Azərbaycan respublikasi əlyazması hüququnda XX əsrdə naxçivanda əDƏBİ TƏNQİDİN İNKİŞaf yolu



Yüklə 1,63 Mb.
Pdf görüntüsü
səhifə65/68
tarix20.11.2023
ölçüsü1,63 Mb.
#163992
1   ...   60   61   62   63   64   65   66   67   68
dis anar (1)

“İlk baxışda lirika ilə 
publisistikanın yanaşı işlədilməsi qəribə görünür. Əslində lirikada publisist notların 
olması şairin şeirlərinin müasirlik və aktuallığına meydan açmışdır”
[92, s. 380].
Bu yanaşmanın davamı kimi şairin poemalarında (”Bütövlük” və s.) da publisist 
əlamətlərin ideya-bədii funksiyası müvafiq elmi qiymətini almışdır. 
S.Rüstəmxanlı poeziyasında özünəməxsus yer tutan ağ rəng və onun müxtəlif 
poetik çalarları barədə tənqidçinin müşahidələri də maraq doğurur. Ağ rəngin 
timsalında müxtəlif yeni məcazlar yaradan şairin poetik məharətini təqdir edən 
İ.Həbibbəyli müəyyənləşdirir ki, Sabir Rüstəmxanlı yaradıcılığında ağ rəng təkcə 
şeirin romantik örpəyi deyildir, həm də şair ideallarının, arzularının rəngidir, 
mübarizənin nikbin finalının ifadəsidir. 
Akademik İsa Həbibbəylinin müasir ədəbi prosesə dair elmi əsərləri sırasında 
şair Zəlimxan Yaqub sənətinə həsr etdiyi araşdırmanı da xatırlatmaq gərəkdir. 2000-
ci ilin 27 yanvarında tamamladığı, “Zəlimxan Yaqub sənətinin poetik 
özünəməxsusluğu” adlanan bu sanballı məqalə müasir poeziyamızda xüsusi yeri olan 
istedadlı söz ustadının yaradıcılığı barədə dolğun elmi təhlillərlə səciyyələnən 
qiymətli ədəbi tənqid nümunəsidir [92, s.387-396].
 
Məqalənin əvvəlində “Kimdir 
Zəlimxan Yaqub?“ sualı onun bioqrafiyasından bəzi məqamların timsalında 
cavablandırılırsa, sonrakı səhifələrdə bu, özünün dolğun və əhatəli cavabını şairin 
birbirindən oxunaqlı və gərəkli şeir və poemalarının təhlili timsalında tapır. 
Z.Yaqubun folklora bağlılığı, ondan yaradıcı surətdə öyrənməsi, müasir 
ədəbiyyatımızda xalq-aşıq poeziyası ənənələrini yaşadan ən istedadlı sənətkarlardan 


147 
biri olması barədəki fikirlər şairin əsərlərinin ideya-bədii xüsusiyyətlərinə əsasən 
formalaşan müddəalar kimi diqqəti çəkir. Akademik İ.Həbibbəyli yazır: 
”Aşıq
ədəbiyyatı üstündə köklənən Zəlimxan Yaqub hətta ədəbiyyatımızda ilk dəfə olaraq
ayrı-ayrı saz havalarına onların ruhuna uyğun olan şeirlər də yazmışdır”
[92, s.389].
 
Şairin “Saz” poeması, həmçinin ustad Aşıq Ələsgərə, Aşıq Əmraha, Dədə Şəmşirə
Kamandara ünvanladığı şeirlər barədəki təhlillər və bu kontekstdə verilən qiymət də 
elmi-ədəbi tutumu ilə seçilir. Z.Yaqubun qoşmaları, dodaqdəyməz təcnisləri, 
deyişmələri də onun uğurlu yaradıcılıq axtarışları kimi təhlil olunmuşdur. Bütün 
bunlar şairin xalq yaradıcılığına tükənməz sədaqəti ilə yanaşı, ondan yaradıcı şəkildə 
bəhrələnmək bacarığını da açıq-aydın göstərir. 
Alim yazır ki, zəngin şifahi söz sənəti ilə yanaşı, yazılı ədəbiyyatımızın bir sıra 
tanınmış simalarının poetik aləminin inciləri də şairin yaradıcılığına müvafiq təsir 
göstərmişdir. Bu baxımdan S.Vurğun, M.Araz, H.Arif, X.R.Ulutürk yaradıcılığı ilə 
Z.Yaqub poeziyası arasında aparılan müqayisəli elmi təhlillər bir sıra əhəmiyyətli 
məqamları, oxşar və fərqli cəhətləri üzə çıxarmışdır. Məsələn, məqalədə oxuyuruq: 
“Zəlimxan Yaqub xalq şairi Məmməd Araz şeirlərindəki lirik-fəlsəfi ümumiləş-
dirmələri konkret hadisəyə və şəxsiyyətə, məlum məkana və zamana aid etməklə 
orijinallıq qazanır”
[92, s.393]. Z.Yaqub yaradıcılığı ilə onun bəhrələndiyi Hüseyn 
Arif poeziyası arasındakı müqayisəli təhlillər də ciddi elmi arqumentlərə əsaslanır. 
İ.Həbibbəyli yazır ki, yaradıcılığının ruhu etibarı ilə Zəlimxan Yaqub xalq şairi 
Hüseyn Arifin sənət ənənələrinin əsas davametdiricisi və daşıyıcısıdır. Alim fərqlərə 
də diqqət yönəldərək nəzərə çatdırır ki, H.Arifdə tərənnüm, Z.Yaqubda poetik 
təqdimat aparıcıdır. Z.Yaqubun poetik təqdimatında tərənnüm H.Arifdən fərqli olaraq 
ümumi yox, daha çox konkretdir. Onun şeirlərində ümumiyə yox, konkret obyektə, 
xüsusiyə poetik münasibət üstünlük təşkil edir. 
Zəlimxan Yaqubun “Yunis İmrə dastanı”, “Göyçə dərdi” poemalarının 
ideyabədii xüsusiyyətləri də məqalədə müfəssəl şəkildə araşdırılmışdır. Bu 
poemalarda lirizmin epik təsviri üstələməsi, təsirli həyati detalların, düşünülmüş 
hadisələrin, obrazların varlığı da təhlillərdə öz qiymətini almışdır. 


148 
İ.Həbibbəyli şairin poeziyasındakı dərin vətəndaşlıq qayəsini, ictimai-siyasi 
yetkinliyi də müsbət qiymətləndirmiş, bunu əsl xalq şairi olan müəllifin poetik 
məramnaməsi kimi mənalandırmışdır. Xüsusən müstəqil Azərbaycanın xilaskarı və 
qurucusu, ulu öndər Heydər Əliyevə həsr olunmuş “Allahım, mənə bir ağsaqqal 
yetir” və “Sən qalib gələcəksən” şeirləri “Azərbaycanın xilası, müstəqilliyimizin 
qorunması, milli qurtuluş mövzusunda qələmə alınmış sənət əsərlərinin ilk və kamil 
manifestləri” [92, s.394-395] sırasında özünün layiqli elmi qiymətini almışdır. Belə 
nümunələrdə şair sadəcə özünün düşüncələrini ifadə etməklə qalmayıb, “ictimai 
mühitə və ədəbi fikrə ton, istiqamət vermişdir”. 
Ümumiyyətlə, İsa Həbibbəylinin müasir ədəbiyyatımızın bir sıra tanınmış 
nümayəndələrinin yaradıcılığına həsr olunmuş əsərlərində müasir ədəbi prosesə 
elminəzəri baxış, analitik təhlillər, mükəmməl ümumiləşdirmələr aparıcı mövqedədir. 
Akademik İsa Həbibbəylinin (Həbibovun) ədəbi-tənqidi məqalələrinin bir 
qismi bilavasitə yeni nəşr olunmuş ədəbiyyatşünaslıq əsərlərinə və müasiri olan 
tanınmış filoloq alimlərin elmi fəaliyyətinə həsr edilmişdir. Həm də İ.Həbibbəyli elə 
ədəbiyyatşünaslıq əsərlərinə diqqət yetirmişdir ki, onlar çoxillik ciddi tədqiqatın 
nəticəsi kimi ortaya çıxmaqla müasir elmi fikri zənginləşdirmişdir. İ.Həbibovun 
1979-cu ildə yazdığı “Yaradıcılıqla şəxsiyyətin vəhdəti” məqaləsi [100] böyük 
ədəbiyyatşünas alim, akademik Məmməd Cəfər Cəfərovun yetmiş illik yubileyinə 
həsr olunmuşdur.
Görkəmli alimin klassik və müasir ədəbiyyatımızın yaradıcılıq problemləri
müxtəlif nümayəndələrinin ədəbi axtarışları barədə tədqiqatlarının unikallığını qeyd 
edən İsa Həbibov onun N.Gəncəvi, M.Füzuli, M.F.Axundov, C.Məmmədquluzadə və 
digərlərinə həsr olunmuş elmi əsərlərini konseptual araşdırmalar saymış, xüsusən 
Nizaminin fikir dünyasına, Azərbaycan intibah ədəbiyyatına, Füzulinin mütəfəkkir 
düşüncədən yoğrulmuş yaradıcılığına, Mirzə Fətəlinin ədəbi-tənqidi görüşlərinə dair 
tədqiqatları müasir filologiyanın nailiyyətləri kimi qiymətləndirilmişdir. İ.Həbibbəyli 
sonralar da Məmməd Cəfər müəllimin yaradıcılığına bir neçə məqalə həsr etmiş, 
həmçinin onun indiyədək işıq üzü görməmiş xatirələrini, bir sıra bədii əsərlərini də 
müasir oxuculara çatdırmışdır. 


149 
İsa Həbibovun 1980-ci ildə yazdığı “Tənqidçinin yaradıcılıq imkanları” 
məqaləsi [101] tanınmış ədəbiyyatşünas Yaşar Qarayevin Respublika Dövlət
Mükafatına təqdim olunmuş “Poeziya və nəsr” kitabı (1979) barədədir. Kitabda 
toplanmış hər bir məqalənin aktual məsələlərə həsr olunduğunu dəqiqliklə 
səciyyələndirən İ.Həbibbəyli həmin araşdırmaların “müasir elmi-nəzəri fikrin yüksək
tələbləri səviyyəsində” dayandığını vurğulamış, kitab müəllifinin elmi konsepsiyasını 
belə xarakterizə etmişdir: 

Yüklə 1,63 Mb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin