Azərbaycan respublikasi əlyazması hüququnda XX əsrdə naxçivanda əDƏBİ TƏNQİDİN İNKİŞaf yolu



Yüklə 1,63 Mb.
Pdf görüntüsü
səhifə64/68
tarix20.11.2023
ölçüsü1,63 Mb.
#163992
1   ...   60   61   62   63   64   65   66   67   68
dis anar (1)

“Məmməd Arazın “Atamın kitabı” poeması isə
Azərbaycan ədəbiyyatında böyük Mirzə Cəliln “Anamın kitabı” əsərindən sonra
milli birlik, Vətən təəssübkeşliyi və mənəvi ucalıq haqqında yazılmış ən kamil poetik 
dastandır” 
[92, s.314]. Bu poemada lirikliklə epikliyin vəhdəti barədə müşahidələr də 
konkret bədii təhlillərlə diqqətə çatdırılır. ”Əsgər qəbri haqqında ballada” poeması isə 
lirik başlanğıcın aparıcılığı ilə qələmə alınmış nümunə kimi səciyyələndirilmişdir. 
İ.Həbibbəyli M.Arazın bədii publisistikasındakı mövzu aktuallığını,vətəndaşlıq 
mövqeyini, fikrin münasib vasitələrlə ifadəsini, həmçinin şairin bədii tərcümə 
sahəsindəki uğurlu fəaliyyətini də diqqət mərkəzinə çəkmişdir. 
Görkəmli ədəbiyyatşünas alimin ədəbi-tənqidi fəaliyyətinin dəyərli 
səhifələrindən biri də xalq şairi Sabir Rüstəmxanlının yaradıcılığı ilə bağlıdır. 1996-cı 
ildə şairin əlli illik yublieyi ilə əlaqədar ayrıca əsər yazan [87] alim onu “Ədəbi-tarixi 


145 
yaddaş və müasirlik” kitabına da daxil etmişdir [92, s.367-386]. İ.Həbibbəylinin
 
monoqrafik oçerk təsiri bağışlayan bu əsəri müasir ədəbiyyatımızda özünəməxsus 
yeri olan Sabir Rüstəmxanlının yaradıcılıq portreti sayıla bilər. S,Rüstəmxanlının
ömür yoluna, ədəbi-ictimai fəaliyyətinin əsas istiqamətlərinə nəzər salan alim onun 
poeziya, publisistika, bədii tərcümə və s. sahələrdəki çoxşaxəli yaradıcılığının 
xarakterik cəhətləri üzərində dayanmışdır. Şairin publisistikasına ayrıca diqqət 
yetirən İ.Həbibbəyli S.Rüstəmxanlının Vətən və xalq taleyi üçün əhəmiyyətli 
mövzulara toxunmasını aparıcı əlamət kimi səciyyələndirmiş, görkəmli qələm 
sahibinin ayrı-ayrı publisistik əsərlərindən gətirilən nümunələr əsasında fikrini izah 
etmişdir. Aliin fikrincə, S.Rüstəmxanlının 1989-1991-ci illərdə redaktorluq etdiyi, 
Qarabağa Xalq Yardımı Komitəsinin orqanı kimi nəşr olunan “Azərbaycan” qəzetinə 
yazdığı baş məqalələr, burada çap etdirdiyi açıq məktublar və digər publisist yazılar
yeni mərhələdə milli demokratik mətbuatın təməl daşlarını təşkil edir.
 
İ.Həbibbəyli şairin “Ömür kitabı”, “Bu, sənin xalqındır” kitablarını da 1980-
1990-cı illərin milli publisistikasında önəmli yer tutan dəyərli əsərlər kimi nəzərdən 
keçirmişdir. Tənqidçi yazır: 
“Ömür kitabı“ əsəri … anamız Azərbaycanın sanballı 
publisist-poetik dastanıdır…“Ömür kitabı“ ədəbiyyatımızdakı Azərbaycanın ana 
kitablarının - “Anamın kitabı” (Cəlil Məmmədquluzadə), “Atamın kitabı” (Məmməd 
Araz) kimi şah əsərlərin layiqli varisi olmaq səlahiyyəti qazanmışdır”
[92,s.380]. 
Şairin hələ tələbə ikən yazdığı “Vətən” şeirini “yaradıcılığının ilkin parolu və tutumlu
bir səviyyədə proqram” kimi qiymətləndirən İsa Həbibbəyli onun müxtəlif vaxtlarda 
çap olunmuş “Gəncə qapısı”, “Sağ ol, ana dilim”, “Qan yaddaşı” və s. kitablarındakı 
bir sıra əsərlərin təhlili sonunda bu nəticəyə gəlir ki, 
“Sabir Rüstəmxanlı ... “yolları 
Şərurda dayanan“, “qəlbinin paytaxtı Kərbəlada” olan, “sədası Cənuba, Şimala 
çatan”, “ürəyinin antenaları gözəl Azərbaycan dilinə tuşlanan”, çoxəsrlik mənəvi
varlığımızı “qan yaddaşından” oxuyan böyük ruhlu sənətkardır. Sabirin 
yaradıcılığında şairlik millət və vətən amalının poetik ifadəsi kimi meydana 
çıxmışdır. Vətəndaşlıq Sabirin ömrünün və sənətinin cövhəridir”
 
[92, s.376].
Doxsanıncı illəri şair-publisistin yaradıcılığında yeni mərhələ sayan 
İ.Həbibbəyli onu da nəzərdən qaçırmır ki, Sabir Rüstəmxanlının özü və şeirləri də 


146 
son illərin hərəkat və çarpışmalarının təkcə “sülh şəfəqlərinin” deyil, ziddiyyət və 
çətinliklərinin içərisindən keçib gəlmişdir [92, s.379]. Sabir Rüstəmxanlının 
lirikasında ənənəvi üsluba yeni çalarların gətirilməsi, “ənənəvi üslub hüdudunda yeni 
fikir və bənzətmələrin təqdimi”, “fikrin obrazlı və cəsarətli ifadəsi” barədəki 
qənaətlər də əhatəli təhlillərdən yoğrulmuşdur [92, s.377]. Şairin lirikasında müxtəlif 
məqamlarda üzə çıxan publisistik notlar, bir sıra şeirlərində bədiiliklə publisistik 
düşüncənin vəhdəti, şairin səfər təəssüratları, yaxud xatirə motivləri üzərində qurulan 
şeirləri barədə deyilənlər də onun yaradıcılıq palitrasındakı əlvan rənglər kimi 
nəzərdən keçirilmişdir. Alimin haqlı qənaətinə görə: 

Yüklə 1,63 Mb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin