Azərbaycan respublikasi məDƏNİYYƏt və turizm naziRLİYİ


Fermer təsərrüfatlarının dənli bitkilərin məhsuldarlığına görə qruplaşdırılması (rəqəmlər şərtidir)



Yüklə 110,49 Kb.
səhifə5/12
tarix02.01.2022
ölçüsü110,49 Kb.
#40508
növüReferat
1   2   3   4   5   6   7   8   9   ...   12
referat 743

Fermer təsərrüfatlarının dənli bitkilərin məhsuldarlığına görə qruplaşdırılması (rəqəmlər şərtidir)


Dənli bitkilərin
məhsuldarlığına
görə qruplar
(sent/ha)

Qrupda
olan fermer
təsərrüfatlarının
sayı

Əkin
sahəsi
(ha)

Məhsul
yığımı
(sent)

Orta
məhsuldarlıq
(sent/ha)

20-dək
20-25
25-30
30-35
35-dən yuxarı

8
12
7
6
3

1600
1800
700
540
240

28800
39600
19250
17496
9168

18,0
22,0
27,5
32,4
38,2

Yekunu

36

4880

114314

23,4

Qarşıya qoyulan məqsəddən və yerinə yetirilən vəzifələrdən asılı olaraq qruplaşdırmanın üç növə ayrılması şərti xarakter daşıyır. Çünki qruplaşdırma eyni vaxtda hadisəni tiplərə ayıra, toplunun strukturunu göstərə və əlamətin qiymətinin dəyişməsinin qanunauyğunluğunu əks etdirə bilər.

Qruplaşdırma əlamətlərinin sayına görə sadəmürəkkəb qruplaşdırmalar bir-birindən fərqlənir. Bir əlamət üzrə aparılan qruplaşdırmaya sadə, iki və daha çox əlamət üzrə aparılan qruplaşdırmaya isə mürəkkəb qruplaşdırma deyilir. Sadə qruplaşdırmaya yuxarıdakı cədvəl misal ola bilər.

Mürəkkəb qruplaşdırma da öz növbəsində iki yerə bölünür:

1) quraşıq qruplaşdırma; 2) çoxölçülü qruplaşdırma.

İki-dörd əlamət üzrə aparılan qruplaşdırma quraşıq, dörddən çox əlamət üzrə aparılan qruplaşdırma çoxölçülü qruplaşdırma adlanır.

Quraşıq qruplaşdırmada əvvəlcə bir əlamət üzrə qruplar formalaşdırılır, sonra onlar başqa bir əlamət üzrə yarımqruplara bölünür, bundan sonra hər yarımqrup başqa bir əlamət üzrə daha kiçik qruplara bölünür və s. Bu qruplaşdırma toplu vahidlərini eyni vaxtda bir neçə əlamət üzrə öyrənməyə imkan verir. Quraşıq qruplaşdırmanı apararkən obyektə daxil olan vahidlərin əlamətlər üzrə bölgüsünün ardıcıllığı məsələsi meydana çıxır. Bu zaman qruplaşdırmanın əvvəlcə atributiv əlamət üzrə aparılması, sonra isə onun kəmiyyət əlaməti üzrə tamamlanması məqsədəuyğundur.

Quraşıq qruplaşdırmadan bir qayda olaraq mürəkkəb sosial-iqtisadi hadisə və proseslərin öyrənilməsi üçün istifadə edilir. Bu qruplaşdırmanın aparılmasının zəruri şərti kifayət qədər müşahidə materiallarının olmasıdır. Çünki quraşıq qruplaşdırma qrupların sayının kəskin surətdə artmasına gətirib çıxarır. Bu metodlar istənilən qədər informasiyaları işləməyə imkan verən kompüterlərdən və proqram məhsullarından istifadə olunması sayəsində geniş yayılmışdır.

Quraşıq qruplaşdırmanın çatışmazlığının aradan qaldırılması üçün çoxölçülü qruplaşdırmadan, yaxud da təsnifləşdirmə metodundan istifadə edilməsi məqsədəuyğundur. Bu metodlardan istifadə etməkdə məqsəd məlumatları təsnifləşdirməkdən, çoxsaylı əlamətlər əsasında qruplaşdırmaqdan ibarətdir.

Təsnifləşdirməni qruplaşdırmadan fərqləndirmək lazımdır. Təsnifləşdirmə dedikdə, hadisə və proseslər arasındakı oxşarlıq və fərqli cəhətlərə əsasən onların sistemləşdirilmiş şəkildə müəyyən qruplara və dərəcələrə bölünməsi nəzərdə tutulur.

Təsnifləşdirmənin aşağıdakı fərqləndirici cəhətləri vardır:


  1. təsnifləşdirmə aparılarkən keyfiyyət əlamətləri əsas götürülür;

  2. təsnifləşdirmə demək olar ki, standart xarakter daşıyır. Onlar dövlət və beynəlxalq statistika orqanları tərəfindən müəyyən edilir;

  3. təsnifləşdirmə uzun müddət dəyişməz qalır. Lakin yeni qrupların, yarımqrupların müəyyən edilməsi zəruriliyi meydana çıxdıqda təsnifləşdirməyə dəyişiklik və əlavələr edilir.

Təsnifləşdirmə, qruplaşdırma əlamətlərini müəyyən etməyə imkan verir və deməli, qruplaşdırmanın əsasıdır. Təsnifləşdirmədə mümkün olan bütün qruplar dəqiq müəyyənləşdirilir və hər bir konkret şəraitdə obyekti təşkil edən vahidləri bu və ya digər qrupa aid etməyə imkan verir.

Beləliklə, təsnifləşdirmənin məqsədi obyektin vahidlərini eyniləşdirməkdən, informasiya axtarışını təmin etməkdən və onu sistemləşdirməkdən, beynəlxalq standartlarla müqayisəyə nail olmaqdan ibarətdir.

Dəyişən əlamətin kəmiyyətindən asılı olaraq topludakı vahidlərin bölgüsünü (paylanmasını) səciyyələndirən ədədlər sırasına statistika və ya bölgü sırası deyilir. Bölgü sırası kəmiyyət ölçüsü olan və olmayan əlamət üzrə düzəldilə bilər. Bunlardan birincisinə variasiya, ikincisinə isə atributiv bölgü sırası deyilir.

Variasiya sıraları düzəldilmə üsullarına görə iki yerə bölünür:

1) fasiləsiz (interval) variasiya sıraları; 2) fasiləli (diskret) variasiya sıraları.

Fasiləsiz (interval) variasiya sıralarında topludakı vahidlər müəyyən intervalla qruplara bölünür. Fasiləli (diskret) variasiya sıraları isə tam ədədlərlə ifadə olunur.

Dar mənada svodka dedikdə, statistik çoxluğun vahidlərinin və onların əlamətlərinin qiymətlərinin sayı başa düşülür. Geniş mənada isə svodka - ilkin statistik məlumatların elmi emal etmə üsuludur. Buraya tədqiq olunan hadisə və obyektlərin qruplaşdırılması, statistik göstəricilərin cədvəl və qrafik təsviri daxildir. Svodkanı qruplaşdırma əsasında aparırlar. Tədqiqatın məqsəd və vəzifələrindən asılı olaraq müəyyən bir əlamət seçilir və statistik çoxluğun vahidləri keyfiyyətcə bircins qruplara bölünür. Svodka və qruplaşdırmanın nəticəsi sadə hallarda statistik sıralar, mürəkkəb hallarda isə statistik cədvəllər şəklində tərtib olunur.

Svodka və qruplaşdırma kütləvi verilənlərin statistik emal olunmasının qarşılıqlı prosesləridir. Svodkasız qruplaşdırma aparmaq mümkün deyil. Qruplaşdırmasız svodka isə ayrı-ayrı hadisə və obyektlərin xarakterik əlamətlərini tapmağa, hadisələrin qanunauyğunluqlarını, əlaqələrini, onlar arasındakı münasibətləri müəyyən etməyə imkan vermir.


Statistik cədvəllər

Yekunlaşdırma və qruplaşdırma nəticəsində əldə edilmiş məlumatlar statistika cədvəllərində əks etdirilir. Lakin cədvəllərdən təkcə statistikada deyil, digər sahələrdə də istifadə olunur. Məsələn, dördrəqəmli loqorifma cədvəli, vurma cədvəli, çosaylı sorğu cədvəlləri, istiqraz və və lotereya biletlərinin uduş cədvəlləri, qatarların və gəmilərin hərəkəti cədvəlləri və s. vardır. Lakin bunlar sorğu xarakteri daşıdıqları üçün statistika cədvəlləri deyildirlər. Tanınmış rus statistiki A.A.Kaufmanın obrazlı ifadəsi ilə desəm, statistika cədvəllərində sosial-iqtisadi hadisələrin mənzərəsi verilir, onların ayrı-ayrı ünsürləri arasındakı qarşılıqlı əlaqələr öz əksini tapır.

Statisika cədvəlləri digər cədvəllərdən aşağıdakı xüsusiyyətlərinə görə fərqlənir: 1) statistika cədvəlləri empirik məlumatlara əsasən hesablanan nəticələri özündə əks etdirir; 2) statistika cədvəllərində ilkin informasiyaların yekunlaşdırılması nəticəsində əldə edilən yekun rəqəmləri öz əksini tapır.

Beləliklə, statistika cədvəli bir-biri ilə qarşılıqlı və məntiqi əlaqədə olan, bir və ya bir neçə əlamət üzrə iqtisadi təhlil aparılan topludakı rəqəm göstəricilərini özündə əks etdirir.

Statistika cədvəllərinin əhəmiyyəti onunla müəyyən edilir ki, onların köməyi ilə mətnlə izah olunan rəqəmlərə nisbətən öyrənilən hadisə və proseslərə daha yığcam xarakteristika verilir. Cədvəl, sözlə ifadə olunan mətnə nisbətən aydın və əyanidir, müqayisə və təhlil aparmaq, sosial-iqtisadi hadisələri öyrənmək, onların haqqında fikir söyləmək üçün daha əlverişlidir. Məsələn, Azərbaycan Respublikasında əhalinin sayı 1990-cı il yanvarın 1-nə olan məlumatla 2007-ci il yanvarın 1-nə olan məlumatı müqayisə etdikdə, onu sözlə aşağıdakı kimi ifadə etmək olar: 1990-cı il yanvarın 1-nə Azərbaycan Respublikasında əhalinin ümumi sayı 7131,9 min nəfər, o cümlədən şəhər əhalisi 3847,3 min nəfər, kənd əhalisi isə 3284,6 min nəfər olmuşdur. Əhalinin ümumi sayında şəhər əhalisinin xüsusi çəkisi 53,9%, kənd əhalisininki isə 46,1% təşkil etmişdir. 2007-ci yanvarın 1-nə respublika əhalisinin ümumi sayı 8532,7 min nəfər, o cümlədən şəhər əhalisi 4397,6 min nəfər, kənd əhalisi 4135,1 min nəfər olmuşdur. Əhalinin ümumi sayında şəhər əhalisinin xüsusi çəkisi 51,5%, kənd əhalisininki isə 48,5% təşkil etmişdir. Deməli, 10 il ərzində respublika əhalisinin mütləq artımı 1400,8 min nəfər, o cümlədən şəhər əhalisininki 550,3 min nəfər, kənd əhalisininki isə 850,5 min nəfərə bərabər olmuşdur. Göründüyü kimi, eyni göstəricilərin adları bir neçə dəfə təkrarlanır və bu qaçılmazdır.

Lakin bütün bunları aşağıdakı cədvəldə əks etdirməklə daha aydın, qısa və yığcam təsəvvür əldə etmək olar.





Yüklə 110,49 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin