Azərbaycan respublikasi əlyazması hüququnda XX əsrdə naxçivanda əDƏBİ TƏNQİDİN İNKİŞaf yolu



Yüklə 1,63 Mb.
Pdf görüntüsü
səhifə66/68
tarix20.11.2023
ölçüsü1,63 Mb.
#163992
1   ...   60   61   62   63   64   65   66   67   68
dis anar (1)

“Yaşar tənqid və ədəbiyyatşünaslığa bədii təcrübənin 
magistral istiqamətlərini təyin edən estetik sərvət kimi yanaşmağı vacib sayır”. 
Əlavə olaraq deyək ki, İ.Həbibbəyli 16 il sonra Y.Qarayev haqqında daha bir 
məqalə dərc etdirmişdir. Onun “Ədəbiyyatşünaslığın yaddaşı” məqaləsi (97,
 
H.Həşimovla birgə) görkəmli alimin “Tarix: yaxından və uzaqdan” adlı irihəcmli 
kitabına və altmış illik yubileyi ilə əlaqədar ədəbiyyatşünas Tehran Əlişanoğlunun
hazırladığı “Yaşar Qarayev- şəxsiyyəti və ömür yolu” adlı nəşrə həsr edilmişdir.
Çağdaş Azərbaycan ədəbiyyatşünaslığında ustad Mirzə Cəlil irsinin ən yaxşı 
tədqiqatçısı kimi tanınan İ.Həbibbəyli bu sahədə ilk addımlarını atdığı vaxtlardan
etibarən böyük ədib haqqında yeni yaranan elmi əsərlərə də münasibət bildirmişdir. 
Görkəmli ədəbiyyatşünas alim Əziz Mirəhmədovun “Azərbaycan Molla Nəsrəddini” 
(1980) monoqrafiyası haqqında yazdığı “Ədəbi hərəkatın elmi təhlili” məqaləsi [104]
bu baxımdan maraq doğurur. Tədqiqatın əsas problematikasını müfəssəl şəkildə 
dəyərləndirən İ.Həbibbəyli “Cəlil Məmmədquluzadənin yaradıcılıq inkişafının onun 
doğulub formalaşdığı mühitin qabarıq mütərəqqi hadisələri ilə vəhdətdə 
müəyyənləşdirilməsi”ni də bu baxımdan diqqətəlayiq hal saymışdır. 
İ.Həbibbəylinin 1995-ci ildə yazdığı “Nadir nəşr” resenziyası isə [84] 
Ə.Mirəhmədovun Mirzə Cəlillə ömür-gün yoldaşı Həmidə xanımın məktublarını 
kitab halında çap etdirməsinə həsr olunmuşdur. C.Məmmədquluzadənin dövrünü, 
müasirləri ilə münasibətlərini öyrənmək üçün etibarlı mənbə sayılan belə məktubların 
çapını əhəmiyyətli sayan İ.Həbibbəyli onu da vurğulamışdır ki, bu kitab “yazıçı 
məktublarının toplu halında nəşr edilməsi sahəsində birinci qiymətli təşəbbüsdür”. 
Bununla yanaşı, məqalədə bildirilmişdir ki, Həmidə xanımın digər məktublarının, 
həmçinin Mirzə Cəlilin övladları Münəvvərin, Midhətin, Ənvərin məktublarını da 


150 
toplayıb buraya əlavə etmək, “ailə məktublarının əhatə dairəsini genişləndirmək” 
gərəkdir. Təqdirəlayiq haldır ki, bu nəcib və vacib arzunu məhz akademik İsa 
Həbibbəyli özü həyata keçirmiş, Mirzə Cəlinin və ailə üzvlərinin məktublarını, eləcə 
də onlara yazılmış məktubları toplayaraq 2003-cü ildə elmi-ədəbi ictimaiyyətə 
çatdırmışdır [174]. 
İ.Həbibbəylinin 1985-ci ildə yazdığı (H.Həşimovla birgə) “Böyük ədib 
haqqında tədqiqat əsəri” resenziyası isə [113] zəhmətkeş tədqiqatçı Qulam 
Məmmədlinin Cəlil Məmmədquluzadənin həyat və yaradıcılıq yolunu xronoloji 
ardıcıllıqla işıqlandıran “Molla Nəsrəddin” salnaməsinə (Bakı: Gənclik, 1984) həsr 
olunmuşdur. Resenziyada həmin kitab salnamənin 1966-cı ildəki ilk nəşri ilə 
müqayisədə dəyərləndirilmiş, diqqətdən yayınmış bəzi faktlar da xatırladılmışdır. 
Elmi-ədəbi prosesi diqqətlə izləyən İsa Həbibbəylinin “Nəsrin keçdiyi yollar” 
məqaləsi [128] ədəbiyyatşünas Əflatun Məmmədovun “Azərbaycan bədii nəsri (XIX 
əsrin sonu-XX əsrin əvvəlləri), Bakı: Elm, 1983) monoqrafiyasına həsr olunub. Bəhs 
olunan mərhələnin çoxsaylı nəsr nümunələrini ilk dəfə sistemli şəkildə araşdıran 
Ə.Məmmədovun onları forma, məzmun, təhkiyənin xarakteri və s. prinsiplər əsasında 
qpuplaşdıraraq tədqiq etməsini məqbul sayan resenziya müəllifi fikrini obrazlı tərzdə 
belə ümumiləşdirmişdir: 
“Nəsr öz janr startını hekayədən başlayıb romana qədər 
yüksəldiyi kimi, haqqında danışılan tədqiqat əsəri də xırda formalardan iri 
formalara qədərki inkişafı əks etdirməklə “mənzil başına çatmış olur”
[107, s.192].
 
Filologiyamızda “yazıçı və dil” probleminin tanmış tədqiqatçılarından olan 
professor Yusif Seyidovun “Sözün qüdrəti” kitabına həsr etdiyi resenziyada [110]
İ.Həbibbəyli müasir ədəbiyyatımızın B.Vahabzadə, M.Araz, F.Mehdi, Q.Qasımzadə,
N.Həsənzadə, X.Rza və digər tanınmış nümayəndələrinin müvafiq əsərlərini “sözün 
gücü, ana dili və xalq, dil və vətən, ana dili və müəllim, əlifba, dil və üslub, tərcümə 
dili, dilin tədrisi metodikası və s. məsələlərə şair münasibəti” kontekstində təhlil 
edən müəllifin tədqiqatına yüksək qiymət vermişdir.
İsa Həbibbəyli 1987-ci ildə yazdığı “Ədəbi qəhrəmanın taleyi” məqaləsində 
[111] isə tənqidçi Vaqif Yusiflinin “Nəsr: problemlər, xarakterlər” monoqrafiyasına 
münasibət bildirmişdir. Araşdırmanı ümumən müsbət qiymətləndirən resenziya 


151 
müəllifi tədqiqatda 1960-70-ci illərin ədəbi prosesinin təhlili zamanı hekayə 
nümunələrinə nisbətən az yer ayırıldığını, həmçinin “bədii nəsrdə konfliktə 
kolliziyanın fərqləndirilməsinə ciddi fikir verilmədiyini” irad kimi nəzərə 
çatdırmışdır. 
İ.Həbibbəylinin ədəbiyyatşünas Vilayət Quliyev (Muxtaroğlu) ilə birgə yazdığı 
“Meyar dəqiqliyi, fakt zənginliyi” resenziyasında [2] porofessor Xeyrulla Məmmədo-
vun ədəbiyyatımızın XIX əsrin sonları - XX yüzilliyin əvvəlləri dövründən söz açan 
“Əkinçi”dən “Molla Nəsrəddin”ə qədər” adlı monoqrafiyası təhlil olunmuş, onun 
əsas elmi məziyyətləri və yenilikləri diqqət mərkəzinə çəkilmişdir. Azərbaycan maa-
rifçi-realist ədəbiyyatının nüfuzlu tədqiqatçılarından olan X.Məmmədovun bu kita-
bında M.Şahtaxtılı, Ə.Cavanşir, E.Sultanov, N.Vəzirov, Ə.Gorani, H.X.Qaradaği, 
M.T.Sidqi, G.Kəngərli, S.M.Qənizadə və digərlərinin yaradıcılıq fəaliyyətini 
çoxsaylı arxiv və mətbuat materialları əsasında əhatəli şəkildə araşdırması 
resenziyada yüksək qiymətləndirilmişdir: 

Yüklə 1,63 Mb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin