Azərbaycan respublikasi əlyazması hüququnda XX əsrdə naxçivanda əDƏBİ TƏNQİDİN İNKİŞaf yolu



Yüklə 1,63 Mb.
Pdf görüntüsü
səhifə67/68
tarix20.11.2023
ölçüsü1,63 Mb.
#163992
1   ...   60   61   62   63   64   65   66   67   68
dis anar (1)

“X.Məmmədov ... əksəriyyəti elmi 
ictimaiyyətə ilk dəfə təqdim edilən zəngin materiallar vasitəsilə 70-90-cı illər 
(XIX 
əsr nəzərdə tutulur-
A.A
)
ədəbiyyatı ilə bağlı boğluğu doldurmuş, indiyədək “xam 
torpaq sahəsi” kimi qalan zəngin bir dövrün ədəbiyyatını üzə çıxarmışdır”
[114,s.181]. 
Bununla yanaşı, resenziyada nəzərə çatdırılır ki, monoqrafiyada sosioloji 
təhlilə nisbətən üstünlük verilməsi realist-maarifçi ədəbiyyatın estetik simasının və 
mahiyyətinin qabarıq şəkildə ifadəsinə mane olmuşdur. Əslində bu irad çox ciddi bir 
məqamdan soraq verir, ədəbiyyatşünaslığın estetik dəyərlərə, bədii məziyyətlərə də 
lazımi diqqət ayırmasının vacibliyini önə çəkirdi. 
Akademikin 
1992-ci 
ildə “Azərbaycan” jurnalında dərc etdirdiyi 
“Şikayətlənmək üçün əsas yoxdur” məqaləsi [82] AMEA-nın müxbir üzvü Abbas 
Zamanovun 80 illiyi ilə əlaqədar qələmə alınmışdır. Görkəmli alimin ömür yolunun, 
elmi-ədəbi fəaliyyətinin əsas mərhələ və istiqamətlərini ümumiləşdirən İ.Həbibbəyli 
onun Ə.Haqverdiyev, Ə.Qəmküsar, E.Sultanov, S.M.Qənizadə, S.S.Axundov və 
digərlərinin əsərlərinin tədqiqi, yaxud nəşri sahəsində gördüyü mühüm işləri, 
M.Ə.Sabir, H.Cavid, C.Məmmədquluzadə haqqında xatirələri toplayıb nəşr 


152 
etdirdiyini, ədəbiyyatımızın xarici ölkələrdə təbliği isitqamətində çoxillik 
xidmətlərini yüksək qiymətləndirmişdir.
İsa Həbibbəyli xarici ölkələrdə Azərbaycan ədəbiyyatına dair araşdırmalara da 
diqqət yetirmişdir. Onun “Unudulmuş ömrün səhifələri” [96]məqaləsində (H.Həşimli 
ilə birgə) türkiyəli professor Əliheydər Bayatın 1992-ci ildə İstanbulda nəşr etdirdiyi 
“Əli bəy Hüseynzadə (prof.,dr. Hüseynzadə Əli Turan) və Türkiyədə yayınladığı 
əsərləri” kitabının məziyyətləri nəzərə çatdırılmışdır. “Ədəbiyyat tariximiz 
Türkiyədə” resenziyası [85] isə ədəbiyyatşünas Yavuz Akpınarın İstanbulda nəşr 
edilmiş “Azəri ədəbiyyatı araşdırmaları” adlı irihəcmli kitabı (1994) haqqındadır. 
Bu deyilənlər akademik İsa Həbibbəylinin 1970-1990-cı illərdə çoxşaxəli, 
səmərəli və məhsuldar ədəbi-tənqidi fəaliyyət göstərdiyini, ədəbi-elmi prosesdə 
istiqamətverici rol oynayan dəyərli əsərlər yazdığını bir daha təsdiqləyir. 
Təssəvvür tamlığı üçün qısaca onu da deyək ki, 2000-ci illərdə görkəmli alimin 
ədəbi-tənqidi yaradıcılığı daha da genişlənmiş, çoxsaylı əsərlərlə zənginləşmişdir. Bu 
mərhələdə akademik İsa Həbibbəylinin yazdığı, 

Ədəbi-tarixi yaddaş və müasirlik” 
[92], “Nuhçıxandan-Naxçıvana” [94], “Ədəbi şəxsiyyət və zaman” [95] kimi 
kitablarında toplanmış monoqrafik xarakterli bir çox konseptual tədqiqatlar, o 
cümlədən “Azərbaycan ədəbiyyatında Səməd Vurğun məktəbi və Səmədoğlular”, 
“Səmədoğlu ədiblər”, “Milli istiqlal şairi Bəxtiyar Vahabzadə”, “Ədəbiyyatımızda 
Anar zirvəsi”, “Böyük yazıçı düşüncəsinin qoşa qanadları” (xalq yazıçısı Elçin 
haqqında), “Nəriman Həsənzadənin mənzum-poetik dramaturgiyası”, “İsa 
Hüseynovdan İsa Muğannaya: axırıncı əlyazma və bütöv dünya”, “Yazıçı-publisist 
Elmira Axundova”, “Elmilik və bədiilik: paralelliklərin vəhdəti” (Kamal Abdulla 
haqqında), “Bütün yönləri ilə yaradıcı” (Rəşad Məcid haqqında), “Qısametrajlı 
ömrün filmi” (Elman Həbib haqqında), “Bütövlük və genişlik” (Rüstəm Behrudi 
haqqında), “Vətəndaşlıq mövqeyi, plyus lirizm” (Asim Yadigar haqqında) və digər 
fundamental əsərləri elmi-nəzəri səviyyəsinə, müasir ədəbi proseslə bağlı təhlillərin 
dərinliyinə və əhatəsinə görə çağdaş ədəbi tənqidimizə və ədəbiyyatımıza yön verən
qiymətli araşdırmalardır. 


153 
Nəticə 
İyirminci əsrdə Naxçıvanda ədəbi tənqidin keçdiyi zəngin və çoxşaxəli inkişaf 
yolunun, bu sahədə diqqətəlayiq xidmətləri olan qələm sahiblərinin fəaliyyətlərinin, 
yazdıqları müvafiq əsərlərin ətraflı şəkildə araşdırılması yəqinləşdirir ki, 
Azərbaycanın bu qədim mədəniyyət mərkəzində də ədəbi fikrin nümayəndələri 
ədəbiyyatın yaradıcılıq axtarışlarına, uğur və qüsurlarına həssaslıqla yanaşmış, onu 
dərindən öyrənmiş, bədii mətnlərə münasibətdə obyektiv mövqe tutmağa, söz 
sənətinin yüksəlişinə xidmət göstərməyə çalışmışlar. 
XX əsrdə Naxçıvanda ədəbi tənqidin inkişaf yolunun kompleks halda tədqiqi 
aşağıdakı nəticələrə gəlməyə imkan verir: 
-Azərbaycan ədəbi tənqidinin inkişaf tarixinin hərtərəfli şəkildə və dolğun 
səviyyədə araşdırılması üçün onun tərkib hissəsi kimi ayrı-ayrı regionlardakı ədəbi 
fikri də diqqət mərkəzinə çəkib dərindən öyrənmək bu sahədəki elmi tədqiqatların 
sistematikliyi və konseptuallığı baxımından ciddi əhəmiyyətə malikdir;
-Naxçıvanda ədəbi tənqidin təşəkkülü XIX əsrin sonu, XX əsrin əvvəllərində 
Azərbaycan ədəbiyyatında gedən yeniləşmə prosesi ilə əlaqədar olmuş, ədəbi 
gedişatın təhlil olunub dəyərləndirilməsinə, epiqonçuluqdan sağlam yola 
yönləndirilməsinə ciddi ehtiyac duyulduğu bir dönəmdə gerçəkləşmişdir. Bu 
mərhələdə ədəbi tənqid xüsusən realizm prinsiplərinin ardıcıl müdafiəçisi kimi çıxış 
etmişdir; 
-Ədəbi tənqidin 1920-1940-cı illərdəki inkişaf yolu bir sıra mürəkkəbliklərlə, 
mübarizələrlə müşayiət olunmuş, yeni cəmiyyətin ideoloji doktrinaları, sosioloji 
tendensiyaları ədəbi tənqidin mahiyyət və xarakterinə, ədəbiyyata yanaşma 
prinsiplərinə ciddi təsir göstərmişdir. Bununla belə, əsasən sosioloji xarakter daşıyan 
tənqid nəzəri-estetik dəyərləndirmələrə də müəyyən səviyyədə diqqət yetirə 
bilmişdir; 
-1950-ci illərin ortalarından etibarən ədəbi tənqidə sosioloji faktorların basqısı 
nisbətən 
zəifləmiş, 
ədəbiyyatın 
bədii-estetik 
cəhətdən 
təhlil 
olunub 
qiymətləndirilməsi imkanları genişlənmişdir. Bu proses xüsusən 1970-ci illərdən 


154 
qüvvətlənərək geniş vüsət almış, nəticədə ədəbi tənqiddə əsaslı keyfiyyət 
dəyişiklikləri baş vermiş, bədii mətnlərin milli mündəricə kontekstində nəzərdən 
keçirilməsinə də diqqət artmışdır; 
-Azərbaycan müstəqillik qazandıqdan sonra muxtar respublikada da ədəbi 
tənqid milli ideologiyanın və müasir nəzəri-estetik yanaşmaların prinsiplərinə uyğun 
olaraq əsaslı şəkildə yenidən qurulmuş, müasir ədəbiyyatın hərtərəfli şəkildə, çağdaş 
elmi-ədəbi nailiyyətlər aspektində təhlili üstünlük qazanmışdır;
-XX əsrdə Naxçıvanda ədəbi tənqid bütövlükdə Azərbaycan ədəbiyyatının
inkişafını ardıcıl şəkildə izləmiş, müvafiq səviyyədə təhlil edib ümumiləşdirmiş, 
sənət axtarışlarına yön vermiş, bunun tərkib hissəsi kimi regionun müasir ədəbi 
prosesinə də analoji yanaşma nümayiş etdirmişdir;
-Ədəbi tənqidin inkişafında mətbuatın, yazıçıların ədəbi birliklərinin, 
yaradıcılıq təşkilatlarının, elmi-filoloji qurumların (ali məktəb kafedraları və s.) da 
müvafiq rolu olmuşdur; 
-XX əsrdə Naxçıvanda ədəbi tənqidin təşəkkülü və inkişafında təkcə tənqidçi 
və ədəbiyyatşünaslar deyil, şair və yazıçılar da yaxından iştirak etmiş, müasir ədəbi 
prosesin təhlil olunub qiymətləndirilməsində, uğur və nöqsanların aşkarlanmasında, 
yaradıcılıq axtarışlarının istiqamətləndirilməsində fəallıq göstərmişlər. Ədəbi fikir 
ədəbi-tənqidi əsərlərlə yanaşı, bir sıra bədii nümunələrdə də öz ifadəsini tapmışdır; 
-Bəhs olunan dövrdə Naxçıvan regionunda ədəbi tənqid müasir ədəbiyyatın 
yaradıcılıq axtarışlarını təhlil edib qiymətləndirərkən müxtəlif formalardan istifadə 
etmiş, məqalə, resenziya, rəy, ədəbi icmal, “ön söz”, “uğurlu yol”, “dəyirmi masa” 
müzakirələri, ədəbi disputlar, yaradıcılıq müşavirələrindəki ədəbi hesabatlar və fikir 
mübadilələri, yeni kitabların təqdimatı, yubiley yazıları, açıq məktub, monoqrafik 
oçerk, monoqrafiya, dissertasiya və s. vasitəsi ilə öz sözünü demişdir; 
-Naxçıvanda XX əsrdə ədəbi tənqid sahəsində yaranmış çoxsaylı materiallar 
mahiyyətinə görə müxtəlif yanaşmaları təmsil edir. Belə ki, regionun ədəbi tənqid 
təsərrüfatında elmi-ideoloji, yaxud sosioloji tənqid sovet dövründə, xüsusən 1920-
1940-cı illərdə geniş yayılmış, əsrin ortalarından etibarən elmi-publisist tənqid də 
intişar tapmışdır. Bu təmayüllər tənqidçi və ədəbiyyatşünaslardan L.Hüseynzadənin, 


155 
Y.Axundlunun, İ.Maqsudovun, Ş.Zamanın, Ş.Novruzovun, A.Əliyevin, V.Əliyevin, 
M.Cəfərlinin və başqalarının ədəbi-tənqidi məqalələrində bir çox məqamlarda önə 
keçmişdir. 1970-ci illərdən etibarən elmi-nəzəri tənqid tədricən təzahür etməyə 
başlamış, sonrakı onilliklərdə isə ədəbi-estetik mövqeyini möhkəmləndirmişdir. 
Xüsusən akademik İsa Həbibbəylinin müasir ədəbiyyatın yaradıcılıq problemləri və 
tanınmış simalarının yaradıcılığı barədə məqalələri, monoqrafik araşdırmaları 
Azərbaycanda elmi-nəzəri tənqidin fundamental örnəkləri kimi böyük dəyər 
qazanmışdır. Professor Y.Axundlunun müasir tarixi romanlarla bağlı monoqrafik 
tədqiqatlarında, Ə.Əzimlinin və H.Həşimlinin bir sıra məqalələrində də ədəbi
prosesə elmi-nəzəri yanaşmanın diqqətəlayiq təzahürlərini görürük. 
XIX əsrin sonu, XX yüzilliyin əvvəllərində M.T.Sidqi, C.Məmmədquluzadə, 
E.Sultanov, M.S.Ordubadi, H.Cavid, Ə.Qəmküsar və digərləri tərəfindən əsası 
qoyulan “yazıçı tənqidi” istiqaməti də sovet dövründə on illər boyu inkişaf edərək 
geniş vüsət almış, M.Tarverdiyev, M.Nəsirli, H.İbrahimov, H.Razi, M.Əkbər, 
Ə.Yusifli, A.Qasımlı və başqaları tərəfindən yazılmış çoxsaylı və əhəmiyyətli 
nümunələrlə təmsil olunmuşdur; 
-Ədəbi tənqid yeni yaranmış müxtəlif janrlı bədii əsərlərə münasibət bildirmək, 
müasir ədəbiyyatın inkişaf tendensiyalarını, onun aparıcı nümayəndələrinin 
yaradıcılığını təhlil edib ümumiləşdirməklə yanaşı, geniş mənada, ədəbi prosesin 
tərkib hissəsi kimi ədəbiyyatşünaslıq sahəsindəki nailiyyətlərə, bir sıra mühüm 
tədqiqatlara da yeri gəldikcə diqqət yetirmiş, onların əsas mündəricəsini 
dəyərləndirmişdir;
-XX əsrdə təşəkkül tapmış və inkişaf edərək sabitləmiş ənənələr, toplanılmış 
zəngin təcrübə XXI yüzilliyin əvvəllərində ədəbi tənqidin yeni inkişaf dönəmi üçün 
etibarlı zəmin rolunu oynamaq imkanlarına malikdir. 
Apardığımız tədqiqat XX əsr Azərbaycan ədəbi tənqid tarixinin, həmçinin 
Naxçıvan ədəbi mühitinin hərtərəfli və daha dərindən öyrənilməsi, eləcə də ali 
məktəblərdə tədrisi üçün faydalı mənbələrdən biri ola bilər. Fikrimizcə, iyirminci 
yüzillikdə Naxçıvanda ədəbi tənqidin keçdiyi zəngin inkişaf yolunun gələcəkdə daha 


156 
əhatəli tədqiqinə, o cümlədən bu sahədə mühüm xidmətlər göstərmiş müəlliflərin 
ədəbi-tənqidi fəaliyyətinin ayrıca araşdırılmasına ehtiyac vardır. 
Əlbəttə, XX əsrdə Naxçıvanda ədəbi tənqidin inkişaf yolunun tədqiqi bir sıra 
digər nəticələri də aşkara çıxarır. Biz burada ən səciyyəvi qənaətləri 
ümumiləşdirməklə kifayətlənirik. 

Yüklə 1,63 Mb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin