmiş müəssisələrin (obyektlərin) sayı;

  2. əvvəlki hər hansı bir dövrə nisbətən, sonrakı dövrdə artım sürəti;

  3. özəlləşdirmədən daxil olan vəsait;

  4. həmin vəsaitin artım sürəti.

Bunlar öyrənilən hadisənin ən mühüm tipləri müəyyən olunduqdan sonra, göstəricilər sisteminin köməyi ilə hər qrupa xarakteristika vermək lazımdır. Məsələn, iqtisadiyyatın sahələrinin siyahısını (sənaye, kənd təsərrüfatı, tikinti, nəqliyyat və s.) müəyyən etdikdən və müəssisələri sahələr üzrə böldükdən sonra hər sahə üzrə müəssisələrin və işçilərin sayı, istehsal olunmuş məhsulun dəyəri və başqa göstəricilər müəyyənləşdirilir. Göstəricilərin seçilməsi qarşıya qoyulmuş məqsəd və vəzifələrdən asılıdır.

Öyrənilən hadisələrin quruluşuna xarakteristika verilməsi, yəni topluda ayrı-ayrı hissələrin payının müəyyən edilməsi də qruplaşdırmanın köməyi ilə həyata keçirilir. Buna əhalinin cinsinə, yaşına, təhsilinə, milliyyətinə, şəhər və kənd əhalisinə bölünməsi və digər əlamətlərinə, işçilərin peşələrinə, iş stajlarına, yaşlarına görə qruplaşdırılması misal ola bilər.



Quruluş üzrə qruplaşdırma yalnız bir göstərici ilə və bütöv göstəricilər sistemi ilə səciyyələnə bilər. Sosial-iqtisadi hadisə və proseslər bir-birilə qarşılıqlı əlaqədə olmaqla yanaşı, həm də bir-birindən asılıdır. Qarşılıqlı əlaqədə olan əlamətləri isə iki yerə bölmək olar. Bunlardan birinə faktor (səbəb), digərinə isə nəticə əlaməti deyilir. Lakin bu bölgü nisbidir. Çünki eyni bir əlamət bir halda faktor, digər halda isə nəticə əlaməti ola bilər. Hər şey qruplaşdırma üçün seçilmiş əlamətin hansı göstəricilər sistemində öyrənilməsindən asılıdır. Məsələn, kənd təsərrüfatı bitkilərinin məhsuldarlığı torpağın keyfiyyətini, meteoroloji şəraiti, əkin sahəsinin hər hektarına verilən gübrənin miqdarını ifadə edən göstəricilər sistemində nəzərdən keçirildikdə nəticə əlaməti, istehsal xərclərini ifadə edən göstəricilər sistemində öyrənildikdə isə faktor (səbəb) əlamətidir. Qarşılıqlı əlaqə özünü onda göstərir ki, faktor əlaməti qiymətinin dəyişməsi nəticəsində nəticə əlamətinin qiyməti ya artır, ya da azalır. Məsələn, məlum olduğu kimi, məhsulun maya dəyəri əmək məhsuldarlığının səviyyəsindən asılıdır. Başqa sözlə, əmək məhsuldarlığı yüksəldikdə maya dəyəri aşağı düşür.

İqtisadiyyatın hər hansı bir sahəsi üzrə müəssisələri əmək məhsuldarlığının səviyyəsinə (orta hesabla bir işçiyə düşən məhsulun dəyəri) görə qruplaşdırmaq və hər qrup üzrə məhsulun orta maya dəyərini hesablamaqla bu asılılığı müəyyən etmək olar.

Beləliklə, struktur qruplaşdırma keyfiyyətcə eynitipli (yekcins) topludakı vahidlərin mühüm əlamətlərə görə qruplara bölünməsi deməkdir. Bu, toplunun tərkibi və quruluşu haqqında aydın təsəvvür verir.

Struktur qruplaşdırmadan əslində bütün sosial-iqtisadi hadisə və prosesləri öyrənmək üçün istifadə edilir. Onun köməyi ilə əhalinin cinsinə, yaşına, yaşayış yerinə; kommersiya banklarının nizamnamə fonduna, kapitalına, işçilərinin sayına və s. əlamətlərə görə tərkibi öyrənilir. Tipik qruplaşdırma kimi struktur qruplaşdırma da kəmiyyət və keyfiyyət əlamətləri üzrə aparıla bilər.

Kəmiyyət əlaməti əsasında aparılmış struktur qruplaşdırmasına ev təsərrüfatlarının yaşayış yerləri üzrə hər nəfərə düşən istehlak xərclərinə görə bölgüsünü ifadə edən məlumatları misal göstərmək olar.

Struktur qruplaşdırması atributiv əlamət üzrə aparıldıqda qruplar bir-birindən əlamətin xarakterinə görə fərqlənir. Öyrənilən toplu qruplara ayrıldıqda atributiv əlamət dərəcələrə bölünür.



Analitik qruplaşdırma öyrənilən sosial-iqtisadi hadisələr və onları səciyyələndirən əlamətlər arasındakı qarşılıqlı əlaqə və asılılıqları aşkara çıxarmağa imkan verir. Analitik qruplaşdırmaya aşağıdakı cədvəl misal ola bilər.


Yüklə 110,49 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin