Azərbaycan respublikasi əlyazması hüququnda XX əsrdə naxçivanda əDƏBİ TƏNQİDİN İNKİŞaf yolu



Yüklə 1,63 Mb.
Pdf görüntüsü
səhifə60/68
tarix20.11.2023
ölçüsü1,63 Mb.
#163992
1   ...   56   57   58   59   60   61   62   63   ...   68
dis anar (1)

“Elman Həbibin ... fəal vətəndaş mövqeyi, milli təəssübkeşliyi Azərbaycanın- 
Vətənimizin, millətimizin, dilimizin, müstəqilliyimizin geniş miqyasda tanıdılması, 
daha da inkişaf etdirilməsi, milli dirçəliş və tərəqqi yollarında qətiyyətlə irəli 
getməsi qayğılarını əks etdirir”
[221,s.15]. Xüsusən onun ictimai-siyası məzmunlu
şeirlərində və ulu öndər Heydər Əliyevə həsr edilmiş “Həqiqət günəşi” poemasında 
“ideya yetkinliyi və fəal vətəndaş mövqeyinin qabarıq ifadəsi” təqdir olunmuşdur. 
Şairin yaradıcılığında folklor ənənələrindən sənətkarlıqla istifadə də dolğun elmi 
qiymətini almışdır.
İsa Həbibbəylinin ədəbi-tənqidi fəaliyyəti 1990-cı illərdə yeni bir vüsət almış, 
Azərbaycan filoloji fikrini dəyərli əsərlərlə zənginləşdirmişdir. Bu məqamda tənqidçi 
Elnarə Akimovanın aşağıdakı dəqiq müşahidəsini xatırlatmaq yerinə düşər: 
“Akademik İsa Həbibbəylinin milli müstəqillik illərindəki fəaliyyəti, çağdaş ədəbi 
proseslə bağlı ərsəyə gətirdiyi əsərlər dürüst milli ideologiyanın nümunəsi olmaqla 
bərabər, sovet dövrü Azərbaycan ədəbiyyatında açılan boşluqların doldurulması, 


138 
yeni yanaşma və tədqiqat istiqamətini gözləyən məsələlərin çağdaş dəyərlər işığında
dərki baxımından xüsusi əhəmiyyət kəsb edir”
[181, s.876].
 
İ.Həbibbəylinin 
çağdaş 
ədəbi 
prosesin 
ayrı-ayrı 
nümayəndələrinin 
yaradıcılığını geniş, hərtərəfli şəkildə təhlil edib ümumiləşdirmək yolu ilə qələmə 
aldığı bir sıra irihəcmli elmi əsərlər müasir ədəbi tənqidimizdə özünəməxsus yer 
tutur. Hələ stalinizm dövründə uşaq ikən repressiyalara məruz qalmış Cavad Cavadlı 
müxtəlif vaxtlarda yazıb 1990-cı illərdə çap etdirdiyi çoxsaylı şeir və poemalarında 
gördüyü, iştirakçısı olduğu, taleyində yaşadığı sürgün mövzusunu geniş şəkildə əks 
etdirmişdir. Şairin “Sürgün” kitabı (1996) ilə əlaqədar İ.Həbibbəylinin yazdığı 
“Vətənin əbədi harayı” adlı irihəcmli məqaləsi müasir ədəbi-tənqidi fikirdə dissident 
ədəbiyyatının əhatəli elmi təhlilini verən ilk sistemli araşdırmalardandır. Görkəmli 
akademikin Tehranda “Varlıq” jurnalında dərc olunmuş “İbrət dəftəri” məqaləsində 
də (1996, № 2) C.Cavadlının yaradıcılığında sürgün mövzusunun bədii 
təcəssümündən söz açılır. 1990-cı illərdə yazılmış bu məqalələr İ.Həbibbəylinin 
Cavad Cavadlının yaradıcılığına həsr etdiyi “Ədəbiyyat və mətbuat cəbhəsində” adlı 
kitabının da əsas qismini təşkil edir [91].
 
Həmin kitabda tanınmış şair-publisistin 
ömür və sənət yolu, müasir ədəbi mühitdəki yeri və rolu nəzərdən keçirilmişdir.
Kitabın əvvəlində şairin yaradıcılıq yolunun başlıca istiqamətləri, tematika və 
problematikası səciyyələndirilmiş, onun poeziya və pedaqoji publisistika sahəsində 
səmərəli fəaliyyəti, o cümlədən maarifçi poema və şeirləri, uşaq ədəbiyyatı 
sahəsindəki xidmətləri, məhəbbət lirikası, ictimai məzmunlu əsərləri müfəssəl şəkildə 
dəyərləndirilmişdir. Sonra isə əsas yer “Vətənin əbədi harayı” məqaləsindən tanış 
olduğumuz sürgün mövzusunun təhlilinə ayırılmışdır. İ.Həbibbəyli şairin repressiya, 
sürgün mövzusunda yazdığı şeirlərin, “Cəhənnəmdən qaçmış uşaq”, “Ata yurdu”, 
“Canlı şəhidlər”, “Düşmən iti” və digər poemalarının əsas xüsusiyyətlərinə diqqət 
yetirmiş, onların tematikası, problematikası, ideyası, obrazları, gerçəkliklə bağlılığı, 
sənətkarlıq məziyyətləri və s. barədə dolğun təhlillər aparmışdır. 
Bəllidir ki, Cavad Cavadlının atası Ələsgər kişi saxta ittihamlarla həbs 
olunmuş, ömrünü məhbəsdə başa vurmuşdur. Anası Keysu xanımı isə beş uşağı ilə 
birlikdə Qazaxıstana sürgünə göndərmişdilər. Məktəbli yaşında olan Cavad da 


139 
məşəqqətli sürgün həyatı yaşamışdır. Hətta o, sürgündən qaçmağa da cəsarət tapmış, 
lakin yenidən əzabla həyata qaytarılmışdır... Uşaqlıqdan şahidi olduğu qanlı-qadalı 
hadisələr, əzablı insan taleləri C.Cavadlının yaddaşında kök salmış, sonralar çoxsaylı 
əsərlərin yaranmasına rəvac vermişdir.Akademik İ.Həbibbəylinin qeyd etdiyi kimi: 

Yüklə 1,63 Mb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin