Azərbaycan respublikasi əlyazması hüququnda XX əsrdə naxçivanda əDƏBİ TƏNQİDİN İNKİŞaf yolu



Yüklə 1,63 Mb.
Pdf görüntüsü
səhifə63/68
tarix20.11.2023
ölçüsü1,63 Mb.
#163992
1   ...   60   61   62   63   64   65   66   67   68
dis anar (1)

“Ana Vətənə və 
şəxsiyyətə aid olan bütövlük amilini hər iki məqamda örnək səviyyəsində bütün 
ucalığı ilə yaşatmağı bacarmaq Məmməd Arazın həyatda da, sənətdə də çox mühüm 
nailiyyətidir. Azərbaycan ədəbiyyatında Əhməd Cavaddan və Səməd Vurğundan 
sonra müqəddəs Azərbaycan vətənimiz haqqında ən sanballı, yaddaqalan, ilhamlı və 
təsirli şeirləri Məmməd Araz yaratmışdır”
[92, s.305]. Şairin “Azərbaycan-dünyam 


143 
mənim”, “Vətən mənə oğul desə”, “Mənim Naxçıvanım”, ”Oxuyan Təbriz”, “Ata 
ocağı” və digər şeirlərinin bu kontekstdə təhlili elmi ümumiləşdirmələrin bədii əsası 
kimi yerinə düşmüşdür. 
İ.Həbibbəyli məxsusi nəzərə çatdırır ki, milli birlik, daxili saflıq və bütövlük,
mənəvi və ictimai azadlıq M.Araz yaradıcılığında mühüm yer tutur. Şairin “müxtəlif 
dövrlərin Azərbaycan gerçəkliyini mənalı və münasib şəkildə əks etdirən” çoxsaylı 
şeirləri timsalında fikrini izah edən alim onu da vurğulayır ki, Məmməd Arazın 
yaradıcılığında milliliklə bəşərilik vəhdətdədir. 
“Onun poetik rübabında dünya 
məsələlərinə, bəşəriyyəti düşündürən vacib problemlərə dair fikir və qayğılar da
sıxsıx öz əksini tapır.Lakin bütün məqamlarda Məmməd Araz, özünün elan etdiyi 
kimi, “Azərbaycan dünyasından baxar dünyaya” 
[92, s.309].
 
İstedadlı şairin 1990-cı illərdə yazdığı şeirlərdə milli istiqlal duyğusunun təsirli 
və qabarıq təzahürü, hamının vətən naminə birliyə çağırılması, düşmən önündə 
ağlayıb-sızlamaq yox, qətiyyətlə dayanmaq ideyasının önə çəkilməsi kimi məsələlər 
də İsa Həbibbəylinin elmi təhlilləri ilə aydınlaşdırılmışdır. “Ayağa dur, Azərbaycan!” 
şeirini “İstiqlal şairinin yeni dövrdəki qüvvətli səfərbərlik marşı” sayan alim [92, 
s.306] onun müstəqillik dövrü Azərbaycan poeziyasının qiymətli nümunələri 
sırasında yer alan digər şeirlərinin də əsas məziyyətlərini araşdırmışdır. 1992-ci ilin 
dəhşətli Xocalı faciəsi günlərində yazılmış məşhur “Ağlama” şeirinin “ümidsizlikdən, 
bədbinlikdən xilas olmağa, mənəvi dirçəlişə, böyük qələbəyə çağırış himni” kimi 
qiymətləndirilməsi də [92, s.310] əsərin ideya-bədii mündəricəsinə əsaslanır.
İ.Həbibbəyli yazır ki, doxsanıncı illərdə M.Arazın yaradıcılığında yeni mərhələ 
başlanmışdır. Şairin bu dövrdə oxuculara təqdim edilmiş “Daş harayı” (1992), 
“Dünya düzəlmir” (1992), “Qayalara yazılan səs” (1994), “Yol ayrıcında söhbət” 
(1997) kitablarında və son dövrlərdə yazılmış şeirlərində lirik-fəlsəfi ovqat daha da 
dərinləşmiş, fədakarlığa, səfərbərliyə, vətəndaşlıq fəallığına, milli-mənəvi 
özünüdərkə, milli mücadiləyə çağırış qüvvətlənmişdir. Akademik İ.Həbibbəylinin 
1999-cu ildə yazdığı bu əsərdə M.Arazın müstəqillik dövrü Azərbaycan ədəbiy-
yatının ideya-bədii yüksəlişindəki əvəzsiz mövqeyi özünün elmi ümumiləşdirilməsini 
belə tapmışdır
: “Xalq şairi Məmməd Araz indiki müstəqillik mərhələsində də millət 


144 
və milli dövlət yolunda mübariz keşikdədir… Təkcə şeirimizin yox, sözün geniş 
mənasında ədəbiyyatımızın və mədəniyyətimizin layiqli ağsaqqalıdır” 
[92, s.318].
Məmməd Arazın poemaları barədə aparılan təhlillər, hasil olunan elmi 
qənaətlər də milli ədəbi fikrimiz üçün yeni və orijinal müddəalardır. İ.Həbibbəylinin 
dəqiq müəyyənləşdirdiyi kimi, M.Arazın “Üç oğul anası” poeması xalq yazıçısı İsa 
Hüseynovun psixoloji nəsrinin milli poeziyadakı yol yoldaşıdır [92, s.312]. İkinci 
cahan müharibəsində üç oğlunu itirmiş ananın faciəsini, sarsıntılarını əks etdirən bu 
poemada lirik ricət, bədii haşiyə və monoloqlardan məharətlə istifadə ayrıca 
vurğulanmışdır. “Araz axır” poemasında isə müharibə dövründə və sonrakı illərdə 
Arazın hər iki sahilində baş vermiş hadisələr təsvir olunsa da, müəllifin yaratdığı 
Ayrıgül obrazının “bütövlük həsrəti, vüsalın daşıyıcısı” olması barədə tənqidçinin 
qənaətləri maraq doğurur. Şairin sosial-mənəvi problemləri məişət və cəmiyyət 
kontekstində ədəbi müstəviyə gətirən “Paslı qılınc” poemasının “yeni 
dövrün”Aygün”ü kimi qiymətləndirilməsi də elmi həqiqəti ifadə edir. Böyük satirik 
M.Ə.Sabirə həsr olunmuş “Mən də insan oldum” poeması isə “qüdrətli ustad 
qarşısında ciddi poetik hesabat” [92, s.314] səviyyəsində nəzərdən keçirilmişdir. 
Tənqidçinin M.Araz poeziyasında xüsusi yeri olan məşhur “Atamın kitabı” 
poeması barədəki aşağıdakı fikri də elmi-ədəbi düşüncənin məntiqi, konseptual 
qənaəti kimi üzə çıxmışdır: 

Yüklə 1,63 Mb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin